Azəri
Saturday 20th of April 2019
  734
  0
  0

TÖVBƏ

TÖVBƏ

TÖVBӘ VӘ YA ALLAHA TӘRӘF QAYIDIŞ

RƏHMAN VƏ RƏHİM ALLAHIN ADI İLƏ

Qur'ani-Kərimdә tövbә mәsәlәsinә xüsusi әhәmiyyәt verilmişdir. Belә ki, bu müqəddəs kitaba nәzәr saldıqda, orada yeddi dәfә “Tubu”, yә'ni tövbә edin sözünü görürük. Allah taala buyurur:

«Ey iman gәtirәnlәr! Allaha tәrәf hәqiqi (doğru vә davamlı) tövbә edin ki, günahlarınızı bağışlayıb, sizi aşağısından çaylar axan cәnnәtlәrә daxil etsin».[1]

TÖVBӘNİN MӘ`NASI

«Tövbә» әrәb sözü olub, lüğәtdә qayıdış mә'nasını daşıyır.

Әllamә Hilli (r.ә.) tövbә haqqında belә deyir:

«Tövbә keçmiş pis işə peşman olub, onu tәrk etmәk vә gәlәcәkdә bir daha o (pis) işi təkrar etmәmәk üçün ciddi qәrara gәlmәyә deyilir”.

Keçmişdә vacib әmәllәrin tәrk edilmәsi, hәmçinin görülmüş pis işlәr üçün peşman olub, tövbә etmәk alimlәr icması tәrәfindәn vacib sayılır.»[2]

Elə buna görə də insan heç vaxt günahlarının çoxluğuna görə mә'yus olmamalı vә öz sәadәti üçün Allaha tәrәf qayıtmalıdır. Onun fitrәtindә Allah istәyi qoyulduğundan, günahlar vasitәsi ilә bu istәkdәn uzaqlaşan şәxs, bir daha geri qayıtmalı vә tövbә etmәlidir.

TÖVBӘNİN ŞӘRTLӘRİ

Bә'zi şәxslәr tövbәni yalnız dildә edir vә «tövbә etdim» demәklә, hәr şeyin bitdiyini güman edirlәr. Amma, bir hədisә nәzәr saldıqda, tövbә üçün buyurulmuş bir neçә şәrtin lüzumu nәzәrә çarpır. Hədis belәdir:

Bir nәfәr Həzrət Әmirәl-mö'minin İmam Әli (әleyhis-salam)-ın hüzurunda «əstәğfirullah” - yəni Allahdan әfv diləyirəm» dedikdә, o Həzrət (ə) buyurdu:

«Anan matәminә әylәşsin, heç bilirsәnmi «əstәğfirullah» nә demәkdir? Hәqiqәtәn, Allahdan әfv diləmәk uca mәqamlı insanların dәrәcәsidir vә onun altı mә'nası (şәrti) vardır:

1- Keçmiş günahlara peşman olmaq;

2- Bir daha keçmiş günahlara qayıtmamaq üçün ciddi qәrara gәlmәk;

3- Allahla görüşәn zaman (ölәndә) heç kәsin haqqı boynunda olmasın deyə, xalqın haqqını özünә qaytarmaq;

4- Yerinə yetirmədiyin vacib әmәllәrin haqqını ödәmәk üçün onları yerinә yetirmәk;

5- Haramdan әmәlә gәlmiş әtlәri qәm-qüssә (vә peşmançılıqla) әritmәk vә nәticәdә dәri, sümüklәrә yapışdıqdan sonra onları yenidәn inkişaf etdirmək;

6- Bәdәnә günahların şirinliyini dadızdırdığın kimi, Allah ibadәtinin çәtinliyini dadızdırmaq.

Bütün bunlardan sonra «Əstәğfirullah” deyib Allahdan әfv və bağışlanmağını istəyə bilәrsәn».[3]

Digər bir hədisdə Həzrət İmam Sadiq (ə) tövbә haqqında buyurmuşdur:

«Ümumi camaatın tövbәsi, hәmişә öz batinlәrini (qәlblәrini) günahlarına görә hәsrәt vә e'tirafla yumaq və keçmiş günahlara görə peşman olub, gәlәcәkdә qalan (namә'lum) ömürlәrindәn qorxmasından ibarətdir...»[4]

Belәliklә, tövbә tәkcә dildә deyil, əksinə insanın әmәllәri ilә sıx әlaqәdәdir.

TÖVBӘNİN FAYDALARI

Allaha tәrәf qayıdıb, tövbә etmәyin bir çox faydaları vardır ki, burada onların bә'zisini qeyd edirik:

1-Tövbә edәn Allahın sevimli bәndәsidir;

Qur'ani-Kərimdә buyurulur:

«Şübhәsiz, Allah-taala çox tövbә edәn bәndәlәrini sevir». [5]

2-Sәadәt vә qurtuluş;

Qur'ani-Kərimdә buyurulur:

«Tövbә edib saleh işlәr görәnlәrin sәadәtә çatmasına ümid vardır». [6]

3-Günahların saleh әmәllәrә çevrilmәsi;

Qur'ani-Kərimdә buyurulur:

«Allah-taala tövbә edib, iman gәtirәn vә saleh işlәr görәnlәrin günahlarını saleh әmәllәrlә dәyişdirәcәkdir...» [7]

4-Mәlәklәrin tövbә edәnlәr üçün Allahdan әfv diləmәsi;

Qur'ani-Kərimdә buyurulur:

«(Mәlәklәr belә dua edәrlәr:) İlahi! tövbә edib, Sәnin yoluna tabe olanları bağışla vә onları cәhәnnәm әzabından qoru!» [8]

5-Axirәt alәmindә asayiş vә rahatlıq;

Qur'ani-Kərimdә buyurulur:

«Tövbә edib iman gәtirәn vә saleh işlәr görәnlәr cәnnәtә daxil olacaq vә onlara heç bir zülm olunmayacaqdır». [9]

Unutmamalıyıq ki, tövbənin qəbul olması hamı üçün eyni səviyyədə deyil, əksinə bu haqda alimlərlə nadanlar arasında əsaslı fərq vardır. Bu barədə son söz olaraq alimlәrә aid edilən bir hədisi nәql etmək daha məqsədə uyğundur:

Həzrət İmam Sadiq (ə) buyurmuşdur:

Can bura çatdıqda (әli ilә boğazına işarә etdi), alim üçün tövbә etmәyә fürsәt qalmayacaqdır.

O Həzrət (ə) daha sonra bu ayәni oxudu:

«Hәqiqәtәn, Allahın tövbә qәbul etmәsi, yalnız nadanlıq üzündәn günah edәnlәrә aiddir». (Nisa

surәsi-17)[10]

Lakin, bunu da qeyd etmәk lazımdır ki, bu hədis yalnız dini tәhsil almış din xadimlәrinә deyil, həm də İslam dini vә onun göstәrişlәrindәn agah olan hәr bir şәxsә aiddir.

İlahi! Məhәmmәd vә Ali Məhәmmәd ehtiramına, bütün müsәlman vә mö'minlәrә dünya vә axirәt sәadәti nәsib et vә onlara xalis tövbә etmәkdә yar ol! Amin!

Doğru yola tabe olanlara salam olsun!


[1] Tәhrim surәsi, ayә.8

[2] «Әl-babul-hadi әşәr», sәh.112-113.

[3] «Nәhcul-bəlağə», sәh-187, 417-ci hikmәt.

[4] «Misbahuş-şәriәt», 44-cü hissә, sәh.97.

[5] Bәqәrә surәsi, ayә.222

[6] Qәsәs surәsi, ayә.67.

[7] Furqan> surәsi, ayә 70.

[8] Mu'minun» surәsi, ayә.7

[9] Mәryәm surәsi, ayә.60

 [10] «Usuli-kafi» 1-ci cild, sәh. 316;

  734
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Pakistanda Şiə jurnalist oğurlandı daha bir Şiə isə Şəhid edildi
      Həzrət Əlinin (ə) son anlarında İmam Həsən (ə) və İmam Hüseynə (ə) vəsiyyəti
      Lütfən, Qədir-Xum xütbəsini tam şəkildə bəyan edin.
      Həzrət Zeynəbin (s) dəfn yeri hansı ölkədədir?
      Peyğəmbərə (s) görə salamın əhəmiyyəti nədir?
      Həzrət Müslim kim idi?
      Ayətullah Behcətin (rəhmətullahi əleyh) dediyi “bu əsrin qocaları da imam Zaman ...
      Nə üçün Peyğəmbərin(s) xəstə olduğu müddətdə İmam Əli (ə) hətta bir dəfə belə ...
      İmam Həsənin (ə) böyük olmasını nəzərə aldıqda, nə üçün İmamət İmam Hüseynin ...
      Quran mətnində istifadədə “innə” ilə “ənnə”, “məvəddət” və məhəbbət”, ...

 
user comment