Azəri
Thursday 25th of April 2024
0
نفر 0

İmam Əli əleyhis-salamın, Abdullah ibn Abbas onun tərəfindən Bəsrənin hakimi olan zaman ona yazdığı məktublarındandır.[

18-ci məktub

 

İmam Əli əleyhis-salamın, Abdullah ibn Abbas onun tərəfindən Bəsrənin hakimi olan zaman ona yazdığı məktublarındandır.[1]

Ey Abbasın oğlu! Bil ki, Bəsrə Şeytanın endiyi yer və fitnələr tarlasıdır. (Bu şəhərin fitnə axtaranları çoxdur.) Buna görə də o diyarın əhalisinə yaxşılıq etməklə, onları şad edərək sevindir. (pis davranışla onları üsyana qaldırma. Əgər onlar keçmiş nalayiq işləri nəticəsində qorxu və vahimə içindədirlərsə, sən) onların qəlblərindən qorxu düyününü aç (onlarla elə rəftar et ki, sənin onların keçmiş əməllərinə göz yumduğunu başa düşsünlər).

Sənin Bəni-Təmim qəbiləsi ilə pis rəftar etməyin və kobud davranmağının xəbəri mənə çatdı. Həqiqətən Bəni-Təmimin bir ulduzu batmamış, digər bir ulduzu parlayıb.[2] Cahiliyyət və İslam dövründə heç kəs intiqam almaqda onlardan qabağa düşməyib. (Buna görə də bu cür adamlarla kobudluq və sərtliyə başlamaq olmaz.) Həmçinin (onlara qarşı kobudluq edilməməsinin digər səbəbi budur ki,) onlar bizə yaxın qohumdurlar. (Çünki Bəni-Haşimlə Bəni-Təmimin nəsəbi Həzrət Peyğəmbərin 16-cı babası İlyas ibn Müzərrə gedib çıxır. Buna görə də) bizim həmin qohumluq tellərini birləşdirməyimizdə savab, qırmağımızda isə günah vardır. Odur ki, ey Əbul AbbasAllah səni bağışlasınəlindən və dilindən çıxan yaxşı və pis işlərdə (danışıq və davranışında rəiyyətlə) yumşaq davran. Çünki biz danışıq və davranışımızda bir-birimizlə şərikik. (Ona görə ki, sən mənim tərəfimdən hakimlik edirsən.) Elə ol ki, sənin barəndə yaxşı gümanda olum və sənin haqqında fikrim süstləşməsin (heç vaxt yersiz söz danışma, mənim göstərişim olmadan bir iş görmə). Salama layiq kimsəyə salam olsun.[3]

 

19-cu məktub

 

İmam Əli əleyhis-salamın onun tərəfindən hakim olan bəzi şəxslərə yazdığı məktublardandır. (Məktub müşrik olan və həmin hakimlərdən şikayət etmiş rəiyyətlərlə yumşaq davranmaq barəsindədir.)

Allaha həmd və Peyğəmbərə salamdan sonra: hakim olduğun şəhərin (su və torpaq sahibi olan) əkinçiləri sənin kobudluğun, daşürəkliliyin, onları xar etməyin və zülmkarlığından şikayət ediblər (məni sənin hərəkət və davranışından xəbərdar ediblər). Mən (onların şikayətləri barəsində) fikirləşdim. Onları sənin onlara çox yaxınlaşmağına (çox hörmət və mehribançılığına) layiq görmədim. Çünki onlar müşrikdirlər. (Bəzi nəzərlərə əsasən həmin camaat müşrik deyil, atəşpərəst olublar.) Amma onlar uzaq olmaq və zülm edilməyə də layiq deyildirlər. Çünki (müsəlmanlarla) peyman bağlayıblar (cizyə, yəni, vergi verirlər və İslamın pənahındadırlar.) Buna görə də onlarla (davranışında) sərtliklə qarışıq olan mehribançılığı öz şüarın et və onlarla sərtqəlblilik və mehribançılıq arasında rəftar et. (Bəzən sərt, bəzən də mehriban ol.) Allahın istəyi ilə onlar üçün yaxınlaşdırmaqla lap yaxınlaşdırmağı və uzaqlaşdırmaqla lap uzaqlaşdırmağı bir-birinə qarışdır (mötədilliyi əldən vermə).

 

20-ci məktub

 

İmam Əli əleyhis-salamın Ziyad ibn Əbihə o, Bəsrə hökumətində Abdullah ibn Abbasın canişini olan zaman yazdığı məktublardandır. Abdullah həmin vaxt Əmirəl-möminin tərəfindən Bəsrə, Əhvaz, Fars və Kerman şəhərlərində hakim idi.[4]

Mən Allaha and içirəm, özü də tam sədaqətlə və düz ki, əgər mənə, sənin müsəlmanların beytülmalına istər az, istərsə də çox xəyanət etməyin və ya onu göstərişə zidd (yerlərə) sərf etməyin (barəsində xəbər gəlib) çatsa, səninlə sərt davranacağam. (Səninlə) elə sərt (davranacağam) ki, o (sərtlik), səni sərmayəsi az, yükü çox, zəlil və xar etsin.[5] Salama layiq kimsəyə salam olsun!

 

 



[1] Abdullah ibn Abbas İmam əleyhis-salamın əmisi oğludur. «Rical» alimlərinin çoxu onu inanılmış, gözəl davranışlı, Peyğəmbərinsəlləllahu əleyhi alihsəhabəsi Əmirəl-mömininin şiə tərəfdarı hesab ediblər. O, Bəsrənin hakimi olduqdan sonra, Cəməl müharibəsində Təlhə, Zübeyr Aişənin tərəfində olmuş Bəni-Təmim qəbiləsi ilə düşmənçilik edir pis davranırdı. Belə ki, o, onları Cəməl tərəfdarı itaətkarları, «Əskər»in (Aişənin dəvəsinin adıdır) köməkçi yardımçıları Şeytanın tərəfdarları adlandırırdı. İbn Abbasın onlarla bu cür davranışı İmam əleyhis-salamın Bəni-Təmim qəbiləsindən olan şiələrinə ağır gəlirdi onlar bu səbəbdən ondan incidilər. Sonra o Həzrətin Bəni-Təmim qəbiləsindəki şiələrindən olan Harisə ibn Qudamə İmama məktub yazaraq ibn Abbasdan şikayət etdi. İmam əleyhis-salam İbn Abbasa Bəni-Təmim qəbiləsi ilə mehriban olması barədə bir məktub yazdı bu həmin məktubun bir hissəsidir.

[2] Onların fəzilət, böyüklük, şücaət cəsurluq səmaları parlaq ulduzlardan boş olmayıb. Onlardan bir böyük öldürülən kimi, başqa birisi onun yerini tutub.

[3] «Nəhcül-Bəlağə»nin məşhur şərhçilərindən olmuş Bəhrani (rəhiməhullah) burda belə yazıb: «Əbul Abbas Abdullah ibn Abbasın künyəsidir. Ərəblər birinə hörmət əlaməti olaraq onu öz künyəsi ilə çağırırlar».

[4] İmam əleyhis-salam bu məktubda onu müsəlmanların beytülmalına xəyanət etməkdən çəkindirərək qorxudur. Onun Ziyad ibn Əbih, yəni, «atasının oğlu Ziyad» adlandırılmasının, daha dəqiq desək, atasının adının deyilməməsinin səbəbi atasının kimliyinin məlum olmamasıdır. O, iddia edirmiş ki, atası Əbu Süfyandır. Əbu Süfyan da Ömər ibn Xəttabın məclisində onu öz oğlu adlandırıb. Qırx dördüncü məktubun şərhində deyəcəyimiz kimi, onun, həmçinin Əbi Bəkrənin anası olan Suməyyə zina etməkdə məşhur imiş. Deyirlər ki, onu ilk dəfə «atasının oğlu» deyə çağıran Aişə olmuşdur.

[5] Səni öz vəzifə məqamından uzaqlaşdırıb beytülmaldan topladıqlarını geri alacağam. Belə ki, dərvişə dönüb ailənin xərc ruzisini öz çiyinlərində çəkmək qüdrətinə malik olmayacaq, camaat qarşısında xar olub alçalacaqsan.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Həzrət Əbülfəzl Abbas ələyhis-salamın təvəllüdü ilə bağlı qısa mesajlar
Əli ələyhis-salamın matəmində
Hüseyndir Xaliqi əzəm fədası..
MƏHƏMMƏD FİZULİNİN FƏLSƏFİ GÖRÜŞLƏRİ
İRAQLILARIN MƏKTUB YAZMASI
Yəhudinin Peyğəmbərə (s) suallar
İmam Həsən Əsgərinin (ə) nəzərində Qeyb məsələsi
Həzrət Məsumənin (ə.s) buyurduqlarından
Əmanətdarlıq
Bəla niyə gəlir ?!

 
user comment