Azəri
Tuesday 23rd of April 2024
0
نفر 0

İmam Əli əleyhis-salamın düşmənə tərəf göndərdiyi qoşuna olan tövsiyələrindəndir.

11-ci məktub

 

İmam Əli əleyhis-salamın düşmənə tərəf göndərdiyi qoşuna olan tövsiyələrindəndir.[1] Nə vaxt siz düşmənlə rastlaşsanız və ya düşmən sizinlə rastlaşsa (qarşı-qarşıya gəlsəniz), gərək sizin qoşunun düşərgəsi hündür yerlərdə (təpələrdə), ya dağların ətəyində, ya da çayların kənarında olsun ki, sizə kömək etsin, (onların əllərinin sizə çatmasına) mane olsun. Həmçinin sizin (düşmənlə) döyüşünüz gərək bir, yaxud iki tərəfdən olsun. (Çünki bir neçə tərəfli döyüşün nəticəsi pərakəndəlik, zəiflik və məğlubiyyətdir.) Dağların yüksəklikləri və hamar təpələrin üstündə özünüz üçün gözətçi qoyun ki, düşmən sizə tərəf gəlməsin, istər məbada gəlsin» deyib) qorxduğunuz yerdən, istərsə də (həmin istiqamətdən gəlməməsindən) əmin və arxayın olduğunuz yerdən. (Ola bilər ki, gözlənilmədən həmin yerdən gəlsin. Belə olanda gözətçilər uzaqdan düşmənin gəlməsini görüb sizi xəbərdar edərlər və siz, onların qarşısını almaq fikrində olarsınız.) Bilin ki, qoşunun qabağında gedənlər onun gözətçiləridir və qoşunun qabağındakıların gözətçiləri (qoşunun qabağında gedən bir neçə nəfər) kəşfiyyatçılardır.[2] Bir-birinizdən ayrılmaq və pərakəndəlikdən çəkinin. (Bir yerdə) düşən zaman (oturaq salanda) hamılıqla düşün və (hərəkət edərək) köçəndə hamılıqla köç edin. Gecə sizi bürüyəndə (axşam gəlib çatanda) nizələri (öz ətrafınızda) dairəvi (şəkildə) yerləşdirin (ki, düşmən gecə basqın edəndə müdafiə alətləri əliniz çatan yerdə olsun). Yuxunu dadmayın (rahat yuxuya getməyin), az miqdar və suyu ağızda dolandıraraq çölə tökmək qədər istisna olmaqla! (Mürgü vurun, amma rahatlıqla yatmayın. Çünki düşmən oyaq olar və gecə basqın etmək fikrinə düşə bilər.)

 

12-ci məktub

 

İmam Əli əleyhis-salamın (səhabə və şiələrindən olmuş) qil ibn Qeys Riyahiyə olan tövsiyələrindəndir. İmam əleyhis-salam (bu məktubu) onu (Mədaindən) üç min nəfərlə, Şam (qoşunu) istiqamətinə öz qoşununun başçısı kimi göndərəndə yazıb (və məktubda Məqilə düşmənlə döyüş üslubunu öyrədir).

(Mükafat və cəzasına) qovuşmaqdan başqa çarən olmayan Allahdan qorx! Sənin Ondan başqa son (gedəcək) yerin yoxdur.[3] Ancaq səninlə vuruşanla vuruş. (Çünki səninlə vuruşmayan kimsə ilə vuruşmaq zülmdür və təqvalı, pərhizkar şəxs heç kəsə zülm etməz.) Havanın sərin olduğu səhər və axşam vaxtları yol get və (havanın isti olduğu) gündüz çağı (günorta) camaatı (istirahət etmələri və dincəlmələri üçün) saxla və yavaş hərəkət etdir. (Tələsmə ki, zəiflər də güclülərlə birlikdə gedə bilsinlər.) Gecənin əvvəlində yol getmə. Allah onu köç etmək üçün deyil, dincəlmək, istirahət etmək və rahatlanmaq üçün nəzərdə tutub.[4] Odur ki, gecənin əvvəlində bədən və miniyini rahat burax. Gecəni dincəldikdən sonra (dan yeri sökülməmişdən) səhər görünməyə başlayanda və ya dan yeri sökülən zaman Allah tərəfindən yetişəcək xeyir-bərəkətlə yola düş. Düşmənlə üz-üzə gələn zaman öz qoşununun ortasında dayan. Düşmənə, nə vuruşmaq istəyən adam qədər yaxınlaş, nə də onlardan döyüşdən qorxan adam qədər uzaq ol. Mənim əmrim sənə çatana qədər gözlə.[5] Kin və düşmənçilik sizi onları (haqq yola) dəvət etməmişdən və hərtərəfli dəlillərlə başa salmamışdan qabaq onlarla savaşa başlamağa vadar etməsin.[6]

 

13-cü məktub

 

İmam Əli əleyhis-salamın qoşun sərkərdələrindən olan iki nəfərə (Ziyad ibn Nəsr və Şüreyh ibn Haniyə) göndərdiyi məktublarındandır.[7] (Həmin məktubun mətni belədir:)

Malik ibn Haris Əştəri sizə və sizin tabeçiliyinizdə olanlara başçı və əmir təyin etdim. Beləliklə, onun əmrinə qulaq asıb itaət edin və onu (özünüzə) zireh və sipər edin. Çünki o, süstlük (bacarıqsızlıq), büdrəmək (səhvə yol vermək), həmçinin çeviklik və cəldlik ehtiyat və ağıllılığa daha uyğun sayılan yerdə asta tərpənmək, asta hərəkət etmək daha yaxşı olan yerdə isə tələskənlik etmək qorxusu olan adamlardan deyil. (Malik Allahın razılığını əldə etmək üçün çalışaraq heç vaxt süstlüyə yol verməz, bihudə sözlər danışaraq yersiz bir iş görməz.)

 

14-cü məktub

 

İmam Əli əleyhis-salamın Siffeyn müharibəsində düşmənlə (Şam qoşunu ilə) qarşılaşmamışdan qabaq öz qoşununa olan tövsiyələrindəndir (ki, onda onlara qələbə yolunu göstərib və onları qadınları incitməkdən çəkindirib).

Onlar (Şam qoşunu) sizinlə döyüşə başlamayınca siz müharibə etməyin (müharibəyə başlamayın). Çünki Allaha şükr olsun ki, sizin dəlil və sübutunuz var.[8] Sizin, onlar döyüşə başlamayınca onlarla müharibəyə başlamamağınız da, onlara qarşı olan digər bir sübut və dəlilinizdir.[9] Buna görə də əgər (onlar müharibəyə başlayaraq sizi də döyüşə vadar etsələr və) Allahın əmr və istəyi ilə (onlar meydandan) qaçmaq və məğlubiyyətlə üzləşsələr, qaçanları öldürməyin, acizləri yaralamayın, yaralını öldürməyin, qadınları hətta sizin şərəfinizi söysələr və başçı və böyüklərinizə nalayiq sözlər desələr belə, (onları) incitməklə təhrik etməyin. Çünki onların güc, can (iradə) və ağılları zəif və süstdür. Bizə (Həzrət Peyğəmbərinsəlləllahu əleyhi və alihzamanında) əmr olundu ki, onlardan əl götürək, halbuki onlar müşrik idilər. (Deməli, zahirdə İslamı qəbul etdiklərini bildirsələr, mütləq onlara toxunaraq incitməkdən çəkinmək lazımdır). Cahiliyyətdə kişi bir qadını daş və ya çomaq ilə vursaydı, buna görə onu və övladlarını məzəmmət edərdilər.

 

15-ci məktub

 

İmam əleyhis-salam düşmənlə qarşılaşanda və döyüşə hazırlaşan zaman (Allahla münacat və razü-niyaz edərək Ondan kömək istəyib belə) deyirmiş:

Allahım, (bizim) qəlblər(imiz) Sənə tərəf yönəlib, boyunlar(ımız Sənə doğru) uzanıb, gözlər(imiz) Sənə dikilib, ayaqlar(ımız) Sənin yoluna qoyulub və bədənlər(imiz Sənin itaətində) zəifləyib.[10]

Allahım, (Peyğəmbərinin bizim aramızdan getməsi ilə) gizli düşmən üzə çıxdı və kin qazanları qaynadı. Allahım, Peyğəmbərimizin (aramızda) olmaması, düşmənlərin çoxluğu, (nəfsi) istək və düşüncələrimizin pərakəndəliyindən Sənə şikayət edirəm.[11] (Qurani-Kərimin Əraf surəsinin 89-cu ayəsində buyurulduğu kimi o, belə demişdi:) «رَبَّنَا افْتَحْ بَيْنَنَا وَبَيْنَ قَوْمِنَا بِالْحَقِّ وَأَنتَ خَيْرُ الْفَاتِحِينَ» «Ey Rəbbimiz! Bizimlə tayfamız arasında ədalətlə hökm et. (Bizim aramızda haqq və düzlüyü üzə çıxart ki, onlar bizlərdən kimin haqq olmasını başa düşsünlər.) Axı Sən hökm verənlərin ən yaxşısısan (ki, haqqı üzə çıxarırsan)».

 

16-cı məktub

                       

İmam əleyhis-salam döyüş vaxtı səhabələrinə (düşmənlə vuruşmaq barəsində) buyurub:

Arxasında qayıdış duran qaçış (meydandan qaçmaq), sonrası düşmənə hücüm olan məğlubiyyət sizə ağır gəlməsin.[12] Qılıncların haqqlarını əda edin. (Düşmənə cəsurluqla qılınc endirin və onların) arxalarını yerə vurun (onları torpaq üstünə sərərək məhv edin). Özünüzü (düşmənin) içinə işləyən nizə atmağa və möhkəm qılınc çalmağa vadar edərək çox çalışın. Səsləri boğun. (İztirab və nigarançılığın sizə yaxınlaşmasına yol verməyin və sakit qəlblə düşmənə tərəf üz tutun.) Çünki o, qorxu və nigarançılığı daha çox uzaqlaşdırır. Toxumu cücərdən və insanı yaradan Allaha and olsun ki, (Müaviyə, Əmr ibn As, Mərvan və digərləri kimi münafiq və ikiüzlülər daxilən) İslamı qəbul etməyiblər. Amma (qorxudan) təslim olublar (özlərini müsəlman kimi göstəriblər) və küfrü (qəlblərində olan küfrü) gizlədiblər. Küfrə yardımçı tapan zaman onu üzə çıxartdılar. (Din ilə müxalifət və bizimlə döyüş bayrağı ucaltdılar.)

 

17-ci məktub

 

İmam Əli əleyhis-salamın Müaviyənin məktubuna cavab olaraq yazdığı məktublardandır.[13]

Məndən Şam vilayətini istəməyinə gəldikdə (bilməlisən ki): mən dünən sənə verməyərək əsirgədiyim şeyi bu gün verən kimsə deyiləm. (Çünki mənim oranı sənə verməməyimin səbəbi sənin haqqa qarşı çıxmağın və dinə laqeydliyindir ki, həmin səbəb indi də öz yerində qalmaqdadır.) «Müharibə ərəbi yeyib (öldürərək məhv edib), qalan canları almayaqkimi sözlərin barəsində bil və xəbərdar ol ki, haqqın yediyi (haqq yolunda şəhid olan) kimsə cənnətə yollanıb, batil və nahaqqın yediyi kimsə (nəfsi istəkləri yolunda öldürülən) isə cəhənnəm yolunu gedir. (Hər iki halda təəssüflənmək və qəmlənmək lazım deyil.) Bizim, müharibədə və (döyüşçü) kişilər baxımından bərabər olmağımız barəsində (dediklərin də düz deyil, çünki): Sənin şəkk və tərəddüd (bir neçə günlük dünya ağalığını əldə etmək) üçün olan səy və təlaşın mənim yəqinlik və inam (axirət səadəti və xoşbəxtliyi) üçün səyimdən artıq deyil; Şam əhalisinin dünyaya hərisliyi İraq əhalisinin axirət hərisliyindən çox deyil. «Biz Əbdül-Mənaf övladlarıyıq» sözünə gəldikdə, biz də eləyik.[14] Amma Üməyyə Haşim kimi, Hərb Əbdülmüttəlib kimi və Əbu-Süfyan Əbu Talib kimi deyil.[15] (Burada «mən də sənin kimi deyiləm» demək əvəzinə işarə ilə belə buyurdu:) Mühacir (Məkkədən Mədinəyə hicrət edən) əsirlik zəncirindən azad olan kəs kimi deyil.[16] Nəsəbi pak olan da (həmin pak nəsəbə) yapışdırılmış kimi deyil.[17] Nə danışıq və işləri düz olan, yalançı və pis əməlli kimidir, nə də mömin və dinə sığınan, münafiq və ikiüzlü kimi. Həqiqətən keçib cəhənnəm oduna düşən atasının (yaxud qohumlarının) yolunu davam etdirən övlad nə pis övladdır! (Sən pis övladsan ki, küfr, şirk, yalançılıq və ikiüzlülük nəticəsində ilahi əzaba düçar olan keçmişlərinin yolunu davam etdirirsən!)

Bütün bu fəzilət və böyüklüklərdən əlavə nübuvvət və peyğəmbərlik fəziləti və şərəfi də bizim əlimizdədir. (Peyğəmbər biz Bəni-Haşimdən göndərilib.) Biz onun vasitəsi ilə hörmətlini xar, xar olanı isə hörmətli etdik. (Səadət və xoşbəxtlik düşmənlərini məhv edərək onu istəyənlərə dünya və axirət əzab və çətinliklərindən nicat verdik.) Allah ərəbi dəstə-dəstə öz dininə daxil edəndə, bu ümmətdən (bir dəstə) meyl və rəğbətlə, (digər bir dəstə isə) naçarlıqdan təslim oldu. (İslamı çıxılmaz vəziyyətdə qalıb qəbul etdilər.) Siz (dünyaya) məhəbbət və ya (öldürülməkdən) qorxu səbəbindən dinə daxil olan kəslərdən idiniz. (Bu) o vaxt (baş verdi) ki, qabaqda gedənlər (İslama səmimiyyətlə) tabe olduqları üçün qalib gəlmişdilər və ilkin Mühacirlər fəzilət və böyüklüklərinə görə getmişdilər (və özlərinə şirk və küfrdən nicat vermişdilər). Bəs (indi ki, sənin vəziyyətin belədir) Şeytanın səndən bəhrələnməsinə və (onun) sənə yol tapmasına imkan vermə. (Şeytana tabe olub dalınca düşərək bu cür çirkin və nadürüst sözlər yazma, Allahın və Onun Peyğəmbərinin hökmlərinə tabe ol!) Salama layiq kimsəyə salam olsun![18]



[1] Bu, həm İmam əleyhis-salamın səhabələrinin yaxşı simalarından olmuş Ziyad ibn Nəsr Şüreyh ibn Haninin məktublarına yazdığı cavab məktubunun bir hissəsidir. İmam əleyhis-salam onları on iki min nəfərlik İraq qoşunu ilə birlikdə Şam qoşununa qarşı müharibəyə göndərmişdi. Yolda onlar bir-birləri ilə müxalifət edərək hər biri Kufəyə o Həzrətə məktub göndərib digərindən şikayət etmişdi. O Həzrət onların hər ikisinin cavabında məktub yazmışdı ki, həmin məktubun bir hissəsində onlara düşmənlə döyüş taktikasını xatırladır.

[2] Xülasə, gərək bir neçə nəfər kəşfiyyatçı qabaqda, qoşunun gözətçiləri onların arxasınca, qoşunun özü isə onlardan sonra getsinlər ki, düşmənin işlərindən xəbərdar olub hər bir məsələdə düşünülmüş addım atsınlar.

[3] Çünki sənin işin-gücün ancaq Onunladır. Elə isə Onun razılığı üçün cihad et qorxma. Onun yolunda ölməkdən çəkinmə.

[4] Belə ki, Qurani-Kərimin Yunus surəsinin 67-ci ayəsində buyurur: «هُوَ الَّذِي جَعَلَ لَكُمُ اللَّيْلَ لِتَسْكُنُواْ فِيهِ وَالنَّهَارَ مُبْصِرًا إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِّقَوْمٍ يَسْمَعُونَ» «Gecəni dincəlməyiniz üçün (qaranlıq), gündüzü (çalışıb ruzi qazanmağınız üçün) işıqlı edən Odur. Həqiqətən bunda (Allahın kəlamını) eşidənlər üçün (ibrətamiz) dəlillər vardır».

[5] Çünki əmr gəlməmişdən müharibəyə başlamaq bəlkə yaxşı olmaz onun ziyanı xeyrindən çox olar. Uzaqlaşmaq da düşmənin cəsarətlənməsinə səbəb olar.

[6] Çünki kin düşmənçilik ucbatından aparılan müharibə Allaha itaət Onun buyuruqlarına tabe olmaq deyil, nəfsi istəklər üçündür. Buna görə belə olan halda, kimsə öldürülsə ya başqasını öldürsə, günahkardır əzaba düçar olacaq.

[7] Onlar «Sur ər-Rum»da Müaviyənin qoşun başçısı Əbul Əvər Silmi onun böyük qoşunu ilə qarşılaşdılar onu ətrafındakıları İmam əleyhis-salama tabe olmağa dəvət etdilər. Onlar isə bu dəvəti qəbul etmədilər. Sonra onlar baş verənləri o Həzrətə yazaraq Haris ibn Cumhan vasitəsi ilə göndərdilər. Əmirəl-möminin onların məktubunu oxuyub Malik Əştəri çağırtdıraraq  buyurdu: Ziyad Şüreyh mənə məktub yazıb əmrimi gözləyirlər. Gərək sən onların yanına gedərək Allahın istəyi ilə mən sənə çatana qədər onlara başçı olasan Ziyadı sağ, Şüreyhi isə sol tərəfinə qoyasan. İmam əleyhis-salam Ziyad Şüreyhə məktub yazaraq onlara Malik Əştərə tabe olmağı əmr etdi həmin məktubu özünün dostlarından olan Haris ibn Cumhan ilə göndərdi.

[8] Ona görə ki, onlar öz zamanələrinin imamına itaətsizlik ediblər buna görə onlarla vuruşmaq vacibdir. Necə ki, Allah-təala Qurani-Kərimin Hucurat surəsinin 9-cu ayəsində buyurur: «وَإِن طَائِفَتَانِ مِنَ الْمُؤْمِنِينَ اقْتَتَلُوا فَأَصْلِحُوا بَيْنَهُمَا فَإِن بَغَتْ إِحْدَاهُمَا عَلَى الْأُخْرَى فَقَاتِلُوا الَّتِي تَبْغِي حَتَّى تَفِيءَ إِلَى أَمْرِ اللَّهِ فَإِن فَاءتْ فَأَصْلِحُوا بَيْنَهُمَا بِالْعَدْلِ وَأَقْسِطُوا إِنَّ اللَّهَ يُحِبُّ الْمُقْسِطِينَ» «Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları dərhal barışdırın. Əgər onlardan biri təcavüzkarlıq etsə, təcavüzkarlıq edənlə Allahın əmrinə (itaətinə) qayıdana qədər vuruşun. Təcavüzkarlıq edən (Allahın əmrinə) qayıtsa, hər iki dəstənin arasını ədalətlə düzəldin insafla hərəkət edin. Şübhəsiz ki, Allah insaflıları sevər

[9] Çünki onların müharibəyə başlamaları Allah Peyğəmbərlə müharibə etmələri kimidir. Buna görə ki, Həzrət Peyğəmbər (səlləllahu əleyhi alih) buyurub: «يا عَلِىُّ حَرْبُكَ حَرْبِى» «Ey Əli, səninlə müharibə etmək mənimlə müharibə etməkdir». Allah Peyğəmbərlə müharibə edərək fitnə-fəsad törədəni öldürmək lazımdır. Necə ki, Qurani-Kərimin Maidə surəsinin 33- ayəsində buyurur: «إِنَّمَا جَزَاء الَّذِينَ يُحَارِبُونَ اللّهَ وَرَسُولَهُ وَيَسْعَوْنَ فِي الْأَرْضِ فَسَادًا أَن يُقَتَّلُواْ أَوْ يُصَلَّبُواْ أَوْ تُقَطَّعَ أَيْدِيهِمْ وَأَرْجُلُهُم مِّنْ خِلافٍ أَوْ يُنفَوْاْ مِنَ الْأَرْضِ ذَلِكَ لَهُمْ خِزْيٌ فِي الدُّنْيَا وَلَهُمْ فِي الْآخِرَةِ عَذَابٌ عَظِيمٌ» «Allaha Onun peyğəmbərinə qarşı vuruşanların, yer üzündə fitnə-fəsad salmağa çalışanların cəzası ancaq öldürülmək, çarmıxa çəkilmək, ya əl-ayaqlarının çarpazvari kəsilməsi, yaxud da yaşadıqları yerdən sürgün olunmalarıdır. Bu cəza onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir». Həmçinin Bəqərə surəsinin 194-cu ayəsində buyurur: «فَمَنِ اعْتَدَى عَلَيْكُمْ فَاعْتَدُواْ عَلَيْهِ بِمِثْلِ مَا اعْتَدَى عَلَيْكُمْ وَاتَّقُواْ اللّهَ وَاعْلَمُواْ أَنَّ اللّهَ مَعَ الْمُتَّقِينَ» «Sizə qarşı həddini aşanlara (müharibəyə başlayanlara) siz həmin ölçüdə həddi aşın. Allahdan qorxun bilin ki, Allah təqvalılarladır».

[10] Səndən başqasından göz yumaraq Sənin itaət bəndəliyin yolunda hər şeydən keçmişik. Elə isə, bizə kömək et ki, Sənin razılığını əldə edək.

[11] Bu camaatdan olan incikliyimi Sənə bildirirəm ki, onları cəzalandırasan. Buna görə Səndən Həzrət Şüeybin, ümmətinin pis rəftarları nəticəsində istədiyi şeyi istəyirəm.

[12] Ərəblərin təsəvvür etdikləri kimi bu işi ar saymayın. Çünki ola bilər ki, düşmənlərin öz səngərlərini buraxıb qabağa gəlmələri sizin arxadan hücüm edərək onları mühasirə etməyiniz üçün meydandan qaçmaq məsləhət olsun. Yaxud düşmənin hücumu nəticəsində meydandan qaçanda ümidsizləşməyin. Öz məğlubiyyətinizin səbəblərini aradan qaldıraraq yenidən meydana qayıdın.

[13] Həzrət bu məktubu, təfsilatı 36- xütbənin şərhində bəyan edilmiş «Hərir» gecəsi hadisəsindən iki-üç gün qabaq yazıb. O bu məktubda öz məqam dərəcəsini açıqlayıb Müaviyənin o Həzrətə yazdığı sözlərin səhv olmasını izah edərək onu məzəmmət edib. İbn Əbil-Hədid adı ilə məşhurlaşmış təzili şərhçi  Əbdülhəmid ibn Hibətullah Mədaini mərhum alim Kəmaləddin Meysəm ibn Əli ibn Meysəm Bəhrani (rəhiməhullah) özlərinin «Nəhcül-Bəlağə» olan şərhlərinin bu yerində az fərqli ibarətlərlə belə nəql ediblər: Müaviyə Əmirəl-möminin əleyhis-salama bir məktub yazıb ondan Şam vilayətinə vali təyin edilməsini istəmək fikrinə düşmüşdü. O bu fikrini Əmr ibn Asla bölüşdü. Əmr gülərək dedi: Ey Müaviyə, sən hansı fikirlərlə yaşayırsan? (Sən qədər sadəlövhsən?) Elə güman edirsən ki, sənin hiylə kələyin Əliyə (əleyhis-salam) təsir edə bilər?! Müaviyə dedi: Məgər biz Əbdül-Mənaf övladlarından deyilik?! (Mənimlə Əli arasında fərq var ki, hiylə kələklərim ona təsir etməsin?) Əmr dedi: Düzdür, amma (söhbət əsil-nəsəbdə deyil, ad-san, məqam dərəcədədir) onlar nübuvvət peyğəmbərlik məqamına malikdirlər ki, sənin həmin məqamdan bir payın yoxdur. Əgər belə bir məktub yazmaq istəyirsənsə, yaz (ki, mənim sözümün düzlüyünü biləsən). Müaviyə sonra (Yəmən qəbilələrindən olan) Səkasik qəbiləsinə mənsub Abdullah ibn Əqəbəni çağırtdırdı onunla Əmirəl-möminin əleyhis-salama məktub göndərdi həmin məktubda belə yazdı: «Əgər biz müharibə qan axıdılmasının bizim üçün bu qədər bəla müsibət yaradacağını bilsəydik, heç birimiz ona başlamazdıq. Biz indi öz ağıllarımıza qalib gəlmişik. Bizim üçün qalmış çıxış yolu keçmişdən peşman olaraq gələcəkdə islah etmək fikrində olmaqdır. Bundan əvvəl səndən Şam vilayətini istədim. Sən itaət fərmanını mənim boynuma qoymadan onu qəbul etmədin. Bu gün səndən həmin şeyi istəyirəm. Gizli deyil ki, sən həyatdan, mənim ümid bağladığım şeydən başqa bir şey istəmirsən, yoxluqdan mənim qorxduğumdan başqa bir şeydən qorxmursan. Allaha and olsun ki, əsgərlər məhv olublar döyüşçülər yoxa çıxıblar. Biz Əbdül-Mənaf övladlarıyıq bizlərdən birinin digərindən üstünlüyü yoxdur ki, onun vasitəsi ilə hörmətli xar, azad isə qul olsun. Vəssalam». Abdullah ibn Əqəbə məktubu İmam əleyhis-salama çatdıranda o Həzrət onu oxuyub buyurdu: Qəribədir, Müaviyə onun məktubu! Sonra öz katibi ən yaxın seçilmiş şiələrindən olan Abdullah ibn Əbi Rafeni çağırıb ona belə bir cavab yazmasını buyurdu: «Allaha həmd Həzrət Peyğəmbərə salamdan sonra: məktubun gəlib çatdı. Yazmısan ki, əgər müharibənin bizə bu qədər ziyan vuracağını bilsəydik, heç birimiz ona başlamazdıq. Bil! Mənimlə sənin müharibənin sonu var ki, biz hələ ona çatmamışıq. Mən əgər Allah yolunda Onun düşmənləri ilə müharibədə yetmiş dəfə ölüb dirilsəm, çalışmaqdan əl çəkmərəm. Həmçinin deyibsən ki, bizim qalan ağlımız keçmişdən peşman olmağımızdır. Bil ki, mən əqlə zidd görməmişəm etdiklərimdən peşman deyiləm.

[14] Çünki İmam əleyhis-salam Əbu Talib ibn Əbdülmüttəlib ibn Haşim ibn ƏbdülMənafın, Müaviyə isə Əbu Süfyan ibn Hərb ibn Üməyyə  ibn Əbdüşşəms ibn Əbdül-Mənafın oğludur.

[15] Çünki Bəni-Haşim şirk küfr çirkinliklərinə bulaşmadı. Bəni-Üməyyə isə bu cəhətdən murdarlandı. Bəni-Haşim nübüvvət vilayət dürrünün sədəfləri, Bəni-Üməyyə isə şər günah mənbəyi idi. İbn Əbil-Hədid burada belə yazır: Tərtib İmam əleyhis-salamın Əbdüşşəmsin qardaşı Haşimi onunla bir sırada, Üməyyəni Əbdülmüttəlibin müqabilində, Hərbi isə Əbu Talibin müqabilində deməsini tələb edirdi ki, Əbu Süfyan, Əmirəl-möminin əleyhis-salamın müqabilində olsun. Amma o Həzrət Siffeyndə Müaviyənin müqabilində olduğu üçün Haşimi Üməyyə ibn Əbdüşşəmsin müqabilində qoydu «mən sənin kimi deyiləm» buyurmadı. Çünki belə deyilməsi yaxşı deyildi, necə ki, «qılınc əsadan daha işləkdir» deyilmir. Hətta bu cümləni müsəlmanların biri barəsində deməsi yaxşı olmazdı. Bəli, bu cümləni bəzən işarə ilə buyurardı. Çünki o Həzrət özünü kiminləsə müqayisə etmək kiməsə bənzətməkdən üstün idi.

[16] Çünki İmam əleyhis-salam hər yerdə həmişə Həzrət Peyğəmbərlə birgə olub. Müaviyə isə Məkkənin fəthində qılınc gücünə əsir olmuşdu. Həzrət Peyğəmbər Müaviyə İslamı qəbul etdiyi üçün onu minnət qoyaraq azad etdiyi kimsələrdən biri etdi. Minnət qoyularaq azad edilənlər içərisində Sifvan ibn Üməyyə kimi İslamı qəbul etməyənlər Müaviyə ibn Əbu Süfyan kimi zahirdə İslamı qəbul edənlər var idi. Buna görə müharibədə əsir olan «fida», yəni, mal ödəmək ya minnət qoymaq vasitəsi ilə azad olan kimsə «طَلِيق» «təliq», yəni, «azad edilmiş» çağırılırdı.

[17] Ata-babaları məlum aşkar olan şəxs atasından başqasına nisbət verilmiş kimsə kimi deyil. İbn Əbil-Hədid bu yerdə belə yazır: Həmin cümlədən məqsəd budur ki, etiqad saf niyyətlə İslamı qəbul edən şəxs, qılınc qorxusundan ya dünya malı əldə etmək üçün müsəlman olan kəs kimi deyil. Əllamə Məhəmmədbaqir Məclisi (rizvanullah əleyh) «Biharul-ənvar» kitabının səkkizinci cildində, bu məktubun şərhində belə deyir: İbn Əbil-Hədid bu yerdə Müaviyənin abır-həyasını qorumaq üçün özünü nadanlığa vurub. Bizim alimlərdən bəziləri imamət barəsindəki kitablarında yazıblar ki, Üməyyə Əbdüşşəmsin nəslindən deyil, rum qulamlarından olub Əbdüşşəms onu özünə nisbət verib. Cahiliyyət dövründə adət belə idi ki, biri qulamını özünə nisbət vermək istəyəndə, həmin qulu azad edib onu bir ərəb qızı ilə evləndirirdi bununla da qul onun nəsəbinə birləşirdi. Necə ki, Zübeyrin atası Əvam, Xuvəylidə nisbət verilib. Deməli, Bəni-Üməyyə Qureyşdən deyil, bəlkə onlara yapışdırılıb. Bu sözü Əmirəl-möminin əleyhis-salamın, Müaviyənin «biz Əbdül Manaf övladlarıyıq» deyə yazdığı məktub iddiaya cavab olaraq buyurduğu «Hicrət edən azad edilmiş kimi deyil, nəsəbi pak olan yapışdırılmış kimi deyil» cümlələri təsdiq edir. Müaviyə bu sözləri dana bilməyib.

[18] İbn Əbil-Hədid burada belə yazır: O Həzrətin məktubu Müaviyəyə çatanda o, həmin məktubu bir neçə gün Əmr ibn Asdan gizlətdi. Sonra onu çağırtdıraraq məktubu ona oxudu. Əmr Müaviyəni danladı İmam əleyhis-salamın onu məzəmmət etməsindən şad oldu.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Həcc karvanının ilk dayanacağı
Quran oxu sən ...
İmam Hüseyn ələyhis-salamın gözəl cəmalı
İmam Hüseyn (ə) "Cəməl" və "Süffeyn" döyüşlərində
Həzrətin əyatı
Xəvariclər Nəhrəvan döyüşündə haqq yoldan azmışdılarmı? Əli (ə) Müaviə ...
İmam Hüseyn(ə) Qurani- kərimin ayələrində
Məhərrəm ayının 19-cu günü
Allah vəhyinin mütərcimləri
IMAM HÜSEYN ӘLEYHISSALAMIN ŞӘXSIYYӘTI

 
user comment