Azəri
Friday 19th of April 2019
  556
  0
  0

İmam Əli əleyhis-salamın (qeybəti dinləməkdən çəkinmək və insanların pisliyinə danışanların sözlərinə qulaq asmamaq barədə) kəlamlarındandır.

141-ci xütbə

 

İmam Əli əleyhis-salamın (qeybəti dinləməkdən çəkinmək insanların pisliyinə danışanların sözlərinə qulaq asmamaq barədə) kəlamlarındandır.

Ey camaat! Hər kim öz qardaşını (dindaşını) tanıyıb onun dinində (etiqadında) möhkəm və sözləri, əməlləri ilə doğru yolda olduğunu bilsə, camaatın onun barəsində sözlərinə (qeybətinə) qulaq asmamalıdır. Agah olun! (Sözün vurduğu ziyan oxun ziyanından daha ağır çox olur. Çünki) bəzən kamandan ox atan oxçunun oxu boşa çıxır və (ancaq) söz (yalan olsa belə,) təsirsiz qalmır, onun batili və yalanı aradan gedir. (Bununla belə, onun günahı deyənin boynunda qalır. Çünki) Allah (deyilənləri) eşidən və şahiddir. Bilin ki, haqla batil arasında dörd barmaqdan (bu qədər məsafədən) başqa bir şey yoxdur.

Bu sözlərinin mənasını İmam əleyhis-salamdan soruşduqda o Həzrət (bunun cavabında) barmaqlarını bir-birinə birləşdirərək qulaqları ilə gözləri arasına qoyaraq buyurmuşdur: Batil və səhv «eşitmişəm» dediklərin, haqq və doğru isə «görmüşəm» söylədiklərindir.[1]

 

142-ci xütbə

 

İmam Əli əleyhis-salamın (malını boş yerə sərf edən mal sahibini məzəmmət etdiyi) kəlamlarındandır.

Haqdan qeyri yolda ehsan edib haqqı çatmayana bəxşiş verənin alçaq, pis insanların tərifindən, onlara bəxşiş verdiyi surətdə nadanların onun barəsindəki sözlərindən savayı bir nəsibi, bəhrəsi olmaz. Allah yolunda xəsislik etdiyi halda (əslində səxavət göstərməyib, əksinə, malını tələf israf edən) əliaçıq və səxavətli olan nə qədər də çoxdur![2] Allahın sərvət yetirdiyi kimsələr, həmin maldan qohumlarına yardım etməli və o maldan (tanışlarını hər kəsə öz vəziyyətinə uyğun) layiqli qonaq etməlidir. Onunla əsiri, zavallını azad etməlidir. Ondan yoxsula və borcluya verməlidir. Haqqını (zəkat kimi vacib sədəqə kimi müstəhəb) qaytarmaqda, hadisələri dəf etməkdə dözümlü olmalıdır. Bunları da (riyakarlıq özünü göstərmək üçün deyil) savab və ilahi mükafat qazanmaq üçün etməlidir. (Bəyan edilən) bu bəxşişlərlə zəfər çalmaq dünyada ucalmağa, yaxşı ad-sana, yaxşılığa və axirətdə isə yüksək dərəcələrə çatmaq vasitəsinə səbəb olar. Əgər Allah istəsə.

 

143-cü xütbə

 

İmam Əli əleyhis-salamın yağış istərkən buyurduğu xütbələrindəndir.

Agah olun ki, sizi üzərində saxlayan yer və sizi kölgələri altında qərar verən göy sizin Allahınıza itaət edir. (Sizin istək arzularınıza tabe deyillər ki, istədiyiniz zaman yer cücərsin ya göylər yağdırsın.) Öz bərəkət və xeyrini (torpağın göyərməsi göylərin yağdırmasını) nə sizə ürəyi yandığına, nə sizə yaxınlaşmağa, nə də sizdən xeyir və yaxşılığa (faydaya) ümid etdiklərinə görə sizə bağışlayırlar. Sizə xeyir çatdırmağa (Allah tərəfindən) məmur ediliblər. Əmrə itaət edərək sizin mənafeyinizi ödəmək üçün qalxmışlar.[3]

(Buna görə ) Allah nalayiq işlərlə məşğul olan bəndələrini meyvələrin azalması, bərəkətin saxlanılması və yaxşılıqlar xəzinəsinin qapısının bağlanması ilə sınayır ki, tövbə edən yuxudan oyanaraq tövbə etsin, günahı özündən uzaqlaşdırsın (bir daha günaha batmasın). Öyüd alan ibrət götürsün, ayağı özünü saxlayan (günah edib çirkin işlərə meyllənməsin). Allah istiğfarı (Allahdan bağışlanmaq istəməyi) ruzinin artmasının və mehr və rəhmət, yetişməsinin səbəbinə çevirmişdir. (Qurani-Kərimin Nuh surəsinin 11-12-ci ayələrində) Allah-təala buyurur: «اسْتَغْفِرُوا رَبَّكُمْ إِنَّهُ كَانَ غَفَّارًا يُرْسِلِ السَّمَاء عَلَيْكُم مِّدْرَارًا وَيُمْدِدْكُمْ بِأَمْوَالٍ وَبَنِينَ» Rəbbinizdən bağışlanmağınızı diləyin. O, günahları bağışlayandır. (Tövbə etdikdən sonra) O sizə dalbadal yağan bulud göndərər. Sizə mallar və oğullarla kömək edər (sizin mal-dövlət, oğul-uşaqlarınızı çox edər).

Allah rəhmət etsin (bağışlasın) tövbəyə və (günahdan) dönməyə üz tutan, törətdiyi günahın silinməsini diləyən (Allah-təaladan öz pis əməlinin cəzasından keçməsini istəyən) və ölümünü qabaqlayan kişiyə.[4]

İlahi, biz (suyun, otun yaşayış ehtiyaclarının qəhətliyindən) heyvanların və balalarımızın fəryadlarının ucaldığı pərdələrin və örtüklərin (evlərin) altından rəhmətini diləyən, nemətinin artmağına ümidli və cəzandan, qəzəbindən qorxan halda Sənə üz tutduq.

İlahi, Öz yağışınla bizə su yetir, bizi ümidləri kəsilmişlərdən etmə. Bizi qəhətçilik və çətinlik illərində həlak etmə. Bizlərdən olan ağılsızların (pis əməl sahiblərinin) etdiyi işlərə görə bizləri cəzalandırma, ey mehribanların mehribanı!

İlahi Pərvərdigara, sənə doğru gəldik. Sıxıntıların, çətinliklərin bizi zavallı etdiyi, məşəqqətli quraqlıq illərinin bizi yönəltdiyi, çətin mətləb və istəklərin acizləşdirdiyi, başımıza dalbadal ağır fitnələrin, bəlaların gəldiyi bir vaxtda Sənə gizlin olmayan şeylərdən (çətinliklərdən) Sənə şikayətimiz var (xəbər veririk).

İlahi, Səndən istəyirik ki, bizi (evlərimizə) ümidsiz qaytarma, kədərli yollama, günahlarımızla tutuşdurma (istəyimizə günahlarımıza uyğun cavab vermə) və əməllərimizlə müqayisə etmə (istəklərimizi fəzl kərəminə uyğun qəbul et).

İlahi, yağış, bərəkət, ruzi, mehr və rəhmətini bizə əta et, bizə su yetir. Elə bir su ki, xeyir verən, doyduran və (bitki) bitirən olsun və onunla əldən gedənləri (qurumuş bitkiləri) bitir və öləni (qurumuş torpaqları) dirilt. Bizə elə bir yağışla su ver ki, susuzluğu yox etsin və bol meyvələr yetirsin. Hamar torpaq ondan doysun, enişlərdən (çaylar dərələrdən) axsın. Ağacları yarlı-yarpaqlı (yamyaşıl), qiymətləri ucuz etsin. Həqiqətən Sən istədiyin hər şeyə qadirsən.

 

144-cü xütbə

 

İmam Əli əleyhis-salamın (sum İmamların fəzilətləri barədə) xütbələrindəndir.

Allah-təala peyğəmbərlərini seçib vəhyi onlara məxsus etdi. Peyğəmbərləri camaat üçün sübut və dəlilə çevirdi ki, onların (əməllərində) dəlili olmasın. Sənin əmr qadağalarınla tanış deyildik» deyilməsin.) Hamını peyğəmbərlər vasitəsilə haqq yola dəvət etdi.

Agah olun ki, Allah-təala camaatın halını bilir. Ürəklərində olan gizli saxladıqları sirlərdən və düşüncələrdən xəbərsiz deyildir, əksinə, (peyğəmbərləri göndərməsi) kimin əməlinin daha yaxşı olduğunu sınamaqdan ötrüdür.[5] Ondan ötrüdür ki, mükafatın (yaxşı əməlin) savabı (cənnət) və cəzanın (pis əməlin) əzabı (atəş) olsun. (Bu bəyanla ilahi sınağın səbəbinin olduğunu bildiyinizə görə.) Hardadır biz əhli-beytdən başqa elmdə (xilqətin sirləri, Qurani-Kərimin təfsiri vilində) özlərini bilikli sayanlar: Onların iddiası yalan və bizə zülmdür. Çünki Allah-təala bizə üstünlük verib və onları aşağı tutmuşdur. (Bu məqam rütbəni) bizə əta edib onları bundan bəhrəsiz etmişdir. Bizi daxil edərək onları çıxarmışdır. Bizim vasitəmizlə doğru yol istənilər, korluq və azğınlıqdan gözün açılması dilənər. Həqiqətən də dinin başçıları - İmamlar Haşimdən yaranmış Qüreyşdəndir. (Əli Fatimə əleyhimas-salamın nəslindən yaranmışlar.) İmamlıq və xəlifəlik onlardan qeyrisinə layiq deyil, onlardan başqa (haqsız olaraq hakimiyyətə gəlmiş) xəlifələrin (Həzrət Peyğəmbərə) canişin olmaq səlahiyyətləri yoxdur.[6]

 

Bu xütbənin (Bəni-Üməyyə və tərəfdarlarını pisləyib məzəmmət etdiyi) bir hissəsidir

 

Dünyanı seçib axirətə arxa çevirdilər. Saf, içməli suya (təqva pərhizkarlığa) göz yumub, iylənmiş sudan içdilər (əbədi əzabla razılaşdılar). Sanki onlardan pis işlərin ardınca gedərək onlarla ülfət bağlayıb, ram olan və razılaşan fasiq və günahkar birini (Əbdülməlik ibn Mərvanı) görürəm. Saçı belə çirkin işlərdə ağarmış, əxlaqı onunla boyanmışdır. (Onun hakimiyyəti uzun çəkmiş, çirkin işlər onun təbiətinə zatına keçmişdir. Hər bir çirkin işi görməklə) batıracağından qorxusu olmayan dalğalı, böyük dəniz və yandıracağını düşünmədiyi quru ota düşən alov kimi ağzı köpüklü halda (sərxoş) və qorxmadan üz tutar. (Belə bir zamanda) hardadır hidayət çırağı ilə işıqlanan ağıllar, təqva və pərhizkarlıq nişanəsi ilə baxan gözlər? Hardadır Allah üçün ayrılan və Allaha itaət edən, bəndəliyə qapanan ürəklər?

(Hardadır Allaha ibadət itaətdən başqa işi-peşəsi olmayan din rəhbərlərinin tərəfdarları? Bir halda ki, Bəni-Üməyyə) dünya malına hücum çəkərək haram uğrunda bir-birilə vuruşurlar. Behiştin və alovun nişanələri onlara görünür. Amma onlar cənnətdən üz döndərərək öz əməlləri ilə atəşə üz tuturlar. Allah onları (nicat yoluna) dəvət edib. Onlar hürkərək arxa çevirdilər. Şeytan onları (zəlillik bədbəxtlik yoluna) çağırdı, onlar dəvətini qəbul edərək ona üz tutdular.

 


145-ci xütbə

 

İmam Əli əleyhis-salamın (dünyanın məzəmməti vəfasızlığı haqda) xütbələrindəndir.

Ey camaat! Siz bu dünyada ölümlərin oxlarını atdığı hədəfsiniz (müxtəlif növ ölümlər: xəstəlik, qətl, yanğın, batmaq, quyuya düşmək, uçqunun altında qalmaq sair buna oxşarlar sizi məhv etməyə hazırdırlar). Hər içiləndə boğaza sıçrayan bir su vardır. Hər loğmada boğazda ilişən bir sümük vardır. Dünyada bir neməti əldən verməmiş başqa bir nemətə yiyələnə bilməzsiniz.[7] (Həmçinin) sizin uzun ömürlülərinizin (yalnız yaşı çox olanın deyil, hələ ömrü qalan gəncin ya qocanın) ömrünün, həyatının bir günü məhv olmadan ömrünə (yeni) bir gün verilməz.[8] Əvvəlki gün yediyi aradan getmədən çox yemək yeyən üçün yeni bir ləzzət gətirməz.[9] Bir nişanə və izi aradan getməmiş onun başqa bir nişanə və izi yaranmaz. Təzəsi köhnəlməmiş onun üçün heç nə təzələnməz (məsələn, vüqar, səbr helm qazanmaq üçün gənclik şadlığı itirilir). Onun üçün bir salxım bitməz, biçilən aradan getməmiş (bir əkin biçilməmiş, başqa əkin yaranmaz. Ata-anaları bu dünyadan getməmiş övladları onların yerlərində əyləşməzlər). Köklər olub keçiblər (ata-analar ölüblər) və biz budaqlarıq. (Onların övladlarıyıq.) Budaq kökü getdikdən sonra necə qala bilər?[10]

 

 

Bu xütbənin (bidətə itaət etməkdən çəkindirən və sünnənin ardınca getməyi təşviq edən) bir parçasıdır

 

Elə bir bidət (dində olmayan bir şeyin dində yaradılması) yaranmayıb ki, onun səbəbinə bir sünnə (Həzrət Peyğəmbərin yol üslubu) aradan götürülmüş olmasın. Belə isə bidətdən çəkinin və işıqlı yola qədəm qoyun (Həzrət Peyğəmbər səlləllahu əleyhi alihin yolu ilə gedin. Çünki Həzrət Peyğəmbərin zamanında olan) köhnə işlər işlərin ən yaxşısıdır, yeni bidətlər isə ən pis şeylərdir. (Şəriətə zidd olduğuna görə hərc-mərclik, fəsad çox pozğunluğa səbəb olar.)

 

146-cı xütbə

 

İmam Əli əleyhis-salamın İran əhli ilə döyüşə gedərkən buyurduğu kəlamlarındandır. Onunla məsləhətləşən Ömər ibn Xəttaba demişdir:[11]

Bu işə (müqəddəs İslam dininə) yardım və ya onu xar etmək (lap əvvəldən qoşunun) azlıq və çoxluğu ilə olmamışdır (ki, kafirlərin qoşununun çoxluğundan öz qoşunumuzun azlığından qorxaq). O, Allahın dinidir ki, onu (digər dinlərə) qalib edib. O, Allahın qoşunudur. Çatmalı olduğu mərtəbəyə çatana, aşkar olmalı olduğu yerdə aşkarlanana qədər onları hazırladı və kömək etdi. Biz Allah tərəfindən verilən vədi gözləyirik.[12] Allah öz vədinə vəfa edərək qoşununa yardım edər. (Ömərin döyüş meydanına getməməli olduğu haqda fikrini sübutla əsaslandıraraq belə bəyan edir:) Din başçısının və məmləkətin hökmdarının yeri fəqərələri toplayıb onları bir-birinə birləşdirən ipə bənzəyir. Əgər ip qırılsa, fəqərələr bir-birindən ayrılaraq dağılar və heç vaxt bir yerə yığılmaz.[13] Ərəblər bu gün az olsalar da, İslam dininə ( onun başqa dinlərə qələbə çalmasına) görə çoxdurlar. (Nifaqın, ikiüzlülüyün yol tapmadığı) birlik və bütövlüyünə görə qalibdirlər. Sən dəyirmanın ortasındakı mismar kimi (sakit təmkinli) ol. (Müharibə) dəyirmanını ərəblərin vasitəsilə fırlat (qoşunu təchiz etməyə işlərində nizam-intizam yaratmağa çalış). Onları müharibə alovuna daxil edərək özün döyüş meydanına getmə. Çünki sən bu torpaqdan (İslamın paytaxtı Mədineyi-Teyyibədən) bayıra çıxsan, ətraf və nahiyələrdən ərəblər (fürsət əldə edib) səninlə olan peymanlarını pozacaq və fitnə-fəsad salacaqlar. (Sənə itaət etməkdən boyun qaçıracaqlar məmləkətin nizam-intizam ipləri bir-birindən qopacaq). İş o yerə çatacaq ki, arxada qoyduğun sərhədləri qorumaq sənin üçün döyüş meydanına getməkdən daha mühüm olacaq.[14] (Başqa cəhətdən Sən döyüş meydanına daxil olsan,) iranlılar səni görəcək və deyəcəklər: Bu ərəblərin rəhbəridir. (Ondan başqa rəhbərləri yoxdur.) Onu aradan götürsəniz (qətlə yetirsəniz), rahatlıq taparsınız. Bu düşüncə onların sənə (səninlə döyüşə) olan hərisliyini və səni (məhv etmək) tamahını daha da artırar.[15] İranlıların müsəlmanlarla döyüşə gəlmələri barədə xatırlatmana gəlincə isə, (qorxusu yoxdur, çünki) səndən daha çox Allah-təala onların gəlişini xoşlamır və O, bəyənmədiyi şeyi (razı olmadığını) aradan götürməkdə daha qüdrətlidir. Sayların çoxluğu barədə dediyinə gəlincə isə, (bunun üçün narahatlıq yeri yoxdur, çünki) biz bundan əvvəl (Həzrət Peyğəmbərin vaxtında İslamın ilk illərində kafirlərlə) qoşunun çoxluğu ilə döyüşmürdük, əksinə, Allah-təalanın yardımı, köməyi ilə döyüşürdük. (İndi qoşunun azlığından narahat olma. Allah bizə yardım göstərəcək sonda qələbəni, zəfəri bizə nəsib edəcək.)

 

147-ci xütbə

 

İmam Əli əleyhis-salamın (Həzrət Məhəmmədə peyğəmbərlik verilməsinə dair dediyi, gələcəkdə baş verəcək hadisələrdən xəbər verdiyi, camaata öyüd, nəsihət etdiyi, onları itaətə həvəsləndirdiyi) xütbələrindəndir.

(Allaha şükr sənadan) sonra, Allah Məhəmmədi (səlləllahu əleyhi alih) haqqa və doğruluğa seçdi ki, bəndələrini bütlərə pərəstişdən çəkindirsin və Ona ibadətə, itaətə dəvət etsin. Şeytanın ardınca getməyi qadağan edərək Ona itaətə yönəltsin. Bəndələrinin nadan olduqları halda Allahlarını tanısınlar deyə, inkar etdikdən sonra Onu etiraf və inanmadıqdan sonra varlığını sübut etmələri üçün onu (bütün üfüqlərdə) aydın, möhkəm və güclü etdiyi Quranla göndərdi. Sonra özü görülmədən, onlara göstərdiyi güc və qüdrətilə özünü kitabında onlara aşkar etdi.[16] (Öz kitabında) onları öz əzəmət və şövkəti ilə qorxudub məhv etdiyi qövmü müxtəlif əzablarla necə puç etməsindən, aralarına qəzəb orağı atdığı dəstəni (aradan götürdüyündən) agah etdi.[17] Məndən sonra tezliklə sizin üçün elə bir zaman gələcək ki, onda haqq və doğruluqdan daha gizli, batil və nadürüstlükdən daha aşkar, Allaha və Onun Peyğəmbərinə qarşı yalandan daha çox bir şey olmayacaq. O zəmanənin camaatı üçün doğru-düzgün oxunan (düzgün təfsir vil edilən) Qurandan qiymətsiz, mənasını təhrif edib dəyişdiklərindən (onu nəfsi istəkləri batil qərəzləri ilə uyğunlaşdırsalar) bol məhsul olmaz. Şəhərlərdə ləyaqətli işlərdən daha pis və pis işlərdən daha ləyaqətli iş olmaz. Quranı daşıyanlar (onunla tanış olub məlumatı olanlar) ona etinasız olar (göstərişinə uyğun rəftar etməzlər) və hafizləri isə (onu əzbərdən avazla oxuyanlar əməl vaxtı) unudarlar. Deməli, Quran və onun əhli (yol göstərən İmamlar əleyhimus-salam ardıcılları) uzağa atılmışlar və cəmiyyət arasında deyillər.[18] Bunların hər ikisi bir yolda bir-birinə yoldaşdır. (Quranın göstərişinə uyğun rəftar edirlər. Həmin zəmanə əhlindən) bir kimsə Qurana və əhlinə hörmət qoymayıb yanında saxlamayacaq. (Çünki nəfsinə uyğun gəlmir.) Deməli, Quran və onun əhli həmin zəmanədə (zahirdə) camaatın arasında, onlarla olsalar da (əslində) aralarında olmayıb, onlarla deyillər. Çünki zəlillik və azğınlıqla doğru yol, hidayət bir yerə sığışmaz. Həmin (azğın) camaat (Qurandan) ayrılmaq üçün əl-ələ verəcək və insanlardan (Qurana tabe olanlardan) pərən-pərən düşəcəklər. Sanki (itaət edib ardınca getməli olduqları) Quran onların rəhbəri deyil, onlar Quranın rəhbərləridir!!! (Çünki onu öz batil qərəzləri nadürüst düşüncələri əsasında təfsir, vil edirlər.) Deməli, (Quranı arxaya atıb onun müddəalarına əməl etmədiklərinə görə) onlar üçün onun adından başqa bir şey qalmayıb və yazısından, xəttindən qeyri bir şeyini tanımırlar. Bu zəmanə gəlməmişdən qabaq (Bəni-Üməyyə Bəni-Abbasın zülmü, sitəmi nəticəsində) yaxşı insanlara cürbəcür zülmlər olunacaq. Onların doğru sözünü Allaha yalan və böhtan sanacaq, yaxşı əməllərini çirkin işlərin cəzası ilə mükafatlandıracaqlar. (Çünki şəhvət nəfslərinə tabe olaraq yaxşı insanların layiqli əməllərini nalayiq sanacaq onları qətlə yetirəcək, incidəcəklər.) Sizdən əvvəl olanlar uzun arzularına və ölümləri naməlum olduğuna görə həlak olub əzab çəkərlər (uzun arzulardan çox asılı olub, ölümdən xəbərsiz qalarlar) ölüm onları yaxalayar. Elə bir ölüm ki, heç bir üzrü qəbul etməz, əllər tövbəyə, (çirkin əməllərdən) qayıdışa çatmaz (üzrxahlığa tövbə etməyə macal olmaz) və müsibət, əzab (can vermək əbədi əzab) onunla yoldaş olar.

Ey camaat! Allahdan öyüd-nəsihət istəyən kimsə (nəsihət qəbul edənin əməlləri sözləri Allahın buyuruqlarına uyğun olsa, hər xeyir işdə) uğur qazanar. Onun sözünü (Qurani-Kərimi) kim öz yolgöstərəninə çevirsə, yolların ən davamlısı olan bir yola yönəldilər.[19] Çünki Allahı tanıyan (Onun sözlərini öz bələdçisinə çevirən şəxs əbədi əzabdan) rahat və asudə olar. Onun düşməni (Ona ibadət bəndəlikdən boyun qaçıraraq yoluna qədəm qoymayan) isə qorxudadır. Allahın əzəmət və böyüklüyünü tanıyan (Onun hər şeyə qadir olduğunu bilən) kimsənin özünü böyük sanması (Onun əmr qadağalarına tabe olmaması) yaraşan deyil. Allah-təalanın böyüklüyünün həddi-hüdudunun olmadığını bilən şəxslərin ləyaqət və məqamlarının aliliyi Onun müqabilində təvazökar olmalarındadır (əmrlərinə uyğun rəftar etmələrindədir). Onun güc və qüdrətinin hər imkanın fövqündə dayandığını bilən kəslərin sağlığı (əzabdan xilas olmaları) Ona tabe olmalarındadır. Sağlam insan qoturludan, şəfa tapan xəstədən uzaq durduğu kimi haqdan (Onun əhlindən, yəni, din başçılarından) uzaqlaşmayın. Bilin, nə qədər ki, Onu tərk edəni (Ona itaət etməyənləri) tanımamısınız, doğru yolu (haqq dini) dərk etməyəcəksiniz. Heç vaxt Quranla əhd-peymanınıza sadiq qalmayacaqsınız (Allaha peyğəmbərə iman gətirməyəcəksiniz), nə qədər ki, əhdini pozub peymanını sındıranı (onlara meyl etməyəni) tanımamısınız. Onu uzağa atanı (onun hökmlərinə əməl etməyəni) tanımayana qədər heç vaxt Allahın Kitabına əl vurmayacaqsınız (onun göstərişinə uyğun rəftar etməyəcəksiniz). (Doğru yola gəlməyəni, Quranla əhd-peymanlarını pozub onu tərk edənləri tanıdıqda onlardan uzaqlaşdıqda) doğru yolu, əhd-peymana sadiqliyi, Qurana bağlanmağın üsulunu onun əhlindən (yol göstərən İmamlar əleyhimus-salamdan) diləyin. Çünki onlar elm və biliyi diri saxlayanlar, cəhalət və nadanlığı öldürənlərdir. (Buna görə ki,) onlardır hökmləri (bəyan etdikləri şəriət hökmləri ilahi vəzifələr) sizləri elm və biliklərindən (söz deməməli olduğu yerlərdə) sakit dayanmaları sözlərindən (bəyanlarının gözəlliyindən) və zahirləri batinlərindən agah edən. (Sözləri ilə əməllərinin birliyi etiqadlarının düzgünlüyü imanlarının doğruluğundandır.) Dinin əleyhinə deyildirlər (çünki dinin rəhbərliyi onların əlində olub hər eybdən, günahdan sumdurlar) (hökmlərin heç birində) bir-biri ilə ixtilafları yoxdur. (Çünki onların elmləri vahid peyğəmbərlik mədənindən qaynaqlanır.) Deməli, din onların barəsində doğru danışan şahid (onların birliyinə ixtilaflarının olmamasına şəhadət verir) və danışan bir sükutdur. (Zahirdə bir söz deməsələr , əslində din haqqın onlarla onların haqla olduğunu deyir.)

 

148-ci xütbə

 

İmam Əli əleyhis-salamın Bəsrə əhli (Təlhə Zübeyrin məzəmməti) barədə kəlamlarındandır.  

Təlhə və Zübeyrin hər ikisi özlərinin xalqın əmiri və hakimi olacaqlarına ümidvar olaraq, bunu dostları üçün deyil, özləri üçün istəyirlər.[20] (Buna görə bu döyüşdə) Allaha tərəf getməyib bir kəndir və iplə özlərini Ona yaxınlaşdırmırlar.[21] Hər biri öz dostuna ürəyində kin bəsləyir. Tezliklə işlərin üstündən pərdə götürüləcək, kinləri üzə çıxacaqdır.[22] Allaha and olsun, istədiklərini əldə etsələr (hakimiyyətə çatsalar), hər an hər biri başqasının canını alar, hər biri dostunu puç və məhv edər. (İndi) zülmkar bir dəstə (fitnə qarışıqlıq üçün) qiyam etmişdir (biz müdafiə olunmağa qarşılarını almağa hazırıq). Haradadır (pis işlərdən çəkindirərək Allahdan) əcr və savab istəyənlər (ki, bizə kömək yardım etsinlər?) Həqiqətən də sünnələr (hidayət qurtuluş yolları) onlara aydındır (hamı bilir). Bu xəbər daha əvvəldən onlara bəyan olunmuşdur.[23] (Buna görə Osmanın qətlini əhd-peymanlarını pozmaq üçün bəhanəyə çevirən bu insanların sözlərinə qulaq asmaq lazım deyil. Çünki) hər azğınlıq üçün bəhanə və səbəb, hər əhd-peymanı pozmaq üçünsə bir şübhə var.[24] (Ancaq) Allaha and olsun, mən əli başa, üzə və sinəyə vurmağın səsini matəmlərdə və ölüm xəbərini qasiddən eşidən, (inanmayaraq) ağlayanın başının üstünü kəsdirənlərdən (buncaya qədər inanmayandan) deyiləm.[25]

 


149-cü xütbə

 

İmam Əli əleyhis-salamın (ibn Mülcəm qılıncla o böyük şəxsin başına zərbə endirdikdən sonra) vəfatından öncə (ölümün hamıya çatacağı barədə dediyi, Allah Peyğəmbərə tabe olmağı tövsiyə etdiyi öz vəfatını xəbər verdiyi) kəlamlarındandır.

Ey camaat! Hər insan ölümdən qaça-qaça onunla görüşür. Ömrün müddəti canın cıdır meydanıdır. (Mənzil başı ömrün başa çatması ölümü qəbul etməkdir.) Ölümdən qaçmaq ona yaxınlaşmaqdır.[26] Nə çox günlərimi bu gizli mətləblə maraqlanmaqla keçirmişəm.[27] (Bu sirri tapdım ) Allah-təala onun (sizdən) gizli qalmasından qeyri bir şeyi istəməmişdir.[28] Ondan agah olmağınız nə qədər də uzaqdadır. (Çünki) gizli bir elmdir. (Onu hər kəsə açmaq olmaz.) Mən (sizlərə) Allahı (barəsində) vəsiyyət edib tapşırıram ki, Ona heç nəyi şərik qoşmayasınız. Məhəmməd (səlləllahu əleyhi alih) (haqqında) vəsiyyət edirəm ki, onun sünnəsini (hökmlərini) qədir-qiymətsiz və puç etməyin. Bu iki sütunu (Allahın birliyi Həzrəti Peyğəmbərin şəriətini) qoruyub saxlayın.[29] Və yandırın bu iki çırağı (nadanlıq azğınlıq zülmətində sərgərdan qalmayasınız deyə). Bir-birinizdən (bu iki şeydən) uzaq və pərən-pərən düşməyənə qədər qınaq və məzəmmət olunmazsınız. (Allahın Peyğəmbərin göstərişinə tabe olmağı çətin sanmayın, çünki) Allah-təala sizlərdən hər birinə taqəti və qüdrəti qədər vəzifə tapşırmış, nadanlara güzəşt etmişdir. (Belə isə, nadanların bilənlər qədər mükəlləfiyyəti yoxdur, çünki) sizin Allahınız mehriban bir Allah, dininiz möhkəm bir din (əyrilik ona yol tapmayıb) və rəhbəriniz (Həzrət Peyğəmbər yol göstərən İmamlar əleyhimus-salam bütün ilahi hökmlərdə) bilikli bir rəhbərdir. Mən dünən sizinlə yoldaş və həmnişin idim. (Sağlamlıq, igidlik gücümlə sizə xidmət edirdim.) Bu gün isə sizlər üçün ibrət və öyüdəm. (Bütün bu igidlik qüdrətimə baxmayaraq, ölürəm.) Sabah sizdən uzaqlaşaraq ayrılacağam. (Öləcəyəm.) Allah mənə və sizlərə rəhmət etsin.[30] Bu büdrəyən yerdə ayaq qoyduğum yer möhkəm olsa, (bu dünyada sağ qalsam,) deməli, (Allahın qəza- qədərinə razı olduğuma Onun istədiyindən başqa şeyi istəmədiyimə görə) bu sizin muradınızdır, sizə yaxşıdır. Əgər ayağım büdrəsə (ölüm məni haqlasa), deməli, biz ağac budaqlarının kölgəsində, küləklərin əsdiyi yerdə və yerlə göy arasında toplanıb, məhv olan və nişanələrini yerdəki küləklərin yox etdiyi buludların sayəsində olmuşuq.[31] Mən sizin qonşunuz idim və bir müddət bədənim də sizə yoldaş idi. Tezliklə hərəkətdən sonra sakitləşmiş, danışdıqdan sonra susmuş cansız bədənimi görəcəksiniz. Mənim hərəkətsizliyim, gözlərimi önümə dikməyim və əzalarımın sakitliyi sizlər üçün ibrət olsun. Çünki bu hal ibrət götürənlər üçün hər bəlağətli söhbətdən, hər qəbul edilmiş sözdən daha nəsihətlidir. Mənim sizlərlə vidalaşmağım, ayrılmağım dostları görüşünə gələn bir kişinin ayrılığına və vidalaşmağına bənzər. (Qiyamət günündə Allahın ədalət dərgahında sizinlə görüşəcəyəm.) Sabah mənimlə olduğunuz günləri xatırlayacaqsınız. (Mən dünyadan köçdükdən, Bəni-Üməyyə başqaları hakimiyyətə gəldikdən sonra mənim qədrimi biləcəksiniz.) Mənim fikirlərim sizə çatacaq. (Məlum olacaq ki, bu döyüşlərdə Allah-təalanın razılığını qazanmaqdan başqa məqsədim olmayıb.) Mənim yerim boşaldıqdan və orada başqa birisi dayandıqdan sonra məni tanıyacaqsınız.[32]

 

150-cü xütbə

 

İmam Əli əleyhis-salamın (özündən sonra) baş verən hadisələrə işarə etdiyi (İmami-Zaman əccələllahu fərəcəhun qeybə çəkilməsindən xəbər verdiyi) xütbələrindəndir.

(Dünyapərəstlər) tutdular azğınlıq yollarını sağdan, soldan, göz yumdular hidayət və qurtuluşun düm-düz yollarına.[33] (Dinləyənlər bu sözdən heyrətə gələrək bu hadisələrin vaxt baş verəcəyini Həzrətdən soruşanda buyurdu:) Tələsməyin. Baş verəcək pozğunluqları, olması gözlənilənləri və sabahın gətirəcəklərini (bundan sonra aşkar olacaqları) gec sanmayın ki, bir şey uğrunda tələsən onu tapdıqda ona çatmamağı qalır![34] Sabahın nişanələri (o zamanların çatacağı həmin pozğunluqların baş verəcəyi zəmanənin insanlarının əməlindən aydın görünür) bu gün necə də yaxındır! Ey zəmanə camaatı, hər vəd olunmuşun gəlişinin vaxtı, xəbəriniz olmadığı fitnələrlə görüşə yaxınlaşmaq anıdır.[35] Agah olun, bizdən fitnələri görən kimsə (Sahib əz-zaman əccələllah fərəcəh) həmin fəsadların zülmətində aydın çıraqla (İmamət vilayət nuru ilə) hərəkət edəcək, yaxşılar kimi rəftar edəcək ki, o çətinliklərin bir düyününü açsın (azğınlığa düçar olanı xilas etsin) və bir əsiri (cəhalət nadanlığın buxovlarından) azad etsin. (Kafirlərin) birliyini dağıdıb dağınığı (haqqı) bir yerə yığacaq. Camaatdan gizlində olar, axtaran arxasınca nə qədər nəzər salsa da bir izini, nişanəsini görməz.[36] Bir dəstə bu fitnələrdə dəmirçi qılıncı cilaladığı kimi cilalanacaq (doğru yola gəlib xilas olacaq o Həzrətin ardınca getməyə hazır olacaq. Belə ki,) onların gözləri Quranın nuru ilə işıqlanacaq, təfsiri qulaqlarında səslənəcək (Quran ayələrini oxuyub dərindən düşünəcək, təfsirini öz əhlindən öyrənəcək). Səhər erkən içdikdən sonra axşam da hikmət camını onlara içirdəcəklər.[37]

Bu xütbənin (cahiliyyət dövrünün insanları və Həzrət Peyğəbmərin səhabələri haqda olan) bir hissəsidir

 

(Müqəddəs İslam dini yaranmamışdan əvvəl bütün dünyanı azğınlıq bürümüşdü insanlar müxtəlif pozğun işlərlə məşğul olurdular.) Onların (günah itaətsizlik) zəmanəsi (öz) günah və cəzalarını başa çatdırmaları üçün uzun çəkdi.[38] Zəmanələrinin sonu yaxınlaşana qədər ruzgarlarının ağır hadisələrinə layiq olmaları üçün. (Rəis başçılarından) bir dəstə pozğunluqlara bel bağlayıb ondan rahatlıq tapdı. Müharibə atəşini alovlandırmaq üçün əllərini qılıncla göyə qaldırdılar.[39] (Həzrət Peyğəmbər öz səhabə ardıcıllarını müqəddəs İslam dinini təbliğ edib yaymaq üçün elə tərbiyələndirdi ki,) İlahi qəzavü-qədər bəla və çətinlik dövrünün başa çatmasını tələb edənədək (müsəlmanlar güclənib dinləri dünyada məşhurlaşana qədər çətinliklərdə düşmənlə döyüşdə) dözümlərini Allaha minnət qoymadılar, haqqın yolunda candan keçməyi böyük saymadılar.[40] (Döyüşlərdə) qılınc çalmaları bəsirətlərinə (nadanlığa şəhvətə görə deyil, Allaha Peyğəmbərə inamlarına) görə idi. Yol göstərən və nəsihət verənlərinin (Həzrət Peyğəmbərin) əmrilə Allahlarına yaxınlaşdılar.[41] Allah-təala bu Peyğəmbərin (səlləllahu əleyhi alih) ruhunu aldıqdan sonra bir dəstə geriyə qayıtdı (Həzrət Peyğəmbərin əmr qadağalarına arxa çevirib yenidən azğınlıq yoluna qədəm qoydular) (azğınlıq) yolları onları məhv etdi. (Dünyada pozğunluğa, axirətdə isə əbədi əzaba düçar oldular.) Öz nadürüst düşüncə və rəylərinə etimad etdilər (hökmləri özlərindən səhv bəyan etməklə insanları ona tabe olmağa məcbur etdilər. Həzrət Peyğəmbərin) qohum-əqrabasından qeyrisinə tabe oldular.[42] (Onları) sevməyə əmr edilmiş vasitədən (yəni, hidayət qurtuluş vasitəsi olan Həzrət Peyğəmbərin Əhli-Beytindən) uzaq durdular.[43] Binanı (din imanı) möhkəm bünövrəsindən köçürərək layiq olmayan yerdə tikdilər.[44] Onlar hər günahın mənbəyi, hər çətinliyə və nadanlığa daxil olanın qapılarıdır. (Batili nadürüstlüyü istəyən hər kimsə onların ardınca gedər. Çünki onlar zəlillik azğınlıq qapıları, fitnə-fəsadın, din dünya işlərində pozğunluğun mənşəyidirlər.) Heyrət və səfalət içrə (dənizin dalğaları kimi) get-gəl edirdilər (çünki haqdan əl çəkmişdilər dinin rəhbərinə tabe deyildilər) və bihuşluqda (cəhalət nadanlıqda) Fironun ardıcılları kimi (öz əməllərinin əzab cəzasından) qafil idilər.[45] Bəziləri (xəlifələr kimi) axirətə göz yumub dünyaya yönəldilər, bəziləri də (Bəni Üməyyə kimi) dindən əl çəkib (doğru yol qurtuluşdan) uzaqlaşdılar.

 



[1] Buna görə mömin doğru olsa belə, dindaşının eybi barədə pis əməl sahiblərinin qeybətcil insanların sözlərinə etimad göstərməməli, görməmişdən qabaq onu ifşa etməməlidir.

[2] Malını boş yerə, Allahın razılığı olmayan yerə xərcləyənlər şeytanın dostlarıdırlar. Yüz iyirmi altıncı xütbənin şərhində bu məqam qeyd olunmuşdur.

[3] Deməli, zəruri vaxtlarda göyün yağdırmaması yerin bitirməməsi bəndənin pis əməllərinə günahına görədir. Bu da rəhmətdən Haqq-təalanın bəxşişindən bəhrələnməyə mane olur.

[4] Ölüm gəlib çatmamış günahlarına görə tövbə edib saleh əməli gözəl işləri öz şüarına çevirən. Burada isə İmam əleyhis-salam dua etməyin rəhmət diləməyin yağış istəməyin yolunu öyrədir.

[5] Allahın sınağının mənası budur ki, kim dünyada Onun fərmanına itaət etsə, nicat tapacaq kim itaətsizlik etsə, əzaba düçar olacaq. Bu sınaq onların işinin sonundan xəbərsiz olmasına görə bunu bilmək istəməsi demək deyil. Altmış ikinci xütbənin şərhində bu qeyd olunmuşdur.

[6] Çünki xəlifəlik İmamlıq üçün lazım olan xüsusiyyətlər on iki İmamdan qeyrisində yoxdur. İmam əleyhis-salamın bu buyuruğu İmamlığın on iki İmamdan qeyrisinə layiq olmadığını aydın göstərir.

 

[7] Şəhərlərə səhayət etməyi arzulayıb buna nail olsanız, vətəninizdən ailənizdən ayrılığın dərdilə üzləşəcəksiniz. Mal övlada çatsanız, rahatlıq nemətindən ayrı düşəcəksiniz.

[8] Bu gün keçmədən sabaha çatmaq mümkün deyil. Bu gündən keçməklə isə insan ölümə bir gün yaxınlaşır. Deməli, ölümə yaxınlaşmaqla qazanılan ləzzət əslində ləzzət deyil.

[9] Başqa ləzzətli xörəklərə göz yummadan ləziz bir xörəkdən bəhrələnə bilməz. Bədənindən bir paltarı çıxarmamış başqa bir paltar geyinməz. Bir evdən çıxmadan başqa bir evdə məskunlaşmaz.

[10] Xülasə, hər biri çoxlu dərd, kədər, bəla ilə qarışmış dünyəvi ləzzətlər bir kimsə üçün yığılmaz. Deməli, onlara ürək bağlayıb o dünyanın əbədi ləzzətinə göz yüman nadan ziyana düşəndir.

[11] Tarixçilər arasında İmam əleyhis-salamın bu sözləri buyurduğu tarix barədə fikir ayrılığı var. Bəziləri bu sözlərin Kufə yaxınlığında, qərbdə, səhra tərəfdə yerləşən Qadisiyyədəki döyüşlə əlaqədar deyildiyini bildirirlər. Bu döyüş hicrətin on dördüncü ilində olmuşdur. Ömər özünün döyüşə getməsi haqda müsəlmanlarla məsləhətləşdikdə İmam əleyhis-salam onu bu işdən çəkindirdi. Sonra d ibn Əbi Vəqqası qoşuna başçı təyin etdi o, yeddi min nəfərlik qoşunla döyüş meydanına daxil oldu. İran şahı Yəzdigərd Rüstəm Fərruxzadı çoxsaylı qoşunla birgə onunla döyüşə göndərdi. Nəhayət, İslam qoşunu qələbə çaldı Rüstəmi çoxlu əsgərlər ilə birgə qətlə yetirərək zəfər qazandı. Bundan sonra müsəlmanlar d Mədainə doğru gedərkən Kəsra eyvanına daxil oldular. Orada olanları qarət etdilər Yəzdigərd oradan qaçdı. Bəzi tarixçilərə görə isə bu, Həmədan yaxınlığındakı Nəhavənd döyüşü ilə əlaqədar deyilmişdir. Bu döyüşün qısa məzmunu belədir: İran şahı Yəzdigərd İslam ordusuna qarşı döyüşmək üçün Firuzanın sərkərdəliyi altında Nəhavənd şəhərinə çoxlu qoşun topladı. Həmin vaxt Kufənin hakimi olan Əmmar Yasir bunu bildikdə Ömərə məktub yazaraq xəbər çatdırdı. Ömər səhabələri toplayaraq özünün döyüşə getməyi barədə onlarla məsləhətləşdi. Hər kəs öz fikrini, münasibətini bildirdi. Osman dedi ki, Şam, Yəmən, Məkkə, Mədinə, Kufə Bəsrənin bütün müsəlmanlarına döyüşə hazır olmaları üçün məktub yaz özün onlarla birgə hərəkət et. Əmirəl-möminin əleyhis-salam isə buyurdu ki, Mədinədən çıxmağın məsləhət deyil. Çünki bu şəhər məmləkətin mərkəzi İslamın paytaxtıdır. Şamdan qoşun istəməyin məsləhət deyil. Çətinliklə ələ keçirilmiş şəhərin qoşunsuz qalması düzgün deyil. Məbada Rum padşahı Herakl bundan xəbər tutsun pusqudan çıxaraq yenidən oranı tutsun. Ömər dedi: «Ya Əli, bəs göstərişin nədirBuyurdu: «Fikrim budur ki, sən Mədinədə qalasan igid bir insanı İslam ordusuna sərkərdə təyin edərək iranlılarla döyüşə göndərəsən. Əgər məğlub olsalar, sən öz yerində qalaraq ikinci dəfə qoşun toplayıb göndərərəsən. İslam qoşununa rəhbərliyə man ibn Məqrən layiqdirÖmər bu fikri qəbul edərək Bəsrədə olan mana məktub yazdı onu İslam qoşununun rəhbəri kimi iranlılarla döyüşə getməyə məmur etdi. man məktubu oxuduqdan sonra otuz min nəfərdən artıq qoşunla Nəhavəndə yola düşdü. Çox ağır döyüşdən sonra nəhayət, qələbə müsəlmanlara nəsib oldu onlar bu döyüşü «fəthul-futuh» adlandırdılar. Yəzdigərd isə qaçdıXülasə, buradakı sözlər, Ömərin məsləhətləşdiyi vaxt İmam əleyhis-salamın buyurduğu sözlərdir.

[12] Qurani-Kərimin Nur surəsinin 55-ci ayəsində buyurulur:وَعَدَ اللَّهُ الَّذِينَ آمَنُوا مِنكُمْ وَعَمِلُوا الصَّالِحَاتِ لَيَسْتَخْلِفَنَّهُمْ فِي الْأَرْضِ كَمَا اسْتَخْلَفَ الَّذِينَ مِن قَبْلِهِمْ وَلَيُمَكِّنَنَّ لَهُمْ دِينَهُمُ الَّذِي ارْتَضَى لَهُمْ وَلَيُبَدِّلَنَّهُم مِّن بَعْدِ خَوْفِهِمْ أَمْنًا  Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə Onlardan əvvəl İsrail övladını Misir və Şam torpağında hakim etdiyi kimi onları kafirlərin torpaqlarına və şəhərlərinə hakim edəcəyini vəd vermişdir. Onlar üçün bəyənilmiş və seçilmiş dini möhkəmləndirəcəyini vəd buyurmuşdur. Kafirlərdən olan xof və qorxudan sonra onlara əmin-amanlıq, rahatlıq əta edəcəkdir.

[13] Sən əgər Mədinədən çıxsan, fitnə-fəsad baş verəcək və müsəlmanların birliyi pozulacaq. Bundan sonra (o Həzrət) İslam qoşununun azlığına və düşmən qoşununun sayının çox olmasına görə Ömərin narahatlığını aradan götürmək üçün sözlərini davam edir.

[14] Qısası, çölə çıxsan ərəblərin fitnə və qarışıqlıq salaraq məmləkətin sabitliyini pozması qorxusu var. Hətta o həddə qədər ki,  bu iş üçün tədbir tökməyin əhəmiyyəti sənə kafirlərlə müharibəyə tədbir görməkdən daha artıq olar.

[15] Ömərin Həzrətdən soruşduğu suallar arasında «İranlılar müsəlmanların üstünə hücuma keçib onlarla döyüşmək qərarına gəlmişlər. Onların bu qərarı qoşunlarının çoxluğuna, güc və qüdrətlərinə dəlalət edir. Onların döyüşə birinci başlamasını bəyənmirəmqənaətində olduğuna görə İmam əleyhis-salam onun cavabı (olaraq sözünü davam edir).

[16] Qurani-Kərimin Bəqərə surəsinin 164-cü ayəsində buyurduğu kimi: إِنَّ فِي خَلْقِ السَّمَاوَاتِ وَالْأَرْض وَاخْتِلاَفِ اللَّيْلِ وَالنَّهَارِ وَالْفُلْكِ الَّتِي تَجْرِي فِي الْبَحْرِ بِمَا يَنْفَعُ النَّاسَ وَمَا أَنزَلَ اللّهُ مِنَ السَّمَاءِ مِن مَّاءٍ فَأَحْيَا بِهِ الْأَرْضَ بَعْدَ مَوْتِهَا وَبَثَّ فِيهَا مِن كُلِّ  دَآبَّةٍ وَتَصْرِيفِ الرِّيَاحِ وَالسَّحَابِ الْمُسَخَّرِ بَيْنَ السَّمَاءِ وَالْأَرْض لَآيَاتٍ لِّقَوْمٍ يَعْقِلُونَ  Göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində, içərisində insanlar üçün mənfəətli şeylər olan gəmilərin dənizlərdə üzməsində, quruyan yer üzünü Allahın göydən yağmur göndərərək yenidən diriltməsində, yam-yaşıl etməsində, hər tərpənəni onun hər tərəfinə yaymasında, küləyin əsməsində, göylə yer arasında saxlanılmış buludların hərəkətində şübhəsiz ağıl sahibi və onun nişanələri barədə düşünən insanlar üçün əlamətlər vardır.

[17] Necə ki, Qurani-Kərimin Ənkəbut surəsinin 34-35-ci ayələrində buyurulur: « إِنّا مُنْزِلُونَ عَلَى أَهْلِ هَذِهِ الْقَرْيَةِ رِجْزًا مِّنَ السَّمَاءِ بِمَا كَانُوا يَفْسُقُونَ وَلَقَد تَرَكْنا مِنْها آيَةً بَيِّنَةً لِّقَوْمٍ يَعْقِلُونَ » Biz etdikləri pozğunluğa, itaətsizliyə görə bu şəhərin əhlinin (Həzrət Lutun-əla nəbiyyina və alihi və əleyhis-salam-qövmünün) başına göydən əzab endirdik. Biz düşünən bir qövm üçün o şəhərdə əzabdan aşkar bir nişanə qoyduq.

[18] Çünki həmin dövrün adamları batilə üz tutaraq haqdan uzaq düşmüşlər və uzaq durmaları onların qovulması və yoxluqları deməkdir.

[19] Allah-təala Qurani-Kərimin İsra surəsinin 9-cu ayəsində buyurur: إِنَّ هَـذَا الْقُرْآنَ يِهْدِي لِلَّتِي هِيَ أَقْوَمُ «Bu Quran ən doğru yola yönəldir».

[20] Çünki hər biri özünün xəlifə olması üçün çalışır. Deməli, əhd-peymanlarını pozmaları və mənə düşmən kəsilmələri özlərinin dedikləri kimi din və imanı müdafiə etdiklərinə görə deyil, dünya sevgisinə və vəzifə şəhvətinə görədir.

[21] Nahaq qanları tökdüklərinə görə Allah yanında dəlil, sübut gətirməyə bəhanələri, üzrləri yoxdur.

[22] Bəsrəyə daxil olduqda Osman ibn Hunəyfi məkrlə həbs edib beytülmalın qoruyucularından və qoşundan çoxunu öldürdükləri kimi. Pişnamazlıq üstündə ixtilafları düşdü və düşmənçilikləri üzə çıxdı. Nəhayət, bir gün Məhəmməd ibn Təlhənin, növbəti gün isə Abdullah ibn Zübeyrin pişnamaz olması şərti ilə Aişə onları barışdırdı. Onlardan hər biri Aişədən xahiş etdilər ki, camaat onu salamlasın və onu əmir kimi tanısınlar. Sonra Aişə əmr etdi ki, camaat onların hər ikisini salamlasın və onları birlikdə əmir kimi qəbul etsinlər. Qısası, onların arasında belə ixtilaflar çox olurdu. Buna görə də İmam əleyhis-salam (sözlərinə davam verərək) bunları buyurmuşdur.

[23] Həzrət peyğəmbərin barələrində xəbər verdiyi əhd-peymanlarını pozan «nakisin» – yəni, Cəməl səhabələri, Təlhə, Zübeyr və ardıcılları, zülm və sitəm törədən «qasitin» – yəni, Müaviyə və Şam qoşunu və dindən çıxan «mariqin» – yəni, Nəhrəvan xəvarici mənimlə döyüşüb azğınlıq yoluna düşəcəklər.

[24] Batili və səhvi iddia edən hər kimsə ona görə camaatı şübhəyə salmağa və batili haqq şəklinə salaraq bəhanəyə çevirməyə məcburdur.

[25] Mən elələrindən deyiləm ki, fitnənin, qarışıqlığın baş verəcəyini bilim, izlərini müşahidə edim və onu aşkar görənə qədər qarşısını almağa çalışmayım. Əksinə, fitnə-fəsadın əlamətlərini görən kimi özümü onun qarşısını almağa hazırlayıram. Qısası, Təlhə, Zübeyr və ardıcıllarının bu nadürüst sözlərdən məqsədi fitnə və qarışıqlıq salmaqdır və mən onları məqsədlərinə çatmağa qoymayacağam.

[26] Çünki insan qaçmaq üçün əlac tapmaq niyyətinə düşür. Hərəkət edib çalışır və bunun özü ömrün müddətini gödəltməklə nəticələnir. Ömrün anlarını əldən vermək isə ölümə yaxınlaşmanı tələb edir. Xülasə, ölüm heç kəsin-nə haqqın, nə də batilinsinəsindən imtina etmir.

[27] Camaatın haqqa etinasızlığının, haqq əhlinin məzlumluğunun, batilə tapınmalarının və batil əhlinin qələbə və qüdrətinin səbəblərini təhqiq edib axtarmışam.

[28] Çünki qəzavü qədərin mürəkkəb məsələlərindəndir. Sizin ağıl fəhminiz onu dərk etmək üçün məhduddur. Buna oxşar cümlə Həzrətin beşinci xütbəsində işlənmişdir: انْدَمَجْتُ عَلى مَكْنُونِ عِلْمٍ لَّوْ بُجْتُ بِهِ لَاضْطَرَبْتُمُ اضْطِرَابَ الْأَرْشِيَةِ فِى الطَّوِىِّ الْبَعِيدَةِ Yəni, mənim sükutum gizli bir elmdə qərq olmağıma görədir. Bildiklərimi zahir edib göstərsəm, sizlər dərin quyuda titrəyən kəndirtək əsib iztirab çəkərsiniz.

[29] Çünki İslamın qalması müsəlmanların dünya axirət işlərinin nizam-intizamı Allah-təalanın birliyində Həzrət Peyğəmbərin sünnəsinə tabe olmaqdadır.

[30] Bu cümlə وَغَداً مُفارِقُكُمْyəni, «sabah sizin aranızdan gedəcəyəm»dir. Sərahəti və aşkarlığı bundadır ki, O Həzrət ölüm vaxtını və hər şeyi bilirdi. Çünki İmam «بِما كَانَ وَ ما يَكُونُ وَ ما هُوَ كآئِنٌ» «baş vermişlər, baş verənlər və verəcəkləri» bilirdi. Bu məzmunda başqa cümləni doxsan ikinci xütbədə də buyurmuşdur: فَاسْئَلُونِى قَبْلَ أَنْ تَفْقِدُونِى  yəni, – «məni tapmayacağınız gündən əvvəl soruşunBunun şərhi verilmişdir. Eyni zamanda, sünni və şiə alimləri, böyük şəxsiyyətləri o Həzrətin və digər İmamların - əleyhimus-salam - keçmişdən, gələcəkdən və hazırki dövrdən qeyb xəbərlərinin olduğunu öz rəvayətlərində etiraf edib təsdiqləyirlər.

[31] Qısası, əgər ölsəm, təəccüblü bir şey olmaz. Çünki bu iş kimi tezliklə məhv olan işlərin çox olduğu bir dünyada olmuşuq. Bu iki cümlədəki şübhə, İmamın keçmişi, indiki zamanı və gələcəyi bilməsi haqda dediklərimizə zidd deyil. Çünki bu kimi sözlər alimin öz məsləhətinə uyğun olaraq özünü bir işdə tərəddüdü olan kimsə kimi göstərməsinə bənzər. Allah-təalanın Qurani-Kərimin Ali-İmran surəsinin 144-cü ayəsində buyurduğu kimi « وَمَا مُحَمَّدٌ إِلاَّ رَسُولٌ قَدْ خَلَتْ مِن قَبْلِهِ الرُّسُلُ أَفَإِن مَّاتَ أَوْ قُتِلَ انقَلَبْتُمْ عَلَى أَعْقَابِكُمْ» «Məhəmməd özündən əvvəl peyğəmbərlər kimi olan və ölən elçidən başqa kimsə deyil. Əgər o ölsə və ya müharibədə öldürülsə, siz gerimi dönəcəksiniz? Dininizdən dönüb cihadı tərk edəcəksiniz?» «Həyatını qorumaq əqli və şəri cəhətdən vacib olduğu, bir kimsənin bilərəkdən özünü təhlükəyə atması caiz olmadığı halda, İbn Mülcəmin onu qılıncla şəhid edəcəyini bilməsinə baxmayaraq, Əmirəl-möminin həmin axşam məscidə niyə təşrif apardıdeyə etiraz edənlərin cavabı budur ki, Allah-təala bəqa ilə liqanı, yəni, bu dünyada qalmağı və ya ilahinin yanına, dərgahına getməyi onun ixtiyarına buraxmışdı. O Həzrət getməyi seçdi. Bu, bəzi rəvayətlərin də mənasını təşkil edir. Buna görə də həyatı qorumaq hər yerdə vacib deyil və belə hallarda ağlın elə bir hakimiyyəti olmadığına görə ağla tabe olmaq lazım deyil. Çünki mütləq əcəldən qaçmaq mümkün deyil.

[32] Mən dünyadan getdikdə və başqası məqamımı qəsb edərək hamıya zülm edib divan tutduqda mənim qədrim, məqamım, ədalətim, dada yetməyim və mehribanlığım aşkar olacaq.

[33] Əsas yola qədəm qoymadıqlarından fitnə-fəsad törəyəcək. Yaxşılara zülm-sitəm edib nahaq qanlar tökəcəklər.

[34] Gələcəyin fitnələrini görsəydiniz, o dövrün məzlumları kimi «ey kaş, bu dünyada olmayaydıq» deyib arzulardınız.

[35] Hələ İslamın ilk illərində başqaları mənim haqqımı qəsb edib, hər layiqsiz insan xəlifəlik iddiasına düşürsə, dünyanın hər yerində fitnə-fəsad başlayıbsa, vaxt keçdikcə mənim sizə xəbər verdiyimi anlayacaqsınız.

[36] Nə qədər çalışıb zəhmət çəksələr də görüşməyə layiq olanlardan və ilahi hikmət sahiblərindən başqa heç kim Onu görməyəcək.

[37] Onlar üçün gizlində və aşkarda səadət, xoşbəxtlik, elm və əməl hazırlığı görüləcək. أَللّهُمَّ اجْعَلْنِى مِنْ أَنْصارِهِ وَ أَعْوانِهِ وَ أَتْباعِهِ وَ شِيعَتِهِ وَ أَرِنِى فِى آلِ مُحَمَّدٍ عَلَيْهِمُ السَّلامُ ما يأَمُلُونَ وَ فِى عَدُوِّهِم ما يَحْذَرُونَ إِلهَ الْحَقِّ امِينَ يا ذا الْجَلالِ وَ الإِكرامِ يا أَرْحَمَ الرَّحِمينَ.

[38] Qurani-Kərimin Ali-İmran surəsinin 178-ci ayəsində buyurduğu kimi: «وَلاَ يَحْسَبَنَّ الَّذِينَ كَفَرُواْ أَنَّمَا نُمْلِي لَهُمْ خَيْرٌ لِّأَنفُسِهِمْ إِنَّمَا نُمْلِي لَهُمْ لِيَزْدَادُواْ إِثْمًا وَلَهْمُ عَذَابٌ مُّهِينٌ» «Küfr edənlər onlara verdiyimiz möhləti heç də özləri üçün xeyirli sanmasınlar! Bizim onlara verdiyimiz möhlət ancaq bacardıqları qədər günah və itaətsizlik etmələri üçündür. Onlar rüsvayedici bir əzab görəcəklər

[39] Hamilə qalmaq üçün quyruğunu yuxarı qaldıran dişi dəvə kimi heç bir çirkin işdən çəkinmədilər. Dünyanın belə hərc-mərcliklə qalacağını güman etdikləri vaxt, qəfildən Həzrət Məhəmmədə peyğəmbərlik verildi. O, dünyada fəsadın kökünü kəsmək üçün heç bir fədakarlığını əsirgəmədi.

[40] Allahın dininin əzəmət və böyüklüyünü nəzərdə saxlayaraq onun irəliləməsi üçün özlərini kiçik sanıb heç bir fədakarlıqdan çəkinmədilər.

[41] O Həzrətin əmr və qadağalarına tabe olub Allahın razılığını qazandılar və bu minvalla ruzigarlarını keçirdilər.

[42] Şəhvət və dünyapərəstliyə görə İmam əleyhis-salamı xanənişin edərək xəlifəliyə layiq olmayan başqalarını hakimyyətə gətirdilər.

[43] Qurani-Kərimin Şura surəsinin 23- ayəsində buyurulur: «قُل لَّا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِي الْقُرْبَى» «De ki: mən risaləti təbliğ etməyimin müqabilində heç kimdən qohumluq məhəbbətindən başqa bir haqq istəmirəm. İbn Abbasın söylədiyinə görə bu ayə nazil olduqdan sonra səhabələri Həzrət Peyğəmbərə dedilər: «Ya Rəsuləllah! Sənin sevməli olduğumuz qohumların kimlərdirBuyurdu: «Əli, Fatimə övladları Həsənlə Hüseynİbn Əbil-Hədid «Nəhcül-Bəlağə»yə verdiyi şərhdə bu barədə yazır: «وَ هَجَرُو السَّبَبَ الَّذِى أُمِرُوا ِبمَوَدَّتِهِ» cümləsi Peyğəbmərin - səlləllahu əleyhi və alih - خَلّفْتُ فِيكُمُ الثَّقَلَيْنَ كِتابَ اللهِ وَ عِتْرَتِى أَهْلَ بَيْتِى حَبْلانٌ مَمْدُودانٌ مِنَ السَّمآءِ إِلَى الْأَرْضِ لا يَفْتَرِقانِ حَتّى يَرِدا عَلَىَّ الْحَوْضَ Yəni: «Sizin aranızda iki qiymətli şey qoyuram: «biri Allahın Kitabı, digəri isə qohumlarım, Əhli-Beytimdir. Bunlar göydən yerə çəkilmiş iki kəndirdir» cümləsinə işarədir. Yəni, «Behiştdəki hovuzun başında mənimlə görüşənə qədər bir-birindən ayrılmayacaq», bu iki şey dünya əhlinin yol göstərənidir. Peyğəmbər - səlləllahu əleyhi və alih - burada Allahın Kitabı və Əhli-Beytini حَبْلانyəni, iki kəndir adlandırıb. Əmirəl-möminin də əhli-beyt sözünü leksik mənası «kəndir» olan səbəb kimi izah etmişdir.

[44] Həzrət Peyğəmbərin Allah tərəfindən xəlifəliyə təyin etdiyi İmamı arxaya keçirərək nalayiq adamları hakimiyyətə gətirdilər.

[45] Fironun tabeliyində olanlar Bəni İsrailə zülm, sitəm edib onları Allaha doğru çağıran Həzrət Musaya düşmən kəsildikləri kimi.

  556
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə növbəti mitinqini keçirdi – Foto
      Ərəbistan qırıcıları Yəməndə uşaqları daşıyan avtobusu hədəfə alıblar
      İMAMLARDAN ŞƏFAƏT İSTƏMƏK
      Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar
      Qüdsə səfər edən Mikayıl Cabbarov işğalçı sionist rejimilə işbirliyi qurur
      Təqlid mərcələri Ümumdünya Qüds Gününə çağırış etdilər
      İnqilab Rəhbəri: Atom Enerjisi Təşkilatı tez bir zmaanda 190 min su istehsalına çatmağa ...
      İmam Əlinin(ə) şəhadəti münasibəti ilə matəm mərasimi islam inqilabının böyük ...
      Təqlid mərcələri Qüds günü yürüşündə geniş iştiraka çağırıblar
      Almaniya pivə şirkətindən İslama qarşı sayğısızlıq: Pivə şüşələrinin qapaqlarına ...

 
user comment