Azəri
Wednesday 22nd of May 2019
  592
  0
  0

İmam Əli əleyhis-salamın baş verəcək ağır hadisələrə (və on ikinci İmamın-əccələllahu fərəcəh-zühuruna) işarə etdiyi xütbələrindəndir.

138-ci xütbə

 

İmam Əli əleyhis-salamın baş verəcək ağır hadisələrə (və on ikinci İmamın-əccələllahu fərəcəh-zühuruna) işarə etdiyi xütbələrindəndir.

Camaatın doğru yolu öz nəfsinə çevirəcəyi (Məhəmmədin şəriətindən əl çəkərək öz nəfsi istəklərinin arxasınca gedəcəkləri) vaxt (İmami-Müntəzər qeyb pərdəsinin arxasından çıxaraq) həvayi-nəfsi doğru yola və qurtuluşa yönəldəcək (yolunu azmışları doğru yola gətirəcək). Camaatın Quranı öz düşüncə və rəyinə çevirdiyi vaxt[1] rəyi Qurana qaytaracaq.[2]

 

Bu xütbənin (İmami-Zaman əleyhis-salamın zühuru ərəfəsindəki fitnələrə işarə olunduğu) bir parçasıdır

 

(Həzrətin-ərvahuna fədah-zühurundan əvvəl çox cinayətlər olacaq.) Sizlərə (sonra gələnlərə qəzəbli yırtıcı şir kimi) dişlərini qıcayan ( ya dəvə tək) südlə dolu döşləri olan ağır müharibə və qırğınlar (yırtıcı şir tək hər şeyi məhv etməyə hazır olan döyüşlər, dəvə döşləri kimi döşləri ölüm şərbəti ilə dolu olan müharibələr) üz tutacaq. Onun südünü içmək (işin əvvəlində, döyüş meydanına atılanların fəthə, qələbəyə ümidi olanların damağında) şirin, işin sonunda (toqquşmanın, ölüb-öldürmənin onun müsibətlərinin hər yanı bürüdüyü vaxt) acı və pis dadandır (əziyyətlidir).

Agah olun, (xəbər verdiyim) sabah (bundan sonra) baş verəcək və sabah tanımadığınız (barəsində xəbəriniz olmayan) bir şeylə gələcək: Padşahlar tayfasından olmayan bir hakim (İmami-Zaman əleyhis-salam) onların işlərini idarə edənləri əməllərinin pisliyinə görə sorğu-sual edəcək.

Yer ciyərinin parçalarını onun üçün bayıra çıxaracaq (bütün qızıl, gümüş s. mədənlər üzə çıxaraq o Həzrətin ixtiyarında olacaq) və açarlarını o böyük insana təslim edəcək. (Bütün şəhərlər onun ixtiyarına keçəcək.) Sonra məmləkətin ədalətlə idarə olunması yolunu sizə göstərəcək və kitabın və sünnənin tərk edilmişlərini (qanunlarını) dirildəcək (Quranın hökmlərini Həzrət Peyğəmbərin sünnəsini icra edəcək).

 

Bu xütbənin bir hissəsidir[3]

 

Sanki onu (Əbdülməliki) Şamda qışqıran (qoşun toplayıb) və bayraqları ilə Kufənin ətrafında gəzən görürəm. (İraqı ələ keçirib) bədxasiyyət, dikbaş dəvənin yeriməsi tək o diyarın əhlinə doğru üz tutur. Yerə başlardan xalça sərib (çoxlarını qətlə yetirib). Ağzını (didməyə hazırlaşan yırtıcı kimi) açıb və ayağını yerə bərk basıb (qoşunu çoxdur). Onun cövlanı uzaq və uzun, həmləsi ağır olar.[4]

Allaha and olsun, sizləri (sonra gələnləri) gözdəki sürmə tək azacıq qalana kimi hər tərəfə (şəhər kəndlərə) pərən-pərən salacaq. (Sizin övladlarınızın Bəni-Üməyyənin əlindən çəkdiyi) çətinlik və əziyyət ərəblərin gizlənmiş ağılları onlara qayıdana qədər davam edəcək.[5] (Heç bir zaman məsuliyyətin üzərinizə düşməməsini fitnə-fəsaddan xilas olmağı istəyirsinizsə) əbədi və bərqərar sünnəsi, yolları, aydın nişanələri (Quran sünnəsi), bütün peyğəmbərliyin üzərində durduğu yaxın əhd-peymanı (haqq İmamı Həzrət Peyğəmbərin canişini) öz yolgöstərəninizə çevirin. Bilin ki, şeytan öz qədəminin izinə ayaq qoyub arxasınca getməniz üçün (aldadıcı) yolları sizlərdən ötrü asanlaşdırır (ki, rahatlığınızı itirib dünya axirətdə çarəsiz zavallı olasınız).

 

139-cu xütbə

 

İmam Əli əleyhis-salamın (Ömərin vəfatından sonra Ömərin tapşırığı ilə xəlifəlik üçün) şura keçirildiyi vaxt (həmin məclisin ziyanı barədə) buyurduğu kəlamlarındandır.

Heç kəs məndən qabaq haqqın dəvətinə, qohumlarla birləşməyə, ehsan və yaxşılığa (bir sözlə Allaha xoş gələn işlərə) tələsməmişdir. (Yaradılmasına Ömərin əmr verdiyi bu məclis kimi yerlərə qatılmıramsa, bu işdə haqq, həqiqət görmürəm. Buna görə ) sözlərimə qulaq asıb, dediklərimi nəzərinizdə saxlayın. Tezilklə, (bu məclisin keçirildiyi) bu gündən sonra xəlifəlik məsələsinin üstündə qılıncların çəkiləcəyini, əhd-peymanların pozulacağını görəcəksiniz. Hətta sizlərdən bəziləri (Təlhə Zübeyr) azğınlara rəhbərlik edəcək, bəziləri isə nadanların (Osman başqalarının) arxasınca gedəcəkdir. (Bütün bu fitnə-fəsadın, qırğınların əsası batil nadürüstlük üzərində qurulan bu məclisin nəticəsidir.)

 

140-cı xütbə

 

İmam Əli əleyhis-salamın camaatın qeybətini etməkdən çəkinmək barədə kəlamlarındandır:[6]

Layiqlisi budur ki, günahdan uzaq duranlar[7] və Allahın günahlardan pərhiz saxlamaq nemətini bəxş etdiyi insanlar günahkarlarla və Allahın, peyğəmbərin əmrlərinə boyun əyməyənlərlə mehriban olsunlar.[8] Layiqlisi budur ki, (Allah onlara nemət bəxş etdiyinə günahlardan uzaq qalmaq uğuru nəsib etdiyinə görə) onlara şükranlıq və təşəkkür hakim kəsilsin (başqalarından danışmağa onlara macal verməsin), günahkarların qeybətini etməyə mane olsun.

(Günahdan uzaq olanlara günahsızlara başqasının qeybətini etmək yaraşmadığı bir halda) öz qardaşının (dindaşının) qeybətini edib onu törətdiyi günaha görə qınayanın halı necə olar?! (Belə bir günahkar şəxsin özü qeybətə daha layiq olduğu halda) Allahın onun qardaşının etdiyi günahdan daha böyük olan öz günahlarının üstünü örtdüyünü xatırlamırmı?[9] Onu törətdiyi günaha görə necə qınaya bilər ki, özü də ona bənzərini etmişdir. Eynilə həmin günahı etməsə də, başqa tərzdə qardaşının günahından daha böyük günah olan Allaha itaətsizlik etmişdir (başqa bir günaha batmışdır). And olsun Allaha, böyük günaha batmamış, yalnız kiçik günahla itaətsizlik göstərmiş olsa belə, camaatda eyb axtarmağı və onlar barədə pis danışmağa olan cürəti (törətmədiyi böyük günahdan) daha böyükdür. (Sonra, İmam əleyhis-salam öyüd-nəsihət olaraq buyurur:)

Ey Allah bəndəsi! Törətdiyi günaha görə heç kimsənin eybini axtarıb, haqqında pis danışmağa tələsmə ki, bəlkə o (batdığı günaha görə tövbə edər) bağışlanar. Öz nəfsində kiçik günahdan arxayın düşüb, rahatlanma (ona həqarət kiçiklik gözü ilə baxma) ki, bəlkə onun nəticəsində əzaba düçar olarsan. Özündən qeyrisinin eybini və pisliyini bilən sizlərdən hər birisi öz eyblərinə görə (başqalarında eyb axtarıb, tənə vurmaqdan) çəkinməli, başqasının mübtəla olduğu günahdan çəkindiyinə görə şükürlə məşğul olmalıdır. (Bu nemətə görə şükr etmək başqasının eybini deməyə ona macal verməməlidir.)

 



[1] Qurandan üz döndərərək işləri öz nadürüst düşüncələrinə uyğun gördükləri vaxt nəzərdə tutulur.

[2] Allah kitabının buyuruqlarına uyğun rəftar edib ona zidd olanlardan uzaqlaşmaq üçün camaatı səhv düşüncələrin tətbiqindən çəkindirəcək və Qurana üz tutmağa məcbur edəcək.

[3] Süfyaninin qiyamına işarə edildiyi güman olunur. Şərhçi Xoyi rəhiməhullah öz şərhində mərhum əllamə Məclisidən belə nəql etsə də, şərhçilərin çoxu Əbdülməlik ibn Mərvanın fitnə və qan tökməsindən söz getdiyini bildirirlər. Mərvan xəlifəliyə çatdıqda Muxtar ibn Əbi-Übeydə Səqəfənin qatili Məsəb ibn Zübeyrlə döyüşmək üçün Kufəyə getmiş, Kufənin bir bölgəsi olan «Məskin» deyilən yerdə onunla üz-üzə gəlmişdir. Məsəb öldürülmüş və Kufə şəhərində camaat onunla beyət etmişdir. Bu vaxt Abdullah ibn Zübeyrlə döyüşmək üçün Həccac ibn Yusifi Məkkəyə göndərmişdir. Həccac Məkkədə Abdullahı öldürmüş və Allahın evini mancanaqla dağıtmışdır. O, çoxlarını öldürməklə müsəlmanlara hakim kəsilmiş və uzun illər boyu onlara çox zülmlər etmişdir. İmam əleyhis-salam onun zülmkarlığından xəbər verir.

[4] Həccac öz əmir və qoşun başçılarını Xorasan, Kabil və Türküstan kimi ucqar yerlərə göndərib çoxsaylı insanları öldürtdüyü tək uzaq şəhərləri ələ keçirib zülm edəcək.

[5] Abbasilər hakimiyyətə gələrək ağıl, düşüncə ilə, iranlıların yardımı ilə Bəni-Üməyyənin məhv edərlər.

[6] Qeybət başqalarının dalınca danışılan doğru sözlərdir. Bu sözlər yalan olarsa, ona böhtan deyilir. Qeybət böyük günahlardandır. Ona görə ki, onun törətdiyi fəsadlar başqa yasaqlanmışlardan daha çoxdur. Çünki onun zərəri ictimai, digər günahların ziyanı isə əksər hallarda sırf fərdi xarekterlidir. Buna görə İmam əleyhis-salam ondan çəkinmək üçün təkid edir.

[7] Günah görməyərək ağıl düşüncə sayəsində nəfsi-əmmarəyə qalib gəldiyinə görə günahın eyiblərini, itaətin faydalarını bilənlər nəzərdə tutulur.

[8] Onların qeybətini edib böhtan atmasınlar. Əksinə, onları doğru yola yönəltsinlər.

[9] Qeybət edən Allah-təalanın onun günahlarını örtərək rüsvay etmədiyini unudubmu ki, günah törətmiş qardaşını rüsvay edir?

  592
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə növbəti mitinqini keçirdi – Foto
      Ərəbistan qırıcıları Yəməndə uşaqları daşıyan avtobusu hədəfə alıblar
      İMAMLARDAN ŞƏFAƏT İSTƏMƏK
      Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar
      Qüdsə səfər edən Mikayıl Cabbarov işğalçı sionist rejimilə işbirliyi qurur
      Təqlid mərcələri Ümumdünya Qüds Gününə çağırış etdilər
      İnqilab Rəhbəri: Atom Enerjisi Təşkilatı tez bir zmaanda 190 min su istehsalına çatmağa ...
      İmam Əlinin(ə) şəhadəti münasibəti ilə matəm mərasimi islam inqilabının böyük ...
      Təqlid mərcələri Qüds günü yürüşündə geniş iştiraka çağırıblar
      Almaniya pivə şirkətindən İslama qarşı sayğısızlıq: Pivə şüşələrinin qapaqlarına ...

 
user comment