Azəri
Tuesday 19th of March 2019
  509
  0
  0

Mən sanki onları görürmüş kimiyəm. Üzləri qalxan kimi (yastı və yumru) çəkiclənmiş (çox ətli və nişanlı), ipək və diba (rəngli ipək) paltarlar geyinən, gözəl yedəkli atlar sürən bir dəstədir.

Bu sözlər Həzrətin kəlamının tatarların
(
və monqolların kitablarda və tarixdə həkk olunmuş
axıtdıqları müsəlman qanlarının) vəsf edildiyi bir hissəsidir

 

Mən sanki onları görürmüş kimiyəm. Üzləri qalxan kimi (yastı yumru) çəkiclənmiş (çox ətli nişanlı), ipək və diba (rəngli ipək) paltarlar geyinən, gözəl yedəkli atlar sürən bir dəstədir. Orada (ayaq qoyduqları yerdə) yaralananlar ölənlərin üstü ilə yeriyənədək, (onların əlindən) qaçanlar əsirlərdən az olanadək çoxlu qanlar axıdılar. (Camaatın çoxu onların zülm sitəmlərinə mübtəla olar, qaçmağa yerləri olmaz.)

O Həzrətin (İmam əleyhis-salamın qeybdən buyurduqlarının müəllimsiz özündən deməsindən şübhəyə düşmüş) səhabələrindən biri dedi: «Ya Əmirəl-möminin! Allah sənə qeyb elmini əta etmişdir». İmam əleyhis-salam güldü və (şübhəsini aradan götürmək üçün) Kəlb qəbiləsindən olan o kişiyə dedi:

Ey Kəlbi qardaşım! Dediklərim elmi-qeyb deyil, elm və bilik sahibindən öyrənilən şeylərdir. (Onları Həzrət Peyğəmbərdən - səlləllahu əleyhi alihöyrənmişəm.) Elmi-qeyb qiyamət gününün vaxtını və Allah-təalanın Öz buyuruğunda saydıqlarını bilməkdir. (Loğman surəsinin 34-cü ayəsi:) إِنَّ اللَّهَ عِندَهُ عِلْمُ السَّاعَةِ وَيُنَزِّلُ الْغَيْثَ وَيَعْلَمُ مَا فِي الْأَرْحَامِ وَمَا تَدْرِي نَفْسٌ مَّاذَا تَكْسِبُ غَدًا وَمَا تَدْرِي نَفْسٌ بِأَيِّ أَرْضٍ تَمُوتُ إِنَّ اللَّهَ عَلِيمٌ خَبِيرٌ «Qiyamətin qopacağı vaxtı ancaq Allah bilir. Yağışı göydən O yağdırır, bətnlərdə olanı O bilir. Heç kəs səhər nə edəcəyini, hansı torpaqda öləcəyini bilməz. Allah isə, şübhəsiz ki, bilən və xəbərdardırDeməli, bətndəkilərin oğlan və ya qız, çirkin, yoxsa gözəl, səxavətli ya xəsis, bədbəxt ya xoşbəxt olduğunu bilən Allahdır. Kimin cəhənnəm odu üçün odun, kimin cənnət dərəcələrində peyğəmbərlərə yoldaş olacağından agahdır. Sadalanan (nümunə kimi birini şərh etdiyimiz) şeylər Allahdan başqa kimsənin bilmədiyi elmi-qeybdir.[1] Ancaq bundan başqa Allah-təalanın Öz Peyğəmbərinə (səlləllahu əleyhi alih) öyrətdiyi (açmağa icazə verdiyi) bir elm də var. Peyğəmbər bu elmi də mənə öyrədərək sinəmin onu saxlaması və ətraflarımın onu əhatə etməsi (əzbərləyərək saxlamağım) üçün dua etmişdir.

 

129-cu xütbə

 

İmam Əli əleyhis-salamın peymanlar və tərəzilər barədə xütbəsidir:[2]

Ey Allah bəndələri! Siz və sizin bu dünyadakı arzularınız qalacağı müddət bəlli olan qonaq və borc sahibinin alacağını (borcunu) sizdən tələb etdiyi borclularsınız. Qonaq qalmağınızın müddəti qısa, borclarınız isə (yazanların yanında) qorunan əməllərdir. (İbadət bəndəlikdir.) Nə çoxdur bir əməldə çalışan və (onu) zay edən (riyakarlar kimi). Nə çoxdur əziyyət çəkən və zərər görən (Xəvaric Nəvasib tək). Siz xeyir və yaxşılığın arxa çevirdiyi, şər və pisliyin üz tutduğu, şeytanın insanları həlak və puç etməyə tamarzıdığı bir ruzigarda vaqe olmusunuz. İndi onun iş alətlərinin gücləndiyi, məkr və hiyləsinin hər yana yol tapdığı, ovunun asanlaşdığı bir vaxtdır. Camaata istədiyin hər bir yerdə düzgün nəzər sal: kasıbçılıq və fəqirlikdən əziyyət çəkməyən yoxsul (dözümü yoxdur Allahın istəyinə razı deyil), Allahın nemətinə görə şükr edən, küfrə varmayan varlı, öz varidatını artırmaq üçün Allahın malına xəsislik etməyən, xəsis qulağı öyüd-nəsihət eşitməmək üçün ağırlaşmayan asi və dikbaş kimsəni görərsənmi? Haradadır sizin yaxşı və ləyaqətliləriniz, azad insanlarınız və kəramət sahibləriniz? Haradadır alış-verişdə pərhizkar, yolları pak olanlarınız? Hamısı bu alçaq dünyadan və əziyyət, bədbəxtlik sarayından tələsik köçmədilərmi? Siz məgər alçaqlıqlarına, ləyaqətsizliklərinə və adları çəkilməyə layiq olmadıqlarına görə onları pisləyib qınamağa dodaqların belə gəlmədiyi pis ovuntu kimi olan camaat arasında canişin olmusunuz? (Elə yaxşı insanların canişini olan sizlər o qədər rəzil alçaq olacaqsınız ki, adınızı çəkmək üçün sizləri danlamağa belə layiq deyilsiniz. Belə bir müsibətdə deməliyəm ki,) إِنّا ِللهِ وَ إِنّا إِلَيْهِ راجِعُونَ Yəni, biz hamımız Allahın bəndələri, qullarıyıq və Onun hökmünə, fərmanına doğru qayıdacağıq. Fəsad və pozğunluq aşkar olmuşdur (yaxşı işlər qadağan, qadağalar əmr olunub). Bunu dəyişdirəcək bir kimsə, nə də bunu qadağan edəcək şəxs yoxdur!! (Yaxşı işə dəvət etmir və pis işdən çəkindirmirlər.) Bu minvalla da cənnətdə, Allahın rəhmətinin sayəsində və Onun ən dəyərli dostlarından olmaq istəyirsiniz? Sizin düşüncələriniz nə qədər uzaq və nadürüstdür!! Allahı Onun cənnətinə getmək üçün (çirkin işlər görüb «rəhmli, kərəmli və bağışlayandır» deməklə) aldatmaq olmaz. Onun razılığı itaət və bəndəlikdən başqa heç nə ilə qazanılmaz. Allah lənət etsin, (Allahın rəhməti onlardan uzaq olsun) yaxşı işlərə əmr edib özü onları yerinə yetirməyənlər və pis işlərdən çəkindirib özü belə işləri görənlərə.

 

130-cü xütbə

 

İmam Əli əleyhis-salamın Əbuzər rəhmətullah (Mədinədən) Rəbəzəyə sürgün edilən zaman ona buyurduğu kəlamlarındandır.[3]

Ey Əbuzər! Sən Allaha (razılığına) xatir, qəzəbdən kükrədin. Elə isə, Ondan ötrü qəzəbləndiyinə ümid bağla. Bu qövm (Osman, Müaviyə və ardıcılları Həzrət Peyğəmbərin sünnəsinə, yoluna zidd rətfar etdiklərinə görə) səndən (onları biabır, rüsvay etməyindən) öz dünyası üçün qorxdu, sən isə öz dinin üçün onlardan qorxdun (ki, məbada aldanıb onların ardınca gedəsən). Səndən ona görə qorxduqlarını özlərinə ver (onların dünyasına göz yum) və qorxduğun şeyə görə onlardan qaç. Sənin onlara qadağan etdiyin şeylərə möhtac olan (onlara pis işləri qadağan etmisən və bunda hamının möhtac olduğu saysız xeyirlər var) və sənə qadağan etdiklərinə (dünyaya) ehtiyacı olmayan nə qədər də çoxdur. Sabah (qiyamət günündə) kimin xeyrə çatacağını, kiminin böyük həsrətə düşəcəyini biləcəyin gün yaxındadır. Səmalar və yer bəndənin üzünə bağlanarsa, həmin bəndə Allahdan qorxan və pərhizkar olarsa, Allah ona xilas yolu açar.[4] Haqdan başqa bir şey səninlə ülfət bağlamaz, batildən başqa heç nə səndən hürkməz. Onların dünyasını qəbul etsəydin (onlarla əməkdaşlıq etsəydin), səni sevər, dünyadan özün üçün bir şey ayırsaydın (dünyapərəst olsaydın), səni dinc qoyardılar (sənə bir belə əziyyəti rəva bilməzdilər).

 



[1] Buna işarə olunur ki, Peyğəmbərə vəhylə çatan və onun da mənə öyrətdiyi belə elmləri aça bilmərəm. Buna görə də bilməmiş kimiyəm.

[2] Ancaq xütbədə bu barədə bir şey deyilməmişdir. Səbəbi bəlkə də bu ola bilər ki, Seyyid Rəzi əleyhir-rəhmənin metodu İmam əleyhis-salamın bütün buyurduqlarını deyil, ondan seçmələri qeyd etmək olduğu üçün bu başlığa aid hissəni ixtisara salmışdır. Bəlkə də heç Seyyid Rəzi mətnə toxunmayıb və xütbənin başlığı «haradadırlar öz ticarət və alış-verişlərində pərhizkarlar, öz əməllərini bəzəyən paklar» أَيْنَ الْمُتَوَرِّعُونَ فِى مَكاسِبِهِمْ وَ الْمُتَنَزِّهُونَ فِى مَذاهِبِهِمْ   cümləsindən götürülmüşdür. Ola bilər ki, camaatın çəkidə aldadılmağı və bu çirkin işin geniş yayıldığı barədə Həzrətin yanında söz düşmüş, Həzrət isə bu xütbəni buyurmuşdur.

[3] Rəbəzə Mədinənin şərq istiqamətində, ona İraq hacılarının yolu tərəfdən yaxın, Əbuzər Qəffarinin dəfn olunduğu və İslamın ilk illərində abad olmuş bir kənd olub. İndi ondan heç bir əsər-əlamət qalmayıb. Əbuzər Mədinədə Osmanın qəzəbinə gəldiyinə görə xəlifə onu Şama sürgün etmişdir. Əbuzər orada da Osmanın çirkin əməllərini xalqa çatdırmış, onu olduğu kimi tanıtdırmışdır. Osman tərəfindən Şama vali təyin olunan Müaviyə onun hərəkətləri barədə Osmana xəbər göndərdi. Osman ona məktub yazdı ki, məktubum əlinə çatan kimi Əbuzəri yalın dəvəyə mindirərək Mədinəyə qaytar. Müaviyə onu palansız dəvəyə mindirərək yola saldı. Mədinəyə çatana kimi zəif, arıq, ucaboy, saçı və saqqalı ağarmış Əbuzərin budlarının əti yeyilmişdi. Osmanın gözü ona sataşdıqda dedi: «Ey Cunəydəb, Allah səni Öz neməti ilə sevindirməsin». Əbuzər cavab verdi: «Mənim adımı bilmirsən? Mənim adım Cündəb idi, ancaq Peyğəmbər məni Abdullah adlandırdı və mən bu adı seçdim». Osman ondan özü barədə eşitdiklərini soruşdu. Əbuzər deməmiş olduqlarını təkzib edərək dedi: «Ancaq Allahın Peyğəmbərindən eşitmişəm ki, sizin tayfanız Bəni-Üməyyədən elə bir adam çıxacaq ki, Allahın malını öz ixtirayına keçirib bəndələri zəlil və dinlərini zay edəcək. Sonra Allah öz bəndələrini onun əlindən xilas edəcək». Osman ətrafındakılardan soruşdu ki, siz Peyğəmbərdən belə bir söz eşitmisinizmi? Onlar dedilər ki, yox, eşitməmişik. Osman dedi: «Ey Cundəb. Vay olsun sənin halına! Allahın Peyğəmbərinin adından yalan danışırsanƏbuzər yalan danışmadığını dedi. Sonra Osman bir nəfəri Əmirəl-möminin əleyhis-salamın yanına göndərdi. O Həzrət təşrif gətirdikdə ondan belə bir hədis eşidib-eşitmədiyini soruşdu. Həzrət buyurdu ki, «eşitməmişəm, ancaq Əbuzər doğru danışan insandır». Dedi ki, «doğru danışan olduğunu haradan bilirsənBuyurdu: «Allahın Peyğəmbərinin onun haqda dediyi bu sözlərdən: «ما أَظَلَّتِ الْخَضْرَآءُ وَ لا أَقَلَّتِ الْغَبّرآءُ عَلَى ذِى لَهْجَةٍ أَصدَقُ مِن أَبِى ذَرِّ الْغَفارِى» «Yəni, göylər Əbuzər Qəffari kimi daha doğru danışan dil sahibinə kölgə salmadı, yer isə üzərində gəzdirmədi». Sonra məclisdə olan Peyğəmbər səhabələri bu sözləri Peyğəmbərdən eşitdiklərini və Əbuzərin düzdanışan olduğunu dedilər». Osman üzünü onlara tutub dedi: «Nə deyirsiniz, müsəlmanlar arasında təfriqə, ayrılıq salan bu şeyxi neyləyək? Onu döydürsəm, həbs etsəm, öldürsəm, ya Mədinədən çıxarsam yaxşıdırƏmirəl-möminin əleyhis-salam buyurdu: «Ey Osman. Mən sənə Firon ailəsindən olan bir möminin Musa barədə Firona dediklərini deyirəm. Qurani-Kərimin Mumin surəsinin 28-ci ayəsi «وَإِن يَكُ كَاذِبًا فَعَلَيْهِ كَذِبُهُ وَإِن يَكُ صَادِقًا يُصِبْكُم بَعْضُ الَّذِي يَعِدُكُمْ إِنَّ اللَّهَ لَا يَهْدِي مَنْ هُوَ مُسْرِفٌ كَذَّابٌ» «Əgər o yalan deyirsə, yalan deməyinin cəzası öz boynunadır. Yox əgər doğru danışırsa, xəbər verdiyi şeyin bir hissəsi sizə toxunar. Şübhəsiz ki, Allah həddi aşanı və çox yalan danışanı doğru yola yönəltməz, rüsvay edərOsman bu sözləri eşitdikdən sonra İmam əleyhis-salama cəsarət etdi. Həzrət də cavab verərək buyurdu: «Ey Osman, sən nə deyirsən, gördüyün bu Əbuzər Allahın Peyğəmbərinin yaxın dostlarındandırOsman üzünü Əbuzərə tutaraq dedi: «Bizim şəhərimizdən çıxƏbuzər dedi: «And olsun Allaha, mən də sənin qonşuluğunda olmaq istəmirəmOsman ona dedi: «İraqa get istədiyin qədər orada qalƏbuzər dedi: «Hara gedirəmsə gedim, haqq sözü deməkdən çəkinməyəcəyəmOsman ona dedi: «Hansı yerdən acığın gəlirƏbuzər dedi: «Rəbəzədən. Orada İslamdan qeyri dində olmuşam». Sonra Osman Mərvan ibn Həkəmə göstəriş verdi ki, onu çılpaq dəvəyə mindirərək Rəbəzəyə aparsın. O, Osmanın xəlifəliyinin səkkizinci ilində vəfat edənə qədər orada qaldı. Ölüm ayağında, həyat yoldaşı ya bəzilərinin sözlərinə görə qızı tənhalıqdan kimsəsizlikdən ağladığı vaxt Əbuzər ona demişdir: «Ağlama, Həzrət Peyğəmbər mənə tənhalıqda öləcəyimi layiqli insanların mənim dəfnimi öhdələrinə götürəcəklərini xəbər vermişdiDaha sonra dedi: «Mən dünyadan köçdükdən sonra bir qoyunu qovur yolda əyləş. Bir dəstə müsəlman oraya çatacaq səndən baş verdiyini soruşacaq. Onlara de ki, Həzrət Peyğəmbərin səhabələrindən olan Əbuzər Qəffari vəfat etmişdir. Onlar bu xəbəri eşitdikdə səninlə birgə mənzilimə gələcəklər. Onlara yemək ver, mənim dəfnimi öz öhdələrinə götürəcəklər. Əbuzər öldükdən sonra həmin qadın yol üstünə çıxdı. Məkkeyi-Müəzzəmədən qayıdan bir dəstə iraqlı oraya çatdı. Əhnəf ibn Qeys Təmimi, ə ibn Sauhan Əbdi, Xaricə ibn Səlt Təmimi, Abdullah ibn Səlmə Səhmi, Hilal ibn Malik Mozni, Cərir ibn Abdullah Bəcəlli, Əsvəd ibn Qeys Nəxəi, Malik ibn Haris Əştər Nəxəi onlardan ayrılaraq həmin qadına doğru gəlib dedilər: «Sənin başına gəlibO dedi: «Allahın Peyğəmbərinin (səlləllahu əleyhi alih) səhabəsi Əbuzər Qəffari dünyadan köçüb mən tənha qalmışamOnlar ağlaya-ağlaya onun evinə getdilər. Ona qüsl verib kəfənlədilər namazını qılıb dəfn etdilər. Sonra Malik Əştər yerindən qalxaraq xütbə oxudu onun bəyənilmiş sifətlərini, məzlumluğunu xatırlayıb dua etdi. Sonra çörək yeyərək yola düşdülər. Qısası, Osman onun Mədinədən çıxarılmasını əmr edərək kimsənin onunla danışmasını, müşaiyət etməsini qadağan etdi. O, Mədinədən çıxdıqda Əmirəl-möminin, İmam Həsən İmam Hüseyn əleyhimus-salam, Əqil, Abdullah ibn fər Əmmar ibn Yasir onunla vidalaşmaq üçün şəhərdən çıxdılar. İmam əleyhis-salam ona təskinlik verərək bunları buyurmuşdur:

[4] Qurani-Kərimin Talaq surəsinin 2 3-cü ayələrində buyurduğu kimi وَمَن يَتَّقِ اللَّهَ يَجْعَل لَّهُ مَخْرَجًا وَيَرْزُقْهُ مِنْ حَيْثُ لَا يَحْتَسِبُ  «...Kim Allahdan qorxsa və pərhizkar olsa, Allah ona bir çıxış yolu əta edər. Və ona gümanına gəlməyən yerdən ruzi verər

  509
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə növbəti mitinqini keçirdi – Foto
      Ərəbistan qırıcıları Yəməndə uşaqları daşıyan avtobusu hədəfə alıblar
      İMAMLARDAN ŞƏFAƏT İSTƏMƏK
      Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar
      Qüdsə səfər edən Mikayıl Cabbarov işğalçı sionist rejimilə işbirliyi qurur
      Təqlid mərcələri Ümumdünya Qüds Gününə çağırış etdilər
      İnqilab Rəhbəri: Atom Enerjisi Təşkilatı tez bir zmaanda 190 min su istehsalına çatmağa ...
      İmam Əlinin(ə) şəhadəti münasibəti ilə matəm mərasimi islam inqilabının böyük ...
      Təqlid mərcələri Qüds günü yürüşündə geniş iştiraka çağırıblar
      Almaniya pivə şirkətindən İslama qarşı sayğısızlıq: Pivə şüşələrinin qapaqlarına ...

 
user comment