Azəri
Tuesday 26th of March 2019
  1053
  0
  0

NƏHCÜL- BƏLAĞƏ ƏXÜL- QURAN

NƏHCÜL- BƏLAĞƏ ƏXÜL- QURAN

Bildiyiniz kimi, müsəlman aləminin ən müqəddəs kitabı Qurani- kərim və bu kitabdan sonra ikinci qiymətli kitab İmam Əlinin (ə) “Nəhcül- bəlağə” əsəridir. Bu əsər böyük şəxsiyyət və alimlər tərəfindən bəyənilmiş, ona “Əxül- Quran” yəni, Quranın qardaşı adı verilmişdir. Sünni alimi İbn Əbil- Hədid Mötəzili bu kitab haqqında belə demişdir: “Təhtə kəlamil- Xaliq və fövqə kəlamil- məxluq”, yəni Nəhcül- bəlağə, Allah kəlamından aşağı və məxluq sözlərindən üstündür".

Beləliklə, Nəhcül- bəlağə haqqında ümumi məlumatı müxtəsər şəkildə nəzərinizə çatdırırıq.

Nəhcül- bəlağənin lüğəti mənası bəlağətin yolu yaxud açıq və gözəl danışmağın yolu deməkdir. Bu kitabın məzmunu isə, həzrət Əlinin (ə), söylədiyi xütbə, yazdığı məktub və hikmətli kəlamlarından ibarətdir.

Böyük alim Seyid Rəzi Məhəmməd ibn Əhməd (təvəllüdü h.q. ilə 359, vəfatı 405) hicri qəməri tarixi ilə 400- cü ildə (1000- ci il) həzrət Əlinin (ə) xütbə, kəlam və məktublarını toplayıb adını “Nəhcül- bəlağə” qoymuşdur.

O, bu kitabı Nəhcül- bəlağə adlandırmasının səbəbini belə açıqlayır;

“Yaxşı olar, ki, mən bu kitaba “Nəhcül- bəlağə” adını verim, çünki, bu qiymətli, gövhər kəlamlar, bəlağətin yolunu oxucuların üzünə açır və bu məharəti, hünəri axtaranları özünə yaxınlaşdırır, habelə müəllim, şagird və zahidlərin istək və arzularını yerinə yetirir".

Seyid Rəzi, bu kəlamları toplayarkən həzrətin bəzi kəlamlarını və hətta gətirdiyi xütbə məktub və kəlamlarında sənəd və mənbələri qeyd etməmişdir. Amma digər alimlərin səyi nəticəsində bu çatışmazlıq aradan götürülmüşdür. O cümlədən Hadi Kaşiful- Ğita “Müstədrəkün- Nəhcül- bəlağə” və Rza Ustadi ”Mədarike- Nəhcül- bəlağə” əsərlərində bu kitabın sənədlərini yazmışlar. Buna misal olaraq, bir nümunəni nəzərinizə çatdırırıq. Nəhcül- bəlağənin 3- cü xütbəsi- “Şiqşiqiyyə” xütbəsini Seyid Rəzi öz kitabında gətirmiş, amma haradan nəql etdiyini qeyd etməmişdir. Necə ki, başqa mənbələrə əsasən, Seyid Rəzidən qabaq yaşayan, Şeyx Səduqun “İləlüş- şəraye” və “Əlcəməl” adlı əsərlərində bu xütbə vardır.

Bunu da qeyd etmək lazımdır ki, İmam Əlinin (ə) mübarək kəlamlarını hələ Seyid Rəzidən öncə həzrətin öz səhabə və silahdaşı olan Zeyn ibn Vəhab (37 h. q. t.- i ilə Süffeyn döyüşündə şəhid olmuşdur) cəmləmişdir. Habelə Əbu Süleyman Zeyd ibn Vəhab (vəfatı h. q. t. ilə 96- cı ildə), İsmayıl ibn Mehran Səkuni (h.q. t. ilə 3, miladi ilə 9- cu əsr), Əbül Qasim Əbdul Əzim Həsəni (təvəllüdü h. q. t.- i ilə 173- cü il, vəfatı 252- ci il,) Həzrət Əlinin (ə) bir çox xütbələrini toplayaraq, hər üçü “Xütəbu- Əmiril- Möminin” adlı kitab yazmışlar.

Nəhcül- bəlağənin məzmun və mətni üç hissədən ibarətdir:

1- ci hissə 241- 242 xütbədən ibarətdir. Xütbələr, həzrət Əlinin (ə) müxtəlif hadisə və şəraitilə bağlı etdiyi söhbətlərdən ibarətdir. O cümlədən, birinci xütbə yer, göy, mələklər və Adəmin (ə) xilqəti, 184- cü xütbə “Müttə- qin” yaxud “Həmmam” xütbəsi ilə məşhur olub, mö- minlərin xüsusiyyətlərindən bəhs edir.

2- ci hissə 78- 79 Məktubdan ibarətdir. Həzrət Əli (ə) bu məktubları, müxtəlif şəxslərə yazmış və onlara düzgün yolu, əmanətə xəyanət etməməyi və gözəl işləri tövsiyə etmişdir. O cümlədən, Azərbaycanın hakimi Əşəs ibn Qeysə (5- ci mək.), Bəsrənin Hakimi Osman ibn Hüneyfə (4- 45- ci mək.), Bəhreyn hakimi Ömər ibn Əbu Sənəməyə (42- ci mək.) və Şamın qanunsuz hakimi Müaviyəyə (6- cı mək.) də məktub yazmışdır.

3- cü hissə 480- 489 hikmətamiz sözdən ibarətdir. Burada həzrətin (ə) müxtəlif yerlərdə söylədiyi əxlaqi, elmi, siyasi- ictimai, tarixi, psixoloji və digər hədislər yığılmışdır.

Nəhcül- bəlağə həzrət Əmirəl- möminin Əlinin (ə) qiymətli bir kitabı olaraq, bizi müxtəlif elmlərdən agah edir. Bu kitabda üsulid- din, firuid- din, Quran, sünnə, şəri hökmlər, kainat və məxluqatın sirləri, fəlsəfə, astronomiya, coğrafiya, siyasət, peyğəmbərlər, İslam tarixi, əxlaq, adət və ənənələr və başqa mövzular haqqında danışılır.

Nümunə olaraq bu kitabdan bir neçə cümləni nəzərinizə çatdırırıq:

Həzrət Əli (ə) tarix fəlsəfəsini belə açıqlayır:

Xütbə 182: “Həqiqətən keçmiş tarixlərdə və ötən əsrlərdə yaşayan insanların həyatında böyük bir ibrət vardır. Haradadır Əmaliqə və onların övladları? Hardadır Fironlar və onların sülaləsi?”

Xütbə 192: “İbrət götürün keçmiş zaman- larda yaşayan zülmkar və təkəbbürlü ümmət- lərdən ki, necə Allahın əzabına düçar oldular!"

Məktub 31: Həzrət Əli oğlu İmam Həsənə (ə) belə buyurur: “Oğlum! Doğrudur ki, mən keçmişdəkilər kimi uzun ömür sürməmişəm, amma onların etdiyi əməlləri nəzərdən keçirib, baş verən hadisələr haqqında fikirləşib, onların qoyduğu izləri seyr edib, sanki onlardan biri olmuşam".

Nəhcül- bəlağə öz gözəllik və ecazkarlığı ilə bütün böyük dahiləri heyran qoymuşdur. Belə ki, bir çox şəxsiyyətlər bu qiymətli əsərə çoxlu şərh və tərcümələr yazmış, müxtəlif dillərə tərcümə etmişlər.

O cümlədən, ilk dəfə Nəhcül- bəlağəyə şərh yazan Seyyid Fəzlullah Ravəndi və onu birinci dəfə fars dilinə tərcümə edən Hüseyn Ərdəbili (h.q. t. ilə 10- cu əsrdə ) olmuşdur.

Nəhcül- bəlağəyə ən böyük şərhi 27 cilddə fars dilində Məhəmmədtəqi Cəfəri (o, yalnız 185 xütbəyə şərh yazmışdır), ərəb dilində isə sünni alimi olan İbn Əbil- Hədid Mötəzili (20 cilddə) yazmışdır. Habelə məsihi alim Corc Cordaq “Rəvayiu Nəhcül- bəlağə” adlı kitabında həzrətin heyrətamiz və qəribə kəlamlarını toplamışdır.

Nəhcül- bəlağənin ən qədim nüsxəsi h. q. t. ilə 421- ci ilə (10 əsr əvvələ) aid olaraq, Qum şəhərində Ayətullah Həsənzadə Amulinin şəxsi kitabxanasında saxlanılır.

Allah bizə öz milli- dini irsimizə sahib çıxmaqda, onu dəqiq öyrənib, düzgün şəkildə yaşatmaqda yardım etsin!

  1053
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Həzrət Əlinin (ə) son anlarında İmam Həsən (ə) və İmam Hüseynə (ə) vəsiyyəti
      Lütfən, Qədir-Xum xütbəsini tam şəkildə bəyan edin.
      Həzrət Zeynəbin (s) dəfn yeri hansı ölkədədir?
      Peyğəmbərə (s) görə salamın əhəmiyyəti nədir?
      Həzrət Müslim kim idi?
      Ayətullah Behcətin (rəhmətullahi əleyh) dediyi “bu əsrin qocaları da imam Zaman ...
      Nə üçün Peyğəmbərin(s) xəstə olduğu müddətdə İmam Əli (ə) hətta bir dəfə belə ...
      İmam Həsənin (ə) böyük olmasını nəzərə aldıqda, nə üçün İmamət İmam Hüseynin ...
      Quran mətnində istifadədə “innə” ilə “ənnə”, “məvəddət” və məhəbbət”, ...
      İslam dininin təkcə haqq din olmasına baxmayaraq, nəyə görə Quranda digər dinlərin ...

 
user comment