Azəri
Wednesday 22nd of May 2019
  695
  0
  0

ŞİKAYƏTLƏRİ ARAŞDIRMAQ

ŞİKAYƏTLƏRİ ARAŞDIRMAQ

Həzrət Əli (ə) öz höküməti və rəhbərliyi dövründə şəxsən şikayətləri dinləyərək məsələləri özü həll edirdi. Əgər bir nəfərin şikayəti olsaydı, imamın yanına rahatlıqla gəlib şikayətini ona söyləyə bilərdi. İsti günlərin birində Həzrət bir divarın kölgəsində oturmuşdu. Bir qadın ona tərəf gəlib narahatlıqla dedi: -Ərim mənə zülm edib, bu istidə məni evdən çölə atıb. Həzrət Əli (ə) belə buyurdu:

 -Ay xanım, hava çox istidir. Hava sərinləyənə kimi dözə bilsən, yaxşı olar. Onda mən də səninlə birlikdə bu məsələyə sərəncam çəkərəm.

Qadın belə dedi:

-Qorxuram ərim yenə hirslənsin. Əgər mümkünsə tez gedək!

-Yaxşı, sən get, mən də dalınca gəlirəm.

Əli (ə) o qadınla birlikdə gedib o cavan oğlanın qapısını döydü.

Qapıya gələn ev yiyəsi Əlini (ə) tanımadı. Amma başa düşdü ki, arvadı bu kişini köməyə çağırıb.

Əli (ə) ev yiyəsinə belə dedi:

-Bu xanım deyir ki, sən onu evdən qovmusan. Mən gəlmişəm ki, sənə nəsihət verib deyəm ki, Allahdan qorxub arvadınla yaxşı rəftar edəsən.

Məğrur cavan Həzrət Əliyə (ə) pis sözlər söylədikdən sonra dedi

- Bunun sənə heç bir dəxli yoxdur. Mən istədiyim işi görərəm. Hələ üstəlik səni də öz yanında gətirdiyinə görə vay olsun onun halına.

İmam (ə) cavan oğlanın sözlərindən narahat olub etiraz edərək səsini ucaltdı və onu cəzalandırmaq üçün əlini qılıncına tərəf apardı. İmamın səsini eşidən camaat evlərindən bayıra çıxmağa başladılar. Camaat Əlini (ə) görüb ehtiram ilə qabağa gəlib salam verdilər. Bunu görən cavan oğlan başa düşdü ki, qarşısında duran Həzrət Əli (ə) görüb ehtiram ilə qabağa gəlib salam verdilər. Bunu görən cavan oğlan başa düşdü ki, qarşısında duran Həzrət Əlidir. Bilmirdi ki, nə etsin. Əlinin ayaqlarına düşüb üzr istəməyə başladı:

- Nə əmr etsəniz, itaət edəcəyəm və bundan belə arvadımla yaxşı rəftar edib onu narahat etməyəcəyəm.

Əli (ə) isə belə buyurdu:”İnşallah elə olarsan”.

Daha sonra qadına tərəf dönüb dedi: Evinə qayıt. İnşallah sən də ərinə yaxşı arvad olarsan.

QƏDİR-XUM HADİSƏSİ

Həzrət Peyğəmbər (s) hicrətin onuncu ilində həcc mərasimini təntənəli bir şəkildə yerinə yetirməsi üçün Allah evinə getmişdi. Çünki bu, Həzrət Peyğəmbərin (s) sonuncu həcci idi. Mərasimlər nizam-intizamla yerinə yetirildikdən sonra, Peyğəmbər (s) ilə əshabi Mədinəyə qayıdırdılar. Yol boyu Həzrət Peyğəmbər (s) ümməti üçün vəfatından sonra baş verəcək hadislərədən ötrü çox nigaranlıg keçirirdi . O,  bir tərəfdən gələcəkdəki hadisələri görür, digər tərəfdən isə Allahın Əli (ə) haqqında əmr etdiyi borcunu yerinə yetirmək məcburiyyətində qaldığını hiss edirdi. Həmin borc Əlini (ə) xəlifə təyin etmək idi. Vəhy mələyinin Həzrət Peyğəmbərin (s) ruh və qəlbinə nazil etdiyi vəhyin səsi qulaqlarında əksəda verir:”Böyük bir borcun var. Əgər bu borcu yerinə yetirməsən, elə bil heç risalətini təbliğ etməyibsən. Bil ki, Allah səni düşmənlərin hiylə və tələlərindən qoruyacaqdır”. Peyğəmbərdən (s) sonraki şəxs Peyğəmbərin (s) bütün kamal və dəyərlərinə sahib olmalı idi. Bu şəxsiyyət Əli ibn Əbu Talibdən başqa kim ola bilərdi?! O Əli ki, Peyğəmbər dəfələrlə onu xalqın arasında tərifləyib buyurmuşdu: “Əli ümmətimin ən bilicisidir. Mən elmin şəhəriyəm, Əli də onun qapısıdır. Hər kəs mənim elmimi öyrənmək istəyirsə, Əliyə müraciət etsin”. Elə buna görə də Həzrət Əli (ə) minbərdə həmişə belə deyərdi:”Ey camaat! Məni əldən verməmişdən əvvəl, istədiyinizi soruşun!” Allahın əmrinə görə Həzrət Peyğəmbər (s) Allahın buyurduğu şəkildə islam dinini təkmilləşdirmək üçün Əlini (ə) xəlifəliyə seçmək qərarına gəldi. Allah öz Peyğəmbərini təbrik edib müjdə verdi:”Bu gün islam dinini mükəmməl edib, sizlərə nemətimi tamamladım”. Həmin həcc müqəddəs və bərəkətli bir həcc idi. Yüz iyirmi mindən çox insan Peyğəmbərlə birlikdə idilər. Onların hamısı Zilhəccə ayının 18-də Cöhfə deyilən yerdə Qədirxum adlı məntəqəyə çatdıqları vaxt Həzrət Peyğəmbər (s) karvanların dayanmasını əmr etdi. Peyğəmbərin (s) əmri ilə hamı o isti havada dayanıb öz-özlərinə fikirləşdilər ki, mütləq əhəmiyyətli bir məsələ vardır ki, Peyğəmbər bizi bu istidə saxlayıbdır. Onların düşündükləri kimi həqiqətən də bu mövzü çox əhəmiyyətli idi. Peyğəmbər üçün dəvələrin yəhərlərindən ibarət bir minbər düzəltdilər. Bir neçə nəfəri də camaatın arasında Peyğəmbərin sözlərini təkrar etmələri üçün yerləşdirdilər. Həzrət Peyğəmbər (s) ətrafındakı əshabı ilə gəlib minbərə çıxdı və belə buyurdu: “Mən hər kəsin mövlasıyamsa (rəhbəriyəmsə), bilsin ki, Əli də onun mövlasıdır. Allahım! Əli ilə dost olanla dost, düşmən olanla isə düşmən ol. Ona yardım edənə yardım rt. Onunla müharibə edənlə düşmən ol. Ey burada olan müsəlmanlar, burada olmayanlar sözlərimi yetirin. İnşallah ki, eşidib qəbul edərlər”. Bundan sonra hamı, hətta Əbu Bəkr, Ömər və Osman da gəlib Əlini (ə) təbrik etdilər.

HƏZRƏT ƏLİNİN (Ə) XƏLİFƏ SEÇİLMƏSİ

Vəzifəyə çatmaq üçün islamı qəbul edən və özlərini Peyğəmbərlə birlikdə göstərməyə çalışanlar, xəlifəliyi Bəni Haşım nəslindən almaq üçün gizli yığıncaqlar keçirirdilər. Onlar planlarını həyata keçirməkdən ötrü münasib bir fürsətin sorağında idilər. Çünki bilirdilər ki, qarşılarında olan şəxsin islama xidmətlərini hamı təsdiqləyib. Peyğəmbər onun haqqında tövsiyə edib və Qədiri-xum günündə hamı ona beyət edibdir. Peyğəmbərin (s) vəfatından sonra həmin planlar ardıcıl surətdə həyata keçirilməyə başladı. Belə ki, Həzrət Əlini (ə), o yüksək şəxsiyyəti susmaq məcburiyyətində qoydular. Çünki o, təkçə islamı düşünür, məqam və vəzifəyə meyl göstərmirdi. Əgər məsələni qılıncla həll etməyə cəhd etsəydi, düşmənlərinin arzusunu yerinə yetirmiş olacaqdı. Nəhayət xalqın narazılığı ən yüksək zirvəsinə çatdığından inqilab qığılcımı xalq kütlələrinin ürəyində alovlanmağa başladı. Vəziyyətdən bezmiş xalq coşqun bir sel kimi Osmanın evinə tərəf axıb onu qılıncdan keçirdilər. Xalq o qədər coşmuşdu ki, Həzrət Əlinin (ə) Osmanın canını qurtarmaq üçün göndərdiyi imam Hüseynin (ə) sözünə də qulaq asmadılar. Camaat qılınclarından qan damarkən və həyəcan odunda yanarkən Həzrət Əlinin (ə) evinə tərəf axışıb böyük bir məhəbbət və sevinclə onu özlərinə tərəf çəkib beyət etdilər və beləliklə, onu özlərinə xəlifə və rəhbər seçdilər.

  695
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə növbəti mitinqini keçirdi – Foto
      Ərəbistan qırıcıları Yəməndə uşaqları daşıyan avtobusu hədəfə alıblar
      İMAMLARDAN ŞƏFAƏT İSTƏMƏK
      Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar
      Qüdsə səfər edən Mikayıl Cabbarov işğalçı sionist rejimilə işbirliyi qurur
      Təqlid mərcələri Ümumdünya Qüds Gününə çağırış etdilər
      İnqilab Rəhbəri: Atom Enerjisi Təşkilatı tez bir zmaanda 190 min su istehsalına çatmağa ...
      İmam Əlinin(ə) şəhadəti münasibəti ilə matəm mərasimi islam inqilabının böyük ...
      Təqlid mərcələri Qüds günü yürüşündə geniş iştiraka çağırıblar
      Almaniya pivə şirkətindən İslama qarşı sayğısızlıq: Pivə şüşələrinin qapaqlarına ...

 
user comment