Azəri
Monday 24th of June 2019
  1129
  0
  0

Bəziləri heç bir dəlilə əsaslanmadan bu sözlərın sonradan uydurulduğunu, hətta bu qədər xütbələrin əzbərlənib yazılmasına, dörd yuz ilə yaxın bir muddət sonra isə Seyyid Rəziyə çatmasına şübhə ılə yanaşsalar da, onların ərəblərin xususiyyətlərini bilməməs

Bəziləri heç bir dəlilə əsaslanmadan bu sözlərın sonradan uydurulduğunu, hətta bu qədər xütbələrin əzbərlənib yazılmasına, dörd yuz ilə yaxın bir muddət sonra isə Seyyid Rəziyə çatmasına şübhə ılə yanaşsalar da, onların ərəblərin xususiyyətlərini bilməməsi göz qabağındadır. Ərəb müvərrixlərindən Həccac, Səhban, Vail və b. Cahiliyyə və islam dövrü xətiblərinin sözlərini, Xalid ibni Əbdullah, Mötəsim və Ziyad xəlifə və əmirlərin xütbələrini nəql etmişlər ki, bunlar tarix kitablarında mövcuddur.

Bundan əlavə ərəblər fəsahət və bəlağətə aşiqdir. Fəsahət və bəlağətdə örnək olan şerləri, sözləri əzbərləmək ərəblərdə bir ənənə idi. Hətta hicrətin 132-ci ilində (m.570) son Əməvi xəlifəsi Mərvan tərəfindən öldurulən məşhur Əbdulhəmidi Katibdən bu bəlağəti necə əldə etmisən, – deyə soruşulduqda o, cavab vermişdi ki, başının ön hissəsində saç olmayanın (Həzrət Əlınin) xütbələrindən yetmiş xutbə əzbərlədim və onların köməyi ilə bu bəlağəti əldə etdim. Əbdulhəmid haqqında: «Yazı onunla başlamış, İbnıl-Amidlə tamamlanmışdır», – sözlərı məşhurdur.

«Nəhcul-bəlağə»dəki xütbələrdə «əzəl, əzəliyyət, məlul» kimi dövrundə istifadə olunmayan, daha çox fəlsəfi duşuncədən doğmuş olan sözlərın mövcudluğuna əsaslanıb xütbələrin Həzrəti Əliyə (ə) aid olmadığını söyləyənlər də olmuşdur. Belə ki, «əzəl» sözu «Sihah», «Əsasul-luğa», «Lisanül-ərəb» müəlliflərinin və dıgərlərinin yazdıqları kimi, «ləmyəzəl»dən törəmiş, vaxtilə «ləm»siz, sadəcə olaraq, «əzəl» şəklində işlədilmişdir. Fəlsəfi termınlərə gəldikdə bilmək lazımdır ki, Həzrət Əlinin (ə) elmi xaceyi-kainatdandır (s); Əli onun elm qapısıdır. O isə «Şədidul-quva»dan təəllüm etmişdir (Qurani-Kərim, «Ən-nəcm» surəsi, 5-ci ayə).

Bu baxımdan o, həm tövhidin, həm xilqətin, həm də dunyəvi işlərin dərinliyinə varmış, səbəblərini, nəticələrini təhlil və izah etmiş bir murəbbiyi-aləm, bir xaceyi-külldür. Mövlananın:

Rahi-istidlaliyan çupin bovəd,

Rahi-çupin səxt bitəmkin bovəd.*

dediyi kimi, onun elmi dəlılə yox, yəqinə əsaslanır.

*Dəlillərlə hərəkət edənin yolu taxtadandır. Taxta yol isə çox etibarsızdır.

Onu, onun elmini bilmək uçun yenə Mövlanaya müraciət edək:

Əz Əli amuz ixlasi-əməl,

Şiri-həqra dan münəzzeh əz dəğəl.

Çon to babi an mədini-elmra,

Çon şoayi afitabi-helmra.

Baz baş, ey babi-rəhmət ta əbəd,

Barqahi-ma ləhu küfvən əhəd.

Dər şocaət şiri-Rəbbanisti,

Dər morovvət xod ki danəd kisti?*

*İxlası da, əməli də Əlidən öyrən; Haqqın şirini hiylədən münəzzəh bil. Sən, ya Əli, elm şəhərinin qapısısan: Sən helm günəşinin nurusan. Ey rəhmət qapısı, ey bərabəri olmayan Allah barikahı, bağlanma, əbədi olaraq açıq qal. İgidlikdə Allahın şirisən, ərlikdə isə kimliyini kim bilər?

Bu daxımdan da o filosoflara deyil, filosoflar ona möhtacdır.

«Nəcul-bəlağə»nin bəzi nusxələrində ola bilsin ki, xütbələrdən ixtisar olunanı vardır. Tərtibçilər öz zövqlərinə, ehtiyac və luzuma görə bəzi cumlələri bəlkə də çıxarmışlar. Buna görə də bir kitabın bir neçə nusxəsində bu cur naqislik və artırmalara həmişə rast gəlmək olur. Bu, artıq cumlələrin sonradan əlavə edildiyinə deyil, bəzi sözlərin tərtibçi tərəfindən yazılmadığına dəlalət edir. Bir də əzbərlənən sözlərdə, əzbərləyənlərin mənanı deyil, lakin bəzi kəlmələri dəyişdirməsi, katiblərin bəzi sözləri zamana uyğunlaşdırması və eyni mənanı verən digər sözlərlə əvəz etmələri mümkündür... Hədısləri nəql edənlər belə, «Həzrət Peyğəmbər belə buyurdu, yaxud buna bənzər bir sözlə buyurdu ki,» – deyə rəvayət edirlər. Yalnız Qurani-Məciddə qiraət xüsusiyyətlərı istisna olmaqla belə fərqlər yoxdur və bütün musəlmanlar tam əmindirlər ki, bir sözu, ifadəsi belə dəyişdirilməyən yeganə kitab Qurandır, Allahın kitabıdır.

«Nəhcül-bəlağə»dəki bəzi xütbələrin, vəsiyyətlərin, qısa sözlərin bir qismi ayrıca şərh edilmişdir. Təkcə «Xütbətüş-şikşikiyyə»nin on altı tərcümə və şərhi vardır (Əz-zəriə ilə təsanifiş-şıə, IV cild, Tehran, 1320-1322, səh. 99-100...)

İmam Həsənə (ə) vəsiyyətləri orijinalı ilə və digər iki vəsiyyətlə 1329-cu ildə İstanbulda fars dilində nəşr olunmuşdur. Həmin nəşr «Hədiyyətül-üməm» adı ilə 1381-ci ildə Nəcəfül-əşrəfdə, 1961-ci ildə «Mənşurul-ədəbiye-ilahi və düstürül-əməliye və karqahi», «Kitabul-əxlaqeyn nəfisə fi şərhi xütbətül-vəsiyyə» və «Nazimül-vəsiyyə» adları ilə İranda təkrar nəşr edılmişdir. Bu vəsıyyətin turkcəsindən başqa altı şərhi vardır. Əbu Çəfər Mühəmməd ibini Yəqubi Küleyni də bu vəsiyyəti rəvayət etmişdir.

Həzrətin Malik Əştərə yazdığı Əhdnamə, «Adabul-müluk», «Töhfeyi-Süleymani», «Düsturi-hikmət», «Ünvanur-riyasə, ər-rayi vər-raiyyə», «Şərhül-əhd», «Nəsayihül-müluk», «Nəzmül-əhd», «Hidayətül-hüsam fi əcaibil hidayəti vəl hükkam», «Töhfətul-vəli», «Tərcümətül-əhd», «Şərhi-əhdnamə», «Əsasüs-siyasə fi təsisir-riyasə», «Dirasatün nəhc», «Rümuzül-imarə» kimi adlarla şərh edilmişdir. Onların sayı 20-dən artıqdır.

«Həmmam xutbəsi» kimi tanınan xütbələrin on beş şərhi vardır.

Bunlardan başqa Həzrət Əlinin (ə) hikmətli və qısa sözlərini məşhur Cahiz (h. 225, m. 869) «Miə kəlimə» (yüz söz) adı ilə toplamışdır ki, bu əsəri Səfəviyyə dövru şairlərindən Adil və həmin dövrün adamlarından Məhəmməd ibni Əbu Talibi Astrabadi farscaya çevirmişlər. Adilin əsəri Tehranda 1304-cu ildə nəşr olunmuşdur.

Əbu Əliyyi Təbərsi, yaxud Əliyyibni Seyyid Fəzlullahi Ravəndi (h.573, m.1178) «Yüz kəlmə»ni əlifba sırası ılə otuz fəslə ayırmış və adını da «Nəsrul-Ləali» qoymuşdur. Bu kitab h. 1312-ci ildə nəşr olunmuşdur. Rəşidəddin Məhəmməd ibini Məhəmmədil-Vətvat (h.552, m.1157) «Töhfətus-siddiq», «Fəslül-xitab», Ünsul-ləhfan» adları ilə ilk üc xəlifənin sözlərini topladığı kimi «Mətlubu külli talib» adı ilə Həzrət Əlinin (ə) də yüz sözunu toplamış, hər birini farsca bir qitə ilə tərcumə etmişdir. Bunlardan və Seyyid Rəzinin «Nəhcül-bəlağə» kitabının sonuna daxil etdiyi qısa sözlərdən başqa Həzrətin daha on mənzum, mənsur, ərəbcə və farsca, hətta fransızca qısa və hikmətli sözlərinin şərh və tərcümələri vardır. Həzrət Əlinin (ə) qısa sözlərini, xususilə «Qurərül-hikəm və dürərül-kəlim» adıyla toplayan Nasihuddin Əbdülvahid ibni Məhəmmədi Təmimiyyi Amididir. Hicri 588-ci ildən on gün əvvəl vəfat edən (m.1192) İbni Şəhraşubun rəvayətinə görə, Amidi onun ustadı olmuşdur. Amidi «Qurərul-hikəm»də Əmir-əl-möminin əleyhissəlamın 11.050 sözünü toplamışdır.

Hicri 738-ci ildə (1337) vəfat edən Savcızadə «Nəsrül-ləsali»ni «Budrətül-məali fi tərcümətül-ləali» adı ilə və hər sözu «məfailun, məfailun, fəulun» vəznində farsca bir beytlə tərcumə etmişdir. Supahizadə Əli Qalib farsca beytləri bir-bir turkcəyə tərcumə etmişdir ki, bu kitab Naxçıvanizadə Məhəmmədin yazısı ilə daşbasması olaraq 1315-ci ildə Osmaniyyə mətbəəsində nəşr olunmuşdur. Naxçıvanizadənin Savcızadə olmasını ehtimal edə bilmədik. 953-cü ildə (1546) yazdığı «Təzkirə»sində Əbdullətif Lətifi də (h.990, m.1582) «Nəsrül-ləali»ni «Nəzmül-cəvahir» adı ilə nəzmlə turk dilinə cevirmişdir. 1940-ci ildə Həzrət Əlinin (ə) anadan olmasından şəhadətinə qədərki dövru əhatə edən tərcumeyi-halı ilə birgə 54 xutbə və xitabələrini, imam Həsənə (ə) vəsiyyətini, Malik Əştərə «Əhdnamə»sini, 17 məktubunu, əmr və vəsiyyətlərini, 44 hikmət və nəsihətini, «Divan»ından 48 şeri tərcümə edilmişdir. Ankarada Əmək Basım Yayınevi tərəfindən «İmam Əli buyruğu» adı ilə nəşr olunmuşdur.

İndi də oxuculara təqdim olunan bu əsər haqqında: Qeyd olunduğu kimi, Seyyid Rəzi «Nəhcül-bəlağə»ni iki qismə və üç bölümə ayırmış, ilk bölumə əsasən xütbələrini, ikinci qismin birinci bölumünə məktublarını, ikinci bölumunə ısə hikmətli sözlərini daxil etmişdir. Burada da buna eyni ilə riayət olunub. Ancaq bu bölümlər içində mümkün ola biləcəyi qədər mövzu xüsüsiyyətinə və xronoloji tərtibə riayət gözlənilib. Tərcümədə Şeyx Məhəmməd Əbduhun «Nəhcül-bəlağə» şərhinin son nəşri olan və Beyrutda yayınlanan nəşri əsas götürülüb. Bu nəşr dörd qismə ayrılmışdır. Birinci və ikinci qisimdə xütbələr, muxtəlif hadisələrlə bağlı söylənən sözlər, ücüncü qisimdə məktublar, dördüncü qisimdə isə hikmətli sözlər və nəsihətlər var.

Tərcümə uç qismə ayrılıb. Birinci qisimdə xütbə və xitabələri, ikinci qisimdə məktubları, ücünçü qisimdə isə hikmət və nəsihətləri verilib. Birinci qisim beş bölumə ayrılır: 1-ci bölumdə «Allah, Həzrət Mühəmməd (s.ə.v.v.), iman, İslam və Qurani-Məcid», 2-ci bölümdə «Özü və Əhli-beyt», 3-cü bölümdə «Dünya-axirət», 4-cü bölümdə «İctimai-iqtisadi xütbələri 5-ci bölümdə «İlk üç xəlifə və özünün zamanına aid xütbələr» və tarixlə baqlı olan xütbə və xitabələrini dərc etdik. Bu qisimdəki xütbə və xitabələrin sayı 192-dir.

II qismə məktublarını, əmrnamə və vəsiyyətlərini daxil etdik. Bu qisimdə də xronoloji ardıcıllığı gözlədik və onu dörd bölumə təqsim elədik: 1-ci bölumü Cəməl cihadından əvvəlki və sonrakı dövrlərə aid xütbələrinə, 2-ci bölumu Müaviyəyə göndərdiyi məktublara, 3-cü bölümü cihad zamanı söylədiyi xütbələrə və vəsiyyətlərə, 4-cu bölümü idari məktublarına, əmrnamə və əhdnamələrinə verdik. Buradakı xitabə, məktub, əmrnamə və vəsiyyətlərin ümumi sayı 63-dür.

Üçüncü qisimdə qısa sözləri, hikmət və nəsihətləri yerləşdirilib. Bu qisimdə də mövzuya dair bir təsnif aparmağa çalışdıq. 1-ci bölumə «Din, iman, mömin, müslim, Quran və ibadət», 2-ci bölümə «Həzrət Mühəmməd (s.ə.v.v.) özü və Əhli-beyt», 3-cü bölümə «Dünya-axirət», 4-cü bölümə «Ağıl-elm», 5-ci bölümə müxtəlif mövzulara aıd hikmətlər, 6-ci bölümə tarixlə bağlı sözlər, 7-ci bölumə isə «Həqiqət, ədalət, güzəran, insanlıq və cihad» haqqındakı sözlərini daxil etdik. Bu qismin hər bölümünün sonuna «Nəhcül-bəlağə»də olmayan, lakin «Qürərül-hikəm»də yer almış sözlərindən də qatdıq və 325 söz seçdik. Beləliklə, xütbələr 192, Məktub, əmrnamə və vəsiyyətlər 63, hikmətli sözlər 325 olmaqla, 580-ə çatdı.

Bunu da qeyd edək ki, bu bölgü sözlərdəki üstün xarakterə görədir. Yoxsa məsələn, iman və Qurandan bəhs edilən bir xütbədə dünyadan, axirətdən, dünya və axirətdən bəhs edilən digər bir xütbədə Həzrət Mühəmməddən (s.ə.v.v.), Əhli-beytdən, ictimai-iqtisadi bölumə aid bir xütbədə tarixi bir hadisədən, yaxud İslamdan bəhs edilmişdir. Yəni xütbələrdə, hətta məktublarda və hikmətli sözlərdə olan təsnif, üstün xarakterə görədir. Xütbələrdə, xitabələrdə, məktublarda, əmr və vəsiyyətlərdə, hətta hikmətli sözlərdə bir ayəyə, hədisə, hadisəyə işarə edilmişsə, yaxud birisinə xitabsa, birisindən bəhs varsa, o xütbə və xitabənin, o sözün axırına qoyulmuş nömrələrlə o ayə, o hədis, o hadisənin izahı yazılmış, qaynağı göstərilmişdir ki, bu da olduqca ətraflı bir şərh mahiyyəti daşıyır.

Seyyid Rəzinin topladığı xütbə və xitabələrin sayı 233-ə qədərdir. Bunların bir qismi müxtəlif rəvayətlərdən meydana gəlmişdir. Bir qismi isə Həzrətin dualarını, bir ayəni və ya surəni oxuduqdan sonrakı sözünü, yağmur dualarını, əshabını məkarimi-əxlaqa, ibadət və itaətə təşviqini əhatə edir və çoxu da bir-birini tamamlayır. Bir xütbədə zikr edilənlər başqa bir xutbədə, lakin digər bir tərzdə təkrarlanır. Həzrət Əlinin (ə) xütbələrinin özünü 192 xütbədə bulunduğu üçün onları tərcümə etmək məsləhət oldu.

S. Rəzinin 2-ci bölümündə 76 məktub, vəsiyyət və söz vardır. Bunların bir qismi ayrı rəvayətlərlə gəlmişdir. Bu tərcümədə ikinci qisimdəki son vəsiyyətləri birinci qismə daxil edilmişdir. Bu qisimdə 72 xitabə, məktub, əmrnamə və vəsiyyət var ki, demək olar hamısı yerindədir.

Üçüncü qisimdəki sözlər və vəcizələr isə «Qurərul-hikəm»dən seçilməklə, deyə bilərik ki, mənada təkrar olmamaq baxımından tamdır.


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! ("əl-Ənam", 162)

 

  1129
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Fürsətlərdən istifadə edək ki, İlahi əzab gəldikdə möhlət verilməyəcəkdir
      Bakıda mübarək Ramazan ayının ilk günü və niyyət gecəsinin tarixi açıqlandı
      Pakistanda Şiə jurnalist oğurlandı daha bir Şiə isə Şəhid edildi
      Həzrət Əlinin (ə) son anlarında İmam Həsən (ə) və İmam Hüseynə (ə) vəsiyyəti
      Lütfən, Qədir-Xum xütbəsini tam şəkildə bəyan edin.
      Həzrət Zeynəbin (s) dəfn yeri hansı ölkədədir?
      Peyğəmbərə (s) görə salamın əhəmiyyəti nədir?
      Həzrət Müslim kim idi?
      Ayətullah Behcətin (rəhmətullahi əleyh) dediyi “bu əsrin qocaları da imam Zaman ...
      Nə üçün Peyğəmbərin(s) xəstə olduğu müddətdə İmam Əli (ə) hətta bir dəfə belə ...

 
user comment