Azəri
Friday 26th of April 2019
  956
  0
  0

Vahabi əqidəsində Tovhid

Vahabi əqidəsində Tovhid

Vahabilər Tovhidin üç hissədən ibarət olduğuna əqidəlidirlər:

Rübubi Tovhid;

Üluvi Tovhid;

Ad Sİfət Tovhidi;

Rübubi Tovid: Təkcə Allahın zatı bütün mütləq sifət kamala malikdir. Başqa sözlə desək, Rübubi Tovhid mərifət, ideologiya Allahı isbat etmək deməkdir. Buna dəlil olaraq “Kafirun” surəsindəki ayələr, həmçinin

قُلْ يَا أهْلَ الْكتَاب تَعَالُوا الىَ كَلِمَةِ...

digər ayələri nümunə gətirmək mümkündür.

Ad Sİfətdə Tovhid: Allahın Sİfət Adları  Qədimdir.[1] Vahabilər bu tovhid növünü Sifət, ibadi Əfali Tovhidin əvəzinə işlədirlər. Bu əqidə ikinci əsrin filosoflarının fikrincə Allahın sifət adının qədimliyinə etiadı olan Əşairə əqidəsinə qayıdır. Vahabilər bu əqidəyə əsasən Quranın Allahın əfali sifəti olduğunu da qədim hesab edirlər. Onlar əlifba hərflərinin qədim olduğunu qələmə verirlər.

Eyn, Nəfs, Həyat, Səmi, Bəsir, Vəch, Kəlam, Qidəm, Ricl (Vahabilər Allahın əl-ayağı olduğuna etiqadları vardır), Mülk, Əzəmət, Kibriya, Üluvv, Rəhmət, Qüdrət, Hikmət bu kimi sifətlərin zatı Sifət, Təəccüb, Zihk (gülüş), Razılıq, Qəzəb, Kərahət, Məci (Qiyamət günü Allahın zühur etməsi), Nüzul (onların Allahın Ərş üzərində sakin olub səhər çağı asimandan yerə endiyinə inancları vardır), Xoşagəlməzlik Sevincəklik kimi sifətləri isə Əfali sifət hesab edirlər.[2]

Vahabi firqəsində şirk və onun hüdudları

Vahabiçilik əqidəsində şirk: Allahın şəriki olduğunu təsəvvür edib, Ondan başqasına müstəqillik vermək deməkdir. Habelə onlar peyğəmbərlərdən yardım diləyib, övliyalara sığınıb təvəssül etməyi şirk hesab edirlər.

Belə bir təfəkkürə əsasən, Məsum İmamlar peyğəmbərlərin qəbirlərini ziyarət etmək şirk olaraq bidətə səbəb olub haram sayılır.

Vahabilərin nəzərincə şiə müşrikdir ya əqidəsinə bir növ şirk sirayət edərək daxil olmuşdur.

Vahabi əqidəsi baxımından şirk və tovhidin siyasi-ictimai nəticələri

Məhəmməd Cavad Muğniyə yazır:

“Vahabilərin etiqadınca İslama daxil olmaq üçün yalnız “La ilahə illəllah” “Əşhədu ənnə Muhəmmədən rəsulullah” demək kifayət deyildir. Həqiqətdə insanın bunları qəbul etdikdən sonra Allahdan özgəsinə sığınmaması, Peyğəmbəri ziyarət etmək qəsdi daşımaması, onun mübarək qəbrinə toxunub öpməməsi, ona and içməməsi, onu çağırmaması “ya rəsulullah” ya “ya seyyidi” deyərək xitab etməməsi lazımdır”.

Məhəmməd ibn Səud (Səudiyyə hakimlərindən biridir) Məkkə şəhərində səltənəti zamanı nitqlərindən birində belə söyləmişdir:

“Vahabilərdən başqa bütün müsəlmanlar müşrikdirlər. Onların Vahabiçiliyi qəbul etmələri üçün qılıncla islah olmaları gərəkdir”. Lakin onun dediklərinin əksinə olaraq Vahabilərin o zamankı sultanı olan Məlik Feysəl 1342-ci ildəki bəyənatında vahabilərə xitab edərək deyir:

“Misirli, Hindistanlı ... olmasından asılı olmayaraq bütün müsəlmanlar sizin qardaşlarınızdır”.

Bu sözün mənası budur ki, sizin müsəlmanlara qarşı bədbin olmamanız lazımdır Məhəmməd ibn Əbdül Vəhhabın bu əqidəsi əsasında rəftar etməməniz gərəkdir.

Vahabilərin bu əqidəyə sadiq qalmaları, ictimai-siyasi cəhətdən bütün müsəlmanları müşrik hesab etmək, fitnə qalmaqal prinsiplərini yaymaqdan başqa bir şeylə nəticələnməyəcəkdir. Belə bir əqidə isə istismarçılıq anti-islam etiqadından başqa bir şey deyildir.

Vahabiçilik və Şiə ideologiyasının Tovhid məsələsindəki fərqləri

Keçən söhbətlərdən aydın oldu ki, Vahabiçilik Şiə məktəbinin Tovhid məsələsində kəmiyyət keyfiyyəti arasında fərqi olduğu kimi, bu bölümün vahabilərin nəzərincə böyük əhəmiyyətə malik olan siyasi yönəm daşıdığının da şahidi olacayıq.

Vahabilərin bu bölgülərinin problemsiz olduğuna bəzi bəhanələr gətirmək mümkündür. Ona görə ki, bu məsələ yalnız əqli intellektual nöqteyi-nəzərindən məhdudlanmış, İslam arif filosofları arasında da münaqişələr nəzərə çarpır. Ancaq məna məfhumların fərqli mənalarına göz yummaq olmaz.

Şiə alimləri Tovhidi Zati, Sifati, Əfali İbadi hissələrinə, vahabi alimləri isə Rübubi, Üluvi, Sifət Ada bölmüşlər.[3]

Islamşünaslar Allahın adlarının xüsusi ümumi hissəyə bölündüyünü söyləyirlər. Xüsusi ad yalnız Allah Taalanın zatına məxsusdur. Məsələn, Allah xüsusi addır. Ümumi ad məfhum baxımından Allahın sifətləri ilə müştərək məna daşıyaraq Onun bəndələri üçün işlənilir. Məsələn, Rəhman, Rəhim Kərim. Bu sifəti insan ağılı çıxarış edib Allaha mənsub etmişdir.

Bu fərqlər sırf etiqadi cəhət daşıyarsa, bir o qədər şiddətli qıcıqlandırıcı deyildir. Amma bəzilərinin siyasi mənfəət əldə etmələri məqsədini nəzərə alaraq təhlil edib araşdırmaq lazımdır.

Vahabilər Tovhid mərhələlərinin bu növ bölümünü İbn Teymiyyədən, aldıqlarına o özü isə Əhməd ibn Hənbələ təqlid etdiyindən beləcə mənşələnmişdir.

Həmçinin, vahabilər Sifəti, Əfal Zata bölməklə Allahın əl-ayaq, heyvani (maddi cisimlər kimi) get-gəl etmək əqidəsinə sahibdirlər ki, bu da onların Quran ayələrinin zahiri mənası ilə qane olmaları, əqli təhlil dərkə arxalanmamaları nəticəsindədir. Onlar, xüsusilə Məsum İmamlar Peyğəmbərin ali təlimlərindən ilhamlanan şiələrin “müəvvəlun” (yozulmuşlar) ünvanında tam tərdidlə yanaşdıqları Qiyamət günündə Allahı görmək, eşitmək, əl, ayaq, gəlmək ... bu kimi məna verən ayələri yozmalarına müxalifdirlər. Nümunə olaraq, şiələr

على العرش استوى ayəsini Ərşdə həqiqi mənada oturmaq mənası kimi deyil Ərşdə ilahi hakimiyyət müdiriyyət kimi yozumlayırlar.

 



[1] Burada Qədim, yeni sözünün qarşılıqlı və antonim mənasında deyildir. Həqiqətdə “hadis” sözünün antonimi olub, yəni, əvvəl olmayıb sonradan yaranmışdır.

[2] “Fəthul-Məcid”, səh. 33, 41 və 57.

[3] Məhəmməd ibn Əbdül Vəhhab, “Ət-Tovhid vəl qoulus sədid fi məqasidit tovhid”, səh. 13.

  956
  0
  0
امتیاز شما به این مطلب ؟

آخر المقالات

      السنّة والبدعة
      لماذا تُنسَب الشيعة لابن سبأ ؟
      هل الدعوة لإزالة ذهب القباب عُمَرِيَةُ المنشأ فعلاً ؟
      القدرة المطلقة وإحياء الموتى
      ما هو الفرق بين بيعة الناس لعلي و بيعة الناس للخلفاء ؟
      ضرورة وحدة الأمة الإسلامیة
      علاقة الشیعة الامامیة بالغلاة
      لماذا ولد علي عليه السلام في الكعبة ؟!
      ما حكم الأكل من العقيقة لمن يعق عن نفسه؟
      ما حكم التوضؤ للصلاة قبل دخول الوقت؟ و هل تصح الصلاة ...

 
user comment