Azəri
Friday 26th of April 2019
  666
  0
  0

İMAMIN ŞƏXSİYƏTİ

İMAMIN ŞƏXSİYƏTİ

 

Adı: Əli

Ləqəbi: Əmirəl-möminin

Kunyəsi: Əbül-Həsən  

Doğulduğu tarix: Hicrətdən 23 il əvvəl

Xəlifəliyi: Hicrətdən 35 il sonra

Xəlifəlik müddəti: 5 il

Ömrü: 63

Şəhadəti: Hicri 40-cı ildə xaricilərdən olan İbn Mülcəm (lən.) adlı bir şəxs tərəfindən qətlə yetirilmişdir.

Məzarı: İraq, Nəcəf şəhəri

TƏVƏLLÜDÜ

Peyğəmbərin hicrətindən 23 il qabaq, cümə günü Rəcəb ayının 13-də Əbu Talibin ailəsində  təkcə Məkkəyə deyil, bütün dünyaya nur saçan mübarək bir uşaq dünyaya gəldi. Bu təvəllüd haqqında Məkkə əhalisindən Qunəb adlı birisi belə deyir: Abbas ilə bir yerdə oturmuşduq. Birdən Əsəd qızı Fatimənin sancı çəkərək Kəbəyə tərəf getdiyini gördük. O belə deyirdi: “ Ey Allahım! Sənə və peyğəmbərinə inanıram. Sənin əmrinlə bu evi tikən peyğəmbərin (İbrahimin), eləcə də bətnimdəki uşaqın izzəti hörmətinə bu körpənin dünyaya gəlişi əziyyətini mənim üçün asan et”. Elə həmin andaca Allah evinin divarı yarılaraq, Fatimənin oraya girməsini, daha sonra isə divarın bir-birinə yaxınlaşaraq bitişib bağlanmasini, öz gözlərimizlə gördük. Hamımız qorxudan titrəyirdik. Daha sonra ayağa qalxdıq və sürətlə Kəbəyə sarı qaçdıq ki, qapını açıb arvadlarımızı Fatiməyə kömək etmək üçün içəri göndərək. Amma nə qədər çalışdıqsa qapını aça bilmədik. Bu qəribə xəbər çox sürətlə Məkkənin hər tərəfinə yayıldıqda hamı bundan heyrətləndi. Məkkə qadınları Fatimə ilə görüşü həyəcanla gözləyirdilər. Nəhayət dörd gündən sonra Fatimə qucağında gözəl bir uşaqla Kəbədən bayıra çıxıb dedi: “Allah qadınlar arasında məni seçdi, Onun evində ikən üçün cənnət xörəklərindən və meyvələrindən göndərdi”. Fatimə evinə doğru gedən zaman ətrafına yığışan qadınların “uşağın adını nə qoyacaqsan?”-deyə verdikləri suala belə cavab verdi:”Allahın hərəmində əyləşdiyim vaxt birdən səs eşitdim: uşağın adını Əli qoy!” Bəli, haqqında danışdığımız Həzrət Əlidir (ə). O ülvi şəxsiyyət körpəlik və uşaqlıq dövranını təmiz, pak bir şəkildə başa vurdu. Necə ki, Həzrətin özü də bu barədə “Nəhcül-bəlağə” də belə buyurur: “Uşaqlığımda Peyğəmbər (s) məni qucağına alıb köksünə sixar və yeməyi çeynəyib ağzıma qoyardı”.

UŞAQLIQ DÖVRÜ

Həzrət Əlinin (ə) özü bu dövr barədə belə buyurur: “Peyğəmbər hər il Hira dağına gedər və onu məndən başqa heç kəs görməzdi. İslamın hələ evlərə yayılmadığı ilk anlarda, təkcə Peyğəmbər ilə həyat yoldaşı Xədicə müsəlman olmuşdular. Mən isə vəhy və risalət nurunu görüb, nübüvvət ətrini duyan ikinci şəxs idim.” Peyğəmbərin qohumlarını islama dəvət etmək üçün Allah əmri nazil olanda, Həzrət Əli (ə) Peyğəmbərin (s) yaxın adamlarından qırx nəfəri o Həzrətin evinə qonaq çağırmışdı. Xörəyin azlığına baxmayaraq artıq hamı yeyib doymuşdu. Şam yeməyindən sonra Peyğəmbər (s) məclisdəkilərə xitab edərək buyurdu: “Ey Əbdülmüttəlib övladları! Allah mənə əmr edib ki, sizləri çağiraraq islamı sizlərə tanıtdırdım. Hər kəs mənə kömək edib dinimə iman gətirərsə, mənim qardaşım və xəlifəm olacaqdır”. Peyğəmbər (s) bu mətləbi üç dəfə təkrar etsə də Əlidən başqa heç kəs ona cavab vermədi. Həzrət Peyğəmbər (s) hər dəfə öz istəyini təkrar etdikdə yerindən qalxıb Həzrətin əlindən tutan və ona iman gətirdiyini elan edən yeganə şəxs hələ uşaq yaşında olan Həzrət Əli (ə) idi. Elə bu əsnada Ppeyğəmbərimiz belə buyurdu:? “Əli mənim qardaşım və xəlifəmdir. Onun sözünə qulaq asın və əmrlərinə itaət edin”.

GƏNCLİK

Həzrət Əli (ə) artıq uşaqlıq və yeniyetməlik dövrünü geridə qoyub qüdrət və qüvvət çağı olan gəncliyə çatmışdı. Eynilə bir kəpənəyin şamın başına fırlandığı kimi, Həzrət Əli (ə) da Həzrət Peyğəmbərin (s) başına fırlanaraq, biləyinin gücündən islamın və Peyğəmbərimizin xeyrinə istifadə edirdi. Misal üçün, Hüneyn müharibəsində müsəlmanlar məğlub olub qaçdıqları vaxt Peyğəmbərin ətrafında gəzib onu qoruyan və düşməni qorxuya salan təkcə Həzrət Əli (ə) idi. Xeybar müharibəsində kafirlərin sərkərdəsi olan, eləcə də hamının onun gücü və cəsarətindən qorxduğu Məhrabı yerə yıxmışdı, iyirmi nəfərin güclə açıb bağlaya bildiyi qapını qaldıraraq xəndəyin üstünə atmış vəonu əsgərlərin üstündən keçə biləcəyi bir körpüyə çevirmişdi. Buna oxşar yüzlərlə misal Həzrət Əlinin (ə) iman və fədakarlığının açlq dəlili, tutarlı bir sübutudur.

HƏZRƏT ƏLİNİN (Ə) FƏDAKARLIĞI

İnsan məhz özünü çox sevər və canını başqasına fəda etməz. Amma Həzrət Əli (ə) islamı və Peyğəmbəri (s) özündən daha çox sevdiyinə görə canını Peyğəmbərin (s) yolunda fəda etməyə həmişə hazır idi. Bu hadisə Məkkə müşriklərin özlərinin məğlubiyyət təhlükəsi ilə qarşı-qarşıya gördükdə bu barədə mühüm bir qərar çıxarmaq üçün toplandıqları zaman baş vermişdi. Onların hamısı Darün-nədvə adlı bir yerdə yığışaraq geniş müzakirədən sonra belə qərara gəldilər ki, hər qəbilədən bir nəfər seçsinlər, onlar da gecə vaxtı Peyğəmbərin evinə həmlə edərək onu öldürsünlər. Bütün qəbilələr onun qanını tökməkdə şərik olduqlarına görə heç kim intiqam almağa təşəbbüs göstərmiyəcəkdi. Onların bu planını Allah öz Peyğəmbərinə bildirdi və ona hələ gecə ikən evindən çıxıb Məkkədən hicrət etməsini əmr etdi. Peyğəmbər (s) bu hədəf üçün canını fəda etməyə hazır olan etibarlı bir sirdaş axtarırdı. Bu fədakarlığı yalnız Həzrət Əli (ə) öz öhdəsinə götürə bilərdi. Məhz elə buna görə Peyğəmbər (s) əhvalatı Həzrət Əliyə (ə) danışdı. Bu fədakar və mömin cavan üzündə təbəssüm, sevinərək bu işi bütün varlığı ilə qəbul etdi. Gecənin qaranlığı hər yeri bürümüşdü. Əli (ə) Peyğəmbərin yatağında arxayın və ürək rahatlığı ilə yatmışdı. Həzrət Peyğəmbər (s) də artıq evindən çıxıb Məkkənin kənarında olan Sövr mağarasına getmişdi. Qureyşli qatillər evi mühasirə edib əllərində qılınc və bıçaq hücuma hazırlaşdılar. Hücum əmri verildikdə onların hamısı siyrilmiş qılıncla Peyğəmbərin evinə girib yatağına tərəf etdilər. Lakin birdən-birə yataqdakının Əli olduğunu gördükdə, sarsılmış və narahatlıqla Peyğəmbərin evini tərk edib dərhal atlıları o Həzrətin dalınca göndərdilər. Lakin çox keçmədi ki, və ümidlərini itirərək geri qayıtdılar. 

ƏLİ (Ə) VƏ ALLAH YOLUNDA MÜHARİBƏ

İslam həyat və sülh dinidir. Bu müqəddəs din insanların öldürülməsi ilə ziddir. Bu din günahsız bir insanı öldürən kimsəyə ağır cəzalar tətbiq edir. Lakin daxili və xarici düşmənlər müsəlmanlara qarşı təcavüzə əl atdıqda, o zaman bu müqaddəs din ağıl və şəriətə əsasən müdafiə etməyi əmr edir. Bu isə islam cihadının bir hissəsidir. Həzrət Peyğəmbərin (s) müdafiə xarakteri daşıyan bütün müharibələrində Həzrət Əli (ə) saf ruhlu bir igid təkin, Peyğəmbərlə (s) çiyin-çiyinə islam yolunda var qüvvəsilə öyüşürdü. O, Allahdan başqa heç bir şeydən qorxmayan bir mömin bəndə, eləcə də yorulmaz bir mücahid sayılırdı. O, belə deyərdi:”Allaha and olsun ki, əgər haqqı bir tərəfdə və bütün xalqı da batil olaraq haqq müqabilindəki digər tərəfdə görsəm, haqq uğrunda tək-tənha qılınc oynadar, onların qabağında inamla duraraq bu yoldan bir an belə geri dönmərəm”. 

HƏZRƏT ƏLİNİN (Ə) ƏDƏBİ

İslam hökümətinin mərkəzi Kufa şəhəri idi. Elm öyrənməkdən ötrü dünyanın hər tərəfindən bu böyük islam mərkəzinə axışırdılar. Bir gün şəhər qirağında iki nəfər bir-biri ilə rastlaşdı. Bunlardan biri Həzrət Əli (ə), o birisi isə onu tanımayan bir xristian idi. Xristian Kufə şəhərinin ətrafındaki bir məntəqəyə, Həzrət Əli(ə) isə Kufəyə gedirdi. Onlar birlikdə olduqları müddətdə darıxmamaq üçün söhbətə başladılar. Yol ayrıcına çatdıqları vaxt xristian sağolaşıb yoluna davam etdi. Ancaq müsəlman yoldaşının, yolu başqa tərəfə olduğuna baxmayaraq onunla bir gəldiyini görüb heyrətlə soruşdu.

Məgər siz Kufəyə getmirdiniz?

Həzrət Əli (ə) buyurdu:-Bəli.

-Bəs onda nəyə görə bu tərəfə gəlirsiniz?

-Bir az səninlə birgə yol getmək istəyirəm. Çünki Peyğəmbərimiz (s) belə buyurub: “İki nəfər yol yoldaşı olduqda, birinin digərinin boynunda haqqı yaranır”. İndi sənin mənim boynumda haqqın var ki, səni ötürəm. Mən də bu haqqı ödəmək üçün səninlə bir az yol gedəcəyəm. Beləliklə, sənin haqqını bu dünyada ödəyəcək və sonra arxayınlıqla öz yoluma davam edəcəyəm”. Həzrət Əlinin (ə) bu insanı rəftar və davranışı xristianın xoşuna gəlib öz-özünə dedi: “İslam əgər belə bir mədəni dindirsə, tərəfdarları bu qədər yuksək səviyyəli insanlardısa, mən də gərək müsəlmanlığı qəbul edəm”. Yol yoldaşının islam rəhbəri Həzrət Əli (ə) olduğunu bildikdə daha da heyrətlənən xristian dərhal Əlinin (ə) hüzurunda müsəlmanlığı qəbul edib islama iman gətirdi.

  666
  0
  0
امتیاز شما به این مطلب ؟

آخرین مطالب

      هدف اساسى اسلام نسبت به خانواده‏  
      جوانان را دریابید!
      انفاق به غير مؤمنان‏  
      رحم خدا در برزخ و قيامت‏
      روزگار امام دوازدهم
      امام زمان (عج) فريادرس انسان‏‌ها
      سیمای حضرت علی اکبر (ع)
      ياد پدر و مادر در نمازهاى يوميه‏
      تربيت در آخر الزمان
      حق خداوند متعال بر بنده

بیشترین بازدید این مجموعه

      ازدواج غير دائم‏
      میلاد امام حسین (علیه السلام)
      آیه وفا
      اسم اعظمی که خضر نبی به علی(ع) آموخت
      یک آیه و این همه معجزه !!
      نیمه شعبان فرصتی برای بخشش گناهان کبیره
      شاه کلید آیت الله نخودکی برای یک جوان!
      حاجت خود را جز نزد سه نفر نگو!
      فضيلت ماه شعبان از نگاه استاد انصاريان
      افزایش رزق و روزی با نسخه‌ امام جواد (ع)

 
user comment