Azəri
Tuesday 26th of March 2019
  933
  0
  0

Ehsan, sədəqə və nəzir

Ehsan, sədəqə və nəzir

Vahabilərin şirk hesab etdikləri məsələlərdən biri ölü üçün verilən sədəqə nəzirdir. “Fəthul Məcid” kitabı bu barədə deyir:

“Ziyarət, ehsan nəzir yığılan müqəddəs məkanlar, şərafətli abidələr övliyaların qəbirləri şeytan yuvasıdır. Zeynəbiyyə, Rəəsul Hüseyn, Suriya, Kərbəla, Nəcəf şəhərləri kimi yerlərdə dayanmaq belə haramdır”.

Bu kitabların şərhçisi isə belə deyir:

“Əvvəllər Hicazda belə məkanlar var idi. lakin əlhəmdulillah, Məlik Əbdül Əziz Ali Səudun qüdrəti ilə viran oldu qalanların da dağılmasına ümüd edirik”.[1]

Şiənin müqəddəs məkanlarda nəzir, sədəqə paylaması yalnız Allah razılığını əldə etməkdən ötrü olub heç bir şirklə bulaşığı yoxdur. Zehnə gələn şey budur ki, nə üçün cavanların fitnə-fəsada batdıqları zaman, İslam dövlətlərinin sərvətinin qarət olunduğunu, İslam mədəniyyəti, sivilizasiyasının unudulub məhv olduğunu qulaq ardına alıb özlərini görməməzliyə vururlar, lakin daim ehsan, sədəqə, din xadimlərinin qəbirlərini ziyarət etmək xırdalıqlarına vararaq bütün müsəlmanların problemlərinin bundan mənbələndiyini təkid edirlər?! Nə üçün onlar Avropa xadimlərinin cəsədlərinin mumiyalandıqları, ixtiraçıla-rın çürümüş sümüklərinin belə qorunub saxlanması, alimlərin xatirəsini əbədi yaşatmaq səylərini bildikləri halda belə, din xadimləri, xüsusilə hidayət və ziya çeşməsi olan Məsum İmamların (ə) məqbərə və abidələrini xarabalığa çevirməyə çalışır, onların ziyarətinin tərəqqiyə mane olduğunu söyləyirlər?!

Müqəddəs daşları təbərrük etmək

Vahabilərin təkid etdikləri problemlərdən biri bəzi daşların müqəddəs hesab edilməsi onlara təvəssül olunmasıdır. Çünki, bu təvəssülü bir növ bütpərəstlik zənn edirlər. Bu səbəbdən onların nəzərincə, bu daşlara təvəssül, nəzir edərək, şəfaətverici kimi qəbul edən hər bir şəxs müşrikdir.

"و يقولون هؤلاء شفعاؤنا عند الله"[2]

Bu mövzudakı kitablarda belə deyilir:

“Camaatın təbərrük kimi nəzir verdiyi daşların yerdə qalması halal deyildir. Hər bir müsəlmana imkan dairəsində onları xarab etməsi vacibdir”.[3]

Heç bir İslam ölkəsində müqəddəs daşlara ehtiramla yanaşıb şəfaət diləməyən müsəlman tapmaq olmaz. Bəzi müsəlmanların qəflət cahillik üzündən daşa, köhnə ağaclara izzət bağışlaması hallarına rast gəlmək mümkündür. Lakin belə rəftarları bütün müsəlmanlara aid edib ümumiləşdirmək olmaz.

Məkkədə az miqdarda Quranın müqəddəsliyinin təsiri nəticəsində müsəlmanların əziz hesab etdikləri bir neçə alçaq dağlar daşlar vardır:

1. Həcərul Əsvəd: (Qara daş) Bu daş Kəbənin əsas hissəsində olub təvafın əvvəli sonunu təyin edir.

2. İbrahim Məqamı: Quran müsəlmanlara bu məkanda namaz qılmağı sifariş etmişdir:

"واتَّخذوا من مقام ابراهيم مُصلّى"[4]

“İbrahim Məqamını özünüz üçün namazgah edin”.

3. Səfa Mərvə dağı: Quran bu iki dağ haqqında buyurur:

"انَّ الصَّفَا وَالْمَرْوَة من شعائر اللهِ" [5]

“Səfa Mərvə Allahın əlamətləridir (Onu xatırla-dandır)”.

Insanların bu daşlara hörmət etmələri, İslam Peyğəmbəri (s), İmamlar (ə), Quran mənəvi şəxsiyyətlərə izzət gözü ilə baxmalarının səbəbi onların Allah şüarı olmalarıdır. Onları yad etmək qəlblərin paklığından söhbət açır:

"و من يُعَظِّّمْ شَعَائِرَ اللهِ فَاِنَّهَا مِنْ تَقْوَى الْقُلُوبِ"[6]

“Allahın xüsusi əlamətlərini əziz bilən hər bir şəxs həqiqətdə qəlblərinin paklığından xəbər verir”.



[1] “Fəthul Məcid”, səh. 137.

[2] Yunus (10), 18-ci ayə.

[3] “Fəthul Məcid”, səh. 274.

[4] Bəqərə (2), 125-ci ayə.

[5] Bəqərə (2), 158-ci ayə.

[6] Həcc (22), 32-ci ayə.

  933
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Nə üçün Quran ayə-ayə nazil olmuşdur? Hansı surələr bir dəfəyə və bir yerdə ...
      Ali Məhəmməd" kəlməsi olmayan salavat hansı səbəblə naqis və qadağan olunmuşdur?
      Bəqərə surəsinin 228- ci ayəsində, kişinin qadından üstün olmasını deməsi, Allahın ...
      Məryəm surəsinin on yeddinci ayəsində "Ruhun (Cəbrail) təzahürünün" mənasını ...
      Kovsər hovuzu nədir?
      Rizvan behiştinə sahib olmaq, onlar üçün mələyin şəfaət etməsi ilə necə uyğundur?
      Зејд ибн Әли (рәһмәтуллаһ) Әһли-Бејтдән ...
      Quran baхımından Allahı tanımaq yоlu
      Davranış
      Davranış

 
user comment