Azəri
Friday 19th of April 2019
  737
  0
  0

Feyzul-İslamın V hissəyə yazdığı müqəddimə:

Feyzul-İslamın

V hissəyə yazdığı müqəddimə:

 

بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِيمِ

الْحَمْدُ لِلّهِ الْفاشِى فِى الْخَلْقِ أَمْرُهُ وَ حَمْدُهُ الظّاهِرِ بِالْكَرَمِ مَجْدُهُ الْباسِطِ بِالْجُودِ يَدَهُ الَّذِى لا تَنْقُصُ خَزائِنُهُ وَ لا تَزِيدُهُ كَثْرَةُ الْعَطاءِ إِلّا جُوداً وَ كَرَماً إِنَّهُ هُوَ الْعَزِيزُ الْوَهّابُ وَ الصَّلوةُ وَ السَّلامُ عَلى عَبْدِهِ وَ رَسُولِهِ سَيِّدِ الْأَنْبِياءِ وَ الْمُرْسَلِينَ مُحَمَّدٍ وَ الِهِ الْهُداةِ الْمَهْدِيِّينَ

اللّهُمَّ صَلِّ عَلى مُحَمَّدٍ وَ الِ مُحَمَّدٍ وَ عَجِّلْ فَرَجَهُمْ وَ أَهْلِكْ عَدُوَّهُمْ مِنَ الْجِنِّ وَ الْإِنْسِ مِنَ الْأَوَّلِينَ وَ الْاخِرِينَ

 «Nəhcül-Bəlağə» peyğəmbərlərin sözlərinin cövhəri, Qurani-Kərim həqiqətlərinin sirlərinin açıqlaması, azğın və düşkünlərin xilasedicisidir. Əmirəl-möminin əleyhis-salamın Seyyid Şərif Rəzi (əleyhir-rəhmə) tərəfindən nümunələri müqəddəs «Nəhcül-Bəlağə» kitabında toplanmış kəlam və əməllərinə tabe olmayınca qan tökülməsi, fitnə-fəsad, zülmkarlıq, ikiüzlülük, özündənrazılıq və bədbəxtlik bəşəriyyətdən uzaqlaşmayacaq və dünyada sülh və asayiş, ədalət, vəhdət və xoşbəxtlik bərqərar olmayacaq. Bu kitabda insanın həyat və asayişinə aid hər bir şey olduğu üçün o, əməl edən hər bir kəsin başucalığı və xoşbəxtliyinə zamindir.

Bu sözlər əql və elm sütunları üzərində bərkidilib və boşboğazlıq və naqqallıq deyil. Əgər inanmırsınızsa, öz alim və tanınımış şəxsiyyətlərinizlə bir yerə toplaşaraq barəsində ətraflı fikirləşib düşünün ki, həqiqətlərini dərk edəsiniz.

Xeyir və yaxşılıq, asayiş və gözəllik axtaran hər bir kəs, gərək «Nəhcül-Bəlağə»ni özünə örnək etsin. Buna görə də bədbəxt o böyük və başçıdır ki, bu kitabı oxumayıb; aciz o rəhbər və tayfa başçısıdır ki, onun göstərişlərinə əməl etmir; avara-sərgərdan o xalqdır ki, əməlləri «Nəhcül-Bəlağə»nin buyuruqları ilə uyğun gəlmir; xoşbəxt o kəslərdir ki, bu tərcümə və şərhin dörd hissəsini diqqətlə oxuyub və əməl ediblər və indi beşinci hissəni dərk etməyə nail olurlar. Çünki biz lazım olan bütün nöqtələrə (hamının səviyyəsində olan xülasə şəklində və hamının başa düşdüyü sadə dildə) toxunmuş və onları yada salmışıq. Bu məsələ elm və bilik əhlinə bəllidir. Hissələrdə Allah və Peyğəmbərin razılığına zidd bir söz yazılmamasına, elm şəhəri olan Əli əleyhis-salamın hüzurunda əməlimin qəbul edilməsinə və qiyamət günü günahlarımın bağışlanmasına səbəb olacağına ümid bəsləyirəm.

اللهُمَّ اخْتِم عَمَلى بِأَحْسَنِهِ وَ اجْعَلْ ثَوابى مِنْهُ الجَنَّةَ بِرَحْمَتِكَ

امين يا رَبَّ العالَمينَِ

 

Fani bəndə:

 Əliyyənnəqi (Feyzul-İslam) İsfahani

Ali-Məhəmməd əd-Dibac,

1368 H.Q.

 


 

Feyzul-İslamın yazdığı müqəddimə

 

بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِيمِ

أَلْحَمْدُ لِلّهِ الَّذِي كَلَّتِ الْأَلْسُنُ عَنْ غايَةِ صِفَتِهِ وَ الْعُقُولُ عَنْ كُنْهِ مَعْرِفَتِهِ وَ تَواضَعَتِ الْجَبابِرَةُ لِهَيْبَتِهِ وَ عَنَتِ الْوُجُوهُ لِخَشْيَتِهِ وَ انْقادَ كُلُّ عَظيمٍ لِعَظَمَتِهِ وَ صَلاتُهُ وَ سَلامُهُ عَلى سَيِّدِنا أَشْرَفِ الْمُرْسَلِينَ وَ خاتِمِ النَّبِيِّنَ مُحَمَّدٍ وَ الِهِ الْأَئِمَّةِ الْهادِينَ شُهَداءِ اللهِ عَلى خَلْقِهِ. اللّهُمَّ والِ مَنْ والاهُمْ وَ عادِ مَنْ عاداهُمْ وَ انْصُرْ مَنْ نَصَرَهُمْ وَاخْذُلْ مَنْ خَذَلَهُمْ وَالْعَنْ مَنْ ظَلَمَهُمْ يا سَمِيعَ الدُّعاءِ

 

«Nəhcül-Bəlağə» müqəddəs İslam dininin şərafətli fəri məzhəbinin bütün həqiqətlərini ehtiva edən, bəşəriyyəti əbədi səadət ağalığa yönəldən bir kitabdır. Bu, hədər yerə deyilmiş söz deyil iki əsasa (əql elmə) söykənir. Alimlər insaf sahibləri onu mütaliə edib dərindən düşündükdən sonra bunu təsdiqləyəcəklər.

Bəndəniz bir neçə il bu yolda addımlayaraq şərafətli Seyyid Rəzinin (rizvanullah əleyh) mövla Əmirəl-mömininin (əleyhis-salam) sözlərindən toplayıb tərtib etdiyi, düzgün hərəkələnmiş səhih nüsxəsini hamının faydalana biləcəyi tərcümə şərhlə birgə əziz dindaşlarıma, soydaşlarıma hədiyyə etmək istəmişdir. İndi bu ilahi uğur mənə qismət olmuşdur. (Lüğətə, şərhlərə, əlyazma çap nüsxələrinə müraciət etmək, alimlər fəzilət sahiblərilə müzakirə aparmaqla) kitabı heç bir səhvsiz, heç bir müdaxiləsiz (çünki İmam əleyhis-salamın sözünün müqabilində heç kimin müdaxilə söz demək haqqı yoxdur) düzgün hərəkələnmiş şəkildə hazırladım. Bu kitabı Onun razı olduğu bir tərzdə tamamlamaq üçün Allah-təaladan uğur diləyirəm.

يا رَبِّ أَعْطِنِى جَمِيعَ ما سَأَلْتُكَ وَ زِدْنِى مِنْ فَضْلِكَ لا أَرْجُو غَيْرَكَ

وَلا أَثِقُ إِلّا بِكَ يا أَرْحَمَ الرّاحِمِينَ

Fani bəndə:

Əliyyənnəqi Feyzul-İslam İsfahani Ali-Məhəmməd  əd-Dibac.

1366 H.Q.

  737
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Pakistanda Şiə jurnalist oğurlandı daha bir Şiə isə Şəhid edildi
      Həzrət Əlinin (ə) son anlarında İmam Həsən (ə) və İmam Hüseynə (ə) vəsiyyəti
      Lütfən, Qədir-Xum xütbəsini tam şəkildə bəyan edin.
      Həzrət Zeynəbin (s) dəfn yeri hansı ölkədədir?
      Peyğəmbərə (s) görə salamın əhəmiyyəti nədir?
      Həzrət Müslim kim idi?
      Ayətullah Behcətin (rəhmətullahi əleyh) dediyi “bu əsrin qocaları da imam Zaman ...
      Nə üçün Peyğəmbərin(s) xəstə olduğu müddətdə İmam Əli (ə) hətta bir dəfə belə ...
      İmam Həsənin (ə) böyük olmasını nəzərə aldıqda, nə üçün İmamət İmam Hüseynin ...
      Quran mətnində istifadədə “innə” ilə “ənnə”, “məvəddət” və məhəbbət”, ...

 
user comment