Azəri
Wednesday 26th of June 2019
  1281
  0
  0

GÖYGÖLDƏ AZAN QADAĞAN OLUNUR !!! Azərbaycan anti islam hərəkətindən əl çəkmir .

Bundan əlavə inanclı insanlar, İcra Hakimiyyətinin göstərişi ilə yerli polsisin onlara təzyiq göstərdiyi söyləyir

 

 

Əhl Beyt – ABNA – xəbər agentliyi FaktXeber.com-un "Qaynar Xətti"nə daxil olan məlumatına görə, Azərbaycanın daha bir rayonunda inanclı şəxslərə qarşı təzyiq dalğası başlayıb. Bu dəfə Göygöl rayonunda İcra Hakimiyyəti tərəfindən məscidlərin birində azanın oxudulmasına qadağa qoyulub. Məlumata görə, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov "Heydər" məscidinin axuduna təlimat verib ki, məsciddə azan oxudulmasın. Yerli dindarlar İcra Hakimiyyəti tərəfindən verilən təlimatı etirazla qarşılayıb və Azanın səsinin kəsilməyəcəyini bildirib. Bundan sonra məsələyə Göygöl polis idarəsinin əməkdaşları müdaxilə edib. Polis əməkdaşları heç bir əsası olmayan təlimata əməl etməyən inanclılarıa, müxtəlif cəza növləri tətbiq etməyə başlayıb.

 

Nəzərinizə çatdıraq ki, Azərbaycan Respublikasının qanuvericiliyində azana qadağa ilə bağlı heç bir maddə yoxdur. Bu problem ötən il paytaxtdakı bir neçə məsciddə qeydə alınsa da, sonradan Azana qoyulan qadağa öz həllini tapmışdır. Azanın verilməsinə hər hansı məhdudiyyətin tətbiq olunması ilə bağlı dövlət tərəfindən heç bir rəsmi qərar yoxdur.

 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri Allahşükür Paşazadnin Azana qoyulan qadağa ilə bağlı mövqeyi belədir ki, bu barədə göstərişin kommunist təfəkkürlü məmurlar tərəfindən verildiyini deyərək qadağada dövlət başçısının rolunun olmadığını bildirib. Xatırladaq ki, ötən il paytaxtd aAzanla bağlı yaranan problemlər zamanı Allahşükür Paşazadə bildirmişdir ki, azana qadağa qoymaq əslində İslam dinini qadağan etmək deməkdir. Çünki azan İslam dininin əsas şərtlərindən olan namazın başlıca atributudur.

  1281
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Qəzzəli əlillər sionist İsrail rejimin cinayətlərinə etiraz olaraq aksiya ediblər – Foto
      Dinsizliyin acı nəticələri, Bakıda sifarişli qətl: qadını öldürüb yandırdılar - Foto
      Fransa polisinin vəşiliyi Sarı gödəkçəliləri daha da əzimkarlıqla aksiyaslar keçirməyə ...
      Ölülərin bu dünyada dirilməsi hadisələri necə baş veribdir?
      İmam Xamenei: “ABŞ-ın düşmənçiliyi cavabsız qalmayacaq”
      Əsir
      Günahkar gənc
      ELMIN MƏHƏMMƏDIN (S) PEYĞƏMBƏRLIYINƏ ŞƏHADƏT VERMƏSI BARƏDƏ TƏDQIQAT
      FITNƏ-FƏSAD YUVASI
      10 HƏDIS (1)

 
user comment