Azəri
Sunday 24th of March 2019
  564
  0
  0

ÜMÜMİ ƏFV

ÜMÜMİ ƏFV

Müsəlmanların bir hissəsi, xüsusilə də mühacirlər, intiqam almaq istəyirdilər. Lakin Həzrət Peyğəmbər (s) ümumi əfv elan edib buyurdu: “ Bu gün rəhmət günüdür, intiqam almaq günü deyildir. Heç kimin camaatla, bir neçə nəfəri çixmaq şərtilə, pis rəftar etməyə haqqı yoxdur. O neçə nəfəri isə harda tapsanız, öldürün, Çünki onların cəzasını əfv etmək mümkün deyil.”  Daha sonra Peyğəmbər (s) onların adını sadaladı. Həzrət Peyğəmbər (s) bir az istirahət etdikdən sonra Allahın hərəminə gedib Kəbəni o murdar bütlardən təmizlədi. Daha sonra Bilal azan verərək hamı birlikdə namaz qıldılar.

Müşriklərin mərkəzi olan Məkkənin müsəlmanların əlinə keçməsi Məkkə ətrafındakı qəbilələr arasında böyük qorxu yaratmışdı. Həmin qəbilələr müsəlmanların əleyhinə hərbi ittifaq təşkil etmək üçün bir yerə yığışdılar. Onlar müştərək bir qərara gələrək Həvazin qəbiləsinin başçısı Malik ibni Aufu özlərinə sərkərdə seçdilər. Bu hərbi ittifaqın təşkil olunması xəbəri Həzrət Peyğəmbər (s) çatan kimi bir nəfəri qəbilələrin arasına göndərdi ki, vəziyyəti yaxından öyrənsin. Peyğəmbərin (s) göndərdiyi adam öz öhdəliyini yerinə yetirdikdən sonra Məkkəyə qayıdıb vəziyyət barədə o Həzrətə (s) məlumat verdi. Həzrət Peyğəmbər (s) düşmənin vəziyyətini tam şəkildə öyrəndikdən sonra on iki min silahlı əsgərlə hicri 8-ci ilin Şəvvəl ayının beşində Hüneyn vadisinə tərəf hərəkət etdi. Düşmən əsgərlərinin arasına göndərdi. Onlar islam əsgərlərinin qüdrətini görəndən sonra qayıdıb vəziyyəti öz sərkərdələrinə danışdılar. Malik başa düşdü ki, müsəlmanlarla bacara bilməyəcək. Ona görə də əsgərlərinə əmr etdi ki, Hüneyn boğazının təpəsinə çıxıb, qayalıqlarınq arasında gizlənsinlər və orada özləri üçün səngər düzəltsinlər. O istəyirdi ki, islam əsgərləri boğazdan keçəndə onlara qəfildən hücum edilsin. Hucri 8-ci ilin Şəvvəl ayının onunda çərşənbə axşamı islam əsgərləri Hüneyn vadisinə çatdılar. Peyğəmbərin (s) əmri ilə gecəni istirahət etdilər. Səhər çağı əsgərlərin sərkərdəsi olan Xalid vadiyə girdi. Hər baxımdan hazırlaşmış olan düşmən birdən-birə hər tərəfdən islam əsgərlərinə həmlə etdi. Gecənin qaranlığı, atların ürkməsi və təzə müsəlman olan iki min əsgərin islam ordusunda olması düşmən üçün əlverişli şərait yaratmışdı. Bunun nəticəsində Xalid geri çəkilmək məcburiyyətində qaldı. Daha sonra əsgərlər qaçmağa başladılar. Həzrət Peyğəmbərin (s) ətrafında olan mühafiz dəstəsindən yalnız on nəfər qalmışdı. Peyğəmbər (s0 uca səsi olan bir nəfərə əmr etdi ki, qaçanları köməyə çağırsın və onlardan geri qayıtmalarını tələb etsin. Abbasın uca səsi qaçanları geri qaytardı. Müharibənin əvvəlində qələbə çalan düçmən qoşunu yavaş-yavaş öz gücünü itirməyə başladı. Nəhayət düşmənin müdafiə xətti qırıldığıdan düşmən əsgərləri bir çox qənimət qoyaraq qaçmağa başladılar. Həzrət Peyğəmbər (s) bir hissəni onların dalınca göndərdi ki, düşməni darmadağın etsinlər, bir daha yıgışıb təşkilat yarada bilməsinlər. Düşməni qovan hissə öz vəzifəsini yerinə yetirib qayıtdıqdan sonra Peyğəmbər (s) qənimətlri əsgərlərin arasında nöldü. 

Hicri 9-cu ilin Rəcəb ayında Peyğəmbərə (s) xəbər verildi ki, müsəlmanların şimal-şərq (Ərəbistan) sərhədi Rum imperiyasi tərəfindən təhdid olunur və onlar islam torpaqlarına həmlə etmək arzusundadırlar. Həzrət Peyğəmbər (s) güclü bir ordu topladıqdan sonra, əvvəllər öz hədəfini gizlətdiyi halda, bu dəfə əksinə, hədəfini hamıya elan etdi və müsəlmanlardan əllərindən gələn köməyi islam ordusundan əsirgəməmələrini istədi. Xalq böyük həvəs və istəklə əsgərlərə lazım olan hər şeyi toplayıb müharibə xəzinəsini doldurdular. Münafiqlər könüllü islam əsgərlərinin səfərbər olduqları andan etibarən müxtəlif şayiələrlə xalqı Rum əsgərlərindən qorxudurdular. Münafiqlər zəhərli təliğatlarını apara bilmək və xalqı cihadda iştirak etməkdən çəkindirmək üçün bir məscid də ikdilər. Allah-taala Quranda həmin məscidi  “zirar” (zərərli) məscid adlandırır. Peyğəmbərin (s) qəti mövqeyi onların bütün hiylələrini puça çıxardı. Həzrət Peyğəmbərin (s) əmrilə münafiglərin yığıncaq mərkəzi olan Süveyləmin evi yerlə yeksan olundu və bununla da onların bütün planları nəticəsiz qaldı. Otuz min döyüşçüdən ibarət misilsiz islam ordusu hazırlandıqdan sonra Mədinə çölündə çadırlar quruldu. Həzrət Peyğəmbər (s) komandanlığı öz öhdəsinə aldı və ordunu təftiş etdikdən sonra əsgərlər üçün bir nitq söylədi. Daha sonra Əlini (ə) Mədinədə öz canısını təyin edib Təbukə doğru yola düşdü. İslam ordusu çölün qızmar istisində 600 kilometr yol gedib Təbukə çatdıqda orada Rum ordusundan heç bir əsər-əlamətin olmadığını gördülər. Onlar, qəlbi şəhidlik eşqi ilə vuran güclü islam ordusunun hərəkət etməsindən xəbərdar olan kimi şimala tərəf geri çəkilmişdilər. İslam ordusu iyirmi gün gözlədikdən sonra heç bir toqquşma baş vermədən, Peyğəmbərin (s) əmrilə Mədinəyə qayıtdı. Təbukdan qayıdanda xalqdan qorxuqları üçün orduya qoşulan münafiqlərdən bir qrupu Təbukun  dar keçidlərində gizlənərək gecənin qaranlığından istifadə edib Peyğəmbərin (s) dəvəsini ürküdərək, Həzrəti dərəyə atıb öldürmək istədilər, amma onların bu hiyləsi nəticəsiz qaldığı üçün qaçmağa məcbur oldular. İslam əsgərləri onları öldrümək istədilər, amma onların bu hiyləsi nəticəsiz qaldığı üçün qaçmağa məcbur oldular. İslam əsgərləri onları olrümək istədilər, lakin Peyğəmbər (s) bu işdə onlara mane oldu. Həzrət Peyğəmbər (s) qayıdandan sonra Allahın əmrilə münafiqlərin mərkəzi olan məscidini uçurtdu. 

MÜBAHİLƏ

Həzrət Peyğəmbər (s) əhəmiyyətli ölkələrin başçılarına məktub göndərdikdən sonra Nəcran xristianlarının hakiminə də məktub yazaraq oranın xristianlarını islama dəvət etdi. Həzrət (s) həmin məktubda onlardan ya islama iman gətirmələrini, ya da vergi verərək islam hökümətinin himayəsi altında yaşamalarını istəmişdi. Xristianların başçısı müqəddəs kitablarda oxumuşdu ki, Həzrət İsadan sonra başqa bir peyğəmbər gələcək. Buna görə də həqiqəti öyrənmək üçün Mədinəyə bir neçə tədqiqatçı göndərdi. Onlar Mədinəyə Allah tərəfindən bir mələk nazil olub dedi ki, hər iki qrup qabaqcadan təyin olunmuş bir vaxtda çölə gedib Allaha yalvarsınlar və yalançı olan qrupa lənət oxusunlar. Mübahələ vaxtı gəlib çatdıqda Peyğəmbər (s) müsəlmanlar və qohumlarının arasından yalnız dörd nafəri özü ilə birlikdə seçib gətirdi. O, Hüseyni (ə) qucağına aldı, Həsənin (ə) əlindən tutumuşdu. Fatimə (ə) ilə Əli (ə) isə onun dalınca gəlirdilər. Xristianların başçısı onları görən kimi belə dedi: “Allaha and olsun, elə simalar görürəm ki, əgər lənət etsələr, bu çölü cəhənnəmə çevirərlər, əzabı Nəcrana qədər çatar. Buna görə də bütün xristianların məhv olmasından qorxuram.” Xristianlar o andan etibarən vergini ödəməyi, eləcə də hər il müsəlmanlara iki min uzun paltar və otuz zireh verməyi qəbul etdilər.  

VİDA HƏCCİ

Həzrət Peyğəmbər (s) hicri 10-cu ilin Zilqədə ayının iyirmi beşində əmr etdi ki, xalqa belə elan etsinlər:”Allahın Peyğəmbəri (s) Alah evini ziyarət etməyə gedəcək və hər kim istəsə, onunla birlikdə gedə bilər.” Bu xəbər xalqı həyacana gətirdi və coşqun qəlbli minlərlə müsəlman bu işə hazır olduqlarını bildirdilər. Peyğəmbər (s) Əbu Dəcanəni Mədinədə özünə vəkil seçib əshabi ilə birlikdə yola düşdü. Zülhüləyfə ərazisinə çatdıqları vaxt ehram geyib “ləbbeyk” deyərək Məkkəyə doğru yola düşdülər. On gün sonra Məkkəyə çatıb həcc əməllərini yerinə yetirdilər. Həzrət Peyğəmbər (s) ərəfə günü və ondan sonraki gün xalq üçün nitq söyləyib onları dində sabit qalmaların, eləcə də bu dinə daha sıx bağlılığa çağırıb tövsiyələrini verdi.  

QƏDİR-XUM

Zilhəccə ayının 18-i cümə axşamı günü, Peyğəmbər (s) Cühfədən Xum vadisinə çatdığında Cəbrail Allahdan xəbər gətirdi ki, Əlini (ə) özündən sonra xəlifə təyin etsin. Bu öhdəliyi yerinə yetirmək üçün Həzrət (s) hamını çaqırıb belə buyurdu: “Peyğəmbər sizinlə əhəmiyyətli bir mövzu haqqında danışacaqş Hamı gəlsin!” Minlərlə hacı o qızmar havada Peyğəmbəri (s) eşitmək üçün bir yerə toplaşdı. Peyğəmbər (s0 namaz qılandan sonra, onun üçün düzəldilmiş xüsusi yerdə oturub buyurdu: “ Həmd və sənə Allaha məxsusdur. Ondan yardım dilər, Ona inanar və Ona təvəkkül edərəm! Mən şəhadət verirəm ki, Ondan başqa tanrı yoxdur, Muhəmməd Onun qulu və Peyğəmbəridir. Ey camaat, mən sizin aranızdan güdəndə iki dəyərli şeyi-Quranı və Əhli-beytimi (ailə üzvlərimi) sizin üçün əmanət qoyuram. Onlar qiyamət günündə Kovsər hovuzunun başında mənə qovuşmayınca heç vaxt bir-birindən ayrılmayacaqlar. Buna görə də Qurana və Əhli-beytimi (ailə üzvlərimi) sizin üçün əmanət qoyuram. Onlar qiyamət günündə Kovsər hovuzunun başında mənə qovuşmayınca heç vaxt uzaqlaşmayın ki, həlak olarsınız!” Daha sonra Əlinin (ə) qolundan tutub göyə qaldırdı və buyurdu: “ Ey camaat, mən hər kimin mövlasıyamsa (rəhbəriyəmsə), Əli də onun mövlasıdır. Allahım! Onu sevəni sev, onunla düşmən olanla düşmən ol, onun dostlarına yardım et, onu alçaltmaq istəyənləri alçalt!” Peyğəmbər (s) xütbəni qurtardıqdan sonra o Həzrətə mələk nazil olaraq Allah-taalanın bu müjdəsini çatdırdı: “Bu gün (Əlinin seçilməsiylə) islam dinini kamilləşdirdim və nemətlərimi sizə tamamlamış oldum.” Əbu Bəkr, Ömər, Osman başqa olmaqla bütün müsəlmanlar gəlib Əlini (ə) təbrik etdilər. 

  564
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə növbəti mitinqini keçirdi – Foto
      Ərəbistan qırıcıları Yəməndə uşaqları daşıyan avtobusu hədəfə alıblar
      İMAMLARDAN ŞƏFAƏT İSTƏMƏK
      Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar
      Qüdsə səfər edən Mikayıl Cabbarov işğalçı sionist rejimilə işbirliyi qurur
      Təqlid mərcələri Ümumdünya Qüds Gününə çağırış etdilər
      İnqilab Rəhbəri: Atom Enerjisi Təşkilatı tez bir zmaanda 190 min su istehsalına çatmağa ...
      İmam Əlinin(ə) şəhadəti münasibəti ilə matəm mərasimi islam inqilabının böyük ...
      Təqlid mərcələri Qüds günü yürüşündə geniş iştiraka çağırıblar
      Almaniya pivə şirkətindən İslama qarşı sayğısızlıq: Pivə şüşələrinin qapaqlarına ...

 
user comment