Azəri
Saturday 24th of August 2019
  1488
  0
  0

Peyğəmbərin (s) sevimli səhabəsi Əbuzər nə üçün sürgün edildi

Sual 54: Peyğəmbərin (s) sevimli səhabəsi Əbuzər nə üçün sürgün edildi?

Cavab: Üçüncü xəlifə Osmana tutulan mühim iradlardan biri, həzrət Peyğəmbərin (s) sevimli səhabəsi Əbuzərin kimsəsiz səhra məntəqəsinə sürgün olunmasıdır. Əbuzər həmin şəxsdir ki, həzrət Peyğəmbər (s) onun haqqında belə buyurmuşdur: «Əbuzərdən düzgün bir kəsə səma kölgə salmadı, yer onu öz üstündə gəzdirmədi».

Osmanla müxalifətçilikdə heç bir şəxs təmənnası olmayan Əbuzər, xəlifənin dövlət xəzinəsini öz yaxın adamlarına israfçılıqla paylaşdırmasından narazı idi. Beytül-maldan ibarət olan dövlət xəzinəsinin xərclənməsində həzrət Peyğəmbərin (s) üsullarını müdafiə edən Əbuzər, kimsəyə güzəştə getmək fikirində deyildi. Əbuzərin etirazlarından qeyzlənən xəlifə, əvvəlcə onu Şama sürgün etdi. Şamda Müaviyənin özbaşınalıqlarına qarşı çıxan Əbuzər haqqında xəlifə məktub aldı. Müaviyə yazırdı: «Əgər Şama ehtiyacın varsa, Əbuzəri geri qaytar. O burada qalsa, Şam əlindən çıxacaq».

Osmanın göstərişi ilə qəddar məmurların nəzarəti altında nəfəs dərmədən, gecə-gündüz yol gələn Əbuzər, Mədinəyə çatanda artıq xəstələnmişdi. Xəlifənin son qərarı bu oldu ki, Əbuzər Rəbəzə çölünə sürgün edilsin. Peyğəmbərin (s) susuz səhraya sürgün edilən sevimli səhabəsi, oradaca dünyasını dəyişdi.

Sual 55: Fəqirlə miskin arasında fərq varmı?

Cavab: Təfsirçilərin fikirincə fəqir o şəxsdir ki, dolanışıq çətinliyi olsa da, işsiz deyil və kimsəyə ağız açmır. Miskin isə, böyük ehtiyac içində olan işsiz bir insandır və bu səbəbdən də, ağız açmağa məcburdur. Miskin sözünün lüğəti mənası, fəqirliyin təsirindən dayanmış kəsdir. Bu məna Qurani-kərimdə də təsdiq olunur. «Bələd» surəsinin 16-cı ayəsində «torpağa sərilmiş miskin» ifadəsi ilə rastlaşırıq. Müxtəlif ayələrdə miskinin doyurulması haqqında verilən göstərişlər bir daha sübut edir ki, miskinlər hətta bir qarın çörəyə möhtac olan aclardır.

Hansı ki, fəqir dedikdə, maddi çətinliyə düşmüş, lakin heç zaman kimsəyə əl açmayan insanlar nəzərdə tutulmalıdır. Belə şəxslər haqqında «Bəqərə» surəsinin 273-cü ayəsində buyurulur: «Belə şəxslər həyalı olub, dilənçilikdən çəkindiklərinə görə, nadanlar onları dövlətli hesab edirlər».

İmam Sadiqdən (ə) fəqir və miskin haqqında soruşulanda, Həzrət (ə) belə buyurdu: «Fəqir əl açmayan şəxsdir. Miskinin isə, halı ondan da ağır olduğu üçün xalqa əl açır» Sual 56: Zəkat nədir?

Cavab: İslam təkcə etiqad və əxlaq məsələləri ilə məşğul olan məktəb deyildir. Bu din öz ardıcıllarının mənəvi sağlamlığını təmin etməklə yanaşı, onların iqtisadi problemlərini də həll edir. İlkin İslam dövründən başlayaraq, bu günə qədər ehtiyaclı təbəqənin mənafeləri müdafiə olunmuşdur. həmin təbəqənin ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan ən mühüm tədbirlərdən biri, zəkatdır.

Şəksiz ki, bütün cəmiyyətlərdə iş qabiliyyətini itirmiş şəxslər, xəstələr, yetimlər, əlillər mövcuddur. Bu insanların himayəyə ehtiyacı vardır. Əgər cəmiyyətdə zəkat ödəməyə vəzifəli olan imkanlılar uyğun vergini ödəyərlərsə, ehtiyaclıların ətrafdakılara əl açmasına lüzum qalmaz. İmam Sadiq (ə) buyurur: «Bütün xalq malının zəkatını ödəyərsə, bir dənə də olsun fəqir müsəlman qalmaz. İnsanlar yalnız varlıların günahından ac, çılpaq, evsiz-eşiksiz qalır» . Elə bu səbəbdən də, İslamda zəkat vacib buyurulmuşdur: «Onların mallarından zəkat al»  .

Lakin zəkat hamı üçün vacib deyildir. Zəkatı vacib edən, zəkat veriləcək şeyin miqdarının «nisab» deyilən həddə çatmasıdır. On şey nisab həddinə çatdıqda, zəkat verilməlidir: dəvə, inək, qoyun, buğda, xurma, arpa, kişmiş, qızıl, gümüş, fitrə (bədənin zəkatı).

Məsələn, beş dəvəyə bir qoyun, otuz inəyə bir baş iki yaşa girmiş dana, qırx qoyuna bir qoyun zəkat ödənilməlidir. Say artıqca, zəkatın miqdarı dəyişə bilər. Məsələn, qoyunun sayı üç yüz biri aşarsa, hər yüz qoyundan biri zəkat verilir.

Sual 57: Çətin saatda şəkk-şübhənin çarəsi nədir?

Cavab: İnsanın Allah dərgahına yaxınlaşmasından, kamilliyə yetişməsindən narahat olan şeytanın ən qorxulu silahı, şəkk-şübhə yaratmaqdır. Allah, həqiqət, ədalət sevgisi ilə çırpınan ürəyi, yalnız bu yolla məbudundan döndərmək olar.

Bütün insanlar seçdikləri məqsədə doğru hərəkət zamanı çətinliklərlə üzləşirlər. Uyğun çətinliklər qarşısında yalnız qələbəyə inam hissi ilə dayanmaq olar. Şəkk-şübhəyə düşüb, haqq yolda olduğuna və bu yoldakı uğura inamını itirən insan, məhvə məhkumdur. Bəs çarə nədir? Təbuk döyüşünü yada salaq.

Təbuk döyüşündə üzücü çətinliklərlə qarşılaşan müsəlmanlardan bir hissəsi geri dönmək qərarına gəldilər. Peyğəmbərə (s) yaxın müsəlmanlardan olan Əbu Heysəmə də evə qayıdanlardan idi.

Bu hadisədən on gün keçmiş qabağında sərin su, ətrafında xoş rəftarlı arvadları bir kölgədə istirahət edən Əbu Heysəmə qəfildən dərin fikirə getdi. Düşündü ki, heç bir günahı olmayan Peyğəmbər (s) isti qumlar üstə, çiynində silah durduğu halda, onun bu kölgədə istirahət etməsi insafdan deyil. Cəld ayağa qalxıb, dəvəsinə minərək yola düşdü. Təbuka yaxınlaşan süvarini görən həzrət Peyğəmbər (s) «Ey süvari, Əbu Heysəmə olsan, nə yaxşıdır»,-deyə buyurdu və onun haqqında dua etdi.

Əbu Heysəmə münafiq deyildi. Sadəcə, süstlük ucbatından batilə meyl etmişdi. Amma ruhi hazırlığına görə, Allah-təala onun diqqətini həqiqətə yönəltdi. «Tövbə» surəsinin 117-ci ayəsində buyurulur: «Allah çətin saatda bir qisminin ürəyi dönmək üzrə ikən, Peyğəmbərə (s) onun ardınca gedən mühacirlərə və ənsara tövbə nəsib etdi».

  1488
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Doğrudur ki, şiə alimləri deyirlər: Peyğəmbər Ayişənin altı yaşında olanda onunla ...
      Sizin bu hədis barəsində “ Əgər mələklər arasında ixtilaf olarsa, Cəbrail həzrət ...
      Quran-Kərimdə və rəvayətlərdə acizlər haqqında nümunələr varmı? Bu nümunələrin qeyd ...
      Salam. Çadranın ən üstün örpək olmasına Qurandan bir sübut bir ayə varmı?
      varlığın vəhdəti və mövcudun vəhdəti nə deməkdir? Ərəfə duasının sonunda deyilən ...
      Quranın təhrif olunmamasını necə təsəvvür etmək olar halbuki, ərəb dilində səslərin ...
      Ər- rəhman surəsinin 33 cü ayəsində fövqəladə güc və sultandan məqsəd nədir? Bir ...
      Nə üçün Allah təala Quranda « إنّ مع العسر يسراً » “İnnə məəl usri ...
      Həzrət İsanın (ə) həyatda olmasını nəzərə alsaq, nə üçün Quran isa (ə) barəsində ...
      : Hansı suri bu mətləbi açıqlayır ki, bizim elmimiz dəniz suyunun bir damcısından da ...

 
user comment