Azəri
Sunday 24th of March 2019
  1968
  2
  0

QURANİ-KƏRİMİN «NÜMUNƏ» TƏFSİRİ ƏSASINDA

QURANİ-KƏRİMİN «NÜMUNƏ» TƏFSİRİ ƏSASINDA (2)

Sual 50: Üzeyir kimdir?

Cavab: Qurani-kərimdə buyurulur: «Yəhudilər «Üzeyir Allahın oğludur ... dedilər» 

Rəvayətlərdən məlum olur ki, Üzeyir yəhudi cəmiyyətinə böyük xidmətlər göstərmiş din başçılarındandır. Babil padşahının yəhudilərə divan tutduğu bir zamanda onlara böyük xidmətlər göstərən, vətənlərinə qayıtmasına nail olan, yandırılmış Tövratı yenidən, qismən bərpa edən, məhz Üzeyirdir.

Yəhudilər Üzeyiri bu xidmətləri müqabilində «Allahın oğlu» adlandırmağa başladılar. Onlar Üzeyirə bu adı hörmət mənasında verdiklərini iddia etsələr də, əslində, Allaha şərik qoşmuşdular.

İslam Peyğəmbəri (s) yəhudilərə sual verəndə ki, Musa Üzeyirdən daha əvvəl və daha çox xidmət etdiyi halda ona nə üçün belə bir ad verməmisiniz, yəhudilər susdular İlk əvvəl Üzeyir hörmət əlaməti olaraq «Allah oğlu» adlandırılsa da, bir müddət sonra avamlar onu həqiqətdə Allah oğlu kimi qəbul etməyə başladılar. Müasir dövrdə yəhudilər arasında belə bir əqidə nəzərə çarpmasa da, Üzeyirin yəhudilər tərəfindən uyğun ləqəblə çağırılması, tarixi gerçəklikdir.

Sual 51: İsa (ə) Allahın oğludurmu?

Cavab: Müasir dövrümüzdə xristian dünyasının əksəriyyəti İsanı (ə), həqiqətdə, Allahın oğlu kimi tanıyır və onu «Allahın oğlu» adlandırırlar. İlkin İncildən köklü şəkildə fərqlənən bu günkü İncillərdə, İsanın (ə) Allahın həqiqi oğlu olduğu açıq-aşkar iddia edilir. Qurani-kərimdə İsanın (ə) özünün belə bir iddiada olmadığı bildirilir. İsa (ə) özünü yalnız Allahın peyğəmbəri kimi təqdim etmişdir.

Ümumiyyətlə, «ata Allah», «oğul Allah», hətta «ana Allah» kimi puç və əsassız inamlar, qədim hind və çin bütpərəstliyinə xasdır. «Tövbə» surəsinin 31-ci ayəsində bu barədə deyilir: «Onlar Allahı qoyub, alimlərini və rahiblərini, Məryəm oğlu Məsihi özlərinə tanrı etdilər. Halbuki, onlara ancaq bir olan Allaha ibadət etmək əmr olunmuşdu. Ondan başqa heç bir Tanrı yoxdur. Allah müşriklərin ona şərik qoşduğu bütlərdən uzaqdır».

Maraqlıdır ki, bir zaman Üzeyiri Allahın oğlu adlandıran yəhudilər, bu gün uyğun fikirin gülünclüyünü anlayıb, əvvəlki iddialarından əl çəkdikləri halda, xristianlar hələ də ruh yüksəkliyi ilə əvvəlki fikirlərində qalırlar. Hansı ki, müasir dövrdə şüurlu insanın Allahdan insan doğulması kimi cəfəngiyyata inanması qeyri-mümkündür. Bu, yalnız Allaha və onun göstərişlərinə imansızlıq və itaətsizlikdən doğa bilər.

Sual 52: Əsrin imamı Mehdi (ə) nə zaman zühur edəcək?

Cavab: Dünyada zülmün ərşə dirənəcəyi bir zaman, ədalət müjdəli xilaskarın zühuru əksər təkallahlı dinlərin inancıdır. İslam dinində bu xilaskarın on ikinci imam həzrət Mehdi (ə) olduğu bildirilir: «O, bir kəsdir ki, öz rəsulunu hidayət və doğru dinlə göndərdi. Müşriklərin xoşuna gəlməsə də, onu bütün dinlərə qalib edər»  .

Bu ayəni təfsir edən alimlər, nəhayətdə, İslamın bütün dinlərə qalib gələcəyini və bütün yer üzünə yayılacağını xəbər verirlər. Hər il Avropa, Amerika, Afrika və dünyanın müxtəlif nöqtələrində minlərlə insanın İslam dinini qəbul etməsi, deyilənlərə əyani sübutdur. Amma mötəbər hədislərə əsasən, İslam yalnız imam Mehdinin (ə) zühurundan sonra bütün dünyanı tam əhatə edəcəkdir. İmam Baqir (ə) yuxarıdakı ayənin təfsirində belə buyurur: «Bu ayədə verilən vəd Məhəmməd (s) ailəsindən olan Mehdinin (ə) zühuru zamanı həyata keçəcəkdir. Həmin gün yer üzündə Məhəmməd (s) həqiqətini təsdiq etməyən bir nəfər də qalmayacaq»  .

Eyni ayənin təfsirində imam Sadiq (ə) buyurur: «Hələ ki, bu ayənin mahiyyəti gerçəkləşməyib. O zaman gerçəkləşəcək ki, Mehdi (ə) zühur edəcək və dünyada bir nəfər də olsun kafir qalmayacaq»  .

Hədislərdə həzrəti Mehdinin (ə) zühur əlamətləri geniş şərh olunmuşdur. Qısaca, bunu demək olar ki, zühur ərəfəsində dünyada küfr, sitəm, günah öz son həddinə çatacaqdır. Amma bu zühurun dəqiq vaxtı haqqında məlumat, yalnız Allah-təalanın ixtiyarındadır.

Sual 53: Var-dövlətin haram buyurulmuş «kənz həddi» necə müəyyən olunur?

Cavab: Tövbə surəsinin 34-cü ayəsində var-dövlət toplayanlar haqqında ümumi bir qanun zikr edilir: «Qızıl və gümüşü toplayıb gizləyənlər, onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla müjdələ». Ayədəki yığılıb xərclənməyən sərvət «kənz»dir.

Gümüş və qızılın meydana çıxması, ehtiyacından artıq məhsulu, mal-qarası və s. əmlakı olanlara qızıl və gümüş toplamaq şəraiti yaratdı. Əslində, pulun yaranma fəlsəfəsi, iqtisadi əməliyyatların sürətləndirilməsindən ibarət idi. Qızıl-gümüş pulun xəzinələrdə hərəkətsiz dayanması, həmin fəlsəfə ilə daban-dabana zidd idi.

Yuxarıda zikr edilən ayə, xəzinələrdə hərəkətsiz sərvətlərin toplanmasını qadağan etdi. Hərəkətsiz kapital yığımı, dünyadakı iqtisadi tarazlığı pozur, kasıb təbəqənin vəziyyətini daha da ağırlaşdırır. Demək kənz, insanların iqtisadi durumunu pisləşdirən ölü kapitaldır. Belə bir sual ortaya çıxır ki, hansı miqdarda ölü kapital kənz hesab edilir?

«Məcməül-bəyan»da nəql olunur ki, həzrət Əli (ə) buyurmuşdur: «Dörd min dirhəmdən çox xəzinə kənzdir. İstər zəkatı verilə istər verilməyə. Bundan az miqdarda sərvət yaşayış xərcliyi hesab olunur. Buna görə də, sərvət toplayanlar dərdli əzbla müjdələnmişdir».

  1968
  2
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Doğrudur ki, şiə alimləri deyirlər: Peyğəmbər Ayişənin altı yaşında olanda onunla ...
      Sizin bu hədis barəsində “ Əgər mələklər arasında ixtilaf olarsa, Cəbrail həzrət ...
      Quran-Kərimdə və rəvayətlərdə acizlər haqqında nümunələr varmı? Bu nümunələrin qeyd ...
      Salam. Çadranın ən üstün örpək olmasına Qurandan bir sübut bir ayə varmı?
      varlığın vəhdəti və mövcudun vəhdəti nə deməkdir? Ərəfə duasının sonunda deyilən ...
      Quranın təhrif olunmamasını necə təsəvvür etmək olar halbuki, ərəb dilində səslərin ...
      Ər- rəhman surəsinin 33 cü ayəsində fövqəladə güc və sultandan məqsəd nədir? Bir ...
      Nə üçün Allah təala Quranda « إنّ مع العسر يسراً » “İnnə məəl usri ...
      Həzrət İsanın (ə) həyatda olmasını nəzərə alsaq, nə üçün Quran isa (ə) barəsində ...
      : Hansı suri bu mətləbi açıqlayır ki, bizim elmimiz dəniz suyunun bir damcısından da ...

 
user comment
Wimpy
Knokced my socks off with knowledge!
پاسخ
0     0
2011-08-05 05:15:34
Bubbi
Whoever wrote this, you know how to make a good artcile.
پاسخ
0     0
2011-08-04 18:41:47