Azəri
Monday 22nd of April 2019
  549
  0
  0

ALLAHINDƏYİŞMƏZ VƏ’Dİ

ALLAHINDƏYİŞMƏZ VƏ’Dİ

Əgər insan öz qəlbi ,əli ,dili və nəhayət ,bütün gücü ilə Allaha yardıma qalxsa ,onun yeganə məqsədi ilahi qanunların və səmavi hökmlərin icrası olsa ,şübhəsiz ,özü də Allahın yardımından faydalanacaq. Çünki Allah-taala öz səmavi kitabında Onun yoluna yardım edən bəndəsinə yardım və’d edir.[4]Həzrət Əli (ə) də həmin əsasla uyğun və’di xatırladır.

Bu ilahi və’di daha çox iki cəhətdən nəzərdən keçirmək lazım gəlir:

Əvvəla ,və’d edən Allahdır və Allahın və’di əksər insanların və’di kimi əsassız və puç deyil. Bu və’d dəyişməz bir və’ddir ,Allah lazım bildiyi vaxt onu gerçəkləşdirəcək.

İkincisi ,Allahın qüdrəti bitib-tükənməzdir. Təbii ki ,Allah qeyri-məhdud qüdrəti ilə məhdud insana yardım etsə ,kimsədə bu yardıma qarşı çıxmaq gücü olmayacaq.[5]

ÖZÜNÜUNUTMAQ

Bə’zi mö’min ,məs’uliyyətli və qayğıkeş fərdlər canıyananlıq səbəbindən dövlət məs’ullarını tənqid edib onların əməl və rəftarlarını diqqətlə araşdırsalar da ,özləri vəzifə kürsüsünə qalxıb ,iş sahibi olan kimi bir növ özlərini unudur ,əməl və rəftarlarına nəzarət etmirlər. Sanki onların vəzifə kürsüsünə oturması ilə bütün problemlər həll olunur ,bütün müşküllər aradan qaldırılır.

Həzrət Əli (ə) təkəbbür və eqoistliyə səbəb olan bu sayaq özünü unutmağın qarşısını almaq üçün Malikin diqqətini bir o qədər də uzaq olmayan keçmişə yönəldir. Xatırladır ki ,dünənədək sən və sənin kimilər məs’ulların əməl və rəftarlarına nəzarət edir ,onlara eyb tuturdu. Bu gün isə sənin də əməl və rəftarların sual altına alınacaq. Həzrət buyurur:

ثُمَّ اعْلَمْ يَا مَالكُ، أَنِّي قدْ وَجَّهْتُكَ إِلَى بِلاَد قَدْ جَرَتْ عَلَيْهَا دُوَلٌ قَبْلَكَ، مِنْ عَدْل وَجَوْر، وَأَنَّ النَّاسَ يَنْظُرُونَ مِنْ أُمُورِكَ فِى مِثْلِ مَا كُنْتَ تَنْظُرُ فِيهِ مِنْ أُمُورِ الْوُلاَةِ قَبْلَكَ، وَيَقُولُونَ فِيكَ مَا كُنْتَ تَقُولُ فِيهِمْ

“Ey Malik ,bil ki ,mən səni səndən öncə həm ədalətli və insaflı ,həm də zalım və sitəmkar hakimləri olmuş şəhərlərə göndərdim. Şübhəsiz ,bundan öncə sən hakimlərin işinə diqqətli olduğun kimi ,xalq da sənin işlərinə diqqətli olacaq. Sən başqaları haqqında nə demisənsə ,indi həmin sözlər sənin haqqında deyiləcək.”

Aydındır ki ,məs’ullar həzrət mövlanın yalnız bu sifarişini diqqət mərkəzində saxlasalar ,xalq onlarla hesab aparmamış ,özləri özləri ilə hesab aparsalar ,bu hesab-kitabda yalnız Allahı nəzərə alsalar (nəfsə uymasalar),bütün bu nöqsanlar aradan qalxar.

SALEHLƏRİNDÜNYA MÜKAFATI

İslam məktəbində heç bir əməl mükafatsız qalmasa da ,xeyirxah və salehlərə Qiyamətdə savab və mükafat verilsə də ,onlar bu dünyada da Allah tərəfindən mükafatlandırılırlar. Salehlərin dünya mükafatı salam və salavat ,yaxşı addır. Bu mükafat onların bir neçə günlük hakimiyyət və həyatına aid deyil. Onların adı əbədi olaraq tarixin səhifələrinə qeyd olunur. Tarixin güzgüsündə sitəmkarlar və zalım qüvvələr salehlər və allahpərəstlərlə tam zidd cəhbhədə əks olunur. Salehlərin adı tarix boyu salam və salavatla yad edilir. Digər cəbhə isə əbədi olaraq lə’nət və nifrinə düçardır. Həzrət Əli (ə) bu ilahi mükafatın bəyanında buyurur:

إِنَّمَا يُسْتَدَلُّ عَلَى الصَّالِحِينَ بِمَا يُجْرِي اللهُ لَهُمْ عَلَى أَلْسُنِ عِبَادِهِ. فَلْيَكُنْ أَحَبَّ الذَّخَائِرِ إِلَيْكَ ذَخِيرَةُ الْعَمَلِ الصَّالِحِ

“Fərdlərin Allah tərəfindən xalqın dilinə salınmış yaxşılıq və pislikləri əsasında salehləri günahkarlardan seçə bilərsən. Bəli ,sənin üçün ən sevimli ehtiyat saleh əməl ehtiyatı olmalıdır.”

YAXŞIAD–SALEHLƏRİN AXİRƏT VƏSİQƏSİ!

Əməllərin bir-bir nəzərdən keçiriləcəyi ,Qur’an tə’birincə ,hər bir insanın öz ən kiçik əməlinin mükafat və cəzasını alacağı Qiyamətdə salehlərin xüsusi imtiyazı var. Belə ki ,sübhan Allah onların xeyir zikrini və yaxşı adını salehliklərinə şahid gətirər və xırdalıqlara varmaz. Bu yolla salehlərin azadlığı tə’min olunar ,onlar behişt ne’mətlərindən bəhrələnər.

BATİNƏDİQQƏT VƏ NƏFSƏ AĞALIQ

İslam hökuməti pak və hər növ nəfsani əsarətdən azad valilər tələb etdiyindən həzrət Əli (ə) İslam hökumətinin kamil nümunəsini təşkil edib ,Malik Əştəri Misirə vali göndərir və ona xitabən buyurur:

فَامْلِكْ هَوَاكَ

“(Ey Malik) Öz qəlb istəklərinin ağası ol.”

Nəfs üzərində hakimiyyət ən mühüm saleh əməllərdən biridir. Bu nöqtə o qədər əhəmiyyətlidir ki ,girami İslam peyğəmbəri buyurur: “Əgər danışıqda həddi aşıb qəlbinizi boş-boş işlərə məşğul etməsəydiniz ,mənim gördüyümü görər ,eşitdiyimi eşidərdiniz.”[6]

NƏFSİSTƏKLƏRİNİN TƏNZİMİ

İslam dini cinsi azadlığı tarixin qurucu amili sayan Freydin və həqiqətə doğru hərəkəti nəfs istəklərini tamam boğmaqda görən yalançı rahiblərin əksinə olaraq inanır ki ,insan vücudunda Allah tərəfindən əmanət qoyulmuş bütün istəklər şər və fəsad səbəbi deyildir və o həqiqətə çatmağa mane olmur. Bəli ,İslam nəzərincə ,insan nəfsani meyllərindən qanuni yolla istifadə edib ,bütün maddi ləzzətlərdən İslami qaydada bəhrələnə bilər. Təbii ki ,şər’i üsullara və qaydalara əməl üçün nəfsani meyllər arasında tarazlıq yaratmaq ,qeyri-qanuni meyllərin qarşısını almaq bir şərtdir.

Bir sözlə ,İslam nəfs istəklərinin tam boğulmasını yox ,tənzimlənib tarazlanmasına çağırır. Buna görə də İslamın həm mütləq cinsi azadlıqla ,həm də rahibliklə mübarizə apardığını görürük. Həzrət Əli (ə) həqiqətin bəyanında buyurur:

وَشُحَّ بِنَفْسِكَ عَمَّا لاَ يَحِلُّ لَكَ، فَإِنَّ الشُّحَّ بِالنَّفْسِ الاِْنْصَافُ مِنْهَا فَيَما أَحْبَبْتَ وَكَرِهْتَ

“Özünü sənə halal olmayandan uzaqlaşdır. Çünki xoşladığın və ya xoşlamadığın şeylərlə rabitədə özünü saxlamaq (dayanıb düşünmək) eynən insafdır.”

İSLAMVƏ DİNİ AZLIQLAR

İnsan haqları deyib yalandan səs-küy salanlar yer üzündəki bütün insanların eyni hüquqa malik olduğunu iddia edirlər. Əməldə isə nəinki insanlar arasında bərabərlik prinsipini gözləmir ,hətta öz ölkələrinin azlıqda qalan sakinlərini dəyərləndirmirlər. Əgər tarixi səhifələsək ,görəcəyik ki ,hazırkı əsrdə Fələstini işğal edənlər təkcə evlərə ,əkin sahələrinə sahib durmamış ,hətta Fələstin əhalisinə əzab-əziyyət içində yaşama haqqı da verməmişlər. Məzlum fələstinlilər günaşırı qəsbkarlar tərəfindən qətlə yetirilir ,doğma torpağından çıxarılıb didərgin salınır.

İslamda isə vəziyyət tamam başqa cürdür. İslam respublikasında dini azlıqlara münasibət deyilənləri tam təsdiqləyir. Bu azlıqlar digər müsəlmanlar kimi həqiqi azadlıq və bərabərlik ne’mətindən faydalanır. Mövla Əli (ə) buyurur:

وَأَشْعِرْ قَلْبَكَ الرَّحْمَةَ لِلرَّعِيَّةِ، وَالْـمَحَبَّةَ لَهُمْ، وَاللُّطْفَ بِهِمْ، وَلاَ تَكُونَنَّ عَلَيْهِمْ سَبُعاً ضَارِياً تَغْتَنِمُ أَكْلَهُمْ، فَإِنَّهُمْ صِنْفَانِ: إِمَّا أَخٌ لَكَ فِي الدِّينِ، وَإمّا نَظِيرٌ لَكَ فِي الْخَلْقِ، يَفْرُطُ مِنْهُمُ الزَّلَلُ، وَتَعْرِضُ لَهُمُ الْعِلَلُ،يُؤْتَى عَلَى أَيْدِيهِمْ فِي الَعَمْدِ وَالْخَطَاَ، فَأَعْطِهِمْ مِنْ عَفْوِكَ وَصَفْحِكَ مِثْلَ الَّذِي تُحِبُّ أَنْ يُعْطِيَكَ اللهُ مِنْ عَفْوِهِ وَصَفْحِهِ، فَإِنَّكَ فَوْقَهُمْ، وَ وَالِي الاَْمْرِ عَلَيْكَ فَوْقَكَ، وَاللهُ فَوْقَ مَنْ وَلاَّكَ! وَقَدِ اسْتَكْفَاكَ أَمْرَهُمْ، وَابْتَلاَكَ بِهِمْ

“Xalqa mehr-məhəbbəti ,onlarla dostluğu və hüquqlarına riayət olunmasını qəlbində şüar et. Əhali üçün yediyini qənimət sayan yırtıcı heyvan kimi olma. Çünki əhali iki qismdir: ya sənin din qardaşlarındır ,ya da yaranışda həmnövlərin.  Onlarda büdrəmələr olur ,hansısa çətinliklərlə rastlaşırlar ,bilərəkdən və ya bilməyərəkdən pis işlərə yol verirlər. Allahdan öz günahlarına görə əfv intizarında olduğun kimi onlara da güzəşt et ,bağışla. Çünki sən onlardan yuxarısan ,səndən yuxarı sənə vilayət verən və ondan yuxarı Allahdır. Odur səndən xalqa xidmət istəyən və bu yolla səni sınağa çəkən.”

Gördüyümüz kimi ,həzrət Əli (ə) hakimiyyəti altında olan insanların bölgüsü ilə bağlı Malikə tövsiyə verir ,bütün fərdlərə bərabər yanaşaraq bir gözlə baxır ,millətin hüquqlarını bərabər şəkildə ,zərrəcə pozmadan onların ixtiyarına verir.

FƏSADVƏ GÜNAH AMİLLƏRİ

Həzrətin “və tə’rizu ləhumul-iləl” cümləsi bizi günah və xəta amilləri ilə tanış edir. İnsan bə’zən bilərəkdən günaha yol versə də ,bə’zən müəyyən səbəblər onu günaha sürükləyir. Misal olaraq zina günahını və onun yayılmasını nəzərdən keçirsək görəcəyik ki ,iman zəifliyi zinaya bais olsa da ,ailə rabitələrinin zəifliyi ,ərlə arvad arasındakı diqqətsizlik də uyğun günahı doğuran səbəblərdəndir.

XALQAQARŞI AMANSIZLIQ ALLAHLA SAVAŞ HÖKMÜNDƏDİR.

Həzrət Əlinin (ə) nəzərində xalqla amansız rəftar etmək Allah bəndələrinə sitəm qılmaq Allahla savaş kimidir. Qarşıdakı söhbətlərimizdə qeyd edəcəyik ki , sitəmkarların və zalımların sonu labüd məğlubiyyət və süqutdur. Çünki kimsədə varlıq aləminin xaliqinə qarşı vuruşmaq qüdrəti yoxdur. Heç bir hakim Allahın əfv və mərhəmətindən ehtiyacsız deyil. Həzrət buyurur:

وَلاَ تَنْصِبَنَّ نَفْسَكَ لِحَرْبِ اللهِ، فَإِنَّهْ لاَيَدَيْ لَكَ بِنِقْمَتِهِ، وَلاَ غِنَى بِكَ عَنْ عَفْوِهِ وَرَحْمَتِهِ. وَلاَ تَنْدَمَنَّ عَلَى عَفْو، وَلاَ تَبْجَحَنَّ بِعُقُوبَة، وَلاَ تُسْرِعَنَّ إِلَى بَادِرَة وَجَدْتَ مِنْهَا مَنْدُوحَةً

“Xalqla amansız davranıb ,Allahla savaş mövqeyi tutma. Səndə onun əzabı qarşısında dayanmaq gücü yoxdur ,onun bəxşişi və mehribanlığından ehtiyacsız deyilsən. (Xalqa münasibətdə) əfv və bəxşişə görə peşiman olma. Cəzalandırmaqdan ləzzət alma ,heç vaxt qəzəblənərkən tələsmə (sərt addım atma),olsun ki ,çıxış yolu tapasan.”

MÜSTƏBİDLİK (DİKTATORLUQ)

Arxayınlıqdan , özünəvurğunluqdan ,təkəbbür və lovğalıqdan qaynaqlanan diktatorluq xisləti insanı özbaşınalığa ,despotizmə ,əqidəsini ətrafdakılara zorla qəbul etdirməsinə sürükləyir.

Belə bir xislətə malik olan və müsəlmanlara hakimiyyət kürsüsünə qalxmış hakimin qəbahəti təkcə zor ,yalan ,hüquqları pozmaq yox ,həm də onun müqəddəs İslam ayinlərini viran qoyması ,müsəlmanları izzətdən zillətə qaytarması ,insanları xoşbəxtlikdən bədbəxtliyə aparmasıdır. Həzrət buyurur:

وَلاَ تَقُولَنَّ: إِنِّي مُؤَمَّرٌ آمُرُ فَأُطَاعُ، فَإِنَّ ذلِكَ إِدْغَالٌ فِي الْقَلْبِ، وَمَنْهَكَةٌ لِلدِّينِ، وَتَقَرُّبٌ مِنَ الْغِيَرِ

“Demə ki ,bu gün mən onlara hakiməm ,mənim işim əmr etmək ,onların işi tabe olmaqdır. Çünki belə bir yanaşma eynən fəsadın qəlbə yol tapması ,dində zəiflik və ne’mətlərin kəsilməsinə yaxınlaşmaqdır.”

MÜSTƏBİDLİYƏQARŞI

Qeyd etdik ki ,müstəbidlik ,diktatorluq özünəvurğunluqdan ,mənəm-mənəmçilikdən ,ədabazlıqdan qaynaqlanır. Əlavə edək ki ,bütün bunların kökü cəhalət və nadanlıqdır. Öz cismindən və ruhundan xəbərdar olan ,Allahın müqəddəs zatı müqabilində öz acizliyini anlayan ,bütün olanlarını Onun tərəfindən bilən insan təkəbbür və tüğyandan əl çəkir , özbaşınalıqlarına görə utanır. Həzrət Əli (ə) Malikin diqqətini onun özünə yönəltmək ,Allahın əzəməti qarşısında əhəmiyyətsiz məqamını xatırlatmaq üçün buyurur:

وَإِذَا أَحْدَثَ لَكَ مَا أَنْتَ فِيهِ مِنْ سُلْطَانِكَ أُبَّهَةً أَوْ مَخِيلَةً، فَانْظُرْ إِلَى عِظَمِ مُلْكِ اللهِ فَوْقَكَ، وَقُدْرَتِهِ مَنْكَ عَلَى مَا لاَ تَقْدرُِ عَلَيْهِ مِنْ نَفْسِكَ، فَإِنَّ ذلِكَ يُطَامِنُ إِلَيْكَ مِنْ طِمَاحِكَ، وَيَكُفُّ عَنْكَ مِنْ غَرْبِكَ،يَفِيءُ إِلَيْكَ بِمَا عَزَبَ عَنْكَ مِنْ عَقْلِكَ!

“Əgər məqam və qüdrətin sənin qəlbində azğınlıq və xülya yaratsa ,səndən üstün Allahın əzəmət və qüdrətinə nəzər sal. Onun üstün qüdrətini özünlə və ixtiyarında olmayanlarla müqayisə et. Belə bir ölçü ,şübhəsiz ,səni yerində oturdar ,tündlüyünü cilovlayar və ağlını başına qaytarar.”

ƏDABAZLIQVƏ MƏNƏM-MƏNƏMLİK

Qüdrət və məqam məstlikləri insanı o qədər kor edir ki ,Allah tərəfindən yaradılmış insan məhdud qüdrətini Allahın sonsuz qüdrəti ilə bir tərəziyə qoyur. Əmirəl-mö’minin Əli (ə) insanı məhvə aparan bu sayaq mənəm-mənəmçiliyin qarşısını almaq üçün buyurur:

إِيَّاكَ وَمُسَامَاةَ اللهِ فِي عَظَمَتِهِ، وَالتَّشَبُّهَ بِهِ فِي جَبَرُوتِهِ، فَإِنَّ اللهَ يُذِلُّ كُلَّ جَبَّار، وَيُهِينُ كُلَّ مُخْتَال

“Böyüklük və iqtidarda özünü Allaha oxşatmaqdan çəkin. (Çünki) Allah hər bir təkəbbürlü və asini alçaldır.”

İNSAFVƏ ƏDALƏTƏ RİAYƏT ,ZÜLMLƏ MÜBARİZƏ

Allaha qarşı insafın nə olması və necəliyi ,xalqla insaf mövzularını aydınlaşdırmaq üçün öncə həzrətin buyuruğunun davamını oxuyacaq ,sonra uyğun mövzuları nəzərdən keçirəcəyik:

أَنْصِفِ اللهَ وَأَنْصِفِ النَّاسَ مِنْ نَفْسِكَ، وَمِنْ خَاصَّةِ أَهْلِكَ، وَمَنْ لَكَ فِيهِ هَوىً مِنْ رَعِيَّتِكَ، فَإِنَّكَ إِلاَّ تَفْعَلْ تَظْلِمْ

“Allahla insaflı rəftar et. Xalqa ,ailənin yaxın üzvlərinə ,yaxın qohumlara ,rəğbət göstərdiyin rəiyyətə münasibətdə insafı gözlə. Belə etməsən ,sitəm qılmış olacaqsan.”

ALLAHAQARŞI İNSAFIN MƏFHUMU

Adi həyatda elələri var ki ,fiziki və ruhi sağlamlığa malik olmalarına baxmayaraq bu böyük ne’mətin dəyəri haqqında düşünmürlər. Bəli ,insan nə qədər ki sağlamdır ,sağlamlığın qədrini bilmir. Sağlam dişləri olan və gündəlik qidasını heç bir çətinlik çəkmədən dişləri altında əzib udan insan çox vaxt diş kimi ne’mət haqqında bir anlıq olsun fikirləşmir. Sağlam ayaqlarla daim rahat hərəkət edən ,saatlarla bir yerdə dayanan insan sağlam ayaqların necə böyük ne’mət olduğunu adətən düşünmür. Amma elə ki dişlərdən birində problem yaranır ,həmin an sanki bütün dünya zülmətə bürünür. Dişi ağrıyan insan nəinki rahat qidalana bilmir ,hətta uyğun ağrılar onu divara qısır. Bu ağrı kəsilənədək insan heç bir işlə rahat məşğul ola bilmir. Dişi ağrıyan insanın nə qulaqları yaxşı eşidir ,nə də gözləri yaxşı görür. Əslində onun beyni düzgün işləmir. Yalnız bu ağrılardan ,əzab əziyyətdən sonra insan sağlam dişin nə qədər böyük ne’mət olduğunu anlayır. Amma həmin ağrılaradək ixtiyarında qoyulmuş bu misilsiz ne’mətlər haqqında düşünə bilmirdi. Məsələn ,ayağı əzilmiş ,yeriyə bilməyən insan məcbur olub yerində oturduqda anlamağa başlayır ki ,sağlam ayaqlar necə böyük ne’mət imiş!

Müxtəsər işarələrimizdən nəticə çıxarıb qalan saysız-hesabsız ne’mətlər haqqında özünüz düşünün. Bu gün ixtiyarınıza verilmiş hər bir ne’məti diqqət mərkəzində saxlayın. Təsəvvür edin ki ,bir gün həmin ne’mət əlinizdən alınacaq və ya həmin ne’mətə hansısa nöqsan gələcək. Düşünün ki ,həmin kiçik nöqsan sizin üçün həyatda necə viranedici böyük problemlər yaradacaq. Bu çətinlik həm cisminizə ,həm də ruhunuza öz tə’sirini göstərəcək. Bu yolla sizin təbii həyat yolunuz qırıla bilər.

Məhz bu məqamda Allaha qarşı insaflı olmaq məsələsi ortaya çıxır. Allaha qarşı insafın  bir qismi Onun ne’mətlərinə qədərincə şükür etməkdir. Bu iş üçün də əsas yol ilahi göstərişlərə və hökmlərə əməl edilməsidir. İnsafdandırmı ki ,insan Allahın onun ixtiyarına verdiyi saysız-hesabsız ne’mətlər müqabilində nankorluq etsin və ilahi göstərişlərdən boyun qaçırsın?! Hansı ki bu göstərişlər olduqca sadədir və insanların öz xoşbəxtliyinə xidmət edir. Axı Allahın bizə nə ehtiyacı var?! Bizim kimi zəif mövcudların ilahi göstərişlərə əməl edib-etməməsinin Onun üçün əhəmiyyəti yoxdur.

Maraqlıdır ki ,biz insanlar bə’zən özümüz kimi bəndələrə təşəkkür etdiyimiz qədər ,Allaha şükür etmirik. Məsələn ,bizə kiçik bir ehsan etmiş şəxsə təşəkkür edir və həmin ehsanı ömrümüzün sonunadək unutmamağı əxlaqi vəzifə sayırıq. İstənilən bir məqamda həmin yaxşılığın əvəzini çıxmağa çalışırıq. Bəs necə olur ki ,Allah tərəfindən ixtiyarımıza verilmiş bir bu qədər ne’mətə ,bütün həyatımızı əhatə etmiş ilahi lütflərə görə təşəkkürü əxlaqi vəzifə saymırıq?

Nə üçün bizim xoşbəxtlik və qurtuluşumuz üçün nəzərdə tutulmuş ilahi qanunlara əməl etməklə təşəkkürü özümüzə vəzifə saymırıq? Qeyd etməliyik ki ,bu göstərişlər həm olduqca sadədir ,həm də Allah üçün heç bir əhəmiyyət kəsb etmir. Bizim ilahi göstərişlərə əməl edib-etməməyimizin Allah dərgahında fərqi yoxdur. Bu göstərişlərə əməlin bütün faydası öz təkamülümüz və tərəqqimizə yönəlmişdir.

Uyğun bəyanatdan belə bir nəticə əldə edirik ki ,Allahın bəxşiş və lütfləri müqabilində istənilən bir nankorluq ,Onun göstərişlərinə qarşı istənilən növ itaətsizlik bir növ Allaha qarşı insafsızlıqdır.

  549
  0
  0
امتیاز شما به این مطلب ؟

آخرین مطالب

      رحم خدا در برزخ و قيامت‏
      روزگار امام دوازدهم
      امام زمان (عج) فريادرس انسان‏‌ها
      سیمای حضرت علی اکبر (ع)
      ياد پدر و مادر در نمازهاى يوميه‏
      تربيت در آخر الزمان
      حق خداوند متعال بر بنده
      آیه وفا
      توسّل اميرمؤمنان(ع) به سيّدالشهداء(ع)
      مقام شكر از منظر امام حسین(ع)

بیشترین بازدید این مجموعه

      مبعث پیامبر اکرم (ص)
      ازدواج غير دائم‏
      میلاد امام حسین (علیه السلام)
      آیه وفا
      اسم اعظمی که خضر نبی به علی(ع) آموخت
      یک آیه و این همه معجزه !!
      شاه کلید آیت الله نخودکی برای یک جوان!
      حاجت خود را جز نزد سه نفر نگو!
      فضيلت ماه شعبان از نگاه استاد انصاريان
      افزایش رزق و روزی با نسخه‌ امام جواد (ع)

 
user comment