Azəri
Sunday 24th of March 2019
  679
  0
  0

DÜŞMƏNLƏRDƏN MÜDAFİƏ

DÜŞMƏNLƏRDƏN  MÜDAFİƏ

“Cihadə əduvviha” tə’birindən aydın olur ki, həzrət cihad dedikdə müdafiə savaşını nəzərdə tutmuşdur. Əhli-beyt (ə) rəvayətlərinə əsasən (eləcə də şiə fəqihləri icmasına görə),ibtidai cihad ,yə’ni müsəlmanların ilkin olaraq hücum çəkməsi yalnız mə’sum imamın hüzuru ilə mümkündür. Qeyb dövründə ibtidai cihada icazə verilmir. Aydın olur ki ,mə’sum imamın birbaşa nəzarətindən xeyli uzaq məntəqəyə göndərilən Malik qeyb dövründəki kimi hərəkət etməli ,hərbi yürüşlərdən çəkinib ,müdafiə işləri ilə məşğul olmalı idi. Mə’sum imamdan uzaqda olan valinin ibtidai cihad icazəsi yox idi.

XALQIN İSLAHI

Deyilənlərdən aydın olur ki ,valinin vəzifəsi təkcə xalqın iqtisadi və dünyəvi işləri ilə məşğul olmaq deyil. Xalqın islah və tərbiyəsi də valinin əsas vəzifələrindəndir.

Beləcə ,mə’sumlar diqqət yetirməlidirlər ki ,onların işi küçələri asfaltlamaq ,əhaliyə məişət xidmətləri göstərməklə başa çatmır. İslam cəmiyyətində hər bir məs’ul insanların mə’nəvi durumuna diqqət yetirməli ,mə’nəvi məsələlərin tənzimində aparıcı rol oynamalıdır. Onlar “bu iş ruhanilərin vəzifəsidir və bizə aid deyil” deyib uyğun insani və islami məs’uliyyətdən qaça bilməzlər.

ŞƏHƏRLƏRİN ABADLIĞI

Valinin mühüm vəzifələrindən biri şəhər və kəndlərin öhdəsində olan ərazilərin abadlığını tə’min etməkdir.

Tarix boyu İslamın ünvanına yazılmış böhtan və iftiralara baxmayaraq ,İslam xristian rahibliyindən fərqli olaraq İslam cəmiyyətinin maddi və rifah problemlərinə yetərincə diqqət ayırmış və ayırmaqdadır. İslam Allahı yaddan çıxarmayacaq həddə ,zülm-sitəm və istismara səbəb olmayan qədər dünyəvi ne’mətlərdən və maddi ləzzətlərdən faydalanmağı qanuni sayır.

CƏMİYYƏTİNİSLAH VƏ TƏRƏQQİSİ ÜÇÜN ÖZÜNÜTƏRBİYƏ ZƏRURƏTİ

أَمَرَهُ بِتَقْوَى اللهِ

(Həzrət Əli (ə))Maliki ilahi təqvaya(Allahdan qorxmağa) çağırır.

Əgər təqva əmri əvvəlki cümlələrlə əlaqəli nəzərdən keçirilsə ,aydın məfhum və yetərli mə’na kəsb edər. Ötən cümlələrdə həzrət Əli (ə) xalqın islah və tərəqqisini bir vali vəzifəsi kimi Malikin nəzərinə çatdırır. Mə’lum məsələdir ki ,təqvası olmayan ,nəfs istəkləri və heyvani hisslər sorağınca gedən bir vali tabeçiliyində olan xalqı doğru yola sövq edə bilməz. Çünki hidayətçi (doğru yola çağıran) insanın təbliğdə ilk rabitəsi özü ilədir. Əgər bu insan azğın nəfs istəklərini cilovlayıb ,ağıl və mə’nəviyyata tabe edə bilsə ,özünü hidayət etmiş olacaq. Yalnız bu işdən sonra o vücudundan xaricdə ,tə’sirli olub ,cəmiyyəti xeyirə sövq edə bilər. Amma özü ilə rabitədə azğın nəfs istəklərinə tabe olan ,öz tərbiyəsində müvəffəqiyyət əldə edə bilməyən insan başqalarını doğru yola sövq edə bilməz. Təbii ki ,həmişə yanında olan nəfslə mübarizədə müvəffəqiyyət qazana bilməyən insan arabir rastlaşdığı fərdlərlə rabitədə ,həm də cəmiyyət səviyyəsində qalib gələ bilməyəcək.

Mə’sum imamların təqva mövzusundakı bəyanatlarından mə’lum olur ki ,təqva insanın özünə baxışı ,nəfsə nəzarəti və hakimiyyəti mə’nasındadır. Təqva bir qrup rahattələb xanənişinin özünə şüar etdiyi kimi ,mübarizə meydanını tərk edib ,İslam cəmiyyəti və ümmətdən uzaqlaşmaq deyil.

SƏADƏTVƏ BƏDBƏXTÇİLİK YOLU

İslam dünyagörüşündə ilahi göstərişlərə itaət səadət ,ilahi göstərişlərə itaətsizlik bədbəxtçilikdir. Bu islami me’yarı ətraflı şəkildə açıqlamazdan öncə həzrət mövlanın buyuruqlarına nəzər salaq:

أَمَرَهُ بِتَقْوَى اللهِ، وَإِيثَارِ طَاعَتِهِ، وَاتِّبَاعِ مَا أَمَرَ بِهِ فِي كِتَابِهِ: مِنْ فَرَائِضِهِ وَسُنَنِهِ، الَّتِي لاَ يَسْعَدُ أَحَدٌ إِلاَّ بِاتِّبَاعِهَا، وَلاَ يَشْقَى إِلاَّ مَعَ جُحُودِهَا وَإِضَاعَتِهَا

“(Həzrət Əli (ə) hər şeydən öncə Malikə aşağıdakı işləri əmr edir:) İlahi təqva ,Allaha itaət yolunu seçmək ,Allahın öz kitabında əmr etdiyi sünnə və vacibatlara əməl etmək!

Çünki kimsə bu əmrlərə itaət etməmiş səadətə nail olmayacaq ,kimsə bu göstərişləri tərk etməmiş bədbəxtliyə uğramayacaq.”

Kitab dedikdə təkcə Qur’an nəzərdə tutulmur. Nəzərdə tutulan həm Qur’an ,həm də Əhli-beyt (ə) rəvayətləridir. İslamda bütün dini sünnə və qaydalar “kitabullah” adlandırılır. Səbəb budur ki ,bütün vaciblər ,haramlar ,məkruhlar və müstəhəblər Allah yazısıdır. Yə’ni Allah insanların əməl etməsi üçün təqdir qələmi ilə bütün bunları yazıya almışdır. Belə ki ,uyğun buyuruqlar şəriətdə öz əksini tapmışdır.

Varlıq aləmində Allah əmrlərinə itaət etmədən heç bir şə’n və məqam sahibi xoşbəxtliyə çata bilməz. Bu iş yalnız vaciblərə əməl ,haramların tərki ilə mümkündür. Əksinə ,vacib əmrlərə itaətsizlik və e’tinasızlıqla Allah göstərişlərindən çıxan ,qoyulmuş hədləri pozan fərd bədbəxt olur.

Aydın olur ki ,heç bir elmi dərəcə insanı xoşbəxtliyə çatdıra bilməz. Amma elm və bilik sayəsində Allaha itaət yolunu seçən insan daha sür’ətli hərəkət edib ,daha uca məqama yüksələ biləcək.

TƏQVANIN YÖNÜMLƏRİ

Təqvanın iki yönümü var: dini vaciblərə əməl və haramların ,bəyənilməyən işlərin tərki.

Həzrət mövlanın buyuruğunda “isari taətihi” tə’biri təqvanın birinci yönümünü, “ən yəksir nəfsəhu indəş-şəhəvat” tə’biri təqvanın ikinci yönümünü bəyan edir.

BÖYÜKCİHAD (“CİHADİ-ƏKBƏR”)

Bə’zi rəvayətlərdə nəfslə mübarizə cihad kimi xatırlanır. Bu mövzuda “Vəsailuş-şiə” müəllifi imam Sadiqdən (ə) nəql edərək yazır: “Girami İslam peyğəmbərinin düşmənlə savaşa göndərdiyi dəstə qələbə ilə geri döndü. Onlar vətənə qayıtdıqdan sonra hamılıqla həzrət Peyğəmbərin (s) hüzuruna gəldilər. Həzrət bu qalib dəstəyə xitabən buyurdu: “Əhsən kiçik cihadı başa çatdıranlara! Amma böyük cihad hələ ki ,öndədir.” Bir şəxs soruşdu: “Ya rəsuləllah ,böyük cihad hansıdır?” Həzrət buyurdu: “Nəfslə mübarizə!”[2]Qur’ani-məciddə behiştə daxil olmaq üçün azğın nəfs istəklərini cilovlamağın şərt qoyulması bu mübarizənin əzəmətini təsdiqləyən yetərli nümunədir. Qur’an bu barədə buyurur: “Rəbbinin məqamından qorxan ,nəfsini azğın istəklərdən uzaq saxlayanın yeri behiştdir.”[3]

Gördüyümüz kimi ,bu ayədə behiştə daxil olmaq üçün iki əsas şərt qoyulur: Allahın əzəmətindən qorxu və azğın istəklərdən çəkinmək.

ALLAHYOLUNA YARDIM SAYƏSİNDƏ QEYBİ KÖMƏKLƏR

Bu gün İslam cəmiyyətində başqa dövrlərdən daha çox ilahi və qeybi yardımlardan danışılır. Xüsusilə haqqın batil əleyhinə savaşında mücahidlər başqalarından daha çox bu qeybi yardımları hiss etmişlər.

Qur’an və “Nəhcül-bəlağə”də ilahi və qeybi yardımlara çatmaq üçün müəyyən şərtlər bəyan olunur:

وَأَنْ يَنْصُرَ اللهَ سُبْحَانَهُ بَيَدِهِ وَقَلْبِهِ وَلِسَانِهِ، فَإِنَّهُ، جَلَّ اسْمُهُ، قَدْ تَكَفَّلَ بِنَصْرِ مَنْ نَصَرَهُ، وَإِعْزَازِ مَنْ أَعَزَّهُ.

وَأَمَرَهُ أَنْ يَكْسِرَ نَفْسَهُ عِنْدَ الشَّهَوَاتِ، وَيَزَعَهَا عِنْدَ الْجَمَحَاتِ، فَإِنَّ النَّفْسَ أَمَّارَةٌ بِالسُّوءِ، إِلاَّ مَا رَحِمَ اللهُ

“(Qeybdən faydalanar) Sübhan Allaha əli və dili ilə yardım edən. Çünki Allah Ona yardım edib əziz tutana yardım göstərməyi və əziz tutmağı öhdəsinə götürmüşdür. Ona əmr edər ki ,öz nəfsini azğın istəklərin tərki ilə sındırsın ,azğınlıq etdiyi vaxt cilovunu çəksin. Nəfs daim pisliyə çağırır. Yalnız Allahın mərhəmət nazil etdiyi nəfs istisnadır.”

Deyilənlərdən tam aydın olur ki ,əgər insan özünü tanımaq və özünü tapmaq ,insanların hidayəti və cəmiyyətin islahı üçün hətta kiçik bir addım atarsa ,əslində Allaha yardım sorağınca getmiş olur. İndi baxaq görək ,Allaha necə və hansı yollarla yardım edə bilərik? Həzrət Əlinin (ə) Malik Əştərə xitabına əsasən ,üç yolla uyğun məqsədə çata bilərik: qəlblə yardım ,əllə yardım ,dillə yardım.

QƏLBLƏYARDIM

Qəlb vasitəsilə Allaha yardım etmək üçün hər şeydən öncə özünütərbiyə və nəfsin paklığına çalışmalıyıq. Bu istiqamətdə hərəkət edən insan özünü paklamaq üçün çalışmalıdır. Çünki Allaha qəlb vasitəsi ilə yardım daxili saflaşdırmaqdan ,insanın özünə ilahi rəng vurmasından ,fitrətə qayıdışdan ibarət insanlıq mərhələsinə çatmaqdan ,aləmlərin Rəbbi qarşısında müt’ilik göstərib təslim olmaqdan fərqli bir şey deyil.

Beləcə , özünütərbiyədə ilk addım qəlb və ruhu düzgün e’tiqada hazırlamaq ,ilahi hökm və qanunlara möhkəm iman əldə etməkdir. Başqa sözlə ,öz qəlbi ilə Allaha yardım fikrinə düşən insan çalışmalıdır ki ,qəlbində kamil e’tiqad və xalis iman üçün zəmin hazırlasın. Bu yol elə bir eşq ,iman ,ixlasla adlanmalıdır ki ,hər gün insanın e’tiqadı daha da kamilləşsin. Nəhayət ,insanın hər günü onun əvvəlki günündən bir addım öndə olur ,e’tiqad və imanı daha da dərinləşir. Beləcə ,insan bir nöqtəyə çatır ki ,tutduğu yolda növbəti addımlar atmaq üçün güc tapır ,mərhələ-mərhələ daha yeni və daha tə’sirli addımlara müvəffəq olur.

ƏLİLƏ YARDIM

Həzrət Əlinin (ə) dəyərli buyuruğunda Allaha əl ilə yardım məsələsi bəyan olunarkən əslində əl yox ,qüdrət nəzərdə tutulur. Belə bir təşbehlə Qur’ani-kərimdə də rastlaşırıq: “Allahın əli bütün əllərin fövqündədir”, yə’ni Allahın qüdrəti bütün qüdrətlərin fövqündədir. Heç bir qüdrətdə ilahi qüdrətlə qarşılaşmaq imkanı yoxdur. Ürfi (el arası) danışıqlarda da çox vaxt “əl” sözü “qüdrət” mə’nasını bildirir. Məsələn ,deyirlər ki ,filankəsin əlindən bir iş gəlmir. Yə’ni filankəsin bir iş görməyə qüdrəti yoxdur. Bə’zən deyirlər: “Zəmanənin əli zalımdan məzlumun intiqamını aldı.” Hər iki cümlədə “əl” sözü qüdrət və güc mə’nasını bildirir.

Deyilənlərə əsasən ,həzrət mövlanın Malik Əştərə buyuruğundakı “Allaha yardım” ifadəsinin həqiqi mə’nası anlaşılır. Nəzərdə tutulur ki ,Malik (həm də xitab tərəfi olaraq biz) Allaha yardım yolunda var qüvvəsi ilə çalışmalı ,ilahi hökm və qanunların həyata keçməsi üçün bütün gücündən istifadə etməli ,hamını İslamın müqəddəs hədəflərinə sövq etməlidir.

DİLİLƏ YARDIM

Bu günkü dünyamızda təbliğatın aparıcı rolunu kimsə inkar etmir. Təbliğ silahı istənilən bir silahdan tə’sirli və güclüdür. Ən mühüm təbliğ vasitəsi insanın dilidir. Bu tə’sirli və güclü vasitə hansı istiqamətdə fəaliyyət göstərməsindən asılı olaraq öz rolunu müəyyənləşdirir. Əgər insanın ,xüsusi ilə bəyan qüdrəti və tə’sirli nitqi olan fərdin dili bəşər düşüncəsini azdırmağa xidmət edirsə ,azdırıcı təbliğat vasitəsinə çevrilir. Allah və Allah hökmlərinin təbliğinə xidmət edən dil ,daha doğrusu ,dildən bu yolda istifadə edən insan əslində Allaha yardım etmiş olur.

  679
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Nə üçün Quran ayə-ayə nazil olmuşdur? Hansı surələr bir dəfəyə və bir yerdə ...
      Ali Məhəmməd" kəlməsi olmayan salavat hansı səbəblə naqis və qadağan olunmuşdur?
      Bəqərə surəsinin 228- ci ayəsində, kişinin qadından üstün olmasını deməsi, Allahın ...
      Məryəm surəsinin on yeddinci ayəsində "Ruhun (Cəbrail) təzahürünün" mənasını ...
      Kovsər hovuzu nədir?
      Rizvan behiştinə sahib olmaq, onlar üçün mələyin şəfaət etməsi ilə necə uyğundur?
      Зејд ибн Әли (рәһмәтуллаһ) Әһли-Бејтдән ...
      Quran baхımından Allahı tanımaq yоlu
      Davranış
      Davranış

 
user comment