Azəri
Saturday 20th of April 2024
0
نفر 0

Bu fəsildə ağamız və başçımız Əmirəl-möminin Əli əleyhis-salamın düşmənlərinə və şəhərlərin rəhbərlərinə (yazdığı) məktubları toplanıb və o Həzrətin məmurları ilə olan əhd-peymanlarının bir hissəsi, eləcə də Əhli-Beyt və dostlarına tapşırıqları (öyüd-nəs

Bu fəsildə ağamız və başçımız Əmirəl-möminin Əli əleyhis-salamın düşmənlərinə və şəhərlərin rəhbərlərinə (yazdığı) məktubları toplanıb və o Həzrətin məmurları ilə olan əhd-peymanlarının bir hissəsi, eləcə də Əhli-Beyt və dostlarına tapşırıqları (öyüd-nəsihətləri) də fəslə daxildir.

1-ci məktub

 

İmam Əli əleyhis-salamın Mədinədən Bəsrəyə (Təlhə, Zübeyr onların tərəfdarları ilə müharibəyə) gedərkən yoldan Kufə əhlinə göndərdiyi məktublarındandır. (O, Maul-uzəybə çatanda bu məktubu Kufə əhlinə yazdı onları Osmanın öldürülmə səbəbindən xəbərdar edərək öz köməyinə  çağırdı.Məktubu Kufəyə imam Həsən Əmmar ibn Yasir ilə göndərdi.)

Allahın bəndəsi Əmirəl-möminin Əlidən alicənab yardımçı ərəbin şərafətlilərindən olan Kufə əhlinə:

Allaha həmd Peyğəmbərə salamdan sonra, mən sizi Osmanın işindən ( onun öldürülmə səbəbindən) elə xəbərdar edirəm ki, onu eşitmək görmək kimi olsun. (Kufə əhlindən həmin hadisədə olmayanlar orada olanlar görənlər kimi olsunlar.) Xalq (yaramaz əməllərinə görə) Osmana çirkin nalayiq sözlər dedi. Mən (Həzrət Peyğəmbərlə Məkkədən Mədinəyə sülh asayiş üçün gəlmiş) Mühacirlərdən biri idim ki, (fitnə-fəsad qan tökülməsinə nifrət bəsləyərək ondan uzaq gəzirdim ) xalqın ondan razı olmasını çox istəyir, onu az məzəmmət edirdim. (Ona həmişə öyüd-nəsihət verir davranışını dəyişməyə çağırırdım.) (amma) Təlhə Zübeyrin onun barəsindəki ən yüngül davranışları kəskin mövqe tutmaq, ən yavaş sövq etmələri isə (vəziyyətin kəskinləşməsini) daha da sürətləndirmək idi.[1] Həmçinin Aişə fikirləşib düşünmədən, qəflətən onun barəsində qəzəbləndi.[2] Sonra (Təlhə, Zübeyr Aişə camaatı onu öldürməyə sövq etdilər ) bir qrup hazırlaşaraq onu öldürdü. (Buna görə onlar Osmanın intiqamını almaq fikrinə düşməməlidirlər, bəlkə onlardan intiqam alınmalıdır.) Xalq heç bir ikrah məcburiyyət olmadan öz meyl istəyi ilə mənə beyət etdi. (Bəs görəsən Təlhə, Zübeyr onların ətrafındakıların mənə qarşı çıxmalarının fitnə çaxnaşma yaratmalarının səbəbi nədir?!)

bilin ki, (Təlhə, Zübeyr Aişənin fitnələri nəticəsində) hicrət diyarı (Mədinə) boşalıb əhalisi ondan uzaqlaşıb. (Mən naçar qalıb ordan çıxdım.) Fitnə qazanın qaynaması Kimi qaynayaraq cuşa gəlib. (Hərc-mərclik səbəbindən oranın sakitlik asayişi aradan gedib.) Fitnə (dinin) qütbünə (yəni, İmam əleyhis-salama) qarşı yönəlib. Odur ki, öz əmir imamınıza doğru tələsin (ona kömək yardım edin) Allahın istəyi ilə düşmənlərinizlə (Təlhə, Zübeyr onların ətrafındakılarla) müharibə etməyə çalışın.

 

2-ci məktub

 

İmam Əli əleyhis-salamın Kufə əhlinə olan məktublarındandır (ki,həmin məktubda onlara) Bəsrə (müharibəsindəki) qələbəsindən sonra (minnətdarlıq edib).

Allah siz Kufə əhlinə Peyğəmbərinizin əhli-beyti tərəfindən (əvəzindən) itaətkarlarına nemətinə şükr edənlərə verdiyi mükafatların ən gözəlindən versin ki, (bizim fərmanımızı) eşitdiniz (ona) tabe oldunuz (dinə yardım etməyə) çağırıldınız qəbul etdiniz ( sonda Allah düşmənlərini məğlub edib əldən saldıq).

 

3- məktub

 

İmam Əli əleyhis-salamın onun tərəfindən qazı təyin edilən Şüreyh ibn Harisə yazdığı məktublardandır (ki, onda dünyaya dünya malına bel bağlamağın ziyanlarından danışıb).[3] Rəvayət edilib ki, Əmirəl-möminin tərəfindən qazı olan Şüreyh ibn Haris, o Həzrətin xilafəti zamanında səksən dinara bir ev alıbmış. Bu xəbər İmama çatanda, onu çağırtdıraraq deyib ki, mənə sənin səksən dinara ev almağın sənəd yazaraq bir neçə nəfəri şahid tutmağın barəsində xəbər çatıb. Şüreyh cavab verir ki, ey Əmirəl-möminin, elə olub. Ravi deyir: Həzrət qəzəbli şəxsin baxışları ilə ona baxaraq belə buyurdu :

Ey Şüreyh, bil ki, tezliklə sənin yanına (yazdığın) sənədə baxmayan şahidlərdən (bir şey) soruşmayan bir kimsə (Əzrail) gələcək, səni həmin evdən gözün baxa-baxa (heyran sərgərdan, yaxud köçəri kimi) çıxaracaq hər şeydən ayrı, göruna tapşıracaq. Odur ki, ey Şüreyh, bax! Məbada bu evi başqasının pulu ilə almış olasan, yaxud onun pulunu halal olmayan şeylə vermiş olasan ki, əgər belə olsa dünya axirət zərər-ziyanını qazanmış olarsan!! (Çünki əgər evi başqasının malı ya haram malla almış olsan, dünyadan lazımınca bəhrələnməyəcək, axirətdə isə əzaba düçar olacaqsan.) Bil (ki), əgər ev alanda mənim yanıma gəlsəydin, sənin üçün bu (aşağıdakı) kimi bir sənəd yazardım. Onda həmin evin çox (yəni, səksən dinar) deyil heç bir dirhəmə alınmasına rəğbət göstərməzdin. Həmin sənəd budur:

Bu, xar həqir bəndənin, (mütləq öləcək evindən axirət evinə) köçmək üçün çıxmış ölüdən, yox olanların yeri  məhv edilmişlərin nişanəsi olan yalan diyarda aldığı bir evdir. Bu evin dörd hasarı var: Birinci hasar xoşagəlməz acınacaqlı hadisələrə (dağıntı, xəstəlik, çətinlik oğurluğa) gedib çıxır. İkinci hasar qəmlər amilinə (əzizlərin ölümü, arzu sərmayənin əldən getməsinə), üçüncü hasar məhv edici istək arzulara dördüncü hasar azdırıcı şeytana gedib çıxır.Bu evin qapısı  isə dördüncü hasardandır.

İstək arzulara uymuş bu şəxs, belə bir evi ölüm üçün çıxmış  şəxsdən qənaət kəramətindən xaric olmaq istək xarlıq həqirliyinə daxil olmaq bahasına alıb.[4] Bu alıcıya aldığı  şeydə satıcı tərəfindən dəyən ( onun zamin olmasına səbəb olan, yəni, satıcının, əvəzini ödəməli olduğu) ziyan pisliyin intiqamı padşahların canlarını məhv edən, itaətdən çıxanların canlarını alan (İran şahları) Kəsra, (Rum şahları) Sezar, (Yəmən şahları) Tübbə, (qəbilə sahibi olan Himyər ibn Səba ibn Yəşğəb ibn rəb ibn Qəhtanın övladları) Himyər kimi fironların səltənətlərini aradan aparan mal üstünə mal toplayaraq onu çoxaldan, (binalar) tikib ucaldıb onları bəzəyərək zinətləndirənləri, sərvət toplayan ev, bağ əşyalarını öz gümanları ilə övladları üçün nəzərdə tutaraq toplayanları aradan aparanın (yox edən ölüm mələyinin) öhdəsinədir. (Allah tərəfindən haqq batil,) cənnətlik cəhənnəmliklər barəsində qəti hökm veriləndə, O, onları sorğu-sual ediləcək mükafat veriləcək yerə göndərəcək.[5] Orada, pozğun puç işlər görənlər ziyana uğrayarlar. (Pis işlərə əmr edən nəfsin) istəklərinə tabeçilikdən azad olan dünyaya bağlılıqdan sağlam qalan ağıl bu sənədə (onun düzlüyünə) şahiddir. (Dünyaya ürək bağlamış nəfsi istəklər əlində əsir  olan kimsə isə bu sözlərə inanmaz ona görə onun düzlüyünə şəhadət verməz.)



[1] Onlar Osmana nəinki heç vaxt öyüd-nəsihət vermirdilər, əksinə, həmişə fətnə-fəsad yaratmaq fikrində idilər. Buna görə də camaatı yaxın-uzaq yerlərdən toplayaraq onu öldürməyə həvəsləndirirdilər. Belə ki, Zübeyr deyirdi: Onu öldürün, o, sizin dininizi dəyişdirib. Osman öz evində mühasirədə olarkən belə deyirdi: Vay olsun Təlhəyə! Mən ona hər cür hörmət etdim, o isə indi mənim qanımı tökmək fikrinə düşüb.

[2] O, Osman beytülmalı ancaq öz qohum-əqrəbası arasında bölüşdürdüyü üçün özündən çıxdı camaatı onu öldürməyə vadar edərək dedi: «اُقْتُلُوا نَعْثَلاً قَتَلَ اللهُ نَعْثَلاً» «səli öldürün, Allah səli öldürsünYəni, bu axmaq şeyx ağılsız qocanı öldürün! Allah onu öldürsün! səl Mədinədə yaşayan uzunsaqqallı bir yəhudinin adı idi. Aişə belə deməklə Osmanı ona bənzədirdi. Rəvayət edilib ki, bir gün Osman minbərə çıxmışdı məscid cəmiyyətlə dolu idi. Aişə pərdə arxasından əlini çölə çıxartdı Həzrət Peyğəmbərin leyn köynəyini camaata göstərərək dedi: Bunlar Peyğəmbərin leyn köynəyidir onlar köhnəlməmiş sən onun din sünnəsini dəyişdirmisən. Onlar orada bir-birlərinə kobud sözlər dedilər.

[3] Şüreyh kosa idi üzünə tük çıxmırdı. Ömər ibn Xəttab onu Kufənin qazısı təyin etmişdi o, həmin diyarda qazılıq şəriət hakimliyi ilə məşğul idi. Əmirəl-möminin onu öz vəzifəsindən uzaqlaşdırmaq istədi. Kufə əhalisi dedi: Onu vəzifəsindən uzaqlaşdırma, çünki o, Ömər tərəfindən təyin edilib biz səninlə o şərtlə beyət etmişik ki, Əbu Bəkr Ömərin qərarlarını dəyişdirməyəsən. Muxtar ibn Əbu Ubeydə Səqəfi hakimiyyətə gələndə Şüreyhi Kufədən çıxardaraq sakinləri yəhudi olan bir kəndə göndərdi. Həccac Kufənin hakimi olanda onu Kufəyə qaytardı yaşlı qoca olmasına baxmayaraq, ona qəzavət işləri ilə məşğul olmağı əmr etdi. O, Muxtar tərəfindən xar edildiyi üçün xahiş etdi ki, Həccac onu qəzavət etməkdən üzrlü saysın. Həccac onun bu istəyini qəbul etdi. Axır  ki, o, yetmiş beş il qazı olub. Ömrünün ancaq son iki ilini bu işdən kənarda qalıb yüz iyirmi yaşında dünyadan köçüb.

[4] Çünki qənaət başqalarına möhtac olmamaq hissini əldən vermək zillət xarlığa səbəb olan çətinlik giriftarlıqlar gətirir. Deməli, əslində ehtiyac olmayan evin alınmasının qiyməti qənaət, şərafət abır izzətindən çıxmaq nəfs zilləti, çətinlik giriftarçılıqlara daxil olmaqdır.

[5] Qurani-Kərimin Mumin surəsinin 78-ci ayəsində deyilir: «فَإِذَا جَاء أَمْرُ اللَّهِ قُضِيَ بِالْحَقِّ وَخَسِرَ هُنَالِكَ الْمُبْطِلُونَ» «Allahın əmri gəldikdə ədalətlə hökm olunar. Yalan danışanlar, batil söyləyənlər elə oradaca ziyana uğrayarlar».

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Qulun duası
ƏLİ (ƏLEYHİSSALAM)-IN ŞƏHADƏT EŞQİ
Ayətullah Məkarim Şirazi Ramazan ayı ilə əlaqədar Bəyanat verdi
YALANIN ACI NƏTİCƏLƏRİ
İmam Həsən Müctəbanın İnci Dolu Kəlamları – 40 hədis
Cəmiyyətdə imanı necə qoruyaq
İTTİHAMLA ÜZ-ÜZӘ
Bayram namazı hicrətin neçənci ilində qanuni şəkil aldı?
Ənam surəsi
SӘHABӘLӘR MӘ᾿SUM VӘ GÜNAHSIZ DEYİLLӘR

 
user comment