Azəri
Sunday 24th of March 2019
  786
  0
  0

BİRİNCİ BÖLMƏ: ELM

BİRİNCİ BÖLMƏ: ELM

Birinci fəsil: Elmin həqiqəti

Çevirən: Ələddin Məlikov

Quran

"Allah Özündən başqa heç bir tanrı olmadığına şahiddir. Mələklər və elm sahibləri də haqqa-ədalətlə boyun qoyaraq (haqqa tapınaraq) o qüvvət, hikmət sahibindən başqa ibadətə layiq heç bir varlıq olmadığına şəhadət verdilər."[1]

"Kitab əhlindən Abdullah ibn Salam kimi) elm verilmiş kimsələr Rəbbindən sənə nazil edilənin (Quranın) haqq olduğunu və onun (möminlərə) yenilməz qüvvət sahibi, (hər cür) şükrə (tərifə) layiq olan Allahın yolunu göstərdiyini görürlər.[2]

Hədis

Peyğəmbəri- əkrəm (s) "Elm iki cürdür: Ürəkdə olan elm; bu elm faydalı elmdir. Dildə olan elm; bu elm Allahın bəndələrinə höccətidir."[3]

İmam Sadiq (ə): " Elm çox oxuyub öyrənməklə deyil, o elə bir nurdur ki, Allah hidayət etmək istədiyi şəxslərin qəlbinə qoyur. Hər zaman elm öyrənmək istəsən qulluq və bəndəlik cövhərini öz ruhunda axtar və elmlə məşğul olmaqla onu təhsil et və Allahdan düşüncə istə, və o səni anlatsın. [4]

Allah-Taala Adəm Peyğəmbərə vəhy etdi: Mən elmi sənin üçün dörd kəlmədə cəm etmişəm: Biri özümlə bağlıdır; Biri sənə aiddir; O biri ikimizə , sonuncusu isə səninlə camaata aiddir. Mənə aid olan budur ki, heç bir şeyi mənə şərik qoşmayasan. Sənə aid olan odur ki, sənin əməlinin əvəzinə sənə verəcəyim mükafat sənin ən çox ona ehtiyacın olan şeydir. Ikimizlə bağlı olan mətləb odur ki, sənin vəzifən dua etmək və məndən istəmək, mənim vəzifəm qəbul etməkdir. Amma səninlə camaat arasında olan budur ki, camaat üçün yalnız özünə məsləhət gördüyünü rəva bil. [5]

İkinci fəsil: Elmin fəziləti

İnsan dəyərinin ölçüsü

Quran.

"Məgər axirətdən qorxan, Rəbbinə (Allahın mərhəmətinə) ümid bəsləyən, gah səcdəyə qapanıb, gah da ayaq üstə durub gecə saatlarını ibadət içində keçirən (müti bəndə kafirlə birdirmi)?! De: "Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?! (Allahın ayələrindən, dəlillərindən) yalnız ağıl sahibləri ibrət alar!" [6]

Hədis

Peyğəmbəri əkrəm (s) buyurmuşdur: Camaatın ən dəyərlisi onların ən biliklisi, ən dəyərsizi isə onların ən nadanıdır. [7]

İmam Əli (ə) buyurmuşdur: Ey mömin! Həqiqətən sənin şəxsiyyətinin qiyməti elm və ədəbdədir, onu öyrənməyə çalış. Hər nə qədər elm və ədəbini artırsan, qiymətin və dəyərin də bir o qədər artar. Belə olan təqdirdə Allahını- düzgün– dərk edərsən.[8]

Hər bir yaxşılığın bünövrəsi

Peyğəmbəri- əkrəm (s): Hər bir yaxşılığın mənşəyi elmdir.[9]

İki dünyanın xoşbəxtliyi

Quran

Ey iman gətirənlər! Sizə: "Məclislərdə (mömin qardaşlarınıza) yer verin!"- deyildiyi zaman (onlara) yer verin ki, Allah da sizə (Cənnətdə) geniş yer versin. Eləcə də sizə: "Qalxın!" deyildikdə qalxın ki, Allah da sizdən iman gətirənlərin və (xüsusilə) elm bəxş edilmiş kimsələrin dərəcələrini ucaltsın. Allah etdiyiniz əməllərdən xəbərdardır![10]

Hədis

İmam Əli (ə) buyurur: Ən əziz izzət və ucalıq elmdədir, çünki onunla dünya və axirət ələ gəlir. Nadanlıq isə insanı xar edir, çünki nadan kar, lal, kor və avaradır. [11]

Nadanlığın qatili

İmam Əli (ə): Elm nadanlığın qatili və böyüklüyün baisidir. [12]

İmam Əli (ə): Hər kəs öz elmi ilə nadanlıqla mübarizə apararsa ən böyük xoşbəxtliyə yetişər. [13]

Həqiqi yaşayış

Peyğəmbəri- əkrəm (s): Allah buyurur: "Bəndələrinin arasında olan elmi müzakirələr ölmüş qəlblərə həyat bəxş edir, bu şərtlə ki, elmi müzakirə ola."[14]

İmam Əli (ə): Elm insanların həyatı (və mənəvi xəstəliklərin) müalicəsidir.[15]

Ən yaxşı yoldaş

İmam Əli (ə): Ən yaxşı yoldaş elmdir. [16]

Ən yaxşı gözəllik

İmam Əli (ə): Elm ən yaxşı gözəllikdir.[17]

İmam Əli (ə): Kişinin zinəti onun elmi və səbridir.[18]

Ən yaxşı hidayət

İmam Əli (ə): Ən yaxşı hidayət elmdir. [19]

İmam Əli (ə): Elmi olmayan şəxs hidayət olmaz. [20]

Ən üstün şərəf

İmam Əli (ə): Elm ən üstün şərəfdir. [21]

İmam Əli (ə): Ən şərafətli rəislik, elmi rəislikdir[22]

İmam Cavad (ə): şərafətli şəxs o şəxsdir ki, elm onun şərəfinə səbəb olmuşdur.[23]

Ən üstün hirz (qoruyucu)

İmam Əli (ə): Elm hirzdir (qoruyucudur)[24]

İmam Əli (ə): Elm bəlaların qarşısını alan bir pərdədəir.[25]

Eybləri örtən

İmam Əli (ə): Hər kəs elm paltarını geyinə, eybi camaatdan gizli qalar[26]

Ən faydalı xəzinə

İmam Əli (ə): Elmdən faydalı bir xəzinə yoxdur.[27]

İmam Əli (ə): Elm qurtarmayan böyük bir xəzinədir[28]

Ən dəyərli miras

İmam Əli (ə): Elm qiymətli bir miras və geniş nemətdir[29]

Maldan üstün

İmam Əli (ə): Allah- taala malı həm dostuna və həm düşməninə verir, elmi isə yalnız dostuna bəxş edir.[30]

İmam Əli (ə): Elm yeddi cəhətdən maldan üstündür:

Birincisi budur ki, elm Peyğəmbərlərin mirasıdır, mal isə fironların mirasıdır.

İkincisi budur ki, elm bağışlamaqla azlmır, mal isə bağışlanmaqla azmır.

Üçüncüsü budur ki, mal gərək qorunub saxlana, elm isə sahibini qoruyub saxlayar.

Dördüncüsü budur ki, elm sahibi öləndə onunla gedir (ondan ayrılmır), mal isə qalır (ayrılır).

Beşincisi budur ki, mal həm möminə və həm kafirə nəsib olur, elm isə təkcə möminə nəsib olur.

Altıncısı budur ki, hamının alimə ehtiyacı var, dövlətliyə ehtiyacı yoxdur.

Yeddincisi budur ki, elm öz sahibinə siratdan (qiyamət körpüsündən) keçərsə kömək edər, mal isə sahibinə mane olar.[31]



[1] - Ali İmran surəsi, ayə 18

[2] - Səba surəsi, Ayə 6

[3] - Müsnəfe ibn Əbu Şəybə, cild 8, səh 133, hədis 60

[4] - Mişkatül- ənvar, səh 326

[5] - Qisəsül- ənbiya, səh 69, hədis 50

[6] - Zumər surəsi, ayə 9

[7] - Əlfəqih, cild 4, səh 394, hədis 5840

[8] - Rovzətül- vaizin, səh 16

[9] - Cameul- əhadis Qumi, səh, 102

[10] - Mücadilə surəsi, ayə 11

[11] - Nuzhətun- nazir, səh 70, hədis 65

[12] - Ğürərul- hikəm, hədis 1584

[13] - Ğürərul- hikəm, hədis 8859

[14] - Kafi, cild 1, səh 40, hədis 6

[15] - Ğürərul- hikəm, hədis 688

[16] - Ğürərul- hikəm, hədis 1654

[17] - Ğürərul- hikəm, hədis 1671 

[18] - Ğürərul- hikəm, hədis 9778

[19] - Ğürərul- hikəm, hədis 846

[20] - Ğürərul- hikəm, hədis 10785

[21] - Ğürərul- hikəm, hədis 482

[22] - Ğürərul- hikəm, hədis 5589

[23] - Kəşful- ğummə, cild 3, səh 140

[24] - Ğürərul- hikəm, hədis 218

[25] - Ğürərul- hikəm, hədis 720

[26] - Tuhəful- uqul, 215

[27] - Kafi, cild 8, səh 19, hədis 4

[28] - Ğürərul- hikəm, hədis 1234

[29] - Ğürərul- hikəm, hədis

[30] - Ğürərul- hikəm, hədis 3522

[31] - Adabe təlim və təəllum, səh 64

  786
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Nə üçün Quran ayə-ayə nazil olmuşdur? Hansı surələr bir dəfəyə və bir yerdə ...
      Ali Məhəmməd" kəlməsi olmayan salavat hansı səbəblə naqis və qadağan olunmuşdur?
      Bəqərə surəsinin 228- ci ayəsində, kişinin qadından üstün olmasını deməsi, Allahın ...
      Məryəm surəsinin on yeddinci ayəsində "Ruhun (Cəbrail) təzahürünün" mənasını ...
      Kovsər hovuzu nədir?
      Rizvan behiştinə sahib olmaq, onlar üçün mələyin şəfaət etməsi ilə necə uyğundur?
      Зејд ибн Әли (рәһмәтуллаһ) Әһли-Бејтдән ...
      Quran baхımından Allahı tanımaq yоlu
      Davranış
      Davranış

 
user comment