Azəri
Friday 19th of July 2019
  1034
  0
  0

Niyabətə aid olan bəzi məsələlər

Niyabətə aid olan bəzi məsələlər

 

Məsələ 1. Minada zəruri işləri yerinə yetirmək üçün və ya zəiflərlə birlikdə çarəsiz olaraq gecə yarısı Məşərdən Minaya getməli olan karvan xadimlərinin üzrlü olduqlarını və öz ixtiyarları ilə Məşərdə vüquf əməlini yerinə yetirməkdən üzrlü olduqlarını nəzərə alsaq, onların niyabətləri düz deyildir. Əgər xidmətçilik etməzdən qabaq əcir olmuşdularsa, gərək həcc yerinə yetirsinlər və ixtiyari vüqufu əmələ gətirsinlər.

Məsələ 2. Diri şəxsin naib tuta bildiyi surətdə miqatdan naib tutması kifayətdir.

Məsələ 3. Birinci dəfə məsələn: xidmətçi kimi həccə gedən şəxs, ikinci dəfə vəfat etmiş atası və ya anası üçün naib olaraq həccə gedə bilər. Amma əgər birinci il müstəti deyildisə və bu il müstəti olubsa, naib olaraq həccə gedə bilməz.

Məsələ 4. Naib ünvanı ilə Şəcərə məscidində ehram bağlayıb Məkkəyə gəlmiş şəxs Məkkədə başa düşsə ki, özü müstəti imiş, onun ehram bağlaması düz deyildir. Buna görə də qayıtmalı və təməttö ümrəsi üçün öz yerinə ehram bağlamalı və vəzifəsini yerinə yetirməlidir.

Məsələ 5. İmanın həccə gedən naibdə şərt olduğu kimi, təvaf, rəmy və qurbanlıq kəsmək kimi başqa əməllərində də şərtdir.

Məsələ 6. Naibə vacibdir ki, həcc əməllərini öz təqlid mərcəinin fətvaları əsasında yerinə yetirsin.

Məsələ 7. Niyabəti qəbul edən zaman həcc əməllərini yerinə yetirməkdən üzrlü olmayan, lakin icarə müqaviləsi bağlandıqdan sonra əməl zamanı və ya ehram bağlamazdan qabaq (məsələn: tərk edilməsi lazım olan bəzi şeyləri yerinə yetirməkdə üzrlü olan şəxs kimi) üzrlü şəxslərdən sayılsa, əgər onun üzrü həccin bəzi əməllərini nöqsanlı şəkildə yerinə yetirməyə səbəb olmazsa, onun naibliyi səhihdir. Amma əgər onun üzrü həcc əməllərini nöqsanlandır-mağa gətirib çıxararsa, icarənin batil olma ehtimalı vardır və ehtiyata ən yaxın nəzər budur ki, naiblə naib tutan şəxs arasında zəhməthaqqı haqqında, ümrə və həccin yerinə yetirilməsi haqqında bir-biriləri ilə razılığa gəlsinlər.

Məsələ 8. Xidmət üçün əcir tutulmuş və Məşərdə ixtiyari vüqufu yerinə yetirməmiş şəxs və həmçinin, bu qəbildən olan pulsuz və ya pul ilə naib olaraq nöqsanlı həcc yerinə yetirmiş şəxslərin niyabəti düz deyildir və naib tutan şəxs bununla kifayətlənə bilməz. O şəxslərin də zəhməthaqqı almağa haqqları yoxdur.

Məsələ 9. Həccin ixtiyari əməllərini yerinə yetirməyə qüdrəti olmayan şəxslər naib ola bilməzlər.

Məsələ 10. Doğru-düzgün qiraətdən üzrlü olan şəxslərin niyabəti batildir. Əgər bu işdən üzrlü deyillərsə, niyabətləri səhihdir və öz qiraətlərini düzəltməlidirlər.

 

Sual 1. Bir şəxs həcc üçün növbəyə durub növbə kartı almış və həmin kartın vasitəsilə oğlunun Məkkəyə gedərək onun əvəzindən həcc etməsini vəsiyyət etmişdir. Atası öldükdən sonra oğlu maddi cəhətdən müstəti olmuşdur, ancaq onun həccə getməsi üçün yalnız atasının kartından istifadə etməsi mümkündür. Oğul həmin kartdan istifadə edib miqata çatdıqdan sonra atasının yerinə həcc etməlidir, yoxsa özü müstəti sayılır və öz yerinə həcc etməlidir?

Cavab. Fərz olunan sualda qeyd olunduğu kimi, oğul yalnız atasının aldığı kartın vasitəsilə həccə gedə bilirsə və miqat həcci üçün edilən vəsiyyət atasının irsinin üçdə birindən çox deyildirsə və ya onun varisləri bu iş üçün icazə vermişlərsə, oğul həcci atasının yerinə yetirməlidir.

 

Sual 2. Yuxarıdakı sualda vəsiyyət yoxdur, amma varislər həmin həcc kartını vəfat etmiş şəxsin maddi cəhətdən müstəti olan övladına vermişdilər ki, atasının əvəzinə həccə getsin. Oğul həmin kartdan istifadə edərək miqata çatdıqda niyabət həcci yerinə yetirməlidir, yoxsa özü müstəti olmuşdur və öz yerinə həcc əməllərini yerinə yetirməlidir?

Cavab. Bu fərziyyədə də niyabət həcci irəlidir.

 

Sual 3. Əgər yuxarıdakı iki sualda onun vəzifəsi atasının əvəzinə həccə getməkdirsə, bu surətdə özü üçün həcc etsə, İslam həcci yerinə kifayət edərmi?

Cavab. Bu əməlin İslam həcci yerinə kifayat etməsi şübhəlidir.

 

Sual 4. Bir nəfərin atası müstəti olan halda vəfat etmişdir. Oğul öz atasının kartı ilə onun əvəzinə həcc etmək üçün Məkkəyə yola düşmüşdür, amma miqata çatdıqdan sonra müstəti olmuşdur. Onun vəzifəsi nədən ibarətdir? (Əvvəlcədən bu iş üçün ona vəsiyyət edilməmiş və ondan niyabət həccinə getməsi də istənilməmişdir).

Cavab. Fərz olunan surətdə özü üçün həcc yerinə yetirməli, atası üçün də naib tutmalıdır.

 

Sual 5. Mən həcc karvanının öhdədarı idim. Mənim vəzifəm nəzarətimdə olan xəstələrdən və aciz şəxslərdən muğayat olmaq idi. Buna görə də mən iztirari vüquf əməlini yerinə yetirdim. Xahiş edirəm ki, mənim şəri vəzifəmi müəyyən edəsiniz.

Cavab. Əgər aciz şəxslərlə bir yerdə olmağınız lazım idisə, onlar ixtiyari vüquf əməlini yerinə yetirməkdən üzrlü idilərsə, sizin də onlarla birlikdə olmağınız lazım idisə və onlar vüquf əməlini öz ixtiyarları ilə yerinə yetirməkdən üzrlü idilərsə, sizin bu əməlinizin eybi yoxdur. Amma əgər başqası üçün naib olmuşdunuzsa, sizin bu niyabətiniz düz deyildir.

 

Sual 6. Vəfat etmiş şəxsin əvəzinə həcc etmək üçün bir nəfər naib olmuşdur və icarə müqaviləsi imzalanan vaxt həcc əməllərini yerinə yetirməkdə heç bir üzrü yox idi. Lakin həcc əməllərini yerinə yetirdikdən sonra məlum olmuşdur ki, o, Məşərül-həram vüqufunda qadınlar və xəstələr üçün bələdçi olduğundan iztirari vüquf etmiş və bundan sonra Minaya getmişdir. O, bilmirdi ki, naib gərək vüquf əməlini ixtiyari şəkildə yerinə yetirsin. Bu halda onun vəzifəsi nədir?

Cavab. Qeyd olunan surətdə onun zəhməthaqqı ilə olan niyabət həcci kifayət deyildir və zəhməthaqqı almağa haqqı yoxdur. Gərək müzd üçün əcir etmiş şəxsə müraciət etsin və ya onun icarə vaxtı qurtarmış müəyyən bir zaman üçün təyin edilməmişdirsə, niyabət həccini yenidən düzgün şəkildə yerinə yetirməlidir.

 

Sual 7. Rəhmətlik atam demişdi ki, böyük oğlum (yəni mən) mənim əvəzimə naib olaraq Məkkəyə getsin. İndi isə mənə çatan irs vasitəsilə müstəti olmuşam, amma indiyə qədər öz payımı pula çevirə bilməmişəm. Bu halda atamın niyabəti ilə həcc edə bilərəmmi?

Cavab. Sizin üçün maddi cəhətdən istitaətin hasil olduğunu fərz etsək (hətta sizə çatmış irsin vasitəsilə olsa da), əgər onu satmaq və həcc xərclərinə sərf etmək imkanınız vardırsa, gərək özünüz üçün həcc yerinə yetirəsiniz və sonradan atanızın niyabətilə həccə gedər və ya başqa bir şəxsi naib tutasınız.

 

Sual 8. Həcc boynunda olan bir qadın vəsiyyət etmişdir ki, onun qoyub getdiyi irsin əslindən onun üçün “bələd həcci” (öz vəsiyyətinə uyğun şəkildə) yerinə yetirilsin. Vəsiyyət olunmuş şəxs üçün can, mal və istitaət üçün lazım olan başqa şərtlər sabitdir. Yalnız növbəyə ad yazdırmaqda iştirak etmədiyinə görə (və o da üzrlü səbəbə görədir) istitaət üçün yolu yoxdur. Bu şəxs niyabət həcci yerinə yetirə bilərmi?

Cavab. Əgər vəsi əvvəllər müstəti deyildisə və indi də onun üçün yol açıq deyildisə və hal-hazırda onun istitaəti yoxdursa, niyabət həcci üçün əcir tutula biləcəkdirsə, amma əgər əcir olmadan özünü miqata çatdırarsa, niyabət həcci yerinə yetirə bilməz və özü üçün həcc əməllərini yerinə yetirməlidir.

 

Sual 9. Əgər naib tutan və ya onun yerinə naib tutulan şəxslər niyabət vaxtı bilsələr ki, naib üzrlü şəxslərdəndir, amma onu bilərəkdən naib tutsalar; birinci, niyabətin zəhməthaqqısı halaldırmı? İkincisi, onun niyabət həcci düzdürmü və İslam həccindən və ya qeyri-İslam həccindən (onun tərəfindən naib olmuş şəxs üçün) kifayət edərmi?

Cavab. Əgər o şəxs üzrlü olaraq naib tutulmuşdursa, zəhməthaqqı almağa haqqı yoxdur və onun əməlləri kifayət etməz.

 

 

  1034
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Fürsətlərdən istifadə edək ki, İlahi əzab gəldikdə möhlət verilməyəcəkdir
      Bakıda mübarək Ramazan ayının ilk günü və niyyət gecəsinin tarixi açıqlandı
      Pakistanda Şiə jurnalist oğurlandı daha bir Şiə isə Şəhid edildi
      Həzrət Əlinin (ə) son anlarında İmam Həsən (ə) və İmam Hüseynə (ə) vəsiyyəti
      Lütfən, Qədir-Xum xütbəsini tam şəkildə bəyan edin.
      Həzrət Zeynəbin (s) dəfn yeri hansı ölkədədir?
      Peyğəmbərə (s) görə salamın əhəmiyyəti nədir?
      Həzrət Müslim kim idi?
      Ayətullah Behcətin (rəhmətullahi əleyh) dediyi “bu əsrin qocaları da imam Zaman ...
      Nə üçün Peyğəmbərin(s) xəstə olduğu müddətdə İmam Əli (ə) hətta bir dəfə belə ...

 
user comment