Azəri
Tuesday 19th of March 2019
  699
  0
  0

MÜXTƏLİF HÖKÜMLƏR

MÜXTƏLİF HÖKÜMLƏR

271- Sual: Sufilik məclislərinə iştirak etməyin, xaniqaha və onların əzadarlıq məclislərinə getməyin hökmü nədir?

Cavab: Xaniqaha getmək, sufilərin məclis və proqramlarında iştirak etmək, (onlar hüseyniyyə adlandırdığı mərkəzdə İmam Hüseyn (ə) üçün əzadarlıq və Əmirəl- möminin Əli (ə) zikri və şənindən desələr belə), onlara maddi yardım göstərmək, onlarla əməkdaşlıq etmək, onların ölülərinin məclislərində hazır olmaq, onlardan hədiyyə almaq bidət və haramdır. Bu növ işlərdən ciddi şəkildə çəkinin. Başqalarını da bu işlərlə bağlı çəkindirin və onların azğınlığı barədə məlimat verin.

272- Sual: Təəssüflər olsun ki, bəzi toy məclislərində şərab istifadə olunur. Bu cür məclislərdə şərab içmədən iştirak etmək cayizdirmi?

Cavab: Şərab içilən məclislərində iştirak etmək haramdır.

273- Sual: Siqaret çəkməyin hökmü nədir?

Cavab: Əgər çəkərkən ciddi və qısa bir müddət içərisində zərəri olarsa, cayiz deryil.

274- Sual: Seçki namizədlərini tənqid etmək və onların mənfi tərəflərini başqaları üçün açığlamağın hökmü nədir?

Cavab: Səs vermək və məsləhət məqamında olduğu surətdə ancaq onun fəaliyyətləri sahəsinə aid olan zəif nöqtələri bəyan etməyin işkalı yoxdur. Amma möminə qarşı töhmət, təhqir və hörmətsizlik etmək haramdır.

275- Sual: İlin axır çərşənbəsində partlayıcıların işkalı varmı?

Cavab: Hər şəkildə möminləri əziyyət etmək, narahatçılıq törətmək və qorxutmaq haramdır.

276- Sual: Naçarlıqdanharam musiqilər səsləndirilən bir yerdə olaramsa, təklifim nədir?

Cavab: Bilməlisiniz ki, musiqiyə qulaq asmaq və musiqini eşitmək haramdır. Amma qulağa dəyməsi haram deyil. Buna görə zərurət halında orada dayanmağın maneəsi yoxdur. Musiqiyə qulaq asmasın. Baxmayaraq ki, musiqi onun qulağına çatır.

277- Sual: Ağrısı çox olan əlacsız xəstələrin özünü öldürməsinə kömək etməyin hökmü nədir?

Cavab: Özünü öldürmək və ona kömək etmək hər surətdə haramdır. Narahatçılıq və şiddətli dərd özünü öldürməyi cayiz etmir.

278- Sual: Sifətimdə çıxan tüklər azdır və gözəl görünmürəm. Üzümdəki tüklərin daha yaxşı çıxması üçün üzümü dibdən vura bilərəm?

Cavab: Əgər saqqal deyilərsə onu qırxmaq cayiz deyil. Əlbəttə üzünüzün tüklərini uzatmaq da lazım deyil. Əksinə maşınla islah edirsinizsə, qalan miqdara saqqal deyilirsə, kifayət edər.

279- Sual: Əgər bir şəxs desə, filan işi gör günahı mənim boynuma. O işi görən şəxsin günahı varmı?

Cavab: Pis işləri görən şəxs günahkardır. Digəri də əmr etdiyinə və ya təşviq etdiyinə görə günah edibdir.

280- Sual: Əgər ərli qadın qeyri şəri bir əmələ düçar oldu və sonra peşiman olsa və tövbə etsə, Aya öz ərinə deyib onun razılığını alsın?

Cavab: Ona vacibdir bu çirkin əməldən tövbə etsin. Onu digərlərinə hətta ərinə belə deməkdən ciddi şəkildə çəkinsin.

281- Sual: Xanımlar üçün xal döydürmənin hökmü nədir?

Cavab: Əgər mühüm zərəri olmasa, işkalı yoxdur. Amma zinət sayıldığı üçün naməhrəmlərdən örtməlidir.

282- Sual: Qeyri şəri uşağı abort etdirməyin hökmü nədir?

Cavab: Cayiz deyil.

283- Sual: Axır vaxtlar bəziləri Məsumlarla məxsusən İmam zaman (ə.c) lə əlaqəsi olduğunu iddia edirlər. Bəziləri də o həzrət tərəfindən kütlə üçün xəbərləri olduğunu vurğulayırlar. Bu iddiaları qəbul etmək və yaymağın hökmü nədir?

Cavab: Rəvayətlərə əsasən bu cür iddiaları nisbət təkzib etməyə əmr edilmişik. Möminlər onu qəbul etməkdən və yaymaqdan çəkinsinlər.

284- Sual: Müstəhəbbi sədəqələri və kəffarələri seyyidlərə vermək olarmı?

Cavab: Müstəhəbbi sədəqələri seyyidlərə vermək olar. Amma qeyri seyyidin kəffarəsini seyyidə verməyin.

285- Sual: İmam zaman (ə.c) in mübarək adını eşidəndə ayağa qalxmaq vacibdir?

Cavab: Qalxmaq müstəhəbdir, və bir rivayətdə belə nəql olunub ki, İmam Rza (ə) İmam Zaman (ə.c)in adını eşidəndə ayağa qalxdı və ehtiram üçün əlini başının üstünə qoydu.

286- Sual: Evdə sədəqə ünvanı ilə kənara qoyduğumuz puldan borc kimi götürə bilərik?

Cavab: Qeyd edilən pul fəqirə verilmədən öncə malikin öz malıdır. Və onda təsərrüf edə bilər.

287- Sual: Duaların bəzi qismətlərini təkrar etməyin hökmü nədir?

Cavab: Çalışın Məsum imamlardan yetişən duaları, bizlərə nəql olunan şəkildə oxuyun.


 

 

 

 

 

QURANIN HÖKÜMLƏRİ

288- Sual: Əgər Quran bilməyərəkdən insanın əlindən düşərsə vəzifəsi nədir və kəffarəsi varmı?

Cavab: Kəffarəsi yoxudur, amma tez bir halda Quranı götürüb və ehtiram etməlidir.

289- Sual: Üstünndə Quran olduqda tualetə getmək olarmı?

Cavab: Əgər Qurana hörmətsizlik olmasa, məsələn Quran paltarın cibində olsa və düşmə ehtimalı olmasa, işkalı yoxdur.

290- Sual: Xanımların aylıq adət günlərində Quran oxumaqlarının hökmü nədir?

Cavab: Vacibi səcdə ayələrindən başqa Quranın digər ayələrini oxumaq, adət günlərində məkruhdur. Yəni savabı azdır.

291- Sual: Üzərində quran ayələri və hədislər olan qəzetlərin üstündə oturmaq və ya onları maşının aşağısına sərməyin hökmü nədir?

Cavab: Əgər bilsə ki, Quran ayələri və müqəddəs adlar onların üstündə yazılıb, ayaq altına sərməyi və üstündə oturmağı haramdır.

292- Sual: Vaxtı az olan tələbələrə gündə nə qədər quran oxumağı məsləhət görürsünüz?

Cavab: Əziz tələbələr hər gün Qurandan bir neçə ayə oxumaqla və onların mənasına diqqət etməklə öz əlaqələrini Quranla gücləndirə bilərlər. Öz dilinizdə azı bir səhifə davamlı surətdə Quran təfsiri hər gün mütaliyə etmək, Quran maariflərinə yiyələnmək üçün əlverişlidir. Xatırladırıq ki, müstəhbdir əlli ayə hər gün oxunsun.

293- Sual: Köhnəlmiş və istifadə edilməyən Quranı yandırıb və ya dəfn edə bilərikmi?

Cavab: Onu yandırmaq haramdır. Amma pak bir yerdə, hörmətsizlik olmamaq şərti ilə dəfn edə bilərsiniz.


 

YAXŞILIQLARA ƏMR ETMƏYİN VƏ

PİSLİKLƏRDƏN ÇƏKİNDİRMƏYİN HÖKÜMLƏRİ

294- Sual: Yaxşılıqlara özü əməl etməyən və günaha düçür olan şəxsin haqqı vardırmı, başqalarını əmr və nəhy etsin?

Cavab: Bəli, ona da vacibdir ki, şərayit hazırdırsa, yaxşılıqlara əmr və pisliklərdən çəkindirsin. Amma bilməlidir ki, sözünün digərlərinin qəlbində təsir etməsi, onun rəftar və davranışına bağlıdır. Və o öz əməli ilə daha yaxşı bu məqsədə çata bilər.

295- Sual: Yaxşılıqlara əmr etməyin və pisliklərdən çəkindirməyin şərayiti nədir?

Cavab: 1- Əmr edən və çəkindirən gərək yaxşılığı və pisliyi tanısın.

2- Əmr etmənin və çəkindirmənin onda təsir edəcəyi ehtimalını versin.

3- Əmr etmənin və çəkindirmənin (canla, malla və abırla bağlı) bir fəsadı olmamış olsun.

4- Yaxşılığı tərk edən şəxs və pisliyi əncam verən şəxs öz əməlinin davamına israrlı olsun.

296- Sual: Yaxşılıqlara əmr etmək və pisliklərdən çəkindirmək, yaxşılıqlardan və pisliklərdən kifayət qədər agahlığı və tanıması olmayan şəxsə vacibdir?

Cavab: Xeyir, vacib deyil. Amma səhvə yol verməməsi üçün yaxşılıqlara əmr etməyin və pisliklərdən çəkindirməyin məsələ və şərayitini öyrənməlidir.

297- Sual: Əgər bir şəxs bir əməli edir ki, mənim mərcəyi təqlidim onu haram bilir, amma onun mərcəyi təqlidinin nəzərində icazəlidir, onu qeyd edilən əməldən çəkindirməliyəm?

Cavab: Xeyir, bu xüsusda onu çəkindirməyin mənası yoxdur.

298- Sual: Yaxşılıqlara əmr etmək və pisliklərdən çəkindirmək fərizəsində bir dəfə xatırlatmaq kifayətdir yoxsa bir neçə dəfə təkrar etmək lazımdir?

Cavab: Əgər xatırlatmanın təkrarında təsirin ehtimalını verirsə, gərək təkrar etsin.

299- Sual: Əgər insanın ata- anası günaha düçür olurlarsa, onları pisliklərdən çəkindirmək hörmətsizlik sayılmır?

Cavab: Xeyir, onları pisliklərdən çəkindirmək, şəraitin olduğu təqdirdə, övlada vacibdir. Əlbəttə çalışıb bu işi yumuşaq dil və gözəl əxlaqla yerinə yetirsin və bu onlara hörmətsizlik sayılmır və əgər təsir etməsə başqa vəzifəsi yoxdur.

300- Sual: İslam hakimiyyəti zamanında, əgər polis ictimaii pisliklər və fəsadlarla mübarizədə özündən lazımı ciddiliyi göstərməzsə, cəmiyyətin vəzifəsi nədir?

Cavab: Bu vacib, şəraiiti hazır olduqda heç şəxsin boynundan düşmür, yalnız  başqaları bu vacibə əməl etdikləri təqdirdə digərlərinin boynundan götürüləcəkdir.

  699
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Doğrudur ki, şiə alimləri deyirlər: Peyğəmbər Ayişənin altı yaşında olanda onunla ...
      Sizin bu hədis barəsində “ Əgər mələklər arasında ixtilaf olarsa, Cəbrail həzrət ...
      Quran-Kərimdə və rəvayətlərdə acizlər haqqında nümunələr varmı? Bu nümunələrin qeyd ...
      Salam. Çadranın ən üstün örpək olmasına Qurandan bir sübut bir ayə varmı?
      varlığın vəhdəti və mövcudun vəhdəti nə deməkdir? Ərəfə duasının sonunda deyilən ...
      Quranın təhrif olunmamasını necə təsəvvür etmək olar halbuki, ərəb dilində səslərin ...
      Ər- rəhman surəsinin 33 cü ayəsində fövqəladə güc və sultandan məqsəd nədir? Bir ...
      Nə üçün Allah təala Quranda « إنّ مع العسر يسراً » “İnnə məəl usri ...
      Həzrət İsanın (ə) həyatda olmasını nəzərə alsaq, nə üçün Quran isa (ə) barəsində ...
      : Hansı suri bu mətləbi açıqlayır ki, bizim elmimiz dəniz suyunun bir damcısından da ...

 
user comment