Azəri
Tuesday 26th of March 2019
  531
  0
  0

İRSİN HÖKÜMLƏRİ

İRSİN HÖKÜMLƏRİ

261- Sual: Övladlar ata və analarının diri vaxtlarında, onlara aldıqları əşyaları onların vəfatından sonra özləri üçün götürə bilərlərmi?

Cavab: Əgər qeyd olunmuş əşyaları ata ya analarına bağışlıyıb və onların ixtiyarında qoyubsa, onların mülküdür və vəfatlarından sonra digər malların hökmündədir.

262- Sual: Vərəsəsi olmayan insanın ölümündən sonra, qonşuları onun malını yas mərasiminə xərcliyiblər. Onların bu əməlləri səhihdir?

Cavab: Varissiz şəxsin varisi İmam (ə) və qeybət zamanında camiüş- şərait müctehiddir. Əgər müctehidin icazəsi olmadan xərclənibsə, xərc edən zamindir və gərək müctehiddən razılıq əldə etsin.

263- Sual: Atam cavanlıqda vəfat edibdir, biz babamızın malından əmilərimiz ilə birgə irs aparırıqmı?

Cavab: Əgər sizin atanız atasından (uşaqların babasından) qabaq vəfat edibsə, babanızdan sizə irs çatmır.

264- Sual: Aya vəsiyyət edən giriftarçılıq və problemlər üzündən vəsiyyət etməyini başqasına həvalə edə bilərmi?

Cavab: Vəsiyyət edən şəxs vəsiyyət işlərinin əncamı üçün başqa bir şəxsə vəkillik verə bilər. Amma vəsilik məsuliyyətini başqasına həvalə etməyi səhih deyil.

QƏTLƏ YETİRİLƏN ŞƏXSİN DİYƏSİNİN İRSİ

265- Sual: Qadının ərinin qisasını almaq haqqı olmamasını nəzərə alaraq, onun diyəsindən irs aparırmı?

Cavab: Bəli. Qadın ərinin başqa malları kimi diyədən də irs aparır.

266- Sual: Sığorta şirkətindən və ya qatil tərəfindən qətlə yetirilmiş şəxsin ailəsinə verilən qan pulu hansı yolda xərclənməlidir?

Cavab: Diyə meyyitdən qalan başqa mallar kimi onun vərəsəsinə yetişir. Vərəsələrdən hər biri istədikləri təqdirdə öz səhimlərini meyyit üçün xeyirli işlərdə xərcləyə bilərlər.

267- Sual: Qatil qohum olduğu qətlə yetirdiyi şəxsdən irs aparırmı?

Cavab: Bilərəkdən öldürübsə, onun heç bir malından irs aparmır. Şibh əmd[1] və ya xəta qətlində isə qatil diyədən irs aparmır.

268- Sual: Bilərəkdən, şibhi əmd və xəta qətillərində diyə kimlərə çatır?

Cavab: Şibh əmd və xəta qətillərində diyə bütün vərəsələrə çatır. Bilərəkdən öldürmədə, əgər diyəyə sülh olubsa, bütün vərəsələr hətta ər və arvad belə bir- birindən irs aparır. Qeyd etməliyik ki, diyə meyyitin malı hökmündədir. Gərək meyyitin borcları vəsiyyətləri ondan çıxarılsın.

HÜDUDUN HÖKÜMLƏRİ

269- Sual: Müttəhimlərdən bəziləri hədd ya cəza hökmünün çıxarışından sonra peşiman olub, öz günahından tövbə edirlər, bu tövbə həddin aradan qalxmasına səbəb ola bilərmi?

Cavab: Qeyd edilən tövbə və peşimanlığın həddin aradan götürülməsində təsiri yoxdur. Yalnız cinayət iqrarla (özünün etirafı ilə) sabit olmuş olsa, bu təqdirdə qazi əfv edə bilər, Amma tövbə qazinin yanında hazır olmamışdan qabaq, anjaq haqqullahda, həddin aradan götürülməsinə səbəb ola bilər.

270- Sual: Möhsinə zinasına[2] düçar olan şəxs, özünü öldürə bilərmi?

Cavab: Özünü öldürmək hər halda haramdır. Tövbə qapısı həmişə açıqdır.




[1] - Qatil öldürmək məqsədi olmadan və adətən ölümə səbəb olmayan alətlə birşəxsi vura və təsadüfən o şəxs ölə, bu qətlə şibhi əmd qətli deyilir.

[2] - Həyat yoldaşı olan qadınla yaxınlıq etmək və həmçinin həyat yoldaşı olan kişinin zina etməsi.

  531
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Doğrudur ki, şiə alimləri deyirlər: Peyğəmbər Ayişənin altı yaşında olanda onunla ...
      Sizin bu hədis barəsində “ Əgər mələklər arasında ixtilaf olarsa, Cəbrail həzrət ...
      Quran-Kərimdə və rəvayətlərdə acizlər haqqında nümunələr varmı? Bu nümunələrin qeyd ...
      Salam. Çadranın ən üstün örpək olmasına Qurandan bir sübut bir ayə varmı?
      varlığın vəhdəti və mövcudun vəhdəti nə deməkdir? Ərəfə duasının sonunda deyilən ...
      Quranın təhrif olunmamasını necə təsəvvür etmək olar halbuki, ərəb dilində səslərin ...
      Ər- rəhman surəsinin 33 cü ayəsində fövqəladə güc və sultandan məqsəd nədir? Bir ...
      Nə üçün Allah təala Quranda « إنّ مع العسر يسراً » “İnnə məəl usri ...
      Həzrət İsanın (ə) həyatda olmasını nəzərə alsaq, nə üçün Quran isa (ə) barəsində ...
      : Hansı suri bu mətləbi açıqlayır ki, bizim elmimiz dəniz suyunun bir damcısından da ...

 
user comment