Azəri
Monday 22nd of April 2019
  644
  0
  0

MÜXTƏLİF AİLƏ HÖKÜMLƏRİ

MÜXTƏLİF AİLƏ HÖKÜMLƏRİ

245- Sual: Övladlığa götürülmüş uşaq məhrəmdir?

Cavab: Övladlığa götürülmüş uşaq məhrəm deyil. Süd vermək, evlənmə əqdi və ya məxsus şərait əsasında məhrəm olur.

246- Sual: Övladını tərbiyə etmək üçün bir şəxs qayış və başqa şeylərlə onu tənbih edir. Onun yeri uşağın bədənində qaralır. Bu iş şəri cəhətdən cayizdir?

Cavab: Uşağı ədəbləndirmək ataya lazımdır. Əgər ədəb etmək üçün vurmaqdan başqa bir yol yoxdursa, işkalı yoxdur. Amma şəriətin göstərişi budur ki, tənbih diyəyə səbəb olmamalıdır. Əgər elə vursa ki, uşağın bədəni qırmızı və ya qara olsa və ya qan gəlsə, haramdır. Günah edib və diyə verməlidir. Xatırlatmaq istəyirik ki, qeyd edilən şəkildə çoxlu tənbih etməyin əks nəticəsi olur.

247- Sual: Müvəqqəti əqd ilə dünyaya gələn uşaq kimə məxsusdur?

Cavab: Dayimi əqd ilə dünyaya gələn uşaq kimidir. Şəri ata və anasına aiddir. Bir- birindən irs də aparırlar. Onun nəfəqə və xərcləri də atasının öhdəsinədir.

248- Sual: Kişinin evləndikdən sonra ələ gətirdiyi malda qadın da şərikdirmi?

Cavab: Qadın və kişi öz gəlirlərinin sahibidirlər. Onlardan heç biri digərinin malına şərik deyillər.

249- Sual: Ərin ata- anasından itaət etmək gəlinə vacibdir?

Cavab: Gəlin üçün onlardan itaət etmək vacib deyil. Amma münasibdir onlarla hörmətsizliyə və ixtilafa səbəb olan formada davranmasın.

250- Sual: Qadın və kişi cinsi təhriklənmə üçün seks filmlərinə baxa bilərlərmi?

Cavab: Bu növ filmlərə tamaşa etmək hamı üçün haramdır.

251- Sual: Şəxsin öz qadınının əli və ya bədəni ilə oynaması surətində (cinsi yaxınlıq olmadığı təqdirdə) ondan maye xaric olarsa, bu istimna hesab olurmu?

Cavab: Sualda qeyd edilən surətdə mayenin xaric olması haram deyil.  


 

 

 

 

 

MƏHRƏM VƏ NAMƏHRƏM

252- Sual: Xanımlar üçün corab geymək vacibdir?

Cavab: Bəli, xanımlar naməhrəmin qarşısında öz ayaqlarının üzərini örtməlidirlər. Bu cəhətdə namaz və qeyri namaz vaxtı fərq etmir.

253- Sual: Xanımların evdən xaricdə dar mantolar ilə görsənmələrinin hökmü nədir?

Cavab: Xanımlar bədənlərini nümayiş etdirən və fəsada səbəb olacaq paltarlarla naməhrəmlərin qarşısında görsənmələri cayiz deyil.

254- Sual: Müalicə edən həkim, xəstəyə məhrəmdirmi?

Cavab: Həkim xəstəyə məhrəm deyil. Ancaq müalicə, baxmağa ya əl sürtməyə bağlı olan, yerlərdə həkim zərurət miqdarında baxa ya toxuna bilər. Amma əgər əlcək ilə toxunmaq mümkünsə, birbaşa toxunmaq olmaz.

255- Sual: Naməhrəmin, qadının namazda örtülməsi vacib olmayan hissələrinə (yəni ayağın üstü topuğadək) baxması haramdır?

Cavab: Bəli, Kişinin naməhrəmin ayağının üstünə baxması haramdır. Namaz qılarkən bir qadın bilsə ki, naməhrəmlər bunu görə bilər, ayağının üstünü örtməlidir.

256- Sual: Bildiyimiz kimi universitetlərdə qız və oğlanların sinifi birgə olur. Təbii şəkildə fərqinə varmadan adamın gözü naməhrəm qızlara düşür, bunun hökmü nədir?

Cavab: Fərqinə varılmayan və ləzzət qəsdi olmayan baxışın işkalı yoxdur.

257- Sual: Dərs kitablarında qeyri musəlman kişi və qadınların yarı çılpaq şəkillərinə  baxmaq cayizdirmi?

Cavab: Əgər ləzzət qəsdi olmasa və fəsada səbəb olmasa, işkalı yoxdur.

258- Sual: Kafir qadınların tükünə, üzünə və əllərinə baxmaq cayizdirmi?

Cavab: Ləzzət və harama düşmək qorxusu olmayan halda və adətən örtülməyən yerlər olarsa, işkalı yoxdur.

259- Sual: Sonradan evlənəcəyim nişanlıma baxmağın hökmü necədir?

Cavab: Daimi ya müvəqqəti əqd oxunmayıbsa, sizin üçün nişanlınız ilə başqa naməhrəmlərin fərqi yoxdur. Ləzzət və şəhvət qəsdi ilə baxmaq da cayiz deyil.

SİLEYİ RƏHİM

(QOHUM ƏQRƏBA İLƏ

ƏLAQƏ YARATMAQ)

260- Sual: Ata və ananın öz qohumları ilə araları dəydiyi və əlaqələrini kəsdiyi təqdirdə, övladların vəzifəsi nədir?

Cavab: Övladlar öz vəzifələrinə əməl etməlidirlər, yalnız onların getməsi valideyinlərin qəzəbinə və əziyyətinə səbəb olduğu təqdirdə, məktub ya telefon ilə sileyi rəhim edə bilərlər.


  644
  0
  0
امتیاز شما به این مطلب ؟

آخرین مطالب

      رحم خدا در برزخ و قيامت‏
      روزگار امام دوازدهم
      امام زمان (عج) فريادرس انسان‏‌ها
      سیمای حضرت علی اکبر (ع)
      ياد پدر و مادر در نمازهاى يوميه‏
      تربيت در آخر الزمان
      حق خداوند متعال بر بنده
      آیه وفا
      توسّل اميرمؤمنان(ع) به سيّدالشهداء(ع)
      مقام شكر از منظر امام حسین(ع)

بیشترین بازدید این مجموعه

      مبعث پیامبر اکرم (ص)
      ازدواج غير دائم‏
      میلاد امام حسین (علیه السلام)
      آیه وفا
      اسم اعظمی که خضر نبی به علی(ع) آموخت
      یک آیه و این همه معجزه !!
      شاه کلید آیت الله نخودکی برای یک جوان!
      حاجت خود را جز نزد سه نفر نگو!
      فضيلت ماه شعبان از نگاه استاد انصاريان
      افزایش رزق و روزی با نسخه‌ امام جواد (ع)

 
user comment