Azəri
Monday 18th of March 2019
  464
  0
  0

Xəlifələrin QUR`AN və sünnənin buyurduqlarI müqabilində şəxsi rə`ylərində nümunələr

Xəlifələrin QUR`AN və sünnənin buyurduqlarI müqabilində şəxsi rə`ylərində nümunələr

1-Allah-taala «Həşr» surəsinin 7-ci ayəsində buyurur:

مَا آتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاكُمْ عَنْهُ فَانتَهُوا

"Peyğəmbər sizin üçün hər nə gətiribsə, onu (hökmü) əxz edin və hər şeydən çəkindiribsə, (ondan) çəkinin."

«Nəhl» surəsinin 3-4-cü ayəsində buyurur:

وَمَا يَنطِقُ عَنِ الْهَوَى   إِنْ هُوَ إِلَّا وَحْيٌ يُوحَى

"Peyğəmbər heç vaxt həvayi-nəfs üzündən danışmır. Ona nazil olanlar vəhydən başqa bir şey deyildir."

«Nəhl» surəsinin 44-cü ayəsində buyurur:

وَأَنزَلْنَا إِلَيْكَ الذِّكْرَ لِتُبَيِّنَ لِلنَّاسِ مَا نُزِّلَ إِلَيْهِمْ وَلَعَلَّهُمْ يَتَفَكَّرُونَ

"Biz bu Zikri (Qur`anı) sənə nazil etdik ki, camaat üçün nazil olanları, onlara aşkar şəkildə bəyan edəsən, bəlkə təfəkkür edələr."

Peyğəmbəri Əkrəm ¡ müsəlmanları öz hədisinin yazılıb-yayılmasına təşviq edib tə`kidlə göstəriş verirdi ki, onu yazsınlar. Amma xəlifələr ictihad edərək (!) Peyğəm bər hədisinin yayılmasının qarşısını alır, onun yazılma sı nı qadağan edir və onların bu ictihadı islam hökm lərin dən biri kimi hesab olunurdu! Sonra xəlifələrin bu kimi təd birlərini dəstəkləmək üçün Peyğəmbərin dilin dən rəvayət et miş lər ki, o həzrət guya öz hədisinin yazıl ma sı nı qadağan et miş dir! Vəziyyət bu minvalla davam etmiş və təq ribən 90 il müddətində Peyğəmbər hədisinin yazılmasını mü səl man la ra qadağan etmişlər. Nəhayət, Ömər ibni Əbdül-Əziz xila fə tə çatıb Peyğəmbər hədisinin yayılmasına dair fər man verdi və xəlifə məktəbinə tabe olan müsəlmanlar Pey ğəmbər hədi si ni yazmağa başladılar. Məhz bu zaman müs nəd lər, sihahlar, mü sən nəfatlar yazılmağa başladı.

2-Allah-taala «Ənfal» surəsinin 41-ci ayəsində buyurur:

وَاعْلَمُواْ أَنَّمَا غَنِمْتُم مِّن شَيْءٍ فَأَنَّ لِلّهِ خُمُسَهُ وَلِلرَّسُولِ وَلِذِي الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينِ

"Bilin ki, sizin qənimətlərinizin xümsü Allaha, Peyğəmbərə, onun qo hum larına... məxsusdur."

Peyğəmbəri Əkrəm ¡ öz həyatında bu hökmə əməl edə rək onun əsasını qoymuşdur. Lakin, xəlifələr ictihad edə rək Peyğəmbərlə onun yaxın qohum-əqrəbasının payını ixtisara saldılar və onu silah və minik almağa xərclədilər, bu da onların islam hökmlərindəki ictihadı hesab olundu.

3-Allah-taala «Bəqərə» surəsinin 196-cı ayəsində buyurur:

 فَمَن تَمَتَّعَ بِالْعُمْرَةِ إِلَى الْحَجِّ

"Hər kəs təməttö ümrəsi ilə birgə həcc  edərsə..."

Peyğəmbər ¡ öz həyatında təməttö ümrəsini sünnə ola raq qoyub getdi, müsəlmanlar da «Vida həcci»ndə ona əməl et di lər. Lakin xəlifələr sonralar ictihad edərək, təməttö üm rəsini qa da ğan etdilər və yalnız ifrad həccini yerinə ye tir məyə dair gös tə riş verdilər. Sonralar da onların bu ic ti hadı islami bir hökm halına düşdü. Xəlifələrin tədbir lə rini təsdiqləmək üçün Peyğəmbər ¡-in dilindən rə va yət edib, dedilər ki, o həzrət ifrad həccini yerinə yetir mə yə dair göstəriş vermiş və təməttö ümrə si ni qadağan et miş dir. Müsəlmanlar da bundan sonra həcci ümrə siz olaraq ye ri nə yetirmişlər. Bu üslub indiyə qədər də bə`zilərinin nə zə rində bir qanun kimi qalmışdır.

4-Mütəal-Allah «Nisa» surəsinin 24-cü ayəsində buyurur:

مُسَافِحِينَ فَمَا اسْتَمْتَعْتُم بِهِ مِنْهُنَّ فَآتُوهُنَّ أُجُورَهُنَّ فَرِيضَةً

"Müt`ə (müvəqqəti izdivac) etdiyiniz qadınların mehriyyəsini verin."

Peyğəmbəri Əkrəm ¡ nisa müt`əsinin (müvəqqəti ev lən məni) bir sünnə olaraq qanun halına salmış və müsəl man lar o həzrətin sağlığında ona əməl etmişdilər, lakin xə li fələr ictihad edərək müvəqqəti izdivacı haram etmiş və on ların bu ictihadları islami bir hökm halına salın mış dır! Sonra da Peyğəmbərin dilindən rəvayət etmişlər ki, gu ya o həzrət müvəqqəti evlənmənin qadağan etmişdir. Xüləfa mək tə binin ardıcılları indiyə qədər müvəqqəti izdivacdan çə ki nirlər!

5-Allah-taala «Maidə» surəsinin 97-ci ayəsində buyurur:

جَعَلَ اللّهُ الْكَعْبَةَ الْبَيْتَ الْحَرَامَ قِيَامًا لِّلنَّاسِ

"Allah Kə`bəni – Beytül-Həramı camaatın qiyam yeri qərar ver miş dir."

Yə`ni Məkkə və onun ətrafını əmin-amanlıq hərəmi qərar ver mişdir. Peyğəmbəri Əkrəm ¡ də hərəmin hüdud ları nı tə`yin etmiş və onu sünnə kimi bəyan etmişdir. Lakin xə li fələr ictihad edərək Kə`bənin hörmətini pozmuş və ora nı mancanaqla atəşə tutmuşlar!

6-Mütəal-Allah «Şüəra» surəsinin 23-cü ayəsində buyurur:

قُل لَّا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِي الْقُرْبَى

"Mən öz risalətim müqabilində sizdən, ən yaxın adamlarıma (Əhli-bey timə) məhəbbət bəsləməkdən başqa heç bir şey istəmirəm."

Peyğəmbəri Əkrəm ¡ dəfələrlə öz Əhli-beyti barə sin də tövsiyələr etmişdir. Lakin xüləfalar ictihad etmiş və Peyğəmbər övladlarını, onun Əhli-beytini öldürmüş, həbs et miş və əsarətə almışlar!

Bu kimi çoxlu hökm və sünnələri Allah və Onun Peyğəm bə ri sünnə halına salmış, lakin xəlifələr ictihad edərək onla rın əksinə hökm vermişlər. Onların bu ictihad la rı da çox hallarda islami bir hökm halına salınmış, xü lə fa mək tə binin ardıcılları olan bu müsəlmanlar bu hökm lə rə tabe ol muşlar! Bizim qeyd etdiklərimiz də sadəcə nümu nə lər idi və biz onları sayıb qurtarmaq əzmində deyilik. Ta rix çilər xə li fə lərin çoxlu digər ictihadlarını «ovlə viy yət lər» ad lan dırmışlar. Misal üçün, Süyuti öz «Tarix» kita bın da Ömə rin övləviyyətlərini bəyan edərkən deyir. «O, ilk şəxs idi ki Ramazan ayının nafilə namazının camaatla qı lın ma sı nı sünnə halına saldı və onu «Təravih» adlan dır dı!»[1]

«O, müt`əni haram edən ilk şəxs idi! Həmçinin, ilk şəxs idi ki, camaatı meyyit namazına dörd təkbir deməyə vadar et mş dir!»[2]

«O ilk şəxs idi ki, mirasda ovl qərar vermiş di!»[3]

O, Osmanın övləviyyətləri barəsində yazır: «O ilk şəxs idi ki, torpaq sahələrini və abadlıqları başqalarının ix ti yarına vermişdi. Misal üçün, Fədəki Mərvanın övlad la rı na bağışlamışdı. Həmçinin, ilk şəxs idi ki, qoruq tə`yin et mişdir. Misal üçün, Rəbəzəni özü üçün qoruq qərar ver miş dir!»

Müaviyənin övləviyyətləri barəsində isə belə yazır: «O ilk şəxs idi ki, cümə namazının xütbəsini oturan halda cama ata söylədi! O ilk şəxs idi ki, bayram namazında azanı bid`ət halına salmışdır! O ilk şəxs idi ki, təkbirlərin sayını azaltmışdır! Ilk şəxs idi ki, məsciddə məxsus bir yer ayırmışdı! Ilk şəxs idi ki, oğlunu özü üçün canişin və vəli-əhd tə`yin etmişdir! Ilk şəxs idi ki bu canişin li yi öz sağlığında tərtibə salmışdır!»

Ikinci xəlifə Ömər təlaq hökmü barəsində də ictihad et miş, Peyğəmbər sünnəsinin əksinə olaraq üç təlağın bir yı ğın caqda deyilməsini həqiqi təlaq qərar vermişdir![4] "Həyyə əla xeyril-əməl" cümləsini «əssəlatu xeyrun minənnovm» cüm ləsi ilə dəyişdirmişdir![5]

O, əzizlərin matəmində ağlamağı qadağan etmiş, ağlayan la rı söyüb-döy müş və təhqir etmişdir. Halbuki, Peyğəmbər ¡ onu bu işdən çəkin dir mişdi. O həzrətin özü də ölü yə ağlamış və müsəlmanlardan istə mişdir ki, həzrət Həm zə üçün ağlasınlar![6]

Həmçinin, Ömər əsr namazından sonrakı iki rəkət müs tə həb namazı qadağan etdi. Halbuki, Peyğəmbər heç vaxt onu tərk etməzdi!1

Belə ki, Osman da dörd rəkətlik namazını səfərdə tamam qılırdı. Halbuki, səfərdə şikəstə qılmaq vacibdir.2

Müaviyə də fərman vermişdi ki, Imam Əli -ı bü tün mənbərlərdə və məscidlərdə, cümə və bayram namazlarının xütbələrində lə`n etsinlər. Onun ar dıcıl ları da bu ədəti 40-cı hicri ilindən başlayaraq Ömər ibni Əbdül-Əzizin qadağan etdiyi vaxta qədər davam etdirdilər!

Xəlifə Yezid ibni Müaviyənin yerinə yetirdikləri!!!

Bəli, xəlifələrin özlərinin və xüləfa məktəbinin böyük şəxsiyyətlərinin Allahın Kitabı və Peyğəmbərin sünnəsi qarşısındakı bu cür ictihadları genişlənərək islami hökmə çevrilmiş, bə`zən tə`vil, bə`zən övləviyyat, bə`zən də ictihad ünvanı ilə artmağa başladı. Bu qızğın bazarı daha da rövnəqləndirən şey – xəlifələrin sözlərini və əməllərini dəstəkləyən saxta hədislərin rəvayət olunması idi! Aşağıdakılara diqqət yetirin!

XƏLIFƏLƏRIN ƏMƏLLƏRINƏ BƏRAƏT QAZANDIRMAQ ÜÇÜN HƏDIS RƏVAYƏT EDILMƏSI

Əvvəlki bölmədə xəlifələrin Allahın kitabı və Peyğəm bər sünnəsi qarşısında ictihadları və Islamda özlərindən ye ni hökmlər verməsi qəbilindən olan bə`zi nümunələri qeyd et dik. Bunlardan qəribəsi xülafa məktəbinin bə`zi mühəddis və ravinlərinin əməlləridir ki, Allaha yaxınlaşmaq (qür bə tən iləllah) niyyəti ilə Peyğəmbərin dilindən rəvayət et miş lər ki, guya o həzrətin özü bu ictihada fərman ver miş dir. Bu tədbirlər Müaviyənin xüləfaların siyasətini təsdiq lə mək və onlara bəraət qazandırmaq üçün qondardığı hədis lər dən tamamilə ayrıdır.[7]

Aşağıdakı misallara diqqət yetirin:

Onlar Peyğəmbəri Əkrəmdən rəvayət etmişlər ki, guya o həz rət xəlifələrin əleyhinə qiyam etməyi qadağan etmiş və on la ra itaət etməyi hər bir halda müsəlmanlara vacib et miş dir. Müslümün, Ibni Kəsirin və başqalarının Əbdüllah ib ni Ömərdən nəql etdikləri rəvayəti misal göstərmək olar ki, ora da deyilir: «Mədinə camaatı Yezidi xilafətdən çıxart dıq ları zaman Əbdüllah ibni Ömər onun ailə və övlad la rı nı çağırıb şəhadəteyni dedi və sonra əlavə etdi: Amma bə`d, biz bu kişi ilə Allaha və Onun Rəsuluna bey`ət əsasında bey` ət etmişik. Mən Peyğəmbərdən eşitmişəm ki, belə buyur muş dur: «Hər kəs itaətdən çıxsa, Qiyamət günündə Allahla heç bir höccəti olmayan bir halda görüşəcəkdir. Hər kəs öh də sində heç bir bey`ət olmayan halda ölsə, cahiliyyət dövrünün ölü mü ilə ölmüşdür. Belə isə, sizlərdən heç biriniz Yezidi iş dən çıxara bilməz! Sizlərdən heç biriniz bu işdə səh lən karlıq etməməlidir, əks halda bu iş mənimlə onun ara sın da ayrılığa səbəb olar!»1

Müslüm Hüzeyfədən rəvayət edir ki, Peyğəmbər buyur muş dur: «Məndən sonra elə imamlar gələcəkdir ki, nə mənim hi da yətimlə yol gedər, nə də mənim sünnəmə əməl edərlər. Onların arasında elə adamlar vardır ki, qəlbləri şeytan, am ma surə tləri insandır.» Soruşuldu ki, «Ya Rəsuləllah! Əgər bu zəmanəni görsək, nə edək?» Buyurdu: «Hakimin fərma nı nı eşidib itaət edərsən, hətta kürəyinə vursa, malını zor la alsa belə!»[8]

Aşağıdakı dörd rəvayəti «Səhihi-Müslüm»dən nəql edi rik:

1-Zeyd ibni Vəhəb Əbdüllahdan nəql edir ki, Peyğəmbər be lə buyurmuşdur: «Məndən sonra elə azğın şəxslər gə lə cək lər ki, onları bəyənməyəcəksiniz.» Soruşdular ki, «Ya Rəsu ləl lah! Əgər bizlərdən birimiz o zamanı görsək, nə gös tə riş ve rir siniz?» Buyurdu: «Öhdənizdə olan ları əncam verin və si zin üçün olanları istəyin.»

2-Vail Həzrəmi deyir ki, Səlmət ibni Yəzid Peyğəmbərdən so ruşdu: «Ya Nəbiyyəllah! Sizin nəzərinizə görə, əgər bizim ha kim lərimiz bizə hökmranlıq etsə və öz haqlarını bizdən is tə sə lər, bizim isə haqqımızı verməsələr, onda nə edək?» Həz rət buyurdu: «Eşidin və itaət edin. Çünki onlar öz iş lərinin, siz də öz işlərinizin məs`u lusunuz.»

3-Əbu Hüreyrə deyir ki, Peyğəmbər belə buyurdu: «Hər kəs ita ətdən çıxsa və camaatdan kənara çəkilib ölsə, cahiliyyət ölü mü ilə ölmüşdür.» Bunun oxşarını da Ibni Abbasdan nəql etmişlər.

4-Ovf ibni Malik Əşcəi deyir: Peyğəmbərin belə buyur du ğunu eşitdim: «Sizin ən yaxşı rəhbərləriniz o kəslərdir lər ki, siz onları sevirsiniz, onlar da sizi sevir; onlara sa la vat göndərirsiniz, onlar da sizə salam göndərir. Sizin ən pis rəhbərləriniz o kəslərdir ki, siz onları düşmən tutur su nuz və onlar da sizi düşmən tutur; siz onlara lə`nət edir si niz, onlar da sizə lə`nət edir.» Soruşdular ki, «Ya Rəsu ləl lah! Belə bir vəziyyətdə onlarla mübarizə etməyəkmi?» Bu yur du: «Xeyr, o zamana qədər ki, sizin aranızda namaz qı lır lar (mübarizə etməyin). Agah olun! Hər kəs bir hakimin ona hö ku mət etdiyi zaman, hər hansı bir halda Allaha qarşı ita ətsizlik etdiyini görsə, gərək onun günahından nara hat ol sun, lakin heç bir vəchlə ona itaətdən əl çəkmə məlidir.»2

Səhabələrin, tabeinlərin və onların xəlifələrinin ic ti had larını – xüsusilə islam hömlərində – müşahidə etdik və gör dük ki, onlar Allahın Kitabı və Peyğəmbər sünnəsi mü qa bilində öz şəxsi nəzərlərinə əməl etmişlər. Çünki siya sət öz hökumətlərinin mənafeyini məhz onda görüblər! Həm çinin, ay d ın oldu ki, xüləfa məktəbinin ardıcılları bu ic ti had ları və şəxs rə`yləri Allahın Kitabı və Peyğəmbər sün nə sindən olan aşkar hökmlərin müqabilində özləri üçün is lami şəriət mənbəyi götürmüş və buna görə də xüləfa mək təbinin fəqihlərindən bə`ziləri şəxsi rə`yə, qiyasa və istih sana əməl etməyi ictihadın nümünələrindən hesab et miş lər.

Xüləfa məktəbində ictihad indiyə qədər Allahın Ki tabı və Peyğəmbərin sünnəsi ilə eyni səviyyədədir və is lam şə riə ti mənbələrindən biri sayılır. Bu da onla rın Əhli-beyt mək tə bi ardıcılları ilə ixtilaflı olduğu yer lərdən iba rət dir ki, onlar heç vaxt belə ictihada və rə`yə əməl etməmiş, is lam hökmlərini yalnız Allahın Kitabı və Peyğəmbərin sün nə sindən əxz etmişlər. Belə ki, Əhli-beyt imamları da yal nız Allahın Kitabında və Peyğəmbərin sünnəsində mövcud olan ları irs aparmış və ona əməl etmişlər. Onlar öz mək tə binin fəqihlərini də Peyğəmbər sünnəsindən irs apar dıq ları əsasda tə`lim vermiş və onları şəxsi rə`yə, qiyasa, is tih sana və qeyd olunan ictihada əməl etməkdən çəkindir miş lər.

Bu, yə`ni bir tərəfdən bə`zi hökmlərdə Allahın Kitabına və Peyğəmbərin sünnəsinə əməl etmək və xüləfanın icti hadla rını boşlamaq, digər tərəfdən isə bə`zi hökmlərdə xüləfaların ictihadlarına əməl etmək və Allahın Kitabı ilə Peyğəmbər sünnəsini boşlamaq müsəlmanların arasındakı ixtilaflı hallardan biridir. Çünki, misal üçün, xəlifə Ömər ictihad edib Allahın Kitabı və Peyğəmbər sünnəsi müqabilində təməttö ümrəsini qadağan etdiyi halda, ondan sonrakı müsəlmanlar da ixtilafa düçar olmuşlar. Bə`ziləri, o cümlədən, hənbəlilər və bizim əsrin sələfiləri Allahın Ki tabı ilə Peyğəmbər sünnəsinə əməl edərək həccdə təməttö üm rə sini yerinə yetirmiş, bə`ziləri də xəlifə Ömərin icti ha dına tabe olaraq Allahın Kitabı ilə Peyğəmbər sünnəsini boş lamışlar. Bu halda ixtilafın aradan qaldırılması və mü səl manların arasında vəhdət yaradılmasının yolu han sıdır?


 



[1] «Səhihi-Buxari», «fəzlu mən qamə Ramazanə» babı, «Səhihi-Müslüm», «əttərğibu fi qiyami Ramazan» babı; «Təbəqati ibni Sə`d», Lidən çapı, 3-cü cild, səh.202; «Tari xi-Yə`qubi», 2-cild səh.140; «Tarixi-Təbəri», 5-ci cild, səh.32; «Tarixi Ibni Kəsir», 3-cü cild, səh.23

[2] «Müsnədi-Əhməd», 4-cü cild, səh.370, 5-ci cild, səh.406, «Tarixi Ibni Kəsir», 3-cü cild, səh.23 və Avropa çapı, 3-cü cild, səh.45

[3] «Müstədrəki-Hakim», 4-cü cild, səh.339

 [4] «Səhihi-Müslüm», «kitabüt-təlaq», təlaqus-səlas babı; «Müsnədi-Əhməd», 2-ci cild, səh314; «Sünəni Əbu Davud», «təlaq» kitabı, nəsxül-müraciə bə`də səlasi təli qa tin babı; «Sünəni Beyhəqi», 7-ci cild, səh.336 «Müstədrəki-Hakim», 2-ci cild, səh.196: «Sü nə ni Nəsai», cənaiz kitabı, ədədüt-təkbirat ələl-cənazə babı.

[5] «Müsənnəf», Ibni Əbi Şeybə, «Müvəttə», Malik, əl-əzanu vəttəsvib babı, həmçinin «Şərhi-Təcrid», imamət bölməsinin axırları.

[6] «Səhihi-Buxari», əbvabi cənaiz, indəl-məriz babı, həmçinin «yuəzzəbul-məyyit bi bu kai əhli əleyh» babı, «ər-rəculu yun`a ila əhlil-beyt bi nəfsih», «qovlun-Nəbi: inna bi kə ləməhzunun» babları; «Səhihi-Müslüm», «əl-buka ələl-məyyit» babı, kitabu cənaiz, «rəh mətuhu minəs-sibyan vəl-iyal» babı; «Tarixi Təbəri», «Tarixi Ibni Əsir» Əbu Bək rin ölümü bəhsləri, 13-cü ilin hadisələri; «Sünəni Nəsai», cənaiz kitabı; «Müs nədi-Əhməd», 1-ci cild, səh.335, 2-ci cild, səh.40 və səh.333; «Nəhcül-bəlağə»nin şərhi, Ib ni Əbil Hədid, 1-ci cild, səh.111;  «Istiy`ab» kitabında Həmzənin tərcümeyi-halı.

1 «Səhihi-Müslüm» mə`rifətur-rək`əteyn kanə yusəllihima bə`dəl-əsr babı, «Müvət tə», Ma lik, məvaridunnəhy ənis-səlat bə`dəs-sübhi vəl-əsr.

2 «Səhihi-Müslüm», səlatu müsafirin və qəsruha babı; «Səhihi-Buxari», ma caətit təq sir babı; «Müsnədi-Əhməd», 4-cü cild, səh.94 «Tarixi Təbəri», «Tarixi Ibni Əsir»

[7] Müaviyənin tədbirlərinin ətraflı izahı həmin kitabda qeyd olunmuşdur. Həm çi nin, «Ayişənin rolu» kitabının «Müaviyə ilə yanaşı» bölməsinə müraciət edə bi lər siniz.

1 «Tarixi Ibni Kəsir», 7-ci cild, səh.232; «Səhihi-Müslüm» və başqa kitablardan «iki məktəbin imamət barəsindəki nəzərləri» bölməsində nəql etmişik. Həmçinin, bil mək lazımdır ki, Yezidə itaət və onunla bey`ət etmək Peyğəmbərin sözünün nümu nə lə ri deyildir. O həzrətin sözünün nümunələri haqq olan imama itaət və bey`ətin səhih li yi dir ki, bu da Peyğəmbərlə bey`ət və ona itaətdən ibarətdir.

[8] Bu rəvayətin mənbəsini imamət bölməsində qeyd etdik. Bu, hədis bizim nəzə ri mi zə görə Hüzeyfənin vəfatından sonra quraşdırılıb onun adından deyilmişdir.

2 «Səhihi-Müslüm», «Imarə» kitabı, hədis:45, 49, 53, 54 və 66

  464
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə növbəti mitinqini keçirdi – Foto
      Ərəbistan qırıcıları Yəməndə uşaqları daşıyan avtobusu hədəfə alıblar
      İMAMLARDAN ŞƏFAƏT İSTƏMƏK
      Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar
      Qüdsə səfər edən Mikayıl Cabbarov işğalçı sionist rejimilə işbirliyi qurur
      Təqlid mərcələri Ümumdünya Qüds Gününə çağırış etdilər
      İnqilab Rəhbəri: Atom Enerjisi Təşkilatı tez bir zmaanda 190 min su istehsalına çatmağa ...
      İmam Əlinin(ə) şəhadəti münasibəti ilə matəm mərasimi islam inqilabının böyük ...
      Təqlid mərcələri Qüds günü yürüşündə geniş iştiraka çağırıblar
      Almaniya pivə şirkətindən İslama qarşı sayğısızlıq: Pivə şüşələrinin qapaqlarına ...

 
user comment