Azəri
Tuesday 21st of May 2019
  780
  0
  0

Dörd istilahIn tə`rifi: Qur`an, Sünnə, Fiqh və iCtihad

1-Dörd istilahIn tə`rifi: Qur`an, Sünnə, Fiqh və iCtihad

1-Qur`an Allahın kəlamıdır ki, onu Peyğəmbəri Əkrəm ¡-ə aşkar ərəb dilində nazil etmişdir. Onun lüğətdəki qarşılığı isə şe`r və nəsrdən ibarətdir. Deməli, ərəb kəlamının məcmusu ya Qur`andır, ya şe`r, ya da nəsr.

«Qur`an» kəlməsi həm bütövlükdə Qur`anın hamısına, həm də bir surəsinə, hətta bir ayəsinə belə aid edilir. Bə`zən də bir ayənin bir hissəsinə deyilir. Necə ki, «şe`r» kəlməsinin bə`zən bir divanın hamısına, bə`zən bir qəsidəyə, bə`zən də bir beytə aid edilməsi düzgündür. Bu kəlmə (Qur`an) islami bir istilahdır, çünki Allahın kəlamında və Peyğəmbər ¡ hədislərində qeyd olunmuşdur. Alimlər Qur`an üçün digər adlar da qeyd etmişlər ki, bu adlar da əslində Qur`an üçün ad deyil, bir tə`rif və vəsfdən ibarətdir. Misal üçün, Kitab, Zikr və s.

Həmçinin, xəlifə Əbu Bəkr Qur`anı «Müshəf» adlandır­mış­­dır. Bu kəlmənin Qur`anda və şərif Peyğəmbər hədislə­rin­də gəl­mədiyinə görə, biz onu müsəlmanların istilahı ad­lan­­dır­­mışıq.

Peyğəmbəri Əkrəm ¡-in üslubu belə idi ki, Qur`an­dan ona nazil olan hər bir şeyi orada iştirak edən müsəlmanların hamısına tə`lim verirdi. Mədinəyə gələn zaman da buyur­du ki, Qur`anı yazıb hifz etsinlər. Müsəlman­lar onu yazıb hifz etmək üçün bir-birilə yarışır, əllərinə düşən dəri, taxta və sümüyün üstünə yazırdılar. Peyğəmbəri Əkrəm ¡ vəfat edən zaman Imam Əli onun məcmusunu vahid bir kitabda bir yerə topladı. Səhablərdən bə`zilərinin də – Ibni Məs`ud kimi – özünə məxsus bir nüsxəsi var idi. Əbu Bəkr də səhabələrdən bə`zilərinə əmr etdi, Qur`anı vahid bir nüsxədə bir yerə yığdılar, onu Ümmül-mö`minin Həfsənin yanına qoydu. Sonralar xəlifə Osman göstəriş verdi ki, həmin nüsxənin üzündən köçürüb hər bir islam ölkəsinə göndərsinlər. Müsəlmanlar onun üzündən minlərlə nüsxə köçürüb sonra yüz minlərə, milyonlara çatdırdılar. Indiki dövrə qədər hər növ dəyişiklikdən və təhrifdən amanda olmaqla o Qur`an müsəlmanların yanında qalır. Qur`anın vəziyyəti, misal üçün, Ibni Malikin yazdığı «Əlfiyyə» şe`ri kimidir ki, yazıldığı vaxtdan indiyə qədər onda dəyişiklik olmamışdır. Çünki elmiyyə hövzələri hər bir dövrdə onu tədris edirdilər. Həmçinin, indiyə qədər hər hansı bir dövrdə, bizim əlimizdə olan bu nüsxələrlə, hətta bir kəlmə qədər belə fərqə malik olan bir Qur`anın varlığı eşidilməyib.

Amma xüləfa məktəbinin bütün mənbələrində, yaxud Əhli-beyt məktəbinin bə`zi hədislərində qeyd olunan şeyləri (artı­rıl­ma-azaldılma ehtimalını) müsəlmanlar heç bir dövrdə qəbul etməmiş, əksinə həmin kitabların özündə qalmışdır.

Amma «Fatimə Müshəfi»nə gəldikdə isə, Əhli-beyt imam­ları onun barəsində belə demişlər: "Onda qeyd olunanlar bu ümmətə hökmranlıq edəcək hakimlərin adlarıdır və onda Qur`andan heç bir şey yoxdur". Bu cür adqoyma Sibəveyhin kitabının «Əl-kitab» adlandırılması kimidir və məqsəd Qur`an deyildir.

2-«Sünnə» ərəb dilində «üslub», müsəlmanların ürfündə isə Peyğəmbəri Əkrəm ¡-in tutduğu yol, buyurduğu hədis və başqalarının əməlini təsdiqləməsi nəzərdə tutulur. Peyğəmbər ¡ hədisində o həzrətin sünnəsini əxz və itaət etməyə dair tə`kidli göstəriş verilmişdir. Buna əsasən, sünnə islami bir istilahdır, baxmayaraq ki, onun hədisə və Peyğəmbər ¡-in bir əməli təsdiqləməsinə dəlalət etməsi mütabiqi deyil, zimmidir.

Peyğəmbər ¡ sünnəsinin, yə`ni o həzrətin hədis, sirə və təsdiqinin əldə edilməsinin yolu Peyğəmbər ¡-dən nəql olunan hədislərdir.

3-«Fiqh» lüğətdə başa düşmək, Qur`an və hədisdə islam dininin elmi, müsəlman alimlərinin istilahında isə hökmlərə elm tapmaq mə`nasına məxsus olmuşdur. Qur`anda və hədisdə din elmləri mə`nasına işləndiyinə görə, hökmlərə dair elm xüsusunda işlənməsi onu islami istilah olmaqdan xaric etmir.

4-«Ictihad» xüləfa məktəbi alimlərinin nəzərində hökmlərin Allahın Kitabı, Peyğəmbərin sünnəsi və qiyas üzündən əldə edilməsidir.

Əhli-beyt məktəbinin ürfündə isə fiqh ilə eyni səviyyəli mə`nanı ifadə edir.

Hər iki məktəb Allahın Kitabı və Peyğəmbərin sabit sün­nəsinə tabe olmaqda yekdil nəzərə malikdirlər. Amma Pey­ğəm­bər sünnəsini kimdən əxz etməyə gəldikdə isə, ixtilaf möv­cud­dur. Çünki xüləfa məktəbinin ardıcılları şər`i hökm­ləri səhabə adlandırdıqları hər bir kəsdən əldə edə bilər­lər. Lakin Əhli-beyt məktəbinin ardıcılları Peyğəmbər sünnə­sini Imran ibni Həttan kimi Əli -ın düşmən­lə­rin­dən əxz etmirlər. Imamın bu kimi düşmənləri hər kəs ol­sa­lar – is­tər səhabə, istər tabein, istərsə də onlardan son­ra gələnlər – bu hökm­də eyni səviyyədədirlər. Çünki Pey­ğəm­bəri Əkrəm ¡ Imam Əliyə buyurmuşdur: "Ey Əli, səni yal­nız mö`minlər se­vər, yalnız münafiqlər düşmən tutar!" Allah-taa­la da buyurur:

وَمِنْ أَهْلِ الْمَدِينَةِ مَرَدُواْ عَلَى النِّفَاقِ لاَ تَعْلَمُهُمْ نَحْنُ نَعْلَمُهُمْ

"Mədinə əhlindən bir qrupu nifaq əsasındadır. Sən onları tanı­mırsan. Biz onları tanıyırıq!"1

Həmçinin, hər iki məktəb Peyğəmbərin vəfatından sonra o həzrətin hədisinin yazılıb yayılmasında ixtilafa düçar ol­­muş­lar. Əvvəlki üç xəlifə Peyğəmbər hədisinin yayılması­nın qarşısını ciddi şəkildə almış, onun yazılmasını qa­da­­ğan etmiş və bu iş də Ömər ibni Əbdül-Əzizin haki­miyyə­ti­­nə qədər davam etmişdir. Əhli-beyt məktəbi isə nəsil­bə­nə­sil Peyğəmbər ¡ hədisinin yazılıb yayılmasına tam cid­­diy­yətlə sə`y göstərmişlər.

Bundan əlavə, bu iki məktəb islam hökmlərində şəxsi rə`y və nəzərə əməl edilməsi ilə əlaqədar ixtilafa malik­dir­lər: Əhli-beyt məktəbi islam hökmlərində şəxsi nəzər və rə`­yi qadağan bildiyi halda, xüləfa məktəbi islam hökmlərində şəx­si rə`yə əməl edirlər.




1 «Tövbə» surəsi, 101

  780
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə növbəti mitinqini keçirdi – Foto
      Ərəbistan qırıcıları Yəməndə uşaqları daşıyan avtobusu hədəfə alıblar
      İMAMLARDAN ŞƏFAƏT İSTƏMƏK
      Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar
      Qüdsə səfər edən Mikayıl Cabbarov işğalçı sionist rejimilə işbirliyi qurur
      Təqlid mərcələri Ümumdünya Qüds Gününə çağırış etdilər
      İnqilab Rəhbəri: Atom Enerjisi Təşkilatı tez bir zmaanda 190 min su istehsalına çatmağa ...
      İmam Əlinin(ə) şəhadəti münasibəti ilə matəm mərasimi islam inqilabının böyük ...
      Təqlid mərcələri Qüds günü yürüşündə geniş iştiraka çağırıblar
      Almaniya pivə şirkətindən İslama qarşı sayğısızlıq: Pivə şüşələrinin qapaqlarına ...

latest article

      Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə növbəti mitinqini keçirdi – Foto
      Ərəbistan qırıcıları Yəməndə uşaqları daşıyan avtobusu hədəfə alıblar
      İMAMLARDAN ŞƏFAƏT İSTƏMƏK
      Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar
      Qüdsə səfər edən Mikayıl Cabbarov işğalçı sionist rejimilə işbirliyi qurur
      Təqlid mərcələri Ümumdünya Qüds Gününə çağırış etdilər
      İnqilab Rəhbəri: Atom Enerjisi Təşkilatı tez bir zmaanda 190 min su istehsalına çatmağa ...
      İmam Əlinin(ə) şəhadəti münasibəti ilə matəm mərasimi islam inqilabının böyük ...
      Təqlid mərcələri Qüds günü yürüşündə geniş iştiraka çağırıblar
      Almaniya pivə şirkətindən İslama qarşı sayğısızlıq: Pivə şüşələrinin qapaqlarına ...

 
user comment