Azəri
Monday 18th of March 2019
  792
  0
  0

QARDAŞ ÖVLADLARININ BABA ILƏ BIRLIKDƏ MIRASININ HÖKMÜ

A) QARDAŞ ÖVLADLARININ BABA ILƏ BIRLIKDƏ MIRASININ HÖKMÜ

Məhəmməd ibni Müslüm əvvəlki rəvayətində demişdi: «Imam Sadiq irs hökmlərinin səhifəsini açdı, orada mə nim gördüyüm ilk şey meyyitin qardaşı oğlanları ilə ba ba sının irsi idi ki, meyyitin mirası onların arasında yarı bayarı bölünür. Mən dedim: «Sənə fəda olum, bizim mən təqənin qaziləri baba ilə yanaşı olan qardaş övladları üçün heç bir pay vermirlər.» Həzrət buyurdu: "Bu yazı Əli -ın əlyazması və Peyğəmbər ¡-in imlasıdır."

Həmin bölmədə, «Kafi» kitabında hə min mə`nada digər iki rəvayət də nəql olunmuşdur ki, orada Əli -ın yazı sı olm a sı qeyd olunmur.

1-Əban ibni Təğlib Imam Sadiq -dan rəvayət edərək de yir: Imamdan meyyitin qardaşı övladları ilə babasının irs payı barəsində soruşduqda buyurdu: "Onların mirası yarı ba ya rı bölünür."

2-Əbu Bəsirin rəvayətində deyilir: Imam Baqir (yaxud Imam Sadiq) -ın yanında idim. Bir nəfər meyyitin qar da şı oğlanları və babasının irs hökmləri barəsində soruş duq da, o həzrət buyurdu: "Onların mirası yarıbayarı bölün məlidir."

Üçüncü rəvayətdə Qasim ibni Süleyman Imam Sadiq -dan belə buyurduğunu nəql edir: "Əli meyyitin mirasını onun qarda şı oğlanları və babası arasında bərabər şəkildə bölürdü."[1]

B) IMAMLARIN “OVL”UN BATIL OLMASI BARƏSINDƏKI NƏZƏRI

«Ovl» fiqhi istilahda varislərin payının tə`yin olunmuş his sələrdən artıq gəlməsinə deyilir. Bu o vaxt olur ki, qa dın, yaxud ər varislərin biri olsun. Belə ki, bir nə fər ölsə, onun iki qızı, öz ata-anası və arvadı varis ol sa, bu halda ma lın üçdə ikisi (altıda dördü) iki qıza ve ri lir, onun al tı da ikisi ata-anaya çatır və səkkizdə biri qa dına verilir.[2] Be lə fərz olunduqda varislərin payı altı his səyə bölün düyün dən, tə`yin olunmuş hissənin səkkizdə biri bölgüdən xaric olur və onun sahibinə bir şey verilmir. Bu hal da ovla ina nan lar bu hissəni, xüləfa məktə bi nin fiqhində tə`yin olun du ğu kimi, bütün pay sahiblərindən bərabər şəkildə götürür lər. Amma Əhli-beyt məktəbində bu çatışmazlıq o paya varid olur ki, Allah-taala onları daha aşağı səviyyəli paya endir miş dir. Buna əsasən, bir mərtəbədə irsin yarısını aparan hə yat yoldaşı aşağı mərtəbəyə enəndə onun payı dörddə birə ça tır və onun dörddə bir payı digərlərinin payından azal ma sına səbəb olmur. Meyyitin arvadı dörddə bir qədər irs apar dığı halda, o mərtəbədən aşağı endikdə, onun payı sək kiz də birə çatır və bu səkkizdə bir kəsrə şamil olmur. Hər bi ri nin payı üçdə bir olan və aşağı mərtəbəyə endikdə al tı da birə çatan meyyitin atası və anası bu altıda biri baş qa la rının payının azalmasına səbəb olmur. Qeyd olunan ça tış mazlıq yalnız qızın və bacının pa yı na gəlir. Çünki on la rın hər biri mirasın yarısını, əgər sayları artıq olarsa, üç də ikisini irs apa rırlar. Indi əgər tə`yin olunmuş pay la rı bu mərtəbədən aşağı mərtəbəyə enər sə, yerdə qalanlar on la ra məxsus olur. Buna əsasən, qeyd olu nan misalda meyyitin ata-anasının payı altıda iki, ar va dının payı səkkizdə bir olur və yerdə qalanlar isə iki qıza verilir.[3]



[1] «Kafi», 7-ci cild, səh.112-113; «Təhzib», 9-cu cild, səh.309; «Vəsailuş-şiə», 17-ci cild, səh.485-486.

[2] «Nihayətun-lüğət», «ovl» maddəsi.

[3] «Şərhi lümə», 8-ci cild, səh.86-91.

  792
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə növbəti mitinqini keçirdi – Foto
      Ərəbistan qırıcıları Yəməndə uşaqları daşıyan avtobusu hədəfə alıblar
      İMAMLARDAN ŞƏFAƏT İSTƏMƏK
      Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar
      Qüdsə səfər edən Mikayıl Cabbarov işğalçı sionist rejimilə işbirliyi qurur
      Təqlid mərcələri Ümumdünya Qüds Gününə çağırış etdilər
      İnqilab Rəhbəri: Atom Enerjisi Təşkilatı tez bir zmaanda 190 min su istehsalına çatmağa ...
      İmam Əlinin(ə) şəhadəti münasibəti ilə matəm mərasimi islam inqilabının böyük ...
      Təqlid mərcələri Qüds günü yürüşündə geniş iştiraka çağırıblar
      Almaniya pivə şirkətindən İslama qarşı sayğısızlıq: Pivə şüşələrinin qapaqlarına ...

 
user comment