Azəri
Saturday 23rd of March 2019
  683
  0
  0

XÜLƏFA MƏKTƏBINDƏ “Cəfr” VƏ “Camiə”

XÜLƏFA MƏKTƏBINDƏ “Cəfr” VƏ “Camiə

Xüləfa məktəbində də Mir Seyyid Əli ibni Məhəmməd ibni Əli Hənəfi Əstərəbadi (816-cı ildə vəfat edib) özünün Qazi Əzüd Iycinin (756-cı ildə vəfat edib) «Məvaqif» kita bı nı şərh edərkən «Cəfr» və «Camiə» barəsində deyir: O iki kitab imam Əlinin (rəziyəllahu ənh) yazdığı kitabdır ki, bu dünyanın axırına qədər baş verəcək hər bir şey hü ruf elminin üslubu ilə onda qeyd olunmuşdur. Onun nəslin dən olan imamlar bu iki kitabı tanıyır və onların vasitə si lə mühakimə yürüdürdülər. Əli ibni Musa Rizanın (rəzi yəl lahu ənh) yazısında – Mə`munun əhdnaməsini qəbul edər kən – belə yazılmışdır: «Sən öz ata-babalarının bizim üçün rəsmiyyətlə tanımadığı hüquqlardan bə`zilərini (bizim üçün) rəsmiyyətlə tanımısan. Mən sənin əhdnaməni qəbul et dim, amma «Cəfr» və «Camiə» dəlalət edir ki, bu iş sona çatma ya caq.»[1]

Taş Kubrazadə (962-ci ildə vəfat edib) «Məfatihus-səadət və məsabihus-siyabət» adlı kitabında yazır: «Xəlifə (Mə`mun) Əli ibni Musa Rizanı özündən sonra vəliəhd qərar verib əhdnaməni onun adına yazdığı zaman o, əhdnamənin axı rında yazdı: «Bəli..., amma «Cəfr» və «Camiə» dəlalət edir ki, bu iş axıra çatmayacaqdır.» O həzrətin dediyi ki mi də oldu. Çünki Mə`mun başa düşmüşdü ki, Bəni Haşim onun xatirinə fitnə törədəcəklər. Buna görə də tarix kitab la rında qeyd olunduğu kimi, Əli ibni Musa Rizanı zəhər ləyib şəhid etdi.»[2]

Xüləfa məktəbində «Cəfr» və «Camiə»ni xatırlayan alim lərdən biri də Şeyx Kəmaləddin Məhəmməd ibni Təlhə Nə si hini Şafeidir (652-ci ildə vəfat edib). O, bu iki ki tab barəsində belə yazır: «Əl-cəfrul-cameu vən-nurullame`» onun kitabı «Kəşfüz-zünun» kitabında nəql olunanlara əsa sən: «Kiçik bir kitabdır ki, onun əvvəlində belə deyilir: Əl həm du lillahilləzi ətlə`ə mənictəbahu...» Orada xatır la dı lır ki, Cə`fərin nəslindən olan imamlar «Cəfr»i tanı yı r dılar.[3]

Həmçinin onun dilindən həmin kitabda qeyd olunur ki, belə demişdir: «Cəfr və «Camiə» iki əzəmətli kitabdır ki, on lar dan birini imam Əliyyibni Əbi Talib (rəziyəllahu ənh) Ku fə minbərində xatırlatmışdır, digəri də gizli sirlərdən iba rətdir ki, Peyğəmbər ¡ ona tapşırmış və fərman ver mişdir ki, yazsın. «Əli (r.ə.) onu dağınıq halda olan hərf lərlə və Adəmin Sifrinin üslubu ilə bir «Cəfr»də, yə` ni aşılanmış dəvə dərisindən olan bir səhifədə yazdı və cama at arasında bu adla tanındı. Əvvəldə olmuş və sonradan baş verəcək hadisələrin hamısı orada mövcuddur.[4]

Ibni Xəldun öz müqəddiməsində yazır: «Cə`fər (Imam Sadiq ) və Əhli-beytdən olan onun kimi şəxslərdən müəy yən kəramətlər baş vermişdir. Onların bu barədəki isti nad yerləri – Allah daha yaxşı bilir! – onların malik olduqları vilayət yolu ilə kəşf etmələridir. Buna görə bu işlə rin oxşarının onlardan başqasından, yə`ni bu xanə dan dan yadigar qalmış övliyalardan baş verməsi inkar olunmur. Çün ki Peyğəmbər buyurmuşdur: "Həqiqətən sizin aranızda mühəd dəslər olacaqdır." Deməli, onlar bu şərif rütbələrə və incə kəramətlərə çatmaqda camaat arasında ən layiqli şəxslərdir.[5]

Bunun ardınca bə`zi sözlər demişdir ki, onların xüla səsi belədir: Zeydiyyə firqəsinin başçısı Harun ibni Səid Əcli bir kitaba malikdir ki, (Imam) Cə`fər Sadiqdən rəvayət edir. O, elə hadisələrdən xəbər verir ki, Əhli-beyt üçün ümu mi şəkildə və onların ayrı-ayrı şəxsləri üçün xüsusi şə kil də baş verəcəkdir. Bu elm Cə`fər (Imam Sadiq ) və onun kimi olan Əhli-beyt böyüklərindən kəramət və kəşf yolu ilə hasil olur, necə ki, onların oxşarı olan di gər öv li yalar üçün baş vermişdir. O dana dərisində olan bir yazı idi və Cə`fərin () yanında qorunub-saxlanırdı... O Qur` a nın təfsiri, qəribə mə`nalar, onun batinindəki ta nın maz məf hum lardan ibarət idi ki, Cə`fər Sadiqdən rəva yət edil mişdir... (Axırda deyir:) Əgər bu rəvayətin sənədi Cə` fər Sadiqə qədər səhih olsa..., onda elə istinadlı ne`mət lər vardır ki, onun özündən, yaxud qövmünün kəramət əh li olan böyüklərindən olmuşdur. Səhih rəvayətlərdə qeyd olu nur ki, o öz qohumlarının bə`zilərini onlar üçün gələ cək də baş verə cək hadisələrdən çəkindirmiş və onun öncədən verdiyi xə bərlər də həyata keçmişdir. O öz əmisi oğlu Yəhya ibni Zey din qiyam etdiyi və qətlə yetirildiyi yerdən xəbər vermiş və bu işdən çəkindirmişdir. O da qiyam edərək mə`lum ol du ğu kimi, Cozcan adlı yerdə qətlə yetirilmişdir.

Əgər kəramət onlardan başqaları üçün rəva olsaydı – be lə ki, elmdə, dində, nübüvvət əsərlərində və Allahın inayə tin də kərim bir mənbədən qaynaqlanır, onun qanadları nın pak lığına şahidlik edirlər – sənin gümanın onla rın barə sin də nə olardı? Halbuki, bu sözlərin çoxu Əhli-beytin ara sında bir kəsə nis bət verilmədən nəql olunmuşdur?![6]

Əbul Əla Müərra (449-cü ildə vəfat etmişdir) buna işa rə edərək deyir:

لَقَدْ عَجِبُوا لِاَهْلِ الْبَيْتِ لَمَّا                 اَتَاهُمْ عِلْمُهُمْ فِي مِسْكِ جَفْرٍ

وَمِرْآةُ الْمُنَجِّمِ وَهِيَ صُغْرَى                اَرَتْهُ كُلُّ عَامِرَةٍ وَقَفْرٍ

Onlar Əhli-beytin elmlərinin bir dana dərisində bir yerə yığıldığından təəccüblənirlər.

Halbuki, ondan kiçik olan münəccimin güzgüsü hər abadlığı və qeyri yerləri ona göstərir![7]

Yuxarıdakı hədislərdə gördüyünüz kimi, Əhli-beyt imam la rı gələcəkdə baş verəcək hadisələrdən agahlıq əldə etmək üçün Əlinin kitabına, yə`ni «Cəfr» və «Müshəfi-Fatimə» ki tab larına müraciət edirdilər. Həm də mə`lum oldu ki, «Cəfr», xüləfa məktəbinin kitablarında məşhur bir məsələ ol muş, onların bə`ziləri imamların bu iki kitaba müraciət etmə lərini nəql etmişlər. Sonrakı bəhsdə Əhli-beyt imam la rı nın «Camiə» kitabına müraciət edərək şər`i əhkamları bə yan etməsini xatırladırıq:

ƏHLI-BEYT IMAMLARININ ¢ “Camiə”YƏ MÜRACIƏT ETMƏLƏRI

Ilk dəfə Əli -ın kitabından bir başa-yə`ni «Ca miə» kitabından birbaşa nəql edən şəxs dördüncü imam Əli ib ni Hüseyn -dır. «Kafi», «Mən la yəhzuruhul-fəqih», «Təh zib», «Məanil-əxbar» və «Vəsailuş-şiə» kitablarında Əban ibni Təğlibdən belə rəvayət olunur: Əli ibni Hüseyn dən soruşdum ki, «bir şəxs öz malından bir «şey» vəsiyyət edir (şeyin miqdarı nə qədərdir?)» Həzrət buyurdu: «Əli -ın kitabında «şey» altıda birdir.»[8]

Imam Baqir -ın belə buyurduğu nəql olunur: «Əli -ın kitabında belə qeyd olunur: Üç xislət vardır ki, onla rın sahibi cəzasını görməyincə dünyadan getməz: Bəğy (zülm), qohum-əqrə ba ilə əlaqələri kəsmək, Allaha yalandan and içmək – bu, Allahla müharibə sayılır."[9]

Həmçinin Imam Baqir aşağıdakı halları Əli -ın kitabından rəvayət edir: "Övladın və atanın malını gö tür məyin hökmü, övladın kənizi ilə yaxınlıq etməyin hökmü, izdivac zama nı qadının eyiblərini gizlədib tədlis etməyin hökmü, yalandan and içməyin hökmü." Ehram bağlamış şəxsin şikar etməsinin hökmünü bəyan edərək buyurur: «Əmirəl-mö`minin Əli -ın kitabında belədir.»[10]

Həmçinin buyurur: "Əli -ın kitabında Allah barəsində hüs nü-zənn etməyin və gözəl əxlaqa malik olmağın bəyanı[11] və malın di li ni kəsməyin diyəsinin hökmü,[12] bir yeri abad etdikdən sonra onu bura xan şəxsin hökmü,[13] zəkatı verməməyin tə`sirləri[14] və dişlərin diyəsi[15] – hamısını görmüşdüm."

Yə`qub ibni Meysəm Təmmar onun yanına gəldi və dedi: Mən atamın yazısında gördüm ki, Əli ona buyurdu: "Mey səm! Ali-Mühəmmədi sevənləri sev. Çünki Peyğəmbər ¡-in bel ə buyurduğunu eşitmişəm..." Imam Baqir ona buyurdu: "Əli -ın kitabında da belədir və o, bizim yanımızdadır."[16]

Imam Sadiq öz atasından rəvayət edərək deyir: "Əli -ın kitabında oxudum ki, Peyğəmbər ¡ mühacir, ənsar və Yəs rib (Mədinə) əhlindən onlara qoşulanların arasında əhd-peyman yazdı."[17]

Imam Sadiq ayın başlanğıcının hilalı görməklə sübu ta yetməsinin[18] və zöhrün fəzilət vaxtının bəyanını[19] Əli -ın kitabından rəvayət etmişdir. Həmçinin, cümə na ma zını məzhəb müxalifləri ilə birlikdə qılmağın hök mü nü,[20] pişiyin artığının hökmünü,[21] ölüm zamanı möhrimin hök mü nü,[22] möhrimin, üzərində qızılla toxunmuş şey olan pal tar dakı hökmü (iki hədislə),[23] səngxar quşunu öldürməyin kəf fa rəsinin hökmünü (iki hədislə),[24] onun yumurtasını sın dırmağın kəffarəsi üç hədislə,[25] bir dəfə əlavə təvaf et mə yin hökmü,[26] müfrədə ümrəsinin hökmü,[27] kəbirə günah ları nın sayı,[28] yetim malını mənimsəməyin hökmü,[29] ana tərəfdən bir olan qardaşların baba ilə birlikdə irs aparmasının hök mü,[30] bəyyinə və and içməyin hökmü,[31] dünyanın məsəli,[32] yaşa gö rə ilahi cəza qanunlarının icra olunması keyfiyyəti,[33] cə za landırma ilə yanaşı livatın həddi,[34] şərab və nəbiz içə nin həddinin sübut olunması,[35] şərab və başqa kefləndirici şey lər içənlərin həddi,[36] ov itinin diyəsi,[37] qadının fər ci ni kəsməyin həddi,[38] heyvanın təzkiyə olunması nişanələri və kəsilmiş heyvanın halal olmasının hökmü,[39] müəyyən olunmuş paya malik olmayan kəslərin mirası,[40] əhliləşmiş ulaqların əti nin məkruh olmasının hökmü,[41] əti haram olan balıqların növ lərinin bəyanı,[42] meyyitin əmi və dayılarının mirasının hök mü,[43] iddədə rücu etmədən təlaqın hökmü,[44] suda qərq olanların və uçqunun altında qalanların mirasının hökmü (ki, onun ibarəsi belədir: "Onu Əlinin kita bın da belə tapdım"),[45] əli kəsilmiş bir adamı qətlə yetirənin hökmü (bu ibarə ilə: "Onu Əlinin kitabında belə gördüm.")[46]

Bu barədəki axırıncı sözü Imam Sadiq -ın dilin dən nəql edir: O həzrət belə buyurur: Əli -ın kitabında – onu Peyğəmbəri Əkrəm ¡ imla etmişdir – belə qeyd olu nur: "Allah-taala bir kəsə oruc və namazının artıqlığına görə əzab verməz, əksinə, onun xeyrini artırar."[47]

Bura qədər imamların Əli -ın kitabından nəql et dik ləri və o həzrətə istinad verdikləri rəvayətlərin bir qis mi ni təqdim etdik. Sonrakı bölmədə imamların səha bələ rin dən Əli -ın kitabını görüb oxuyan bə`zi şəxslərin rəva yətlərini qeyd edəcəyik:

ƏLI -IN KITABINI GÖRƏN BƏ`ZI SƏHABƏLƏR

1-Əbu Bəsir deyir: «Əbu Cə`fər (Imam Baqir ) mənə bir səhifə göstərdi ki, onda halal-haram və fəraiz (irsin böl gü ləri) var idi. Soruşdum: «Bu nədir?» Buyurdu: «Bu, Pey ğəm bər ¡-in imlası və Əli -ın əlyaz ma sıdır.» De dim: «Çürüməzmi?» Buyurdu: «Onu nə çürüdə bilər?!» Dedim: «Köh nəlməzmi?» Buyurdu: «Onu hansı bir şey köhnəldər?!» Buyur du: «Bu Camiədir (yaxud cameənin bir hissəsidir).»[48]

2-Məhəmməd ibni Müslüm iki sənədlə deyir: Əbu Cə`fər (Imam Baqir ) məni Əli -ın kitabının bir qismini oxu mağa təşviq etdi. Orada belə qeyd olunmuşdu: "Sizi pulsuz ba lıq ların, tikanlı balığın, ilan balığının, suyun üzündə olan ba lığın ətini və dalağı yeməkdən çəkindirirəm." O deyir: Mən dedim ki, «ey Peyğəmbər övladı! Allah sənə rəhmət etsin! Bizim üçün pulsuz balıqlar gətirirlər.» Həzrət buyurdu: "Pullu balıq ları yeyin, pulsuz balıqları isə yeməyin."[49]

3-Əbu Bəsir deyir: Imam Baqir -ın yanında idim. O buyur du, «Camiə»ni gətirdilər. Sonra ona baxdı və mən gör düm ki, belə yazılıbdır: "Əgər bir qadın dünyadan getsə və əri onun varisi olsa, ondan başqa heç bir varisi olmasa, onun bütün mal-döv ləti ərinə çatır."[50]

4-Əbdül-Məlik ibni Ə`yən deyir: «Imam Baqir Əli -ın yazılarının bir qismini mənə göstərdi.»[51]

5-Əbdül-Məlikdən belə rəvayət olunur: «Imam Baqir bu yurdu ki, Imam Əli -ın kitabını gətirsinlər və Cə` fər (Imam Sadiq ) insanın budu şəklində olan bir-bi ri nə bükülmüş bir bağlama gətirdi. Orada belə yazıl mış dı...»[52]

6-Məhəmməd Ibni Müslüm deyir: Imam Baqir -ın bax dığı bir səhifəyə baxdıq. Orada belə yazılmışdı: "Qar daş oğlu ilə baba irsdə bərabər paya malikdirlər." Imam Baqir -a dedim: «Bizim məntəqənin qaziləri belə hökm etmir və qar da şı oğlu üçün baba ilə yanaşı bir şey qərar vermir lər.» Əbu Cə`fər buyurdu: "Agah ol ki, bu, Peyğəmbər ¡-in imlası və Əli -ın əlyazması ilədir, o həzrətin ağzın dan eşitmiş və öz əli ilə yazmışdır."[53]

7-Digər bir rəvayətdə deyir: «Imam Sadiq bir səhi fə ni açdı. Orada gördüyüm ilk şey qardaş oğlu ilə babanın irs dən olan payının bərabərliyi idi.»[54]

Bəlkə də Məhəmməd ibni Müslüm bu sual-cavabdan sonra irs hökmlərinin nəzərə çarpacaq bir qismini o səhifədən gö tür müşdür. «Kafi», «Mən la yəhzuruhul-fəqih» və «Təhzib» kitab larında onun dilindən belə rəvayət olunur:

8-Imam Baqir məni fəraiz səhifələrini (irs hökm lə ri ni) oxumağa vadar etdi. O səhifələr Peyğəmbəri Əkrəm ¡-in imlası və Əli -ın əli ilə yazılmışdı. Ora da belə gördüm: "Ölən şəxsin varisi qızı və anası olsa, mira sın yarısı qızındır və..."[55]

9-Həmçinin deyir: Imam Baqir məni fəraiz səhifə si ni oxumağa vadar etdi ki, o, Peyğəmbəri Əkrəm ¡-in im la sı və Əli -ın əli ilə yazılmışdı. Orada belə deyi lirdi: "Tə`yin olunan (irs) payı ovla şamil olmaz."[56]

Zürarə də Ömər ibni Üzəynənin rəvayət etdiyinə əsasən Əli -ın kitabında irsin hökmlərinin xüləfa məktə bi nin fəqihlərinin arasında mə`lum olan qaydalarla müxalif oldu ğundan heyrətlənmişdi.

Aşağıdakı misallara diqqət yetirin:

10-Ömər ibni Üzeynə Zürarədən nəql edərək deyir: Imam Ba qir -dan babanın irs payı barəsində soruşduqda buyur du: «Mən elə bir kəs tapmadım ki, onun barəsində özünün şəx si rə`y və nəzərlərindən başqa bir söz demiş olsun. Yal nız Əmirəl-mö`minin burada Allahın hökmünü demişdir.» De dim: «Allah sənə xeyir versin, Əmirəl-mö`minin bu barədə nə buyurmuşdur?» Buyurdu: «Sabah mənim yanıma gəl, onu yazı nın üzərindən oxu.» Dedim: «Allah sənə xeyir versin, özün mənə de, çünki sizin bəyanınız mənim yanımda yazının üzün dən oxumaqdan daha sevimlidir.» Yenidən buyurdu: «Sənə nə deyirəmsə, onu da et!» Sabah mənim yanıma gəl, onu yazı nın üzərindən oxu.»

Sonrakı gün günortadan sonra – günorta ilə axşam ara sın da – o həzrətin yanına get dim. Mən həmişə ondan xəlvət də sual etməyi xoşla yırdım. Çünki qorxurdum ki, baş qa larının iştirak etdiyinə görə cavabımı təqiyyə ilə demiş olsun. Imamın yanına daxil olduqda həzrət öz oğlu Cə`fərə üz tutub dedi: «Irs hökmlərinin yazıldığı səhifəni ver Zü ra rəyə, oxusun.» Sonra ayağa qalxdı ki, yatsın. Mən və Cə`fər otaq da qaldıq. O gedib dəvənin buduna oxşar bir şeydə, dəriyə bükülmüş bir səhifəni gətirib buyurdu: «Yalnız o vaxt oxumağa icazə verirəm ki, mənimlə əhd-peyman bağlayıb, Al la hı bu işə şahid tutasan ki, onda oxuduqlarını icazə ver diyim vaxta qədər bir kəsə deməyəsən.» (Amma demədi ki, atam sənə icazə verincəyə qədər.) Mən dedim: «Allah sənə xe yir versin! Nə üçün məni çıxılmaz vəziyyətdə qoyursan, hal bu ki, atan sənə belə bir göstəriş vermədi! Buyurdu: «Sən onun mət nini yalnız o vaxt görəcəksən ki, bu şərtlərə əməl edə sən.» Dedim: «Qəbul edirəm.» Mən o zaman elmi cəhətdən məş hur şəxsiyyətlərdən idim və irs hökmləri və vəsiyyət barəsində bəsirət tapmışdım. Həmişə arzu edərdim ki, bu barədə irs və bilmədiyim məsələlərdən bə`zilərini mənə göstərsinlər, mən də onu öyrənim, lakin özümün bu istəyimə çatmamışdım. Amma o səhifənin bir hissəsinin mənim qarşımda açıldığı zaman çox qəliz və çətin yazılarla olan bir kitabı gördüm ki, qədim kitablara oxşayırdı. Baxdıqda gördüm ki, orada yazılan hökm camaat arasında adi olan hök mün əksinədir, sileyi-rəhim və əmr be mə`rufdan tutmuş sair məsə lələrə qədər, hamısı belə idi. Onu bir qədər tərəddüd, az diqqətli və bədbinliklə mütaliə etməyə başladım. Öz-özümə deyirdim ki, bunlar batildir. Axırına çatan zaman onu bir-birinə qarışdırdım və təhvil verdim. Sonrakı gün sübh çağı Imam Baqir -ı gördüm. O mənə buyurdu: «Irs səhifələrini mütaliə etdinmi?» Dedim: «Bəli.» Həzrət buyur du: «Necə idi?» Dedim: «Əsassız və dəyərsiz idi. Camaat ara sın da olan hökmlərin tam əksinədir!» Həzrət buyurdu: «Ey Zü ra rə! Allaha and olsun, gördüyün şeylər eynilə həqiqətdən iba rətdir. Sənin gördüyün şeylər Peyğəmbəri Əkrəm ¡-in imlası və Əli -ın əlyazması idi.» Bu zaman şeytan mə nə qələbə çaldı və vəsvəsə etdi, dedim: «Haradan bilirsən ki, o Peyğəmbər ¡-in imlası və Əli -ın əlyazma sı dır?» Imam mənə buyurdu: «Ey Zürarə, tərəddüd, şəkk-şüb hə etmə! Allaha and olsun ki, şeytan sənin şəkk etmə yini istəyir. Mən onun Peyğəmbər ¡-in imlası və Əli -ın əlyazması olduğunu necə bilməmə li yəm, halbu ki, atam babamın (Imam Hüseyn -ın) dilindən mə nim üçün rəvayət etmişdir ki, Əmirəl-mö`minin bu məsə lə ni onun üçün bəyan etmişdir?! (Zürarə deyir:) Mən dedim ki, xeyr, Allah məni sənə fəda etsin! Necə (şübhə edim)?! Indi peş man olmuşam ki, nə üçün o kitabın bir hissəsini əldən ver mişəm. Çünki əvvəlcədən mə`rifət və agahlıqla mütaliə etsəy dim, bəlkə də bir hərfini belə, əldən buraxmazdım.»[57]

Bu rəvayətlərdən aydın olur ki, o dövrdə Islam cəmiy yə ti nin ürfündə tamamilə belə bir məsələ var idi və Əhli-beyt ¢ çalışırdılar ki, irs hökmünü Əli -ın kita bın da – Peyğəmbəri Əkrəm ¡-in dilindən qeyd olu nan lar əsasında yaysınlar. Zürarə və Məhəmməd ibni Müslüm də əv vəl cə o kitabda mövcud olan məsələlərdən heyrətlənir, son ra tövbə edib fəraiz səhifələrində gələnlərə iman gətir miş dilər. Zürarənin özü rəvayət edərək deyir:

11-Imam Baqir Əbu Əbdillah (Imam Sadiq) -a buyurdu ki, fəraiz səhifələrini (oxumaq üçün) mənim qarşıma qoysun.[58]

Həmçinin deyir:

12-Imam Sadiq fəraiz səhifəsini mənə göstərdi."[59]

13-Həmçinin belə deyir: "Fəraiz səhifəsində belə gördüm..."[60]

14-Imam Sadiq -ın fərizə səhifələrini göstərdiyi şəxslərdən biri də Əbu Bəsirdir. O deyir: Imam Sadiq -dan irsin hökmləri barəsində soruşdum. O belə buyurdu: «Əli nin kitabını sənə göstərimmi?» Dedim: «Əlinin kitabı ara dan getməyibmi?» Buyurdu: «Ey Əba Məhəmməd! Əlinin kita bı aradan getməyibdir!» (Başqa bir nüsxədə isə: «heç vaxt aradan getməyəcəkdir!») Sonra onu gətirdi, çox böyük və ağır kitab idi. Orada belə yazılmışdı: "Əgər bir kişi ölsə və onun əmi ləri və dayıları onun varisi olsa, əmilərə irsin üçdə ikisi, dayılara isə üçdə biri çatacaq."[61]

Bu hədisdə Əbu Bəsir, Əli -ın kitabının əsl nüsxə si nin bir əsrdən artıq müddət ərzində salamat qalmasından təəc cübə gəlir. Halbuki, biz uzun əsrlər boyu yadigar qalmış əlyaz ma kitablar və nüsxələrdən çox görürük.

15-Əbu Bəsir deyir: Imam Sadiq Əli -ın irs böl güsü barəsində olan yazısını mənə oxudu, payların çoxu dörd, ya beşdən başlayırdı, onların çoxu isə altı pay idi.[62]

Əllamə Məclisi «Mir`atul-uqul» kitabında Zürarənin hə di sinin şərhində deyir: Əgər meyyitin qızı valideynlərdən bi ri ilə irs aparsa, qalan irs – şiə fiqhində – dörd yerə bölünəcəkdir.

16-Həmçinin «Kafi» və «Təhzib» kitablarında Əbu Bəsir dən belə nəql olunur: Mən Imam Sadiq -ın yanında idim. O, «Camiə»ni istədi, ona baxdı və bu hökmü oradan çı xa raraq buyurdu: "Əgər bir qadın ölsə və ərindən başqa bir varisi olmazsa, onun bütün var-dövləti ərinə irs çatacaqdır."[63]

17-Mö`təb belə deyir: Imam Sadiq Əli -ın yazı la rın dan olan qədim bir səhifəni bizə göstərdi. Orada bi zim «hər vaxt otursaq, təşəhhüd oxuyarıq» sözümüz təsdiq lə nir di.[64]

18-Ibni Bükeyr belə deyir: Zürarə Imam Sadiq -dan tül kü, dələ və sair kimi heyvanların dərisində namaz qıl ma ğın hökmünü soruşduqda, Imam Peyğəmbər ¡-in im la sı ilə yazılan bir kitabı gətirdi. Orada deyilirdi: "Əti haram olan heyvanların dərisi, kürkü, tükü, bövlü, ğai ti və digər bə dən üzvləri olan paltarda namaz qılmaq batildir. Bu na maz əti ha lal olan heyvanın hissələrindən olan şeylərlə qılın mayın ca qəbul olunmaz." Sonra buyurdu: «Ey Zürarə! Bu, Peyğəmbər ¡-dən dir, onu qoru, ya hifz et.»[65]

Bəli,Əhli-beyt imamları bə`zi hallarda gələcəkdə və baş ve rə cək xəbərlərdən agah olmaq üçün «Cəfr» və «Müshəfi-Fa ti mə» kitablarına müraciət edir, Islamın hökmlərini və onun ədəblərini bəyan etmək üçün «Camiə» kitabına üz gəti rir dilər və xüsusi hallarda «Camiə»nin möhtəvasını, bə`zən sə nə dini zikr etməklə, bə`zən də sənədsiz rəvayət edirdilər. O cümlədən:



[1] «Şərhi Məvaqif», Bulaq çapı, 1266-cı il, səh.276.

[2] «Məfatihus-səadət», 1-ci çap, Heydərabad, 1328-1329-cu il, 2-ci cild, səh.420-421; «Kəşfüz-zünun», 2-ci cild, səh.591.

[3] «Kəşfüz-zünun», 2-ci cild, səh.592.

[4] Yenə orada, 3-cü cild, səh.591.

[5] «Müqəddimə», Ibni Xəldun, 1-ci cild, fəsl:53, səh.595-596, Darul-kitab Lübnani çapı, 1965.

[6] Yenə orada, 1-ci cild, səh.601.

[7] Əbul Əla Müərrinin tərcümeyi-halı, «Əlkuna vəl-əlqab», 3-cü cild, səh.161 və 162, «Əl-bəyan», Əbdül-Mö`min ibni Əli Qeysinin tərcümeyi-halında və «Vəfəyatul-ə`yan», Ibni Xülləkan, 2-ci cild, səh.405, nömrə 381.

[8] «Kafi», 7-ci cild, səh.40, hədis:1; «Mən ovsa bişey`in min malih» babı; «Mən la yəh zu ruhul-fəqih», 4-cü cild, səh.151; «Məanil-əxbar», səh.217; «Təhzib», 9-cu cild, səh.211; «Və sa iluş-şiə», cild 13, səh.450, hədis:1.

[9] «Xisal», Səduq, səh.124; «Iqabul-ə`mal», Səduq, səh.261; «Vəsailuş-şiə», 16-cı cild, səh.111.

[10] «Kafi», 4-cü cild, səh.135-136, 7-ci cild, səh.436, 4-cü cild, səh.390; «Istibsar», 3-cü cild, səh.48; «Vəsailuş-şiə», cild 12, səh.194, 14-cü cild, səh.544 və 597, 16-cı cild, səh.122; «Təh zib», 7-ci cild, səh.432; «Iqabul-ə`mal», səh.270-271; «Xisal», səh.124.

[11] «Kafi», 2-ci cild, səh.7; «Vəsailuş-şiə», 11-ci cild, səh.181, hədis:20353.

[12] «Kafi», 7-ci cild, səh.318; «Mən la yəhzuruhul-fəqih», 4-cü cild, səh.111; «Təhzib», 10-cu cild, səh.270.

[13] «Kafi», 5-ci cild, səh.279; «Təhzib», 7-ci cild səh.153; «Vəsailuş-şiə», 17-ci cild səh.329.

[14] «Kafi», 3-cü cild, səh.505, hədis:17; «Vəsailuş-şiə», 6-cı cild, səh.13-14.

[15] «Kafi», 7-ci cild, səh.329; «Mən la yəhzuruhul-fəqih», 4-cü cild, səh.104; «Təhzib», 10-cu cild, səh.254; «Istibsar», 4-cü cild, səh.288; «Vəsailuş-şiə», cild 19, səh.264, hədis:35715.

[16] «Məcalis», Şeyx Tusi, Nəcəf çapı, səh.258; «Vəsailuş-şiə», 11-ci cild, səh.444, hədis:21299.

[17] «Kafi», 2-ci cild, səh.666, 3-cü cild, səh.336, 6-cı cild, səh.30-31; «Vəsailuş-şiə», 8-ci cild, səh.487, hədis:15842, 11-ci cild, səh.50.

[18] «Istibsar», 3-cü cild, səh.64; «Vəsailuş-şiə», 7-ci cild, səh.184, hədis:13352.

[19] «Istibsar», 1-ci cild, səh.251; «Təhzib», 2-ci cild, səh.23; «Vəsailuş-şiə», 3-cü cild, səh.105, hədis:4752 və səh.107, hədis:4764.

[20] «Təhzib», 3-cü cild, səh.28; «Vəsailuş-şiə», 5-ci cild, səh.44, hədis:9550.

[21] «Fürui kafi», 1-ci cild, səh.469; «Təhzib», 1-ci cild, səh.227; «Vəsailuş-şiə», 1-ci cild, səh.164, hədis:580.

[22] «Fürui kafi», 4-cü cild, səh.368, hədis:3; «Vəsailuş-şiə», 2-ci cild, səh.696 və 697, 2759, 2761 və 2766.

[23] «Fürui kafi», 4-cü cild, səh.304, hədis:7 və 8; «Mən la yəhzuruhul-fəqih», 2-ci cild, səh.117; «Iləluş-şəraye», 2-ci cild, səh.94; «Vəsailuş-şiə», 9-cu cild, səh.116, hədis:16822 və 16823.

[24] «Fürui kafi», 4-cü cild, səh.390; «Təhzib», 5-ci cild, səh.44, hədis:1190 və 1191.

[25] «Fürui kafi», 4-cü cild, səh.390; «Istibsar», 2-ci cild, səh.202, 204; «Təhzib», 5-ci cild, səh.355 və 357; «Vəsailuş-şiə», 9-cu cild, səh.216-218, hədis:17223, 17225 və 17229.

[26] «Istibsar», 2-ci cild, səh.248; «Sərair», səh.446; «Vəsailuş-şiə», 9-cu cild, səh.438, 439, hədis:17967 və 17974.

[27] «Fürui kafi», 4-cü cild, səh.534, hədis:2; «Vəsiluş-şiə», 10-cu cild, səh.244, hədis: 19275.

[28] «Üsuli kafi», 2-ci cild, səh.278-279; «Vəsailuş-şiə», 11-ci cild, səh.254, hədis:20631; «Xisal», 1-ci cild, səh.273; «Iləlüş-şəraye», 2-ci cild, səh.160.

[29] «Iqabul-ə`mal», səh.278, hədis:2; «Vəsailuş-şiə», cild 12, səh.182, hədis:22441.

[30] «Mən la yəhzuruhul-fəqih», 4-cü cild, səh.206; «Təhzib», 9-cu cild, səh.308; «Istibsar», 4-cü cild, səh.160; «Vəsailuş-şiə», 17-ci cild, səh.495 və 497, hədis:32746 və 32745.

[31] «Fürui kafi», 7-ci cild, səh.414; «Təhzib», 6-cı cild, səh.228; «Vəsailuş-şiə», cild 18, səh 168, hədis: 33634 və 33635.

[32] «Üsuli kafi», 2-ci cild, səh.136, hədis:22; «Vəsailuş-şiə», 11-ci cild, səh.316, hədis: 20845.

[33] «Fürui kafi», 7-ci cild, səh.186; «Təhzib», 11-ci cild, səh.146; «Mən la yəhzuruhul-fəqih», 4-cü cild, səh.53; «Vəsailuş-şiə», səh.307, hədis:34067; «Məhasin», səh.273.

[34] «Kafi», 7-ci cild, səh.200; «Təhzib», 10-cu cild, səh.55; «Istibsar», 4-cü cild, səh.221; «Vəsailuş-şiə», cild 18, səh.421.

[35] «Kafi», 7-ci cild, səh.414; «Təhzib», 10-cu cild, səh.90; «Vəsailuş-şiə», cild 18, səh.468.

[36] «Kafi», 7-ci cild, səh.214; «Təhzib», 10-cu cild, səh.90; «Vəsailuş-şiə», cild 18, səh.472.

[37] «Xisal», 2-ci cild, səh.111; «Vəsailuş-şiə», cild 19, səh.168.

[38] «Kafi», 7-ci cild, səh.312; «Mən la yəhzuruhul-fəqih», 4-cü cild, səh.112; «Təhzib» 10-cu cild, səh.251; «Vəsailuş-şiə», cild 19, səh.259.

[39] «Kafi», 7-ci cild, səh.312; «Təhzib», 9-cu cild, səh.57; «Vəsailuş-şiə», 16-cı cild, səh.320.

[40] «Kafi», 7-ci cild, səh.77; «Təhzib», 9-cu cild, səh.269; «Vəsailuş-şiə», 17-ci cild, səh.418.

[41] «Kafi», 6-cı cild, səh.246; «Təhzib», 9-cu cild, səh.40; «Istibsar», 4-cü cild, səh.74; «Vəsailuş-şiə», 16-cı cild, səh.321.

[42] «Kafi», 6-cı cild, səh.220; «Təhzib», 9-cu cild, səh.2-6; «Istibsar», 4-cü cild, səh.59; «Vəsailuş-şiə», 16-cı cild, səh.334 və 335.

[43] «Təhzib», 9-cu cild, səh.324 və 325; «Vəsailuş-şiə», 17-ci cild, səh.505.

[44] «Istibsar», 3-cü cild, səh.283; «Təhzib», 8-ci cild, səh.81 və 82; «Vəsailuş-şiə», cild 15, səh.375.

[45] «Kafi», 7-ci cild, səh.136; «Mən la yəhzuruhul-fəqih», 4-cü cild, səh.225; «Vəsailuş-şiə», 17-ci cild, səh.589.

[46] «Kafi», 7-ci cild, səh.316; «Təhzib», 10-cu cild, səh.277; «Vəsailuş-şiə», 9-cu cild, səh.82.

[47] «Bəsairud-dərəcat», səh.165.

[48] «Bəsairud-dərəcat», səh.144.

[49] «Kafi», 6-cı cild, səh.219 və 220; «Təhzib», 9-cu cild, səh.2; «Vəsailuş-şiə», 16-cı cild, səh.397.

[50] «Bəsairud-dərəcat», səh.145.

[51] Yenə orada, səh.162.

[52] Yenə orada, səh.165 və «Vəsailuş-şiə», 7-ci cild, səh.552, hədis:32836.

[53] «Kafi», 7-ci cild, səh.113; «Təhzib», 9-cu cild, səh.308; «Vəsailuş-şiə», 17-ci cild, səh.486, hədis:32702.

[54] «Kafi», 7-ci cild, səh.112; «Vəsailuş-şiə», 17-ci cild, səh.485, hədis:32698.

[55] «Kafi», 7-ci cild, səh.93; «Mən la yəhzuruhul-fəqih», 4-cü cild, səh.192; «Təhzib», 9-cu cild, səh.270; «Vəsailuş-şiə», 17-ci cild, səh.463.

[56] «Təhzib», 9-cu cild, səh.247; «Vəsailuş-şiə», 17-ci cild, səh.423.

[57] «Kafi», 7-ci cild, səh.94, 95; «Təhzib», 9-cu cild, səh.271.

[58] «Kafi», 7-ci cild, səh.81; «Vəsailuş-şiə», 17-ci cild, səh.422.

[59] «Təhzib», 9-cu cild, səh.272 və 306; «Vəsailuş-şiə», 17-ci cild, səh.428 və 493; «Is tib sar», 4-cü cild, səh.158.

[60] «Kafi», 7-ci cild, səh.94; «Təhzib», 9-cu cild, səh.272; «Vəsailuş-şiə», cild 18, səh.463.

[61] «Kafi», 7-ci cild, səh.119; «Təhzib», 9-cu cild, səh.324; «Vəsailuş-şiə», 17-ci cild, səh.504.

[62] «Kafi», 7-ci cild, səh.81; «Vəsailuş-şiə», 17-ci cild, səh.422.

[63] «Kafi», 7-ci cild, səh.125; «Təhzib», 9-cu cild, səh.94; «Istibsar», 4-cü cild, səh.149; «Vəsailuş-şiə», 17-ci cild, səh.512.

Əbu Bəsirin Imam Baqir -dan nəql etdiyi birinci və üçüncü hədis onun Imam Sadiq -dan nəql etdiyi 14 və 16-cı hədislər bir-birinə oxşayır. Bizim nə zə rimizə görə ən düzgünü budur ki, birinci və üçüncü hədis də Imam Sadiq -dan rə vayət olunmuş, amma ravilər, yaxud nüsxəni yazanlar səhvə yol vermişlər. Baxmayaraq ki, hər iki mənbənin hazırkı formasında rəvayət olunması mümkün bir işdir.

[64] «Bəsairud-dərəcat», səh.145, hədis:22; «Qamusur-rical», 9-cu cild, səh.48-də deyilir: Mö` təb Imam Sadiq -ın xidmətçisi idi və Mənsur (Abbasi xəlifəsi) ona ölənə qədər min şallaq zərbəsi vurmuşdur.

[65] «Kafi», 3-cü cild, səh.397; «Təhzib», 2-ci cild, səh.209; «Istibsar», 1-ci cild, səh.383; «Vəsailuş-şiə», 3-cü cild, səh.250.

  683
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə növbəti mitinqini keçirdi – Foto
      Ərəbistan qırıcıları Yəməndə uşaqları daşıyan avtobusu hədəfə alıblar
      İMAMLARDAN ŞƏFAƏT İSTƏMƏK
      Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar
      Qüdsə səfər edən Mikayıl Cabbarov işğalçı sionist rejimilə işbirliyi qurur
      Təqlid mərcələri Ümumdünya Qüds Gününə çağırış etdilər
      İnqilab Rəhbəri: Atom Enerjisi Təşkilatı tez bir zmaanda 190 min su istehsalına çatmağa ...
      İmam Əlinin(ə) şəhadəti münasibəti ilə matəm mərasimi islam inqilabının böyük ...
      Təqlid mərcələri Qüds günü yürüşündə geniş iştiraka çağırıblar
      Almaniya pivə şirkətindən İslama qarşı sayğısızlıq: Pivə şüşələrinin qapaqlarına ...

 
user comment