Azəri
Wednesday 27th of March 2019
  720
  0
  0

LÜĞƏT VƏ TƏRKİB HİSSƏLƏRİ

LÜĞƏT VƏ TƏRKİB HİSSƏLƏRİ

«Sirat» – insanı məqsədə çatdıran yola deyilir. Sirat deyildikdə mə᾽nəvi yol nəzərdə tutulur. Belə ki, el arasında deyilir: «Ehtiyat nicat yoludur», «Allaha itaət cənnət yolunun yolçusu olmaq deməkdir».

Göründüyü kimi burada «ehtiyac» və «itaət» məcazi olaraq yol adlandırılmışdır. Bununla yanaşı daha geniş mə᾽na daşıyan «təriq» kəlməsi mə᾽nəvi yol mə᾽nasında da işlənmişdir.

İstiqamət:

«Siratəl müstəqim – düz yol». İnsanın doğru və düz yol boyu hərəkət etməsinə və yoldan sapınmamasına deyilir. «Siratəl müstəqim» o yola deyilir ki, o yolun yolçusu özünün son hədəfinə –yə᾽ni, əbədi ne᾽mətə və Allahın razılığını qazanmağa nail olmuş olsun. Yol boyu insan öz Allahına itaət edir və bir an da olsun Onun əmrindən boyun qaçırmır. Ondan başqa heç bir varlığı ibadətə layiq görmür və yalnız Ona ibadət edir.

Allah-taala Qur᾽ani-Kərimdə buyurur:

وَإِنَّكَ لَتَهْدِي إِلَى صِرَاطٍ مُّسْتَقِيمٍ صِرَاطِ اللَّهِ الَّذِي لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ

«Sən [Qur᾽anla insanları] düz yola yönəldirsən [İslam dininə də᾽vət edib haqqa qovuşdurursan]. O Allahın yoluna ki, göylərdə və yerdə nə varsa, hamısı Onundur». (42/52-53).

وَهَـذَا صِرَاطُ رَبِّكَ مُسْتَقِيمًا

«Bu, Rəbbinin doğru olan yoludur». (4/126).

إِنَّ اللَّهَ رَبِّي وَرَبُّكُمْ فَاعْبُدُوهُ هَذَا صِرَاطٌ مُّسْتَقِيمٌ

«Şübhə yoxdur ki, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Elə isə Ona ibadət edin! Budur doğru yol!» (3/51).

وَأَنْ اعْبُدُونِي هَذَا صِرَاطٌ مُّسْتَقِيمٌ

«Və: «Mənə ibadət edin, bu, doğru yoldur!» (36/61).

وَبِعَهْدِ اللّهِ أَوْفُواْ ذَلِكُمْ وَصَّاكُم بِهِ لَعَلَّكُمْ تَذَكَّرُونَ وَأَنَّ هَـذَا صِرَاطِي مُسْتَقِيمًا فَاتَّبِعُوهُ وَلاَ تَتَّبِعُواْ السُّبُلَ فَتَفَرَّقَ بِكُمْ عَن سَبِيلِهِ

«Allah qarşısındakı əhdi [dini vəzifələrinizi, andlarınızı] yerinə yetirin. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə düşünüb öyüd-nəsihət qəbul edəsiniz! Bu, şübhəsiz ki, mənim doğru yolumdur. Onu tutub gedin. Sizi Allahın yolundan sapındıracaq yollara uymayın». (6/15 2-153).

İbadət insanın gördüyü bütün xeyirxah işlərinə və bütün saf niyyətlərinə şamil olunur. Bunun da özünəməxsus müəyyən növü vardır. Bu səbəbdən də bə᾽zən «sirat» kəlməsi ibadətin bütün (zahiri, batini, cismi, qəlbi) növlərinə [tək halda] və bə᾽zən də Allaha, Peyğəmbərə, axirət gününə inam, namaz, oruc, həcc və s. şər᾽i məsələlərə ayrı-ayrılıqda şamil olunur. Belə olduqda tək halda işlənən «sirat» kəlməsinin yerinə «səbil» kəlməsinin cəm halı yə᾽ni, «subul» kəlməsi işlənilir.

Qur᾽ani-Kərimdə bir neçə yerdə bu mətləbə işarə olunur.

قَدْ جَاءكُم مِّنَ اللّهِ نُورٌ وَكِتَابٌ مُّبِينٌ  يَهْدِي بِهِ اللّهُ مَنِ اتَّبَعَ رِضْوَانَهُ سُبُلَ السَّلاَمِ

«Allah tərəfindən sizə bir nur və açıq-aydın bir Kitab [Qur᾽an] gəldi. Allah öz lütfünə sığınanları onunla [Peyğəmbər və Qur᾽an vasitəsilə] əmin-amanlıq [sülh] yollarına yönəldər». (5/15-16).

وَمَا لَنَا أَلاَّ نَتَوَكَّلَ عَلَى اللّهِ وَقَدْ هَدَانَا سُبُلَنَا

«Allah bizə yollarımızı [iman, nicat, səadət yollarını göstərdiyi halda, biz nə üçün Ona təvəkkül etməməliyik». (14/12).

وَالَّذِينَ جَاهَدُوا فِينَا لَنَهْدِيَنَّهُمْ سُبُلَنَا

«Bizim uğrumuzda cihad edənləri öz yollarımıza [Bizə tərəf gətirib çıxaran behişt yollarına] qovuşduracağıq». (29/69).

«İn᾽am» – ehsan və [birinə] bolluca ne᾽mət vermək mə᾽nasını daşıyır. Allahın tükənməz ne᾽mətlərindən bəhrələnənlər o kəslərdirlər ki, nəfslərinə qalib gəlmiş və Şeytana itaət etməkdən boyun qaçırmışlar. Bu səbəbdən də onlar daimi axirət dünyası, əbədi səadət və sonsuz mə᾽nəvi ne᾽mətlərə nail olmuşlar. Hər şeydən daha önəmli olan isə onların Allahın razılığını qazana bilmələridir.

وَعَدَ اللّهُ الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ خَالِدِينَ فِيهَا وَمَسَاكِنَ طَيِّبَةً فِي جَنَّاتِ عَدْنٍ وَرِضْوَانٌ مِّنَ اللّهِ أَكْبَرُ ذَلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُ

«Allah mö᾽min kişilərə və qadınlara [ağacları] altından çaylar axan cənnətlər və Ədn cənnətlərində gözəl məskənlər və᾽d buyurmuşdur. Onlar orada əbədi qalacaqlar. Allahdan olan bir razılıq isə [bunların hamısından] daha böyükdür. Bu ən böyük qurtuluş və uğurdur». (9/12).

«Qəzəb» – (Azəri türkcəsində olduğu kimi) qəzəb hirs mə᾽nasını daşıyır və «rəhmət» onun əks mə᾽nasını verir. Ayədə «əl-məğzubi ələyhim» deyildikdə bütünlüklə kafirlər deyil, küfrə aludə olan və inadkarlıq edərək haqdan üz çevirən şəxslər nəzərdə tutulurlar. Qur᾽ani-Kərimdə bu barədə belə deyilir:

وَلَـكِن مَّن شَرَحَ بِالْكُفْرِ صَدْرًا فَعَلَيْهِمْ غَضَبٌ مِّنَ اللّهِ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ

«Lakin qəlbən küfrə razı olanlara [qəlbində könüllü surətdə küfrə yol verənlərə] Allahın qəzəbi tutar və onlar şiddətli bir əzaba düçar olacaqlar». (16/106).

«Zəlayolu azmaq, haqq yoldan sapınmaq mə᾽nasını verir və «hidayət» onun əks mə᾽nasını daşıyır. Yolunu azmışlar o kəslərdirlər ki, haqq olan hidayət yolundan uzaq düşmüş və qət etdikləri yol, onları bədbəxtliyə və əbədi əzaba sürükləmiş olsun. Lakin yolunu azmış şəxslər küfrdə qərq olaraq qəzəbə gəlmiş «məğzubi ələyhim» təbəqədən bir qədər yüngül mərhələdə yerləşirlər. Çünki süstlük göstərərək haqq yoldan sapınmalarına baxmayaraq, əgər həqiqət onlara əyan olunsaydı, öz inadkarlıqlarından əl çəkərdilər. Lakin «qəzəbə gəlmişlər» həqiqət günəş kimi aydın olsa belə inadkarlıq edərək ondan üz çevirərlər.

Bə᾽zi rəvayətlərdə «məğzubi ələyhim – qəzəbə gəlmiş» deyildikdə yəhudilərin, «zallin – yolunu azmışlar» deyildikdə isə məsihilərin nəzərdə tutulduğu göstərilir.

Biz kitabın əvvəlində qeyd etdik ki, Qur᾽an ayələri xüsusi olaraq müəyyən mətləbə dəlalət etmir və əksər hallarda hər hansı bir ayənin xüsusi mə᾽na daşıdığını söyləmək, ümumi mə᾽nanın xüsusi nümunələrə tətbiq olunmasından irəli gəlir.

Buna «xarici nümunənin təfsiri» deyilir.

«Məğzubi əleyhim» və «zallin» barədə nəql olunmuş rəvayətlər də bu qəbildəndir və ayənin həqiqi təfsiri deyil, misdaq və nümunə təfsiridir.

HƏRƏKƏLƏR

«Ğəyril məğzubi ələyhim» cümləsi «əlləzinə ən`əmtə ələyhim» cümləsinin yerinə işlənmiş və ya «əlləzinə – o kəslər ki,» üçün sifət rolunu oynayır. Onun sifət olmasını bu əsasla qəbul edə bilərik ki, Allahın ne᾽mətləri hamıya şamil olduğu kimi, Onun rəhməti də eyni qaydada hamıya şamil olunur. Lakin insanlardan bə᾽ziləri Onun ne᾽mətlərinin müqabilində şükür edir, bə᾽ziləri də bu şükrü əsla yerinə yetirmirlər.

أَلَمْ تَرَوْا أَنَّ اللَّهَ سَخَّرَ لَكُم مَّا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ وَأَسْبَغَ عَلَيْكُمْ نِعَمَهُ ظَاهِرَةً وَبَاطِنَةً وَمِنَ النَّاسِ مَن يُجَادِلُ فِي اللَّهِ بِغَيْرِ عِلْمٍ وَلَا هُدًى وَلَا كِتَابٍ مُّنِيرٍ

«[Ey insanlar!] Məgər Allahın göylərdə və yerdə olanları [günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri] sizə ram etdiyini [sizin istifadənizə verdiyini], aşkar [görmə, eşitmə, sağlamlıq] və gizli [əql, şüur, fəhm, elm, və s.] ne᾽mətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü? İnsanlar içərisində eləsi də vardır ki, nə bir elmə, nə bir doğru yol göstərən rəhbərə, nə də bir nurani [ilahi] kitaba əsaslanmadan Allah barəsində mübahisə edir». (31/20).

Deməli, ilahi ne᾽mətlər hamıya bərabər bəxş olunmuşdur. Lakin insanlardan bə᾽ziləri bu ne᾽mətlərin qədrini bilib şükür, bə᾽ziləri isə heç nəyin qədrini bilmədən naşükürlik edir.

Burada «ğəyril məğzubi ələyhim» cümləsinin vəsfinin nəticəsi bəlli olur. O da «ən`əmtə ələyhim» cümləsinin bütün ne᾽mət verilmiş şəxslərə şamil olmasından ibarətdir. Lakin ikinci sifət onun hədəf və məfhumunu müəyyən edir və birinci dəstəyə yə᾽ni, ne᾽mət verilmiş şəxslərə ilahi ne᾽mətlərin şükrünü yerinə yetirmələrinin müqabilində şamil edilir.

Beləliklə ayənin ümumi mə᾽na və məfhumu bundan ibarət olacaqdır: Namaz qılan şəxs, Allahdan onu əməli-saleh insanların yoluna hidayət etməsini istəyir. Allahın əməli-saleh bəndələri iki xüsusiyyətə malikdirlər:

1. Allah-taala onlara bol-bol ne᾽mətlər bəxş etmişdir. İkinci xüsusiyyəti isə bundan ibarətdir ki, onlar Allah tərəfindən bəxş olunmuş ne᾽mətlərdən sui-istifadə etmir və azğın kəslərin yolunu seçmirlər. «Ğəyril məğzubi ələyhim vələzzallin» – onlar dünya ne᾽mətlərindən bəhrələnərək Allaha itaət edir və daim xeyirxah işlər görməyə can atırlar. Bunun nəticəsində, onlar axirət ne᾽mətlərinə də, yə᾽ni, həm dünya, həm də axirətdə səadət və xoşbəxtliyə nail olurlar. Bə᾽zilərinin fikrincə, «ğəyr» kəlməsi sual doğuran və mə᾽nası asanlıqla dərk olunmayan kəlmələrdəndir və başqa kəlmə ilə birləşməklə heç də müəyyənlik xüsusiyyətinə malik ola bilməz. Belə olduqda müəyyənlik olan «əlləzinə – o kəslər ki» kəlməsini də vəsf edə bilməz. Bütün bunları nəzərə alaraq deməliyik ki, bu cümlə tərkib baxımından «əlləzinə»nin sifəti deyil, onun əvəzedici bir cümləsidir.

Bir sözlə, cümlədə qeyd olunan hər hansı bir hadisə – istər xəbər, istərsə də inşa və qeyri-xəbər – hamıya ümumilikdə şamil olunarsa, onu başqa bir cümlə ilə həm bəyan edə bilərik, həm də kimə və ya nəyəsə aid olduğunu göstərə bilərik.

Məsələn deyə bilərik:

«Caəni cəmiu əhlil bələd – Şəhərin bütün əhalisi yanıma gəldi» və ya (Əkrim cəmiə əhlil bələdi ğəyrəl fasiqin – Fasiqlərdən başqa bütün şəhər əhalisinə hörmət et və onlara məhəbbət göstər.) Göründüyü kimi hər iki cümlədə «ğəyr» kəlməsi «əhli bələd» şəhər əhalisi haqda işlənmişdir.

«Zallin» – kəlməsi «ğəyril məğzubi» cümləsinə aiddir. Və inkar əlaməti olan «la» «inkar və istisna olunanlar» mə᾽nasını verməsin deyə – inkarın tə᾽kid olunması üçün «ğəyr» kəlməsindən sonra gəlmişdir.

Ayədə hər iki dəstə ayrı-ayrılıqda inkar və istisna olunur. Çünki «ğəyr» kəlməsi də «la» kimi inkaredici xarakter daşıyır və əksər hallarda amil və ədatların inkarı kimi işlənir.

Aşağıdakı cümlələrə diqqət yetirin:

(Calis rəculən ğəyri fasiqin və la səyyiul xuluq – Elə bir şəxs ilə ünsiyyətdə ol ki, fasiq və pis əxlaqa malik olmasın.)

(U᾽budullahə biğəyri kəsəlin və la mələl – Allaha yorulmadan və süstlük göstərmədən ibadət et!)

Göründüyü kimi, hər iki cümlədə «ğəyr» inkar mə᾽nasında işlənmişdir. Lakin bə᾽zi müasir dilçilər bu kəlmənin inkar mə᾽nasında işlənməsinin qəti əleyhinə olduqlarını bildirmişlər. Bu səbəbdən də onu bir qədər fərqli olaraq mə᾽nalandırmağa məcbur olmuşlar. Özlərini böyük bir çətinliyə düçar etmiş və nəticədə qənaətbəxş bir söz deyə bilməyəcəklərini gördükdə öz səhvlərinə e᾽tiraf etmişlər.

Təfsir:

İnsanların iman gətirərək Allaha tabe və təslim olmaları və yalnız Ondan kömək diləmələrinə əmr olunduqdan sonra bu son iki ayədə onların Allah tərəfindən haqq yola hidayət olunmalarına işarə olunur.

Surə Allaha şükür və səna etmək və Onun layiq olduğu adlarla vəsf olunması ilə başlayır. Son ayələrdə isə insanların Allahdan onları haqq yola hidayət etməsi haqda söhbət açılır. Və bu ayələrin arasında Allah-taala (İyyakə nə᾽budu və iyyakə nəstəyin – yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik) ayəsini nazil edir. Bu cümlə əslində Allahı vəsf edən ilk ayələrin nəticəsi, ibadətin yalnız Allaha aid olduğunu bəyan edən əsas me᾽yar və Allahdan kömək və yardım istəməyin müqəddiməsini təşkil edir. Çünki ibadətə layiq olan yeganə varlıq Allahın Özüdür və bütün üstün xüsusiyyətlərə malik olduğu üçün hər növ şükür və sənaya layiq olan Onun müqəddəs zatıdır. Allahdan başqa bütün varlıqlar isə nə ibadətə, nə də şükür və sənaya layiqdirlər. Kömək və ibadətin yalnız Allaha aid olduğuna görə insan hidayət tapmaq üçün məhz Onun dərgahına üz tutur və Ondan başqa heç kimdən kömək gözləmir. Sünnü və şiə mənbələrində nəql olunmuş rəvayətlərdə göstərilir ki, Allah-taala bu surəni Özü ilə insanlar arasında iki hissəyə bölmüşdür. İnsan (Əlhəmdu lillahi Rəbbil=aləmin – Həmd olsun aləmlərin Rəbbinə) dedikdə Allah-taala buyarar: Bəndəm mənə şükür və səna edir (İhdinəssiratəl mustəqim – bizi doğru yola yönəlt) dedikdə isə Allah-taala buyurar: Bu, Mənim bəndəm üçündür. Hər nə istəsə ona verəcəyəm.[1]

Bir qədər əvvəl bizə mə᾽lum oldu ki, insan hər hansı bir fikri və ya işi həyata keçirmək üçün bu üç yoldan birini seçir:

1. Allahın bəşəriyyətin ixtiyarına qoyduğu haqq yolu. Bu yolu Allahın hidayət etdiyi şəxslər seçərlər.

2. Yolunu azan və haqdan uzaq düşən şəxslərin yolu.

3. Allahın qəzəbinə gələnlərin (məğzubi ələyhim) yolu.

Birinci yol bəşəriyyəti səadətə, əbədi və xoşbəxt həyata hidayət edən haqq yoludur. Bu ayələrdə haqq yolunun yolçularının başqalarından nə kimi xüsusiyyətlərlə fərqləndikləri və onların hər birinin hansı müsbət və mənfi sifətlərə malik olduqları göstərilir.

Ayələrdə işarə olunan, bəşəriyyətin öz həyatında seçdiyi yolların xülasəsi bundan ibarətdir. Allah-taala bu ayələri nazil etməklə bəşəriyyəti qarşısında yalnız iki yolun – haqla-batilin –olmasından agah etmək istəmişdir. Belə ki, haqq yoldan uzaq düşənlər ya yolunu azar, ya da Allahın qəzəbinə gələrlər.

Allahdan diləyimiz budur ki, bizi haqqa hidayət edib Özünün əməli-saleh bəndələrindən qərar versin.

HİDAYƏT

Sual: «İhdinəssiratəl mustəqim» ayəsinin təfsirində deyirlər.

Hidayət olmasını istəyən hər bir şəxs bunu Allahdan diləmək üçün haqq yolda olmalıdır. Təkallahlı və özü hidayət olmuş bir müsəlman haqq yola qədəm qoyduğu bir halda nə üçün namaz qılarkən (İhdinəssiratəl mustəqim) ayəsini dəfələrlə təkrar etməklə Allahdan haqqa hidayət olmasını diləməlidir? İnsanın arzu etdiyi bir şeyə malik olduğu halda onu bir daha Allahdan diləməsi nə qədər düzgündür?!

Cavablar:

Haqqa hidayət olmuş namaz qılan [və dinin digər göstərişlərini yerinə yetirən] hər bir şəxs Allahdan bu yolda sabitqədəm qalmasını və gələcəkdə də bu yoldan uzaq düşməməsini diləyir. Başqa sözlə desək, o, Allahdan ona bəxş etdiyi bu ne᾽mətin həmişəlik olaraq ixtiyarında qalmasını və təkallahlı haqq yolundan bir an da olsun sapınmamağı istəyir.

2. Burada məqsəd insanın gördüyü xeyirxah işlərin müqabilində qazandığı savab və mükafatlardır. Buna əsasən, ayənin təfsirində deyə bilərik ki, namaz qılan şəxs Allaha müraciət edərək deyir: İlahi! Xeyirxah işlərimin müqabilində – insanları behiştə aparan yolu – mənə bəxş et.

3. Bəlkə də burada məqsəd hidayətin daha da artırılmasıdır. Belə ki, insan hidayət olduqdan sonra bu yolda irəliləyə də bilər, geriləyə də bilər. Bu səbəbdən də, o, Allahdan hidayətinin daha da artırılmasını və daha kamil mərhələyə ucalmağını diləyir.

4. [Müəllifin cavabı]: Verilən cavablarla ayənin hətta zahiri mə᾽nası arasında heç bir oxşarlıq nəzərə çarpmır. Çünki ayənin zahiri mə᾽nası Allahdan hidayət olunmasını istəməyə dəlalət edir. Və bu ayə də hidayətin müxtəlif mərhələlərinə şamildir.

HİDAYƏTİN MƏRHƏLƏ VƏ DƏRƏCƏLƏRİ

Bu barədə verilən ən doğru və düzgün cavab bundan ibarətdir: Namaz qılan şəxs, ibadətdə ikən Allahdan ona nəsib olmayan hidayət yolunu bəxş etməsini diləyir.

İzah:

İlahi hidayət iki hissəyə bölünür: Ümumiyyətə və müəyyən şəxslərə şamil olan hidayət. Ümumiyyətə şamil olan hidayət bə᾽zən təkvini və bə᾽zən də təşrii olur.

1. Ümumiyyətə şamil olan təkvini hidayət;

Allah-taala bütün varlıqların – istər canlılar [nəbatat və heyvanlar aləmi], istərsə də cansızlar – təbiətində elə bir hiss yaratmışdır ki, onlar öz meyl və ixtiyarları ilə inkişafa, daha dəqiq desək, kamala doğru hərəkət edirlər.

Nəbatat aləminə diqqət yetirsək görərik ki, onlar elə bir istiqamətdə inkişafa doğru hərəkət edirlər ki, qarşılarında heç bir mane olmur. Nəbatat aləmi ilə yanaşı, heyvanat aləmi də təkvini hidayətə malikdirlər. Belə ki, onlar hətta öz düşmənlərini ayırır və onlardan qorunmaq üçün müxtəlif üsullardan istifadə edirlər. Məsələn, siçan pişikdən qorxur, qoyundan isə yox. Bal arısı və qarışqalar təkvini hidayət hissi ilə ictimai həyat tərzi qurur, yuvanın qurulmasında və azuqə ehtiyatının ödənilməsində müştərək həyat tərzi sürürlər.

Məhz təkvini hidayət hissi ilə yeni doğulmuş uşaq süd əmmək üçün ananın döşünü axtarır.

Taha surəsinin 50-ci ayəsində Allah-taala Musa (ə)-ın dilindən təkvini hidayətə işarə edərək buyurur:

 

قَالَ رَبُّنَا الَّذِي أَعْطَى كُلَّ شَيْءٍ خَلْقَهُ ثُمَّ هَدَى

«Musa belə cavab verdi: «Rəbbimiz hər şeyə öz surətini və şəklini verən, sonra da ona doğru yol göstərən Allahdır». (20/50).

2. Ümumiyyətə şamil olan təşrii hidayət.

Təşrii hidayət Allahın bəşəriyyətə peyğəmbər və onların vasitəsilə səmavi kitabları göndərməsinə deyilir. Peyğəmbərlər bəşəriyyəti haqq yola hidayət edir və həqiqətən Allah tərəfindən peyğəmbərliyə tə᾽yin olunduqlarını gətirdikləri kitablar və Allahın onlara bəxş etdiyi mö᾽cüzələrlə sübut etməyə çalışırlar. Əql və şüura malik olan insan isə haqla batili ayırd etməkdə və hansı yolu seçməkdə öz ixtiyarına buraxılmışdır. Onlardan bə᾽ziləri haqq yolunu seçir, bə᾽ziləri isə peyğəmbərlərin öyüd-nəsihətlərindən üz çevirərək haqq yolundan uzaq düşürlər. Dəhr surəsinin 3-cü ayəsində bu barədə deyilir:

إِنَّا هَدَيْنَاهُ السَّبِيلَ إِمَّا شَاكِرًا وَإِمَّا كَفُورًا

«Biz ona haqq yolu göstərdik, istər [ne᾽mətlərimizə] minnətdar olsun, istər nankor [bu onun öz işidir]». (16/3).

Bə᾽zən də fitri hidayət ümumiyyətə deyil, yalnız müəyyən şəxslərə şamil olur. Allah-taala onları insaniyyətin son mərhələsi olan kamala çatmaları üçün batinən saflaşdırır və qarşılarında olan mərhələləri qət etmək üçün ilk lazımi şəraitlər yaradır. Və əgər Allah tərəfindən onlara qarşı belə bir diqqət olunmasaydı, sözsüz ki, haqq yoldan uzaq düşər və böyük bədbəxtçiliklərlə üzləşərdirlər. Qur᾽ani-Kərimdə bu mətləbə dəfələrlə işarə olunmuşdur:

فَرِيقًا هَدَى وَفَرِيقًا حَقَّ عَلَيْهِمُ الضَّلاَلَةُ

«Allah insanların bir qismini doğru yola yönəltdi, onlardan bir qismi isə [haqq yoldan] azmağa layiq görüldü». (7/130).

قُلْ فَلِلّهِ الْحُجَّةُ الْبَالِغَةُ فَلَوْ شَاء لَهَدَاكُمْ أَجْمَعِينَ

«De ki: Tutarlı dəlil ancaq Allaha məxsusdur. Əgər O istəsəydi, sizin hamınızı doğru yola yönəldərdi». (6/149).

لَّيْسَ عَلَيْكَ هُدَاهُمْ وَلَـكِنَّ اللّهَ يَهْدِي مَن يَشَاء

«[Ya Məhəmməd!] İnsanları doğru yola yönəltmək sənin vəzifən deyildir. [Sənin vəzifən ancaq onları haqq yola də᾽vət etməkdir]. Allah kimi istərsə, onu doğru yola istiqamətləndirər». (2/272).

إِنَّ اللّهَ لاَ يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ

«Həqiqətən Allah zalim tayfanı doğru yola salmaz!) (4/144).

وَاللَّهُ يَهْدِي مَن يَشَاء إِلَى صِرَاطٍ مُّسْتَقِيمٍ

“Allah istədiyini düz yola yönəldər». (2/213).

إِنَّكَ لَا تَهْدِي مَنْ أَحْبَبْتَ وَلَكِنَّ اللَّهَ يَهْدِي مَن يَشَاء

«[Ya Məhəmməd!] Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Lakin Allah dilədiyini doğru yola salar». (27/56).

وَالَّذِينَ جَاهَدُوا فِينَا لَنَهْدِيَنَّهُمْ سُبُلَنَا وَإِنَّ اللَّهَ لَمَعَ الْمُحْسِنِينَ

«Bizim uğrumuzda cihad edənləri Öz yollarımıza [Bizə tərəf gətirib çıxaran behişt yollarına] qovuşduracağıq». (29/69).

فَيُضِلُّ اللّهُ مَن يَشَاء وَيَهْدِي مَن يَشَاء وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ

«Allah istədiyini yolundan döndərər, istədiyini də doğru yola yönəldər. O, yenilməz qüvvət və hikmət sahibidir». (14/4).

NƏTİCƏ

Hidayətin mə᾽nası və neçə hissədən ibarət olduğu bəlli olmaqla, ayənin hansı mə᾽na daşıdığı da artıq mə᾽lum olur. Belə ki, namaz qılarkən insan ilk növbədə Allahın ona fitri və şər᾽i hidayət ne᾽mətini bəxş etdiyinə iqrar və e᾽tiraf edir və daha sonra Allahdan, bəndələrinin çox az bir hissəsinə bəxş etdiyi xas fitri hidayəti ona bəxş etməsini diləyir.

Demək, insanın təbiətində itaətsizlik və üsyankarlıq kimi mənfi xüsusiyyətlər olduğu üçün, o, bir an da olsun özünə arxayın olmamalı və daim Allaha sığınaraq Ondan onu haqq yola yönəltməsini diləməlidir ki, qarşısına maneələr çıxmadan son hədəfə, yə᾽ni, kamala çata bilsin.



[1] Uyunu-Әxbarur-Rza, 1317 h.ş.

  720
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Həzrət Əlinin (ə) son anlarında İmam Həsən (ə) və İmam Hüseynə (ə) vəsiyyəti
      Lütfən, Qədir-Xum xütbəsini tam şəkildə bəyan edin.
      Həzrət Zeynəbin (s) dəfn yeri hansı ölkədədir?
      Peyğəmbərə (s) görə salamın əhəmiyyəti nədir?
      Həzrət Müslim kim idi?
      Ayətullah Behcətin (rəhmətullahi əleyh) dediyi “bu əsrin qocaları da imam Zaman ...
      Nə üçün Peyğəmbərin(s) xəstə olduğu müddətdə İmam Əli (ə) hətta bir dəfə belə ...
      İmam Həsənin (ə) böyük olmasını nəzərə aldıqda, nə üçün İmamət İmam Hüseynin ...
      Quran mətnində istifadədə “innə” ilə “ənnə”, “məvəddət” və məhəbbət”, ...
      İslam dininin təkcə haqq din olmasına baxmayaraq, nəyə görə Quranda digər dinlərin ...

 
user comment