Azəri
Monday 25th of March 2019
  500
  0
  0

™-IN ƏHDNAMƏNIN ARXASINDAKI ƏLYAZMAS

IMAM RIZA -IN ƏHDNAMƏNIN ARXASINDAKI ƏLYAZMASI

«Bismillahir-rəhmanir-rəhim! Həmd olsun fə`alun lima yəşau Allaha ki, hökmündə heç bir pozuntu olmaz, fərma nın da şəkk-şübhə olmaz, gözlərin xəyanətinə, qəlblərin gizli iş lərinə agahdır! Onun salam və salavatı Onun öz peyğəm bər lərinin sonuncusu Həzrət Mühəmməd və onun pak-pakizə övlad larına olsun!

Mən Əli ibni Musa Riza ibni Cə`fər deyirəm: Mö`min lə rin əmiri-Allah düzlükdə ona kömək etsin və müvəffə qiyyət lə rini artırsın-başqaları üçün görmədiyi bizim haqqı mı zın bir qismini rəsmiyyətlə tanıdı, bir-birindən qohumluq əlaqələrini kəsənlərin arasında qohumluq əlaqəsi bərqərar etdi, məhv olmaq halında olan canlara əmin-amanlıq verdi, hətta onları diriltdi və onları fəqirlikdən ehtiyacsızlığa saldı ki, aləmlərin Pərvərdigarının razılığını istəyib və ondan qeyrisinin mükafatını istəmir. Allah tezliklə şü kür edənlərə mükafat verəcək, yaxşı əməl sahiblərinin muz du nu zay etməyəcək.

O (Mə`mun) rəhbərlik və hökuməti – əgər ondan sonra di ri qalsam – mənim öhdəmə qoyacaq (və indi) hər kəs Alla hın möhkəmləndirməyə dair seçdiyi bey`əti pozsa və Allahın möh kəmlətmək istədiyi ipləri qırsa, həqiqətən onun hərim lə rini pozmuş, halalını haram etmişdir. Çünki bu işlə ima mını alçaq hesab etmiş, Islamın hörmətini pozmuşdur. Elə bir üslub ki, əvvəlkilər onu getmiş, onun sapmalarına və qanunsuz işlərinə qarşı səbrli olmuş, sonrakı qərar lar da dindəki pərakəndəlik, müsəlmanların arasında olan bir liyin aradan getməsi qorxusundan, eləcə də cahiliyyət döv rü nə yaxın olduqlarına və fürsət tələblərin, qiyam çıla rın və iğtişaşçıların pusquda durduğuna e`tiraz səslərini ucalt madılar. Mən Allahı özümə şahid tuturam ki, əgər müsəl manların işini mənə həvalə etsə və xilafətini mənim öh də mə qoysa, onlarla rəftarım ümumi şəkildə və Bəni Ab bas la xüsusi şəkildə Peyğəmbəri Əkrəmə tabe olmaq və Alla ha itaət əsasında olsun və heç bir möhtərəm qanı axıt mayam, heç bir şeyi və malı mübah saymayam, Allahın tə` yin etdiyi cəza qanunları əsasında qanı axıdılan və ma lı mübah edilənlər istisna olunur. Həmçinin, bacardığım qə dər çalışım ki, bərabərlik yolunu tutum, onu yerinə ye tir mək üçün özümlə möhkəm əhd bağlamışam ki, Allah-taala ondan sorğu-sual edəcəkdir. Çünki mütəal Allah buyu rur: "Öz əhdinizə vəfa edin, çünki əhd-peymandan sual olunacaqdır."[1] Əgər bir bid`ət qoysam, yaxud dəyişiklik etsəm, yaxud dəyişikliyi rəva gör səm, onda pozğunçuluğa layiq və cəzalandırılmağa hazır olum. Allahın qəzəbindən Allaha pənah aparıram, itatətə to fiq tapmağı, mə`siyətdən uzaq olmağı, özümün və müsəlman la rın qurtuluşa çatmağını axtarıram.

Amma «Camiə» və «Cəfr» onun əleyhinə dəlalət edir və bil mirəm mən və sizinlə nə olacaqdır.[2] Hökm və fərman yal nız Allaha məxsusdur, haqqı batildən ayırır və o, ayıran la rın ən yaxşısıdır.[3] Lakin mən mö`minlərin əmirinin fər ma nını qəbul etdim və onun razılığını seçdim. Çünki Allah məni və onu saxlayar. Allahı bu barədə şahid tutu ram və şahidlik üçün Allah kifayətdir.

Bu yazını, mö`minlərin əmirinin hüzurunda – Allah onun ömrünü uzun etsin! – öz xəttimlə yazmışam Fəzl ibni Səhl, Səhl ibni Fəzl, Yəhya ibni Əksəm, Əbdüllah ibni Ta hir, Səmamət ibni Əşrəs, Bişr ibni Mö`təmər, Həmmad ibni Nö`man. 201-ci hicri ili, Ramazan ayı.

SAĞ TƏRƏFDƏKI ŞAHIDLƏR

Yəhya ibni Əksəm bu yazının məzmununa, onun arxasına və üz tərəfinə şahidlik verir və Allahdan istəyir ki, bu əhd-peymanın bərəkətini əmirəl-mö`mininə və bütün müsəl manlara şamil etsin və onu öz əlyazması ilə bəyan olunan tarix də qələmə almışdır.

Əbdüllah ibni Tahir ibni Hüseyn öz şəhadətini həmin tarixdə qeydə alır.

Həmmad ibni Nö`man onun üz və arxa hissəsində olan məzmununa həmin tarixdə şahidlik etdi.

Bişr ibni Mö`təmər həmin tarixdə öz əlləri ilə onun oxşarını yazdı və şahidlik etdi.

SOL TƏRƏFIN ŞAHIDLƏRI

Əmirəl-mö`minin – Allah onun ömrünü uzatsın! – fər man verir: Bu səhifənin arxası və üz hissəsi əhd-peyman sə hi fəsidir və ümidvaram ki, onun vasitəsilə Siratdan keçsin! Bizim seyyidimiz Rəsulullahın hərəmində Bəni Haşimdən və sa ir övliyalardan olan camaatın gözləri önündə və ordu baş çılarının hüzurunda bu bey`ətin şərtlərinə əməl olun duq dan sonra hamıya qiraət olunsun. Əmirəl-mö`minin höccə ti bütün müsəlmanlara tamam etməyi nəzərə almışdır ki, na dan ların rə`yində irəli gələn şübhələr batil olsun. "Elə deyil dir ki, Allah mö`minləri, siz olduğunuz həmin vəziyyətdə burax mış olsun."[4]

Fəzl ibni Səhl, əmirəl-mö`mininin fərmanı ilə qeyd olunan tarixdə (ona şahidlik etdi və) qələmə aldı.[5]

Ibni Tiqtəqa (709-cu ildə vəfat edib) hər iki məktubun xüla səsini «Əl-fəxra» kitabında qeyd edərək yazır: «Mə`mun özün dən sonrakı xilafət barəsində belə fikirləşdi və qəra ra aldı ki, ona layiq olan bir kişiyə həvalə etsin, beləlik lə öz zimməsini bəri etsin (öhdəsində olanları yerinə yetir sin). O, belə təsəvvür edir və xatırladır ki, hər iki xanə dan dan – Abbasi və Ələvi xanədanından olan böyük şəxsiy yət lərin vəziyyətini araşdırmış və onların arasında ən fəzi lətli, ən ləyaqətli, ən təqvalı və ən dindar şəxsin Əli ibni Musa Riza olduğunu tapmışdır. Buna görə də öz əli ilə onun adına yazmış və Rizanı bu işə məcbur et miş dir və o, əvvəlcə qəbul etməmiş, sonra qəbul etmiş və Mə` mu nun yazısının arxasında öz əli ilə belə yazmışdı: «Mən yalnız əmrə itaət etmək üçün bunu qəbul etdim, halbu ki, «Cəfr» və «Camiə» onların əleyhinə dəlalət edir!» Məc lis dəki şahidlər hər iki məktuba şahidlik etdilər.[6]

Mərhum Əllamə Məclisi (1110-cu ildə vəfat edib) də bu iki məktubu eynilə «Kəşful-ğümmə» kitabından nəqlən «Biha rul-ənvar»da qeyd etmişdir.[7]



[1] «Isra» surəsi, 34-cü ayə.

[2] «Əhqaf» surəsi, 9-cu ayədən isqtibas olunub: "Və ma ədri ma yuf`əlu və la bikum.»

[3] «Ən`am» surəsinin 57-ci ayəsindən iqtibas olunmuşdur: "Inil-hökm illa lillah...»

[4] «Ali-Imran» surəsinin 179-cu ayəsindən iqtibas olunmuşdur. "Ma kanəllahu liyəzərəl-mu`mininə...»

[5] Kəşfül-ğümmə», 3-cü cild, səh.123-124. Biz bu iki məktubun mətnini adətimizin əksinə olaraq (biz həmişə xülasələşdirib qısa şəkildə qeyd edirik) təfsilatı ilə gətir dik. Çünki hər iki məktubun aşkar bəyanında və şahidlərin şahidliyinə elə dəlil lər vardır ki, hər ikisinin məzmununun doğru olduğunu təsdiqləyir və bunu xüla sələşdirmək mümkün deyildir.

[6] «Əl-fəxra», Qahirə çapı, Ibni Tiqtəqa. Əbu Cə`fər Məhəmməd ibni Tacuddin. O, bu kitabı 701-ci ildə Musil şəhərində yazmış və onu Musilin hakimi Fəxruddin Isaya hədiyyə etmişdir. Bax: «Dairətul-məarifil-Islamiyyə», 1-ci cild, səh.217-218; «Əl-kuna vəl-əlqab», 1-ci cild, səh.331; «Məasirul-inafət fi məalimul-xilafət», Qəlqəşən di, 2-ci cild, səh.325-330; «Sübhül-ə`şa», Darul-kutub çapı.

[7] «Biharul-ənvar», 49-cu cild, səh.148, 153, Kompani çapı, 12-ci cild, səh.42.

  500
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə növbəti mitinqini keçirdi – Foto
      Ərəbistan qırıcıları Yəməndə uşaqları daşıyan avtobusu hədəfə alıblar
      İMAMLARDAN ŞƏFAƏT İSTƏMƏK
      Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar
      Qüdsə səfər edən Mikayıl Cabbarov işğalçı sionist rejimilə işbirliyi qurur
      Təqlid mərcələri Ümumdünya Qüds Gününə çağırış etdilər
      İnqilab Rəhbəri: Atom Enerjisi Təşkilatı tez bir zmaanda 190 min su istehsalına çatmağa ...
      İmam Əlinin(ə) şəhadəti münasibəti ilə matəm mərasimi islam inqilabının böyük ...
      Təqlid mərcələri Qüds günü yürüşündə geniş iştiraka çağırıblar
      Almaniya pivə şirkətindən İslama qarşı sayğısızlıq: Pivə şüşələrinin qapaqlarına ...

 
user comment