Azəri
Saturday 23rd of March 2019
  475
  0
  0

IMAMLARIN ¢ ÖZLƏRINƏ IRSƏN YETIŞƏN KITABLARA MÜRACIƏT ETMƏLƏRI

IMAMLARIN ¢ ÖZLƏRINƏ IRSƏN YETIŞƏN KITABLARA MÜRACIƏT ETMƏLƏRI

Imam Sadiq imam Həsən -ın nəvələri və onla rın hakimiyyətə çatmaları barəsində «Cəfr» və Müshəfi-Fa ti mə kitablarına müraciət edirdilər. Belə ki, «Kafi» və «Bə sa irud-dərəcat» kitablarında Füzeyl ibni Səkrədən belə nəql olunur: Imam Sadiq -ın yanına getdikdə buyurdu: «Ey Füzeyl! Bilirsənmi ki, bundan əvvəl nəyə baxırdım?» De dim: «Xeyr!» Buyurdu: «Fatimənin Müshəfinə baxırdım. Yer üzün də elə bir padşah hakimiyyətə çatmır ki, onun özünün və atasının adı orada yazılmamış olsun. Mən orada Həsən -ın övvladlarından bir kəsin adını görmədim.»[1]

Vəlid ibni Səbih deyir: Imam Sadiq mənə buyurdu: «Ey Vəlid! Mən Fatimənin Müshəfinə baxdım və bəni-filan üçün, nalın toz-torpağı kimi bir toz-torpaqdan başqa bir şey görmədim.»[2]

Süleyman ibni Xalid deyir: Imam Sadiq -ın belə buyur duğunu eşitdim: «Mənim yanımda bir səhifə vardır ki, pad şahların adları orada qeyd olunmuşdur. Həsənin övladlarından bir kəsin adı orada yoxdur.»[3]

Ömər ibni Üzeynə deyir ki, imam Sadiq buyurdu: «Mə nim yanımda iki kitab vardır ki, bütün (keçmiş) peyğəm bərlərin və gələcək padşahların hamısının adı oradadır. Allaha and olsun ki, Məhəmməd ibni Əbdüllahın adı (imam Həsən -ın nəvələrindəndir) onların heç birində qeyd olun mamışdır.»[4]

Imamın qeyd olunan «iki kitab»dan məqsədi «Cəfr» və Fatimə Müshəfidir. Onun «bütün peyğəmbərlərin adı» dedik də cəddi Xatəmul-ənbiyadan ¡ əvvəlki peyğəmbərlərdir. Bu da aşağıda qeyd olunan növbəti hədisdən aydın olur:

«Bəsairud-dərəcat» kitabında Müəlla ibni Xüneysdən belə nəql olunur: Imam Sadiq buyurdu: «Elə bir peyğəm bər, elə bir peyğəmbərin vəsisi və elə bir padşah yox dur ki, onun adı mənim yanımdakı kitabda olmasın... Xeyr, Allaha and olsun, Məhəmməd ibni Əbdüllah ibni Həsənin adı orada yoxdur.»[5]

Bunun oxşarı Iys ibni Qasimdən də nəql olunmuşdur.[6]

Müəlla ibni Xüneys deyir: Imam Sadiq -ın yanında idim ki, Məhəmməd ibni Əbdüllah ibni Həsən gəlib salam ver di. Çölə çıxdığı zaman Imam ona ürək yanğısı ilə bax dı və gözləri yaşla doldu. Dedim: «Mən sizin ona qarşı belə vəziyyət keçirdiyinizi gördüm?!» Həzrət buyurdu: «Onun halına riqqətləndim, çünki elə bir işə çalışır ki, onun haqqı deyildir. Əlinin kitabında onun bu ümmətin xəlifə lə rindən, yaxud padşahlardan olduğunu görmədim.»[7]

Ənbəsə ibni Bəcad Abid deyir: Cə`fər ibni Mühəmməd hər vaxt Məhəmməd ibni Əbdüllah ibni Həsəni görsəydi, gözləri yaşla dolar və deyərdi: "Camaat onun barəsində "o Mehdidir" – deyirlər, halbuki, o, öldürüləcək. Onun adı cəddim Əlinin kitabında bu ümmətin xəlifələri cərgəsində deyildir."[8]

Imamın «Əlinin kitabı» dedikdə məqsədi «Cəfr»dir ki, o həzrətdən irs aparmışdır.

«Kafi» kitabında Füzeyl ibni Yəsardan, Büreyd ibni Müa vi yə dən və Zürarədən nəql olunur ki, Əbdül-məlik ibni Ə`yən imam Sadiq -a demişdi: «Zeydilər Məhəmməd ibni Əb dül lahın ətrafına toplaşmışlar, o, hakimiyyətə çata caq dır mı?» Həzrət buyurdu: «Allaha and olsun ki, mənim yanım dakı iki kitabda bütün peyğəmbərlərin və yer üzündə gələcək padşahların hamısının adları vardır. Xeyr, Allaha and ol sun, Məhəmməd ibni Əbdüllahın adı o kitabların heç birin də yoxdur.»[9]

Bəli, imam Sadiq özünün imam Həsən -ın öv lad larından olan əmi oğlanlarının həyatında «Cəfr»i-əbyəz və Müshəfi-Fatiməyə istinad edərək mövqe seçdi. Bə`zən də öz əmi oğlanlarını o kitablarda qeyd olunduğu kimi hə rə kət lərinin nəticəsindən agah edirdi. Əlbəttə, onun əmi oğ lan ları o həzrətin nəsihət və sözlərini qəbul edən deyil di lər. Belə ki, Əbül-fərəc Isfahani «Məqatilut-talibiyyin» ki ta bında nəql edərək deyir: «Bəni Haşim camaatı Əbvada Ib rahim ibni Məhəmməd ibni Əli ibni Əbdüllah ibni Abbas[10], Əbu Cə`fər Mənsur, Saleh ibni Əli, Əbdüllah ibni Hə sən ibni Həsən, onun iki oğlu Məhəmməd və Ibrahim və Məhəmməd ibni Əbdüllah ibni Əmr ibni Osmanın iştirakı ilə bir yerə toplaşdılar. Saleh ibni Əli dedi: «Siz yaxşı bilirsiniz ki, bu camaatın gözləri indi sizə dikilmişdir. Allah da sizi bu məkanda bir yerə toplamışdır. Belə isə, özünüzdən olan və bəyəndiyiniz bir şəxslə bey`ət edin, onun arxasını möhkəmlədin ki, Allah sizə nicat yolu versin, çünki O ən yaxşı nicat yolu verəndir!»

Əbdüllah ibni Həsən Allaha həmd-səna etdikdən sonra dedi: «Siz yaxşı bilirsiniz ki, mənim bu oğlum elə həmin Məhdidir. Belə isə tələsin, gərək onunla bey`ət edək!»

Əbu Cə`fər Mənsur dedi: Nə üçün özünüzü aldadırsınız? Al laha and olsun, siz yaxşı bilirsiniz ki, camaat bu kəs dən başqa – yə`ni Mühəmməd ibni Əbdüllahdan başqa – bir kə sə göz dikməmiş və ondan başqasının də`vətinə cavab ver mə yə cəkdir.

Dedilər: Allaha and olsun ki, düz deyirsən! Bu həmin şəxs dir ki, bilirik və hamılıqla Məhəmmədlə bey`ət etdi lər və ona əl verdilər, o, Cə`fər ibni Mühəmmədin-imam Sa diqin ardınca göndərdi.[11]

Cə`fər ibni Mühəmməd gəldi və Əbdüllah ibni Hə sən öz yanında ona yer verdi, özünün əvvəlki sözlərini tək rar ladı. Bu zaman Cə`fər dedi: «Belə etməyin! Çünki bu iş qaydaya düşməyəcək və axıra çatmayacaqdır. Ona görə ki, əgər sənin bu oğlunun Məhdi olduğunu güman edirsənsə, o, Məh di deyildir və indi onun zühur vaxtı deyildir. Əgər bu nu demək istəyirsən ki, onu buna görə seçmək istəyirsən ki, Al lah xatirinə qəzəblənsin, «əmr be mə`ruf və nəhy əz mün kər» etsin, onda Allaha and olsun ki, bizim böyüyümüz və şey xi miz olduğun üçün səni tək qoymaz və oğlunla bey`ət edə rik.»

Əbdüllah qəzəblənib dedi: Sən özün xilaf sözlər dedi yi ni bilirsən, Allaha and olsun ki, Allah səni öz qeyb alə minə agah etməmişdir, lakin oğluma həsəd etmək səni bu işlərə vadar etmişdir!

Imam Sadiq buyurdu: «Allaha and olsun ki, həsəd mə ni vadar etməmişdir, lakin bu – öz əli ilə Əbul-Abba sın çiyninə vurdu – onun qardaşları və övladları bu məqa ma çatacaqlar, siz yox!» Sonra əlini Əbdüllah ibni Həsənin çiy ninə qoyaraq dedi: Allaha and olsun ki, bu hökumət sənə və sənin övladlarına çatmayacaqdır, lakin höku mət onalar ça ta caq və sənin bu iki oğlun qətlə yetiriləcəklər!

Sonra ayağa qalxıb Əbdül-Əziz ibni Imran Zəhrinin əlinə vuraraq dedi: Sarı rəngli ridanın sahibi-yə`ni Əbu Cə`fər Mənsuru-gördünmü? Allaha and olsun ki, biz onu bunun qatili görürük! Əbdül-Əziz ona dedi: Məhəmmədi öldü rəcək lərmi? Dedi: Bəli. O dedi: Öz-özümə dedim ki, Kə`bə nin Allahına and olsun ki, ona həsəd edir! Sonra Allaha and olsun, bu kişi o iki şəxsi öldürdüyünü görməmiş dünyadan getmədilər!

Ravi deyir: Cə`fər-imam Sadiq -belə dediyi zaman ca ma at ayağa qalxıb dağıldılar. Bundan sonra bir daha bir ye rə yığışmadılar və Əbdüssəməd ilə Əbu Cə`fər Mənsur Ima mın ardınca gedərək dedilər: Ya Əba Əbdillah! Sən bu nu deyirsənmi? Dedi: Allaha and olsun, deyirəm və bilirəm.[12]

Başqa bir rəvayətdə imam Sadiq Əbdüllah ibni Hə sənə dedi: Bu hökumət sənə və iki oğluna qismət olma yacaq dır, yalnız buna – Səffaha məxsusdur. Ondan sonra bu şəx sə – Mənsura çatacaqdır. Bundan sonra onun övladlarına və daim onların arasında olacaq, nəhayət onların uşaqları haki miyyətə çataraq qadınlarla məşvərət edəcəklər!

Əbdüllah dedi: Cə`fər! Allaha and olsun ki, Allah səni öz qeyb elminə agah etməmişdir!

Imam Sadiq buyurdu: «Xeyr! Allaha and olsun, sənin öv la dına həsəd etmirəm, əksinə, bu – Əbu Cə`fər – onu Əh ca ruz-Zeyddə qətlə yetirəcək. Sonra onun qardaşını Təfuhda atı nın ayaqları suda olduğu halda qətlə yetirəcəkdir.[13]

Təbəri və Əbül-fərəc, Ümmü-Hüseyndən – Əbdüllah ibni Məhəmməd ibni Əli ibni Hüseynin qızından rəvayət edirlər ki, belə demişdir: Əmim Cə`fər ibni Məhəmmədə dedim: Sənə fəda olum! Məhəmməd ibni Əbdüllahın işi hara çata caq dır? O buyurdu: Bu bir fitnədir ki, Məhəmməd onda qət lə yetiriləcək, onun doğma qardaşı Iraqda, atının nalları su da oluğu zaman qətlə yetişəcəkdir.[14]

Rəvayət olunmuşdur ki, Mənsurun ordusunun sərkərdəsi Isa Mədinəyə daxil olduğu zaman imam Sadiq buyurdu: «O, həmin kəsdirmi?» Dedilər ki, ya Əba Əbdillah, kimi deyirsən? Buyurdu: «O kəsi deyirəm ki, bizim qanlarımızı oyun-oyuncağa çevirir! Agah ol, Allaha and olsun ki, onları-yə`ni Məhəmməd və Ibrahimi buraxmayacaqlar![15]

O deyir: Həmzət ibni Əbdüllah ibni Məhəmməd ibni Əli də Məhəmmədlə birlikdə qiyam etdi və əmisi Cə`fər onu qa da ğan edərək deyirdi: Allaha and olsun ki, onu öldürə cək lər.[16]

IMAM -IN HƏSƏN ÖVLADLARININ IŞININ AXIRINDAN VERDIyi XƏBƏRIN YAYILMASI

Imam Sadiq -ın imam Həsən -ın nəvələrinin işi nin necə qurtaracağı barəsindəki xəbəri yayıldı. Uzaq dan-yaxından hamı ondan agah oldu. Buna görə də Füzeyl ibni Yəsar – imam Sadiq -ın səhabələrindən biri Mə həm məd və Ibrahimin qiyam xəbərini-onlar Əbdüllah ibni Hə sənin iki oğlu idi – ona verdi, o deyir: Bu iki nəfərin qiya mı tə` sir sizdir. Ravi deyir: Bu işi bir neçə dəfə təkrar et dim, o da həmin cavabı verdi. Dedim: Allah sənə rəhmət et sin, bir dəfədən artıq sənin yanına gəldim və sənə xəbər verdim, sən də deyirsən ki, o ikisinin qiya mı nın faydası yoxdur! Bunu öz yanından deyirsənmi? Həzrət bu yur du: Xeyr, Allaha and olsun, əksinə, Əbu Əbdillahdan eşit dim ki, belə buyururdu: Əgər qiyam etsələr, qətlə yetiri lə cək lər.[17]

Məhz buna görə də Mənsur ordusunun sərkərdəsinin Mə həm mədlə müharibədən qaçmaq xəbərini ona xəbər verdikləri za man dedi: Heç vaxt! Belə olsa, onda bizim uşaqların höku mət minbərlərində oynaması və qadınlarla müşavirə necə olacaq?![18]

Ibrahim Bəsrədə qiyam edib Mənsurun ordusu dağıldığı və qaçıb Kufəyə çatdıqları zaman Mənsur fərman verdi ki, dəvələri və heyvanları Kufənin bütün qapılarında hazır vəziyyətdə saxlasınlar ki, süvarilər onlara minib qaçsınlar.[19] O, daim belə deyirdi: Rəbi`! Vay olsun sənə! Necə oldu ki, bizim övladlarımız o məqama çatmadılar! Bəs uşaqların hökuməti necə oldu?![20]

Bəli, Mənsur hər iki halda imam Sadiq -ın sözünə işarə edirdi ki, o həzrət buyurmuşdu: «Uşaqlara hakimiyyət verib, qadınlarla müşavirə edəcəklər!»

MƏHƏMMƏDLƏ IBRAHIMIN IŞININ SONU

Təbəri və Əbül-fərəc rəvayət edərək demişlər: Məhəmməd Mədinənin Əhcaruz-Zeyd adlı yerində qətlə yetirildi.[21]

O deyir: Ibrahim öz atına minmiş halda Mənsur ordu su nun fərarilərini tə`qib edirdi. Bu zaman bir oxa hədəf tutul du və qətlə yetirildi.[22]

Bura qədər imam Sadiq -ın «Cəfr» və Müshəfi-Fa ti məyə müraciət edərək Həsən -ın nəvələrinin hökuməti barə sində verdiyi xəbərləri təqdim etdik. Indi imam Səccad Əli ibni Hüseyn £-ın Ömər ibni Əbdül-Əzizin hökumətə çatacağı barəsində verdiyi xəbəri xatırladırıq:

Əbdüllah ibni Əta Təmimi deyir: Əli ibni Hüseyn ilə məs ciddə idim-yə`ni Peyğəmbər məscidində-Ömər ibni əbdül-əziz cavan və xoşsifət bir halda gümüşdən olan əsa ilə bir likdə keçirdi. Əli ibni Hüseyn ona nəzər salıb buyurdu: Əb dül lah ibni Əta! Bu inadkarı görürsənmi? O, camaata ha kim olmayanca dünyadan getməyəcək. Mən dedim: Bu fasiqmi? Bu yur du: Bəli! Və onların arasında az miqdardan başqa qalma yacaqdır.[23]

IMAM RIZA -IN “CəfrƏ” ISTINAD ETMƏSI

Əli ibni Isa Ərbili (693-cü ildə vəfat edib) «Kəşfül-ğum mə» kitabında Imam Riza -ın tərcümeyi-halında be lə deyir: 670-ci ildə o həzrətin şərif hərəminin xidmət çi lə rindən biri müqəddəs Məşhəd şəhərindən gəldi, onun əlin də Mə`munun əlyazması ilə yazılmış bir əhdqamə var idi ki, Imam da öz əlyazması ilə onun arxasını yazıb im za lamışdı. Mən o həzrətin qələminin yerlərini öpdüm, göz lərimi onun kəlamlarına sürtdüm, ona agah olmağı Al lah-taalanın böyük ne`mətlərindən və bəxşişlərindən hesab etdim. Onu hərf-hərf aşağıda şəkildə nəql etdim:

MƏ`MUNUN ƏLYAZMASININ MƏTNI

«Bismillahir-rəhmanir-rəhim!

Bu bir əhdnamədir ki, mö`minlərin əmiri Əbdüllah ibni Ha run ər-Rəşid öz əli ilə Əli ibni Musa ibni Cə`fər üçün – öz vəliəhdi üçün yazmışdı: Amma bə`d! Allah-taala Is lam dinini (insanların) dini qərar verdi, öz bən də lə rinin arasından rəsullar göndərdi ki, onlar üçün hidayətçi və yol göstərənlər olsunlar. O rəsullar ki, onların birin cisi axırıncısının müjdə verəni idi, gələcəkdəkilər keç miş dəkiləri təsdiq edirdi, nəhayət bir fətrətdən (zamandan) sonra, elm aradan getdikdən, vəhy qət olduqdan və Qiyamətin yaxın laşmasından sonra Ilahi nübüvvət həzrət Mühəmmədə çat dı, Allah-taala onu peyğəmbərlərin sonuncusu, onların şa hidi və qoruqçusu qərar verdi. Əziz kitabını – batilin heç bir tərəfdən: nə qabaqdan, nə də arxadan yol tapa bilmədiyi kitabı ona nazil etdi. Həkim və Həmid bir kəsin göndərdiyi kimi. Onun içində halal və haram hökmlərin bəyan olunduğu, və`də verib qorxutduğu şeylərlə birlikdə, çə kin dirib qorxutduğu, əmr edib nəhy etdiyi şeylərlə bir likdə göndərdi ki, özünün yetərli höccətini və dolğun bür hanını camaata, insanlara çatdırmış olsun ki, hər kəs ölsə, dəlil və bürhan üzündən ölsün, hər kəs nicat tapsa, yenə də dəlil və bürhan üzündən nicat tapsın. Allah eşidən və biləndir.

O həzrət özünün Ilahi vəzifəsini yerinə yetirdi, hikmət, gö zəl moizə, ən gözəl mücadilə yolu ilə, sonra isə cihad yo lu ilə vəzifəsini sona çatdırdı. Allah-taala ona əmr ver diyi kimi insanları bu yola də`vət etdi. Nəhayət Allah onu öz dərgahına apardı və özünün dərgahının ən yaxın yerində mə qam verdi.

Nübüvvət sona çatdıqdan, Allahın vəhyi və risaləti Mü həmməd peyğəmbərlə sona çatdıqdan sonra dinin qalması və müsəlmanların işinin nizamı xilafətə həvalə edildi. Elə bir xilafət ki, onda Allahın haqqının bərqərar edilməsi, izzət və tamamlığı onun itaətinə bağlıdır, elə bir itaət ki, vacibləri, hüdudları, şəriət qanunları, Islam sünnə ləri onun vasitəsilə bərqərar və icra edilir, Allah düş mən ləri ilə cihad onun vasitəsilə baş verir. Belə isə Allahın xəlifələrinə vacibdir ki, Allahı din işlərinə qoruqçu olmaqda və bəndələrin asayişini qorumaqda Allaha itaət etsinlər. Müsəlmanlara vacibdir ki, öz xəlifələrinə itaət edərək onları Allahın haqqını bərqərar etməkdə, Ilahi ədaləti, əmin-amanlığı bərqərar etməkdə çalış sın lar. Onların təhlükəsizliyi, canların qorunması, ixtilaf la rın aradan qaldırılması və onların arasında ülfət yara dıl masına kömək etsinlər. Əgər belə etməsələr, bağlılıqlar ara dan gedər, işlər iğtişaşa, qarma-qarışıqlıqlara düşər, mil lət ixtilafa düçar olar, geridə qalar, düşmən onlara ha kim kəsilər, dostlar arasında təfriqə yaranar, bu da dünya və axirətdəki zərərlərinə tamam olar. Allahın yer üzündə xila fət bağışladığı, məxluqatının əmanətdar hesab etdiyi şəx sə vacibdir ki, canı və qəlbi ilə Allah yolunda çalış sın, Allahın rizası və itaətini ələ gətirsin, öz arxa lana ca ğını Allahın razılığı və istəyi qərar versin və Alla hın onun üzərinə qoyduğu, boynuna asdığı vəzifədə haqq əsa sın da mühakimə etsin, ədalət əsasında rəftar etsin, çünki Al lah-taala Öz Peyğəmbəri Davuda belə buyurmuşdur:

يَا دَاوُودُ إِنَّا جَعَلْنَاكَ خَلِيفَةً فِي الْأَرْضِ فَاحْكُم بَيْنَ النَّاسِ بِالْحَقِّ وَلَا تَتَّبِعِ الْهَوَى فَيُضِلَّكَ عَن سَبِيلِ اللَّهِ إِنَّ الَّذِينَ يَضِلُّونَ عَن سَبِيلِ اللَّهِ لَهُمْ عَذَابٌ شَدِيدٌ بِمَا نَسُوا يَوْمَ الْحِسَابِ

"Ey Davud! Biz səni yer üzündə xəlifə qərar verdik. Belə isə camaa tın arasında haqq əsasında mühakimə et və həvayi-nəfsə tabe olma, çün ki səni Allah yolundan azdırar. Allah yolundan azanlar üçün şid dət li əzab vardır. Çünki onlar hesab gününü unutmuşlar!"[24]

Həmçinin buyurur:

فَوَرَبِّكَ لَنَسْأَلَنَّهُمْ أَجْمَعِيْنَ عَمَّا كَانُوا يَعْمَلُونَ

"Sənin Pərvərdigarına and olsun ki, onların hamısından, əməl etdi yi şeylərdə sual olunacaqdır!"[25]

Bizə belə xəbər çatmışdır ki, Ömər ibni Xəttab deyib: «Əgər bir çəpiş Fəratın sahilində həlak olsa, qorxuram ki, Allah onun barəsində məndən soruşsun!»

Allaha and olsun! Yalnız özünün məs`uliyyəti olan, özü ilə Allahı arasında yerinə yetirdiyi işlərə cavabdeh olan şəxs böyük və əzəmətli bir işlə qarşılaşacaqdır, o ki, qa la ümmətin rəiyyətinin məs`uliyyətini alan şəxs! Bizim yega nə arxalanacağımız yeganə Allahdır, bizim pənahgahımız və diq qə timiz – tapmaqda, özümüzü saxlamaqda, düzlükdə, höccə tin sübut olmasına qədər yolu tapmaqda, qurtuluşda, Ilahi rəh mət və rizvanda pənahgahımız yalnız Allah dərga hına dır.

Ümmət içərisində öz işinə ən çox agah olan, Allah və onun bəndələri üçün ən çox xeyirxah olan şəxs yer üzündə o şəxsdir ki, Allaha itaətə, kitaba və Peyğəmbərin sünnəsinə, o həzrətin hazır olduğu və qaib olduğu vaxtlarda əməl et sin, öz təfəkkür qüvvəsini vəliəhdin və onun müsəlmanlar üçün seçilmiş imamının gücləndirilməsinə sərf etsin. O imam ki, onların həmrə`yliyində pənahgah və nişanələridir: On la rın canlarını qorumalı, Allahın fərmanına itaət edə rək pərakəndəlikdən, bədbinlikdən və ixtilafdan sax la yır, Şeytanın hiylə və məkrlərini ondan uzaqlaşdırır. Allah-taala xilafətdən sonra canişinlik və vəliəhdliyi Is la mın kamal və tamamı, onun əhlinin izzət və məsləhəti qə rar verdiyinə, öz xəlifələrinə, onu özlərindən sonra seçi lən şəxs üçün möhkəmləndirməyi ilham etdiyinə görə Allah-taa la belə bir tədbirlə düşmənlərin hiyləgər liklərini, məkr lərini, təfriqə salanların saylarını, fitnəçilərin inti zarını məhv edir.

Mö`minlərin əmiri həmişə xilafətə çatdığı ilk dövr lər dən onun acılı, ağır hadisələrində imtahandan keçmiş, Alla ha itaət və bu işdə nəzmli olmaqla əlaqədar ağır tək lif hiss etmiş, bədənini möhkəm, gözlərini ayıq, təfəkkü rü nü dinin izzəti və müşriklərin məhvi, ümmətin islahı olan şeylərdə sərf etmiş, ədalətin yayılmasına, Allahın Kita bı və Peyğəmbər sünnəsinin bərqərar edilməsinə sə`y göstə rir; bu təklif onu rahat rifahda və gözəl güzəranda olmaqdan saxlamışdır. Çünki o bilirdi ki, Allah-taala bunların hesabını çəkəcək və istəyir ki, Pərvərdigarı onu din və dindarlıq üçün xeyirahlıq libasında görsün və vila yəti-əmr, ümmətin halını riayət etmək üçün bu məqama elə bir şəxsi seçsin ki, təqvada, dində və elmdə onların ən yük sək məqamda olanı olsun, Allahın əmrini və onun haqqı nı yerinə yetirmək üçün onların ən çox qiyam edəni olsun. Həmişə, gecə-gündüz münacatlarında Allah-taaladan xeyir xah lıq istəsin və Allahdan bunu istəsin ki, bu mühüm vəzi fə ni onun razılığına və itaətinə səbəb olan bir vəziyyətdə sona çatdırsın, təfəkkür və arzusu o olsun ki, nəzərdə tut du ğu şəxsi öz Əhli-beytinin arasından və Əbdüllah ibni Ab bas ilə Əli ibni Əbi Talibin nəvələri arasından tap sın. Buna görə də əvvəlcə öz nəzərini hal və məzhəb lərin dən agah olduğu şəxslərə yönəltsin, sonra təhqi qatı geniş lən di rərək öz qüdrətini o kəslərə məsrəf etsin ki, onun ya nın da tanınmazdırlar. Beləliklə, onların gizli xüsusiyyət lə rini tapsın, aşkar xəbərlərini sınaqdan keçirsin, daxili vəziyyət lərini aşkar etsin. Qəlblərində olan hər bir şeyi sorğu-sualla çölə çıxartsın və nəhayət Allah yolunda xeyir xah lıqdan, haqqın yerinə yetirilməsi üçün sə`ydən və onun bəndələri arasında və ölkələrdə yayılmasına dair sə`y gös tərdikdən sonra bu iki xanədanın ən yaxşı fərdini seç sin, o da Əli ibni Musa ibni Cə`fər ibni Mühəmməd ibni Əli ibni Hüseyn ibni Əli ibni Əbi Talibdir ki, elm və fəziləti qəlblərdə əzbərdir, təqvası aşkardır, zöhd və dün ya qulu olmaması, camaatı yaxşı idarə etməsi, xalis olduğunu gördü və onun üçün aydın oldu ki, bütün qəlblər onu axtarır, bütün dillər onun barəsində danışır, bütün sözlər onunla sona çatır. Çünki daim yeniyetmə və cavanlıq dövrlərində, uşaqlıq və yaşlı çağlarında onun fəzilətini tanımışdır, indi vəliəhdlik və özündən sonrakı xilafəti ona həvalə edir. Ümidimiz budur ki, bu seçki Allah tərəfindən olan bir seçki olsun. Çünki Allahın özü bilir ki, o, bu seçkini onun özu, dini və Islam və müsəlmanların xeyirxahlığı, haqqın səbat və salamatlığı, Qiyamət günündə nicat tapmaq üçün bu işi yerinə yetirmişdir. Elə bir gün ki, camaat onda Allah üçün ayağa qalxarlar!

Bu zaman mö`minlərin əmiri (Mə`mun) özünün övladları nı, Əhli-beytini, yaxınlarını, sərkərdələrini və xidmət çi lə ri ni çağırdı və onlardan tələm-tələsik olaraq şadlıqla bey` ət aldı. Çünki o bilirdi ki, mö`minlərin əmiri Allaha itaə ti öz həvayi-nəfsindən qabağa salmış və o da onu öz övlad larından, qohumlarından və yaxın adamlardan üstün etmiş və onu Riza adlandırmışdır ki, bu da mö`minlərin əmirinin razılığıdır. Siz ey əmirəlmö`minin Əhli-beyti! Ey sərkərdələr, ey ordu başçıları, ey bütün müsəlmanlar ki, bu şəhərdədirlər, hamılıqla əmirəl-mö`mininlə və bu Riza ilə ondan sonrakı dövr üçün bey`ət edin. Öz şərif qələmi ilə «bu Riza məndən sonradır» - sözündən sonra yazdı ki, ondan sonra Əli ibni Musa Allahın adı, onun bərəkət və gözəl tədbiri ilə din və bəndələr hökumətini ələ alsın. Açıl mış əllərilə, açıq sinələrlə, agah qəlblərlə bey`ət istədi, əmirəl-mö`mininin istədyini həyata keçirdi ki, Allahın itaə tini seçsin və özü ilə sizin xeyrinizi nəzərdə tutsun, öz haqqı nın yerinə yetirilməsi, sizin vəziyyətinizə riayət edil məsi və bu işdə ciddi çalışması yolunda, sizin islahınız barə də əmirəl-mö`mininə ilham etdiyi şeylərə həmd-səna de yir; ümidvar olun ki, onun faydası ümmət arasında ülfət ya ran masına, qanların qorunub saxlanmasına, təfriqənin ara dan getməsinə, sərhədlərin möhkəmlənməsinə, di nin qüvvət lə nib, düşmənin zəlil, xar olmasına və sizin iş lə rinizin möh kəmlənməsinə səbəb olacaqdır. Belə isə Allaha itaət və əmi rəl-mö`mininə itaətə tələsin, çünki əgər bun lara doğru tələs səniz və Allaha həmd-səna etsəniz, əmin-aman lığa ça tar sı nız, onun fayda və bəhrəsini görərsiniz, inşaal lah!

Bu əhdnaməni 201-ci hicri ilinin Ramazan ayının 7-də bazar ertəsi günü öz əli ilə yazdı.



[1] «Üsuli-kafi», 1-ci cild, səh.242, hədis:8; «Bəsairud-dərəcat», səh.169, hədis:3; «Vafi», 2-ci cild, səh.136.

[2] «Bəsairud-dərəcat», səh.170 və onun oxşarı səh.162, hədis:32-də.

[3] «Bəsairud-dərəcat», səh.169, hədis:5.

[4] Yenə orada, hədis:2, onun oxşarı «Kafi» və «Vafi» kitablarında qeyd olun muşdur.

[5] Yenə orada, hədis:4.

[6] Yenə orada, hədis:6.

[7] «Üsuli-kafi», 1-ci cild, səh.168-169, hədis:1.

[8] «Məqatilut-talibiyyin», səh.208; «Irşad» Şeyx Müfid, səh.260.

[9] «Üsuli-kafi», 1-ci cild, səh.242, hədis:8; «Vafi», 2-ci cild, səh.136.

[10] Ibrahim ibni Məhəmməd Abbasi hərəkatının rəhbəri idi ki, axırıncı Əməvi xə lif əsi olan Mərvan Imad onu Hərranda həbs etmiş və 132-ci ildə öldürmüşdü. Onun qardaşı Əbu Cə`fər Mənsur Dəvaniqi digər qardaşı Səffahın ölümündən sonra 136-cı ildə xilafətə çatdı və 158-ci ildə Məkkə yolunda dünyadan getdi. Məhəmməd ib ni Əbdüllah ibni Əmr (Dibac adı ilə məşhurdur) 142-ci ildə Mənsurun göstərişi ilə qətlə yetirildi və onun başı Xorasana göndərildi. Əlavə izahı Ibni Əsirin «Ta rix» kitabında və «Mürucuz-zəhəb»də görə bilərsiniz.

[11] Başqa bir rəvayətdə deyilir: Əbdüllah ibni Həsən onlara dedi: «Cə`fəri istə mirik ki, sizin işinizi puça çıxartsın.»

[12] «Məqatilut-talibiyyin», səh.206-208; «Irşad», Şeyx Müfid, səh.259-260.

[13] Yenə orada, səh.253-256.

[14] «Tarixi Təbəri», 9-cu cild, səh.230, Avropa çapı, 3-cü cild, səh.254; «Məqatilut-talibiyyin», səh.248.

[15] «Məqatilut-talibiyyin», səh.272.

[16] «Tarixi Təbəri», 9-cu cild, səh.230, biz onun xülasəsini qeyd etdik.

[17] Füzeyl ibni Yəsarın tərcümeyi-halı, Kəşşinin kitabı; «Mə`rifətur-rical» kitabında, Məşhəd çapı, səh.214-də qeyd olunmuşdur.

[18] «Tarixi Təbəri», 9-cu cild, səh.228; «Məqatilut-talibiyyin», səh.274.

[19] Yenə orada, 5-ci cild, səh.259 və 346.

[20] «Məqatilut-talibiyyin», səh.347; «Tarixi ibni Əsir», 5-ci cild, səh.230.

[21] «Tarixi Təbəri», 2-ci cild, səh.272.

[22] «Məqatilut-talibiyyin», səh.347.

[23] «Bəsairud-dərəcat», səh.170, biz o hədisin ehtiyac duyulan miqdarını qeyd etdik.

[24] «Sad» surəsi, 26-cı ayə.

[25] «Hicr» surəsi, 92-93-cü ayələr.

  475
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə növbəti mitinqini keçirdi – Foto
      Ərəbistan qırıcıları Yəməndə uşaqları daşıyan avtobusu hədəfə alıblar
      İMAMLARDAN ŞƏFAƏT İSTƏMƏK
      Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar
      Qüdsə səfər edən Mikayıl Cabbarov işğalçı sionist rejimilə işbirliyi qurur
      Təqlid mərcələri Ümumdünya Qüds Gününə çağırış etdilər
      İnqilab Rəhbəri: Atom Enerjisi Təşkilatı tez bir zmaanda 190 min su istehsalına çatmağa ...
      İmam Əlinin(ə) şəhadəti münasibəti ilə matəm mərasimi islam inqilabının böyük ...
      Təqlid mərcələri Qüds günü yürüşündə geniş iştiraka çağırıblar
      Almaniya pivə şirkətindən İslama qarşı sayğısızlıq: Pivə şüşələrinin qapaqlarına ...

 
user comment