Azəri
Thursday 18th of July 2019
  749
  0
  0

SÜDƏMƏRLİK VAXTI

SÜDƏMƏRLİK VAXTI

Həzrət Peyğəmbərdən (s) ana südü haqda nəql olunub ki, körpə üçün ən yaxşı qida ana südüdür. («Bihar» 100-ci cild). Allah-taala körpənin doğumu ilə eyni vaxtda ana döşündə süd qərarlaşdırır. Əgər ana südünün əhəmiyyəti müxtəlif yönümlərdən bəşər bu gün aydın olmuşsa, əsrlərcə əvvəl ilahi vəhy və sirrin üstündən pərdəni götürmüşdür. Əlbəttə indi bu söhbətin yeri deyil. İndi söhbət ondan gedir ki, Peyğəmbər (s) südəmərlik dövrünü necə keçirib, özü ana südündən bəhrələnmibmi?

 Həzrətin (s) tamamilə ana südü görmədiyini sübut etmək çətindir. Xüsusi ilə doğum südü uşağın talehində mühüm rol oynayır. Əgər həzrətin (s) anasının südü yoxidisə də, doğum südü olmalıydı. Peyğəmbər (s) anadan olandan sonra bir müddət anasının yanında qalıb, onun kifayət qədər südü olmayıb. («Bihar» 15). Əbdül Mütəllib bu uşağı adi bir insan bilmədiyindən ona xüsusi münasibət bəsləyir və nəzarət edirdi. Ona görə də süd verən qadın axtarırdı. Həzrətin (s) dayələrinin sayı mübahisəlidir. Bəzən bu say səkkiz, bəzən də on gətirilir. (Sireye hələbi, 1-ci cild). Onlardan ikisi daha çox tanınır. Anasından sonra ilk süd verən əbu Ləhəbin kənizi Səvibə (ərəbi) olmuşdur. («Tarixe Yəqubi» 1-ci cild). O, Peyğəmbərə (s) dörd ay süd vermişdir və Peyğəmbər (s) lütfü heç zaman unutmamış, onu əbu Ləhəbdən alıb azad etmək istəmişdir. Nəhayət bir vaxt əbu Ləhəb onu azad etmişdir. Nəql olunur ki, onun azad edilməsi əzabının yüngülləşməsinə səbəb olar. («Bihar» 15-ci cild).

 Sonra Əbdül Mütəllib digər bir dayə axtarmış, öz qızları Atikə (ərəbi) və Səfiyyə həzrətə süd vermək istəmişlər. Amma Həzrət (s) nə onların, nə də digər Bəni-haşim qadınlarının südünü istəmişdir. Əbdül Mütəllib nə edəcəyi barədə tərəddüdə qalmışdı. Ona pak, əxlaqlı Həliməni seçmək təklif olunur. Əbdül Mütəllib Həlimənin atası Əbdüllah ibni Harisin yanına adam göndərir. Əbdüllah bu təklifi qəbul edib, Həliməni müjdələyir. Həlimə böyük sevinclə uşağı təhvil almaq üçün Məkkəyə yola düşür.

HƏLİMƏ SƏDİYYƏ

Həlimə nəsli ədnana yetişən Əbdüllahın qızıdır. Onun nəsli Peyğəmbərin (s) on yeddinci babası Nizarda Peyğəmbərə (s) bağlanır. Həlimə ağıllı, kamil, gözəl, natiq, pak, əsilli ailədən, südlü bir qadın olmuşdur. Qüreyş onu məhz ləyaqətinə görə seçmişdir. Şəhidlər ağası Həmzə əsədüllah da bu qadının döşündən süd əmmişdir. Həmzə Peyğəmbərin (s) əmisi olmaqla yanaşı, həm də onun süd qardaşıdır. («Bihar» 15-ci cild).

 Həlimə fiziki və ruhi cəhətdən də Peyğəmbər (s) kimi bir uşağa süd verməyə layiq idi. Olsun ki, məhz Həlimənin ləyaqətinə görə həzrət digər qadınların südündən imtina etmişdir. Həliməyə bu iftixar da nəsib olur ki, Peyğəmbərə (s) süd verməyin bərəkətindən Cəhənnəm odu ona haram olur. Çünki Peyğəmbər (s) həm bu qadının südündən bəhrələnmiş, həm də dörd ilə qədər onun qoynunda böyümüşdür. «Allah-taala səni yedirən döşə, səni tərbiyə edən qucağa Cəhənnəm odunu haram etmişdir» hədisi ona aiddir.

 Peyğəmbər (s) Həlimənin məhəbbətini daim xatırlayır, ona ehtiram göstərirdi. Hətta Mədinəyə hicrətdan sonra Həliməyə, Məkkəyə hədiyyələr göndərir. Həlimə Xeybərin fəthindən sonra Hicrətin yeddinci ilində vəfat edir. Mədinənin Bəqi qəbristanlığında dəfn olunduğu məlumdur. Qəbri indi də ziyarət edilir. Peyğəmbərlə (s) birgə keçirdiyi günlərdən Həlimənin şirin xatirələri nəql olunur. Bu xatirələrin bəzisini zikr edirik.

HƏLİMƏNİN XATİRƏLƏRİ

1-Həzrət Peyğəmbərin (s) həyatı başdan-başa – istər besətdən qabaq, istərsə də besətdən sonra, hətta uşaqlıq dövründə əsrarəngiz hadisələrlə zəngindir. Həlimə bu uşağa süd verdiyi dövrdən həmin hadisələrə şahiddir. İlk dəfə Əbdül Mütəllib körpəni Həliməyə verəndə o yaxasını açıb sol döşünü körpəyə verdi. Onun sağ döşündə süd yox idi. Lakin uşaq imtina edib, sağ döşə meyl etdi. Həlimə yenə də sol döşünü vermək istədi, yenə də körpə sağa meyl göstərdi. Həlimə qorxdu ki, körpə sağ döşdə süd olmdığını görüb sol döşü də əmməsin. Uşaq təkid sağ döşü əmməyə başladı və illərcə süd görməmiş döşdə bolluca süd yarandı. Bu həzrətin (s) meylinin bərəkətindən idi. («Bihar» 15-ci cild)

 2-Elə uşaqlıq dövründə Həzrətin (s) böyüklüyü məlum idi. Həlimə öz itkisini bu uşağa süd verməkdə tapdığından bu vəzifəni sevinclə qəbul etmişdi. Həlimənin digər bir südəmər uşağı da vardı və hər iki uşağı bir döşdən əmizdirməli idi. Həzrətin (s) sağ döşə süd gəldiyindən hər uşaq bir döşü əmirdi. Amma Həzrət (s) yalnız sağ döşü əmir və süd qardaşınnı haqqına toxunmurdu. İnsanlığın səciyyəsi olan ədalət və insaf əvvəlcədən bu körpədə aşkar idi.

 3-Həlimə sadə həyat tərzi keçirirdi. Bəlkə də, iqtisadi baxımdan kasıb idi. Bir-neçə artıq qoyundan savay bir şeyi yox idi. Həzrət Peyğəmbər (s) onun evinə qədəm qoyandan bu evə bərəkət gəlmişdi. Qoyunlar əkiz doğur, bolluca süd verirdilər. Ev əhli və camaat bu işin qarşısında etiraf etməli olurdular ki, uşağın gəlişi ilə onların yaşayışı dəyişib. Nəql edilir ki, bu uşaq «Bismillah» deməmiş bir şeyə toxunmazdı, bəzən ondan zikrlər eşidərdilər.

 Həzrətin (s) südəmərlik dövrü keçdi. Amma o, hələ də Həlimənin yanında idi. Həlimə onu dörd və ya beş yaşından sonra anasına qaytardı. Amma çox çəkmədi ki, yenə anasından ayrılmalı oldu. hansı ki, bu yaşda ana məhəbbətinə böyük bir ehtiyacı vardı. Bəlkə də bu ilahi bir hikmət idi ki, fəzilətli bir uşaq çətinliklərlə imtahana çəkilsin, onun ruhu məsuliyyətlərin qəbuluna hazır olsun. Əvvəlcə atası, az sonra anası ondan ayrıldı. Əbdül Mütəllib Aminənin vəfatından sonra onu öz yanında saxlayır. İki il ötmür ki, Əbdül Mütəllibin vəfatı ilə səkkiz yaşlı uşaq babasının mehr-məhəbbətindən məhrum olur. Sonra Həzrətin (s) himayəsini Əbu Talib öhdəsinə götürür.

  749
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Putin Netanyahu ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
      Nə üçün Quran ayə-ayə nazil olmuşdur? Hansı surələr bir dəfəyə və bir yerdə ...
      Ali Məhəmməd" kəlməsi olmayan salavat hansı səbəblə naqis və qadağan olunmuşdur?
      Bəqərə surəsinin 228- ci ayəsində, kişinin qadından üstün olmasını deməsi, Allahın ...
      Məryəm surəsinin on yeddinci ayəsində "Ruhun (Cəbrail) təzahürünün" mənasını ...
      Kovsər hovuzu nədir?
      Rizvan behiştinə sahib olmaq, onlar üçün mələyin şəfaət etməsi ilə necə uyğundur?
      Зејд ибн Әли (рәһмәтуллаһ) Әһли-Бејтдән ...
      Quran baхımından Allahı tanımaq yоlu
      Davranış

latest article

      Putin Netanyahu ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
      Nə üçün Quran ayə-ayə nazil olmuşdur? Hansı surələr bir dəfəyə və bir yerdə ...
      Ali Məhəmməd" kəlməsi olmayan salavat hansı səbəblə naqis və qadağan olunmuşdur?
      Bəqərə surəsinin 228- ci ayəsində, kişinin qadından üstün olmasını deməsi, Allahın ...
      Məryəm surəsinin on yeddinci ayəsində "Ruhun (Cəbrail) təzahürünün" mənasını ...
      Kovsər hovuzu nədir?
      Rizvan behiştinə sahib olmaq, onlar üçün mələyin şəfaət etməsi ilə necə uyğundur?
      Зејд ибн Әли (рәһмәтуллаһ) Әһли-Бејтдән ...
      Quran baхımından Allahı tanımaq yоlu
      Davranış

 
user comment