Azəri
Saturday 23rd of March 2019
  688
  0
  0

QÜRUBSUZ GÜNƏŞİN DOĞMASI

QÜRUBSUZ GÜNƏŞİN DOĞMASI

Pak ata və pakizə bir anadan bütün insanlardan üstün bir insan doğulur. Bu insan cəmiyyəti çalxalayıb, onun etiqadına, ictimai-siyasi quruluşuna böyük təsir göstərir. Peyğəmbərin (s) anadan olması bəşər tarixində misli olmayan bir hadisədir. Onun doğulduğu il elə bir ixtilaf müşahidə edilmir. Onun doğum günü və ayı mübahisəlidir. Əsasən iki tarix göstərilir: Birincisi Rəbiül-əvvəlin on ikisidir. Bu tarixi əksər sünnə əhli və Kuleyni kimi bəzi şiə alimləri qəbul edir. İkincisi isə Rəbiül-əvvəlin on yeddisidir. Bu tarix əksər şiələrin qəbul etdiyi tarixdir. Amma həzrətin cümə günü doğulduğu tam aydındır. Onun doğum yeri Məkkədə (ərəbi) Mərvə və əbu-qubeys dağları arasında Məhəmməd ibni Yusifin evidir. Burada Harun ər-rəşidin anası Xizran məscid tikdirmişdir. Bu yer müsəlmanların və Məkkənin mühüm yerlərindəndir. Mənəviyyat ardınca gələnlər bu yeri ziyarət edirlər. Təəssüf ki, Ali Səud dövründə bu məscid də dağıdılmış yerində kitabxana adı ilə yeni bir bina tikilmişdir.

DOĞUM HADİSƏLƏRİ

Həzrət Peyğəmbərin (s) anadan olması bəşər tarixində böyük bir hadisədir. Belə hadisələr təbii yolla baş verməyib, əsrarəngiz olub və diqqətləri cəlb edir. Cəmiyyətin talehində təsirli olan şəxslərin doğumu insanlar üçün bərəkət hesab olunur. Peyğəmbərin (s) doğumu baş vermiş ən bərəkətli hadisədir. Bundan bərəkətli bir hadisəyə təsadüf etmək qeyri-mümkündür. Bu hadisələrin bəzilərini qeyd edirik.

 Səduq (r) nəql edir ki, Şeytan yeddi səmada gəzərdi. İsa (ə) doğulanda üç, həzrət Məhəmməd (s) doğulanda yeddi səmadan qovuldu və atəşə tutuldu.

 Yenə buyurur: Peyğəmbərin (s) doğulduğu gecə bütün bütlər yıxıldı, İranda Kəsra eyvanının lərzəyə gəlib, parçalandı, 14 sütunu sındı, Savə dəryaçası qurudu, Kufə və Şam arasındakı Səma və vadisini sel basdı. Min ildən sonra fars atəşgahı söndü.

 Dünya zərdüştlərinin abidləri yuxuda gördülər ki, iki hörgüclü dəvələr ərəb adlarını yedəyə çəkib, dəclədən keçir, əcəm torpağına daxil olurlar. Həmin gecədə hicaz səmasından bir nur yüksəlib, şərqi işıqlandırdı. Səltənətlər dağıldı, padşahlar lal oldu, kahinlik və sehr elmi dayandı. Qüreyş əzəmətlənib Aləllah adlandırıldı.

 Amənənin dilindən nəql olunur: Övladım doğulanda başını səmaya tərəf qaldırdı – məndən bir nur parladı ki, hər yer işıqlandı». İnsanların ağası, sevinci doğuldu onun adını Məhəmməd qoyun deyə nəva eşitdim. Şeytan qorxmuş halda ətrafındakıları çağırıb, nə olduğunu soruşdu. Onlar səmadan bir şey anlamayıb, Kəbə ətrafına gəldilər. Buranı mələklərə dolu gördülər. Onların yaxınlaşmağa qoymadılar. Onların «nə olub» sualına «Məhəmməd doğulub» dedilər.

 Yəqubi əlavə edir ki, Məhəmməd (s) doğulanda yəhudi, məsihi abidləri bir-birinə dəydi, göydə bu vaxtdan görünməmiş ulduzlar parladı.

 Amənənin dili ilə deyilir ki, məndən qalxan nurda Şam sarayını gördüm.

HADİSƏLƏRİN SƏBƏBİ

Bütün bu hadisələrin bir izahı budur ki, böyük bir hadisənin cərəyanına əksəriyyətin diqqəti cəlb edlsin. Amma dəryaçanın qurulması, vadini elə basması kimi hadisələrin hikməti bizə aydın olmaya da bilər. Amma bütlərin dağılması, bəzi məbədlərin xaraba qalması, imperator saraylarının süqutu, sehr və kahinliyin dayanması barədə demək olar ki, bütün bunların xəbərdarlığı vardır. Bu insan bütün şirk və bütpərəstlikləri hədəfə alacaq, digər dinləri rədd edəcəkdir. Zülmə əsaslanan ictimai quruluş, ilahi, insani quruluş yaradacaqdır. Bu şəxs kahinlik və sehr kimi batil, puç təzahürlər üçün ciddi bir təhlükədir. O, bəşər həyatının bütün yönümlərinə müdaxilə edəcək tövhid və ilahi etiqadın bayraqdarı, yeni bir quruluşun yaradıcısıdır. Onun təsiri zaman və məkanla məhdudlaşır və müxtəlif yönümlərdə risaləti öhdəsinə götürür. Bu ilahi dəyərlərin ümidi və insan kamalının çiçəklənməsidir.

 Həzrət Peyğəmbər (s) doğulanda Əbdül Mütəllibə xəbər verdilər ki, övladın olub. Əbdül Mütəllib onu ağuşuna alıb, şükr etdi və Kəbəyə apardı. Sonra onu anasına verib, dayə axtarmağa başladı.

AD QOYMA

«Onun adı göylərdə əhməd, yerdə Məhəmməddir» («Bihar» 15-ci cild). Allahın Rəsulu (s) doğulandan sonra Cəbrəil və Mikail (mələklər) insan surətində gəlib, onu yuyundurdular və ətirlədilər. Bu vaxt Amənə bir kənarda dayanıb, təəccüblə baxırdı! Behişt huriləri körpəni parçaya bələyib, anasının qucağına verdilər. Sonra mələklər yığın-yığın gəlib, bu sayaq salam verdilər: «Salam olsun sənə, ey Məhəmməd; salam olsun sənə, ey Məhəmməd; salam olsun sənə, ey əhməd, salam olsun sənə, ey əhməd». Kuleyni nəql edir ki, Allahın Rəsulu doğulanda Hatifi (kimdir qeyd et?) nida etdi ki, onu Məhəmməd adlandırın. («Bihar» 15-ci cild).

 Aydındır ki, belə bir böyük şəxsiyyətin adı da göylərdən qoyulur. Onun yüksək məqamına görə adı da Allah-taala tərəfindən əvvəlcədən təyin edilir. Onun adı hətta əvvəlki ilahi kitablarda qeyd olunmuşdur. Həzrət İsa (ə) əsrlərcə əvvəl onun adını müjdə vermişdir: «Mən sizi məndən sonra gələcək bir peyğəmbərlə müjdələyirəm, onun adı əhməddir». Quran da onu həm əhməd, həm də Məhəmməd kimi yad edir: «Məhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir» (“Əhzab» 40).

ÖVLADLARA AD QOYMA

Mühüm nöqtələrdən biri də fərdlərə ad qoymanın əhəmiyyətidir. Bütün cəmiyyətlərdə adlar yerli mədəniyyət və inamlardan yaranır. Yaxşı və mənalı adlar bir millətinin mədəniyyətinin zənginliyidir. Necə ki, yüngül və mənasız adlar yoxsulluğa dəlalət edir. İctimai münasibətlərdə və fərdlərdə ad qoymada bir millətin azadlığı və ya biganə mədəniyyətlərdən asılılığı yaxşıca aydın olur. Qurani-məcidin ad qoymada belə ehtiyatlı olduğunu, Peyğəmbərə (s) illərcə doğumundan əvvəl ad qoyduğunu, «onun adı Yəydadır, ondan əvvəl kimsəni belə adlandırmadıq» ayəsini, övlada yaxşı ad qoyulmasının ata-ana üçün vəzifə olduğunu nəzərə almaqla müsəlman millətlər diqqətli olmalı, övladlarına, ictimai yerlərə və s. ad qoyarkən zəngin islam mədəniyyətindən faydalanmalıdırlar. Qərb və şərqdən gəlmiş adların istifadəsi islam mədəniyyəti ilə qətiyyən uyuşmadığından ondan çəkinmək lazımdır. Ad qoyarkən başqalarının istəyinə, müdaxiləsinə əhəmiyyət verilməməlidir.

  688
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Nə üçün Quran ayə-ayə nazil olmuşdur? Hansı surələr bir dəfəyə və bir yerdə ...
      Ali Məhəmməd" kəlməsi olmayan salavat hansı səbəblə naqis və qadağan olunmuşdur?
      Bəqərə surəsinin 228- ci ayəsində, kişinin qadından üstün olmasını deməsi, Allahın ...
      Məryəm surəsinin on yeddinci ayəsində "Ruhun (Cəbrail) təzahürünün" mənasını ...
      Kovsər hovuzu nədir?
      Rizvan behiştinə sahib olmaq, onlar üçün mələyin şəfaət etməsi ilə necə uyğundur?
      Зејд ибн Әли (рәһмәтуллаһ) Әһли-Бејтдән ...
      Quran baхımından Allahı tanımaq yоlu
      Davranış
      Davranış

 
user comment