Azəri
Wednesday 27th of March 2019
  1110
  0
  0

İki dünyanın xanımı Həzrəti Zəhranın (s ə) təvəllüdü

Fatimeyi- Zəhra (s. ə)

Allahın adı ilə

İki dünyanın xanımı Həzrəti Zəhranın (s ə) təvəllüdü

Xanım Zəhra (s.ə) besətin 5-ci ili, cəmadis- sani ayının 20- də dünyaya göz açmışdır. Bu zaman Peyğəmbərin (s) 45 yaşı var idi. İmam Sadiq (ə) və İmam Baqir (ə) –dan nəql olunan rəvayətdə deyilir: Həzrəti Zəhranın (s.ə) anası xanım Xədicə olmuşdur. Peyğəmbər (s) özünün merac gecələrinin birində ona təklif olunan cənnət meyvələrindən olan təzə xurma və üzümdən meyl etmişdir. Allah- Taala həmin behişt meyvələrini Peyğəmbərin (s) sülbündə nütfəyə çevirmişdir. Nəticədə həzrət (s) meracdan qayıtdıqdan sonra xanımı Xədicə (s.ə) bir yatır və beləliklə Fatimənin (s.ə) nuru Xədicənin bətnində cilvələnir. Buna görədə xanım Fatiməni (s.ə) "Həvraul insiyyə"də adlandırıblar. Bununda mənası xanım Zəhranın (s.ə) insan ola- ola behişt hurilərindən sayılması deməkdir. Beləki Peyğəmbər (s) hər zaman cənnət ətrini arzulasaydı, onun və tuba ağacının ətrini Fatimədən (s.)alardı.

Fatimənin (s.ə) necə doğulması

Şüyx Səduq yazır: Müfəzzəl ibn Ömər yazır: bir gün İmam Sadiqdən (ə) soruşdum: Fatimə(s.ə) dünyaya necə gəldi? İmam Sadiq(ə) buyurdu: "Xədicə Peyğəmbərlə evəndikdən sonra Məkkə qadınları (islama qarşı düşmənçiliklərinə görə) ondan uzaqlaşdılar. Beləki, qadınlar nə Xədicənin (s.ə) evinə gedir, nə də yolda onu gördükdə salam verirdilər. Hətta başqa qadınların belə onunla görüşməsinə mane olurdular ki, Xədicə (s.ə) bütün bunlardan kədərlənir və bu çirkin əməllərin Peyğəmbərə (s) zərər yetirəcəyindən qorxurdu. Amma Fatimə (s.ə)Xədicənin (s.ə) bətnində olduğu halda anası ilə söhbət edib ona ürək- dirək verirdi. Xədicə hətta bu məsələni də Peyğəmbər (s) –dan gizlədirdi. Bir gün Allahın rəsulu evə daxil olduqda Xədicənin (s.ə) kiminləsə söhbət etdiyini eşidir və bu barədə ondan soruşduqda o pak qadın belə cavab verir: "bətnimdəki uşaq mənimlə söhbət edir, o, mənim həmsöhbətimdir. Peyğəmbər (s) buyurdu: "Cəbrail (ə) mənə xəbər verib ki, bu uşaq qız uşağıdır və bizim mübarək, nəslimizdə budur. Allah Taala tezliklə mənim nəslimi onun vasitəsi ilə dünyaya gətirəcəkdir. İmamlar onun nəslindən dünyaya gələcəklər. Allah Taala mənə olunan vəhy kəsildikdən sonra (mənim vəfatımdan sonra ) onları yer üzündə mənim canişinim və xəlifələrim qərar verəcəkdir". Xədicə (s.ə) Fatiməni dünyaya gətirən zaman Məkkə qadınlarından heç biri onun köməyinə gəlmədilər. Lakin Allah Taala onu tək qoymadı. Qəflətən Bəni Haşim qadınlarına bənzər buğdayı, hündür qamətli dördqadın evə daxil oldular. Xədicə (s.ə) onları gördükdə qorxdu. Onlardan biri dedi: "Ey Xədicə, kədərlənmə, biz Allah tərəfindən gəlmişik. Biz sənin bacılarınıq. Mən Sarayam (İbrahim peyğəmbərin (s) həyat yoldaşı.) ,Bu müzahimin qızı Asiyadır. (Fironun həyat yoldaşı) O sənin cənnətdəki rəfiqəndir. O birisi İmranın qızı Məryəm, digəri isə Musanın bacısı Gülsümdür. Allah bizi sənin yanına, hamiləlikdən azad olmaqda sənə kömək etmək üçün göndərmişdir.

Onların köməyi ilə Fatimə (s.ə) pak- pakizə dünyaya gəlir. O, dünyaya gələn zaman ondan saçan nur bütün Məkkə evlərini işıqlandırırdı. Behişt hurilərindən on nəfər əllərində cənnətdən gətirdikləri teşt və kovsər suyundan doldurulmuş kuzə ilə evə daxil oldular. Xədicənin qarşısında duran qadın Fatiməni (s.ə) götürüb kosər suyu ilə yudu. Ağappaq, ətirli iki parçadan biri ilə onu bələyib, digəri ilə isə başını bağladı. Sonra Fatiməni (s.ə) dindirdi. Fatimə (s.ə) dil açıb Allahın birliyinə, Məhəmmədin (s) onun rəsulu olmasına şəhadət verdi.

Sonra o dörd qadının hər birinə ayrı- ayrılıqda salam verib hər birinin öz adı ilə səsləyib dindirdi. Qadınlar böyük sevinc və şadlıqla Fatimənin mövludu münasibəti ilə təbrik söyləyib müjdə verirdilər. (bu hədis ixtisarla yazılmışdır) Allah Taala bu bərəkətli mövludun müjdəsini kovsər surəsini Peyğəmbərə nazil etməklə verdi.

  1110
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Təbrizdə "Quranın 30-cü Cüzünü Hifz Edək" Milli Layihənin 4000 şagirdlərdən ...
      Sualın xülasəsi: İnsanın dünyadan köçmüş yaxın adamını yuxuda görməyi üçün hansı ...
      İmam Xamenei cənablarının hüzuru ilə Əyyami Fatimə (s.ə.) məclisləri qeyd edilir – Foto
      Habil və Qabil kim ilə evlənmişdi?
      Aya şeytanın övladı vardır və onlar da lənətlənibdirmi?
      Buna diqqət etdikdə ki, Quran hər bir şeyi açıqlayıb bəyan edəndir, ayələri dərk ...
      Nə üçün az sayda peyğəmbərlərin adları Quranda çəkilmişdir?
      Təthir ayəsinin, ayənin ortasında qərarlaşması, xüsusiylə aid olmasını demək olarmı? ...
      Нәјә ҝөрә Гуранда чох мәсәләләр ҹүзиликләри илә гејд ...
      Nigeriya Paytaxtında Zariya Soyqırımının 3-cü il dönümü qeyd edilib – Foto

 
user comment