Azəri
Saturday 23rd of March 2019
  849
  0
  0

İSLAMDA İTAƏT HÖKMÜ

İSLAMDA İTAƏT HÖKMÜ

ALLAHA İTAƏT

Allaha itaət olunmağın vacibliyi və itaət olunmadıqda insanın əzaba düçar olacağı hamıya bəlli olan bir məsələdir. Qur᾽anın bir çox ayələrində Allah-taala Onun əmrinə tabe olan şəxsləri cənnət ne᾽mətləri ilə mükafatlandıracağına, tabe olmayanları isə böyük əzablarla cəzalandıracağına və᾽də vermişdir.

ALLAHDAN QEYRİSİNƏ İTAƏT

Bu məsələ şər᾽i nöqteyi-nəzərdən bir neçə qismə bölünür: Bə᾽zən vacib, bə᾽zən haram, bə᾽zən də mubah [icazə verilmiş] olur.

1. Bə᾽zən Allahdan qeyrisinə itaət etmək Allahın Özü tərəfindən əmr olunur.

«Biz hər bir peyğəmbəri, ancaq ona Allahın iznilə itaət olunsun deyə, göndərdik». (4/64).

Bu səbəbdən də Allah-taala insanların Ona itaət etmələrini əmr edərkən Peyğəmbərə (s) də itaət etməyin zəruriliyinə işarə edir.

مَّنْ يُطِعِ الرَّسُولَ فَقَدْ أَطَاعَ اللّهَ

«Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə [Cənnətə] nail olar». (33/71).

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ أَطِيعُواْ اللّهَ وَأَطِيعُواْ الرَّسُولَ وَأُوْلِي الأَمْرِ مِنكُمْ

«Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar sahiblərinə itaət edin!». (4/59).

2. Bə᾽zən də insanı günaha sürükləyən Şeytan və digər şeylərə itaət etmək Allah tərəfindən yasaq olunur.

Şübhəsiz ki, belə bir itaət şər᾽i nöqteyi-nəzərdən haram, əqli baxımdan isə olduqca nalayiq və xoşagəlməz bir işdir. Belə ki, bir çox hallarda insanın Allahdan qeyrisinə itaət etməsi, onu şirk və küfrə sürükləyir. Bu ona bənzəyir ki, bir şəxs başqa birisini küfr və ya şirkə əmr etmiş və həmən şəxs də öz növbəsində ona itaət edərək dediyi hər bir sözü qəbul etmiş olur. Belə ki, Allah-taala Qur᾽ani-Kərimdə bu haqda buyurur:

اتَّقِ اللَّهَ وَلَا تُطِعِ الْكَافِرِينَ وَالْمُنَافِقِينَ

«Ya Peyğəmbər! Allahdan qorx, kafirlərə və münafiqlərə itaət etmə». (33/1).

فَاصْبِرْ لِحُكْمِ رَبِّكَ وَلَا تُطِعْ مِنْهُمْ آثِمًا أَوْ كَفُورًا

«Elə isə Rəbbinin hökmünə səbir et və onlardan [Məkkə müşriklərindən] günahkar və nankor olana boyun əymə!» (76/24).

حُسْنًا وَإِن جَاهَدَاكَ لِتُشْرِكَ بِي مَا لَيْسَ لَكَ بِهِ عِلْمٌ فَلَا تُطِعْهُمَا

«Əgər ata-anan bilmədiyin şeyi Mənə şərik qoşmağa cəhd göstərsələr [bu işdə] onlara itaət etmə». (31/15).

3. Bə᾽zən də insan, Allah tərəfindən əmr və ya yasaq olunmadan Allahdan qeyrisinə itaət edir. Bu kimi itaətləri nə haram adlandırmaq olar, nə də halal. [Əskərin ordu başçısına itaət etməsini buna misal çəkmək olar]. Yox əgər insan haram işlərdə bir başqasına itaət edərsə və onun itaət etməsi ibadət və pərəstiş həddinə çatarsa, o, yuxarıda qeyd olunan itaətin ikinci növünə aid olacaqdır və bu da günah və şirkdir.

  849
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Həzrət Əlinin (ə) son anlarında İmam Həsən (ə) və İmam Hüseynə (ə) vəsiyyəti
      Lütfən, Qədir-Xum xütbəsini tam şəkildə bəyan edin.
      Həzrət Zeynəbin (s) dəfn yeri hansı ölkədədir?
      Peyğəmbərə (s) görə salamın əhəmiyyəti nədir?
      Həzrət Müslim kim idi?
      Ayətullah Behcətin (rəhmətullahi əleyh) dediyi “bu əsrin qocaları da imam Zaman ...
      Nə üçün Peyğəmbərin(s) xəstə olduğu müddətdə İmam Əli (ə) hətta bir dəfə belə ...
      İmam Həsənin (ə) böyük olmasını nəzərə aldıqda, nə üçün İmamət İmam Hüseynin ...
      Quran mətnində istifadədə “innə” ilə “ənnə”, “məvəddət” və məhəbbət”, ...
      İslam dininin təkcə haqq din olmasına baxmayaraq, nəyə görə Quranda digər dinlərin ...

 
user comment