Azəri
Sunday 24th of March 2019
  725
  0
  0

AYƏDƏ İŞLƏNƏN SÖZLƏR

AYƏDƏ İŞLƏNƏN SÖZLƏR

«Əlhəmd» – şükür mə᾽nasını daşıyır və adətən könüllü olaraq görülən işlərin müqabilində işlənmişdir. İstər bu iş şükür edənin xeyrinə olsun, istərsə də başqalarının. «Şükür» sözü isə «küfr» sözünün əks mə᾽nasını daşıyır və insana başqa birisindən xeyir dəydikdə istifadə olunur. Və «tənqidin-zəmm» əks mə᾽nasını daşıyan «mədh-tə᾽rif» istifadə olunduğu yer baxımından ümumiyyət xarakteri daşıyır və bu kəlmə bir şəxsin etdiyi hər hansı bir xeyirxah işin müqabilində istifadə olunur.

İstər bu yaxşılıq tə᾽rif olunandan tə᾽rif edənə edilmiş olsun, istərsə də yox. Və istər edilən yaxşılıq insani fəzilətlər kimi ixtiyari olsun, istərsə də günəşin və dürrün parıltısı kimi qeyri-ixtiyari.

«Əlhəmd» kəlməsindəki «əlif və lam» müəyyənlik xarakteri daşıyır.

2-3-4. «Allah», «Rəhman» və «Rəhim» – Bu üç kəlmə haqda əvvəlki fəsildə söhbət açdığımız üçün bir daha təkrara yol vermək istəmirik.

5. Rəbb – «Rəbəbə» kəlməsindən götürülmüşdür. Malik, islahatçı və başçı mə᾽nalarını daşıyır.

«Rəbibə» kəlməsi də həmən kökdən götürülmüşdür.

«Rəbb» başqa kəlmələrlə işlənmədikdə ayrı-ayrılıqda Allahdan qeyrisi üçün istifadə olunmur.

Məsələn, «rəbbissəfinə» – gəminin kapitanına, «Rəbbuddar» – ev sahibinə deyilir.

6. «Aləmin – aləm» və qövm kəlmələri kimi tək halı olmadığı üçün daim cəm halda istifadə olunur.

Bitkilər aləmi, cansızlar aləmi və s. Bə᾽zən də zaman və məkan baxımından bir-biri ilə əlaqəsi olan məcmuəyə deyilir. «Axirət aləmi», «uşaqlıq aləmi» və s. Bə᾽zən də bir-birindən fərqi olan varlıqlar məcmuəsinə deyilir.

Bu kəlmənin cəm halı bə᾽zən «vav və nun» (aləmun) bə᾽zən də «fəvail» vəznində olur (əvalim).

Ərəb dilində, «fail» vəznində «əynul fe᾽l»in, yə᾽ni, orta hərfin fəthə, «vav və nun» ilə bu vəznin cəm hala düşməsi istisna olaraq, yalnız «aləm» kəlməsində işlənilir.

7. «Məlik», əhatə və hakimiyyət mə᾽nalarını daşıyır. Belə bir əhatə bə᾽zən Allahın bütün varlıqlar üzərində olan hakimiyyəti kimi həqiqi, bə᾽zən də insanların ixtiyarlarında olan əşyalara olan məhdud və müvəqqəti malikiyyətləri kimi olur.

Allahın varlıqlar üzərində olan hakimiyyət və əhatəsi ona görə mütləq və həqiqidir ki, mövcud olan hər bir varlıq özünün vücuda gəlməsində və mövcud olduğu müddətdə tam mə᾽nada Allahdan asılı və Ona möhtacdır. Belə ki, bir an da olsun özlərini müstəqil və Allahdan ehtiyacsız hesab etmirlər. Bu ehtiyac hissi varlıqlarda daim olmuş və olacaqdır.

وَاللَّهُ الْغَنِيُّ وَأَنتُمُ الْفُقَرَاء

«Allah zəngin, siz isə yoxsulsunuz. [Allah] sizə möhtac deyildir, siz Ona möhtacsınız». (47/38).

8. «Din» – cəza və hesab [mühakimə] mə᾽nalarını daşıyır. «Maliki yəumiddin» ayəsində hər iki mə᾽nanı əldə etmək olar. Belə ki, qiyamət günü insanların cəzalandırılıb və ya mükafatlandırılması onların sorğu-sual və mühakimə olunması ilə başlanacaqdır.

HƏMD-ŞÜKÜR ALLAHA MƏXSUSDUR

«Əlhəmdu lillahi Rəbbil-aləmin» ayəsini nazil etməklə, Allah-taala bir daha insanlara həmd və şükrün yalnız Ona aid [məxsus] olduğunu xatırladır.

Bu həqiqətə dəlalət edəcək kifayət qədər dəlil və sübutlar vardır və biz onlardan bir neçəsinə işarə edəcəyik.

1. Ən gözəl işlər, gözəl xüsusiyyətə malik olan şəxslər tərəfindən görülür. Bütün eyb və nöqsanlardan uzaq və ən gözəl xüsusiyyətlərə malik olan Allah gördüyü bütün işlərdə eyb və nöqsandan uzaq və tə᾽rifə layiqdir.

Bu haqda Qur᾽ani-Kərimdə buyurulur:

قُلْ كُلٌّ يَعْمَلُ عَلَى شَاكِلَتِهِ

«De ki: Hərə öz qabiliyyətinə [xislətinə] görə iş görər». (17/84).

Digər varlıqlar isə müəyyən nöqsanlara malik olduqları üçün təbii olaraq gördüyü işlər də adətən nöqsansız olmur. Demək heç bir eyb və nöqsanı olmayan işlər yalnız Allaha aiddir və başqalarının bu xüsusiyyətə malik olması qeyri-mümkündür.

Bu səbəbdən də yalnız Onun müqəddəs zatı şükür və tə᾽rifə layiqdir və Ondan qeyrisi üçün həmd və şükür etmək mahal və qeyri-mümkündür. «Əlhəmdulillah» cümləsi də məhz bu mətləbə dəlalət edir. Çünki bir qədər əvvəl işarə etdik ki, «Allah» tanrıya xas olan adlardandır və bütün kamal xüsusiyyətlərə malik olan Onun müqəddəs zatıdır. «Allah» kəlməsinin əvvəlindəki «lam» hərfi də həmd və şükrün Allaha aidliyinə dəlalət edir.

İmam Sadiq (ə)-dan nəql olunmuş rəvayətdə deyilir: Atam İmam Baqir (ə)-ın qatırı itmişdi, [bir qədər axtardıqdan sonra] dedi: Əgər Allah qatırı mənə qaytarsa, Ona özünün bəyəndiyi kimi həmd və şükür edəcəyəm. Çox keçmədi, yəhər və yüyəni ilə birlikdə onu atamın yanına gətirdilər. Atam paltarını yığıb qatıra mindi və dedi: «Əlhəmdu lillah – Şükür Allaha» və artıq heç bir şey demədi. Sonra dedi: Allaha şükür etməkdə heç nəyi əsirgəmədim, bütün həmd və şükrü Ona aid etdim. Və bu kəlmə bütün tə᾽rif və şükürlərə şamildir.

İmam Sadiq (ə)-dan nəql olunmuş başqa bir rəvayətdə deyilir: Allah-taala bütün böyük və kiçik ne᾽mətləri Öz bəndəsinə yalnız Ona şükür etməklə bəxş edir və insan «Əlhəmdullillah» deməklə bütün şükürləri yerinə yetirmiş olur.

İkinci dəlil:

Həmd və şükrün yalnız Allaha aid olduğuna dəlalət edən ikinci dəlil bundan ibarətdir ki, hər bir varlığın – istər əqlin, istər ruh və cismin və istərsə də xaricdə mövcud olan digər varlıqların ilkin kamala çatması Allah tərəfindən müəyyənləşdirilir. Çünki onları yaradan da Allahın Özüdür.

Növbəti ikinci kamal mərhələsi isə varlıqların malik olduqları üstün xüsusiyyətlərdən irəli gəlir. Və bu üstün xüsusiyyətlər bə᾽zən ixtiyari olur, bə᾽zən də qeyri-ixtiyari. Demək məxluqatın ixtiyarından xaric olan hər bir şeyi Allaha aid etməliyik. Bitkilər aləminin inkişafını, heyvanların onlara nəyin xeyirli və nəyin zərərli olduğunu dərk etmələrini, insanın natiqlik [danışıq] qabiliyyətinə malik olmasını buna misal çəkə bilərik.

İnsanın ixtiyari olaraq ələ gətirdiyi üstün xüsusiyyətləri də [o, öz ixtiyarı ilə buna nail olsa da] son mərhələdə Allahın müqəddəs zatı ilə əlaqələndirməliyik. Çünki onları hidayət edən və bütün bu iste᾽dad və bacarıqları onların ixtiyarında qoyan hər şeyə qadir, elm və qüdrəti əhatə edən Allahdır.

Və bu həqiqətə surənin ikinci ayəsində «Rəbbil aləmin» cümləsi ilə işarə olunur.

3. Allahın gördüyü bütün xeyrili işlər Onun Özünə aid deyildir. Çünki mütləq kamala yiyələnən bir varlıq üçün təkamülə səbəb olacaq işlərin həyata keçirilməsi heç bir məfhum kəsb etmir. Demək Allahın gördüyü bütün işlər məxluqatın xeyrinə və onların təkamülü üçündür.

Lakin insanların gördükləri xeyirxah işlər başqaları üçün xeyirli olsa da, onun savabı ilk növbədə onların özlərinə çatır. Çünki o öz təkamülünü xeyirxah işlərdə görür və belə bir düşüncə onu bu işləri yerinə yetirməyə sövq edir.

Qur᾽ani-Kərimdə bu haqda deyilir:

إِنْ أَحْسَنتُمْ أَحْسَنتُمْ لِأَنفُسِكُمْ

«Yaxşılıq da etsəniz, özünüzə etmiş olursunuz». (17/7).

Demək, xeyri yalnız başqalarına dəyən xeyir işlər yalnız Allaha aiddir. Bu səbəbdən də həmd və tə᾽rifə layiq olan yeganə varlıq Allahın Özüdür və bu mətləbə surədə «Ər-Rəhmanir-Rəhim» cümləsi ilə işarə olunur.

Bunu da əlavə etmək lazımdır ki, bə᾽zən həmd və şükür edən şəxs ona olunan ehsan və yaxşılıqların əzəmətini və ehsan edənin yüksək xüsusiyyətlərini dərk edir və arada heç bir qorxu hissi olmadan ona [layiqincə] şükür və səna edir. Bə᾽zən həmd və səna ne᾽mət sahibinin bəxş etdiyi şeylərə əhəmiyyət vermək və diqqət yetirmək nəticəsində olur. Bə᾽zən qorxu, bə᾽zən də bəxş olunan ne᾽mətlərə hərislik üzündən şükür və səna edilir. Göründüyü kimi, həmd və səna müxtəlif amillər üzündəndir və onların hər birinin Allahın müqəddəs zatına aid olduğuna bu surədə işarə edilmişdir.

İzah:

«Əlhəmdulillah» cümləsində həmd və sənanın Allahın müqəddəs zatına aid olduğu, Onun bütün eyb və nöqsanlardan uzaq və kamal sifətlərinə [ən yüksək xüsusiyyətlərə malik] olduğuna işarə olunur.

«Ərrəhmanir-rəhim» cümləsində həmd-sənaya səbəb olacaq ikinci və üçüncü amil bəyan olunur. Çünki Allah, rəhmət və mərhəmət mənbəyidir. İnsan da Allahın rəhmət və mərhəmətinə ümidvar olmalıdır və bu tükənməz yaxşılıqlara ümidvarlıq səbəbi ilə Allahın böyüklüyünə, tükənməz rəhmətinə həmd və səna etməlidir. Qeyd olunan məsələləri nəzərə almaqla qeyd etməliyik ki, Həmd surəsində «Ərrəhmanir-rəhim» cümləsinin iki dəfə işlənməsi heç də təkrar məqsədi daşımır. Birincidə, yə᾽ni, «Bismillah» ayəsində təbərrük məqsədi ilə, ikincidə isə, bütün həmd və sənaların Allaha aid olduğunu bəyan etmək məqsədilə işlənlmişdir.

«Maliki yəvmiddin» – Bu cümlə ilə həmd və sənaya səbəb olan dördüncü əsas amilə işarə olunur. Belə ki, bütün insanlar qiyamət günü Allahın hüzuruna [məhşərə] qaytarılacaq və orada öz əməllərinin müqabilində ya cəzalandırılacaq, ya da mükafatlandırılacaqlar. Belə isə Ondan qorxmalı, bir an da olsun itaətsizliyə yol vermədən şə᾽ninə şükür və səna deməliyik.

«Maliki yəvmiddin» cümləsini başqa ifadələrlə təfsir etmək istəsək, deməliyik ki, qiyamət günü haqq-ədalət, Allahın öz bəndələrini bağışlayıb rəhmət və mərhəmət qanadı altına aldığı gündür. Belə isə insanlar o gün bu iki böyük ne᾽mət ilə bəhrələndikləri üçün layiqincə Onun şə᾽ninə şükür və səna etməlidirlər.

Həmd surəsinin birinci hissəsinin təfsirini burada bitirib Allahın köməyi ilə növbəti fəsildə ikinci hissəyə başlayırıq.


 

HƏMD SURƏSİNİN TƏFSİRİ

 İKİNCİ HİSSƏ

إِيَّاكَ نَعْبُدُ وإِيَّاكَ نَسْتَعِينُ

«Yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik!» (1/5). (Bəqərə-5).

Lüğəvi mə᾽nası:

«İbadət» – lüğətdə üç mə᾽na daşıyır:

1.      Bə᾽zən «itaət» və əmrə tabe olmaq mə᾽nasında işlənir.

أَلَمْ أَعْهَدْ إِلَيْكُمْ يَا بَنِي آدَمَ أَن لَّا تَعْبُدُوا الشَّيْطَانَ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُّبِينٌ

«[Onunla cahiliyyət dövründə] ataları [Allahın əzabı ilə] qorxudulmamış və [Allahın hökmlərindən, imandan, tövhiddən] qafil olan bir tayfanı xəbərdar edib qorxudasan!» (Yasin-6).

فَقَالُوا أَنُؤْمِنُ لِبَشَرَيْنِ مِثْلِنَا وَقَوْمُهُمَا لَنَا عَابِدُونَ

2. «[Fir᾽on və ə᾽yan-əşrafı] dedilər: Bunların tayfası bizə bir qul kimi itaət etdiyi halda, biz özümüz kimi iki adi insana imanmı gətirəcəyik?» (Mu᾽minun-47).

İkinci mə᾽nası xar və zəlil olmaq və çarəsizlik üzündən kiməsə tabe və təslim olmaqdır.

قُلْ إِنَّمَا أُمِرْتُ أَنْ أَعْبُدَ اللّهَ وَلا أُشْرِكَ بِهِ

3. «De ki: Mənə Allaha ibadət etmək, Ona şərik qoşmamaq əmr olunmuşdur».

Bə᾽zən də pərəstiş etmək mə᾽nasında işlənir.

İbadət kəlməsi Qur᾽ani-Kərimdə əksər hallarda məhz bu mə᾽nada işlənmişdir. Belə ki, heç bir oxşarlıq olmadıqda «ibadət»in ilk növbədə bu mə᾽nası nəzərdə tutulur.

«Əbd» – kəlməsi isə müxtəlif mə᾽nalar daşıyır. İnsan azad varlıq olsa da «əbd» kəlməsi bə᾽zən onun barəsində işlənir. Çünki o, Allahın yaratdığı və Onun tərbiyə etdiyi bir varlıqdır. Öz əməlləri ilə bə᾽zən inadkarlığa və itaətsizliyə yol versə də, fitri olaraq Allahın qarşısında müti və təvazö᾽kardır. Bə᾽zən «qul» və «kölə» mə᾽nalarını daşıyır. Çünki onun [kölənin] ixtiyarı öz ağasının əlindədir. Sözün əsl mə᾽nasında, ağasından tam asılı vəziyyətdə və onun icazəsi olmadan heç bir ixtiyara malik deyildir. Bə᾽zən də çox geniş mə᾽na daşıyır və bir şəxsin nəfsə böyük əhəmiyyət verməsinə və ondan başqa heç bir şeyə əhəmiyyət verməməsinə «əbd» deyilir.

İmam Hüseyn (ə)-ın buyruqlarının birində deyilir:

«Camaat dünyanın qullarıdır və din onların həyatlarını tə᾽min etmək üçün dildə iqrar etdikləri bir şeydir. Onlar dindən danışarlar, imtahan vaxtı gəlib çatdıqda isə, dindarlar nə qədər də az olarlar!»

Bə`zən də “əbd” kəlməsi müti və xaze olan şəxsə deyilir:

أَنْ عَبَّدتَّ بَنِي إِسْرَائِيلَ

3. «İsrail oğullarını bizimlə birlikdə [Şama] göndər! [Onlara əzab-əziyyət vermə!]» (Şüəra-7).

İstianət – kömək istəmək mə᾽nasını daşıyır. Bu kəlmə ya vasitəli və ya vasitəsiz olaraq istifadə olunur. Məsələn, deyilir «istəəntuhu» və «istəəntu bihi» yə᾽ni, ondan kömək və yardım istədim.

Ədəbi izah:

«İyyakə» – hər iki yerdə məf᾽ul rolunu ifa edir. Hər iki halda mətləbin özündən əvvəlki mətləbə həsr olunduğu ifadə olunur. Və bu ayədə qaridən xitab olunana, yə᾽ni, xitab üçüncü şəxsdən ikinci şəxsə olunur. Buna «iltifat» deyilir. Bu isə iki şeydən biri ola bilər:

1) Ayədən əvvəlki cümlələr Allahın bütün məxluqatın üzərində hakim və onların həyatını idarə edən hər şeyə qadir olan bir varlıq olduğuna dəlalət edir. Belə bir sifətə malik olmaq isə o deməkdir ki, Allah qiyamət günü öz itaətkar bəndələrini mükafatlandırmaq və günahkarları cəzalandırmaq üçün onların gördükləri bütün işlərə agah olmalı və Onun elm dairəsi bütün məxluqatı [onların ehtiyac və təlabatlarını, arzularını və s.] əhatə etməlidir. Bütün bunlar Allaha bəndəlik edən insana özünü Onun qarşısında aciz görüb «iyyakə nə᾽budu – yalnız Sənə ibadət edirik» deyərək xitab etməyə vadar edir.

2) İbadət və pərəstiş etməyin həqiqi mahiyyəti insanın təvazö᾽karlıq və sidq ürəklə Allah qarşısında ibadət etməsi və bütün işlərinin ondan asılı və Onun tərəfindən idarə olunmasını bilməsidir. İbadətdə olduğu kimi, insan kömək dilədikdə Allahın hüzuru zərurət doğurur. Çünki insanın Allaha olan ehtiyac və bağlılığı istəklərinin həyata keçməsi (dualarının qəbul olunması) üçün [hər şeyə qadir olan bir varlığın] mövcud olmasını tələb edir. Demək insan ibadət və kömək dilədiyi zaman özünü Allahın hüzurunda hiss etməli və — «Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik» - deyə xitab edərək öz sadiq bəndəliyini iqrar etməlidir.

Təfsir:

Allah-taala əvvəlki ayələrdə özünü vəsf etdikdən sonra insanlara bu ayələr barəsində düşünüb-daşınmağa və bir daha Allahdan başqa heç bir varlığa itaət etməmək və onlardan kömək gözləməmək e᾽tirafəna əmr edir. Belə ki, Allahdan başqa bütün varlıqlar [zatən] olduqca aciz və fanidirlər.

Demək, hal hazırda və gələcəkdə mövcud olması üçün başqa bir varlığa möhtac olan varlığın ibadət olunmağa heç bir ləyaqəti yoxdur. Onun üstün və zəif xüsusiyyətləri bir-birindən fərqli olsa da, acizlik və ehtiyac kimi xüsusiyyətləri bir-biri ilə tamamilə eynidir. Və bütün bu xüsusiyyətlər Allahın istək və iradəsinə tabe olduğu üçün bir-birlərindən əsla fərqlənmirlər.

Allah-taala Qur᾽anın digər ayələrində bu haqda buyurur:

أَلاَ لَهُ الْخَلْقُ وَالأَمْرُ تَبَارَكَ اللّهُ رَبُّ الْعَالَمِينَ

«Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər uca, nə qədər böyükdür!» (Ə᾽raf-54).

وَلِلَّهِ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَإِلَى اللَّهِ الْمَصِيرُ

«Göylərin və yerin hökmü Allahındır. Axır dönüş də Allahadır!» (Nur-42).

Hər şeyi bəxş edən və geri alan, istədiyini yerinə yetirən və istədiyini əmr edən bir varlıq ilə kim qarşı-qarşıya gələ bilər? Kim ona hakim və kim onun hakimiyyəti ilə müxalif ola bilər?

Demək, mö᾽min bir şəxs Allahdan başqa heç bir varlığa itaət etmir və Ondan başqa kimsədən kömək diləmir. Çünki Allahdan başqa bütün varlıqlar möhtac və asılıdırlar. İbadət olunası bir varlıq isə hər şeydən ehtiyacsız və hər şeyə qadir olmalıdır. Necə ola bilər ki, başqa birisinə ehtiyac duyan bir varlıq özü kimi başqa bir möhtac varlığa pərəstiş etmiş olsun?

Dediklərimizdən belə bir nəticəyə gəlmək olur ki, insan Allahdan başqa heç bir varlığa pənah aparmamalı, Ondan qeyrisinə ibadət etməməli, Ondan qeyrisindən kömək diləməməlidir. Əks təqdirdə Allaha şərik qoşmuş və Onun kimi başqa bir varlığın İlahi hakimiyyətə malik olduğunu təsəvvür etmiş olur. Halbuki, Allahın verdiyi hökm qəti və dəyişilməzdir.

وَقَضَى رَبُّكَ أَلاَّ تَعْبُدُواْ إِلاَّ إِيَّاهُ

«Rəbbin yalnız Ona ibadət etməyi buyurmuşdur».

Həmd surəsinin ikinci hissəsini təşkil edən «iyyakə nə᾽budu və iyyakə nəstəin» ayəsinə verilən təfsir bundan ibarət idi.

Bu ayədə iki mühüm mövzuya işarə olunur. «İbadət və kömək diləmək». Gələcək fəsillərdə biz bu barədə daha ətraflı mə᾽lumatlar verəcəyik.

İBADƏT

İbadətdə tohid: Hər bir müsəlmanın şəkk və tərəddüd etmədiyi məsələlərdən biri də ibadətin yalnız Allaha aid olmasıdır. Bir qədər əvvəl qeyd etdik ki, «ibadət» deyildikdə, onun yalnız Allah-taalaya aid olduğu nəzərdə tutulur və bunu biz «ibadətdə tohid» adlandırırıq. «İbadətdə tohid» peyğəmbərlərin təbliğ etdikləridir və səmavi kitablarda da bəyan olunmuşdur ki, Allahın zati vəhdaniyyətindən qaynaqlanır.

قُلْ يَا أَهْلَ الْكِتَابِ تَعَالَوْاْ إِلَى كَلَمَةٍ سَوَاء بَيْنَنَا وَبَيْنَكُمْ أَلاَّ نَعْبُدَ إِلاَّ اللّهَ وَلاَ نُشْرِكَ بِهِ شَيْئًا وَلاَ يَتَّخِذَ بَعْضُنَا بَعْضاً أَرْبَابًا مِّن دُونِ اللّهِ

«[Ya Məhəmməd!] Söylə ki: «Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan [fərqi olmayan] bir kəlməyə tərəf gəlin!» [O kəlmə budur ki]: «Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi [özümüzə] rəbb qəbul etməyək!»

Demək, Allaha iman dedikdə insanın yalnız Ona ibadət etməyini və Ondan qeyrisindən uzaq olduğunu nəzərdə tutmalıyıq. İnsanın çoxsaylı mə᾽budlara e`tiqadı və ya özü ilə Allah arasında vasitə qərar verməsi isə Allaha şərik qoşmaqdır. Lakin təəssüflər olsun ki, insanların bir çoxu belə bir yanlış əqidəyə əsaslanırlar ki, Yaradanla [Xaliq] yaradılmış [məxluq] arasında fasilə olduğu üçün insanların dua və istəklərinin Allaha çatması sadəcə olaraq qeyri-mümkündür. Bu səbəbdən də o, duaların qəbul olması [daha dəqiq desək, Allahla rabitə bərqərar etmək] üçün özü ilə Allah arasında vasitə qərar verir. Onlara ibadət edir və bütün ehtiyaclarının qərar verdiyi vasitələrlə aradan qaldırılacağını güman edir.

Bu əqidənin tərəfdarları Allahı insanlardan uzaq olan hakim və soltanlara bənzədirlər. Belə ki, adi camaat hakimlərlə birbaşa ünsiyyətdə ola bilmədikləri üçün öz sözlərini onlara müxtəlif şəxslərin vasitəsi ilə çatdırır və öz çətinliklərini bu yolla aradan qaldırmış olurlar.

Lakin Allah-taala Qur᾽anın bu və digər ayələrində hər iki əqidənin [yə᾽ni çoxallahlığın və vasitə qərar verməyin] batil və əsassız olduğunu bildirir.

1. Birinci əqidənin, yə᾽ni, çoxallahlığın batil olduğunu Allah-taala aşağıdakı ayələrlə bəyan edir:

Onlar: «Bütlərə ibadət edir və onlara tapınmaqda davam edirik!» – deyə cavab vermişdilər.

İbrahim demişdi: «Onları çağırdınız [dua etdiyiniz] zaman sizi eşidirlərmi?

Yaxud sizə bir xeyir və ya bir zərər verə bilirlərmi?»

Onlar: «Xeyr, ancaq biz öz atalarımızın belə [ibadət] etdiklərini gördük!» –deyə cavab vermişdilər». (26/71-74).

Birinci əqidə: Allah-taala çoxallahlıq e᾽tiqadının müqabilində buyurur:

لَوْ كَانَ فِيهِمَا آلِهَةٌ إِلَّا اللَّهُ لَفَسَدَتَا

«Əgər yerdə və göydə Allahdan başqa tanrılar olsa idi, onların ikisi də [müvazinətdən çıxıb] pozulardı».

وَمَا كَانَ مَعَهُ مِنْ إِلَهٍ إِذًا لَّذَهَبَ كُلُّ إِلَهٍ بِمَا خَلَقَ وَلَعَلَا بَعْضُهُمْ عَلَى بَعْضٍ سُبْحَانَ اللَّهِ عَمَّا يَصِفُونَ

«Onunla yanaşı [ibadət ediləcək] heç bir tanrı yoxdur. Əgər belə olsaydı, onda hər bir tanrı əlahiddə öz yaratdıqları ilə gedər, [öz məxluqatını ayırıb aparar] və onların bir qismi [dünyadakı padşahlar kimi] digərinə üstün olmağa çalışardı. Allah müşriklərin [Ona] aid etdikləri sifətdən tamamilə kənardır!»

İkinci əqidə: İkinici əqidəyə – yə᾽ni, insanların özləri ilə Allah arasında vasitə qərar vermələrinə gəldikdə isə, Allah-taala belə bir əqidənin batil olduğunu müxtəlif üsullarla bəyan edir. Bə᾽zən əqidə tərəfdarlarından söylədiklərinə dair dəlil gətirmələrini tələb edir.

أَإِلَهٌ مَّعَ اللَّهِ قُلْ هَاتُوا بُرْهَانَكُمْ إِن كُنتُمْ صَادِقِينَ

«De ki: «[Ey müşriklər!] Əgər [Allah barəsindəki iddialarınızda] haqlısınızsa, dəlilinizi gətirin!» (27/64).

قَالُوا نَعْبُدُ أَصْنَامًا فَنَظَلُّ لَهَا عَاكِفِينَ قَالَ هَلْ يَسْمَعُونَكُمْ إِذْ تَدْعُونَ أَوْ يَنفَعُونَكُمْ أَوْ يَضُرُّونَ   قَالُوا بَلْ وَجَدْنَا آبَاءنَا كَذَلِكَ يَفْعَلُونَ

«Onlar: «Bütlərə ibadət edir və onlara tapınmaqda davam edirik!» – deyə cavab vermişdilər. İbrahim demişdi: «Onları çağırdığınız [dua etdiyiniz] zaman sizi eşidirlərmi? Yaxud sizə bir xeyir və ya zərər verə bilirlərmi?» Onlar: «Xeyr, ancaq biz atalarımızın belə [ibadət] etdiklərini gördük!» – deyə cavab vermişdilər». (26/71-74).

Qur᾽an bə᾽zən onlara elə bir mətləbə diqqət yetirmələrini tövsiyə edir ki, pərəstiş etdikləri mə᾽budların nə xeyir, nə də zərər verdiklərini özləri dərk etməyə başlayırlar. Belə ki, pərəstiş etdikləri varlıqlar xeyir və zərər verə bilmədikləri kimi, nə onlara bir şey bəxş edə, nə də geri ala bilir və nə onlara həyat verə, nə də öldürə bilir. Demək əql və düşüncəyə malik olan insan belə bir zəif məxluqa ibadət və pərəstiş etməməlidir.

قَالَ أَفَتَعْبُدُونَ مِن دُونِ اللَّهِ مَا لَا يَنفَعُكُمْ شَيْئًا وَلَا يَضُرُّكُمْ أُفٍّ لَّكُمْ وَلِمَا تَعْبُدُونَ مِن دُونِ اللَّهِ أَفَلَا تَعْقِلُونَ

«İbrahim dedi: «Elə isə Allahı qoyub sizə heç bir xeyir və zərər verə bilməyən bütlərəmi ibadət edirsiniz? Tfu sizə də, Allahdan başqa ibadət etdiyiniz bütlərə də! Əcəba, [etdiyiniz əməllərin qəbahətini] başa düşmürsünüz?» (21/67)

قُلْ أَتَعْبُدُونَ مِن دُونِ اللّهِ مَا لاَ يَمْلِكُ لَكُمْ ضَرًّا وَلاَ نَفْعًا

«De ki: «Allahı qoyub sizə nə bir zərər, nə də bir xeyir verən şeylərəmi ibadət edirsiniz?» (5/76).

أَلَمْ يَرَوْاْ أَنَّهُ لاَ يُكَلِّمُهُمْ وَلاَ يَهْدِيهِمْ سَبِيلاً اتَّخَذُوهُ وَكَانُواْ ظَالِمِينَ

«Məgər buzovun onlarla danışmadığını, onlara bir yol göstərə bilmədiyini görmədinizmi? [Bununla belə] buzova tapınıb özlərinə zülm eləyən oldular». (7/148).

Yaradılmış bir varlığın ibadətə layiq olmaması açıq-aşkar əqli və fitri bir qanundur. Və bu qanun Allahdan başqa bütün varlıqlara, hətta Peyğəmbərlərə belə şamil olur. Belə ki, Qur᾽ani-Kərim bu qəti yasaq barəsində Maidə surəsinin 116-117-ci ayələrində buyurur:

وَإِذْ قَالَ اللّهُ يَا عِيسَى ابْنَ مَرْيَمَ أَأَنتَ قُلتَ لِلنَّاسِ اتَّخِذُونِي وَأُمِّيَ إِلَـهَيْنِ مِن دُونِ اللّهِ قَالَ سُبْحَانَكَ مَا يَكُونُ لِي أَنْ أَقُولَ مَا لَيْسَ لِي بِحَقٍّ إِن كُنتُ قُلْتُهُ فَقَدْ عَلِمْتَهُ تَعْلَمُ مَا فِي نَفْسِي وَلاَ أَعْلَمُ مَا فِي نَفْسِكَ إِنَّكَ أَنتَ عَلاَّمُ الْغُيُوبِ  مَا قُلْتُ لَهُمْ إِلاَّ مَا أَمَرْتَنِي بِهِ أَنِ اعْبُدُواْ اللّهَ رَبِّي وَ رَبّكُمْ

«[Ya Məhəmməd!] Xatırla ki, o zaman [qiyamət günü] Allah belə buyuracaq: «Ya Məryəm oğlu İsa! Sənmi insanlara: «Allahla yanaşı, məni və anamı da özünüzə tanrı bilin!» – demişdin? İsa cavabında deyəcək: «Sən pak və müqəddəssən! Haqqım çatmayan bir şeyi demək mənə yaraşmaz. Əgər mən bunu demiş olsaydım, Sən onu mütləq bilərdin. Sən mənim ürəyimdə olan hər bir şeyi bilirsən, mən isə Sənin zatında olanı bilmirəm. Şübhəsiz ki, qeybləri bilən ancaq Sənsən!» Mən onlara yalnız Sənin mənə etdiyin əmri çatdırıb belə demişəm: «Mənim də, sizin də Rəbbimiz olan Allaha ibadət edin!» (5/116-117).

«[Ya Məhəmməd!] De ki: «Ürəklərinizdəkini gizlətsəniz də, aşkara çıxarsanız da, Allah onu bilir, çünki O, göylərdə və yerdə olanların hamısını biləndir. Allah hər şeyə qadirdir!» (3/29).

«Əgər Allah sənə bir zərər yetirsə [sıxıntı versə], səni ondan [Allahdan] başqa heç kəs qurtara bilməz. Əgər Allah sənə bir xeyir diləsə, heç kəs Onun ne᾽mətinə maneçilik edə bilməz». (10/107).

«Rəbbiniz buyurdu: «Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim!» (40/60).

Qur᾽an insanın özü ilə Allah arasında vasitə qərar verməsinin batil olduğunu digər ayələrdə də müxtəlif üsullarla bəyan edir.

Bu ayələrdə deyilir: Allah öz bəndələrinə o qədər yaxındır ki, hətta onların gizli saxladıqları sözləri də eşidir, bilir və onlara cavab verir və dərhal onların istəklərini yerinə yetirir. Belə bir varlığın sözsüz ki, heç bir vasitəyə də ehtiyacı olmayacaqdır.

وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنْ حَبْلِ الْوَرِيدِ

«Biz ona şah damarından da yaxınıq!» (50/16).

أَلَيْسَ اللَّهُ بِكَافٍ عَبْدَهُ

«[Ya Peyğəmbər!] Məgər Allah Öz bəndəsinə kifayət deyilmi?!» (39/36).

وَهُوَ الْقَاهِرُ فَوْقَ عِبَادِهِ وَهُوَ الْحَكِيمُ الْخَبِيرُ

«O Öz qulları üzərində hakimi-mütləqdir. O, hikmət və bilik sahibidir!» (6/18).

وَإِن يَمْسَسْكَ بِخَيْرٍ فَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدُيرٌ

«Əgər Allah sənə bir xeyir yetirsə, [heç kəs ona mane ola bilməz]. Çünki O hər şeyə qadirdir!» (6/17).

يَبْسُطُ الرِّزْقَ لِمَنْ يَشَاء وَيَقَدِرُ

«Allah istədiyi bəndənin ruzisini bol edir, [istədiyinkini də] azaldır». (13/26.)

 

إِنَّ اللَّهَ هُوَ الرَّزَّاقُ ذُو الْقُوَّةِ الْمَتِينُ

«Şübhəsiz ki, ruzi verən də, yenilməz qüvvət sahibi olan da Allahdır!» (51/58).

لَيْسَ كَمِثْلِهِ شَيْءٌ وَهُوَ السَّمِيعُ البَصِيرُ

«Ona bənzər heç bir şey yoxdur. O [hər şeyi] eşidəndir, [hər şeyi] görəndir!» (42/11).

أَلَا إِنَّهُ بِكُلِّ شَيْءٍ مُّحِيطٌ

«Allah [Öz elm və qüdtəri ilə] hər şeyi əhatə edəndir!»

Yuxarıda qeyd olunan ayələrdən belə bir ümumi nəticəyə gəlmək olur ki, Allah heç də Öz bəndələrindən uzaq deyildir. Daim onlara nəzarət və həyatlarını idarə edir. Və belə bir halda insanlar Ona şərik qoşaraq ehtiyaclarının aradan qalxması üçün özləri ilə Onun arasında vasitə qərar verməməlidirlər.

Bəli, O hər yerdə və hamı ilədir. O hər şeyə qadirdir və heç bir vasitəyə ehtiyacı yoxdur. Qur᾽ani-Kərim bu haqda buyurur:

مَا يَكُونُ مِن نَّجْوَى ثَلَاثَةٍ إِلَّا هُوَ رَابِعُهُمْ وَلَا خَمْسَةٍ إِلَّا هُوَ سَادِسُهُمْ وَلَا أَدْنَى مِن ذَلِكَ وَلَا أَكْثَرَ إِلَّا هُوَ مَعَهُمْ أَيْنَ مَا كَانُوا

«Aralarında gizli söhbət gedən üç adamın dördüncüsü, beş adamın altıncısı Allahdır. Onlar bundan az da, çox da olsalar və harada olsalar, Allah yenə onların yanındadır. Sonra qiyamət günü Allah onlara etdikləri əməlləri [bir-bir] xəbər verəcəkdir. Allah hər şeyi biləndir!» (58/7).

كَذلكَ اللهُ يَفْعَلُ ما يَشاء

«Allah nə istəsə, onu da edər.» (3/40).

اِنَّ اللهَ يَحْكُمُ ما يريد

«Allah istədiyi hökmi edər». (5/1).

Nəticə:

Dediklərimizdən belə bir nəticəyə gəlirik ki, ibadət yalnız Allaha olunmalı və insan yalnız Onun qarşısında özünü məs᾽uliyyətli hiss etməlidir. Ondan qeyrisinə olunan ibadət və pərəstiş isə hansı üsul və tərz-təfəkkür ilə olursa-olsun, mütləq mə᾽nada şirk və Allaha şərik qoşmaq deməkdir. Çünki Allahdan qeyrisinə ibadət edən bir şəxs sözün həqiqi mə᾽nasında onu özünə tanrı bilmiş olur. Küfr etmiş müşrikləri Allahın birliyinə iman gətirmiş şəxslərdən fərqləndirən xüsusiyyət də məhz budur.

  725
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Həzrət Əlinin (ə) son anlarında İmam Həsən (ə) və İmam Hüseynə (ə) vəsiyyəti
      Lütfən, Qədir-Xum xütbəsini tam şəkildə bəyan edin.
      Həzrət Zeynəbin (s) dəfn yeri hansı ölkədədir?
      Peyğəmbərə (s) görə salamın əhəmiyyəti nədir?
      Həzrət Müslim kim idi?
      Ayətullah Behcətin (rəhmətullahi əleyh) dediyi “bu əsrin qocaları da imam Zaman ...
      Nə üçün Peyğəmbərin(s) xəstə olduğu müddətdə İmam Əli (ə) hətta bir dəfə belə ...
      İmam Həsənin (ə) böyük olmasını nəzərə aldıqda, nə üçün İmamət İmam Hüseynin ...
      Quran mətnində istifadədə “innə” ilə “ənnə”, “məvəddət” və məhəbbət”, ...
      İslam dininin təkcə haqq din olmasına baxmayaraq, nəyə görə Quranda digər dinlərin ...

 
user comment