Azəri
Tuesday 23rd of July 2019
  665
  0
  0

BU İKİ QİRAƏTİN HANSI BİRİ DÜZGÜNDÜR?

BU İKİ QİRAƏTİN HANSI BİRİ DÜZGÜNDÜR?

Bir qədər əvvəl qeyd etdik ki, «Malik» kəlməsi müxtəlif üsullarla tələffüz olunur və onların ən düzgünü bir çoxlarının qiraət etdiyi «Məlik» və «Malik» «fəil və ya fail» vəznində tələffüz olunmasıdır. Lakin onların da hansı birinin daha düzgün olduğu haqda müxtəlif nəzəriyyələr irəli sürülmüşdür.

Bə᾽zən deyirlər: Daha ümumi mə᾽na daşıdığı üçün «malik» şəklində tələffüz etmək daha düzgündür. Məsələn, «filan şəxs hər hansı bir qövmün, qəbilənin malikidir» deyilərsə, bu o deməkdir ki, həmən şəxs mülkiyyətlə yanaşı, o qövmün üzərinə hakim və rəhbərdir. «Filan şəxs hər hansı bir qəbilənin məlikidir» deyildikdə isə, geniş malikiyyət deyil, yalnız onun həmən qəbilənin üzərindəki hakimiyyəti nəzərdə tutulur. Başqa sözlə desək, «malik» dedikdə mülkiyyətə də şamil olunur, «məlik» deyildikdə həmin mə᾽na başa düşülmür.

İrəli sürülmüş başqa bir nəzəriyyədə deyilir:

Daha yaxşı olar ki, «malik» əvəzinə «məlik» oxunsun. Çünki zaman göstəricisi ilə əksər hallarda «malik» deyil, «məlik» kəlməsi istifadə olunur. Məsələn, «Məlikil əsri» yə᾽ni, əsrin, zəmanənin maliki, «mulukul ə᾽saril mutəqəddimə» yə᾽ni, keçmiş zəmanələrin mülkədarları. Bu səbəbdən də Qur᾽an bu ayədə kəlmənin oxunuşunu «məlik» olaraq «yəvmiddin» cümləsinə əlavə etmiş və belə bir oxunuşa daha üstünlük vermişdir.

İrəli sürülmüş iki nəzəriyyə ilə tanış oldunuz. Lakin bizim fikrimizcə bu bir o qədər də əhəmiyyət kəsb edən mətləb deyildir. Ümumiyyətlə mö᾽təbər hesab olunan qiraətlə birini digərindən daha üstün hesab etmək qeyri-mümkündür. Çünki əgər bu qiraət üsulları Peyğəmbərdən (s) bizlərə mütəvatir olaraq gəlib çatmışsa, aralarında fərq qoymadan onların hamısını Qur᾽an ayələri olaraq qəbul etməliyik. Və əgər bu qiraət üsullarının mütəvatir olması bizim üçün sabit olmazsa, onların bir-biri ilə müqayisə, hansının mö᾽təbər olduğu haqda araşdırma aparmaq və bunun nəticəsində şəraitlərin hasının batil və hansının mö᾽təbər olduğunu tə᾽yin etməyin heç bir mə᾽nası yoxdur. Lakin iş burasındadır ki, qiraətləri bir-birindən üstün hesab etməklə onlardan hansı birinin batil olduğunu sabit etmək olmur. Və əgər aparılan araşdırmalar, qiraətlərin birini digərindən üstün hesab etməkdə və qiraətlərin hansının batil olduğunu üzə çıxarmaqda heç bir nəticə verməzsə – necə ki, əksər hallarda belə olur – bu barədə söhbət açmaq belə əbəsdir.

Bəli, qiraətin birini digərindən üstün hesab etmək haqda bəhs etmək olduqca əbəs bir işdir. Xüsusilə də «məlik» və «malik» kəlmələrinə gəldikdə. Çünki bu iki kəlmə arasında yalnız o zaman fərq ola bilər ki, «Məlik» kəlməsi qurma [müvəqqəti] səltənət mə᾽nasında işlənmiş olsun. Belə olduqda səltənətin dərəcə və mərhələləri istifadə olunduğu yer baxımından bir-birilə fərqli olacaqdır. Və belə bir səltənət [hakimiyyət] bə᾽zən malikiyyət, bə᾽zən də onsuz olacaqdır. Lakin əgər hakimiyyəti bə᾽zən hakimiyyəti daimi və həqiqi olan Allah üçün istifadə olunarsa, dərəcə və mərhələləri olmadan daimi malikiyyətlə birlikdə olacaqdır. Nəticədə mə᾽na və məfhum baxımından «malik» kəlməsi ilə eyni və ondan üstün də olmayacaqdır. Buradan belə mə᾽lum olur ki, «malik» kəlməsinin Allahdan qeyrisi üçün zaman göstəricisi ilə işlənilməsi düzgün deyilsə, Allah üçün istifadə olunmasının düzgün olmamasına da heç bir lüzumu olmayacaqdır. Çünki Allah bütün varlıqların maliki (sahibi) olduğu kimi, zamanın da sahibidir. Demək, Allaha aid olduqda «malik» kəlməsinin zaman göstəricisi ilə işlənməsi «məlik» kəlməsi ilə heç də fərqlənməyəcək. Və bu səbəbdən də «məlik» kəlməsinin «malik» kəlməsindən heç bir üstünlüyü ola bilməz.

Bə᾽zən də deyirlər: «Malik» kəlməsinin «yəvmiddin» cümləsinə birləşməsi ilə qeyri-müəyyənlik halında qaldığı üçün qənaətbəxş mə᾽na əldə etmək olmur. Qeyri-müəyyən cümlə ilə isə – müəyyən olan – Allah kəlməsi vəsf olunmur. Demək, «məlik» oxunmalıdır, Çünki bu kəlmə «Soltan» və «Hakim» mə᾽nasını daşıyır. Və belə bir mə᾽na daşımaqla bu kəlmə camid, yə᾽ni, başqa sözdən götürülməyən kəlmələr sırasına daxil olmalıdır. Beləliklə cümlə müəyyənedici xarakter daşıyacaq və «qeyri-müəyyənliyin» «müəyyənlik» cümləsini mə᾽nalandırma nöqsanı aradan qalxacaqdır.

DigƏRLƏRİN VERDİYİ CAVAB

Təfsir Kəşşaf və digər təfsir kitablarında tutulan bu irada belə cavab verilir: Failin cümləyə birləşməsi o zaman məcazi xarakter daşıya bilər ki, onun indiki və gələcək zamanda işləndiyini müəyyən edə bilməmiş olsun. Amma keçmiş zaman və davamedici mə᾽na daşıyarsa, failin birləşməsi cümlənin həqiqi mə᾽na daşımasına səbəb olacaq.

الْحَمْدُ لِلَّهِ فَاطِرِ السَّمَاوَاتِ وَالْأَرْضِ جَاعِلِ الْمَلَائِكَةِ رُسُلًا

«Göyləri və yeri yoxdan yaradan, mələkləri [peyğəmbərlərə] elçi edən Allaha həmd olsun!» (35/1).

Göründüyü kimi birinci ayədə «fatir» və «cail» keçmiş zaman, ikinci ayədəki «ğafiruzzənb» və «qabiluttəub» davamedici halda işlənmişdir. Və bu dörd kəlmənin hər biri [başqa kəlmələrlə] birləşməklə müəyyənlik halına çevrilmiş və «Allah» kəlməsinin vəsfində işlənmişdir. «Malik» kəlməsinin başqa kəlmələrlə birləşməsinə də bu qayda üzrə əməl olunur. Çünki «malik» –Allahın [qiyamət gününədək] daimi malikiyyət mə᾽nasını daşıyır. Demək, belə bir birləşmə həqiqi mə᾽na daşıyar, cümlədə müəyyənlik rolunu ifa edir və müəyyənlik halında işləndiyi üçün Allahın vəsf olunması üçün də istifadə oluna bilər.

BİZİM CAVAB

Verilən cavabın ən böyük nöqsanı bundan ibarətdir ki, birləşmə həqiqi və ya məcazi mə᾽na daşıyıb-daşımamasından asılı olmayaraq cümlədə müəyyənlik rolunu ifa edə bilməz. Birləşmənin ən başlıca rolu cümlədə istifadə olunan kəlmənin xarici misdaqını, mə᾽na və məfhumunu məhdudlaşdırmaqdır. Lakin cümlənin müəyyənlik halına düşməsi üçün birləşmədən deyil, digər üsullardan istifadə etmək lazımdır.

Mətləbi bir qədər işıqlandıraq.

Bu cümləyə diqqət yetirin:

Ğulamu lizəydin – Zeydin qulu, köləsi. Qulamu Zəydin – Zeydin qulu, köləsi.

Göründüyü kimi bu iki cümlə arasında heç bir fərq yoxdur. Birinci cümlədə «lam» hərfi «Zeyd» kəlməsindən əvvəl gələrək qulun məhz Zeydə aid olduğunu bildirir və müəyyənlik əlaməti olan «lam» hərfinin cümlədə bundan başqa heç bir rolu yoxdur. Çünki Zeydin başqa kölələri də ola bilər və həqiqi birləşmədə də ikinci cümlədə olduğu kimi yalnız kölənin Zeydə aid olduğu bəlli olur. Məcazi birləşmədə də onun kimlərəsə aid olduğu bəlli olur. Lakin fərq burasındadır ki, kəlmənin hər hansı bir mətləbə aid olması yalnız birləşmə yolu ilə əldə olmur. Və birləşmənin cümlədə [kəlmələrin] mə᾽na və məfhumunu məhdudlaşdırmaqdan savayı heç bir rolu yoxdur.

Bəli, birləşmə istər həqiqi, istərsə də məcazi müəyyənlik üçün deyil, kəlmənin [və ya cümlənin] verdiyi mə᾽nanı məhdudlaşdırmaq üçün xeyirli ola bilər. Lakin bu heç də o demək deyildir ki, cümləyə birləşən kəlmə burada müəyyənlik rolunu ifa edə bilməmiş olsun.

Bu səbəbdən də həqiqi və məcazi birləşmələr arasında heç bir fərq yoxdur və əgər bu barədə hər hansı bir fərziyyə irəli sürülərsə tamamilə yanlış və əsassızdır.

Kəşşafın öz təfsirində «malik» kəlməsini «yəvmiddin» cümləsində davamedici və həmişəlik malikiyyət kimi mə᾽nalandırmasının batil və əsassız olduğu isə göz qabağındadır. Çünki Allahın bütün varlıqlar üzərində olan malikiyyəti həmişəlik olsa da, «malik» kəlməsi bu ayədə «yəvmiddin» [qiyamət gününün sahibi] cümləsi ilə işlənmişdir. Demək Allah «malikiyyəti» həm həmişəlik [əbədi] olmalıdır və həm də davamedici.

Lakin alimlərdən bə᾽ziləri «muzafın – izafəin» faili haqda bir nəzər irəli sürmüşlər. Onların fikrincə əgər fail keçmişə dəlalət edərsə, müəyyənedici xarakter daşımayacaqdır və eyni zamanda müəyyənlik üçün sifət rolunu da ifa edə bilər. Və əgər indiki və gələcək zamanda işlənərsə, müəyyənlik üçün artıq sifət rolunu ifa edə bilməyəcəkdir. Və bunların ikisinin fərqi barədə demişlər: Əgər fail keçmiş zamanda işlənərsə hökmən həyata keçmişdir. Həyata keçən və baş verən hər bir şey isə hamıya bəlli olur. Bəlli və müəyyən olduqda isə sifət rolunu da ifa edə bilər. İndiki və gələcək zamanda işlənilən fail isə bu kimi xüsusiyyətlərə malik deyildir.

Lakin bizim fikrimizcə bu kimi fərqlərin də heç bir əsası yoxdur. Çünki bir şeyin həyata keçməsi və yaranması üçün müəyyənlik halını tapsın deyə, heç bir [əlavə] mə᾽lumata ehtiyac duyulmur. Və bə᾽zən də heç bir mə᾽lumat və müəyyənlik hasil olmadan keçmiş zaman indiki və gələcək zamanla eyni mə᾽na daşıyır.

Bir sözlə: Bütün bu qarammatik təhlil və izahatlar puç və olduqca əsassızdır. Yeganə çıxış yolu fəsahətli ərəblərin danışığına diqqət yetirmək və onların istifadə etdikləri kəlmə və qurduqları cümlələrə istinad olunmalıdır. Beləliklə qrammatik qanunları onların danışıqlarından əldə etmək olar.

  665
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Fürsətlərdən istifadə edək ki, İlahi əzab gəldikdə möhlət verilməyəcəkdir
      Bakıda mübarək Ramazan ayının ilk günü və niyyət gecəsinin tarixi açıqlandı
      Pakistanda Şiə jurnalist oğurlandı daha bir Şiə isə Şəhid edildi
      Həzrət Əlinin (ə) son anlarında İmam Həsən (ə) və İmam Hüseynə (ə) vəsiyyəti
      Lütfən, Qədir-Xum xütbəsini tam şəkildə bəyan edin.
      Həzrət Zeynəbin (s) dəfn yeri hansı ölkədədir?
      Peyğəmbərə (s) görə salamın əhəmiyyəti nədir?
      Həzrət Müslim kim idi?
      Ayətullah Behcətin (rəhmətullahi əleyh) dediyi “bu əsrin qocaları da imam Zaman ...
      Nə üçün Peyğəmbərin(s) xəstə olduğu müddətdə İmam Əli (ə) hətta bir dəfə belə ...

 
user comment