Azəri
Sunday 26th of May 2019
  703
  0
  0

MÜXTƏLİF DƏLİLLƏR

MÜXTƏLİF DƏLİLLƏR

«Bismillah» ayəsinin Qur᾽an surələrinin bir hissəsi olmadığını hesab edənlər bir neçə başqa dəlilə istinad edirlər.

1) Deyirlər:

Qur᾽anın sabit oxunmasının yeganə yolu onun mütəvatir olmasıdır. İxtilafa səbəb olan hər hansı bir şeyi isə Qur᾽an hesab etmək olmaz. «Bismillah» ayəsinin Qur᾽an ayəsi olub-olmadığı haqda da müxtəlif və bir-biri ilə ziddiyyətli hədis və rəvayətlər nəql olunmuşdur. Bu səbəbdən də biz onu Qur᾽an ayələrindən hesab edə bilmərik.

Cavab:

1. «Bismillah» ayəsinin Qur᾽an surələrinin bir hissəsi olduğuna dair Əhli-beyt tərəfindən kifayət qədər mütəvatir hədis və rəvayət nəql olunmuşdur. Və bir qədər əvvəl qeyd etdik ki, Əhli-beyt tərəfindən nəql olunmuş hədis və rəvayətlər özünün e᾽tibar baxımından Peyğəmbərdən (s) nəql olunmuş rəvayətlərlə eyni səviyyədədir.

2. Səhabənin «Bismillah» ayəsinin Qur᾽an surələrinin bir hissəsi olduğuna dair verdikləri şəhadət və onlar tərəfindən bu məzmunda nəql olunmuş onlarla mütəvatir hədis və rəvayət bu həqiqəti bir daha sübuta yetirə bilər. Və kimlərinsə müxalif nəzər irəli sürməsi bu rəvayətlərin mütəvatir olmasına heç bir xələl gətirə bilməz.

3. Mütəvatir olaraq nəql olunmuşdur ki, Peyğəmbər (s) Qur᾽an surələrini «Bismillah» ayəsi ilə başlamış və bir dəfə də olsun səhabələrə Qur᾽an ayələrini tə᾽lim edərkən «oxuduğumuz bu ayə [yə᾽ni «Bismillah» ayəsi] surənin bir hissəsini təşkil etmir» söyləməmişdir. Tək bu dəlilə istinad edərək qətiyyətlə deyə bilərik ki, «Bismillah» ayəsi Qur᾽an surələrinin ayrılmaz bir hissəsini təşkil edir.

Bunu demək kifayətdir ki, Peyğəmbərin (s) «Bismillah» ayəsini surələrin əvvəlində oxuması onun cüz᾽i bir şey olması deyil, Qur᾽an olmasını sübuta yetirə bilər. Cüz᾽i məsələlərin sübutunda isə sünni və şiə mənbələrində nəql olunmuş bir çox rəvayətlərlə yanaşı bir qədər əvvəl işarə olunan rəvayətə istinad etmək və «Bismillah» ayəsinin cüz᾽i olmamasını sübuta yetirmək olar. Çünki hər hansı bir cümlənin Qur᾽an ayəsi olduğunu sübuta yetirmək üçün mütəvatir və inandırıcı sənədlərin olması lazımdır. Lakin hər hansı bir surənin bir hissəsinin Qur᾽an ayəsi olduğunu sübuta yetirmək üçün mütəvatir olması bir o qədər də zəruri deyildir və bunun üçün vahid xəbərlə də kifayətlənmək olar.

2) Deyirlər:

Müslim, Əbu Hüreyrənin Peyğəmbərdən (s) nəql etdiyi hədisi öz kitabında belə nəql edir: Allah-taala buyurur: Mən namazı özümlə bəndələrim arasında iki hissəyə böldüm. Hər nə istərlərsə onlara əta edəcəyəm. Bunun üçün də insan namaz qılarkən «Əlhəmdu lillahi Rəbbil-aləmin» – dediyi zaman Allah-taala buyurar: Bəndəm Mənə şükür etdi; «Ər-Rəhmanir-Rəhim» –dediyi zaman Allah-taala buyurar: Bəndəm şə᾽nimə səna etdi [şə᾽nimə tə᾽riflər dedi]. «Maliki yəvmiddin – dedikdə Allah-taala buyurar: Bəndəm Məni mədh edib şə᾽nimə tə᾽riflər dedi. «İyyakə nə᾽budu və iyyakə nəstəin» – dediyi zaman Allah-taala buyurar: Bu Mənimlə bəndəm arasında qalacaqdır. Hər nə istərsə ona əta edəcəyəm. «İhdinəs-siratəl mustəqim» – dediyi zaman Allah-taala buyarar: Bəndəm hidayət olacaqdır və Mən ona istədiyini bəxş edəcəyəm.[1]

Hədisin zahiri mə᾽nasından belə bir nəticəyə gəlmək olur ki, Həmd surəsi iki hissəyə bölünmüşdür: Dördüncü ayənin yarısına qədər Allaha, yarısından sonunadək isə namaz qılan şəxsə aiddir. Bu iki hissədə həm ayələrin sayı eyni, həm də «tənsif» rəvayəti təsdiq olunur. Lakin əgər «Bismillah» ayəsinin Həmd surəsinin bir hissəsini təşkil etdiyini hesab edəriksə, hədisdən əldə etdiyimiz mə᾽na bir o qədər də düzgün olmayacaqdır. Çünki bir qədər əvvəl qeyd etdik ki, Həmd surəsi belə olduqda yeddi ayədən ibarət olacaqdır. Və əgər «Bismillah» ayəsi Həmd surəsinin bir hissəsini təşkil edərsə, «Siratəlləzinə» kəlməsindən surənin sonunadək bir ayə hesab olunacaqdır.

Nəticədə birinci hissə dörd, ikinci hissə isə iki və yarım ayədən ibarət olacaqdır. Beləliklə hədisdə surənin iki bərabər hissəyə bölündüyü düzgün olmayacaqdır.

Cavab:

1. Bu rəvayət «Əla» tərəfindən nəql oluqmuşdur. Və rical alimləri onun mö᾽təbər şəxs olub-olmadığı haqda müxtəlif fikirlər irəli sürmüşlər. Belə olduğu bir halda onun nəql etdiyi rəvayətlərə də istinad etmək bir o qədər də düzgün olmazdı.

2. Bu rəvayət heç də istifadə olunan kəlmələr baxımından iki bərabər hissədən ibarət olmasına dəlalət etmir. Əksinə, əldə etdiyimiz zahiri mə᾽naya əsasən, onun mə᾽na baxımından iki hissədən ibarət olduğu nəzərə çarpır. Yə᾽ni, namazın bir hissəsi Allaha, digər hissəsi isə Onun yer üzündəki bəndələrinə aiddir. Bu səbəbdən də Həmd surəsini kəlmə baxımından iki bərabər hissəyə bölməyin heç bir zərurəti yoxdur.

3. Surənin mə᾽na yox, kəlmə baxımından iki hissəyə bölündüyünü fərz etsək də belə, necə bilə bilərik ki, bu bölgü ayələr əsasında aparılmışdır. Ayələr bərabər olmasa da, bölgü yalnız bu surədə istifadə olunan kəlmələr əsasında aparılmışdır. Çünki «İyyakə nə᾽budu» cümləsindən əvvəlki və sonrakı kəlmələrin miqdarı eynidir. Belə ki, ayələrin sayı eyni olmasa da «Bismillah» ayəsini nəzərə almaqla hər iki hissə on kəlmədən ibarətdir.

3) Deyirlər:

«Bismillah» ayəsinin Qur᾽an surələrinin bir hissəsi olmadığına dair Əbu Hüreyrədən nəql olunmuş rəvayətdə deyilir: Kövsər surəsi üç, Mülk surəsi isə otuz ayədən ibarətdir.[2]

Əgər «Bismillah» ayəsi surələrin bir hissəsini təşkil etsəydi, bu surələrin ayələrinin sayı Əbu Hüreyrənin dediklərindən çox olardı.

Cavab:

Əbu Hüreyrənin nəql etdiyi bu rəvayət düz olsa belə, bir qədər əvvəl qeyd etdiyimiz Ənəs ibni Malikdən nəql olunmuş rəvayətlə tamamilə ziddiyyət təşkil edir.

Ənəsin nəql etdiyi rəvayət isə, mö᾽təbər bir rəvayət kimi «Mu᾽ta»dan başqa bir çox «Səhih» kitablarında nəql olunmuşdur.

Bu səbəbdən də Əbu Hüreyrənin nəql etdiyi rəvayəti ya kənara qoymalı, ya da belə mə᾽nalandırmalıyıq ki, rəvayətdə surənin bütün ayələri deyil, yalnız ayələrin sayı göstərilir və «Bismillah» Qur᾽anın bütün surələrinə aid olan, müştərək bir ayədir. Bunun üçün də Qur᾽an ayələrinin sayında hesaba alınmır.

Burada biz iki fəsildən ibarət olan «Bəsmələ» ayəsinin təfsirini başa vurub «Həmd» surəsinin təfsirinə başlayırıq.


 

HƏMD SURƏSİNİN BİRİNCİ HİSSƏSİNİN TƏFSİRİ

«Həmd» surəsi üç hissədən ibarətdir:

1. Allaha şükür və səna və Onun kamal sifətlərinin vəsf olunması;

2. İnsanın Allaha tabe olması və Ondan kömək diləməsi;

3. Dua, istək və arzular.

Həmd surəsinin birinci hissəsi:

 الْحَمْدُ للّهِ رَبِّ الْعَالَمِينَ الرَّحْمـنِ الرَّحِيمِ مَـلِكِ يَوْمِ الدِّينِ

«Şükür olsun aləmlərin Rəbbinə – Bağışlayan və rəhm edəndir – Din gününün sahibidir». (1-2/4).

OXUNUŞ QAYDASI

Qiraət alimlərinin bir çoxu «Əlhəmd» kəlməsindəki «dal» hərfini «zəmmə» yə᾽ni, «u» saiti, «Allah» kəlməsindəki «lam» hərfini isə «kəsrə» yə᾽ni, «i» saiti ilə tələffüz edirlər. Lakin bə᾽ziləri isə «Əlhəmd» kəlməsinin e᾽rab və hərəkələrini özündən sonra gələn «Allah» kəlməsinə tabe edərək onu da kəsrə ilə tələffüz edirlər. Bə᾽ziləri də tam əksinə olaraq «Allah» kəlməsinin özündən əvvəlki «Əlhəmd» kəlməsinə tabe edərək «Allah» kəlməsindəki «lam» hərfini «zəmmə» yə᾽ni, «u» saiti ilə tələffüz edirlər. Lakin bu son iki qiraət olduqca zəif və bir o qədər də mö᾽təbər deyildir.

2. «Malik» kəlməsi də müxtəlif üsullarla tələffüz olunur. Bə᾽ziləri onu «lam» hərfinin üzərinə sükun qoymaqla «fuls» vəznində «mulk», bə᾽ziləri də keçmiş zaman halında «fəəl» vəznində tələffüz etmişlər. Lakin bu qiraətlərin heç biri mö᾽təbər deyildir. Və bir çox qiraət alimləri bu kəlməni ya «fail» – «malik» və ya «kətif» vəznində «məlik» kimi tələffüz etmişlər və bu ən mö᾽təbər qiraət üsuludur.



[1] “Sәhihi-Müslüm”, 2-ci cild, 6-cı sәh.

[2] Müәllif: Mәn hәdis kitablarında bеlә bir hәdislә qarşılaşmamışam.

  703
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Fürsətlərdən istifadə edək ki, İlahi əzab gəldikdə möhlət verilməyəcəkdir
      Bakıda mübarək Ramazan ayının ilk günü və niyyət gecəsinin tarixi açıqlandı
      Pakistanda Şiə jurnalist oğurlandı daha bir Şiə isə Şəhid edildi
      Həzrət Əlinin (ə) son anlarında İmam Həsən (ə) və İmam Hüseynə (ə) vəsiyyəti
      Lütfən, Qədir-Xum xütbəsini tam şəkildə bəyan edin.
      Həzrət Zeynəbin (s) dəfn yeri hansı ölkədədir?
      Peyğəmbərə (s) görə salamın əhəmiyyəti nədir?
      Həzrət Müslim kim idi?
      Ayətullah Behcətin (rəhmətullahi əleyh) dediyi “bu əsrin qocaları da imam Zaman ...
      Nə üçün Peyğəmbərin(s) xəstə olduğu müddətdə İmam Əli (ə) hətta bir dəfə belə ...

 
user comment