Azəri
Friday 22nd of March 2019
  577
  0
  0

ƏDƏBİ İZAH

ƏDƏBİ İZAH

Təfsir alimlərindən bə᾽zilərinin fikrincə, «Bismillah» kəlməsinin «car və məcrur», yə᾽ni, yiyəlik halında olması «əqulu» ya «qul» ya «əqrəu» və ya «iqr᾽a» əmr fe᾽linə aiddir. Bə᾽zilərinin fikrincə isə, «Bismillah» kəlməsinin «car və məcrur» olması «əstəinu» və ya «istəin» əmr fe᾽linə aid olub onunla əlaqəlidir. Bu barədə başqa fikir irəli sürən digər təfsir alimləri isə «Bismillah» kəlməsinin «ibtədi᾽» əmr fe᾽lindən asılı olduğunu qeyd etmişlər. Lakin bizim fikrimizcə ilk iki nəzəriyyəni bu səbəbdən əsassız hesab etmək olar ki, «qiraət» və «qovl» fe᾽llərinə aid olan tamamlıq mə᾽na daşıyan bir cümlə olmalıdır. Belə bir halda bu kəlmələrin özləri ilə yanaşı «qiraət» və «qovl» fe᾽llərinin tamamlığı olacaq başqa bir cümlə də nəzərdə tutmalıyıq. Burada da «Rəhman» və «Rəhim» kəlmələri özünün ümumi mə᾽nasında işlənmişdir. Demək, mə᾽na baxımından onların arasında heç bir fərq yoxdur.

Bəlkə də «Rəhim» kəlməsinin xüsusi mə᾽na daşıdığına işarə edən rəvayətlərdən məqsəd, onun yalnız axirət dünyasına aid olmasıdır. Belə bir halda əgər İlahi rəhmət bu dünyada sona çataraq axirətədək davam etməzsə, onun olub-olmaması arasında heç bir fərq qoymaq olmaz. Çünki belə bir rəhmətdən sonra əzab və bədbəxtçiliyin insana nə bir xeyiri ola bilər, nə də bəhrəsi. Belə bir qənaətə gəlmək olar ki, rəhmət (bağışlanma) deyildikdə, onun həqiqi mə᾽nada yalnız və yalnız mö᾽minlərə şamil olunduğunu nəzərdə tutmalıyıq, lakin bu heç də o demək deyildir ki, başqaları Allahın rəhmət və mərhəmətindən məhrum qalacaqlar.

İkinci nəzəriyyənin əsassız olduğuna gəldikdə isə, bunu deyə bilərik ki, Allahın Özünün kömək və yardım istəməsi mahal və qeyri-mümkün olan bir işdir. Çünki O hətta Özünün uca adlarından kömək istəməkdən belə ehtiyacsızdır. İnsanlara gəldikdə isə, onlar da Allahın adlarından deyil, Onun Özündən kömək diləməlidirlər.

«İyyakə nə᾽budu və iyyakə nəstəin» ayəsi dediklərimizi bir daha sübuta yetirə bilər.

Demək, bu barədə irəli sürülmüş düzgün nəzəriyyə «Bismillah» kəlməsinin «ibtədi᾽» əmr fe᾽linin nəzərdə tutulması ilə mümkündür. Bunu da qeyd etmək lazımdır ki, «ism» kəlməsinin «Allah» kəlməsinə birləşməsi «Allah» və «Ər-Rəhmanir-rəhim» kəlmələrinin məfhumunu ayrı-ayrılıqda bəyan etmək deyildir. Çünki əvvəla belə bir ehtimalın verilməsi olduqca zəifdir, digər tərəfdən isə əgər «ism» deyildikdə bu üç kəlmə (Allah, Rəhman və Rəhim) nəzərdə tutulsaydı – birlikdə Allahın adını təşkil etməz – və əgər onlardan biri nəzərdə tutulsaydı, onların arasında «və» bağlayıcısı qoyulardı. Belə olduqda ayəni «Bismillahi vərrəhmani vərrəhim» oxumalıyıq. Demək, «ism»in «Allah» kəlməsinə birləşməsi mə᾽na xarakteri daşıyır və «Allah» burada ayrıca kəlmə kimi deyil, eyni məfhum daşıdığına dəlalət edir.

SURƏLƏRİN BİSMİLLAH AYƏSİ İLƏ BAŞLANMASI

Qur᾽an insanları cahiliyyətin zülmət və qaranlıqlarından çıxararaq onları xoşbəxt həyata və səadətə qovuşduracaq bir kitab olduğu üçün onun Allahın adı ilə başlanması daha məqsədəuyğun olardı. Çünki Onun adı müqəddəs zatından xəbər verir və bəşəriyyətin kamala çatması üçün Allahın müqəddəs zatını onlara tanıtdırmaq Qur᾽anın nazil olmasına səbəb olan başqa dəlil olmuşdur. «Tövbə» surəsi istisna olmaqla Qur᾽anın bütün surələri «Bismillah» ayəsi ilə başlanır və həmin surənin Bismillah ayəsi ilə başlanmamasına səbəb bu surənin müşriklərin bəraət olunmaması və Allahın onlara qəzəb etməsi ilə başlanmasıdır.

Xülasə:

Allah-taala məxluqatın mə᾽nəvi yaradılışını [özünün ən kamil adlarından biri olan] Peyğəmbərin (s) nuru ilə başladığı kimi, nazil etdiyi sonuncu səmavi kitabı da Öz müqəddəs adı ilə başlamışdır.

Ad deyildikdə bir şeyin həqiqi mahiyyəti və onun zatı nəzərdə tutulur.

Belə bir mə᾽nanı əsas tutaraq deyə bilərik ki, Allahın adları ya Onun müqəddəs zatına və kamal sifətlərinə dəlalət edəcək sözlərdən, yaxud da xaricdə mövcud olan yaratdığı varlıqlardan ibarətdir. Belə ki, bu varlıqlar Allahın əzəmət və birliyinə şəhadət verir və Onun şə᾽ninə şükür və səna edirlər. Qur᾽ani-Kərimdə bu haqda deyilir:

أَمْ خُلِقُوا مِنْ غَيْرِ شَيْءٍ أَمْ هُمُ الْخَالِقُونَ

«Yoxsa onlar heç bir şeydən [Xaliqsiz] yarandılar? Yaxud onlar öz-özlərini yaradanlardır?!» (52/35).

لَوْ كَانَ فِيهِمَا آلِهَةٌ إِلَّا اللَّهُ لَفَسَدَتَا

«Əgər yerdə və göydə Allahdan başqa tanrılar olsa idi, onların ikisi də [müvazinətdən çıxıb] pozulardı». (21/22).

Yuxarıda qeyd olunan ayələrdən belə qənaətə gəlmək olur ki, mövcud varlıqlar sözün həqiqi mə᾽nasında Allahın xaliqiyyət adlarının xaricdəki təcəllisidir. Lakin diqqət yetirmək lazımdır ki, Allahın bə᾽zi adları Onun zatına, bə᾽ziləri isə Onun müəyyən kamal sifətlərinə dəlalət edir. Və hər bir ad özünün məfhum əhatəsi ilə Allahın kamal və əzəmətini çatdırır. Allahın xaliqiyyət adları da Onun birliyi, elm və qüdrəti və s. kamal sifətləri ilə müştərək olsa da, Allahın kamal və əzəmətinə fərqli olaraq dəlalət edir. Belə ki, onların ən kamili Peyğəmbərin (s) və İmamların vücudunda təcəlli etmişdir və məxluqat onların nurunun yaradılması ilə yaranmağa başlamışdır.

Yaradılmış varlıq nə qədər kamil və yüksək xüsusiyyətlərə malik olarsa, Allahın vücud və əzəmətinə bir o qədər çox dəlalət etmiş olar. Bu səbəbdən də İmamlara «Əsmaul-hüsna» – ən gözəl adlar ləqəbi verilmişdir.

Demək, Allah nazil etdiyi sonuncu və ən kamil kitabı [Qur᾽anı] ən gözəl və Ona ən yaxın olan adlarla başlamışdır.

Allah, Qur᾽anı yaradılışın təməlini təşkil edən belə bir gözəl ifadələrlə başlamaqla, insanlara bir daha xatırlatmaq istəmişdir ki, Özü hikmətlə dolu olan Qur᾽anı ən gözəl adlarla başladığı kimi, onlarda görmək istədikləri bütün işlərini Onun adı ilə başlasınlar.

Peyğəmbərdən (s) nəql olunmuş rəvayətdə deyilir:

«Əhəmiyyət kəsb edən hər bir iş Allahın adı ilə başlanmazsa, sonsuz və nəticəsiz qalacaqdır.»[1]

Əli (ə) Peyğəmbərdən (s) nəql etdiyi rəvayətdə buyurur: «Əhəmiyyət kəsb edən hər bir iş Allahın adı ilə başlanmasa, sonsuz və nəticəsiz qalacaqdır.»[2]

«Bəsmələ» ayəsinin müxtəsər təfsiri ilə tanış oldunuz. Bu haqda gələcək fəsillərdə ətraflı mə᾽lumat verəcəyik.

BƏSMƏLƏ AYƏSİ HAQDA MÜXTƏLİF MƏSƏLƏLƏR

QUR᾽AN RƏHMƏT VƏ BAĞIŞLANMA KİTABIDIR

Hər şeydən uca və hər şeyə qadir olan Allah «Rəhman»«Rəhim» [bağışlayan və mərhəmətli] sifətlərini seçərək nazil etdiyi hikmət, öyüd-nəsihətlə dolu olan sonuncu səmavi kitabı onlarla başlayır.

Məhz bunun nəticəsində Allah [bəşəriyyətin haqqa hidayət olması üçün] yüzlərlə peyğəmbər göndərmiş və onlara səmavi kitablar nazil etmişdir.

Bəli, Qur᾽an rəhmət kitabı və onu gətirən də [Həzrət Məhəmməd (s)] rəhmət peyğəmbəri olmuşdur. Qur᾽ani-Kərimdə bu mətləbə işarə olunan bir çox ayələrə rast gəlmək olur:

هَذَا بَصَائِرُ لِلنَّاسِ وَهُدًى وَرَحْمَةٌ لِّقَوْمِ يُوقِنُونَ

«Bu [Qur᾽an] Rəbbiniz tərəfindən [göndərilmiş] aşkar dəlillərdir, həm də iman gətirən tayfa üçün hidayət və mərhəmətdir». (7/203).

وَشِفَاء لِّمَا فِي الصُّدُورِ وَهُدًى وَرَحْمَةٌ لِّلْمُؤْمِنِينَ

«[Ey insanlar!] Sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərdə olana [cəhalətə, şəkk-şübhəyə, nifaqa] bir şəfa, mö᾽minlərə hidayət və mərhəmət [Qur᾽an] gəlmişdir». (10/57).

وَنَزَّلْنَا عَلَيْكَ الْكِتَابَ تِبْيَانًا لِّكُلِّ شَيْءٍ وَهُدًى وَرَحْمَةً وَبُشْرَى لِلْمُسْلِمِينَ

«Biz Qur᾽anı sənə hər şeyi izah etmək üçün müsəlmanlara [və ya Allahın vəhdaniyyətini qəbul edən bütün insanlara] da bir hidayət, mərhəmət və müjdə olaraq nazil etdik». (16/89).

وَنُنَزِّلُ مِنَ الْقُرْآنِ مَا هُوَ شِفَاء وَرَحْمَةٌ لِّلْمُؤْمِنِينَ

«Biz Qur᾽andan mö᾽minlər üçün şəfa və mərhəmət olan ayələr nazil etdik». (17/82).

وَمَا أَرْسَلْنَاكَ إِلَّا رَحْمَةً لِّلْعَالَمِينَ

«Səni də [Ya Məhəmməd!] aləmlərə [bütün insanlara və cinlərə] ancaq bir rəhmət olaraq göndərdik». (21/107).

وَإِنَّهُ لَهُدًى وَرَحْمَةٌ لِّلْمُؤْمِنِينَ

«Və şübhəsiz ki, o, mö᾽minlərə bir hidayət [doğru yolu göstərən rəhbər] və mərhəmətdir». (27/77).

RƏHİM KƏLMƏSİNİN RƏHMANDAN SONRA GƏLMƏSİNİN SƏBƏBİ

Bir qədər əvvəl qeyd etdik ki,«fəil» vəznində işlənilən hər bir kəlmə hər hansı bir sifətin kimə [və ya nəyəsə] daimi olaraq aid olduğuna dəlalət edir. Belə bir izahla «fəil» vəznində işlənilən «Rəhim» kəlməsinin «Rəhman» kəlməsindən sonra gəlməsi bəlli olur. Çünki «Rəhman» sifəti ümumi xarakter daşısa da, bu sifətin zati olmasına dəlalət etmir. Belə ki, bir çox kəlmələr qısa olmaqla yanaşı, böyük mə᾽na və məfhum daşıyır və ya əksinə, həcmi böyük olan bir çox kəlmələr qısa və məhdud mə᾽nalar daşıyır.

Məsələn «fəil» vəznində olan «həzir» kəlməsi mübaliğə halında işlənərək çox qorxaq şəxsə deyilir. Lakin [bir hərf çox olan] həmən bu kəlmə «fail» vəznində «hazir» mə᾽nasını daşıyır.

Ziyan etmək mə᾽nasını daşıyan «zərrə və əzərrə» kəlməsini də dediklərimizə misal çəkmək olar.

«Rəhim» kəlməsinin «Rəhman»dan sonra gəlməsi haqda dediklərimiz yalnız o zaman ola bilər ki, «Rəhman» sözü öz lüğəvi mə᾽nasında işlənmiş olsun. Lakin Allaha xas olan müqəddəs ləqəb mə᾽nasında işlənilərsə, dediklərimizi bir qədər əvəz etməli olacağıq. «Rəhim» kəlməsinin «Rəhman»dan sonra gəlməsinin əsas səbəbi bundan ibarətdir ki, «Rəhman» deyildikdə Allaha xas olan müqəddəs ləqəb özünün lüğəvi mə᾽nasında bəlli olmalıdır. Və bu da hamıya şamil olan sonsuz rəhmət və mərhəmət [bağışlanmaq] mə᾽nasını daşıyır.

BİSMİLLAH AYƏSİ QUR᾽ANIN BİR HİSSƏSİNİ TƏŞKİL EDİRMİ?

Şiələr belə bir əqidədədirlər ki, «Bismillah» ayəsi hər bir surənin [Tövbə surəsi istisna olmaqla] bir hissəsini təşkil edir və bu surələr nazil olarkən onlarla birlikdə nazil olmuşdur.

İbni Abbas və İbni Mübarək, Məkkədən İbni Kəsir, Kufədən [Həmzə istisna olmaqla] Asim, Kəsai və başqaları bu fikirdə olmuşlar.

Şafei məzhəbinin bir çox tərəfdarları da məhz bu əqidədə olmuşlar.[3]

Məkkə və Kufə qariləri də «Bismillah» ayəsini hər bir surənin ayrılmaz hissəsi hesab etmişlər.[4]

Bu nəzəriyyə Abdullah ibni Əmr ibni Zubeyr, Əbu Hüreyrə, Əta, Tavus, Səid ibni Cubur, Məhkul, Zöhəri, Əhməd ibni Hənbəl – İshaq ibni Rahəveyh və Əbu Ubəyd Qasim ibni Səlama istinad edərək nəql etmişlər.[5]

Beyhəqi isə bu nəzəriyyəni, Suri və Məhəmməd ibni Kə᾽bdən nəql etmişdir.[6]

Bu nəzəriyyəni Fəxri Razi də öz təfsir kitabında qeyd etmişdir və o, bu nəzəriyyəni Kufə və Məkkə qarilərinə və Mübarək Səuri kimi Hicaz alimlərinə aid etmişdir. Cəlaləddin Süyuti də bu nəzəriyyəyə işarə etmiş və bu məzmunda nəql olunmuş rəvayətlərin mütəvatir olduğunu əlavə etmişdir.[7]

Lakin Həmzə və Şafei məzhəbinin bə᾽zi alimləri «Bismillah» ayəsini yalnız «Həmd» surəsinin bir hissəsi olduğunu hesab etmişlər.

Bu nəzəriyyənin Əhməd ibni Hənbəl tərəfindən də irəli sürüldüyünə işarə olunmuşdur.

Bu barədə üçüncü başqa bir nəzəriyyə də irəli sürülmüşdür. Məsələn, Malik, Əbu Əmr və Yə᾽qub belə bir fikirdə olmuşlar ki, «Bismillah» ayəsi müstəqil bir ayə kimi Qur᾽an surələrinin, hətta «Həmd» surəsinin bir hissəsini təşkil etmir.

Bu ayə hər bir surənin əvvəlinə qoyulmaqla həm onu zinətləndirir, həm də surələr arasında fasilə yaradır. Və bu ayə hər hansı bir surəyə aid olmadan ayrıca nazil olmuşdur.

Bu nəzəriyyə Hənəfi məzhəbinin tərəfdarları arasında rəğbətlə qarşılanmışdır. Lakin onların bir çoxu namaz qılarkən «Həmd» surəsini «Bismillah» ayəsi ilə başlamağı vacib hesab edirlər. Belə ki, Zahidi Muqtəbadan nəql edərək deyir: «Nəql olunmuş mö᾽təbər rəvayətə əsasən, Əbu Hənifə «Bismillah» ayəsini namazın bütün rəkətlərində oxumağı vacib hesab etmişdir.

Malikin fikrincə «Bismillah» ayəsinin namazda oxunması öz-özlüyündə bəyənilməyən və məkruh işlərdəndir. Lakin müsəlmanlar arasında birliyin bərqərar olması və fikir ayrılığına səbəb olmasın deyə, bu ayənin oxunması daha yaxşı olar.

DÜZGÜN NƏZƏRİYYƏ VƏ BUNU SÜBUTA YETİRƏCƏK DƏLİLLƏR

Bu barədə heç bir əsası olmayan digər nəzəriyyələr də irəli sürülmüşdür. Və biz onların hər biri haqda söhbət açmağa heç bir ehtiyac duymuruq. Ən düzgün nəzəriyyə isə «Bismillah» ayəsinin Qur᾽an ayələrinin hər birinin [Tövbə surəsi istisna olmaqla] ayrılmaz hissəsi olduğuna dair irəli sürülmüş nəzəriyyədir.

Şiə alimləri tərəfindən yekdilliklə qəbul olunan bu nəzəriyyəni isbat edən kifayət qədər dəlil və sübutlar vardır. Və biz onlardan bir neçəsinə işarə edirik.



[1] Әhmәd ibni Hәnbәl, “Musnәd”, 2-ci cild, 359-cu sәh.

[2] “Biharul-әnvar”, 16, 19-cu cild, 58, 60-cı fәsil.

[3] Tәfsiri-Alusi, 1-ci cild, 39-cu sәh.

[4] Tәfsiri-Şovkani, 1-ci cild, 1-ci sәh.

[5] Ibni Kәsirin tәfsiri, 1-ci cild, 16-cı sәh.

[6] Xazinin tәfsiri, 1-ci cild, 13-cü sәh.

[7] Itqan, 1-ci cild, 135-ci sәh.

  577
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Həzrət Əlinin (ə) son anlarında İmam Həsən (ə) və İmam Hüseynə (ə) vəsiyyəti
      Lütfən, Qədir-Xum xütbəsini tam şəkildə bəyan edin.
      Həzrət Zeynəbin (s) dəfn yeri hansı ölkədədir?
      Peyğəmbərə (s) görə salamın əhəmiyyəti nədir?
      Həzrət Müslim kim idi?
      Ayətullah Behcətin (rəhmətullahi əleyh) dediyi “bu əsrin qocaları da imam Zaman ...
      Nə üçün Peyğəmbərin(s) xəstə olduğu müddətdə İmam Əli (ə) hətta bir dəfə belə ...
      İmam Həsənin (ə) böyük olmasını nəzərə aldıqda, nə üçün İmamət İmam Hüseynin ...
      Quran mətnində istifadədə “innə” ilə “ənnə”, “məvəddət” və məhəbbət”, ...
      İslam dininin təkcə haqq din olmasına baxmayaraq, nəyə görə Quranda digər dinlərin ...

 
user comment