Azəri
Wednesday 27th of March 2019
  588
  0
  0

BANKLARIN HÖKÜMLƏRİ

BANKLARIN HÖKÜMLƏRİ

182- Sual: Müqavilələri riba yolu ilə olan müəssələr və bankların səhmlərini almaq olarmı?

Cavab: Gəliri qeyri şəri yolla olan müəssələrin səhmlərini almaq cayiz deyil.

183- Sual: Qərzul- həsənə sandıqlarının kredit alanlardan aldığı əlmuzdunun hökmü nədir?

Cavab: Hazırda rəvac olan surətdə cayiz deyil.

184- Sual: Bankda hesabı olan şəxslərə, o bankların verdiyi hədiyyələrin hökmü nədir?

Cavab: Əgər hesabı açanda püşkdə iştirak etmək şərti edilməsə, işkalı yoxdur; baxmayaraq ki, şəxsin hesab açmaqdan marağı, püşkdə iştirak etməsi olub.

185- Sual: Müəyyən bir iş görmək üçün bankın şəxsə verdiyi borcu, şəxsin başqa bir iş üçün istifadə etməsu cayizdir?

Cavab: Xeyr, cayiz deyil.

186- Sual: Başqasına məxsus olan pul mənim bank hesabımda idi, bankın hədiyyəsi mənə düşdü, hədiyyəni bölməliyik?

Cavab: Bankın verdiyi hədiyyə hesabın sahibinə aiddir. Baxmayaraq ki hesabda olan pul başqasına aiddir.

NƏZRİN  HÖKÜMLƏRİ

187- Sual: Bir şəxs bilmir ki, nəzrini dili ilə deyib ya fikir və xəyalından keçirib,öz nəzrinə əməl etməlidir?

Cavab: Bir halda ki, nəzrin sigəsini ərəb dilində və ya başqa bir dildə oxuduğuna yəqini yoxdur ona nəzirinə əməl etmək vacib deyil.

188- Sual: Əgər insan öz nəziri üçün vaxt təyin etsə, lakin vaxtında ona əməl edə bilməsə, vəzifəsi nədir?

Cavab: Orucdan başqa, əgər nəziri vaxtında yerinə yetirə bilməsə, təklif ondan saqitdir və kəffarəsi də yoxdur.

189- Sual: İmtahandan keçmək üçün nəzir etmişəm. Hal- hazırda imtahan ərəfəsi olduğu üçün ona əməl etmək mənim üçün çətindir. O nəziri dəyişdirə bilərəm?

Cavab: Nəzir sigəsini ərəb və ya başqa bir dildə oxumayıbsınızsa, sizə vacib deyil.

190- Sual: Nəzrin məxsus sigəsi var?

Cavab: Bəli. Nəzrin məxsus sigəsi vardır. Nümunə üçün bir şəxs xəstəlikdən sağalmaq üçün nəzir edir ki, fəqirə bir miqdar pul versin. Belə deyir: "Allah üçün mənim öhdəmdədir əgər sağalaramsa, fəqirə filan qədər verəm". Əlbəttə ərəbcə oxunması lazım deyil. Yuxarıda qeyd edildiyi kimi desə, kifayətdir.

191- Sual: Nəzir etmişəm amma iki şeyin (oruc tutmağın ya fəqirə sədəqə verməyin) arasına qalmışam. Şəkk edirəm və bilmirəm ki, onlardan hansı birini nəzir etmişəm. Təklif nədir?

Cavab: Gərək ehtiyat edib hər ikisinə əməl edəsiniz.

192- Sual: Nəziri bilərəkdən yerinə yetirməmişəm və vaxtıda keçibdir. Kəffarəsi necədir?

Cavab: Onun kəffarəsi, bir qulu azad etmək, ya 60 fəqirə təam vermək və ya iki ay oruc tutmaqdır.

193- Sual: Nəzri dəyşdirmək cayizdirmi? Məsələn bir şəxs nəzir edib ki, aşura günündə camaata süd ehsan etsin, edə bilərmi ki, südü başqa bir şey ilə əvəz eləsin?

Cavab: Əgər nəzir şəri göstərişlə oxunubsa onu dəyişdirmək cayiz deyil, nəzr etdiyi kimi əməl etməlidir. Amma (nəziri şəri göstərişlə oxumaqdan) qeyri surətdə nəziri dəyişdirməyin işkalı yoxdur.

194- Sual: Nəzir etmişəm ki, fəqirə pul verim, amma nəzir etdiyim pulun miqdarını unutmuşam, vəzifəm nədir?

Cavab: Əgər nəzir şəri göstərişlə oxunubsa ona əməl etmək vacibdir. Amma tərəddüdə qalarkənşəkkin az tərəfinə əməletmək kifayətdir. Məsələn: əgər min tümən ya bu məbləqdən artıq nəzir etdiyində şəkk edərsə, min tümən verməsi kifayətdir. (Baxmayaraq ki, artıq verməyi daha yaxşıdır).

195- Sual: Başqası üçün nəzir etmək ya başqasının pulundan nəzir etmək nedcədir? Məsələn ana nəzir edir ki oğlu flan işi görsün?

Cavab: Yerinə gətirilməsi və ya onun pulu başqasının öhdəsində olan nəzir səhih deyil.

BAŞQASININ MALINDA TƏSƏRRÜF ETMƏYİN ZƏMANƏTİ

196- Sual: Qeyri müsəlmanın icazəsi olmadan onun malında təsərrüf etmək cayizdirmi?

Cavab: İslam hakimiyyətinin pənahında olan qeyri müsəlmanın malı möhtərəmdir. Onun malında təsərrüf etmək zaminliyə səbəb olur.

197- Sual: Vəqf olunmuş yerdə ev tikiblər və onların icarə müddəti tamam olub, o yerdə təsərrüf etməyin davamının hökmü nədir?

Cavab: Şəri vəlisindən icazə almadan vəqf olunmuş yerdə təsərrüf etmək, qəsb, haram və təsərrüf edilən müddətin mislinin qiymətini ödəmək zəmanətinə səbəbdir.

198- Sual: Bir şəxs həddi buluğa çatmamışdan qabaq başqasının malını oğurluyub ya xarab edib, indi bu şəxsin vəzıfısi nədir?

Cavab: Həddi buluğdan da qabaq malı tələf etmək və oğurlamaq zaminliyə səbəb olur və onun əvəzini sahibinə qaytarmaq vacibdir.

199- Sual: Meyvə bağına qəsbi quyunun suyu verilərsə,o bağın meyvəsi qəsbi olur?

Cavab: Xeyir, o bağın meyvəsi qəsbi deyil. Ancaq suyu qəsb edən şəxs zamindir.

200- Sual: Başqasının əşyaları mənim yanımdadır. Amma mənim o şəxsə əlim çatmır. Əşyaların hökmü nədir?

Cavab: Əgər onun sahiblərini və ya vərəsələrini tanıyırsınızsa, hər halda onun sahibinə çatdırmalısınız və ya sahibinin razılığını almalızınız, Əgər sahibini tapmaqdan naümüdsünüzsə müctehidin icazəsi ilə onun tərəfindən sədəqə verə bilərsiniz.

201- Sual: Təcili yardım həkimi xəstənin cərrahiyyə əməliyyatında səhlənkarlıq etsə, o xəstə ölsə, təcili yardım həkimi diyənin (qan pulunun) zaminidir ya xeyr?

Cavab: Əgər xəstənin tələf olması həkimin səhləmkarlığı ucbatından olarsa, məsələn həkim təcili tibbi mərkəzin məsuliyyətini qəbul edib və camaat da onun səhlənkar olmamasına inanıbsa, bununla belə bilərəkdən səhlənkarlıq edirsə, onun zaminliyinə hökm düzgündür.

202- Sual: Bir şəxsə borcluyam və o şəxs dünyadan köçüb. Onun borcunu vərəsələrin hansı birinə verməliyəm?

Cavab: Sizin borcunuz meyyitin digər malları hökmündədir. İrs qanununa əsasən bölünməlidir. Əgər borc verən rəhmətlik öz mallarını bölmək üçün müəyyən bir şəxsi vəsiyyət edibsə, öz borcunuzu ona verməlisiniz.

203- Sual: Ər- arvadın məsələn iki yüz manat dəyərində olan qızıl qolbağını, borc alıb, sonradan qızılın qiyməti qalxıb, arvadına hansı məbləği ödəməlidir?

Cavab: Əgər arvad qolbağı satıb və onun pulunu ərinə borc veribsə, məsələn həmin iki yüz manatı verəcək. Əgər qızılı borc alıbsa, əri qızılın hazırkı bərabərini ödəməlidir. Hətta qızılınn qiyməti qalxsa belə.

204- Sual: Bankdan alınan puldan bir neçə ədəd pul artıq olarsa, özüm üçün götürə bilərəmmi?

Cavab: Xeyir, bankın işçisinə qaytarmaq lazımdır.

205- Sual: Tavan almaq haramdır?

Cavab: Tavan tələf olmuş malın əvəzidir. Onu almağın işkalı yoxdur. Amma əgər mal ifrat və təfritsiz əmin adamın (əmanət ya ariyə alanın) əlində tələf olubsa, onda o zamin deyil. Ondan bir şey almaq da düzgün deyil.

206- Sual: Babaşqasının malını bizə hədiyyə veriblər, o malda təsərrüf edə bilərikmi?

Cavab: O malda təsərrüf etmək cayiz deyil. Sahibini tanıyırsınızsa, malı ona qaytarın, əgər tanımırsınızsa, camiuş- şərait müctehidin icazəsi ilə seyyid olmayan fəqirə sədəqə verin.

207- Sual: Meyvə suyu çıxaran aparatı təmir üçün təmir edən yerə vermişəm, və onun yanından oğurlayıblar, mağazanın sahibi zamindirmi?

Cavab: Əgər mağazanın sahibi onu qorumaqda səhlənkarlıq etməyibsə, zamin deyil. Amma əgər səhlənkarlıq edibsə, məsələn mağazanın qapısını açıq qoyub, gedib və ya oğurlanacaq bir yerə qoyubsa, onda zamindir və gərək əvəzini versin.

  588
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Doğrudur ki, şiə alimləri deyirlər: Peyğəmbər Ayişənin altı yaşında olanda onunla ...
      Sizin bu hədis barəsində “ Əgər mələklər arasında ixtilaf olarsa, Cəbrail həzrət ...
      Quran-Kərimdə və rəvayətlərdə acizlər haqqında nümunələr varmı? Bu nümunələrin qeyd ...
      Salam. Çadranın ən üstün örpək olmasına Qurandan bir sübut bir ayə varmı?
      varlığın vəhdəti və mövcudun vəhdəti nə deməkdir? Ərəfə duasının sonunda deyilən ...
      Quranın təhrif olunmamasını necə təsəvvür etmək olar halbuki, ərəb dilində səslərin ...
      Ər- rəhman surəsinin 33 cü ayəsində fövqəladə güc və sultandan məqsəd nədir? Bir ...
      Nə üçün Allah təala Quranda « إنّ مع العسر يسراً » “İnnə məəl usri ...
      Həzrət İsanın (ə) həyatda olmasını nəzərə alsaq, nə üçün Quran isa (ə) barəsində ...
      : Hansı suri bu mətləbi açıqlayır ki, bizim elmimiz dəniz suyunun bir damcısından da ...

 
user comment