Azəri
Friday 29th of March 2024
0
نفر 0

NAMAZIN MÜXTƏLİF HÖKÜMLƏRİ

NAMAZIN MÜXTƏLİF HÖKÜMLƏRİ

94- Sual: Namaz qılması bilinməyən müsəlmana kömək etməyin hökmü nədir?

Cavab: Ona sədəqə verməyin maneəsi yoxdur.

95- Sual: Yataqxanada gecə namazı qılmaq üçün oyanmaq çətindir, hansı yolu təklif edirsiz?

Cavab: Sübh azanından qabaq oyanmağın və o vaxtda gecə namazı qılmağın çoxlu savabı var və həmçinin insanın mənəviyyatının inkişafına müsbət təsiri var, amma hər bir səbəbə görə sübh namazından qabaq oyana bilmirsinizsə, edə bilərsiz gecənin nafiləsini yatmamışdan qabaq yerinə yetirəsiniz və ya sonrakı gün qəzasını qılasınız.

96- Sual: Bəzi vaxtlar ibadət etmək üçün çoxlu həvəs yaranır, ancaq bir müddətdən sonra bu hal dəyişir nə etməliyəm ki, bu hal məndə davamlı olaraq qalsın?

Cavab: Vacibləri mütləq yerinə gətirin və müstəhəbb olan işləri isə hər vaxt hazırlığınız olsa yerinə gətirin və Allahdan çoxlu tofiq istəyin. İnşaallah müvəffəq olacaqsınız. Tösiyə olunur yediyiniz yeməklərə (pak və halallıq baxımından) və əncam verdiyiniz əməllərə çoxlu diqqət edəsiniz.

97- Sual: Meyyit namazını camaat ilə qılan amma namazın zikirlərini demiyən şəxsin namazı necədir?

Cavab: Meyyit namazında məmumun namazı o halda duzgündür ki, vacibi zikirləri desin.

98- Sual: Bi şəxs zöhür və əsir ya şam və xüftən namazlarından sonra yəqin edir ki, namazlarından biri batil olub, ancaq bilmir onlardan hansı biri batil olub, onun vəzifəsi nədir?

Cavab: Şam və xüftən namazlarında hər ikisini əda etməlidir. Amma zöhür və əsir namazlarında bir dörd rükətli namaz, » ma fizimmə« niyyəti ilə qılması kifayətdir.

99- Sual: Bəzi azmış məzhəblər deyirlər: »İyyakə nəbudu və iyyakə nəstəin« ayəsini dedikdə, öz mürşid və qütbümüzün surətini təsəvvür edək və ona müraciət edək. Bu əqidə ilə qılınan namazın hökmü nədir?

Cavab: Allahdan başqasını nəzərdə tutmaq, namazı batil edər və bu cür təsəvvürlər fasid və şirkdir.

100- Sual: Şərab içən şəxs, neçə gün namaz qıla bilməz?

Cavab: Namaz hər şəraitdə vacibdir. Əgər namazı tərk edərsə, günah edib və onun qəzasını yerinə yetirməlidir. Amma məst və diqqətsizlik halında onun namazı səhih deyil və rəvayətə əsasən onun namazı qırx gün qəbul olunmur. Yəni onun üçün savab yazılmır.

101- Sual: Əgər Allahdan başqası üçün namaz qılmaq cayiz deyilsə, onda niyə İmam zama (ə.c)in namazını qılmağa təkid olunur?

Cavab: Allahdan başqası üçün namaz qılmaq batil və şirkdir. Lakin qeyd olunan namaz da Allah üçündür. Bu namazın o həzrətə nisbət verilməsi bu səbəbədir ki, həzrəti Məhdi (ə.c) bu namazı problemlərini aradan qaldırmaq üçün bəzi şiələrinə öyrədibdir. Bu iki rükət namazda Allah üçün və qürbət niyyəti ilə qılınmalıdır. Həmçinin »İyyakə nəbudu və iyyakə nəstəin i dedikdə, Allahdan başqa heç kəs nəzərdə tutulmamalıdır. Xatırladırıqki, namazı qıldıqdan sonra o həzrətə təvəssül etmək hacətlərin qəbul olması və çoxlu savablara səbəb olacaq. İnşaallah.

102- Sual: Namaz qılmaq üçün yuxudan oyatdıqda, narahat olan şəxsi oyatmaq cayizdir?

Cavab: Əgər namaz qılmamaq üçün bilərəkdən yatsa, münkərdən nəhy etmək üçün onun şərtləri mövcud olan surətdə lazımdır onu oyatsın. Qeyri surətdə isə, əgər razı olmasa onu oyatmağın işkal varıdır.

103- Sual: Ayaq üstə dayanan vaxt ayaqlarımı əyri qoymağa adət etmişəm, bu namaz üçün işkallıdırmı?

Cavab: Namazı səhihdir. Amma qiyam halında ayaq barmaqların üzü qibləyə olması müstəhəbdir.

104- Sual: İmam zaman (ə.c)ın namazı Cəmkəran məscidinə məxsusdur ya digər yerlərdə də qıla bilərik?

Cavab: İmam zaman (ə.c)ın namazı Cəmkəran məscidinə məxsus deyil. Başqa yerlərdə də Allaha yaxınlaşmaq niyyət ilə qıla bilərsiniz. Məfatihül- cinan kitabında gəlib ki, İmam zaman (ə.c) tərəfindən bir yazı var idi. Onda belə yazılmışdı: Allahdan hacət istəsəyən hər bir şəxs, cümə gecəsi, gecənin yarısından sonra qüsl etsin və namaz yerində münacata məşğul olsun və iki rükət namaz qılsın. »İyyakə nəbudu və iyyakə nəstəin« ayəsinə çatanda yüz dəfə təkrar etsin, sonra həmd surəsini tamamlasın və qul huvəllahu əhəd surəsini bir dəfə oxusun. Rükuda (subhanə rəbbiəl əzimi və bihəmdih) və səcdə də (subhanə rəbbiəl əla və bihəmdih) zikirlərini yeddi dəfə təkrar etsin. İkinci rükəti də bu minvalla oxusun. Bundan sonra qeyd edilən duanı oxusun.

105- Sual: Namaz qılmayan və oruc tutmayan insanlarla birlikdə yeyib- içmək və dostluq eləmək necədir?

Cavab: Əgər namaz və orucun tərki səhlənkarlıq üzündən olarsa, onlar ilə gediş- gəlişin maneəsi yoxdur. Amma əgər gediş- gəliş sizə mənfi təsir etməyə səbəb olarsa, o dostluğu pozmaq lazımdır və şəraiti ilə münkərdən çəkindirmək vacibdir.

106- Sual: Namazdan sonra görüşmək müstəhəbdir?

Cavab: Ümumiyyətlə hər halda möminlərin bir- biri ilə musafihə (əl görüşməsi) etməsi müstəhəbdir. Namaz qurtarandan sonra da salamlaşmağın və görüşməyin işkalı yoxdur. Baxmayaraq ki, bu barədə məxsus bir rəvayət yoxdur.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Cənabət qüsulu nədir və necə alınmalıdır?
Sual 14: Şeytan deyildikdə Adəmin cənnətdən çixarılmasına səbəb olan şeytan ...
Sual: 22.Dini hökumət diktaturanın bir növü deyilmi?
Allahın məkr və hiyləsi ilə insanın hiyləsi arasında nə kimi fərq var؟
Sual: 17. Dini hökumət qurmaqda məqsəd ilahi qanunları hakim etməkdir, yoxsa dini ...
Sual: 13. Dinin müxtəlif səth və mərhələləri hansılardır?
Sual: 2. Deyin görək din insan üçündür yoxsa insan din üçün
Sual 22: Ayədə qeyd olunan مُبَشِّرًا وَنَذِيرًا (mubəşşir və ...
Sual 78
Sual 76: Həsədlə qibtə arasındaki fərq nədən inarətdir?

 
user comment