Azəri
Friday 22nd of March 2019
  465
  0
  0

ƏHLI-BEYT IMAMLARI ¢ ƏHKAMIN BƏYAN OLUNMASINDA ÖZ ŞƏXSI RƏ`Y VƏ NƏZƏRLƏRINƏ E`TIMAD ETMIRLƏR

DÖRDÜNCÜ FƏSIL

ƏHLI-BEYT ¢ MƏKTƏBININ ŞƏRIƏT MƏNBƏLƏRINDƏ QUR`AN VƏ SÜNNƏ

Əhli-beyt imamları əhkamın bəyan edilməsində özlərinin şəxsi nəzər və rə`ylərinə e`timad etmirdilər.

Əhli-beyt imamlarının hədisləri Allaha və Onun Peyğəmbərinə istinad verilir.

Peyğəmbəri Əkrəm ¡ Əli -a fərman verdi ki, öz şəriklərinə yazsın.

Əhli-beyt imamları öz ata-babalarından irs apardıqları elm kitablarını əldən-ələ gəzdirir, ehtiyac duyulduqda ona müraciət edirdilər.

ƏHLI-BEYT IMAMLARI ¢ ƏHKAMIN BƏYAN OLUNMASINDA ÖZ ŞƏXSI RƏ`Y VƏ NƏZƏRLƏRINƏ E`TIMAD ETMIRLƏR

Əhli-beyt məktəbində islami hökmlərin mənbələri ilə ta nış olmaq üçün Qur`ani Kərimdən əlavə, hökmən bu mək tə bin təhqiqat mənbələrinə də müraciət etmək lazımdır. Necə ki, xüləfa məktəbinin cəhətləri ilə tanış olmaq üçün belə et miş və yalnız onların təhqiqat mənbələrinə müraciət etmiş dik. Bu da təhqiqat işlərində elmi əmanətdarlığın tələ bidir.

Indi Əhli-beyt məktəbinin mənbələrinə müraciət etməklə aydın olur ki, Əhli-beyt imamları Islam hökmlərinin bəyan edilməsində özlərinin şəxsi rə`y və nəzərlərinə – bu, xülə fa məktəbində ictihad adlanırdı – e`timad etmir və yal nız Peyğəmbəri Əkrəmdən irs apardıqları şeylərə istinad edirdilər. (Yə`ni özlərinin xüsusi kitablarında mövcud olan hədislərə müraciət edirdilər.) Bu mə`na da gələn bəhslərdə aydın olacaqdır:

«Kafi» kitabında qeyd olunur ki, bir nəfər imam Sadiq -dan bir məsələ soruşdu. Imam cavabını verdi. O kişi dedi: «De görüm, filan-filan cür olsa, onda necə nəzər verəcəksiniz?» Imam buyurdu: Sakit! Sənin cavabında dediklərim Peyğəmbəri Əkrəmdəndir. Biz hökmlərin bəyan olunmasında özümüzdən heç bir nəzər vermirik!»[1]

Əllamə Məclisi bu hədisin şərhində deyir: Sual edən şəx sin məqsədi bu idi ki, məni öz zənn və ictihadınla seç di yin rə`y və nəzərindən də agah et. Imam onu bu yan lış təsəvvürdən çəkindirdi və aydınlaşdırdı ki, onlar yal nız Peyğəmbəri Əkrəm ¡-in buyurduğu mənbələrə ge dib çatdığına tam yəqin etdiyi şeylər barəsində nəzər ve rir lər.[2]

ƏHLI-BEYT IMAMLARININ ¢ HƏDISLƏRI ALLAHA VƏ ONUN PEYĞƏMBƏRINƏ ISTINAD VERILIR

«Bəsairud-dərəcat» kitabında deyilir: Imam sual edən şəxsə buyurdu: «Sənə verdiyim hər bir cavab Peyğəm bə rin cavabıdır və bizim özümüzdən heç bir rə`yimiz yoxdur.»[3]

Füzeyl ibni Yəsar imam Baqir -ın belə buyurduğunu nəql edir: «Əgər biz öz rə`y və nəzərimiz əsasında danış say dıq, yolumuzu azardıq. Necə ki, bizdən əvvəlkilər yollarını az mışdılar. Əksinə, biz Pərvərdigarımızın Öz Peyğəm bə rinə və Peyğəmbərin də bizim üçün bəyan etdiyi aşkar dəlil lər əsasında danışırıq.»[4]

Imam Sadiq buyurur: «Bizim sözümüz aşkar bir bəyandır ki, Pərvərdigarımız onu Öz Peyğəmbəri üçün bəyan etmiş, Peyğəmbər də bizə buyurmuşdur. Əgər belə olmasaydı, biz də eynilə bu camaat kimi olardıq.»[5]

Sümaə nəql edir ki, imam Əbul-Həsən -a dedim: «Dediyiniz hər bir şey Allahın Kitabında və Peyğəmbərin sünnəsindəndirmi, yoxsa öz şəxsi rə`y və nəzərinizi bəyan edirsiniz?» Həzrət buyurdu: «Hər nə deyirəmsə, Allahın Kitabı və Peyğəmbərin sünnəsindəndir.»[6]

ƏHLI-BEYT IMAMLARININ ¢ ELMI IRSIDIR

«Bəsairud-dərəcat» kitabında Davud ibni Əbi Yezid Əhvəldən belə nəql olunur: Imam Sadiq -ın belə buyurduğunu eşitdim: «Əgər biz öz rə`yimizə və həvayi-nəfsimizə əsasən camaata fətva versək, onda həlak olanlardan olarıq! Dediyimiz, Peyğəmbərdən yadigar qalmış əsərlərdir. Elə bir əsil və həqiqi elm ki, bir-birimizdən irs aparır, camaat özlərinin qızıl və gümüşlərini qoruyub-saxladığı kimi, onu qoruyub-saxlayırıq.»[7]

Cabir ibni Yezid Co`fi üç sənədlə deyir: Imam Baqir buyurdu: «Ey Cabir! Allaha and olsun, əgər biz camaatla öz şəxsi rə`y və nəzərimiz əsasında danışsaq, onda həlak olanlardan olarıq! Biz Peyğəmbəri Əkrəmdən yadigar qalmış əsər lər əsasında danışırıq. Elə bir əsərlər ki, hər biri miz digərimizdən irs aparır və onu, camaatın özlərinin qı zıl və gümüşlərini qoruyub-saxladığı kimi qoruyub-saxla yı rıq.»[8]

Məhəmməd ibni Şüreyh üç sənədlə deyir: Imam Sadiq buyurdu: «Əgər Allah-taala bizə itaət etməyi, vilayət haq qını sizə vacib və bizə məhəbbət bəsləməyi əmr etmə səy di, biz sizi öz qapımızda saxlamaz, öz evlərimizə daxil etməz dik. Allaha and olsun, biz öz şəxsi rə`y və həvayi-nəf si miz əsasında fətva vermir, Pərvərdigarımızın dediyindən baş qa bir şey demirik, bizim yanımızda elə qayda-qanunlar var dır ki, onu, başqaları özlərinin qızıl və gümüşlərini qoru yub-saxladığı kimi, qoruyub-saxlayırıq.»[9]

HƏDISLƏRIN PEYəĞəMBƏR ¡-Ə ISTINAD VERILMƏSI

Keçən hədislərdə aydın oldu ki, Əhli-beyt imamları aş kar şəkildə deyirmişlər ki, dedikləri onların öz şəxsi rə`y və nəzərləri deyildir, əksinə, onlar Peyğəmbərin sözlə ri ni bəyan edirlər. Indi onların öz sözlərini cədləri Pey ğəm bəri Əkrəmə istinad verdikləri hədislərdən bir neçə si ni qeyd edirik:

Sümaə ibni Mehran deyir: Imam Sadiq buyurdu: "Al lah-taala halal-haramı, təfsir və tə`vili öz Peyğəmbərinə öyrətdi, Peyğəm bər də öz elminin hamısını Əliyə tə`lim verdi."[10]

Bu hədisin oxşarını Həmran ibni Ə`yən dörd sənədlə və Əbül-Bəsir, Əbül-əzra, Həmmad ibni Osmandan rəvayət etmiş lər.[11]

Yə`qub ibni Şüeyb iki sənədlə nəql edərək deyir: Imam Sa diq buyurdu: "Müətal Allah Qur`anı və ondan əlavə digər elm ləri Öz Peyğəmbərinə öyrətdi, Peyğəmbər də Allahın ona öyrətdiyi şey lərin hamısını Əliyə öyrətdi."[12]

Məhəmməd Hələbi deyir: Imam Sadiq buyurdu: "Əli Pey ğəm bərin bildiyi hər bir şeyi bilirdi. Allah elə bir şeyi Peyğəm bə rinə öyrətməmişdi ki, Peyğəmbər də onu Əmirəl-mö`mininə öyrət məmiş olsun."[13]

Səlim ibni Qeys deyir: Əmirəl-mö`minin Əli buyur du: "Mən belə bir şəraitdə idim ki, hər vaxt Rəsuli Əkrəmdən bir şey soruşsaydım, cavabımı verərdi. Əgər bir şey soruşmasaydım, özü sözə başlayardı. Gecə-gündüz, asiman-yer, dünya-axirət, behişt-cəhən nəm, səhra-dağ, aydınlıq-qaranlıq və s. barəsində elə bir ayə nazil ol ma mışdır ki, onların hamısını mənə öyrətməsin və mənə imla demə sin. Mən də onu öz əlimlə yazdım, tə`vil və təfsir, möhkəm və mütə şabih, xass və amm, ayələrin harada və necə nazil olmasını – şə`ni-nüzulunu (Qiyamətə qədər) mənə öyrətdi və Allahdan istədi ki, mənə fəhm və dərk qüvvəsi əta etsin."[14]

Bu hədisi Ibni Sə`din «Təbəqat» kitabında (xüləfa mək tə binin kitablarındandır) mövcud olan aşağıdakı üç hədis də dəstəkləyir:

1-Məhəmməd ibni Əmr ibni Əli ibni Əbi Talib deyir ki, Əliyə dedilər: «Necə oldu ki, sən Peyğəmbər səha bə lə ri nin arasında hamısından çox hədis deyirsən?!» Dedi: «Mən elə bir şəraitdə idim ki, hər vaxt sual etsəydim, Peyğəmbər mə ni agah edərdi, əgər sükut etsəydim, özü danışmağa (və elm öyrətməyə) başlayardı.»

2-Süleyman Əhməsi öz atasından nəql edərək deyir ki, Əli dedi: «Allaha and olsun, elə bir ayə nazil olmadı ki, nə barəsində, harada və kim üçün nazil olduğunu bilməyim. Həqi qətən, mənim Pərvərdigarım mənə dərk edən bir qəlb və bəlağətli bir dil bağışlamışdır.»

3-Əbu Tüfeyl deyir ki, Əli dedi: «Məndən Allahın Kita bı barəsində soruşun; çünki elə bir ayə yoxdur ki, gecədə, yoxsa gündüzdə, çöldə, yaxud dağda nazil olmasını bilməyim.»[15]

«Bəsairud-dərəcat» kitabında Zeyd ibni Əlidən nəqlən belə deyilir: Əmiəl-mö`minin Əli buyurmuşdur: «Elə bir gündüzü gecəyə çatdırmadım və elə bir göstərişi Pey ğəm bəri Əkrəmdən öyrənmədim ki, o gündə halal-haram, əmr və nəhy barəsində nazil olan ayənin Cəbrailin vasitəsilə şə` ni-nüzulunu və nazil olduğu mövzunu Peyğəmbərdən öyrən məmiş olum.» Ravi deyir: Zeydin yanından çölə çıxdıqda mö`tə zilə qrupu ilə qarşılaşdıq və bu məsələni xatır lat dıq. Onlar dedilər: «Bu, çox əzəmətli və qəribə bir möv zu dur! Belə bir şey necə mümkün ola bilər, halbuki, bə`zən o iki sindən biri digərindən qaib olub. Bu halda o necə başa dü şürdü?» Deyir: Zeydin yanına qayıtdıq və onların sualını ver dikdə, o dedi: «Peyğəmbəri Əkrəm ¡ onun iştirak etmədiyi günlərin sayını yadında saxlamış və bir-bir lə rinə çatdıqları zaman buyurmuşdu: «Ya Əli! Filan gündə mə nə filan şeylər nazil oldu, filan gündə filan şeylər.» Bu günləri ardıcıl olaraq sayır, nəhayət görüşdükləri günə qə dər onların hamısını deyirdi.»

O deyir: «Biz mö`təzililəri bu izahdan agah etdik.»[16]

Zeydin bu rəvayətini «Sünəni Nəsai», «Sünəni ibni Ma cə», «Müsnədi Əhməd» kitablarından (hamısı xüləfa mək tə bi nin mənbələridir) nəql olunan aşağıdakı üç rəvayət də təs diq ləyir:

1-Əbdüllah ibni Nəciyy deyir: Əli dedi: «Mənim Peyğəm bəri Əkrəmin yanında böyük məqamım var idi ki, heç kəs ona ma lik deyildi: Hər səhər onun yanına gedir və deyirdim: «Sa lam olsun sənə ey Allahın Peyğəmbəri! Əgər tənəhnöh etsəy di, evimə qayıdar, əks halda onun yanına gedərdim.»[17]

Əli dedi: Peyğəmbəri Əkrəm mənim üçün xüsusi bir saat ayırmışdı ki, (hər vaxt) onun yanına gedir, çatdığım za man icazə istəyirdim. Əgər namaz halında olsaydı, tənəh nöh edərdi, mən də qayıdardım. Əgər bir işlə məşğul olma saydı, daxil olmağa icazə verərdi.»

3-Əli dedi: Mən hər gecə-gündüzdə iki dəfə Peyğəmbərin yanı na gedirdim; əgər gecə daxil olsaydım, mənim üçün tə nəh nöh edərdi.»[18]

Peyğəmbəri ƏK rəm ¡ fərman verdi Ki, Əli öz şəriKləri üÇün belə yazsIn:

Şeyx Tusinin «Əmali», «Bəsairud-dərəcat» və «Yənabiul-mə vəd dət» kitablarında Əhməd ibni Məhəmməd ibni Əli imam Baqir -dan, o da öz ata-babalarından nəql edir ki, Peyğəm bəri Əkrəm Əliyə buyurdu: «Sənə imla etdiyim şeyləri yaz.» Əli dedi: «Ya Nəbiyyəllah! Qorxursan ki, unudam?!» Bu yur du: «Sənin unutmağından qorxmuram, çünki Allahdan is tə mi şəm ki, səni qoruyub-saxlasın və səni unutmasın. La kin sənin şəriklərindən (onların əlinə çatmayacağından) qor xu ram.» Əli deyir: Mən dedim: «Ya Nəbiyyəllah! Mənim şərik lə rim kimlərdir?» Buyurdu: «Sənin sülbündən (nəs lin dən) əmə lə gələcək nəvələrimdir ki, mənim ümmətim onla rın va si təsilə Allahdan yağış diləyəcək, onların vasi təsi lə dua la rı müstəcab olacaq, məhz onların vasitəsilə Allah bə la la rı camaatdan uzaqlaşdıracaq və Öz rəhmətini asi man -  dan nazil edəcək.» Sonra Həsənə işarə edib buyurdu: «Bu, on la rın birincisidir.» Hüseynə işarə edərək buyurdu: «(Digər imamlar) onun nəslindən olacaqlar.»[19]

Bu da imam Əli -ın Məskin adlı bir yerdə işarə et diyi mövzudur ki, Əbu Ərakə onu rəvayət edərək deyir: «Biz imam Əli -la Məskində idik və öz aramızda söhbət edib deyirdik ki, «Əli Peyğəmbərin qılıncını irs apar mış dır.» Bə`ziləri deyirdi: «Onun qatırını irs apar mış dır.» Digər bir qrup isə deyirdi ki, «o, bir səhifəni irs apa r mışdır ki, qılıncın asıldığı yerdədir.» Bu söhbəti davam etdirdik, nəhayət Əli çölə çıxıb buyurdu: «Allaha and olsun, əgər icazəm olsaydı, bu ilin axırına qədər si zin lə danışar və heç bir kəlməni də təkrarlamazdım. Bəli, Al laha and olsun, mənim yanımda Peyğəmbərin özünə və onun Əh li-beytinə məxsus olan çoxlu səhifələr vardır. Onların ara sında Əbitə adlı bir səhifə vardır ki, ondan çətini ərəb lərə varid olmamışdır. Onda Allah dinindən heç bir pay ları və nəsibləri olmayan altmış qəbilənin adı var dır.»[20]

Bundan sonra Əhli-beyt imamları biri digərindən sonra bu səhifələri aşağıda qeyd olunacağı kimi irs aparmış dır:

«Bəsairud-dərəcat» kitabında Cabirdən nəql olunur ki, Imam Baqir buyurdu: "Mənim yanımda bir səhifə var dır ki, Peyğəmbəri Əkrəmin hədiyyə etdiyi on doqquz səhi fəni əhatə edir."[21]

Füzeyl ibni Yəsarın belə dediyi nəql olunur: Imam Baqir mənə buyurdu: "Ey Füzeyl! Bizim yanımızda Əlinin kitabı vardır ki, uzunluğu yetmiş ziradır. Yer üzərində ehtiyac duyulan hər bir şey onda qeyd olunmuşdur, hətta bu əsərin diyəsi belə! (Sonra baş barmağı ilə o əsəri öz əlində icad etdi.)[22]

Həmran ibni Ə`yən deyir: Imam Baqir böyük bir hüc rə yə işarə edərək buyurdu: "Ey Həmran! Bu hücrədə bir səhifə var dır ki, uzunluğu yetmiş ziradır. O, Əlinin əlyazması və Peyğəm bə rin imlası ilə yazılmışdır. Əgər biz bu insanlara vilayət tapa bil sək, yalnız Allahın nazil etdiyi əsasda hökm edəcək və o səhifədə qeyd olu nanlardan kənara çıxmayacağıq."[23]

Məhəmməd ibni Müslüm deyir ki, imam Baqir buyur du: "Bizim yanımızda Əli -ın əlyazması ilə və uzun luğu yetmiş zi ra olan bir səhifə vardır. Biz onun içində yazılanlara tabe olur və on dan kənara çıxmırıq." Mən bu elmin miqdarı və mirası barə sin də soruşaraq dedim: «Onların hamısı elm məcmuə sidir, yox sa camaatın söhbət etdikləri məsələlərin təfsiri – tə laq, fərizələr, onların hamısı burada qeyd olunmuşdurmu?!» Bu yur du: "Əli bütün elmləri – qəza, fəraiz və s. hamısını yazmış dır. Əgər bizim yolumuza itaət etsələr, elə bir söz yoxdur ki, orada olma sın və biz də onları icra edərik."[24]

Digər bir rəvayətdə isə belə buyurduğu nəql olunur: "Əgər bizim xəttimizə tabe olunsa, elə bir şey yoxdur ki, onun barə sində bir sünnə mövcud olmasın və biz də onları icra edərik."[25]

Məhəmməd ibni Müslüm imam Baqir, yaxud imam Sadiq £-ın belə buyurduğunu nəql edir: "Bizim yanımızda bir səhi fə vardır ki, Əlinin yazıları, yaxud Əlinin Müshəfidir. Onun uzun luğu yetmiş ziradır. Biz onun içində yazılanlara əməl edirik və ondan kənara çıxmırıq."[26]

Əbdüllah, imam Sadiq -dan, o da atasından belə nəql edir: "Əlinin kitabında ehtiyac duyulan hər bir şey vardır, hətta cı zıl manın və kobud xasiyyətin belə diyəsi onda qeyd olunmuşdur."[27]

Mərvan deyir: Imam Sadiq -ın belə buyurduğunu eşit dim: "Əlinin kitabı bizim yanımızdadır ki, onun uzunluğu yet miş ziraya çatır."[28]

Başqa bir rəvayətdə buyurdu: "Əli hər nə vardısa, hamısını yazır dı, hətta cızılmanın diyəsini belə."[29]

Başqa bir hədisdə buyurdu: "Allaha and olsun, bizim yanımız da, uzunluğu yetmiş zira olan bir səhifə vardır və camaatın ehtiyac duy duğu hər bir şey, hətta cızılmanın diyəsi belə, onda vardır. Bu səhi fəni Peyğəmbər imla etmiş, Əli isə onu öz əli ilə yazmışdı."[30]

Əbdüllah ibni Sənan imam Sadiq -ın belə buyur du ğu nu nəql edir: "Bizim yanımızda bir dəri vardır ki, onun uzunluğu yet miş ziraya çatır. Onda Peyğəmbəri Əkrəmin imlası və Əlinin əlyaz ması ilə bir yazı vardır, camaatın ehtiyac duyduğu hər bir şey, hət ta cızılmanın diyəsi belə, onda mövcuddur."[31]

Mənsur ibni Hazim deyir ki, Imam Sadiq buyurdu: "Bizim yanımızda bir səhifə vardır ki, ehtiyac duyulan hər bir şey onda vardır, hətta cızılmanın diyəsi belə onda qeyd olunmuşdur."[32]

Osman ibni Ziyad deyir: Imam Sadiq -ın yanına get dikdə, mənə buyurdu: «Otur.» Mən oturdum və o öz bar maq la rı ilə mənim əlimin üstünə vurdu və onun izi düşdükdə, bu yur du: "Bu iş və bundan azının belə hökmü bizim yanımızda möv cud dur."[33]

Mənsur ibni Hazim və Əbdüllah ibni Əbu Yə`fur deyir lər: Imam Sadiq buyurdu: "Bizim yanımızda bir səhifə var dır ki, onun uzunluğu yetmiş ziradır və ehtiyac olan hər bir şey, hət ta cızılmanın diyəsi belə onda mövcuddur."[34]

Əbdür-Rəhman ibni Əbi Əbdillah deyir: Imam Sadiq -ın belə buyurduğunu eşitdim: "Bu evdə bir səhifə vardır ki, uzunluğu yetmiş ziradır. Allah-taala elə bir halal və haramı yarat mamışdır ki, onda olmasın, hətta cızılmanın diyəsi belə."[35]

Məhəmməd ibni Əbdül-Məlik deyir: Təqribən 60 nəfərlə bir likdə imam Sadiq -ın yanında idik ki, onun belə bu yur duğunu eşitdik: "Allaha and olsun ki, bizim yanımızda uzun luğu yetmiş zira olan bir səhifə vardır. Allah-taala elə bir halal və haramı yaratmayıb ki, onda olmasın, hətta cızılmanın diyəsi belə on da mövcuddur."[36]

Süleyman ibni Xalid deyir: Imam Sadiq buyurdu: "Bi zim yanımızda bir səhifə vardır ki, uzunluğu yetmiş ziraya ça tır, o, Peyğəmbəri Əkrəmin imlası və Həzrət Əlinin əl xətti ilə ya zıl mışdır; elə bir halal və haram yoxdur ki, onda mövcud olmasın, hət ta cızılmanın diyəsi belə."[37]

Həmmad deyir ki, Imam Sadiq buyurdu: "Allah-taala elə bir halal və ya haramı yaratmamışdır ki, onun bir ev kimi həddi-hü du du olmasın. Aydındır ki, Mühəmmədin halalı Qiyamət gününə qədər ha lal, Mühəmmədin haramı Qiyamət gününə qədər haramdır. Bizim ya nı mızda bir səhifə vardır ki, uzunluğu yetmiş ziraya çatır. Allah-ta ala elə bir halal və haramı yaratmamışdır ki, orada gəlməsin, yol la rın hüdudları yollara, evlərin hüdudları evlərə məxsusdur, hətta cı zıl manın, bir şallağın, yarım şallağın diyəsi belə, orada möv cud dur."[38]

Əbdüllah ibni Əyyub öz atasından nəql edir ki, Imam Sa diq -ın belə buyurduğunu eşitdim: "Əli öz şiələrini boş lamamışdır ki, halal-haram məsələlərində bir kimsəyə ehtiyaclı olsun lar. Biz onun kitabında cızılmanın diyəsini belə görmüşük!" Son ra buyurdu: "Amma sən də əgər onun kitabını görsəydin, yəqin edərdin ki, o, əvvəlki ata-babaların kitablarındandır!"[39]

Məhəmməd ibni Həkim imam Kazim -ın belə buyur du ğunu nəql edir: «Bizdən əvvəlkilər yalnız qiyas vasitəsilə hə lak oldular. Mütəal Allah Öz Peyğəmbərini yalnız o za man qəbzi-ruh etdi ki, dinini halal və haram işlərlə əla qə dar kamilləşdirdi, o Həzrət sizin ehtiyaclı olduğunuz hər bir şeyi sizin üçün gətirdi ki, həyatda və ölümünüzdə onun Əhli-beytinə sığınasınız. O səhifə biz Əhli-beytin ya nın dadır ki, hətta cızılmanın diyəsi belə onda vardır.» Son ra buyurdu: «Əbu Hənifə o kəslərdəndir ki, «Əli də de di, mən də deyirəm» - deyir.»[40]

«Bəsairud-dərəcat» və «Kafi» kitablarında Bikr ibni Kərb Seyrəfinin belə dediyi nəql olunur: Imam Sadiq bu yu rurdu: «Onların sizinlə nə işi vardır?! Sizdən nə is tə yir və nə üçün sizi danlayıb məzəmmət edirlər?! Onlar (si zə) deyirlər: «Rafizə! (tərk edən)» Bəli, Allaha and olsun, siz yalanı tərk etmiş və haqqa tabe olmusunuz. Agah ol, Al la ha and olsun, bizim yanımızda elə bir şey vardır ki, (onun vasitəsilə) bir kəsə ehtiyaclı deyilik. Bu camaat (bi zim müxaliflərimiz) bizə ehtiyaclıdırlar! Bizim yanımızda bir kitab vardır: O, Peyğəmbəri Əkrəm ¡-in öz imlası və Əli -ın əlyazması ilə olan bir səhifədən ibarətdir ki, onun uzunluğu yetmiş ziraya çatır. Onda hər bir halal və haramın hökmü mövcuddur.»[41]



[1] «Üsuli-kafi», Məhəmməd ibni Yə`qub Kuleyni (328, yaxud 329-cu hicri ilində vəfat etmişdir). Tehran çapı, 1-ci cild, səh.58; «Vafi» Məhəmməd ibni Mürtəza (Əllamə Möhsin Feyz Kaşani adı ilə məşhurdur və 1091-ci hicri ilində vəfat edib), 1323-cü il, 1-ci cild, səh.59.

[2] «Mir`atul-üqul», 1-ci cild.

[3] «Bəsairud-dərəcat», səh.301.

[4] Yenə orada, səh.299.

[5] Yenə orada, səh.301.

[6] Yenə orada.

[7] Yenə orada, səh.299.

[8] Yenə orada, səh.299-300, hədis:4 və 6.

[9] Yenə orada, səh.301, hədis:5, 7 və 10.

[10] Yenə orada, səh.290; «Vəsailuş-şiə», 1323-cü ilin çapı, 3-cü cild, səh.391, hədis:19; «Müstədrəkül-vəsail», 1321-ci ilin çapı, 3-cü cild, səh.192, hədis:28; «Təfsiri Əyyaşidən» nəqlən.

[11] «Bəsairud-dərəcat», səh.290-292, hədis:6, 7, 8, 10-12.

[12] Yenə orada, səh.290-291, hədis:3 və 9.

[13] Yenə orada, səh.292, hədis:13.

[14] Yenə orada, səh.198, hədis:3.

[15] «Təbəqati ibni Sə`d», Əli -ın tərcümeyi-halı, 2-ci cild, 2-ci hissə, səh.101, Avropa çapı. Birinci hədisi Əhməd ibni Hənbəl də «Fəzailu Əli ibni Əbi Talib» kitabında qeyd etmişdir.

[16] «Bəsairud-dərəcat», səh.197, hədis:4.

[17] Tənəhnöh – bir şeyi başa salmaq üçün öskürəyə oxşar asta bir səsdir.

[18] «Sünəni Nəsai», 1-ci cild, səh.178; «ət-tənəhnöh fis-səlat» babı; «Sünəni ibni Macə», hədis:3708; «Müsnədi Əhməd», 1-ci cild, səh.80-85, 107, hədis:608, 647, 845.

[19] «Əmaliyi Şeyx Tusi», (460-cı ildə vəfat etmişdir), Nəcəf çapı, 1384, 2-ci cild, səh.56; «Bəsairud-dərəcat», səh.167; «Yənabiul-məvəddət», Şeyx Süleyman Hənəfi; «Daru xilafətil-Osmaniyyə» çapı, 1302-cü il, səh.20

[20] «Bəsairud-dərəcat», səh.149, bunun oxşarı, səh.159, hədis:15. Əbu Ərakə imam Əli -ın dövründən Ziyad ibni Əbihin dövrünə qədər Kufədə yaşamışdır. («Qamusur-ri cal», 10-cu cild, səh.7.

[21] Yenə orada, səh.144.

[22] Yenə orada, 147.

[23] Yenə orada, səh.143.

[24] Yenə orada.

[25] Yenə orada, səh.164.

[26] Yenə orada, səh.146.

[27] Yenə orada, səh.164, 148.

[28] Yenə orada, səh.147.

[29] Yenə orada, səh.148.

[30] Yenə orada, səh.145.

[31] Yenə orada, səh.147, onun xülasəsi, səh.143-də.

[32] Yenə orada, səh.154 və 146-da azacıq əlavə ilə qeyd olunmuşdur.

[33] Yenə orada, səh.159, azacıq fərqlə səh.148.

[34] Yenə orada, səh.144.

[35] Yenə orada, səh.145.

[36] Yenə orada, 144.

[37] Yenə orada.

[38] Yenə orada, səh.148; «Üsuli-kafi», 1-ci cild, səh.59; «Vafi», 1-ci cild, səh.61, kəl mə lərdə azacıq təfavütlə. Bu iki hədisdə «həlalu Mühəmməd» ifadəsi qeyd olunmayıb.

[39] Yenə orada, səh.166.

[40] Yenə orada, səh.150 və səh.146-da azacıq əlavə ilə.

[41] «Bəsairud-dərəcat», səh.149, hədis:14 və səh.154, hədis:7, səh.142, hədis:1, ibarətdə azacıq fərqlə; «Üsuli-kafi», 1-ci cild, səh.241, hədis:60; «Vafi», 1-ci cild, səh.135.

  465
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə növbəti mitinqini keçirdi – Foto
      Ərəbistan qırıcıları Yəməndə uşaqları daşıyan avtobusu hədəfə alıblar
      İMAMLARDAN ŞƏFAƏT İSTƏMƏK
      Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar
      Qüdsə səfər edən Mikayıl Cabbarov işğalçı sionist rejimilə işbirliyi qurur
      Təqlid mərcələri Ümumdünya Qüds Gününə çağırış etdilər
      İnqilab Rəhbəri: Atom Enerjisi Təşkilatı tez bir zmaanda 190 min su istehsalına çatmağa ...
      İmam Əlinin(ə) şəhadəti münasibəti ilə matəm mərasimi islam inqilabının böyük ...
      Təqlid mərcələri Qüds günü yürüşündə geniş iştiraka çağırıblar
      Almaniya pivə şirkətindən İslama qarşı sayğısızlıq: Pivə şüşələrinin qapaqlarına ...

 
user comment