Azəri
Sunday 16th of June 2019
  660
  0
  0

QƏZA NAMAZININ HÖKÜMLƏRİ

QƏZA NAMAZININ HÖKÜMLƏRİ

68- Sual: Hər namazın qəzası öz vaxtında qılınmalıdır?

Cavab: Namazın qəzasını hər vaxt qıla bilərsən, öz vaxtında olması lazım deyil.

69- Sual: Həddi buluğa çatandan sonra namazlarımdan bəzisini düzgün yerinə yetirməmişəm. İndi onları necə qəza etməliyəm?

Cavab: Qılmadığınız və ya düzgün yerinə yetirmədiyiniz namazlardan miqdarını ki bildiyiniz qədər qəza etməlisiniz. Əlbəttə edə bilərsiz namazların qəzasını tədricnən yerinə yetirəsiniz.

70- Sual: On beş yaş tamam olmamışdan qabaq bəzi buluğ əlamətləri onda görsənib, ancaq 15 yaşına çatdıqdan sonra namaz və oruca məşğul olub, cinsi buluğla 15 yaşın tamamlanması arasında olan fasilənin namaz və oruclarının qəzası ona vacibdir?

Cavab: Bəli, namazın və orucun qəzası ona vacibdir. Amma oruclarını həddi buluğa çatmasını bilmədiyi üçün tərk etdiyinə görə təkcə qəzası kifayətdir və kəffarəsi yoxdur.

VALİDEYNİN QƏZA NAMAZLARININ HÖKÜMLƏRİ

71- Sual: Əgər bir şəxs bir il meyyit namazını qılmaq üçün əcir olubsa və meyyitin qəza namazlarını qılmamışdan qabaq ölərsə, vərəsələrin vəzifəsi nədir?

Cavab: Meyyitin vərəsələri əcirin yerinə gətirmədikləri namazları üçün, gərək başqasını əcir etsinlər. Hətta əcirin yerinə gətirmədiyi namazları ehtimal versələr belə ehtiyat vacibə əsasən gərək əcir tutsunlar. Əcirin vərəsənin vəzifəsinə gəldikdə isə əcirin yerinə yetirmədiyi namazların müqabilində aldığı ücrətə (pul və s) nisbət risalədə 1557- ci məsələyə müraciət etsinlər.

72- Sual: Valideyinlərimin namazının qiraəti düzgün deyil, onların ölümündən sonra namazlarını qəza etməliyəm?

Cavab: Qiraətlərini düzəltməyə qüdrətləri yoxdursa, o halda qıldıqları kifayətdir və qəzası yoxdur.

73- Sual: Atanın qəza namazı böyük oğlanın öhdəsindədir. Əgər böyük oğlan şəri məsələlərə laqeyiddirsə, meyyitin qəza namazlarının təklifi nədir?

Cavab: Böyük oğlanın olması ilə atanın qəza namazları başqa vərəsələrə vacib deyil. Baxmayaraq ki, böyük oğlan öz vəzifəsinə əməl etməsə də belə. Hər halda başqa vərəsələr atalarına ehsan edib onun qəza namazlarını yerinə yetirə bilərlər .

  660
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Doğrudur ki, şiə alimləri deyirlər: Peyğəmbər Ayişənin altı yaşında olanda onunla ...
      Sizin bu hədis barəsində “ Əgər mələklər arasında ixtilaf olarsa, Cəbrail həzrət ...
      Quran-Kərimdə və rəvayətlərdə acizlər haqqında nümunələr varmı? Bu nümunələrin qeyd ...
      Salam. Çadranın ən üstün örpək olmasına Qurandan bir sübut bir ayə varmı?
      varlığın vəhdəti və mövcudun vəhdəti nə deməkdir? Ərəfə duasının sonunda deyilən ...
      Quranın təhrif olunmamasını necə təsəvvür etmək olar halbuki, ərəb dilində səslərin ...
      Ər- rəhman surəsinin 33 cü ayəsində fövqəladə güc və sultandan məqsəd nədir? Bir ...
      Nə üçün Allah təala Quranda « إنّ مع العسر يسراً » “İnnə məəl usri ...
      Həzrət İsanın (ə) həyatda olmasını nəzərə alsaq, nə üçün Quran isa (ə) barəsində ...
      : Hansı suri bu mətləbi açıqlayır ki, bizim elmimiz dəniz suyunun bir damcısından da ...

 
user comment