Azəri
Friday 19th of April 2019
  820
  0
  0

NAMAZIN HÖKÜMLƏRİ

NAMAZIN HÖKÜMLƏRİ

29- Sual: Əgər bədənin ya paltarın nəcis olmasını unutsaq və nəcis paltar ilə namaz qilsaq, namazın qəzasını yerinə gətirməliyik ya xeyr?

Cavab: Paltarın nəcis olmasını unutduğunuz halda, namaz batildir. Əgər vaxt varsa ikinci dəfə yerinə gətirməlisiniz. Əgər vaxtı keçibsə, qəzasını qılmalısınız.

30- Sual: Corabım nəcis idi və qəsdim var idi namaz vaxtı çıxararam. Amma unutdum, və neçə gün onunla namaz qılmışam, bütün namazlarımın qəzasını qılmalıyam?

Cavab: Namazın qəzaları lazım deyil, çünki normal corab təklikdə övrəti örtən deyil və əgər nəcis olubsa, namaz üçün işkal yoxdur. Amma əgər tərləmə nəticəsində ayaq da nəcis olarsa, namaz batildir.

31- Sual: Kişilər üşün ipək xalçanın üstündə namaz qılmaq səhihdir?

Cavab: Maneəsi yoxdur.

32- Sual: Əgər bir şəxs şam azanına dörd rükət namaz qılmaq vaxtı qədər vaxtı olsa, zöhür və əsir namazlarına nisbət vəzifəsi nədir?

Cavab: Əgər namazı qəsr[1] olmasa əvvəl gərək əsir namazını əda niyyəti ilə qılsın. Sonradan zöhr namazının qəzasını yerinə gətirsin. 

33- Sual: Üzürlü səbəbdən şam və xüftən namazlarını gecənin yarsına qədər qılmamışam, gecə yarsından sonra hansı niyyətlə qılmalıyam?

Cavab: Ehtiyat vacibə görə sübh azanından qabaq əda və qəza niyyəti etmədən, təklifini yerinə gətirmə niyyəti ilə namazı qılmalıdır.

34- Sual: Ehtiyat namazında səhvən surə oxumağın hökmü nədir?

Cavab: İşkal yoxdur. Ehtiyat namazını batil etmir.

35- Sual: Altı ay gündüz və altı ay gecə olan qütblərdə, gündəlik namazlar necə qılınmalıdır?

Cavab: O məntəqəyə yaxın, gecə və gündüzləri təbii olan yerlərin üfüqlərinə uyğun namazlarını qılmalıdırlar və ya normal məntəqələrin üfüqünə uyğun əməl etməlidirlər.

36- Sual: Sübh azanı deyiləndən sonra fasiləsiz sübh namazını qılmaq olarmı?

Cavab: Sübh namazınabaşlamağın meyarı fəcrin açılmasına xaticəm olmaqdır. Əgər azanı eşitməklə, vaxtın girməsinə xatircəmdirsə, sübh namazını qılmaq olar. Hər halda bir miqdar təxirə salmaq ehtiyata əməl etmək üçün münasibdir.

37- Sual: Əsir namazının axır vaxtı günəşin batmasıdır yoxsa şəri şam?

Cavab: Əsir namazının axır vaxtı o vaxtdır ki, şəri məğribədək bir rükət qılmaq vaxtı belə olmasın. Şəri məğrib vaxtı o vaxtdırki, gün çıxan tərəfdə olan göy üzünün qırmızılığı başın üstündən keçsin.

38- Sual: Namazdan sonra yadına düşsə ki, dəstəmaz və ya qüslu batil imiş, vəzifəsi nədir?

Cavab: Batil olmuş dəstəmaz və ya qüsullarla qıldığı bütün namazların əda və ya qəzasını qılmalıdır.

39- Sual: Əgər namazda surədən bir miqdarı yadından çıxsa, təklifi nədir?

Cavab: Yaddan çıxmış surəni saxlayıb, başqasını oxuyun və beləliklə namaz səhihdir.

40- Sual: Zöhür namazında həmd və surədən bir hissəsini ucadan oxusaq və rükudan qabaq yadımıza düşsə ki, gərək yavaş oxuyaydıq, həmd surəsini ikinci dəfə oxumaq lazımdır?

Cavab: Təkrar lazım deyil. Amma qalan miqdarını yavaşdan oxuyun.

41- Sual: Namazı uzanmış halda qılar şəxsinüzü qibləyə olması necə olmalıdır?

Cavab: Sağ tərəfi üstə uzanmalıdır. Bir cür olmalıdır ki, bədəninin qabağı qibləyə olsun. Əgər bu mümkün deyilsə, sol tərəfə elə uzanmalıdır ki, bədəninin qabağı qibləyə olsun. Əgər bunu da edə bilmirsə, arxası üstə elə uzanmalıdır ki, ayağının altı qibləyə tərəf olsun.

42- Sual: Əgər bir şəxs namaz halında salamın cavabını verməsə namazı batil olur?

Cavab: Xeyir, namazı batil olmur, baxmayaraq ki, salamın cavabı namaz halında da vacibdir və onun tərk etmək günahdır.

43- Sual: Namazda qalxan vaxt »bihəv lillahi və quvvətihi« yerinə »ya həyyu ya qəyyum« demək necədir?

Cavab: »ya həyyu ya qəyyum« zikrini varid zikr[2] niyyəti ilə deməməlidir. Amma ümumi zikir kimi deyə bilər.

44- Sual: Təkbirətul ehram vaxtında əlləri yuxarı qaldırmaq vacibdir?

Cavab: Xeyir. Əlləri qulağın qarşısına qədər yuxarı aparmaq müstəbdir.

45- Sual: Vitr namazının qunutunda dua etdiyimiz qırx nəfərin arasında bəzi günah edən müsəlmanların da adlarını çəkirik. Bunun işkalı var?

Cavab: Günah edən müsəlman üçün istər namazda və istərsə də namazdan sonra dua etməyin işkal yoxudur.

46- Sual: Əgər bir şəxs məscidə daxil olan vaxt salam versə, salamın cavabını vermək kimə vacibdir?

Cavab: Əgər cəmiyyətə salam verirsə, hamıya vacibdir ki, onun cavabını versinlər. Amma bir nəfər cavab verərsə, başqalarının boynundan götürülür.

47- Sual: Fikir yayınmağının qarşısını almaq üçün zöhür və əsir namazlarını ucadan oxuya bilərəmmi?

Cavab: Xeyir. Bu məqsədə çatmaq üçün dediyin cümlələrin mənasına diqqət edin. Əgər özünüzü uca və qüdrətli Allahın hüzurunda görərsinizsə, şübhəsiz ki, diqqətiniz daha çox olacaq. Həmçinin sakitlikdə və gözdən kənar yerlərdə namaz qılmaq, qiyam halında möhürə baxmaq və müstəhəbb əməlləri əncam vermək tövsiyə olunur.

48- Sual: Nafilə namazlarını qılmaq üçün kifayət qədər vaxt yoxdur, onu əldən verməmək üçün bizə nə məsləhət görürsüz?

Cavab: Nafilə namazını yol gedə- gedə, qibləni riayət etmədən və rüku və səcdələri işarələrlə yerinə yetirməklə, onun savablarından bəhrələnə bilərsiz.

49- Sual: Namazın rüknlarından olan rükuya bitişik qiyam, rukudan qabaqkı qiyamdır yoxsa rukudan sonrakı?

Cavab: Rükuya bitişik qiyam, rükudan qabaqkı qiyamdı. Bu qiyam halından birbaşa rükuya getməkdir. Rükudan sonra durmaq baxmayaraq ki, vacibdir ancaq namazın rüknü deyil.

50- Sual: Namaz qılanda, əgər gözlərim bağlı olursa, namazı daha çox diqqətlə qılıram, bunun işkalı varmı?

Cavab: Namaz qılanda gözü bağlamaq məkruhdur. Amma namazı batil etmir.

51- Sual: Bilməyərəkdən birinci təşəhhüddə ancaq »əssəlamu ələykə əyyuhənnəbiyyu və rəhmətullahi və bərəkatuh« desək, səcdeyi səhv lazımdır?

Cavab: Səcdeyi səhv vacib deyil.



[1] - Müəyyən şərtlərlə, o cümlədən səfərdə dörd rükətli namazların iki rükət qılınması.

[2] - Varid zikir odur ki, Məsum (ə) tərəfindən bu barədə göstəriş verilibdir.

  820
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Doğrudur ki, şiə alimləri deyirlər: Peyğəmbər Ayişənin altı yaşında olanda onunla ...
      Sizin bu hədis barəsində “ Əgər mələklər arasında ixtilaf olarsa, Cəbrail həzrət ...
      Quran-Kərimdə və rəvayətlərdə acizlər haqqında nümunələr varmı? Bu nümunələrin qeyd ...
      Salam. Çadranın ən üstün örpək olmasına Qurandan bir sübut bir ayə varmı?
      varlığın vəhdəti və mövcudun vəhdəti nə deməkdir? Ərəfə duasının sonunda deyilən ...
      Quranın təhrif olunmamasını necə təsəvvür etmək olar halbuki, ərəb dilində səslərin ...
      Ər- rəhman surəsinin 33 cü ayəsində fövqəladə güc və sultandan məqsəd nədir? Bir ...
      Nə üçün Allah təala Quranda « إنّ مع العسر يسراً » “İnnə məəl usri ...
      Həzrət İsanın (ə) həyatda olmasını nəzərə alsaq, nə üçün Quran isa (ə) barəsində ...
      : Hansı suri bu mətləbi açıqlayır ki, bizim elmimiz dəniz suyunun bir damcısından da ...

 
user comment