Azəri
Wednesday 22nd of May 2019
  526
  0
  0

MEYYİTİN HÖKÜMLƏRİ

MEYYİTİN HÖKÜMLƏRİ

25- Sual: Müstəhəbbi əməllərin savabını ölülərə hədiyyə etmək olar?

Cavab: Bəli, maneəsi yoxdur. Müstəhəbbi əməli yerinə gətidikdən sonra, o əməlin savabını hədiyyə edə bilərsiniz. Məsələn: namaz, oruc, xəstənin görüşünə getmək, sileye rəhim və s... . Həmçinin müstəhəbbi əməli meyyitin əvəzinə də yerinə gətirə bilərsiniz.

26- Sual: İntihar etmiş şəxsin əza məclisində iştirak etmək olar?

Cavab: İntiharr böyük günahlardandır, amma dəfn və əza mərasimində iştirak etməyin işkalı yoxdur.

27- Sual: Ölülər üçün cənazələrinə qoyulan təbii güllər, israf deyil?

Cavab: Ən azı budur ki, əgər onların pullarını meyyit üçün sədəqə versələr, müxtəlif cəhətlərdən meyyit üçün savabı var.

28- Sual: Atanın il mərasiminin xərcini kim ödəməlidir?

Cavab: Qüsl, kəfən və dəfn kimi vacibi xərclər, əsil maldan götürülür. Yəni vərəsələrin səhmləri ayrıldıqdan qabaq. Mərasim xərclərinə gəldikdə isə, əgər vəsiyyət edibsə, onun malının üçdə birindən götürülür. Əgər vəsiyyət etməyibsə, səğirin[1] səhmindən xərclənməməlidir. Digər vəsələr isə öz səhmlərinə nisbət ixtiyarlıdırlar.



[1] - Səğir, meyyitin buluğ həddinə yetişməyən övladına deyilir.

  526
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Doğrudur ki, şiə alimləri deyirlər: Peyğəmbər Ayişənin altı yaşında olanda onunla ...
      Sizin bu hədis barəsində “ Əgər mələklər arasında ixtilaf olarsa, Cəbrail həzrət ...
      Quran-Kərimdə və rəvayətlərdə acizlər haqqında nümunələr varmı? Bu nümunələrin qeyd ...
      Salam. Çadranın ən üstün örpək olmasına Qurandan bir sübut bir ayə varmı?
      varlığın vəhdəti və mövcudun vəhdəti nə deməkdir? Ərəfə duasının sonunda deyilən ...
      Quranın təhrif olunmamasını necə təsəvvür etmək olar halbuki, ərəb dilində səslərin ...
      Ər- rəhman surəsinin 33 cü ayəsində fövqəladə güc və sultandan məqsəd nədir? Bir ...
      Nə üçün Allah təala Quranda « إنّ مع العسر يسراً » “İnnə məəl usri ...
      Həzrət İsanın (ə) həyatda olmasını nəzərə alsaq, nə üçün Quran isa (ə) barəsində ...
      : Hansı suri bu mətləbi açıqlayır ki, bizim elmimiz dəniz suyunun bir damcısından da ...

 
user comment