Azəri
Monday 25th of March 2019
  609
  0
  0

MÜT᾽Ə AYƏSİNİN NƏSXİ

13. MÜT᾽Ə AYƏSİNİN NƏSXİ

فَمَا اسْتَمْتَعْتُم بِهِ مِنْهُنَّ فَآتُوهُنَّ أُجُورَهُنَّ فَرِيضَةً

«İstifadə [yaxınlıq] etdiyiniz qadınların mehriyyələrini lazımı qaydada verin.» (Nisa-24).

Nəsx tərəfdarlarının irəli sürdükləri nəzər sahibləri olan sünni alimlərinin fikrincə müt᾽ənin halal olduğunu bəyan edən bu ayə sonralar nəsx və qadınlarla müvəqqəti evlənmə haram olmuşdur.

Lakin şiə alimlərinin fikrincə, hökm qüvvədə qalmış və başqa bir ayə və ya [Peyğəmbər (s) tərəfindən] nəql olunmuş hədislə, daha dəqiq desək, verdiyi hökmlə nəsx olunmamışdır.

Tarixə nəzər saldıqda bunun şahidi oluruq ki, əshab və tabeinlərin bə᾽ziləri müt᾽ənin halal olduğunu hesab etmişlər. İbni Həzn bu barədə deyir: Peyğəmbərdən (s) sonra İbni Məs᾽ud, Müaviyə, Əbu Səid, İbni Abbas, Üməyyət ibni Xələfin oğlanları Sələmə və Mə᾽bəd, Cabir, Əmr ibni Həris və başqaları müt᾽əni hələ də halal hesab edirdilər. Sonra deyir: Cabir nəql edir ki, Peyğəmbərin (s) əshabı və ona yaxın olan hər bir şəxs Ömərin xəlifə olduğu son illərə qədər müt᾽əni halal hesab edirdi.

Tabeinlərdən olan Tavus, Səid ibni Cubeyr və Əta kimi Məkkənin tanınmış fiqh alimləri də müt᾽əni halal hesab edirdilər. Şeyxul-İslam Mərcinani, müt᾽ənin halallığına dair verilmiş hökmü Malik ibni Ənəs (əhli-sünnə məzhəblərinin birinin banisi) ilə əlaqələndirmişdir. O, müt᾽ənin halal olması haqda deyir: Hökmün nəsx olunması sabit olunmayınca qüvvədə qalacaqdır.

İbni Kəsir deyir: Əhməd ibni Hənbəl zərurət üzündən müvəqqəti evlənməni (müt᾽əni) halal hesab etmişdir.

Məkkənin tanınmış fiqh alimlərindən biri olan İbni Cərih yetmiş qadınla müvəqqəti olaraq müt᾽ə etmişdir.

1. «Əl-hidayə fi-şərhil bidayə» 375-ci səh. Kitabı şərh edən şeyx Məhəmməd, hökmün Malik ibni Ənəs tərəfindən verildiyini təsdiq etmişdir. Lakin İbni Humam «Fəthul-Qədir» adlı kitabda bu fərziyyəni qətiyyətlə rədd etmişdir. Əbdül-Baqi Maliki Zərçani «Əbil Ziya»nın xülasəsini şərh etdikdə deyir: Müt᾽ə müvəqqəti evlənmə olduğu üçün kişinin məqsədi, qadına ya onun özü və ya qadının ixtiyar sahibi (ata-baba, qardaş) tərəfindən qadına başa salınmalı və tə᾽yin olunmuş vaxtın müddəti əvvəlcədən ona bildirilməlidir. Və əgər müddət əqd zamanı müəyyən olunmasa, lakin bunu nəzərdə tutmuş olarlarsa – qadın bunu bilsə belə heç bir nöqsanı yoxdur. Malik sonra deyir: Bu, səfərdə olan hər bir şəxsin seçdiyi ən münasib evlənmək üsuludur. (3-cü cild, 190-cı səh.)

2. İbni Kəsirin təfsiri, 1-ci cild, 474-cü səh.

3. Əbil Ziya Zərqanin xülasəsinə yazılmış şərh, 8-ci cild, 76-səh.

Cavab:

Ayənin nəsx olunması bu iki halda mümkündür:

1) Sübut olunmalıdır ki, ayədə yaxınlıq deyildikdə, qadınlarla müvəqqəti (müt᾽ə) yaxınlıq nəzərdə tutulur.

2. Sübut olunmalıdır ki, müt᾽ə sonralar haram olunmuşdur.

Birinci mətləb:

İstər sünni, istərsə də şiə alimləri ayədə «yaxınlıq« ifadəsinin müvəqqəti yaxınlığa dəlalət etdiyini nəzərdə tuturlar. Və burada heç bir ixtilaflı məsələ nəzərə çarpmır.

Qurtubi deyir: Bütün alimlər bu fikirdədirlər ki, yaxınlıq deyildikdə, ayədə İslamın zühur etdiyi ilk illərdə mövcud olan müvəqqəti evlənmə nəzərdə tutulur. Hətta İbni Abbas, Ubey və İbni Cabir ayəni belə qiraət etmişlər.

(Fəməs-təmtə᾽tum bihi minhunnə ila əcəlin musəmma fə᾽tuhunnə ucurəhunnə).[1] yə᾽ni, onların fikrincə «ila əcəlin musəmma» ifadəsi də ayənin bir hissəsini təşkil etmişdir. Bu da yaxınlığın müvəqqəti və müt᾽ə hökmünə aid olmasına açıq-aşkar dəlalət edir.

Bu məzmunda nəql olunmuş hədis və rəvayətləri, alim və mütəfəkkirlərin irəli sürdükləri nəzəriyyələri nəzərə alaraq deyə bilərik ki, Həsən Bəsrinin bu barədə irəli sürdüyü nəzəriyyə tamamilə əsassızdır. O deyir: Bu ayə müvəqqəti deyil, daimi evlənməyə dəlalət edir. Onun fikrincə, ümumiyyətlə müvəqqəti evlənmə barəsində heç bir ayə nazil olmamışdır. O hətta İbni Abbasın və Cubeyrin də bu fikirdə olduqlarını iddia etmişdir. Halbuki, nəql olunmuş digər rəvayətlərdə İbni Abbasın bu ayə ilə müvəqqəti evlənməyə istinad etdiyi göstərilir.

Müvəqqəti evlənmə barəsində nəql olmuş bir çox hədis və rəvayətlər bir daha belə bir qənaətə gəlməyə imkan verir ki, müt᾽ə hökmü İslamın zühur etdiyi ilk illərdən qüvvədə olmuş və ayədə yaxınlıq deyildikdə müvəqqəti evlənmə nəzərdə tutulmuşdur.

İkinci mətləb:

Sual doğuran məsələlərdən biri də budur ki, görəsən müt᾽ə hökmü qüvvədən salınaraq digər hökm ilə nəsx olunmuş və ya qüvvədə qalmışdır? Bizim fikrimizcə, müt᾽ə hökmünün nəsx olunmasına dair irəli sürülmüş nəzəriyyə tamamilə zəif və əsassızdır və bu baradə heç bir məntiqi dəlil və sübuta istinad etmək mümkün deyildir.

İRƏLİ SÜRÜLƏN NƏZƏRİYYƏLƏR VƏ CAVABLAR

TƏLAQ AYƏSİ İLƏ MÜT᾽Ə HÖKMÜNÜN NƏSXİ

يَا أَيُّهَا النَّبِيُّ إِذَا طَلَّقْتُمُ النِّسَاء فَطَلِّقُوهُنَّ لِعِدَّتِهِنَّ

«[Ya Peyğəmbər!] övrətlərini boşadığın zaman onları gözləmə müddətlərində [heyzdən pak olduqdan sonra] boşayın.» (Təlaq-1).

Ayəyə istinad edərək müt᾽ə hökmünün nəsx olunduğunu hesab edir və müt᾽ə tərəfdarı olduğu bir halda bu nəzəriyyənin ilk dəfə İbni Abbas tərəfindən irəli sürüldüyünü iddia etmişlər.

Cavab:

Əgər müt᾽ə ayəsinin, təlaq ayəsi ilə nəsx olunma zərurəti təlaq verilmiş qadınlara verilmiş iddənin vacibliyindən irəli gəlsəydi, müvəqqəti evlənmək üçün saxlanınlan iddə təlaq iddəsindən az olduğu hər iki hökm bir-birindən tamamilə fərqlənərdi. Yalnız belə bir halda deyə bilərik ki, təlaq iddəsi ilə əlaqəsi olduğu üçün nəsx olunmuşdur. İrəli sürülən dəlilə veriləcək dəlil artıq bəllidir. Çünki nə bu və nə də digər ayələr qadınların iddə müddətinin eyni olmasına dəlalət etmir və bunun eyni olmasına evlilik dövründə saxlanılan iddə müddətinin digər iddələrdən az olmasına – onu nəsx etməsinə – dəlil hesab edə bilmərik.

Bə᾽zən də müt᾽ə ayəsinin, təlaq ayəsi ilə nəsx olunmasını qadınlara aid olan təlaq hökmünün qüvvəyə minməsinə dəlil gətirilir. Halbuki, müt᾽ədə qadınlara təlaq verilmir, gətirilən növbəti dəlilin cavabında deyə bilərik ki, ayədə təlaq hökmü verilsə də, müvəqqəti evlənmədə mövcud olmayan təlaq hökmünü nəsx edəcək heç bir xüsusiyyətə malik deyildir.

«Təfsirul-mənarın» müəllifi bə᾽zi müfəssirlərdən nəql etdiyi hədis və rəvayətlərdə şiə məzhəbinin iddəyə heç bir əhəmiyyət vermədiklərinə işarə edir.

İlahi! Sənin şahid olmağın kifayət edər ki, bütün bunlar şiə məzhəbinə qarşı uydurulmuş əsassız yalan və iftiralardır!

İddənin əhəmiyyətsiz olduğuna dair şiə alimlərindən bir nəfər də olsun belə, fikir irəli sürmədiyi bir halda, bunu bütün məzhəbə şamil etmək nə qədər də haqq və ədalətdən kənardır!

Lakin haqq öz yerini tapacaq və bu nəzəriyyələrin nə qədər əsassız olduğu hamıya bəlli olacaqdır.

MÜT᾽Ə AYƏSİNİN İRS AYƏSİ İLƏ NƏSXİ

İrəli sürülmüş nəzəriyyələrdən biri də müt᾽ə ayəsinin irs ayəsi ilə nəsx olunması ilə əlaqədardır.

Ayədə deyilir:

وَلَكُمْ نِصْفُ مَا تَرَكَ أَزْوَاجُكُمْ

«Ey kişilər! Əgər [vəfat etmiş] arvadlarınızın uşağı yoxdursa, onların vəsiyyəti yerinə yetirildikdən sonra və ya borcu ödənildikdən sonra qoyub getdikləri malın yarısı sizindir.»

Mut᾽ə ayəsinin bu ayə ilə nəsx olunduğu haqda deyilir: «Ayə, irs ayəsi olduğu üçün kişi ilə qadın arasında olan vərəsəlik hüququnu sabit və eyni zamanda müvəqqəti evlənmə də kişi ilə qadının vərəsəlik hüququna malik olmadıqlarını bəyan edir. Demək müvəqqəti evlənmədə [daimi evlənmədə olduğu kimi] ər və qadın arasında olan səmimi münasibətlər müşahidə olunmur. Və əgər belə bir səmimi münasibət nəzərə çarpsaydı, irs ayəsinə əsasən, vərəsəlik hüququna malik olardılar. Belə nəticəyə gəlirik ki, irs ayəsi, müt᾽ə ayəsini nəsx etməmiş və hökm hal hazırda da qüvvədə qalmaqdadır.

Səid ibni Musəyb, Salim ibni Abdullah və Qasim ibni Əbil Bəsr ilə əlaqələndirilən müt᾽ə ayəsinin irs ayəsi ilə nəsx olunma nəzəriyyəsi bundan ibarətdir.

2. MÜT᾽Ə AYƏSİNİN İRS [VƏRƏSƏLİK] AYƏSİ İLƏ NƏSXİ

Müt᾽ə ayəsinin nəsx olunmasına dair verilən ikinci ehtimal onun irs [vərəsəlik] ayəsi ilə nəsx olmasıdır. Nisa surəsinin 12-ci ayəsində deyilir:

(Vələkum ma tərəkə əzvacəkum).

«Ey kişilər! Əgər [vəfat etmiş] arvadlarınızın uşağı yoxdursa, onların vəsiyyəti yerinə yetirildikdən sonra və ya borcu ödənildikdən sonra qoyub getdikləri malın yarısı sizindir.»

Müt᾽ə ayəsinin yuxarıda qeyd olunan ayə ilə nəsx olunması haqda deyilir:

Ayə, nəxs ayəsi olduğu üçün ərlə arvad arasında vərəsəlik hüquqlarını tə᾽yin edir. Müvəqqəti evlənmədə isə nə kişi, nə də qadın vərəsəlik hüququna malik olmurlar. Bu səbəbdən də müvəqqəti evlənmədə ər və arvad arasında normal əlaqə bərqərar olunmur. Əgər belə bir əlaqə bərqərar olunmuş olsaydı, vərəsəlik ayəsinə əsasən, vərəsəlik huququna malik olardılar. Bütün bunları nəzərə alıb deməliyik ki, irs ayəsi, müt᾽ə ayəsini nəsx etmiş və nəticədə hökm əvəz olmuşdur.

Bu nəzəriyyənin Səid ibni Musəyb və Salim ibni Abdulla və Qasim ibni Əbu Bəkr tərəfindən irəli sürüldüyü göstərilir.

Cavab:

Ərlə arvadın vərəsəlik hüququndan məhrum olmaları tək müvəqqəti evlənməyə (müt᾽əyə) aid deyildir. Belə ki, digər hallarda da ərlə arvad vərəsəlik hüququndan məhrum ola bilərlər və müvəqqəti evlənmənin onlardan biri olması heç də qeyri-adi hal deyildir. Məsələn ər və ya arvaddan bir kafir və ya biri digərinin qatili olarsa, onlar heç bir vərəsəlik hüququna malik olmazlar. Belə bir nəticəyə gəlmək olar ki, ərlə arvad yalnız daimi evlənmədə vərəsəlik hüququna malik olurlar.

3. PEYĞƏMBƏRDƏN (S) NƏQL OLUNMUŞ RƏVAYƏTLƏ MÜT᾽Ə AYƏSİNİN NƏSXİ

Müt᾽ə ayəsinin nəsx olunmasına dair verilən üçüncü ehtimal Peyğəmbərdən (s) nəql olunmuş rəvayətdir. Əhli-sünnə rəvayətlərində deyilir: Əli (ə) İbni Abbasa e᾽tiraz edərək deyir: Açıq-aşkar yolunu azmısan. Çünki Peyğəmbərin (s) Xeybər döyüşündə haram etdiyi müt᾽ə və əhliləşdirilmiş ulağ ətini yeməyi halal hesab edirsən.

Rəbi᾽ ibni Siyrə atasından nəql etdiyi rəvayətdə deyir: «Günlərin bir günündə Peyğəmbər (s) Kə᾽bənin qapısı ağzında durub orada olanlara müraciət edərək buyurdu: Camaat! Mən sizə müvəqqəti evlənməyə icazə vermişdim, Allah-taala bunu sizə haram edir və sizə əmr edir ki, onlara talaq verin, amma verdiklərinizi geri almayın.

Səlmə atasından nəql etdiyi rəvayətdə deyir: Peyğəmbər (s), Ovtas döyüşündə üç gün müsəlmanlara müvəqqəti evlənməyə icazə verdi. Lakin sonra bunu onlara yasaq etdi.

Cavab:

Bu rəvayətləri bir neçə səbəbdən müt᾽ə ayəsini nəsx etməkdə əsassız hesab edə bilərik:

1) Əvvəlki fəsillərdə Qur᾽anın vahid xəbərlə isbat olunmadığına dəfələrlə işarə etdik;

2) Bu rəvayətlər Əhli-beyt (ə) tərəfindən müt᾽ənin halal olduğuna dair nəql olunmuş bir neçə mütəvatir rəvayətlərlə ziddiyyət təşkil edir;

3) Peyğəmbərin (s) həyatının yalnız müəyyən dövründə [müt᾽ənin] haram olması ayənin nəsx olunması üçün kifayət etmir. Çünki bəlkə də «müt᾽ə» ayəsi nazil olmazdan əvvəl İslamda müvəqqəti evlənmə olmuşdur. Belə ki, əhli-sünnə rəvayətlərinin bir çoxunda göstərilir ki, «müt᾽ə» ayəsi Peyğəmbərin (s) ömrünün son illərində nazil olmuşdur və bu hökm Ömərin xilafəti dövründə bir neçə il qüvvədə olmuş və sonralar xəlifənin özü tərəfindən yasaq edilmişdir.

Demək, bu rəvayətlərin əksinə nəql olunmuş hər bir rəvayət batil və əsassızdır.

Mətləbi daha da işıqlandırmaq üçün bu məzmunda nəql olunmuş bir neçə başqa rəvayətə işarə edirik:

1. Əbu Zubeyr nəql etdiyi rəvayətdə deyir: Cabir ibni Abdullahdan bu sözləri eşitdim: Peyğəmbərin (s) zamanında və Əbu Bəkrin xilafəti dövründə bir ovuc xurma və ya unla qadınlarla bir neçə günlük müt᾽ə edərdik. Ömər özünün xilafəti dövründə, Əmr ibni Hərisin əhvalatından sonra müt᾽əni yasaq etdi.[2]

2. Əbu Nəzrə deyir: Cabir ibni Abdullahın yanında idik. Bu zaman otağa bir şəxs daxil olub dedi: Elə indicə Abdullah ibni Abbas və Abdullah ibni Cubeyr həcc müt᾽əsi və qadınlarla müvəqqəti evlənmə barədə bir-birləri ilə mübahisə edirdilər. Cabir cavab verərək dedi: Bəli, biz hər ikimiz Peyğəmbərin (s) zamanında qadınlarla müt᾽ə edərdik, Ömər xilafətə keçdikdən sonra bunu yasaq etdi və biz ondan sonra onun yanına qayıtmadıq.[3]

3. Əbu Nəzr başqa bir rəvayətdə Cabirdən nəql edərək deyir: Peyğəmbərin (s) zamanında iki müt᾽ə növü (həcc müt᾽əsi və adi müt᾽ə) var idi və biz o zamanlar onlara əməl edirdik. Lakin Ömər xilafətə keçdikdən sonra bunu yasaq etdi və biz də onun qadağalarına tabe olmalı olduq.[4]

4. Əbu Nəzr yenə də Cabir ibni Abdullahdan nəql edərək deyir: Biz Peyğəməbrin (s) zamanında həcc və adi müt᾽əyə əməl edərdik. Ömər xilafətə keçdikdən sonra bunu bizə yasaq etdi və biz də ona tabe olduq.

5. Əbu Nəzr deyir: Cabirə dedim: Abdullah ibni Zubeyr müt᾽ənin yasaq, İbni Abbas isə bunun halal olduğunu deyir. Cabir dedi: Xəbəri öz sahibinə çatdırın, bəli, biz Peyğəmbərin (s) zamanında və Əbu Bəkrin xilafəti dövründə müt᾽ə edərdik. Lakin Ömər xilafətə çatdıqdan sonra öz xütbələrinin birində dedi: Camaat! Peyğəmbər həmən Peyğəmbərdir, Qur᾽an da həmən Qur᾽an. Lakin Peyğəmbərin (s) zamanında olan müt᾽əni (həcc və adi müt᾽əni) mən sizə yasaq edirəm. Hər kim buna əməl edərsə, daşqalaq olunaraq cəzalandırılacaqdır.

6. Əta nəql etdiyi rəvayətdə deyir: Cabir ibni Abdullah ümrə ziyarətindən qayıtmışdı. Görmək üçün evinə getdik. Camaat ona müxtəlif mövzular haqqında sual verir, o da təmkinlə onların hər birinə ayrı-ayrılıqda cavab verirdi. Söhbət müt᾽əyə gəldikdə Cabir dedi: Bəli! Biz Peyğəmbərin (s) zamanında və Əbu Bəkrin xilafəti dövründə buna əməl edirdik, lakin Ömər bunu bizə yasaq etdi.

Bu rəvayəti Əhməd ibni Hənbəl də özünün «Musnəd» adlı kitabında nəql etmişdir. O, rəvayətin sonuna bu cümləni əlavə etmişdir: «Hətta iza kanə fi axiri xilafəti Ömər» – yə᾽ni, nəhayət Ömərin xilafətinin sonu gəlib çatdı.

7. Əmran ibni Hüseyn nəql etdiyi rəvayətdə deyir: Müt᾽ə hökmü Qur᾽anda nazil olmuş, Peyğəmbərin (s) zamanında ona əməl olunmuş və bu hökm başqa bir ayə ilə nəsx olunmamışdır. Peyğəmbər (s) bunu ömrünün sonunadək müsəlmanlara yasaq etməmişdir.

Fəxri Razi də bu rəvayəti Mut᾽ə ayəsinin təfsirini verərkən nəql etdikdən sonra deyir: Sonralar buna dair istədiyi kimi fətva verdi.

8. Abdullah ibni Məs᾽ud nəql etdiyi rəvayətdə deyir: Peyğəmbərlə (s) getdiyimiz döyüşlərin birində qadınlarımız bizimlə deyildilər. Peyğəmbərin (s) yanına gəlib dedik: Ya Rəsulullah! İcazə verirsinizmi özümüzü əxtə edək? Peyğəmbər (s) bunu bizə qadağan edib, paltarlarımızdan onlara mehriyyə verməklə [ətraf məntəqələrdə yaşayan] qadınlarla müvəqqəti olaraq evlənməyə icazə verdi. İbni Məs᾽ud sonra bu ayəni oxudu:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تُحَرِّمُواْ طَيِّبَاتِ مَا أَحَلَّ اللّهُ لَكُمْ وَلاَ تَعْتَدُواْ إِنَّ اللّهَ لاَ يُحِبُّ الْمُعْتَدِينَ

«Ey iman gətirənlər! Allahın sizə halal buyurduğu pak ne᾽mətləri [özünüzə] haram etməyin və həddi də aşmayın. Doğrudan da Allah həddi aşanları sevməz.» (Maidə-81).

Diqqət yetirmək lazımdır ki, İbni Məs᾽udun bu ayəyə istinad etməsi bir daha buna dəlalət edir ki, müt᾽ənin haramlığına dair Allah və Onun Peyğəmbəri tərəfindən heç bir hökm verilməmişdir. Demək, belə bir hökm Peyğəmbərdən (s) sonrakı xəlifələr tərəfindən verilmişdir.

9. Şə᾽bi deyir: Həkəm ibni Əyniyyədən müt᾽ə ayəsinin nəsx olub-olmadığı haqda soruşdum. Cavab verdi: Xeyr! Nəsx olmamışdır. Həkəm əlavə edərək deyir: Əli (ə) buyurur: «Ömər müt᾽əni haram etməsəydi, «bədbəxt» və səfeh şəxslərdən savayı kimsə zina etməzdi.»

Əli (ə)-dan nəql olunmuş bu rəvayəti Qurtubi də öz təfsirində Əta və İbni Abbasdan nəql etmişdir.

Müəllif:

Bəlkə də «bədbəxt» [və səfeh] deyildikdə Əbu Hüreyrədən nəql olunmuş rəvayətdə ona verilən təfsirdir. O, Peyğəmbərdən (s) nəql etdiyi hədisdə deyir: Cəhənnəmə yalnız bədbəxt və səfehlər daxil olarlar. Peyğəmbərdən (s) onların kim olduqlarını soruşduqda buyurdu: Onlar o kəslərdirlər ki, nə Allaha itaət edər, nə də günahlarından çəkinər.[5]

Əta deyir: İbni Abbasdan bu sözləri eşitdim: Allah Ömərə rəhm etsin. Müt᾽ə, Məhəmmədin (s) ümməti üçün bir ne᾽mət idi. Əgər Ömər camaata bunu yasaq etməsəydi, bə᾽ziləri istisna olmaqla kimsə zina etməzdi.[6]

Müt᾽ə hökmünün Qur᾽an ayələri ilə nəsx olunmadığı haqda əhli-sünnə mənbələrində nəql olunmuş rəvayətlərin bir qismi ilə tanış oldunuz.

MÜT᾽ƏNİN HARAMLIĞINA DAİR NƏQL OLUNMUŞ RƏVAYƏTLƏRİN TƏHLİLİ

Müt᾽ənin haram olduğuna istinad edənlər bu məzmunda nəql olunmuş rəvayətlərin üç hissədən ibarət olduğuna əsaslanırlar:

1. İstinad etdikləri rəvayətlərdən biri Bəy ibni Sirədən nəql olunmuş – «Peyğəmbər (s) Kə᾽bənin qapısı ağzında durub camaata xitab edərək buyurdu: Ey camaat! Müt᾽ə mənim dinimdə qiyamət gününədək sizə haram edildi» – hədisidir.

2. Əli (ə)-ın, Peyğəmbərdən (s) müt᾽ənin haramlığına dair nəql etdiyi hədis;

3. Bu rəvayətlərdən biri də Sələmət ibni Zev᾽dən nəql olunmuşdur.

İndi isə onların hər biri haqda: İbni Sirədən nəql olunmuş rəvayət bir çox mənbələrdə olsa da, vahid xəbər halında və yalnız bir nəfərdən nəql olunmuşdur. Vahid xəbərlə isə Qur᾽anın isbat olunmadığına dəfələrlə işarə etmişik.

Bütün bunlarla yanaşı rəvayətin uydurma və əsassız olduğu göz qabağındadır. Çünki necə ola bilər ki, Peyğəmbərin (s) Kə᾽bə yaxınlığında verdiyi yasaq hökmünü İbni Sirədən savayı başqa birisi nə eşitmiş, nə də nəql etmişdir?!

Görəsən Peyğəmbərin (s) bütün buyruqlarını bir-birinə nəql edən və onları başqalarına çatdıran ənsar və mühacir o zaman harada idilər?!

Əgər bu rəvayət mö᾽təbər olmuşsa, bəs nə üçün Ömər müt᾽əni yasaq etdikdə bu rəvayətə istinad etməmiş və bunun öz şəxsi rə᾽yi olduğunu bildirmişdir?! Bütün bunlarla yanaşı, İbni Siyrənin özünün nəql etdiyi rəvayətlər arasında ziddiyyət olduğu üçün bir-birini təkzib edir. Belə ki, nəql etdiyi rəvayətlərdən birində müt᾽ə hökmünün yasaq olduğunu «həccətül-vidada», başqa birisində isə Məkkənin fəthində verildiyini göstərir.

Əli (ə)-dan müt᾽ənin haramlığına dair nəql olunmuş rəvayətə gəldikdə isə, qətiyyətlə deyə bilərik ki, bu rəvayət də uydurulmuş digər rəvayətlər sırasına daxildir. Çünki hər bir müsəlman bu həqiqəti çox yaxşı dərk edir ki, Məkkə fəth olunarkən müt᾽ə hökmü hələ də qüvvədə qalmaqda idi. Demək, Əli (ə)-ın Məkkənin fəthindən əvvəl baş vermiş Xeybər döyüşündə İbni Abbasa müt᾽ənin haramlığı haqda bir şey deməsi sadəcə olaraq qeyri-mümkündür.

Bu səbəbdən də əhli-sünnə alimlərinin bə᾽ziləri belə bir fərziyyə irəli sürmüşlər ki, bəlkə də Xeybər döyüşündə Əli (ə)-dan nəql olunmuş rəvayət müt᾽ə hökmünə deyil, yalnız əhliləşdirilmiş ulağ ətinin yeyilməsinin haramlığına aiddir. Müntəqi və Beyhəqinin «Sünən» adlı kitabında bu rəvayətin nəql olunduğunu əsas götürərək İbni Əyniyyə də bu barədə həmən fərziyyəni irəli sürmüşdür. Lakin bu fərziyyəni iki səbəbdən əsassız hesab etmək olar:

1. Belə bir ehtimal ərəb dili qarammatikası ilə tamamilə ziddiyyət təşkil edir. İnkaredici əlamət forması bu rəvayətdə yalnız bir dəfə o da rəvayətin əvvəlində qeyd olunur. «Zəməni Xeybər» cümləsi də onun zaman və məkanını inkar etsə də, haram olunan həmən iki şey, yə᾽ni, müt᾽ə və əhliləşdirilmiş ulağ ətinin yeyilməsi nəzərdə tutulur. Demək, onların hər ikisi həmən zaman və həmən məkanda yasaq olunmuşdur. Çünki əgər bir şəxs (Əkrəmtu Zəydən və Əmrən yovməl-cumuə) dedikdə, təbii ki, onların hər birinə «Zeyd və Əmr» eyni gündə, yə᾽ni, cümə günü ehtiram etdiyini bildirmək istəyir. Və əgər yalnız Əmrə cümə günü ehtiram etdiyini bildirmək istəyirsə, belə olduqda (Əkrəmtu Zəydən və əkrəmtu Əmrən yovməl-cumuəti – Zeydə ehtiram etdim və Əmrə də cümə günü ehtiram etdim) deməlidir. Yə᾽ni, cümlə belə bir mə᾽na daşıdıqda (Əkrəmtu) kəlməsi iki dəfə işlənməlidir. Haqqında söhbət açıdığmız rəvayətdə isə inkar forması yalnız bir dəfə işlənmişdir.

Bu səbəbdən də deyə bilərik ki, qarammatik qanunlara əsasən, zaman şəkilçisi işləndiyi üçün hər iki mətləbə dəlalət edir. Lakin bu kimi rəvayətlərin yalan və uydurmadan savayı bir şey olmadığı kimsəyə gizli deyildir.

2. Buxarinin, Müslümün və Əhməd ibni Hənbəlin Əli (ə)-dan nəql etdikləri rəvayət də bu rəvayətlə tam ziddiyyət təşkil edir. Rəvayətdə deyilir: (Nəha Rəsulullah (səlləllahu ələyhi və alih) ən mut`ətinnisai yovmə xəybərin və ən luhumil humuril ənsiyyəti – Peyğəmbər [Allahın salam və salavatı ona və onun yaxınlarına olsun!] Xeybər günü bizə qadınlarla müt᾽ə etməyi və əhliləşdirilmiş ulağ ətini yeməyi yasaq etdi).

Bununla yanaşı Beyhəqi kitabının «Müt᾽ə» fəslində müt᾽ənin haramlığına dair Abdullah ibni Ömərdən rəvayət nəql edir.

Göründüyü kimi verilən ehtimal ilə bu rəvayət arasında heç bir bağlılıq yoxdur və hökmün verilməsi yalnız Xeybər döyüşünə dəlalət edir. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, müt᾽ənin haramlığına dair verilən hökm Xeybər günündə olmamış, əhliləşdirilmiş ulağ ətinin haramlığına dair sadir olan hökm həmən gün verilmişdir.

Sələmə ibni Əkvə᾽nin atasından – Peyğəmbərin (s) Əutas günü yalnız üç gün müsəlmanlara müt᾽ə etməyə icazə verdiyinə dair nəql etdiyi rəvayətə gəldikdə isə deməliyik ki, bu rəvayət də vahid xəbər halında nəql olmuşdur və Qur᾽anın vahid xəbərlə isbat olunması əsla düzgün deyildir.

Əgər doğrudan da Peyğəmbər (s) müt᾽əni haram etmişsə, nə üçün əshab və mühacirlər bundan xəbərsiz qalmışlar və nə üçün Əbu Bəkr özünün xilafəti dövründə və Ömər xilafətinin son illərinədək buna icazə vermişlər?!

Bir qədər əvvəl İbni Həzmin, ənsar və mühacirlərin bə᾽zilərinin müt᾽ənin halal olduğuna dair nəql etdikləri hədis və rəvayətlərə işarə etdik. Burada da biz o rəvayətlərdən bə᾽ziləri haqda söhbət açacağıq.

İbni Cərir özünün «Təzhibul asar» adlı kitabında Süleyman ibni Yəsardan, o da Əbil Xəsimənin qızı Ümmi Abdullahdan nəql etdiyi rəvayətdə deyilir: Günlərin bir günündə bir yolçu onun [Ümmi Abdullahın] evinə gəlib deyir: Təklik məni lap zara gətirib, yaxınlıq etmək üçün mənə bir qadın tap! Ümmi Abdullah deyir: Mən ona kiminlə olmağını məsləhət gördüm. Onlar da şərtləşib bir neçə adil şəxsi buna şahid tutdular. Bir qədər sonra həmin qadından ayrılıb getdi. Ömər bu əhvalatdan xəbərdar olub məni yanına çağırdı və dedi: Filan qadın barədə mənə gəlib çatan sözlər düzdürmü?

Dedim: Bəli.

Ömər dedi: Əgər həmən şəxs yenidən Mədinəyə qayıdarsa, mənə xəbər ver!

Həmən kişi yenidən Mədinəyə qayıtdıqda Ömərə xəbər verdim. Ömər onu yanına çağırıb dedi: Nə üçün bu işi gördün? Şəxs cavab verdi: “Peyğəmbərin (s) zamanında müt᾽ə edərdik və o bunu bizə yasaq etməzdi və o Həzrətin (s) ömrünün son gününədək bu belə davam etdi. Ondan sonra Əbu Bəkr xəlifə oldu və o da ömrünün sonunadək bunu bizə yasaq etmədi. Əbu Bəkrdən sonra isə sənin xilafət dövrün başlandı və mən bu günədək müt᾽ə edərdim və sənin bunu yasaq etdiyini görməmişdim.” Ömər dedi: “And olsun Allaha! Əgər əvvəllər bunu yasaq etmiş olsaydım, daşqalaq olunmağını əmr edərdim.” Bundan sonra belə müt᾽ənin haram olduğunu hamıya e᾽lan etdi. O tə᾽kidlə deyərdi: “Müt᾽ənin haram olduğunu hamıya bildirin ki, qanuni evlənmə ilə zinakarlığı bir-birindən ayırmaq olsun.”

İbni Cərir öz kitabında Əbu Yə᾽ladan və Əbu Davud özünün «Nasix» adlı kitabında Əli (ə)-dan nəql etdiyi rəvayətdə deyir: “Əgər Ömər müt᾽əni haram etməsəydi, fasid və səfehlərdən savayı heç kim zina etməzdi.” Hər iki rəvayət müt᾽ənin əvvəllər yasaq olunmadığına, yalnız Ömərin xilafət dövründə yasaq olunduğuna dəlalət edir.

1. Hər iki rəvayətdə Əli (ə) və Ümmi Əbdüllah adlı bir səhabə müt᾽ənin Peyğəmbərin (s) zamanında və ondan sonra da Ömərin xilafət dövrünədək haram olmadığına şəhadət verdikləri göstərilir.

2. Birinci rəvayətdə göstərilir ki, bir neçə adil şəxs (heç bir irad tutmadan və onu bundan çəkindirmədən) Şamdan olan bir yolçunun müt᾽ə etdiyinə şəhadət vermişlər. Buradan belə mə᾽lum olur ki, müt᾽ə onların nəzərində, daha dəqiq desək, əqidələrinə əsasən, qanuni və adi bir məsələ olmuşdur.

3. Ömərin özü Şamlı yolçunun – «Peyğəmbər (s) bizə müt᾽əni yasaq etməmişdir» deməsini təkzib etməmiş, əksinə onu təsdiq etmişdir.

4. Ömərin «Əgər əvvəllər yasaq etmiş olsaydım, daşqalaq olmağını əmr edərdim» deməsi, bir daha buna dəlalət edir ki, əhvalat baş verməzdən əvvəl müt᾽ənin yasaqlığına dair camaata heç bir rəsmi mə᾽lumat verilməmişdir. Yalnız bu əhvalatdan sonra Ömər müt᾽ənin yasaq olunmasına dair hökm sadir edir və bu hamıya rəsmi olaraq bildirilir.

5. Ömərin – «Müt᾽ənin haram olduğunu hamıya bildirin ki, qanuni evlənmək ilə zinakarlığı bir-birindən ayırmaq olsun» deməsi də o zaman müt᾽əyə müsəlmanlar tərəfindən əməl olunmasına dəlalət edir. Xəlifə isə yasaq hökmünü sadir etməklə müt᾽əni, zinakarlıqdan ayırmaq və müsəlmanları bu yolla müt᾽əyə əməl etməkdən çəkindirmək istəmişdir.

Bəlkə də bu cərəyan birbaşa və ya qeyri-müstəqim olaraq müt᾽ənin yasaq olunmasında öz tə᾽sirini göstərmişdir. Çünki rəvayətdə müsəlmanların müt᾽əyə əməl etdikləri bəlli olduğu bir halda Ömərin Şamlı yolçunun gördüyü işi yasaq etməsi və bu xəbərin xəlifənin qulağına çatması açıq-aşkar buna dəlalət edir ki, bu cərəyan gizli olaraq baş vermiş və ravilər bundan ya xəbərsiz qalmış, ya da özləri bilərəkdən bunu gizli saxlamışlar. Bunun nəticəsində bizə bir şey gəlib çatmamışdır.

Bu rəvayətin Sələmə ibni Əkvədən müt᾽ənin haramlığına dair nəql olunmuş rəvayətlə nə zaman və necə haram olunması baxımından ziddiyyət təşkil etməklə yanaşı və bir qədər əvvəl tutulan iradlarla bərabər, bir neçə başqa əsaslı nöqsanı da vardır. O da bundan ibarətdir ki, Sələmənin nəql etdiyi rəvayət müt᾽ə ayəsinin nəsx olunmasını qəbul edən şəxslərin irəli sürdükləri fərziyyələrdə özünü əks etdirir. Çünki «İnkaredici» kəlmənin bu rəvayətdə məchul halda işlənildiyinə ehtimal verilir və bu inkar formasından məqsəd Ömərin Peyğəmbərdən (s) sonra verdiyi yasaq hökmüdür. Yə᾽ni, rəvayətin əvvəlindəki [müt᾽əyə] icazə Peyğəmbərdən (s), yasaq hökmü isə Ömər tərəfindən verilmişdir. Belə olduqda rəvayətdən əldə etdiyimiz mə᾽na bundan ibarət olacaqdır: «Peyğəmbər (s) müt᾽əni müsəlmanlara icazə vermiş, Ömər isə bunu onlara yasaq etmişdir. Belə bir qənaətə gəlirik ki, müt᾽ə hökmünü Peyğəmbər (s) ömrünün sonunadək müsəlman ümmətinə yasaq etməmişdir. Əgər yasaq hökmü verilmişsə, bu, xəlifə Ömər tərəfindən verilmiş və onun özü buna e᾽tiraf edərək demişdir:

(Mut᾽ətani kanəta əla əhdi rəsulillah və ənə ənha ənhuma və uaqibu ələyhima – Peyğəmbərin (s) zamanında mövcud olan iki müt᾽əni mən sizə yasaq edirəm və ona əməl edən hər bir şəxsi cəzalandıracağam.)

Əgər belə bir qadağa Peyğəmbər (s) tərəfindən olsaydı, Ömər (ənha ənhuma – o iki şeyi yasaq edirəm) demək əvəzinə, (Nəhənnəbi ənhuma – Peyğəmbər (s) o iki şeyi sizə yasaq etmişdir) deməli idi.



[1] Qurtubinin tәfsiri, 5-ci cild, 130-cu sәh.

[2] “Sәhihi-Müslüm”, “müt᾽ә” fәsli, 4-cü cild, 141-ci sәh.

[3] “Səhihi-Müslüm”, “müt᾽ә” fәsli, 4-cü cild, 141-ci sәh.

[4] “Musnәdi-Әhmәd ibni Hәnbәl”, 3-cü cild, 325-ci sәh.

[5] “Müsnәdi-Әhmәd ibni Hәnbәl, 2-cü cild, 349-cu sәh.

[6] “Əhkamul-Qur᾽an, Cәssas, 2-cild, 147-ci sәh.

  609
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Həzrət Əlinin (ə) son anlarında İmam Həsən (ə) və İmam Hüseynə (ə) vəsiyyəti
      Lütfən, Qədir-Xum xütbəsini tam şəkildə bəyan edin.
      Həzrət Zeynəbin (s) dəfn yeri hansı ölkədədir?
      Peyğəmbərə (s) görə salamın əhəmiyyəti nədir?
      Həzrət Müslim kim idi?
      Ayətullah Behcətin (rəhmətullahi əleyh) dediyi “bu əsrin qocaları da imam Zaman ...
      Nə üçün Peyğəmbərin(s) xəstə olduğu müddətdə İmam Əli (ə) hətta bir dəfə belə ...
      İmam Həsənin (ə) böyük olmasını nəzərə aldıqda, nə üçün İmamət İmam Hüseynin ...
      Quran mətnində istifadədə “innə” ilə “ənnə”, “məvəddət” və məhəbbət”, ...
      İslam dininin təkcə haqq din olmasına baxmayaraq, nəyə görə Quranda digər dinlərin ...

 
user comment