Azəri
Tuesday 21st of May 2019
  690
  0
  0

VƏSİYYƏT AYƏSİNİN NƏSXİ

4. VƏSİYYƏT AYƏSİNİN NƏSXİ

كُتِبَ عَلَيْكُمْ إِذَا حَضَرَ أَحَدَكُمُ الْمَوْتُ إِن تَرَكَ خَيْرًا الْوَصِيَّةُ لِلْوَالِدَيْنِ وَالأقْرَبِينَ بِالْمَعْرُوفِ حَقًّا عَلَى الْمُتَّقِينَ

«Sizin hər birinizi ölüm haqlayan zaman qoyub gedəcəyiniz maldan valideynlərinizə, yaxın qohumlarınıza verilməsi üçüçn ədalət üzrə [malın üçdə birindən çox olmamaq şərtilə] vəsiyyət etməyiniz zəruridir. Bu, müttəqilərə vacibdir.» (Bəqərə-180).

Yuxarıda qeyd olunan ayənin nəsx olunmasına dair iki müxtəlif nəzəriyyə irəli sürülmüşdür:

1. İrs (vərəsəlik) ayəsi ilə nəsx olunması;

Bəzilərinin fikrincə, Bəqərə surəsinin 180-cı ayəsi “İrs” ayəsi ilə nəsx olunmuşdur. Çünki İslamın zühur etdiyi ilk illərdə irs qanunları bir qədər fərqli xarakter daşıyırdı. Bu qanunlara əsasən, valideynin bütün var-dövləti övlada çatmalı və valideyn bir başqasına nə isə vermək istədikdə bunu vəsiyyət edərək həyata keçirə bilərdi. Və bu ayə həmən vəsiyyət hökmünə aiddir. Lakin sonralar “İrs” ayələri nazil olmaqla vərəsəlik kimi istifadə olunan ilk vəsiyyət qanunları nəsx olundu.

Cavab: Bu nəzəriyyəni bir neçə səbəbdən əsassız hesab etmək olar.

a) Rəvayət Səhihi-Buxaridə nəql olunsa da, vahid xəbər formasında nəql olunmuşdur. Vahid xəbərlə isə Qur᾽anın heç bir hökmü nəsx olunmur.

b) Buradan belə mə᾽lum olur ki, “İrs” ayəsi bu ayədən sonra nazil olmuşdur.

Lakin nəsx nəzəriyyəsinin tərəfdarları belə bir fərziyyəni sübuta yetirə bilmirlər. Lakin ilk növbədə bu məsələni qətiyyətlə iddia edən Hənəfi məzhəbinin davamçıları sübuta yetirməlidirlər.

v) Vəsiyyət ayəsindən belə bir nəticəyə gəlmək olur ki, hər bir şəxs vəfat etməzdən əvvəl öz qohum-əqrəbasına vəsiyyət edə bilər. Və qətiyyətlə demək olar ki, bu hökm əsla nəsx olunmamışdır. Çünki mərhumun övladı olduğu təqdirdə, onlar (qohum-əqrəba) vərəsəlik hüququndan məhrum olurlar. Və əgər onlar barəsində də vəsiyyət olunarsa, vəsiyyətdə göstərilən miqdarı özlərinə götürməlidirlər. Demək, hökm nəsx olmayıb və yenə də qüvvədə qalır. Ata-anaya olunan vəsiyyətlər də nəsx olunmadan, bu hökmə əsasən, tamamilə qanuni və əsaslıdır.

ğ) Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, vərəsələr paylarına düşən şeyləri yalnız vəsiyyət icra olunandan sonra əldə edə bilərlər. Yə᾽ni, əgər mərhumun borcu olarsa, ilk növbədə onun borcları ödənilməli və yalnız bundan sonra yerdə qalan var-dövlət vərəsələr arasında bölünməlidir. Ayənin özündə bu haqda deyilir: «İrs, vəsiyyət icra olunduqdan sonra bölünür.» Belə bir nəticəyə gəlirik ki, “İrs” ayəsi vəsiyyət hökmünü nəsx etmir, əksinə onun icrasına tə᾽kid və knu təsdiq edir.

PEYĞƏMBƏRİN (S) BUYURDUQLARI İLƏ ŞƏR᾽İ HÖKMLƏRİN NƏSX OLMA HALLARI

Bə᾽ziləri Peyğəmbərdən (s) nəql olunmuş hədisə istinad edərək vəsiyyət hökmünün nəsx olunduğunu iddia edirlər. Hədisdə deyilir: «Varislərə heç bir vəsiyyət olunmur.»

Lakin bu hədisi də bir neçə səbəblər üzündən qeyri-mö᾽təbər hesab edirik:

1. Hədisin mö᾽təbərliyi sübuta yetirilməmişdir. Belə ki, Buxari və Müslüm kimi görkəmli ravilər bu hədisi öz kitablarında nəql etməmişlər. Həmçinin «Əl-mənar» adlı təfsirin müəllifi də hədisin mö᾽təbər olmasına şübhə ilə yanaşmışdır.

2. Əhli-beyt tərəfindən bu məzmunda nəql olunmuş bir çox rəvayətlərlə ziddiyyətlik təşkil edir. Çünki bu rəvayətlərdə vəsiyyətin vərəsə üçün qanuni olduğu bildirilmir. Belə ki, Məhəmməd ibni Müslüm, İmam Baqir (ə)-dan varislərə vəsiyyət olunmasının nə dərəcədə düzgün olub-olmaması haqda soruşduqda, bunun Qur᾽an ayəsi ilə tamamilə müvafiq olduğunu bildirir və sonra bu ayəni tilavət edir:

إِن تَرَكَ خَيْرًا الْوَصِيَّةُ لِلْوَالِدَيْنِ وَالأقْرَبِينَ

«Qoyub gedəcəyiniz maldan valideynlərinizə, yaxın qohumlarınıza verilməsi üçün ədalət üzrə [malın üçdə birindən çox olmamaq şərtilə] vəsiyyət etməyiniz zəruridir.» (Bəqərə-180).

Bu məzmunda digər rəvayətlər də nəql olunmuşdur.

3. Rəvayət vahid xəbər halında nəql olunmuşdur. Bu kimi rəvayətlər isə müsəlman icması dairəsində heç bir e᾽tibara malik deyildir.

4. Rəvayətin vahid xəbər halında nəql olunduğunu və digər rəvayətlərlə ziddiyyət təşkil etdiyini nəzərə almasaq da belə, ayənin nəsx olunduğuna dair heç bir fərziyyə irəli sürə bilmərik. Çünki rəvayətin dəlalət etdiyi mətləb və məfhumla ayənin məzmunu arasında heç bir ixtilaf nəzərə çarpmır.

Lakin bu rəvayət ayənin ümumi məfhumunu qeyd halına salaraq oraya bir çox istisnalar əlavə edə bilər. Ata-anaya olunan vəsiyyətləri elə bir tərzdə bəyan edə bilərik ki, onlar vərəsəlik hüququndan məhrum olsunlar və eyni qaydada öz vəsiyyətini [qohum-əqrəbalarından] o kəslərə edə bilər ki, vərəsəlik hüququna malik olmamış olsunlar.

Nəticə:

Deyilənlərdən belə mə᾽lum olur ki, əvvəlki ayələr nəsx olunmadığı kimi, vəsiyyət ayəsi də nəsx olunmamışdır. Bir sözlə, digər ayələrə şamil olunan hökm və dəlillər bu ayəyə də şamil olunur. Bir də diqqət yetirmək lazımdır ki, ayədə «kitabət» deyildikdə, sözün lüğəvi mə᾽nasını (yazmaq) deyil, istilahi (zərurət, vacib) mə᾽nasını nəzərdə tutmaq lazımdır. Məsələn, Ən᾽am surəsinin 12-ci ayəsində deyilir:

كَتَبَ عَلَى نَفْسِهِ الرَّحْمَةَ

«O, Özünə [bəndələrinə qarşı] mehriban olmağı vacib etmişdir.»

Demək vəsiyyət ayəsindən məqsəd, vəsiyyətin ata-anaya və qohum-əqrəbaya olunmasının zəruriliyini bəyan etməkdir. Lakin imamlar tərəfindən nəql olunmuş rəvayətlər, fiqh alimlərinin icması tərəfindən verilən fətvalar və müsəlman ümmətinin hal-hazırkı adət və ən᾽ənələri bu hökmün vacib olmadığını sübuta yetirir.

Belə bir şəraiti (vəsiyyət olunmamasını) nəzərə alaraq, ayənin məzmunundan belə mə᾽lum olur ki, yaxşı olar ki, insan hələ sağ ikən ata-anasına, qohum-əqrəbasına vəsiyyət etsin. Bir daha qeyd edirik ki, ayədə «kitabət» deyildikdə zərurət və icbar deyil, mütləq qanunvericilik nəzərdə tutulur.

5. ORUCLUQ AYƏSİNİN NƏSXİ

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ كُتِبَ عَلَيْكُمُ الصِّيَامُ كَمَا كُتِبَ عَلَى الَّذِينَ مِن قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ

«Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi. Bəlkə, [bunun vasitəsilə] siz pis əməllərdən çəkinəsiniz.» (Bəqərə-183).

Nəsx nəzəriyyəsinin tərəfdarları bu ayənin nəsx olunduğunu belə izah edirlər: Bu ayəyə istinad edərək belə bir nəticəyə gəlmək olar ki, müsəlmanlar keçmiş ümmətlər kimi oruc tutmuş və onların oruclarına aid olan şər᾽i hökmlərə əməl etmişlər. Onların orucluğa aid olan qanun və adət-ən᾽ənələri bundan ibarət idi ki, əgər bir şəxs iftar açmazdan əvvəl (axşam yeməyini yeməzdən) əvvəl yatsaydı, oyandıqdan sonra artıq bir şey yeyə bilməzdi. Və əgər bir şəxs günortadan sonra yatsaydı, yeyib-içmək, qadınla yaxınlıq etmək ona haram olmalı idi. Bəqərə surəsinin 187-ci ayəsi nazil olduqdan sonra bu hökm nəsx olundu.

أُحِلَّ لَكُمْ لَيْلَةَ الصِّيَامِ الرَّفَثُ إِلَى نِسَآئِكُمْ

«Oruc gecəsi qadınlarınızla yaxınlaşmaq sizə halal edildi...

وَكُلُواْ وَاشْرَبُواْ حَتَّى يَتَبَيَّنَ لَكُمُ الْخَيْطُ الأَبْيَضُ

Allahın sizə halal etdiyini onlardan istəyin: sübhün ağ sapı qara sapdan fərqlənincəyə qədər yeyib-için,

أُحِلَّ لَكُمْ لَيْلَةَ الصِّيَامِ الرَّفَثُ إِلَى نِسَآئِكُمْ

Sonra gecəyə qədər orucunuzu tamamlayın.» (Bəqərə-187).

Əhli-sünnə alimləri ayənin nəsx olunmasına dair yetkin nəzəriyyəyə istinad edirlər. Lakin onun hansı ayə tərəfindən nəsx olunması haqda müxtəlif nəzəriyyələr irəli sürmüşlər. Bə᾽ziləri onun məhz bu ayə ilə nəsx olunduğuna işarə etmiş və müsəlmanların keçmiş ümmətlər kimi oruc tutduqlarını, lakin sonralar bu ayə nazil olmaqla orucluq hökmünün nəsx olunduğunu demişlər.

Əbu Aliyə və Əta həmin nəzəriyyəni qəbul etmişlər. Əbu Cə᾽fər Nəhas, bu nəzəriyyənin Səriyə tərəfindən irəli sürüldüyünü bildirmişdir.

Müəllif:

Ayə heç də nəsx olunmamışdır. Belə ki, ayənin nəsx olunması üçün iki mühüm mətləb sübuta yetirilməlidir:

1. Nəsxin şərtlərindən biri budur ki, ilk ayə ikinci ayədən əvvəl nəql olsun. Lakin nəsx nəzəriyyəsinin tərəfdarları bu mətləbi sübuta yetirə bilmirlər.

2. Müsəlmanların tutduqları oruc, keçmiş ümmətlərin tutduqları orucla tamamilə eyni qaydada müqayisə və bir-birinə oxşadılmış olsun. Lakin ayədən məqsəd orucun necəliyini deyil, onun zəruriliyini bəyan etməkdir. Yə᾽ni, keçmiş oruc keçmiş ümmətlərə vacib olduğu kimi, sizə də vacib olundu.

Demək, ayə keçmiş ümmətlərin tutduqları orucların müsəlmanların tutduqları orucla tamamilə oxşar olduğuna əsla dəlalət etmir.

Əgər hər iki oruc hökmünün oxşarlığı haqqında, söhbət açdığımız ayə ilə deyil, digər dəlillər ilə əldə olunduğunu fərz etsək, ikinci ayə ilk ayəni (oruc hökmünü) deyil, Qur᾽andan əldə olunmayan hökmü nəsx edəcəkdir. Bu isə nəzərdə tutduğumuz mətləbdən xaricdir və nəsx ilə heç bir əlaqəsi yoxdur.

6. FİDYƏ AYƏSİNİN NƏSXİ

وَعَلَى الَّذِينَ يُطِيقُونَهُ فِدْيَةٌ طَعَامُ مِسْكِينٍ فَمَن تَطَوَّعَ خَيْرًا فَهُوَ خَيْرٌ لَّهُ

«Oruc tutmağa taqəti olmayanlar isə [hər günün əvəzində] bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə [həm oruc tutub, həm fidyə verərsə] bu onun üçün daha yaxşı olar.» (Bəqərə-184).

Ayənin növbəti ayə ilə nəsx olunduğunu bildirirlər.

فَمَن شَهِدَ مِنكُمُ الشَّهْرَ فَلْيَصُمْهُ

«Ramazan ayına yetişən şəxslər bu ayı oruc tutmalıdırlar.» (Bəqərə-186).

Müəllif:

Əgər birinci ayədəki «taqət» kəlməsini «imkan» və «qüdrət», «qadir» kimi mə᾽nalandırırıqsa, ayənin nəsx olunduğu göz qabağında olacaqdır. Belə olduqda, biz ayədən belə bir mə᾽na əldə edəcəyik:

“İnsan oruc tutmağa qadir olarsa, yenə də oruc tutmaya bilər» və bunun əvəzinə o, yoxsullara fidyə verməlidir.”

Birinci ayədə belə bir mə᾽nanı nəzərə almaqla verilən hökm ikinci ayə ilə nəsx olunur. Belə ki, Ramazan ayına yetişən şəxslər bu ayda oruc tutmalıdır. Belə bir halda yoxsullara verilən fidyə Ramazan ayının orucluq hökmünü əvəz edə bilməz.

Lakin göründüyü kimi, ayədəki «taqət» kəlməsi özünün tam «qüdrət» «imkan» və «qadir» mə᾽nalarında işlənilməmişdir. Buradan məqsəd «sonsuz məşəqqət» və «çətinlikdir». «Lisanul ərəb»də deyilir: «Taqət» sonsuz məşəqqət və son həddə qədər olunan səy və çalışqanlıq mə᾽nasını daşıyır. Yə᾽ni, insanın bütün çətinlik və məşəqqətlərə sinə gərərək hər hansı bir işin öhdəsindən gəlməsinə «tuq» deyilir.

İbni Əsir və Rağib belə bir mə᾽na ilə müvafiq olduqlarını bildirmişlər.

«Taqət» kəlməsinin «imkan», «qüdrət» mə᾽nalarını daşıdığını fərz etsək, ondan götürülən «itaqə» və «yətiqunə» kəlmələri (genişləndirmək) və (vüs`ət halını) tapmaq mə᾽nalarını verəcəkdir.

Demək, mövzu olduqca məhdud və icra dairəsi olduqca az olmuş və sonradan başqa birisi tərəfindən genişləndirilmiş və vüs`ət halını tapmışdır. Və bunun sonsuz sə`y və məşəqqət olmadan həyata keçməsi qeyri-mümkündür.

Seyyid Məhəmməd Rəşid Rza öz müəllimindən nəql edərək deyir: «itaquş-şəy» ifadəsindən yalnız o zaman istifadə olunur ki, insan hər hansı bir işi yerinə yetirməyə taqəti olmasın və bu işin başa çatması üçün sonsuz çətinlik və məşəqqətlərə sinə gərmiş olsun.

Nəticə:

Dediklərimizdən belə bir nəticəyə gəlirik ki, Allah-taala Ramazan ayının orucunu hamıya ümumi şəkildə vacib etmiş, sonra xəstə və səfərdə olanlar ümumiyyət xarakteri daşıyan bu hökmdən istisna olunaraq xəstəlikləri sağaldıqdan və səfərləri sona çatdıqdan sonra [qəza olaraq] oruclarını tutmalarına əmr olunmuşlar. Daha sonra ayədə başqa bir istisnaya işarə olunduğunun şahidi oluruq. O da xəstə və səfərdə olanlar deyil, oruc tutmaq onlar üçün olduqca çətin və məşəqqətli olan kəslərə olunan istisnadır. Susuzluğa taqəti olmayan qoca kişi və qadınları, xəstəliyi daimi və gələn orucluğa qədər sağalmayan xəstələri buna misal çəkmək olar. Bu ayə nazil olmaqla sonradan tutulan qəza orucları onların üzərindən götürülüb və (müəyyən miqdarda) fidyə vermələri tə᾽yin olunur.

Ramazan ayında mö᾽minlərə orucun vacib olduğunu, xəstə və səfərdə olan şəxslərə qəzasını sonradan tutmalarını əmr edən ayədən belə mə᾽lum olur ki, fidyənin verilməsi yalnız o kəslərə vacibdir ki, oruc tutmaq onlar üçün çətin, dözülməz və məşəqqətlidir.

Ayəyə verilən belə bir izahla yenə də iddia etmək olarmı ki, (Vələlləzinə yutiqunə – oruc tutmağa taqəti olmayanlar...) ayəsindən məqsəd insanın ixtiyari olaraq oruc tutmasını və fidyə verməsini seçməkdir?

Təfsirini verdiyimiz ayə barəsində Əhli-beyt tərəfindən kifayət qədər hədis və rəvayət nəql olmuşdur və bu rəvayətlərdə ayənin həmən mə᾽nada təfsir olunduğu təsdiq olunur.

Demək, ayə nəsx olunmamış və verdiyi hökm qüvvədə olaraq qalmaqdadır. Diqqət yetirmək lazımdır ki, ayənin verdiyi hökm, Ramazan ayının orucu və qəzası vacib olan şəxslərə verdiyi hökmlərlə tamamilə fərqlidir. Yə᾽ni ayənin hökmü o kəslərə dəlalət edir ki, Ramazan ayında oruc tutmaq onlara vacib deyildir. Oruc ayəsi isə digər iki qrupa (Ramazan ayının və ya qəzasının orucunu) vacib olduğunu bəyan edir. Demək bu iki ayə verdiyi hökm və mövzu baxımından bir-biri ilə tamamilə fərqlidir və belə olduğu bir halda ayənin birinin digəri ilə nəsx olunduğu haqda söhbət açmağa belə dəyməz.

Bütün bu dediklərimiz məşhur qiraət üsullarına əsaslanırdı. Amma İbni Abbas, Aişə, Əkrəmə İbni Musəyyib öz qiraətlərində «yutiqunə» kəlməsini təf᾽il babının məchul formasında «yutəvvəqun» kimi oxumuşlar və bu məsələdə heç bir ixtilaf nəzərə çarpmır. Malik və Rəbiənin verdikləri fətvalara əsasən, əgər qoca kişi və qadın oruclarını yeyərlərsə, onlara heç bir şey vacib olmur. Belə bir nəticəyə gəlirik ki, ayə nəsx olmuşdur. Lakin biz ayənin verdiyi hökmü əldə əsas tutaraq müxtəlif şəxslərin verdikləri fətvalara və irəli sürdükləri nəzəriyyələrə istinad etməməliyik.

  690
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Fürsətlərdən istifadə edək ki, İlahi əzab gəldikdə möhlət verilməyəcəkdir
      Bakıda mübarək Ramazan ayının ilk günü və niyyət gecəsinin tarixi açıqlandı
      Pakistanda Şiə jurnalist oğurlandı daha bir Şiə isə Şəhid edildi
      Həzrət Əlinin (ə) son anlarında İmam Həsən (ə) və İmam Hüseynə (ə) vəsiyyəti
      Lütfən, Qədir-Xum xütbəsini tam şəkildə bəyan edin.
      Həzrət Zeynəbin (s) dəfn yeri hansı ölkədədir?
      Peyğəmbərə (s) görə salamın əhəmiyyəti nədir?
      Həzrət Müslim kim idi?
      Ayətullah Behcətin (rəhmətullahi əleyh) dediyi “bu əsrin qocaları da imam Zaman ...
      Nə üçün Peyğəmbərin(s) xəstə olduğu müddətdə İmam Əli (ə) hətta bir dəfə belə ...

 
user comment