Azəri
Tuesday 20th of August 2019
  590
  0
  0

XƏLIFƏLƏRIN XÜMSÜ, PEYĞƏMBƏRIN TƏRƏKƏSINI VƏ FƏDƏKI ƏLƏ KEÇIRMƏLƏRI

XƏLIFƏLƏRIN XÜMSÜ, PEYĞƏMBƏRIN TƏRƏKƏSINI VƏ FƏDƏKI ƏLƏ KEÇIRMƏLƏRI

1-Əbu Bəkr və Ömərin dövründə

Əbu Yusifin «Xərac» kitabında, Nəsainin «Sünən» kita­bın­­da, Əbu Übeydin «Əmval» kitabında, Beyhəqinin «Sünən» ki­­ta­­bında və Cəssasın «Təfsirul-Qur`an» kitabında Həsən ib­ni Məhəmməd ibni Hənəfiyyədən rəvayət olunmuşdur ki, o, be­­lə demişdir: Camaat Peyğəmbərin vəfatından sonra o həz­rətin səhmi ilə «zil-qurba» səhmi barəsində ixtilafa düçar ol­du­lar. Onlardan bir qrupu dedilər: «Peyğəmbərin payı ondan son­rakı xəlifəyə məxsusdur.» Başqa bir qrup isə belə dedi­lər: «Zil-qurba payı Peyğəmbərin qohum-əqrəbalarına məxsus­dur.» Başqa bir qrup isə belə dedilər: «Zil-qurba payı Pey­ğəm­bərdən sonrakı xəlifənin qohum-əqrəbasına məxsusdur.» Nə­ha­yət belə qərara aldılar ki, bu iki səhmi silah və minik alın­masına sərf etsinlər.

«Sünəni Nəsai» və Əbu Übeydin «Əmval» kitabında deyi­lir: Bu iki səhm Əbu Bəkrin və Ömərin xilafəti dövründə daim silah və minik alınmasına sərf edilirdi.[1]

Ibni Abbasın rəvayətində isə deyilir: Allahın və Pey­ğəmbərin səhmi bir səhm hesab olundu, «zil-qurba» payı silah və minik almağa sərf edildi, yetimlərin, miskinlərin və yol­da qalanların payları isə onlardan başqasına verilmədi.»[2]

Başqa rəvayətdə deyilir: «Allah-taala Öz Peyğəmbərinin ca­nı­nı aldığı vaxt Əbu Bəkr Peyğəmbərin qohumlarının pa­yı­nı beytül-mala qaytardı və müharibə işlərinə sərf etdi.»[3]

Qütadə ona verilən «zil-qurba payı necə oldu?» - sualına ca­vab olaraq deyir: Bu pay Peyğəmbərin ruzisinin yolu idi və və­fat etdiyi zaman Əbu Bəkr və Ömər onu müharibə işlərinə məx­sus etdilər.[4]

Bəlkə də Cübeyr ibni Müt`imin də məqsədi bu olmuşdur. O, belə deyir: Əbu Bəkr Peyğəmbərin öz qohum-əqrəbasına verdiyi şeyləri onlara vermirdi.[5]

Bu rəvayətlərdə qeyd olunanlar həmin məsələlərlə əlaqədar işin əvvəlinə, xüsusilə Əbu Bəkrin dövrünə aid idi. Belə ki, hakim siyasət bu sərmayənin mübariz qrupların məğlub edil­­məsi üçün göndərilən qoşuna, eləcə də zəkatı hakim qru­pa verməkdən imtina edənlərlə, o cümlədən: Malik ibni Nü­vey­­rənin[6] və Kində qəbilələrinin[7] məğlub edilməsinə xərc olu­­nurdu. Çünki onlar zəkatın necə verilməsində anla­şıl­maz­­lığa düçar olmuşdular və hakim hey`ət onları mürtəd ad­lan­­dırdı! Amma bu qrupların məğlub edilməsindən sonra xi­la­­fət aparatı bir ordu təşkil edərək ölkə sərhədlərini ge­niş­­ləndirməyə başladı, fəthlər zamanı mal-dövlət və sərvət art­dı, qənimətlərin xümsü müsəlmanların – Bəni Haşim və qey­ri­ləri arasında – bölüşdürüldü. Peyğəmbərin mirasının bir qismi Bəni Haşimə qaytarıldı ki, sədəqə ünvanı ilə onu pay­la­sınlar.

Cabir deyir: Xəlifə xümsü Allah yolunda aparılan müha­ri­­bəyə və gözlənilməz hadisələrə sərf edirdi. Mal-dövlət ço­xa­­lan zaman onu başqa yerlərdə istifadə etməyə başladılar.[8]

Çoxlu rəvayətlərin zahiri mə`nası budur ki, xümsün məs­rəf edilməsinin dəyişdirilməsi Ömərin dövründə baş ver­miş­­di... O, qərara almışdı ki, xümsün bir hissəsini Bəni Ha­­şi­mə versin. Onlar da bu şərtlə qəbul etdilər ki, pay­la­rı­nın hamısını alsınlar. Bu məsələ Ibni Abbasın Nəcdə Hə­­ru­riyə verdiyi cavabda qeyd olunmuşdur. Nəcdə soruşmuşdu: «Zil-qurba payı kimə məxsusdur?» Ibni Abbas demişdi: «Biz deyir­dik ki, «zil-qurba» və Peyğəmbərin yaxın adamları biz­lə­rik.»[9] Bizim qövmümüz onu qəbul etməyib dedilər ki, Qüreyş hamısı Peyğəmbərin «zil-qurba»sı və qohum-əqrəbasıdır.[10]

Başqa rəvayətdə deyilir ki, Ibni Abbas dedi: «Zil-qurba pa­yı Peyğəmbəri Əkrəm ¡-in qohumları üçündür və o həz­rət bu payı onların arasında bölüşdürdü, lakin Ömər on­la­rın bir qismini bizə verdi ki, biz də onu öz haqqımızdan az gördükdə ona qaytardıq və onu qəbul etməkdən imtina et­dik.»[11]

Digər bir rəvayətdə deyilir: «O pay biz Əhli-beytindir; Ömər bizdən istədi ki, onunla dullarımızı ərə verək, ehti­yac­lılarımızı tə`min edək, borclularımızın borcunu verək ki, biz qəbul etmədik. Yalnız bu şərtlə qəbul edirdik ki, onun hamısını bizim özümüzə versin, amma o, qəbul etmədi, biz də boşladıq.»[12]

Digər bir rəvayətdə Ibni Abbas belə deyir: «Ömər xümsdan bi­zim haqqımız olduğunu güman etdiyi miqdarı bizə verdi. Biz də onu qəbul etməyərək dedik: Xümsün beşdə biri «zil-qur­ba» haqqıdır. Ömər dedi: – Allah-taala xümsü adlarını çək­diyi siniflər üçün qərar vermişdir. Onların içərisində buna ən layiqlisi onların sayı və ehtiyacı ən çox olan­la­rı­dır. O deyir: Bə`ziləri onu bizdən aldılar, bə`ziləri də boş­la­dılar.»[13]

Həmçinin Əbdür-Rəhman ibni Əbi Yə`la deyir: Əlini Əh­ca­ruz-Zeyt adlı bir yerdə gördüm və ona dedim: «Atam-anam sənə fəda olsun! Əbu Bəkr və Ömər siz Əhli-beytin haqqı olan xüms payı barəsində nə etdilər?» Həzrət buyurdu: «Ömər de­di ki, sizin bir haqqınız vardır, lakin mən inanmıram ki, əgər artarsa, hamısı sizin malınız olsun; indi əgər istə­sə­niz, sizin haqqınız olduğunu bildiyim miqdarı sizə verərəm.» Biz qəbul etmədik, yalnız bu şərtlə (qəbul edərdik) ki, onun ha­mı­sını versin. Amma o, hamısını bizə verməkdən imtina etdi.»[14]

Bə`zi rəvayətlərdə qeyd olunan «xəlifə Ömər Peyğəmbərin mirasının bir qismini Mədinədə Peyğəmbərin əmisi Abbasa və imam Əliyə verdi ki, onun işlərini öhdələrinə alsınlar» - rəvayəti zahirən həmin dövrlərdə olmuşdur.[15]

2-Osmanın dövründə:

Ibni Əsir öz «Tarix» kitabında yazır: Osman Afrikanın fəth olunduğu dövrdəki ilk ilin xümsünü Əbdüllah ibni Əbi Sə­­rəhə bağışladı, ikinci fəthin xümsünü isə (bu, bütün Af­ri­­kanın fəth olunması ilə nəticələndi) Mərvana hədiyyə etdi.[16]

Ibni Əbil Hədid yazır: «Osman Afrikanın fəthində qərb­dəki Trablosdan Təmcəyə qədər Allahın Islama nəsib et­diyi qənimətlərin hamısını Əbdüllah ibni Əbi Sərəhə ba­ğış­ladı, müsəlmanlardan bir kəsi belə, onda şərik etmədi!»[17]

Təbəri yazır: Osman Əbdüllah ibni Sə`d ibni Əbi Sərəhi Af­rikaya göndərdiyi zaman onun Cər-cir adlı bir məntəqədə on­larla razılaşma məbləği bir milyon beş yüz iyirmi min di­nar qızıl pula çatırdı. O deyir: Əbdüllah ibni Sə`din müsa­lihə etdiyi məbləğ üç yüz qintar qızıl idi ki, Osman onu Həkəm övladlarına, yaxud Mərvana bağışladı.»[18]

Ibni Əbdül-həkəm «Fütuhu Afrika» kitabında yazır: Mü­a­viyə ibni Xüveyc afrikalılarla üç dəfə müharibə etdi ki, bi­rin­ci müharibə 34-cü hicri ilində, Osmanın öldürül­mə­sin­dən öncə baş vermişdi. Osman bu müharibənin xümsünü Mər­va­na bağışladı. Bu bir qəzvə idi ki, camaatın əksəriyyəti on­d­an xəbərsiz qalmışdılar.[19]

Bilazəri Osmanın sirəsində inkar olunan halları zikr edərkən, Süyuti də «Tarixi xüləfa» kitabında deyir: «O, Af­ri­ka qənimətlərinin xümsünü Mərvana bağışladı.»[20]

Əbdüllah ibni Zübeyrdən belə nəql olunmuşdur: «Osman 27-ci hicri ilində bizi Afrika müharibəsinə göndərdi və Əbdüllah ibni Əbi Sərəh çoxlu qənimət əldə etdi, Osman onun xümsünü Mərvana bağışladı.»[21]

Rəvayət olunmuşdur ki, Mərvan Mədinədə özünə bir ev tikdikdən sonra camaatı yeməyə çağırdı və onlara dedi: «Allaha and olsun ki, bu evin tikilişində müsəlmanların malından bir dirhəm, yaxud ondan artığını xərcləməmişəm.» Də`vət olunanlardan biri – Misvər dedi: «Əgər sən öz yemə­yi­ni yeyib sakit qalsaydın, sənin üçün daha yaxşı olardı. Çün­ki sən həmin şəxssən ki, bizimlə Afrikada vuruşurdun, sə­nin mal-dövlətin, qulamların və köməkçilərin bizdən az idi. Nə­hayət Ibni Əffan (Osman) Afrikanın xümsünü sənə bağış­la­dı, sədəqələrin və maliyyatların işçisi oldun və müsəl­man­ların mal-dövlətini mənimsədin.»[22]

Əsləm ibni Ovs Saidi Osmanın Bəqidə dəfn olunmasına ma­ne oldu. O, bu barədə belə deyir:

اُقْسِمُ بِاللّهِ رَبِّ الْعِبَا                        دِ مَا تَرَكَ اللّهُ خَلْقًا سدَى

دَعَوْتَ اللَّعِينَ فَاَدْنَيْتَهُ                        خِلاَفًا لِسُنَّةِ مَنْ قَدْ مَضَى

وَاَعْطَيْتَ مَرْوَانَ خُمُسَ الْعِبَادِ              ظُلْمًا لَهُمْ وَحَمِيتَ الْحمَى

"Bəndələrin Pərvərdigarı olan Allaha and içirəm:

Allah heç bir bəndəni boş buraxmamışdır.

Sən (Osman) o məl`unu (Həkəmi) çağırıb özünə yaxınlaşdırdın.

Və bu rehlət edən şəxsin (Peyğəmbərin) sünnəsinin əksinə idin.

Bəndələrin xümsünü Mərvana bağışladın.[23]

Onlara zülm etdin, Həmçinin, qorunan bir məntəqəni öz malın etdin."[24]

«Əğani» kitabında deyilir: Mərvan o xümsü beş yüz minə müa­milə etdi və Osman həmin məbləği də ona bağışladı. Bu, hə­min hallardandır ki, ona irad tuturdular. Əbdür-Rəhman ib­ni Həmdan da onun barəsində belə şe`r qoşmuşdur...[25]

Bunlar üçüncü xəlifə Osmanın xüms barəsindəki şəxsi ic­tihadları idi. Amma onun Peyğəmbərin mirası barəsindəki ic­ti­hadlarına gəldikdə isə, Əbül-fida və Ibni Əbdi Rəbbih be­lə demişlər: «Osman Peyğəmbərin sədəqəsi olan və Fati­mə­nin Əbu Bəkrdən tələb etdiyi Fədəki Mərvanın ixtiyarına ver­di».[26]

Ibni Əbil Hədid yazır: «Osman Fədəki Mərvanın ixtiya­rı­­na verdi, halbuki, Fatimə Peyğəmbərin vəfatından son­­ra onu bir dəfə miras ünvanı ilə, bir dəfə də Peyğəm­bə­rin hədiyyəsi ünvanı ilə Əbu Bəkrdən tələb etmiş və onun istə­­yinə cavab verilməmişdi.»[27]

Əbu Davud və Beyhəqi öz «Sünən» kitablarında Ömər ibni Əb­dül-Əzizdən rəvayət edirlər ki, o, Fədəkin barəsində belə demişdir: «Ömər hakimiyyətə çatan zaman onunla keçmiş­də­ki­lər kimi rəftar etdi və vəfat edən zaman Osman onu Mər­va­nın ixtiyarına qoydu.»[28]

Beyhəqi bu rəvayətin hamısını qeyd etdikdən sonra deyir: Fədək Osman ibni Əffanın dövründə bəlkə də ona görə Mər­va­nın ixtiyarında olmuşdur ki, Osman Peyğəmbərə mənsub edi­lən rəvayətdə tə`vil və ictihad etmişdi. O rəvayətdə belə deyi­lir: «Hər vaxt Allah ruzidən hər hansı bir payı Peyğəm­bərə nəsib etsə, o pay onun canişini üçün olacaqdır. Və o (Os­man) öz sərvəti ilə ondan ehtiyacsız olduğu zaman onu öz qo­hum-əqrəbasının ixtiyarına verdi və onunla sileyi-rəhim haq­qını ödədi.»

Ibni Əbdü Rəbbih və Ibni Əbil Hədid yazırlar: Peyğəm­bəri Əkrəm ¡ Mədinə bazarındakı «Məhruz» adlı yeri müsəlmanlara vəqf etdi. Osman isə onu Mərvanın qardaşı Haris ibni Həkəmin ixtiyarına verdi.[29]

Bunlar xəlifə Osmanın xüms və Peyğəmbərin mirası barə­sindəki ictihadları idi ki, bizim əlimizə gəlib çatmışdır. Amma camaatın onunla düşmənçiliyinin səbəbinə gəldikdə isə, aşağıdakı iki mövzudan ibarətdir:

Birincisi budur ki, ondan əvvəlki iki xəlifə bu əmvalı ümumxalq istifadəsinə verirdilər. Osman isə onu öz qohum-əqrəbalarına məxsus etdi.

Ikincisi, onun qohum-əqrəbasının Islam və müsəlmanlar qarşısında tutduğu aşağıdakı mövqelərdir:

OSMANIN QOHUM-ƏQRƏBASINIn TUTDUĞU MÖVQE

1-Osmanın xala oğlusu və süd qardaşı Əbdüllah ibni Sə`d ibni Əbi Sərəh.

Hakim «Müstədrək» kitabında yazır: O, Peyğəmbərin katibi idi ki, yazıda xəyanəti aşkar olduqda Peyğəmbər onu bu iş­dən götürdü. O, Islamdan çıxaraq məkkəlilərə qoşuldu və on­lara dedi: «Mən Mühəmmədi istədiyim kimi istiqamət­lən­di­rir­­dim, o, məni «əzizun həkimun» - deyə imla etdiyi zaman, mən deyirdim ki, ya «əlimun həkimun», o deyirdi: «Bəli, ha­mı­sı düzdür.» Nəhayət Allah-taala onun barəsində «Ən`am» surə­sinin 93-cü ayəsini nazil etdi:

وَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَى عَلَى اللّهِ كَذِبًا أَوْ قَالَ أُوْحِيَ إِلَيَّ وَلَمْ يُوحَ إِلَيْهِ شَيْءٌ وَمَن قَالَ سَأُنزِلُ مِثْلَ مَا أَنَزلَ اللّهُ وَلَوْ تَرَى إِذِ الظَّالِمُونَ فِي غَمَرَاتِ الْمَوْتِ وَالْمَلآئِكَةُ بَاسِطُواْ أَيْدِيهِمْ أَخْرِجُواْ أَنفُسَكُمُ الْيَوْمَ تُجْزَوْنَ عَذَابَ الْهُونِ بِمَا كُنتُمْ تَقُولُونَ عَلَى اللّهِ غَيْرَ الْحَقِّ وَكُنتُمْ عَنْ آيَاتِهِ تَسْتَكْبِرُونَ

"Allahın adından yalan danışan, yaxud "heç bir şey vəhy olunmadığı hal­da mənə vəhy olunur" - deyən, yaxud "mən də onun nazil etdiyi şeylər ki­mi­sini nazil etməyə qadirəm" - deyən şəxslərdən də zalım şəxs var­mı?! Əgər görsəydin, zalımlar ölüm astanasında qərar tutduğu zaman mə­ləklər əllərini açaraq onlara "Öz canlarınızı çıxardın, bu gün Al­laha bağladığınız yalanlara, Onun ayələrinə nisbət verdiyiniz təkəb­bür­lüyə görə xaredici cəzaları görün!" - deyərlər."

Buna görə də Peyğəmbəri Əkrəm ¡ onun qanını hə­dər saymışdır. Məkkəni fəth edərkən dörd kişi və iki qa­dın­dan başqa, bütün insanlara aman verdi. Buyurmuşdu ki, on­lar hətta əgər Kə`bə pərdəsinin altında tapılsalar belə, öl­dürülməlidirlər! Onlardan biri də həmin Əbdüllah idi ki, Os­manın yanına getdi. Osman onu gizlətdi və Məkkə əhalisi aman tapdıqdan sonra onu Peyğəmbərin yanına gətirib onun üçün aman istədi. Peyğəmbər bir müddət sükut etdikdən sonra «yax­şı» - deyə buyurdu. Osman çölə çıxdıqdan sonra Peyğəmbər ¡ öz ətrafındakılara buyurdu: «Mən yalnız buna görə sü­kut etdim ki, biriniz ayağa qalxıb onun boynunu vursun.» Ən­sardan bir nəfər dedi: «Ya Rəsuləllah! Nə üçün mənə işa­rə etmədin?» Buyurdu: «Işarə etmək Peyğəmbərə yaraşan iş de­yil.»[30]

Məhz bu Əbdüllah ibni Sə`d ibni Əbi Sərəh Osman xila­fə­tə çatan zaman Misrin hakimi Əmr ibni Ası xərac ida­rə­sin­dən kənarlaşdırdı, onu camaat namazı qılmaq və ordu işin­də saxladı. Əbdüllahı da Xərac işinə tə`yin etdi. On­lar bir-birilə dalaşdığı zaman Əmr Ası namaz qılmaq işin­dən götürdü və namazı da Əbdüllahın işlərinə artır­dı. Əbdüllah Osmanın ölümündən sonra Müaviyəni bəyənmədi və ondan kənara çəkilərək dedi: «Mən Osmanın qətlə yeti­ril­məsini istəyən bir şəxslə bir yerə yığışmaram!» Bundan son­ra imam Əli -ın xilafəti dövründə Rəmlədə vəfat etdi. Zəhə­bi deyir: «O, bir hədis rəvayət etmişdir.»[31]



[1] «Xərac» kitabı, səh.24-25; «Sünəni Nəsai», 2-ci cild, səh.179; Əbu Übeydin «Əm­val» kitabı, səh.332; «Təfsiri Təbəri», 10-cu cild, səh.6; «Əhkamul-Qur`an», Cəssas, 3-cü cild, səh.62; «Sünəni Beyhəqi», 6-cı cild, səh.342-343.

[2] «Təfsiri Təbəri», 10-cu cild, səh.6.

[3] Yenə orada; «Əhkamul-Qur`an», Cəssas, 3-cü cild, səh.60; «qismətul-xums» babında deyilir: Qutadə onun oxşarını Əkrəmədən rəvayət etmişdir.

[4] «Təfsiri Təbəri», 10-cu cild, səh.6.

[5] «Sünəni Əbi Davud», «məvaziul-xums» babı; «Sünəni Beyhəqi», 6-cı cild; «zil-qur­­ba payı» babı; «Müsnədi Əhməd», 4-cü cild, səh.83; «Məcməüz-zəvaid», 5-ci cild, səh.341.

[6] Onun başına gələn əhvalatlar əvvəlki səhifələrdə qeyd olundu.

[7] Yenə orada.

[8] «Xərac», Əbu Yusif, səh.23; «Əhkamul-Qur`an», Cəssas, 3-cü cild, səh.61.

[9] «Səhihi Müslüm», 4-cü cild, səh.198; «Müsnədi Əhməd», 1-ci cild, səh.248, 294, 304, 308; «Sünəni Darəmi», 2-ci cild, səh.225; «Muşkilul-asar», Təhavi, 2-ci cild, səh. 136 və 179; «Müsnədi Şafei», səh.183; «Hilyətul-övliya», Əbu Nəim, 3-cü cild, səh.205.

[10] Bu artıq hissə «Təfsiri Təbəri», 10-cu cild, səh.5; «Əl-əmval», Əbu Übeyd, səh.333-də qeyd olunmuşdur.

[11] «Müsnədi Əhməd», 1-ci cild, səh.224 və 320; «Sünəni Əbi Davud», 2-ci cild, səh.51; «Sünəni Nəsai», 2-ci cild, səh.177; «Sünəni Beyhəqi», 6-cı cild, səh.344 və 345.

[12] «Xərac», səh.23-24; «Məğaziyi Vaqidi», səh.697; «Əl-əmval», Əbu Übeyd, səh.333; «Sü­nə­ni Nəsai», 2-ci cild, səh.178; «Əhkamul-Qür`an», Cəssas, 3-cü cild, səh.63; «Lisanul-mizan», 6-cı cild, səh.148, Nəcdənin tərcümeyi-halı.

[13] «Əl-əmval», səh.235; «Kənzül-ümmal», 2-ci cild, səh.305.

[14] «Sünəni Beyhəqi», «zil-qurba payı» babı, 6-cı cild, səh.344; «Müsnədi Şafei», «qis­mul-fey`» babı, səh.187.

[15] «Səhihi Buxari», «məğazi» kitabı, 2-ci cild, səh.125, 3-cü cild, səh.38; «Sünəni Əbi Davud», «xərac» kitabı, 3-cü cild, səh.47; «Müsnədi Əhməd», 1-ci cild, səh.6; «Tə­bə­qa­ti ibni Sə`d», 8-ci cild, səh.28; «Müntəxəbi kKənzül-ümmal», 3-cü cild, səh.128.

[16] «Tarixi ibni Əsir», Avropa çapı, 3-cü cild, səh.71, Misrin 1-ci çapı, 3-cü cild, səh.35.

[17] «Nəhcül-bəlağənin şərhi», Ibni Əbil Hədid, 1-ci cild, səh.67.

[18] «Tarixi Təbəri», Avropa çapı, 1-ci cild, səh.2818; «Tarixi ibni Əsir», Misrin 1-ci çapı, 3-cü cild, səh.35.

[19] «Fütuhi Afrika», səh.58-60.

[20] «Ənsabul-əşraf», 5-ci cild, səh.25; «Tarixi xüləfa», səh.256.

[21] Yenə orada, 5-ci cild, səh.27.

[22] Yenə orada, 5-ci cild, səh.28.

[23] Şair burada xumsu «bəndələrin xumsu» adlandırır. Çünki Əbu Bəkrin və Ömə­rin dövründə adət üzrə xumsu bəndələrin xumsu hesab edir və ona Allaha, Peyğəmbərə və Peyğəmbərin yaxın adamlarına vermirdilər.

[24] «Ənsabul-əşraf», 5-ci cild, səh.38.

[25] «Əğani», 6-cı cild, səh.57; «Tarixi Əbil-fida», 1-ci cild, səh.233; «Məarif», Ibni Qüteybə, səh.84; «Əqdül-fərid», 2-ci cild, səh.283.

[26] «Tarixu Əbil-fida», 11-ci cild, səh.232; «Əqdül-fərid», 4-cü cild, səh.273, bu ta­rix­­­çilər Əbu Bəkrin rəvayətinə istinad edərək Fədəki «Peyğəmbərin sədəqəsi» hesab et­mişlər.

[27] «Nəhcül-bəlağənin şərhi», 1-ci cild, səh.67.

[28] «Sünəni Əbi Davud», 2-ci cild, səh.49-50. «Xərac» kitabından «Səfaya Rəsulil­lah» bölməsindən; «Sünəni Beyhəqi», 6-cı cild, səh.310.

[29] «Əqdül-fərid», 4-cü cild, səh.283; «Nəhcül-bəlağənin şərhi», 1-ci cild, səh.67, orada «Bəhruz» ibarəti təhrif olunmuşdur. Eləcə də «Mühazirati Rağib», 2-ci cild, səh.211; «Məarif», Ibni Qüteybə, səh.84; Mavərdi və Əbu Yə`la da Peyğəmbərin hərəkətini bəyan edərkən yazırlar: Osmaq Məhruzu Mərvanın ixtiyarında qoydu.

[30] «Müstədrəki Hakim», 3-cü cild, səh.100; «Usdul-ğabə», 3-cü cild, səh.173; «Təfsiri Kəş­şaf», 2-ci cild, səh.35; «Ənsabul-əşraf», 5-ci cild, səh.49; «Sünəni Əbi Davud», 4-cü cild, səh.128; eləcə də «Təfsiri Qurtubi», «Təfsiri Razi», «Təfsiri Beyzavi», «Təf­si­ri Xazin», «Təfsiri Nəsəfi», «Təfsiri Şovkani», həmin ayənin təfsirində.

[31] «Siyəru ə`lamin-nübəla», 3-cü cild, səh.23-24.

  590
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə növbəti mitinqini keçirdi – Foto
      Ərəbistan qırıcıları Yəməndə uşaqları daşıyan avtobusu hədəfə alıblar
      İMAMLARDAN ŞƏFAƏT İSTƏMƏK
      Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar
      Qüdsə səfər edən Mikayıl Cabbarov işğalçı sionist rejimilə işbirliyi qurur
      Təqlid mərcələri Ümumdünya Qüds Gününə çağırış etdilər
      İnqilab Rəhbəri: Atom Enerjisi Təşkilatı tez bir zmaanda 190 min su istehsalına çatmağa ...
      İmam Əlinin(ə) şəhadəti münasibəti ilə matəm mərasimi islam inqilabının böyük ...
      Təqlid mərcələri Qüds günü yürüşündə geniş iştiraka çağırıblar
      Almaniya pivə şirkətindən İslama qarşı sayğısızlıq: Pivə şüşələrinin qapaqlarına ...

latest article

      Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə növbəti mitinqini keçirdi – Foto
      Ərəbistan qırıcıları Yəməndə uşaqları daşıyan avtobusu hədəfə alıblar
      İMAMLARDAN ŞƏFAƏT İSTƏMƏK
      Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar
      Qüdsə səfər edən Mikayıl Cabbarov işğalçı sionist rejimilə işbirliyi qurur
      Təqlid mərcələri Ümumdünya Qüds Gününə çağırış etdilər
      İnqilab Rəhbəri: Atom Enerjisi Təşkilatı tez bir zmaanda 190 min su istehsalına çatmağa ...
      İmam Əlinin(ə) şəhadəti münasibəti ilə matəm mərasimi islam inqilabının böyük ...
      Təqlid mərcələri Qüds günü yürüşündə geniş iştiraka çağırıblar
      Almaniya pivə şirkətindən İslama qarşı sayğısızlıq: Pivə şüşələrinin qapaqlarına ...

 
user comment