Azəri
Sunday 26th of May 2019
  699
  0
  0

VADIL-QURA VƏ ONUN FƏTH OLUNMASI

VADIL-QURA VƏ ONUN FƏTH OLUNMASI

Peyğəmbəri Əkrəm ¡ hicrətin 7-ci ili «Cəmadiyus-sani» ayında Xeybərdən qayıdandan sonra Vadil-quraya getdi və oranın əhalisini islama də`vət etdi. Onlar islamı qəbul etməyərək Peyğəmbərlə müharibəyə başladılar. Həzrət onlara qılınc gücünə qələbə çaldı və Allah-taala onların var-dövlətini Peyğəmbərə qənimət verdi. Müsəlmanlar çoxlu mal-dövlət əldə etdilər və Peyğəmbəri Əkrəm ¡ onun xümsünü götürdü, əraziləri və xurma bağlarını Xeybər əhalisi ilə etdiyi müsalihə əsasında yəhudilərə həvalə etdi ki, onun xümsü o həzrətin özünə məxsus olsun. Bir ox atanı da Həmzə ibni Nö`man Əzriyə bağışladı.[1]

c) Məhruz: Mavərdi və Əbu Yə`la demişlər: «Səkkizinci sədəqə Mədinənin Məhruz adlı bazarının yeridir. Həmin yer ki, Mərvan Osmandan iddia etdi və camaatı onun əleyhinə qiyama sövq etdi.»[2]

Müəllif: Məhruz, Aliyədə yerləşən bir məntəqə idi ki, Bəni Qüreyzə orada yaşayırdılar. Bəlkə də Mədinənin geniş­lən­dirilməsindən sonra bazara çevrilmişdi.

Qeyd etdiklərimizdən əlavə, Peyğəmbəri Əkrəm ¡-in ana­sı Amənənin evini, eləcə də özünün Məkkədəki doğum yeri­ni, öz zövcəsi Xədicənin Səfa və Mərvada, eləcə də «Ət­tar­lar» bazarının arxasında olan evini irs aparmışdı. Belə ki, Peyğəmbər Mədinəyə hicrət etdikdən sonra Əqil ibni Əbi Tal­ib onu satdı və Peyğəmbəri Əkrəm ¡ Həccətül-vida­da Məkkəyə gəldiyi zaman ona dedi: «Evlərinizdən hansında qalacaqsınız?» Həzrət buyurdu: «Əqil bizim üçün bir şey saxlayı­bmı?!»[3]

Amma Peyğəmbəri Əkrəm ¡-in şəxsi vəsaitlərinə gəl­dikdə isə, Hüşam Kəlbi, Əvanət ibni Həkəmdən rəvayət edir ki, Əbu Bəkr Peyğəmbəri Əkrəm ¡-in sila­hını, miniyini Əli -a verib dedi: «Bun­lardan başqa yerdə qalanlarının hamısı sədəqədir.»[4]

XƏLIFƏLƏRIN PEYĞƏMBƏR ¡-IN MIRASINI ƏLƏ KEÇIRMƏSI VƏ FATIMEYI-ZƏHRA -IN HEKAYƏTI

Səhabə xəlifələr – Əbu Bəkr və Ömər Peyğəmbəri Əkrəm ¡-in mirasını, əmlakını və torpaqlarını bir dəfəyə öz ixtiyarlarına keçirtdilər. Lakin Peyğəmbəri Əkrəm ¡-in başqalarına bağışladığı şeyləri qəbul edib ona toxunmadılar. Yalnız Peyğəmbər ¡-in öz həyatında Fa­ti­məyə bağışladığı Fədək istisna olundu ki, onu müsadirə et­di­lər. Bu zaman Fatimeyi-Zəhra ilə onların ara­sında mü­na­qişə başlandı. O, atasının irsini onlar­dan tələb etdi.

a) Ömərin rəvayəti:

Ömər deyir: Peyğəmbəri Əkrəm ¡ vəfat edən zaman mən və Əbu Bəkr Əlinin yanına gedib dedik: – Sənin Pey­ğəm­bərin tərəkəsi barəsindəki nəzərin nədir?

O dedi: – Biz Peyğəmbəri Əkrəm ¡-ə camaat arasın­da ən yaxınlarıq.

Dedim: Xeybərdə olanlarlamı?

Dedi: – Xeybərdə olanlarla birlikdə.

Dedim: Fədəkdə olanlarlamı?

Dedi: – Fədəkdə olanlarla birlikdə.

Dedim: – Agah ol, Allaha and olsun! (O qədər iddialar edər­sən ki,) bizim boyunlarımızı mişarla kəsəsən. Xeyr, belə deyil­dir![5]

b) Ayişənin rəvayəti:

«Səhihi Buxari», «Səhihi Müslüm», «Müsnədi Əhməd», «Sünə­ni Əbi Davud», «Sünəni Nəsai» və Ibni Sə`din «Təbə­qat» kitablarında Ümmül-mö`minin Ayişənin belə dediyi nəql olu­nur: Fatimə Əbu Bəkrin yanına bir adam göndərərək özü­nün Peyğəmbərdən çatan mirasını tələb etdi. Həmin miras ki, "ma əfaəllah əla Rəsulihi" - Allah-taalanın Öz Peyğəmbərinə qay­tardığı şeyləri, yə`ni Peyğəmbərin Mədinədəki[6] əmlakı və Fədə­ki, Həmçinin, Xeybərin xümsündan qalan şeyləri[7] tələb et­diyi zaman Əbu Bəkr ona dedi: – Peyğəmbər buyurmuşdur: «Biz­dən heç nə irs aparılmaz, bizdən qalan hər bir şey sədə­qə­dir.» Və ali-Mühəmməd Allahın bu malından yalnız yedik­lə­ri miqdarda pay apararlar və bundan artıq haqları yoxdur. Al­la­ha and olsun, mən Peyğəmbərin sədəqələrindən heç bir şe­yi dəyişdirməyəcəyəm! Necə idisə, elə də olacaq, Peyğəmbər ne­cə əməl edirdisə, mən də o cür əməl edəcəyəm.[8]

Əbu Bəkr bu rəvayətdə Peyğəmbəri Əkrəm ¡-in tərə­kə­sini «sədəqə» adlandırır. O, elə bir rəvayətə istinad edir ki, onun ravisi yalnız özüdür. O deyir ki, Peyğəmbəri Əkrəm ¡ belə buyurmuşdur: «Məndən sonra qalan hər bir şey sədəqədir.» O dövrdən indiyə qədər Peyğəmbəri Əkrəm ¡-in tərəkəsi «sədəqə» adlandırılmışdır.

Amma onun dediyi: «Mən Peyğəmbərin əməl etdiyi kimi əməl edəcəyəm» - sözünə gəldikdə isə, onun bu əməllə məq­sə­di­nin nə olduğunu Ümmül-mö`mininin hədisində tapmaq olar. Onun əvvəli, əvəlki hədisinin əvvəli kimidir və onun ar­dın­ca deyilir: «...Peyğəmbərin qızı Fatimə qəzəbləndi və Əbu Bəkr­dən üz döndərdi. O, vəfat edincəyə qədər Əbu Bəkrlə ba­rış­madı. Peyğəmbərdən sonra yalnız altı ay yaşadı.»

Və deyir: «...Fatimə Peyğəmbərin tərəkəsindən öz irs pa­yı­nı-Xeybər, Fədək və Mədinədə onun sədəqəsini Əbu Bəkr­dən tələb edirdi.»[9]

Əbu Bəkr onu inkar edərək deyirdi: «Mən Peyğəmbərin əməl etdiyi şeyi heç vaxt tərk etmərəm və onun əsasında əməl edəcəyəm; mən qorxuram ki, əgər onun tutduğu işdən bir şeyi dəyişərəmsə, yolumu azam.»

Və deyir: Amma Ömər onun (Peyğəmbərin) Mədinədəki sədəqəsini Əli ilə Abbasa qaytardı, lakin Xeybəri və Fədəki öz ixtiyarında saxlayaraq dedi: «Bu ikisi Peyğəmbərin sədəqəsidir. Onun əldən getdiyi hüquqlarına, mal-dövlətinin müsadirəsinə və ona baş verən müsibətlərə görə. Onların ixtiyarı hakimin əlindədir.» Sonra deyir: «...Bu ikisi indiyə qədər də həmin əsasdadır.»[10]

Xəlifə Ömər Ayişənin ikinci hədisində aşkar şəkildə deyir ki: «Peyğəmbərin torpaq əraziləri onun əldən getdiyi hüquqlarına və ona baş verən müsibətlərə görədir. Onların ixtiyarı ondan sonrakı hakimin öhdəsinədir.» Buna əsasən, o (Peyğəmbər) özünün əldən getdiyi hüquqlarına və baş verən müsibətlərə görə ondan xərcləyib götürürdü! Bu da birinci xəlifənin Ayişənin nəql etdiyi birinci hədisdəki eynilə bu sözdür: «Mən Peyğəmbərin əməl etdiyi əsasda əməl edirəm.» Yə`ni mən əldən gedən hüquqlara və baş verən müsibətlərə görə ondan götürüb xərcləyirəm!

Bu məsələ Ayişənin üçüncü hədisində – «Səhihi Buxari» və «Səhihi Müslüm» kitablarında da qeyd olunmuşdur: «Pey­ğəm­bərin qızı Fatimə Əbu Bəkrin yanına bir adam göndərib ata­­sının mirasını – Allah-taalanın Mədinədə ona bağış­la­dığı şeyləri Fədəklə birlikdə və Xeybər xümsünün qa­lıq­larını ondan tələb etdi. Əbu Bəkr dedi: «Peyğəmbər belə bu­yur­muşdur: «Bizdən bir şey irs aparılmaz, bizim qoyduğumuz şey­lərin hamısı sədəqədir. Ali-Mühəmməd bu mal-dövlətdən yal­nız ruzi yeyirlər.» «Mən Peyğəmbərin sədəqələrindən heç bir şeyi o həzrətin zamanında olduğu halda dəyişdirmərəm. Onun­la Peyğəmbərin əməl etdiyi əsasda rəftar edəcəyəm». Bun­dan sonra onlardan heç nəyi Fatiməyə vermədi və Fatimə Əbu Bəkrə qəzəbləndi, ondan üz döndərdi və vəfat etdiyi vax­ta qədər onunla danışmadı. O, Peyğəmbərin vəfatından sonra al­tı ay yaşadı və vəfat edən zaman əri onu gecə ikən dəfn et­di və bunu Əbu Bəkrə xəbər vermədi. Özü təklikdə ona na­maz qıldı. Əli Fatimənin sağlığında camaat tərəfindən rəğ­bət­lə qarşılanırdı. O vəfat edəndən sonra Əli camaatla gö­rüş­məyi xoşlamadı, Əbu Bəkrlə bey`ət edib razılaşma məqa­mı­na gəldi, halbuki, həmin aylar ərzində bey`ət etməmişdi.»[11]

Ayişə özünün «yuxarı səviyyəli» olan hədi­sində Fatimənin Əbu Bəkrlə münaqişəsində yalnız Peyğəm­bə­rin mirasının ona verilməməsi ilə əlaqədar olan bəhsləri qeyd etmişdir, halbuki, Fatimənin onlarla münaqişəsi üç məsə­lə əsasında idi:

1-Peyğəmbərin ona bağışladığı hədiyyələri tələb etmək;

2-Peyğəmbərin mirası barəsində onlarla münaqişə;

3-«Zil-qurba» payı barəsində onlarla mübahisə.

1-PEYĞƏMBƏR ¡-IN BAĞIŞLADIĞI HƏDIYYƏLƏRI TƏLƏB ETMƏK

«Fütuhul-büldan» kitabında yazılır: Fatimə (rəziyəllahu ənha) Əbu Bəkrə dedi: – Fədəki mənə qaytar; çünki Peyğəmbər onu mənə bağışlamışdır.

Əbu Bəkr ondan dəlil-sübut istədikdə Ümmü Əymənlə Pey­ğəm­bərin xidmətçisi Ribahı şahid gətirdi və onlar bu məsə­lə­yə şəhadət verdikdə, Əbu Bəkr dedi: Bu məsələ bir kişinin və iki qadının şəhadəti olmadan sübuta yetməz.»

Digər bir rəvayətdə isə deyilir: Əli ibni Əbi Talib onun xeyrinə olaraq şəhadət verdikdə, Əbu Bəkr ondan digər bir şahid istədi, bu zaman Ümmü Əymən ona şəhadət verdi.»[12]

Aydındır ki, bu münaqişə Əbu Bəkrin Fədəkə hakim kə­sil­məsindən və Fədəkdən başqa Peyğəmbərin digər torpaq sa­hə­lərini zəbt etdikdən sonra olmuşdur. Əbu Bəkr Fatiməni Fə­dək barəsində gətirdiyi şahidləri qəbul etmədikdə Fatimə Peyğəmbərin mirası barəsində ikinci bir iddianı qal­dır­mışdı və bu, aşağıda qeyd olunan şərhlə baş ver­miş­dir:

2-FATIMEYI-ZƏHRA -IN ƏBU BƏKR VƏ ÖMƏRLƏ PEYĞƏMbəR ¡-IN MIRASI BARƏSINDƏKI MÜNAQIŞƏSI

a) Əbu Tüfeylin rəvayəti:

«Müsnədi Əhməd», «Sünəni Əbi Davud», Zəhəbinin «Ta­ri­xul-islam», Ibni Kəsirin «Tarix» və «Nəhcül-bəlağənin əşr­hi»ndə Əbu Tüfeyldən[13] rəvayət edilir ki, o, belə demişdir: Pey­ğəm­bəri Əkrəm ¡ vəfat etdikdən sonra Fatimə Əbu Bəkrə dedi: – Peyğəmbərin varisi sənsən, yoxsa onun ailə­si?

Əbu Bəkr dedi: – Xeyr, onun ailəsi!

Fatimə dedi: – Bəs onda Peyğəmbərin payı necə oldu?[14]

Əbu Bəkr dedi: – Mən Peyğəmbərin belə buyurduğunu eşit­dim: «Allah-taala hər vaxt bir peyğəmbərə mal-dövlət bağış­la­yıb sonra onu öldürmüşsə, həmin mal-dövləti onun canişi­ni­nin ixtiyarında qoymuşdur.» Mən də belə məsləhət gördüm ki, onu müsəlmanların beytül-malına qaytarım.

Fatimə dedi: – Deməli, sən Peyğəmbəri Əkrəm ¡-dən eşitdiyinə daha yaxşı alimsən!

«Nəhcül-bəlağənin şərhi»ndə bu cümlədən sonra belə qeyd olu­nur: «Belə isə bundan sonra heç vaxt səndən heç bir şey istə­məyəcəyəm.»[15]

b) ƏBU HÜREYRƏNIN RƏVAYƏTI

«Sünəni Termizi» kitabında Əbu Hüreyrədən belə nəql olunur: Fatimə Əbu Bəkrlə Ömərin yanına gəldi, Peyğəmbərin mirasını tələb etdikdə, onlar dedilər: – Biz Peyğəmbərin belə buyurduğunu eşitmişik: «Bizdən heç bir şey irs aparılmaz.»

Fatimə dedi: – Allaha and olsun, bundan sonra siz iki nəfərlə heç vaxt danışmayacağam!

Həmin halda da dünyadan getdi və o iki şəxslə danış­ma­dı.[16]

Həmçinin «Müsnədi Əhməd», «Sünəni Termizi», «Təbəqati ib­ni Sə`d», «Tarixi ibni Kəsir» kitablarında Əbu Hüreyrənin be­lə dediyi nəql olunur: Fatimə Əbu Bəkrə dedi: – Əgər sən ölsən, səndən kimlər irs aparacaq?

Əbu Bəkr dedi: – Övladlarım və ailəm.

Fatimə dedi: – Bəs bizə nə olmuşdur ki, Peyğəm­bər­dən irs aparmırıq?

Əbu Bəkr dedi: – Peyğəmbərdən eşitdim ki, belə buyu­rur­du: «Peyğəmbərdən irs aparılmaz.» Lakin mən Peyğəmbərin öz hi­ma­yəsinə götürdüyü şəxsləri himayə edirəm, xərcinin Pey­ğəm­bər tərəfindən verildiyi şəxslərin də xərcini verirəm.[17]

v) ÖMƏRIN RƏVAYƏTI

Ibni Sə`din «Təbəqat» kitabında nəql olunur ki, Ömər de­di: Peyğəmbəri Əkrəm vəfat etdiyi həmin gündə Əbu Bəkrlə bey`ət olundu və onun sabahı Fatimə Əli ilə birlikdə Əbu Bəkrin yanına gəlib dedilər: – Mənim Peyğəmbərin mirasından olan payımı özümə qaytar!

Əbu Bəkr dedi: – Ev avadanlıqlarındanmı, yoxsa vilayətlərin mal-dövlətindən?

Fatimə dedi: – Fədək, Xeybər və onun Mədinədə olan sədəqələri onun irsidir. Necə ki, əgər sən də ölsən, qızın səndən irs aparacaqdır.

Əbu Bəkr dedi: – Allaha and olsun, sənin atan məndən yax­şı idi! Allaha and olsun, sən də mənim qızımdan yaxşı­san, lakin Peyğəmbər belə buyurmuşdur: «Bizdən irs apa­rıl­mır, bizdən sonra qalan hər bir şey sədəqədir.» Yə`ni Peyğəm­bər­dən qalan bu mal-dövlət sədəqədir.[18]

Müəllif: Bizim nəzərimizcə, Ömərin Fatimənin Əbu Bək­rin yanına gəlməsi üçün xatırlatdığı vaxt Səqifə hadisə­lə­ri ilə düz gəlmir. Onun düzgünü isə Ibni Əbil Hədidin dediyi bu sözdür: «Fədək hadisəsi və Fatimənin Əbu Bəkrin yanına gəlməsi Peyğəmbərin vəfatından on gün sonra olmuşdur.»[19]

Bir sözlə, Əbu Bəkr Fatiməni ata irsindən məhrum etdi və belə rəvayət etdi ki, guya Peyğəmbər buyurmuşdur: «Bizdən irs aparılmır, bizdən qalan hər bir şey sədəqədir.» Belə ki, Ümmül-mö`minin Ayişə bunu aşkar şəkildə belə deyir: Peyğəmbərin mirası barəsində ixtilaf etdilər və heç kəs ona agah olmadı. Əbu Bəkr dedi: – Mən Peyğəmbərdən eşitdim ki, belə deyirdi: «Biz peyğəmbərlərdən irs aparılmır, hər nə qoymuşuqsa, sədəqədir.»[20]

Ibni Əbil Hədid yazır: «Məşhur nəzəriyyə budur ki, irsin inkar olunması hədisini Əbu Bəkrdən başqa heç kəs rəvayət etməmişdir.»[21]

Həmçinin o deyir: Rəvayətlərin çoxunda qeyd olunur ki, bu xəbəri yalnız Əbu Bəkr rəvayət etmişdir. Mühəddislərin də əksəriyyəti bu məsələni xatırlatmışlar. Hətta «Üsuli-fiqh» elmində olan fəqihlər də «vahid səhabənin rəvayətinə istinad etmək» bəhsində bu barədə yekdil nəzərə malikdirlər. Bizim şeyximiz Əbu Əli deyir: «Rəvayət də şəhadət kimi iki nəfərdən olmazsa, qəbul edilmir.» Lakin mütəkəllimlər və fəqihlərin hamısı onunla müxalifətə başlamış və belə dəlil gətirmişlər ki, səhabələr «nəhnu məaşirəl-ənbiya la nuvərrəsu» - hədisini Əbu Bəkrdən təklikdə qəbul etmişlər.[22]

Süyuti Əbu Bəkrin rəvayətlərini sayarkən deyir: Iyirmi doqquzuncu hədis: «La nuvərrəsu, ma tərəkna sədəqətun» hədisidir.»[23]

Müəllif: Bütün bunlarla belə, onlar başqa bir hədis də düzəltmiş və Əbu Bəkrdən başqasına mənsub etmişlər ki, o da onu Peyğəmbəri Əkrəm ¡-dən rəvayət edir.[24]

3-FATIMƏ -IN ONLARLA “ZIL-QURBA” PAYI BARƏSINDƏKI MÜNAQIŞƏSI

Əbu Bəkr quraşdırdığı hədis əsasında Fatimeyi-Zəhranı ata irsindən məhrum etdiyi zaman o həzrət özü «zil-qurba» payını aşağıdakı əsasda tələb etməyə başladı:

1-Ənəs ibni Malik deyir: Fatimə Əbu Bəkrin yanına gəlib dedi: – Sən özün biz Əhli-beytə sədəqə barəsində rəva gördüyün zülmə daha yaxşı agahsan.[25] Indi Allah-taalanın Qur`ani Kərimdə bizə bağışladığı və onu «zil-qurba» payı adlandırdığı qənimətləri bizə qaytar! (Sonra «Ənfal» surəsinin 41-ci ayəsini tilavət etdi:)

وَاعْلَمُواْ أَنَّمَا غَنِمْتُم مِّن شَيْءٍ فَأَنَّ لِلّهِ خُمُسَهُ وَلِلرَّسُولِ وَلِذِي الْقُرْبَى

"Bilin ki, hər şeyi qənimət olaraq əldə etsəniz, onun xümsü Allaha, Peyğəmbərə və zil-qurbaya məxsusdur."

Əbu Bəkr dedi: – Atam-anam sənə və sənin atana fəda ol­sun! Mən Allahın Kitabının fərmanına itaət edirəm! Pey­ğəm­bərin və onun qohum-əqrəbasının haqqı barəsindəki əmri­nə təsliməm! Mən də sənin Allahın kitabından oxuduğun şey­ləri oxuyuram. Lakin bu mə`nanı – xümsün bir payının qismə­tini sizin üçün pay olmasını dərk edə bilmirəm!

Fatimə dedi: – Yoxsa o, sənin qohum-əqrəbanın payı­dır?!

Əbu Bəkr dedi: – Xeyr, mən onun bir hissəsini sizə xərc­lə­yib, qalanını isə müsəlmanların işlərinə sərf edəcəyəm.

Fatimə dedi: – Bu, Allahın hökmü deyildir!

2-Ürvə deyir: Fatimə Fədək və «zil-qurba» payını al­maq üçün Əbu Bəkrin yanına getdi və o, qəbul etməyib onu bey­tül-malın bir hissəsi qərar verdi.

3-Həsən ibni Məhəmməd ibni Əli ibni Əbi Talib deyir: Əbu Bəkr Fatimə -ı və Bəni Haşimi «zil-qurba» payın­dan məhrum etdi və onu «fi səbilillah» ünvanı ilə silah və mi­nik alınmasına ayırdı.[26]

«Kənzül-ümmal» kitabında Ümmü Hanidən nəqlən deyilir: Fa­ti­mə Əbu Bəkrin yanına gələrək «zil-qurba» payını tə­ləb etdikdə, Əbu Bəkr dedi: – Peyğəmbərin belə buyurduğunu eşit­dim: «Zil-qurba payı yalnız mənim sağ olduğum vaxt on­lara çatır və mənim vəfatımdan sonra onların heç bir bəhrə­si yoxdur.»[27]

Başqa bir rəvayətdə isə Ümmü Hanidən nəqlən deyilir: Pey­ğəmbərin qızı Fatimə Əbu Bəkrin yanına gəlib dedi: – Əgər sən ölsən, kim səndən irs aparacaq?

Əbu Bəkr dedi: – Övladlarım və ailəm.

Fatimə dedi: – Onda necə olur ki, sən bizim yerimizə Peyğəmbəri Əkrəm ¡-dən irs aparırsan?

Əbu Bəkr dedi: – Ey Rəsulullahın qızı! Mən sənin atandan heç bir qızıl və gümüş irs aparmamışam.

Fatimə dedi: – Bizim Xeybərdən olan payımızı və bizim xalisəmiz olan Fədəki!

Ibni Sə`din «Təbəqat» kitabında qeyd olunur ki, Əbu Bəkr dedi: – Mən sənin atandan heç bir torpaq sahəsini, qızıl-gümüşü, qulamı və mal-dövləti irs aparmamışam!

Fatimə dedi: – Bəs onda Allah-taalanın bizim üçün qərar verdiyi paya və sənin əlində olan bizim xalisəmizə nə deyirsən?!

Əbu Bəkr dedi: – Ey Peyğəmbərin qızı! Mən Peyğəmbərdən eşitdim ki, belə buyururdu: «Bunu Allah mənim öz məişətim üçün qərar vermişdir, öldüyüm zaman müsəlmanların haqqına keçir.»[28]

Ibni Əbil Hədidin «Nəhcül-bəlağə»yə şərhində və Zəhəbinin «Tarixul-islam» kitablarında da belə qeyd olunur: Əbu Bəkr dedi: – Ey Peyğəmbərin qızı! Mən heç bir şey etməmişəm!

Fatimə dedi: – Əlbəttə ki, etmisən! Sən Fədəki ələ keçirmək istəmisən və onu Peyğəmbərin xalisəsi olduğu bir halda bizdən almısan! Bundan sonra «ma ənzələllah»ı bizdən almaq istəmisən və Allah-taalanın asimandan nazil etdiyi şeyi bizim əlimizdən çıxarmısan!

Əbu Bəkr dedi: – Ey Peyğəmbərin qızı! Mən belə bir iş görməmişəm! Peyğəmbər mənə buyurmuşdur ki, mütəal Allah Peyğəmbəri hali-həyatda olduğu vaxta qədər mal-dövlətdən faydalandırır, onu Öz yanına apardığı zaman bu hökm aradan qalxır.

Fatimə dedi: – Sən Peyğəmbərdən də çox bilirsən?! Mən bu məsələdən sonra səninlə heç vaxt danışmayacağam!

Bundan sonra ondan üz çevirdi.

Fatimeyi-Zəhra -ın «səhmullah» dedikdə məqsədi Allah-taalanın onlar üçün xümsdan qərar verdiyi pay, «ma ənzələllah» dedikdə isə «zil-qurba» payı, eləcə də irsin hökmüdür ki, Qur`ani Kərimdə qeyd olunmuşdur və bütün müsəlmanlara – həm Peyğəmbəri Əkrəm ¡-ə və həm də başqalarına şamil olurdu.

Bə`zi rəvayətlərdə qeyd olunur ki, Abbas da Peyğəmbərin ir­si­nin tələb olunmasında Fatimə ilə yanaşı idi. Ib­ni Sə`din «Təbəqat» və Müttəqi Hindinin «Kənzül-ümmal» ki­tab­larında deyilir: Fatimə öz mirasını tələb etmək üçün Əbu Bəkrin yanına gəldi. Abbas ibni Əbdül-Müttəlib də ora gəldi və öz mirasını tələb etdi, Əli də onunla yana­şı oldu. Əbu Bəkr dedi: – Peyğəmbər buyurmuşdur: «Bizdən irs aparılmır, bizim qoyduğumuz şeylər sədəqədir.» Hər kəsə Pey­ğəmbər sərpərəstlik edirdisə, onun himayəsi mənim öhdə­mədir.

Əli bu ayəni tilavət etdi: "Və vərisə Suleymanu Davudə." (Süley­man Davuddan irs apardı.) "Yərisuni və yərisu min ali-Yə`qubə." (Məndən və ali-Yə`qubdan irs aparsın.)

Əbu Bəkr dedi: – Bəli, belədir və sən, Allaha and olsun ki, bilirsən. Necə ki, mən bilirəm.

Əli dedi: – «Bu, Allahın Kitabıdır ki, danışır!» Son­ra sükut edib qayıtdılar.[29]

Müəllif: Bizim fikrimizcə, bu rəvayətin raviləri səh­­və yol verərək belə təsəvvür etmişdilər ki, Abbas Əli ilə bir­likdə irsi geri almaq üçün gəlmişdi. Xeyr! O ikisi Fati­mə­yə kömək etmək üçün gəlmişdilər. Əlbəttə, mümkündür ki, Ab­bas xümsdan olan öz payını tələb etmiş olsun ki, bu məsə­lə də ravi üçün anlaşılmaz qalmış və xatırlatmışdır ki, o, özünün mirasını tələb etmək üçün gəlmişdi.

Fatimə Əbu Bəkrin onun gətirdiyi dəlilləri və şa­hid­ləri qəbul etmədiyini, Peyğəmbərin mirasından o həzrətə bağış­lanan hədiyyələrdən heç bir şeyi vermək istəmədiyini gördükdə, qərara aldı ki, bu münaqişəni müsəlmanların içərisində irəli çəksin və atasının əshablarından aşağıda qeyd olunacağı kimi, kömək istəsin.

Əbu Bəkr Covhəri «Səqifə» adlı kitabında Ibni Əbil Hə­­di­din nəql etdiyinə əsasən, eləcə də Əhməd ibni Tahir Bağ­­dadinin «Bəlağatun-nisa» kitabından nəqlən belə yazır: Fa­timə Əbu Bəkrin onu Fədəkdən məhrum etməsini başa düş­düyü zaman məqnəə geydi, başına çadra örtdü və öz qöv­mü­nün yaxın adamlarının xanımlarının mühasirəsində Əbu Bək­rə tərəf getdi. Sanki Peyğəmbəri Əkrəm ¡ addım­la­yır­dı! Əbu Bəkr, mühacir, ənsar və başqalarının toplandığı bir yerdə Həzrət Fatimə onunla özü arasında bir pərdə as­dı, elə nalə etdi ki, orada iştirak edənlərin hamısı şi­vən qopartdı və məclis tamamilə dəyi­şil­di. Sonra azacıq sakit oldu, daha sonra öz sözünü Al­laha həmd-səna etməklə, Pey­ğəmbərə salavat göndərməklə be­lə başladı: «Mən Fati­mə­yəm, Mühəmmədin qızı! Sözümü keç­mişdən başlayıram.

لَقَدْ جَاءكُمْ رَسُولٌ مِّنْ أَنفُسِكُمْ عَزِيزٌ عَلَيْهِ مَا عَنِتُّمْ حَرِيصٌ عَلَيْكُم بِالْمُؤْمِنِينَ رَؤُوفٌ رَّحِيمٌ

"Həqiqətən, sizin özünüzdən olan bir Peyğəmbər sizə doğru gəldi ki, si­­zin başınıza gələn əzab-əziyyətlər onun üçün çox çətindir, sizin hi­da­­yət olunmağınız üçün israr edir, mö`minlərə qarşı rəuf və meh­riban­dır."[30]

Indi əgər onun nəsəbini axtarsanız, bilərsiniz ki, o, mə­nim atamdır, sizin yox! Və sizin kişilərinizin deyil, mənim əmi oğlumun (siğə) qardaşıdır!... Siz indi belə təsəvvür edir­­siniz ki, bizim heç bir irsimiz yoxdur:

أَفَحُكْمَ الْجَاهِلِيَّةِ يَبْغُونَ وَمَنْ أَحْسَنُ مِنَ اللّهِ حُكْمًا لِّقَوْمٍ يُوقِنُونَ

"Yoxsa cahiliyyət hökmünü istəyirsiniz?! Yəqin əhli olan bir qövm üçün Allahdan da yaxşı hökm edən bir şəxs varmı?!"[31]

Ey Əba Qühafənin oğlu! Sən öz atandan irs aparırsan, amma mən öz atamdan irs aparmayım?! "Ləqəd ci`tə şey`ən fəriyya" - həqiqətən çox qəribə və yeni bir söz danışmısan!"[32] Belə isə, onu özün üçün Qiyamətə göndər ki, məhşərdə onunla görüşəsən, Al­lah necə də yaxşı hakimdir! Mühəmməd necə də yaxşı rəf­tar edəndir! Qiyamət necə də yaxşı və`dəgah yeridir ki, ba­til əhli orada ziyana uğrayarlar. (Sonra atasının qəbrinə üz tutaraq dedi:) Ata can! Səndən sonra gör necə hadisələr baş ver­di, necə çətinliklər yarandı!...»[33]

Ravi deyir: Camaat o günə qədər özlərini belə ağlar halda gör­­mə­mişdilər. Sonra xitab edərək dedi: – Ey seçilmiş qrup­­lar! Ey dinin biləkləri! Ey Islamın mühafizləri! Bu ne­cə süstlükdür ki, mənə kömək etməkdə özünüzdən göstə­rir­si­niz?! Mənə kömək etməkdən boyun qaçırır, mənim haqqıma göz yu­mur və kömək istəyimə müsbət cavab vermirsiniz?! Məgər Pey­ğəmbəri Əkrəm ¡ "Insanı qorumaq onun övladlarını qoru­maq­dır" - deyə buyurmayıbmı? Nə tez dəyişildiniz və necə sür`­ət­lə başqa hala düşdünüz? Bəli, öz canıma and olsun ki, onun ölümü o qədər böyük bir hadisə idi ki, onun süstlüyü ge­niş, icad etdiyi yarıq dərindir, ona məlhəm qoyan yoxdur! Ye­ri qaranlıqlaşdırmış, dağları təvazökar etmiş, arzuları şid­dətləndirmişdir! Hərimlər (sərhədlər) zay olmuş, hör­mət­lər pozulmuş, toxunulmazlıqlar aradan getmişdir. Bu bir bə­la­dır ki, Allahın Kitabı onun ölümündən və vəfatından qa­baq sizi ondan mə`lumatlandırmış və buyurmuşdur:

وَمَا مُحَمَّدٌ إِلاَّ رَسُولٌ قَدْ خَلَتْ مِن قَبْلِهِ الرُّسُلُ أَفَإِن مَّاتَ أَوْ قُتِلَ انقَلَبْتُمْ عَلَى أَعْقَابِكُمْ وَمَن يَنقَلِبْ عَلَىَ عَقِبَيْهِ فَلَن يَضُرَّ اللّهَ شَيْئًا وَسَيَجْزِي اللّهُ الشَّاكِرِينَ

"Mühəmməd fəqət bir rəsul idi ki, ondan qabaq da çoxlu rəsullar gə­­lib getmişdir. Əgər ölsə, yaxud öldürülsə, siz öz keçmişinizəmi qayı­­dacaq­sınız? Hər kəs öz keçmişinə qayıtsa, Allaha heç bir ziyan çat­dır­mayacaqdır. Allah tezliklə şükür edənlərə mükafat verəcəkdir."[34]

Ey yuxulular, özünüzə gəlin! Atamın mirasını sizin göz­lə­ri­­niz önündə elə bir halda qəsb etdilər ki, bizim fəryadımız si­zə çatdı, bizim sözümüz, səslərimiz sizi bürüdü. Sizin ki, qüd­­rətiniz, adamlarınız, eviniz və səngəriniz vardır! Siz Al­­lahın seçdiyi bəndələr və seçilmişlərin ən yaxşısısınız ki, (müşrik) ərəblərlə mübarizə etdiniz, işləri sahmana sal­dı­­nız, qaranlıq zülmətləri aradan qaldırdınız ki, (nəticədə) Is­­­la­mın dəyirmanı sizin mehvərinizdə hərəkətə başladı. Onun südü coşub qaynamağa başladı, müharibə şö`lələri sön­dü, şirkin fəvvarələri aramlaşdı, fitnənin nidası söndü və bu dinin nizamı və quruluşu möhkəmləndi. Məgər bu qədər irə­­­liləyişdən sonra indi geriyə qayıdırsınız?! Bu qədər şid­­­dətli irəliləyişlə geriyə dönürsünüzmü və bu qədər şüca­ətdən sonra qorxuya düçar olursunuzmu?! O da elə qövmdən ki, öz peymanlarını pozdular və sizin dininizə eyb tutdular?!

فَقَاتِلُواْ أَئِمَّةَ الْكُفْرِ إِنَّهُمْ لاَ أَيْمَانَ لَهُمْ لَعَلَّهُمْ يَنتَهُونَ

"Belə isə, küfr başçıları ilə müharibə edin, çünki onlar üçün heç bir əhd-peyman yoxdur, bəlkə qayıdalar."[35]

Agah olun! Elə görürəm ki, tənbəlləşmiş və rifahda ya­şa­­­maq istəyirsiniz; əldə etdiyiniz şeyləri və öyrən­dik­ləri­ni­zi inkar etmiş, nuşi-can etdiyinizi qusmusunuz.

إِن تَكْفُرُواْ أَنتُمْ وَمَن فِي الأَرْضِ جَمِيعًا فَإِنَّ اللّهَ لَغَنِيٌّ حَمِيدٌ

"Əgər siz və yer üzündə olan hər bir şəxs hamılıqla kafir olsa, (bi­lin ki,) Allah ehtiyacsız və tə`rifə layiqdir."[36]

Agah olun! Mən bu dediklərimi sizi əhatə edən xarlıq, süstlük və yəqinin zəifliyinə olan mə`rifətim əsasında demişəm. Belə isə, onu daim özünüzdə saxlayın və arxaya dönün, özünüzə baxın, onun arını və rüsvayçılığını canını­nız­la alın və onun dağını öz şüarınız qərar verin.»

نَارُ اللَّهِ الْمُوقَدَةُ الَّتِي تَطَّلِعُ عَلَى الْأَفْئِدَةِ

"Allahın qəlblərə baş vuran şö`lələndirilmiş oduna".[37] Qoşulun ki, et­di­yiniz işlər Allahın hüzurundadır!

وَسَيَعْلَمُ الَّذِينَ ظَلَمُوا أَيَّ مُنقَلَبٍ يَنقَلِبُونَ

"Zalimlər tezliklə hara qayıtdıqlarını bilərlər."[38]

Ravi deyir: Fatimə bu sözlərlə Əbu Bəkrə xitab et­diyi zaman Əbu Bəkr də Allaha həmd-səna etdi və Peyğəmbərə sa­­l­avat göndərdikdən sonra dedi: – Ey qadınların ən yax­şı­sı, ey ən yaxşı ataların qızı! Allaha and olsun, mən Rəsu­li Ək­­rəmin nəzərindən təcavüz edib çıxmamışam, onun fər­ma­nından başqa bir şeyə əməl etməmişəm. Bir qövmün yol gös­tə­rə­ni heç vaxt öz əhlinə yalan deməz! Sən öz sözlərini çox bə­lağətlə və eyni zamanda kobudcasına bəyan etdin və biz­dən ay­rıldın. Allah bizi də, səni də bağışlasın. Amma bə`d. Mən Peyğəmbərin silahını və miniyini Əliyə qaytarmışam. Am­ma bundan başqalarına gəldikdə isə, mən Peyğəmbərdən eşit­mişdim ki, belə deyirdi: «Biz peyğəmbərlər qru­pu qızıl-gü­müş, yer, əkin sahəsi, evi irs qoymuruq, lakin iman, hikmət, elm və sünnəni irs qoyuruq.» Mən onun mənə verdiyi fər­man­la­ra əməl etdim, onun xeyrini istədim, mənim tov­fiq­lərim Al­lah tərəfindəndir, Ona təvəkkül edirəm və Ona tərəf dönə­cəyəm.

«Bəlağatun-nisa» kitabındakı rəvayətdə deyilir: Fatimə bundan sonra dedi: – Ey camaat, mən Fatiməyəm, atam da Mü­­həm­məddir! Mən sözlərimi keçmişdən başlayıram: "Ləqəd caə­­kum rəsulun min ənfusikum..." Sonra buyurdu: Yoxsa Allahın Ki­ta­­bını qəsdən boşlayıb, onu arxanıza atmısınız?! Məgər Al­lah-taala "Və vərisə Suleymanu Davudə" - "Süleyman Davuddan irs apar­dı" - deyə buyurmadımı?! Yəhya ibni Zəkəriyyanın əhvala­tın­da belə buyurmayıbmı:

هَبْ لِي مِنْ لَدُنْكَ وَلِيًّا يَرِثُنِي وَ يَرِثُ مِنْ آلِ يَعْقُوبَ

"Pərvərdigara! Mənə Öz tərəfindən bir canişin əta et ki, mənim və ali-Yə`qubun varisi olsun."[39]

Və başqa bir ayədə buyurur:

وَأُوْلُواْ الأَرْحَامِ بَعْضُهُمْ أَوْلَى بِبَعْضٍ فِي كِتَابِ اللّهِ

"Qohumlar bir-birinə Allahın hökmündə daha layiqdirlər."[40]

Başqa bir ayədə buyurur:

يُوصِيكُمُ اللّهُ فِي أَوْلاَدِكُمْ لِلذَّكَرِ مِثْلُ حَظِّ الأُنثَيَيْنِ

"Allah övladlarınız barəsində sizi tövsiyə edir ki, (bir) oğlanın irs payı iki qızın irs payı qədər olsun."[41]

كُتِبَ عَلَيْكُمْ إِذَا حَضَرَ أَحَدَكُمُ الْمَوْتُ إِن تَرَكَ خَيْرًا الْوَصِيَّةُ لِلْوَالِدَيْنِ وَالأقْرَبِينَ بِالْمَعْرُوفِ حَقًّا عَلَى الْمُتَّقِينَ

"Əgər özündən bir mal qoyub getsə, öz ata-ana və yaxın adamları üçün yaxşı şəkildə vəsiyyət etsin. Bu, pərhizkarların öhdəsində olan bir haqdır."[42]

Indi siz belə güman etmisiniz ki, mənim atamdan va­ris­lik haqqım yoxdur, bizim aramızda heç bir bağlılıq yoxdur! Yox­­sa Allah-taala sizi bir ayəyə məxsus etmiş və Pey­ğəm­bərini həmin ayəyə şamil olmaqda xaric etmişdir?! Yoxsa de­yir­­siniz ki, biz iki din ardıcılıyıq və bir-birimizdən irs apar­mırıq? Mən və atam vahid bir dinə tabe deyilikmi?! "Əfə hukməl-cahiliyyəti yəbğun – Cahiliyyət dövrünün hökmünü axta­rır­sınız?"[43]

Ibni Əbil Hədid yazır: Fədək məsələsində Fatimeyi-Zəh­ranın Əbu Bəkrin yanına getməsi Peyğəmbərin vəfatından on gün sonra baş vermişdi. Səhih budur ki, o yığıncaqdan və Fatimeyi-Zəhranın Əbu Bəkrin yanından qayıtmasından sonra bu miras barəsində heç kəs bir söz danışmamışdır.[44]

Bir sözlə, bu bölmədə mövcud olan rəvayətlər buna dəlalət edir ki, Fatimeyi-Zəhranın onlarla apardığı münaqişə aşa­ğı­dakı üç məsələ barəsində olmuşdur:

1-PEYĞƏMBƏR ¡-IN ONA HƏDIYYƏ ETDIYI ŞEYLƏR BARƏSINDƏ

Peyğəmbəri Əkrəm ¡ "Və ati zəl-qurba həqqəh" - "Öz qo­hum-əqrəbanın haqqını ver!"[45]-ayəsi nazil olduqdan sonra Fədəki Fa­­ti­məyə bağışladı. Vəfat etdiyi bir zaman xilafətə hakim olan hey`ət Fədəki və Peyğəmbərdən qalan başqa şeyləri müsa­di­­rə etdi. Fatimeyi-Zəhra da onlarla münaqişəyə başladı və özünün bu əmlakdan istifadə etməsinin səhihliyinə bir ki­şi və bir qadını «Peyğəmbər onu öz həyatında ona bağış­la­mış­dır» - deyə şahid gətirdi. Amma onlar bu şəhadəti qə­bul et­mə­dilər və belə bəhanə gətirdilər ki, şahidlər la­zım olan həd­­də deyildirlər. Fədəkin Fatimə -ın tə­sər­rüf və isti­fa­­dəsində olması dəlillərindən biri də Imam Əli -ın Bəs­rənin hakimi Osman ibni Hüneyfə yazdığı mək­tubdur.[46]

بَلَى كَانَتْ فيِ اَيْدِينَا فَدَكٌ مِنْ كُلِّ مَا اَظَلَّتْهُ السَّمَاءُ، فَشَحَّتْ عَلَيْهَا نُفُوسُ قَوْمٍ، وَسَخَتْ عَنْهَا نُفُوسُ قَوْمٍ آخَرِينَ، وَنِعْمَ الْحَكَمُ اللّهُ

"Bəli, asimanın kölgə saldığı hər bir şey içərisində yalnız Fədək bi­­zim əlimizdə idi ki, bir qrup ona paxıllıq etdilər, başqa bir qrup da (Əhli-beyt) onu səxavətcəsinə boşladılar. Allah necə də yaxşı ha­kim­­dir!"

2-PEYĞƏMBƏR ¡-IN MIRASI BARƏSINDƏ

Peyğəmbər ¡-in tərəkəsinə daxil olan torpaq sahə­ləri:

1-Müxeyriqin o həzrətə bağışladığı və hədiyyə etdiyi yed­di bağ.

2-Mədinə ənsarının Peyğəmbərə bağışladığı örüşlər və əkin sahələri.

3-Bəni-nəzir xurmalıqları və əkin sahələri.

4-Hicazın təravətli və yaşıl məntəqəsində olan Xeybər əra­z­ilərinin məcmu halında olan otuz altı payından olan on səkkiz pay.

5-«Vadil-qura» xurma bağları və əkin sahələri.

Peyğəmbər ¡-in vəfatından sonra xəlifə Əbu Bəkr ra­vi­si yalnız özü olan bir hədisə istinad etməklə on­ların ha­mı­sını öz ixtiyarına keçirərək dedi: «Peyğəmbər buyur­muş­dur ki, bizdən irs aparılmır, bizdən qalan hər bir şey sədə­qə­dir. Və guya Peyğəmbər buyurmuşdur ki, Allah-taala hər vaxt bir Peyğəmbərə bir şey əta etsə, onu canişinin öhdə­si­nə qoyar.»

Imam Əli və Fatimeyi-Zəhra £-ın Qur`anın aşkar şə­kil­də buyurduğu ayələri dəlil gətirdilər, eləcə də əv­vəl­ki peyğəmbərlərdən irs aparılmasına və irs qanunlarının ümu­mi olmasına istinad etdilər. Fatimeyi-Zəhranın ənsardan və onların seçilmişlərindən kömək istəməsi heç bir fayda ver­mədi və iş o yerə çatdı ki, o həzrət Əbu Bəkr və Ömərə qəzəb­ləndi. Vəfat etdiyi zamana qədər də onlarla danışmadı və onlardan narazı qaldı.

3-“ZIL-QURBA” PAYI BARƏSINDƏ

Fatimeyi-Zəhra «zil-qurba» payını Əbu Bəkrdən tələb edə­rək dedi: «Sən yaxşı bilirsən ki, bizə zülm etmisən... Son­ra «və`ləmu ənnəma ğənimtum»[47] - ayəsini ona tilavət etdi. Lakin Əbu Bəkr onu qəbul etməyərək «zil-qurba» payını silah və mi­nik alınmasına xərclədi ki, zəkat verməyənlərlə aparılan mü­ha­ribədə onlardan istifadə etsin. Fatmeyi-Zəhra ona dedi: "Elə bir şeyi ələ keçirmək istəyirsən ki, Allah onu asi­mandan nazil et­mişdir və onu bizdən əsirgəmisən!"



[1] «Fütuhul-buldan», 1-ci cild, səh.39-40; «Məğaziyi Vaqidi», səh.710-711; «Əmtaul-əsma», səh.332. Həmzə ibni Nö`man Əzri Hicaz əhalisi arasında Bəni Əzrə sədəqələrini Peyğəmbərə gətirən ilk şəxs idi. («Usdul-ğabə», 2-ci cild, səh.57.)

[2] «Əhkamus-sultaniyyə», səh.170-171; «Əbu Yə`la», səh.185-186.

[3] Yenə orada.

[4] Yenə orda.

[5] «Məcməüz-zəvaid», 9-cu cild, səh.39, Təbəraninin «Ovsət» kitabından nəqlən.

[6] «Peyğəmbərin Mədinədəki sədəqələri»- dedikdə, Müxeyriqinin Peyğəmbərə bağışladığı yeddi bağ nəzərdə tutulur.

[7] «Xeybərin xumsunun qalanları» dedikdə məqsəd budur ki, Peyğəmbəri Əkrəm ¡ Xeybərdən olan xums payının bir hissəsini bə`zi səhabələrə bağışladığına görə Fatimeyi-Zəhra yerdə qalanını tələb edirdi.

[8] «Səhihi Buxari», «mənaqib» kitabı, 3-cü cild, səh.200; «Sünəni Əbi Davud», «xərac» kitabı, 2-ci cild, səh.49; «Sünəni Nəsai», 2-ci cild, səh.179; «qismül-fey» babı; «Müsnədi Əhməd», 1-ci cild, səh.6 və 9; «Təbəqat», Ibni Sə`d, 2-ci cild, səh.315, 8-ci cild, səh.28; «Müntəxəbi Kənzül-ümmal», 3-cü cild, səh.128.

[9] «Səhihi Buxari», «xums» kitabı, 2-ci cild, səh.124; «Səhihi Müslüm», «cihad» kitabı, hədis:54; «Tarixul-islam», Zəhəbi, 1-ci cild, səh.346; «Tarixi ibni Kəsir», 7-ci cild, səh.285; «Sünəni Beyhəqi», 6-cı cild, səh.300; «Müsnədi Əhməd», 1-ci cild, səh.6; «Təbəqati ibni Sə`d», 8-ci cild, səh.18.

[10] Həmin mənbələr.

[11] «Səhihi Müslüm», «cihad» kitabı, səh.1380, hədis:52; «Səhihi Buxari», «Xeybər qəzvəsi» babı, 3-cü cild, səh.38; «Muşkilul-əsər», 1-ci cild, səh.47.

[12] «Fütuhul-büldan», 1-ci cild, səh.34-35; Ümmü Əymən Bərəkətul-Həbəşiyyə-Peyğəmbər ¡-in kənizi və onun dayəsi idi ki, Peyğəmbər onu azad etmişdi. Islamı çox qədimdən qəbul etmişdi, Həbəşistana və Mədinəyə hicrət edənlərdən biri idi. Əvvəlcə Übeyd Həbəşi ilə, sonra da Zeyd ibni Harisə ilə evlənmişdi. Peyğəmbərdən beş-altı ay sonra vəfat etmişdi. Onun tərcümeyi-halı «Usdul-ğabə», 5-ci cild, səh.567; «Cəvamius-sirə», səh.289; «Təqribut-təhzib», 2-ci cild, səh.619-da qeyd olunmuşdur. Ribahın tərcümeyi-halı da «Usdul-ğabə», 2-ci cild, səh.160; «Cəvamius-sirə», səh.27; «Əl-isabə», 1-ci cild, səh.490-da qeyd edilmişdir.

[13] Əbu Tüfeyl Amir ibni Vasilə Kənani kiçik yaşlı səhabələrdən sayılırdı. Ühüd müharibəsi baş verən ildə dünyaya gəlmiş və Əli -ın köməkçilərindən və onu sevənlərdən olmuş və bütün müharibədə onunla birlikdə iştirak etmişdi. E`ti­mad­­lı və əmanətdar bir şəxs idi. 100, yaxud 116-cı ildə vəfat etmişdir. O, Peyğəm­bə­ri görənlər arasında axırıncı şəxs olaraq dünyadan getmişdi. «Sihah» müəllifləri on­d­an 9 rəvayət nəql etmişlər. Onun tərcümeyi-halı «Usdul-ğabə», 3-cü cild, səh.96; «Cə­vamius-sirə», səh.386; «Təqribut-təhzib», 1-ci cild, səh.389-da qeyd olunmuşdur.

[14] Bu münaqişə ola bilsin ki, Peyğəmbərin Vadil-qura və Xeybər xumsundan olan payı ilə əlaqədar baş vermişdir.

[15] «Müsnədi Əhməd», 1-ci cild, səh.4; «Sünəni Əbi Davud», 3-cü cild, səh.50; «Ta­ri­xi ibni Kəsir», 5-ci cild, səh.289; «Nəhcül-bəlağənin şərhi», 4-cü cild, səh.81 və onun ar­d­ı 87-ci səhifədə Əbu Bəkr Cövhəridən nəqlən; «Tarixi islam», Zəhəbi, 1-ci cild, səh.346.

[16] «Sünəni Termizi», «əbvabus-siyər, 7-ci cild, səh.111.

[17] «Müsnədi Əhməd», 1-ci cild, səh.10, hədis:60; «Sünəni Termizi», 7-ci cild, səh.109; «Təbəqati ibni Sə`d», 5-ci cild, səh.372; «Tarixi ibni Kəsir», 5-ci cild, səh.289.

[18] «Təbəqati ibni Sə`d», 2-ci cild, səh.316.

[19] «Nəhcül-bəlağənin şərhi», 4-cü cild, səh.97

[20] «Kənzül-ümmal», 14-cü cild, səh.130.

[21] «Nəhcül-bəlağənin şərhi», 2-ci cild, səh.82.

[22] Yenə orada, 4-cü cild, səh.85

[23] «Tarixul-xüləfa», Süyuti, səh.89.

[24] «Nəhcül-bəlağənin şərhi», 4-cü cild, səh.85.

[25] Bəlkə də burada «sədəqə» dedikdə bə`zi rəvayətlərdə qeyd olunan yeddi bağın bir hissəsidir ki, Peyğəmbəri Əkrəm ¡ onlardan sədəqə verirdi.

[26] Hər üç rəvayət «Nəhcül-bəlağənin şərhi», 4-cü cild, səh.81-də mövcuddur. Birin­ci rəvayət Zəhəbinin «Tarixi islam» kitabı, 1-ci cild, səh.374-də də qeyd olunmuşdur.

[27] «Kənzül-ümmal», «xilafət» kitabı, 5-ci cild, səh.367. Ümmü Hani Əbu Talibin qı­zı­dır və Məkkənin fəthi zamanı Islamı qəbul etmiş, Müaviyənin xilafəti döv­ründə dünyadan getmişdir. «Sihah» müəllifləri ondan qırx altı hədis rəvayət et­miş­lər. Onun tərcümeyi-halı «Usdul-ğabə», «Cəvamius-sirə», «Təqribut-təhzib» kitab­larında qeyd olunmuşdur.

[28] «Fütuhul-büldan», 1-ci cild, səh.35-36; «Təbəqati ibni Sə`d», 2-ci cild, səh.314-315; «Nəhcül-bəlağənin şərhi», səh.81, onun ardı, səh.87; «Tarixul-islam» Zəhəbi, 1-ci cild, səh.364; «Kənzül-ümmal» «xilafət» kitabı, 5-ci cild, səh.365.

[29] «Təbəqat», 2-ci cild, səh.315; «Kənzül-ümmal», 5-ci cild, səh.365.

[30] «Tövbə» surəsi, 128-ci ayə.

[31] «Maidə» surəsi, 50-ci ayə.

[32] «Məryəm» surəsi, 27-ci ayə.

[33] «Nəhcül-bəlağənin şərhi», 4-cü cild, səh.78-79 və 93; «Bəlağatun-nisa», səh.12-15.

[34] «Ali-Imran» surəsi, 144-cü ayə.

[35] «Tövbə» surəsi, 12-ci ayə.

[36] «Ibrahim» surəsi, 8-ci ayə.

[37] «Hüməzə» surəsi, 6-7-ci ayələr.

[38] «Şüəra» surəsi, 227-ci ayə.

[39] «Ali-Imran» surəsi, 38-ci ayə; «Məryəm» surəsi, 6-cı ayə.

[40] «Ənfal» surəsi, 74-cü ayə.

[41] «Nisa» surəsi, 11-ci ayə.

[42] «Bəqərə» surəsi, 180-cı ayə.

[43] «Bəlağatun-nisa», səh.16-17.

[44] «Nəhcül-bəlağənin şərhi», 4-cü cild, səh.97.

[45] «Isra» surəsi, 26-cı ayə.

[46] Osman ibni Hüneyf Əli -ın tərəfindən Bəsrədə vali idi ki, Təlhə və Zü­beyr Cəməl müharibəsini tərtibə salmaq üçün oraya daxil olan zaman onu şəhərdən qov­du­lar və o, Müaviyənin xilafət dövründə Kufədə vəfat etdi.

[47] «Ənfal» surəsi, 41-ci ayə. Tərcüməsi: "Bilin ki, hər bir qəniməti əldə etsəniz, onun xumsu (beşdə biri) Allaha, Peyğəmbərə, onun yaxın qohum-əqrəbalarına, yetimlərinə və miskinlərinə və yolda qalanlarına məxsusdur.»

  699
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə növbəti mitinqini keçirdi – Foto
      Ərəbistan qırıcıları Yəməndə uşaqları daşıyan avtobusu hədəfə alıblar
      İMAMLARDAN ŞƏFAƏT İSTƏMƏK
      Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar
      Qüdsə səfər edən Mikayıl Cabbarov işğalçı sionist rejimilə işbirliyi qurur
      Təqlid mərcələri Ümumdünya Qüds Gününə çağırış etdilər
      İnqilab Rəhbəri: Atom Enerjisi Təşkilatı tez bir zmaanda 190 min su istehsalına çatmağa ...
      İmam Əlinin(ə) şəhadəti münasibəti ilə matəm mərasimi islam inqilabının böyük ...
      Təqlid mərcələri Qüds günü yürüşündə geniş iştiraka çağırıblar
      Almaniya pivə şirkətindən İslama qarşı sayğısızlıq: Pivə şüşələrinin qapaqlarına ...

 
user comment